Məhkəmə qərarları › İş №1(036)-68/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-68/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-68/2024 22.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1979-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 10A, mənzil 15 ünvanında qeydiyyatda olmaqla İmişli şəhəri, Fizuli küçəsi, ev 6 ünvanında yaşamış, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarı ilə təyin edilən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən 22,53 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı İmişli şəhəri, Fizuli küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evində və üzərində saxlamış, 9 may 2024-cü il tarixdə saat 23:30 radələrində yaşadığı evin yerləşdiyi İmişli şəhəri, Fizuli küçəsində bir ədəd kağız kəsiyi bükümündə 16,11 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı ödənişi sonradan etmək şərtilə 70 (yetmiş) manat pul müqabilində tanışı Şahid6 qanunsuz olaraq satmış, 10 may 2024-cü il tarixdə saat 19:30 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İmişli şəhəri, Fizuli küçəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 20:15-də üzərində aparılan şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd kibrit qutusunda 6,42 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə İmişli rayon məhkəməsinin 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin iyun ayında şərti olaraq vaxtından əvvəl azadlıqdan məhrum etmə yerindən azad olunmuşdur. Hazırda məhkumluğu ödənilməmişdir. İmişli şəhər sakini Şahid6 tanıyır, münasibəti yaxşı olmuş, heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Şahid5 isə qiyabi tanımış, heç bir yoldaşlığı və ya münasibəti olmamışdır. O, özü ara-sıra səhhəti ilə bağlı rast düşən şəxslərdən təbii narkotik vasitə olan marixuana alıb istifadə edir. Marixuana səhhətinə yaxşı təsir edir. Qara ciyər serrozu xəstəliyi vardır. Əlizaminlə tez-tez bir yerdə olduqlarını, çaxır içdiklərini bildirmişdir. Əlizaminin də marixuana istifadə etdiyini yaxın olduqları üçün bilir. 10 may 2024-cü il tarixdə gecə saat 01 radələrində Əlizamin ona zəng edib təbii narkotik vasitə olan marixuana istədiyini demişdir. Əlzamin özünə marixuana istədiyini bildirmişdir. Həmin vaxt onun özündə olduğu üçün təşkil edə biləcəyini demişdir. Bundan təxmini yarım saat sonra Əlizamin onun yaşadığı Fizuli küçəsi, ev 6 ünvanın qarşısına gəlmiş və əvvəlcədən aralarında olan razılaşmaya görə Əlzaminə bir ədəd kağız bükümdə təbii narkotik vasitə olan marixuana vermişdir. 10 may 2024-cü il tarixdə, saat 19 radələrində polis əməkdaşları yaşadığı Fizuli küçəsində ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı barədə məlumat olmasını və buna görə də polis şöbəsinə getməli olduğunu demiş, o da razılaşıb polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman özlərini təqdim etmişdir. Polis şöbəsinə gələndən sonra ona narkotik vasitə satışında şübhəli olmağı və buna görə də saxlanılmağı izah edilmişdir. O, üzərindən aşkar edilən və Şahid6 verdiyi həmin narkotik vasitə marixuanaları təxminən bir həftə əvvəl İmişli rayonu, Otuziki kəndində təşkil edilən heyvan bazarında tanımadığı şəxsdən almışdır. Həmin vaxt heyvan bazarına kafeyə getmişdir. Yeyib-içdikdən sonra orada əvvəllər İmişli şəhərində görmədiyi bir nəfər orta boylu, təxmini 45-50 yaşları olan, ağ saçlı şəxslə tanış olmuşdur. Deyib gülmüş, söhbət əsnasında ona özündə marixuana olduğunu və istəsə ona verə biləcəyini demiş, o da razı olmuşdur. Bir ədəd sellofan torbada topa şəkildə olmuş və gedib haradansa gətirmiş o da həmin şəxsə 100 manat pul vermişdir. O həmin narkotik vasitəsinin bir hissəsini pulsuz, pay kimi Şahid6 vermişdir. Lakin bunun müqabilində ondan pul və ya digər başqa əvəz almamışdır. Səhvi də onda olmuşdur ki, onu Şahid6 vermişdir. Aralarında pul söhbəti olmamışdır. Əİizaminin nə üçün bu cür ifadə verməsini bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid6 onların küçələrindən keçdiyi üçün tanıyır. Yəqin ki, kimdənsə narkoktik vasitə istifadə etdiyimi eşitmişdir. Evində təsərrüfat işləri olanda görmək üçün onu çağırırmış, matoru bağladığı üçün Şahid6 ondan pul almamışdır. Narkotik vasitəni özü mal bazarında tanımadığı adamdan 100 manata almışdır.Onun bir çəkimlik hissəsin Şahid6 vermişdir. Şahid6 ona dörd dəfə zəng etmişdir. Amma həmin zənglərdə evdə olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 17:30:02-də istifadəsində olan ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədə “Aye yekə kişisən, mən sənə qarşı belə olmamışam burda siz tərəfədəyəm mənə 1 q pati pulun verəm götürüm gedim” məzmunlu mesaj gəldiyini xatırlamır, özü də mesaj yaza bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq İmişli RPŞ-nin X3 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. İmişli şəhər sakinləri olan Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır.10 may 2024-cü il tarixdə İmişli rayon polis şöbəsi tərəfindən keçirilən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ilə bağlı olaraq yaradılmış əməliyyat-istintaq qrupunun tərkibində olmasa da X3 rəhbəri kimi o da həmin tədbirlərə cəlb edilmişdir. 10 may 2024-cü il tarixdə İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 İmişli şəhər sakini Şahid5 adlı şəxsin İmişli rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə məlumat almışdır. Həmin məlumat qeyri-aşkar, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuşdur. Daxil olmuş məlumat dərhal şöbə rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı həmin şəxsin xx.xx.1999-cu il ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkum olunmamış, İmişli şəhəri H.Əliyev prospekti dalan 5, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid5 olması müəyyən edilmişdir. İmişli RPŞnin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, İmişli RPŞ-in Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elmar Qarayevin də daxil olduğu əməliyyat qrupunun üzvləri 10 may 2024-cü il tarixdə, saat 16 radələrində İmişli şəhəri Depo lokomotiv adlanan ərazidə Şahid5 saxlayıb İmişli rayon polis şöbəsinə gətirmiş və video kamera ilə çəkiliş aparılaraq üzərində şəxsi axtarış zamanı bir ədəd qəhvəyi rəngli kağız kəsiyində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Şahid5 həmin narkotik vasitə marixuananı tanışı Şahid6 adlı şəxsdən aldığını bildirmişdir. Həmin məlumatın realizə edilməsi isə ona və İmişli RPŞ-nin X3 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 həvalə edilmişdir. Həmin məlumatın realizə edilməsi məqsədilə Şahid6 yaşadığı İmişli şəhəri Ə.Qurbanov küçəsində həmin gün saat 18 radələrində saxlanılıb İmişli RPŞ-yə gətirilmişdir. X13 yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmin məlumatın yoxlanılması məqsədilə birlikdə İmişli rayon polis şöbəsinə gəlməsi vurğulanmışdır. Şahid6 da etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Orada Şahid6 dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Sonra üzərində şəxs axtarış zamanı qanunsuz predmet varsa çıxarıb təqdim etmək təklifmişdir. Şəxsi axtarış Şahid4 tərəfindən video görüntüyə alınmışdır. Şahid6 özü əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd alışqan, bir ədəd qara rəngli qutusu olan və üzərində “back” sözü yazılmış siqareti, əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd qəhvəyi rəngli kağız kəsiyi bükümündə narkotik vasitə olan qurudulmuş marixuana kütləsini çıxarıb təqdim etmişdir. Sonra şəxsi axtarış davam etdirilsə də heç bir qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid6 üzərindən aşkar edilən narkotik vasitə marixuana kütləsini tanışı Ramil adlı şəxsdən pul qarşılığında aldığını bildirmişdir. Həmin məlumatın realizə edilməsi ona, İmişli RPŞ-nin X3 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 həvalə edilmişdir. Yoxlama zamanı Ramil adlı şəxsin xx.xx.1979-cu il ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, məhkum olunmuş və məkumluğu ödənilməmiş, İmişli şəhəri T.İsmayılov küçəsi ev10A, mənzil 15 ünvanında qeydiyyatda olmaqla, İmişli şəhəri, Fizuli küçəsi, 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və göstərilən əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri Fizuli küçəsinə gedilmişdir. Küçədə Təqsirləndirilən şəxs piyada hərəkət edən görüb yaxınlaşmışlar. Həmin vaxt saat 19 radələri olmuşdur. Raminə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında əməliyyat məlumatı olmasını, həmin məlumatın dəqiqləşdirilməsi üçün birlikdə İmişli rayon polis şöbəsinə getməyin zəruriliyi izah edilmiş, sonuncu da razılaşıb polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs nədə şübhələnildiyi izah edilib İmişli şəhər sakini Şahid6 saxlanılaraq İmişli RPŞ-yə gətirilib üzərində şəxsi axtarış zamanı aşkar edilib götürülən narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs almasını bildirdiyi qeyd edilmişdir. Buna görə də rayon polis şöbəsinə gətirildiyi və üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi də təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Sonra video görüntü əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Video görüntünü Şahid3 qeydə almışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz predmet varsa çıxarıb təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd kibrit qutusunda içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsini, şalvarının ön sol cibindən bir ədəd “Samsung A32” markalı telefonu, əynində olan ağ rəngli qısaqol köynəyin ön cibindən bir ədəd üzərində “topaz” yazılmış və yarısı cırılmış qəbz, qırmızı rəngli alışqan, bir ədəd içərisində siqaret dənələri olan “Milano” markalı siqaret qutusu, cins şalvarının arxa sol cibindən isə bir ədəd “pozqazan” bileti, beş ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq pul əskinaslarını çıxarıb təqdim etmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də qanunsuz predmet aşkar edilməmişdir. Götürülmüş marixuana kütləsi ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış, zərfi isə iştirakçılar imzalamışdır. Saxlanılmış Şahid5 üzərindən aşkar edilən narkotik vasitə marixuana kütləsini 65 manat pul qarşılığında tanışı Şahid6, sonuncu isə üzərindən aşkar edilmiş narkotik vasitə marixuana kütləsini, eləcə də Şahid5 satdığı narkotik vasitə marixuana kütləsini Təqsirləndirilən şəxs pul qarşılığında aldığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs bunu etiraf etməsə də məhkəmə biloloji ekspertizasının rəyinə görə hər üç büküm eyni tərkiblidir. Bu da hər üç bükümün eyni mənbəyə məxsus olmasını sübut etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisi deyil. Əsasən Bakı şəhərində Neftçilər adlanan yerdə və Əcəmi adlanan yerdə kafelərdə ofisiant işləmişdir. Təxmini beş ildən artıqdır ki, Bakı şəhərində yaşamışdır. İmişli rayonuna isə ara-sıra gəlib-gedir. Bakı şəhərində isə təxmini üç-dörd dəfə təbii narkotik vasitə olan marixuana istifadə etmişdir. İmişli rayonun isə iki gün əvvəl 09 may 2024-cü il tarixdə, saat 01 radələrində gəlmişdir. O, rayona gələn kimi narkotik vasitə olan marixuana istifadə etmək qərarına gəlmiş, buna görə də yaşadığı yerdən təxmini 300-400 metr aralıda yaşayan Şahid6 ilə əlaqə saxlamışdır. O, 09 may 2024-cü il tarixdə saat 23 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Əlzaminə “Vatsap” vasitəsilə yazıb ona bir kibrit qutusunda qurudulmuş vəziyyətdə narkotik vasitə olan marixuana lazım olduğunu bildirmişdir. Əlizamin də verə biləcəyini bildirmişdir. Əlizamin ona kart hesabı göndərəcəyini və onun da 65 manat pul göndərməsini bildirmiş, o da razı olmuşdur. Bundan təxminən yarım saat sonra Əlzamin ona “Vatsap” vasitəsilə kart hesab nömrəsi göndərmişdir. O da İmişli şəhəri “Daş körpü” adlanan mağazada olan “Million” ödəmə aparatı vasitəsilə Əlzaminin ona göndərdiyi kart hesabına 65 manat pul göndərmişdir. Lakin, Şahid6 narkotik vasitəni kimdən aldığını deməmişdir. Təqsirləndirilən şəxs tanımır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid6 elan edilmiş ifadəsindən görünür ki, 2010-cu ildə İmişli rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3700 manat məbləğdə cərimə cəzasına məhkum edilmişdir. O, ara-sıra təbii narkotik vasitə olan marixuana istifadə edir. Marixuananı əsasən İmişli rayonu ərazisində tanımadığı şəxslərdən və ya rast düşən şəxslərdən əldə etmişdir. O, narkotik vasitə aludəçisi olmamışdır. Sadəcə səhhətinə yaxşı təsir etdiyi üçün, qan təzyiqini normallaşdırdığı üçün ara-sıra istifadə edir. Hətta içdiyi çayın da içinə qatıb dəmini də istifadə etmişdir. İmişli şəhər sakini Şahid5 çoxdan tanıdığını, onunla demək olar ki, qonşu olmasını, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmadığını bildirmişdir. 09 may 2024-cü il tarixdə saat 23 radələrində Xalid ona “Vatsap” vasitəsilə yazıb təbii narkotik vasitə olan marixuana istdəyini demiş, o da təşkil edə biləcəyini demişdir. Lakin Xalidə kənarda olduğunu, bir qədər gözləməsini, işini bitirəndən sonra təşkil edəcəyini bildirmişdir. O da həmin vaxt özü də marixuana istifadə etmək niyyətində olmuş, buna görə də ağlına gələn şəxs İmişli şəhər sakini olan Təqsirləndirilən şəxs olmuşdur. O, Ramilə zəng edib narkotik vasitə marixuana istədiyini demiş, sonuncu da özündə olmasını demişdir. Ramildən bir bükümdə narkotik vasitə marixuana almaq istədiyini demiş, bunun üçün 70 manat pula razılaşmışdır. Bundan təxminən yarım saat sonra Ramilə zəng edib razılaşdıqları kimi marixuananı almağa gəldiyini demişdir. Ramil yaşadığı İmişli şəhəri T.İsmayılov küçəsində yerləşən evinin qarşısında küçədə ona kağız bükümdə narkotik vasitə olan marixuana vermiş və o da pulunu sabah günorta verəcəyini bildirmişdir. Bundan sonra Xalid ilə əlaqə saxlamış və istədiyi narkotik vasitə marixuananı verə biləcəyini bildirmişdir. O, Xalidə bir kibrit qutusunda marixuananı 70 manata verəcəyini bildirmişdir. Xalid ona elə o qədər pulu olmasını, beş manat siqaret pulu çıxmağı demişdir. O, Xalidə kart hesabını atacağını və oraya 65 manat göndərməsini, qala beş manatı da sonra verməsini demiş, sonuncu da razılaşmışdır. O, Xalidə kart nömrəsini göndərmişdir. Xalid də 10 may 2024-cü il tarixdə, saat 01 radələrində onun kartına 65 manat pul göndərmişdir. O, sonra Xalidin yaşadığı evin qarşısına getmiş və zəng edib küçəyə çıxmasını demişdir. Xalid çıxan kimi kibrit qutusunu verib getmişdir. 10 may 2024cü il tarixdə, saat 18 radələrində polis əməkdaşları yaşadığı İmişli şəhəri Ə.Qurbanov küçəsində ona yaxınlaşmış və polis şöbəsinə getməli olduğunu demiş, o da razı olmuşdur. Birlikdə polis şöbəsinə gəldiklərini və orada ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edildiyini bildirmişdir. Müdafiəçi ona təqdim edilmiş, vəklin adının X5 olmuşdur. Sonra otaqda video çəkiliş edib onun üzərində şəxsi axtarış hərəkətlərinin aparılacağı bildirilmişdir. Bundan əvvəl həmçinin ona Şahid5 adlı tanışına narkotik vasitə olan marixuana satmaqda şübhəli olmağı və bu səbəbdən də polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış hərəkətlərinin aparılması izah edilmişdir. O, şalvarının sol yan cibində olan bir ədəd “back” markalı siqareti, bir ədəd alışqanı, sonra isə gödəkçəsinin sol yan cibində olan bir ədəd kağız bükülüdə olan narkotik vasitə marixuananı çıxarıb təqdim etmişdir. Sonra üzərində aparılan şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin bükülünün arasında olan narkotik vasitə marixuananı da Təqsirləndirilən şəxs aldığını demişdir. Həmin bükümdə olan marixuana kütləsi qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmiş, sonra zərfə qoyulmuş və o da həmin zərfin üstünü imzalamışdır. Xalid onun qonşusu olmuş, uzun müddətdir ki, tanıdığını, münasibətlərinin yaxşı olmasını, Xalidin əsasən Bakı şəhərində olmasını və ara-sıra rayona gəlib getdiyini, Ramili isə təxmini dörd il olar ki, tanıdığını, sonuncu ilə də münasibətinin yaxşı olmasını, tez-tez birlikdə çaxır içdiklərini bildirmişdir. Münasibətləri yaxşı olduğundan Xalid onun ara-sıra təbii narkotik vasitə olan marixuana istifadə etdiyini bilmiş, həm də təxminən bir il əvvəl Xalidin evinin su krantı düzəldən zaman söhbət etdiklərini, Bakı şəhərində necə işləməsi və nə etməsi barədə danışdıqlarını, həmin vaxt o, Xalidə narkotik vasitə marixuana istifadə etmək istəsə ona deməsini, təşkil edə biləcəyini dediyini, buna görə ondan narkotik vasitə istədiyini, həm də yaxın münasibətlərinin olduğu üçün ona deməsini bildirmişdir. Ramil bir neçə dəfə məhkum olunmuş, həm də təxmini iki yay fəsli əvvəl birlikdə Ramilin gətirdiyi təbii narkotik vasitə marixuanadan birlikdə istifadə etmişlər. Buna görə də Ramildə narkotik vasitə ola biləcəyini hesab etmiş, ona görə də Ramilə zəng edib marixuana istəmiş və sonuncu da özündə olduğunu, verə biləcəyini bildirmişdir. O, Ramildən bir büküm narkotik vasitə marixuananı 70 manata almağa razılaşmışdır. Şahid5 onun satdığı narkotik vasitə marixuananı kimdən əldə etdiyini bilməmişdir. Xalid ondan bir kibrit qutusu narkotik vasitə marixuana istəmiş, o da təşkil edəcəyini demişdir. O, özü də narkotik vasitə marixuana istifadə etmək istədiyi üçün Ramildən almaq qərarına gəlmişdir. Ramil onun aldığı narkotik vasitəni kimin üçün almasını bilməmişdir. O, özünə lazım olduğunu demiş, Ramil ona marixuana verməyə razı olmuş, yəni o, Ramildən narkotik vasitə marixuana alan zaman sonuncuya Xalid üçün aldığını deməmiş, Ramil onun istifadə etmək üçün aldığını hesab etmişdir. O, özü də marixuana istifadə etmək istədiyini, buna görə də Ramildən bir kağız bükümdə marixuananı 70 manata razılaşıb almışdır. Həm də aldığı marixuanadan Xalidə də kibrit qutusuna doldurub vermiş, məqsədi Ramildən aldığı narkotik vasitənin pulunu “çıxarmaq” olmuşdur. Yəni özünün istifadə edəcəyi narkotik vasitə marixuananın ona pulsuz düşməsini istımişdir. O, Ramildən onsuz da bir kağız büküm marixuana almış, həmin marixuanadan özünün şəxsi istifadəsi üçün götürmüş, Xalidin də ondan marixuana istəməsindən istifadə edib Ramildən aldığı marixuanadan kibrit qutusuna doldurub Xalidə satmışdır. Bununla da Xaliddən aldığı 65 manatı sonradan Ramilə verməklə öz istifadəsini pulsuz edəcəyini bildirmişdir. Amma o, Xaliddən sonuncuya satdığı narkotik vasitənin pulu olan 65 manatı alsa da, yəni kartına göndərilsə də həmin pulu Ramilə verməmişdir. Çünki, Ramildən marixuananı götürəndə hələ Xalid ona pul göndərməmişdir. Buna görə də Ramilə pulu sabah günorta verəcəyini bildirmişdir. Ramil ilə münasibəti yaxşı olmuş, bir dəfə marixuana çəkdiklərini, mütəmadi olaraq da çaxır içdiklərini, buna görə də sonuncu ona “nisyə” narkotik vasitə satmışdır. Təqsirləndirilən şəxs bundan əvvəl narkotik vasitə almamışdır. O, özünə ara-sıra lazım olanda rast düşən şəxslərdən, marixuana istifadə edən şəxslərdən alıb istifadə etmişdir. Lakin bu dəfə isə rast düşən şəxs olmadığı üçün Ramilə müraciət etmişdir. Ramilə də özünün istifadəsi üçün deyib marixuana almışdır. Ramil də həmin marixuananı Xalidə satacağını bilməmişdir. O, özü Ramildən bir kağız büküm almış və özünün istifadəsi üçün götürəndən sonra qalan hissəsini də Xalidə 65 manata satmışdr. Bununla da xərcini çıxarmışdır. Xalid də aldığı narkotik vasitə marixuananı onun kimdən almasını bilməmişdir. O, aldığı və Xalidə satdığı, həmçinin özü üçün götürdüyü marixuananın çəkisini bilməmiş, Ramildən bir ədəd kağız bükülünün arasında, topa şəkildə almış, üzərində bir qədər gözəyarı qaydada götürmüş və qalan marixuananı da kibrit qutusuna doldurub Xalidə vermişdir. Təqsirləndirilən şəxs üzləşmə zamanı istintaq zamanı şübhəli şəxs qismində verdiyi ifadəsinin əksinə olaraq ona qarşılıqsız narkotik vasitə marixuana verdiyini, onun öz işlərinə yaradığını, pul almadığını, bunun qarşılığında da ona olan hörmətini bu cür etməklə pulsuz narkotik vasitə verdiyini bildirməsi ilə bağlı qeyd etmişdir ki, Ramilin nə üçün belə deməsini bilməmiş, amma o, Ramillə 70 manat pula razılaşmış, sadəcə olaraq sonuncudan marixuana götürən zaman Xalid hələ ona 65 manat pulu göndərməmiş, ona görə sabah günorta verəcəyini bildirmiş, o, usta kimi Ramilin santexnik işlərini qarşılıqsız görmüş, amma bunun həmin işlərə heç bir aidiyyəti olmamış, aralarında razılıq olmuşdur. Ancaq ara-sıra təbii narkotik vasitə marixuana istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və İmişli rayon polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq olmamış və ya bədənində xəsarət, yaxud xəsarətin izləri olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır (1-cild, i.v. 7-8); İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:55 radələrində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 82-83); İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 may 2024cü il tarixli protokoldan görünür ki, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, eləcə də silah və döyüş sursatı, həmçinin qanunla qadağan edilmiş əşya və predmetlər varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının ön sağ cibindən bir ədəd kibrit qutusunda içərisində narkotik vasitə marixuanaya bənzər kütlə, şalvarının ön sol cibindən bir ədəd “Samsung A32” markalı mobil telefon, əynində olan ağ rəngli qısaqol köynəyinin ön cibindən bir ədəd üzərinə “topaz” yazılmış yarısı cırılmış qəbz, qırmızı rəngli alışqan və bir ədəd içərisində siqaret dənələri “Milano” siqaret qutusu, cins şalvarının arxa sol cibindən isə bir ədəd “pozqazan” bileti və 5 ədəd 10 manatlıq və 2 ədəd 5 manatlıq pul əskinaslarını çıxarıb təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq özünün təhvil verdiyi kibrit qutusuna açılıb baxıldıqda onun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Onun üstündə şəxsi axtarış davam etdirilmiş, lakin başqa hər hansı bir predmet və ya qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 1 ədəd kibrit qutusunda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və AR DİN-in 179 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı videogörüntüdən istifadə edilmişdir (1-cild, i.v. 84-86); İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən CD disk ağ rənglidir, 7722 rəqəmi yazılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 10, mənzil 15 ünvanında yaşayan X4 adına qeydiyyata alınması, həmçinin xx.xx.2022-ci il tarixdə saat 14:25:01-də həmin nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Salam.İmkanın varsa zəng elə.Ramildi. İmişlidən”, xx.xx.2022-ci il tarixdə saat 17:30:02-də ***-***-**-** saylı mobil nömrədən “Aye yeke kiwisen men sene qarwi bele olmamiwam burda siz terefdeyem mene 1 q pati pulun verem qoturum qedim”, xx.xx.2022-ci il tarixdə, saat 17:49:32-də ***-***-**-** saylı mobil nömrədən “Salam Ramil, necesen? Ne var ne yox? Qaqa mene Zaurun Emircan nomresini verda” məzmununda sms mətnləri daxil olmuşdur (2-ci cild, i.v. 67-68); İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 may 2024-cü il tarixli 18/485 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi-6,42 qram olan bitki mənşəli kütlə çətənə “kannabis” bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana ilə Şahid5 və Şahid6 aşkar edilmi narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir (3-16-16/2-18/483№li və 3-16-16/2-18/484№li ekspert rəylərinə əsasən birgə tədqiqat aparılıb) (1-ci cild, i.v. 96- 98); İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır (1-cild, i.v. 7-8); İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-cild, i.v. 139-140); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 4(036)-37/2024 saylı xx.xx.2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həbs qətimkan tədbir seçilmişdir (1-cild, i.v. 215-217); İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, İmişli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmuş və o, CM-nin 234.1-ci maadəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-452/2021 saylı 13 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azadılmış və məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmış və o, cəzasının yarısından çox hissəsini çəkmişdir. 02 iyun 2022-ci il tarixə çəkilməmiş cəzası 02 (iki) ay 28 (iyirmi səkkiz) gün təşkil etmişdir. (2-cild, i.v. 17-19); İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 1(036)-026/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il tarixdən 24 iyul 2020-ci il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (2-cild, i.v. 21-28); İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-452/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İmişli Rayon Məhkəməsinin 1(036)-26/2021 saylı xx.xx.2021-ci il hökmü Apellyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, İmişli şəhəri, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə baxış zamanı evin yataq otağındakı dolabda olan pencəyin sağ yan cibindən 0,73 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi ilə bağlı epizod Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamdan xaric olunmuş, Təqsirləndirilən şəxs eməli CM-nin 234.2-cİ maddəsindən həmin Məcəllənin naddəsinə tövsif olunmuş və o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 iyul 2020-ci il 24 iyul 2020-ci il tarixədək “şübhəli şəxs" qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır (2-cild, i.v. 29-47); İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 7(003)-1166/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs - Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarı ilə təyin edilən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; İş materiallarında olan “FUNDA” hospitalın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs qaraciyər serrozu, dekopensiziya mərhələsi, portal hipertenziya diaqnozu qoyulmuşdur (2-cild, i.v. 64); İş materiallarında olan İmişli Rayon Mərkəzi Xəstəxanasının 29 iyul 2024-cü il tarixli 18-1-46/2-P-20xx-xx-1998/2024 nömrəli arayışdan görünür ki, X2 RMX PHŞ-nin Qadın məsləhətxanasında “21-22 həftəlik hamiləlik” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli AZ İİ 588650 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında xx.xx.2024-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında qeyd kitabında 16 nömrəli qeyd aparılmışdır (2-cild, i.v. 65); İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ İV 963656 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə İmişli şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X7 qızıdır; İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin 07 iyun 2024-cü il tarixli 4078 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinodilərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-cild, i.v. 83-84); İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs Şahid5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın nəzmununa dəyişiklik edilməklə ona yeni məzmunda ittiham elan olunmüş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid6 və Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri şahid ifadəsi qismində qəbul edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işinin nateriallarından Şahid6 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müstəqil icraata ********* nömrəli cinayət işi, Təqsirləndirilən şəxs barəsində də həmçinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müstəqil icraata ********* nömrəli cinayət işi ayrılaraq ibtidai istintaqı davam etdirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid5 barəsində istintaq edilən ********* nömrəli cinayət işində Şahid6 aid sənədlərin surəti sonuncu cinayət işində saxlanılmaqla əsli ********* nömrəli cinayət işinə, eləcə də Təqsirləndirilən şəxs aid sənədlərin surəti ********* nömrəli cinayət işində saxlanılmaqla əsli sonuncunun barəsində müstəqil icraata ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin məcəllənin 234.1-ci naddəsinə tövsif edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 10 may 2024-cü il tarixli, baxış seçirilməsi haqqında 14 may 2024-cü il tarixli protokol, baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokol, məhkəmə-bioloji ekspertizasının 11 may 2024-cü il tarixli 18/483 nömrəli, təkbaşına məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2024-cü il tarixli 4316 nömrəli rəyləri, şəxsi axtarış və götürmə protokoluna, baxış keçirilməsi haqqında protokola əlavə edilmiş CD disklər, Azercell” MMC-dən daxil olmuş CD disk sübut növü kimi qiymətləndirilsin, Şahid5 aşkar edilmiş 7,77 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın “kspertiza tədqiqatından sonrakı 7,75 qram təmiz çəkisi maddi sübut kimi tanınmalı və İmişliRPŞ-nin “Maddi sübutların saxlanması otağına” təhvil verilmişdir (2-cild, i.v. 87-115); İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (2-cild, i.v. 117-118); Məhkəmə iclasında bir ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd kibrit qutusunda içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsini, şalvarının ön sol cibindən bir ədəd “Samsung A32” markalı telefonu, əynində olan ağ rəngli qısaqol köynəyin ön cibindən bir ədəd üzərində “topaz” yazılmış və yarısı cırılmış qəbz, qırmızı rəngli alışqan, bir ədəd içərisində siqaret dənələri olan “Milano” markalı siqaret qutusu, cins şalvarının arxa sol cibindən isə bir ədəd “pozqazan” bileti, beş ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq pul əskinaslarını çıxarıb təqdim etmişdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etməsi və əvəzsiz qaydada verməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması ittihamda qeyd olunan hallarla üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə “kannabis” bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, baxış və götürmə barədə protokoldan, məhkəmə-kimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 7(003)- 1166/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 01 avqust 1979-cu il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, İmişli şəhəri T.İsmayılov küçəsi ev 10 A mənzil 15 ünvanında qeydiyyatda olan, İmişli şəhəri Füzuli küçəsi ev 5 ünvanında yaşamış - məhkum Təqsirləndirilən şəxs – Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarı ilə təyin edilən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəllər cinayət törətməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.40 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(036)-68/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 001518 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 (beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 6,42 qram olan, tədqiqatdan sonra qalıq qalmış 6.40 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar