Məhkəmə qərarları › İş №1(036)-68/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-68/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-68/2025 21.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1970-ci ildə İmişli şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ikinci dərəcəli əlil, İmişli şəhəri, Xaqani küçəsi, ev 05 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 15 aprel 2025-ci il tarixdə, saat 17 radələrində tanışı Şahid4 Firdovsi oğlunun yaşadığı fərdi yaşayış evinin yaxınlığında İmişli şəhəri, Nəsimi küçəsində sonuncudan 55 (əlli beş) manat pul müqabilində 5,27 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satın alaraq satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 15 aprel 2025-ci il tarixdə, saat 17 radələrində İmişli şəhəri, Bülbül küçəsi ünvanında yerləşən bacısı oğlu Şahid6 yaşadığı fərdi yaşayış evinin yaxınlığında bir ədəd kibrit qutusunda 5,27 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 60 (altmış) manat pul müqabilində sonuncuya qanunsuz olaraq satmış, 17 aprel 2025-ci il tarixdə saat 16:57 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Şahid6 İmişli şəhəri, Qaradonlu küçəsində saxlanılıb üzərində yoxlanılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 5,27 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bacısı oğlu Əbülfəz ona demişdir ki, tanışın varsa gedək narkotik vasitə alaq və istifadə edək. Bundan sonra narkotik vasitə almaq üçün otuz manat pulun bacısı oğlu Əbülfəz vermiş, qalanını da özü düzəldib narkotik vasitə olan marixuananı tanışı Anar adlı şəxsdən almışdır. Sonra birlikdə istifadə etmişlər. Satmaq niyyəti olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Anar adlı şəxsi çoxdan tanımış və onunla yoldaşlıq etmişdir. Otuz manat Əbülfəz vermiş və qalan otuz manatı isə o, qoymuşdur. Həmin puldan beş manatın yol pulu götürmüşdür. Əlli beş manat pulu Anar adlı şəxslə görüşüb cibinə qoymuşdur. Həmin vaxt Əbülfəz ona əlli beş manat pul vermiş və az müddət keçməsinə baxmayaraq həmin pulun yarısını Əbülfəzə qaytarmışdır. Narkotik vasitəni Anar adlı şəxsdən alanda Təqsirləndirilən şəxs onların yanında olmamışdır. Əbülfəz ona 55 manat pul vermişdir, sonradan o ona qaytarmışdır. 5 manat yol pulunu da Əbülfəz ona vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İmişli şəhər sakini Şahid6 onun bacısı oğlu olmaqla qohumu olduğunu, əvvəllər məhkum olunduğunu və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O, istifadəsində olan “VAZ-2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olub dolanışığını təmin etdiyini bildirmişdir. 15 aprel 2025-ci il tarixdə, günorta saatlarında bacısı oğlu Əbülfəz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib onun üçün təbii narkotik vasitə qurudulmuş marixuana tapmağını xahiş etmişdir. O, əbülfəzə 60 manat pul düzəltməsini və marixuana təşkil edə biləcəyini demişdir. Bundan sonra həmin gün Əbülfəzin yaşadığı evin yaxınlığında yerləşən “Al market” mağazasının yanında Əbülfəzlə görüşmüşdür. Əbülfəz ona 60 manat pulu vermişdir. O, Əbülfəzə xəbər gözləməsini bildirmişdir. Bundan sonra o, əvvəlcədən tanıdığı İmişli şəhər sakini Şahid4 Firdovsi oğluna zəng edib ondan narkotik vasitə marixuana istəmişdir. O da verə biləcəyini demişdir. Anarın yaşadığı İmişli şəhəri, Nəsimi küçəsində Anarla görüşmüş və ona 55 manat pul qarşılığında bir ədəd kibrit qutusunda təbii narkotik vasitə qurudulmuş marixuana vermişdir. O, qalan beş manatı da özünə götürmüşdür. Təxmini iyirmi dəqiqə sonra Əbülfəzlə İmişli şəhəri, Bülbül küçəsində yaşadığı evin yaxınlığında görüşmüş və həmin bir ədəd kibrit qutusunda olan marixuana kütləsini Əbülfəzə vermişdir. Bundan iki gün sonra yəni xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb İmişli rayon polis şöbəsinə gətirilmişdir. Şahid6 ondan narkotik vasitə tapmağını istəyərkən o, Anarın istifadəsində olan xatırlamadığı mobil nömrəsinə zəng edərək bir ədəd kibrit qutusunda narkotik vasitə marixuananın qiymətinin 55 manat olduğunu öyrənmiş, bundan sonra bacısı oğlu Əbülfəzə bir ədəd kibrit qutusunda marixuananın qiymətinin 60 manat olduğunu demiş ki, 5 manatda özü üçün taksi pulu götürsün. Anarın narkotik vasitənin satışı və istifadəsi ilə məşğul olmasını bildiyini, həm də Anarla bir neçə dəfə bir yerdə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Əbülfəz onun narkotik vasitə istifadəçisi olduğunu bildiyini ona görədə onun narkotik vasitə tapmağı ondan xahiş etmişdir. Şahid4 narkotik vasitə marixuana alarkən Anara Əbülfəz üçün aldığını bildirməmişdir. Əvəllər Şahid4 pul qarşılığında narkotik vasitə almadığını Anarla birikdə bir neçə dəfə narkotik vasitə marixunana istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, rəsmi olaraq İmişli RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, polis baş leytenantı olduğunu bildirmişdir. 17 aprel 2025-ci il tarixdə icraatına etimad doğuran məlum, qeyri-aşkar, qərəzsiz və etibarlı mənbədən daxil olan məlumatda xx.xx.1988-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, İmişli şəhəri, Bülbül küçəsi ev 03 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid6 qanunsuz olaraq üzərində narkotik vasitə marixuana gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dəqiqləşdirilmiş və İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun tərkibinə o, İmişli RPŞ-nin CABnin rəisi polis mayoru Şahid5, İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 daxil edilmişdir. 17 aprel 2025-ci il tarixdə, saat 16:57 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun olaraq İmişli şəhəri, Qaradonlu küçəsində Əbülfəz Şixəliyev piyada hərəkətdə olarkən ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Əbülfəz Şixəliyevə üzərində qanunsuz olaraq narkotik vasitə marixuana gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın realizə edilməsi üçün üzərinin yoxlanılacağı bildirilmişdir. Ondan üzərində narkotik vasitə marixuana olub-olmaması soruşanda Əbülfəz Şixəliyev üzərində narkotik vasitə marixuana olduğunu bildirmiş və əynindəki qara rəngli şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində narkotik vasitə marixuana olan kütləni təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olmuşdur. Bundan sonra həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi 8.13 qram olduğu müəyyən edilmişdir. Sonra Şahid6 üstü yoxlanılmış, üzərində “LD” markalı siqaret, Bakı metrosuna məxsus metro kartı, şəxsiyyətini təsdiq edən sənəd, Kapital Bank MMC-yə məxsus bank kartı, 03 ədəd bir manatlıq pul əskinazları və “Redmi” markalı telefon aşkar olunmuşdur. Şifahi sorğu zamanı Şahid6 üzərində aşkar olunmuş narkotik vasitə marixuananı iki gün əvvəl yəni xx.xx.2025-ci il tarixdə dayısı Müsavi adlı şəxsdən 60 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra Şahid6 üzərindən aşkar olunmuş narkotik vasitə marixuana kütləsi bir ədəd zərfdə qoyulub, üzəri möhürlənərək, iştirakçılar tərəfindən imzalanmışıdır. Daha sonra Şahid6 İmişli rayon polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra tərəfindən protokol tərtib edilərək, iştirakçılara elan edilmişdir. İmzalarla doğruluğu təsdiq edilmişdir. Daha sonra müvafiq araşdırmanın davam etdirilməsi İmişli RPŞ-nin İstintaq bölməsinə həvalə edilmişdir. X2 tərəfindən Şahid6 şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Sonra video görüntü əsasında Şahid6 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X19 Şahid6 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı yenidən zərfin tamlığını pozaraq elektron tərəzi vasitəsi ilə çəkmiş və bir ədəd zərfdə yenidən qablaşdıraraq ekspertizaya göndəriləcəyini bildirmişdir. Daha sonra Müstəntiq İ.Soltanlı Şahid6lə şifahi sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş kütləni haradan və necə əldə etdiyini soruşmuşdur. Sonuncu isə həmin marixuana kütləsini xx.xx.2025-ci il tarixdə dayısı X4 60 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra Müstəntiq İ.Soltanlı tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün Təqsirləndirilən şəxs Telman oğlunun şəxsiyyətinin dəqiq müəyyən edilməklə İmişli rayon polis şöbəsinə dəvət olunması üçün əməliyyat tapşırığı vermişdir. Həmin tapşırığın icrası ona həvalə olunduqdan sonra baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1la birlikdə Təqsirləndirilən şəxs İmişli şəhəri Bülbül küçəsində saxlanılaraq İmişli rayon polis şöbəsinə gətirilmiş və İstintaq bölməsinə təhvil verilmişdir. Bundan sonra müstəntiq İ.Soltanlı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir qanunla qadağan olunmuş əşya, predmet aşkar olunmamışdır. Bundan sonra Müstəntiq İ.Soltanlı Təqsirləndirilən şəxsla şifahi sorğu zamanı bacısı oğlu olan Şahid6 iki gün əvvəl, yəni 15 aprel 2025-ci il tarixdə, günortadan sonra olan vaxtda ona 60 manat məbləğdə pul verdiyini və ona narkotik vasitə qurudulmuş marixuana təşkil etməsini deməsini, o da tanışı İmişli şəhər sakini Anar adlı şəxsin yanına gedib həmin 60 manat məbləğdə pulun 55 manatını sonuncuya verdiyini və əvəzində bir ədəd kibrit qutusunda təbii narkotik vasitə qurudulmuş marixuana aldığını, qalan 5 manatı isə yanacaq pulu olaraq özünə götürdüyünü, əldə etdiyi bir ədəd kibrit qutusunda təbii narkotik vasitə qurudulmuş marixuananı isə bacısı oğlu Şahid6 gətirib verdiyini bildirmişdir. Bundan sonra Müstəntiq İ.Soltanlı əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün Anar adlı şəxsin şəxsiyyətinin dəqiq müəyyən edilməklə İmişli rayon polis şöbəsinə dəvət olunması üçün əməliyyat tapşırığı vermişdir. Həmin tapşırığın icrası ona həvalə olunduqdan sonra baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1la birlikdə Şahid4 İmişli şəhəri, Nəsimi küçəsində saxlanılaraq İmişli rayon polis şöbəsinə gətirilmişdir və İstintaq bölməsinin müstəntiqi İlqar Soltanlıya təhvil verilmişdir. Bundan sonra müstəntiq İ.Soltanlı tərfindən Şahid4 şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Daha sonra Şahid4 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid4 üzərində hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Bundan sonra Şahid4 əynindəki şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuanaya bənzər kütlə və bir ədəd içərisində siqaret dənələri olan “Sobranie” markalı siqaret qutusunu həmin şalvarın arxa sağ cibindən bir ədəd qara rəngli pul qabını, həmin şalvarın arxa sol cibindən isə bir ədəd “REDMİ” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra Müstəntiq tərəfindən Şahid4 üzərində aşkar olunmuş bir ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütləyə baxış keçirilmiş və həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra çəkisinin 5.52 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə bir ədəd zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Müstəntiq İ.Soltanlı tərəfindən Şahid4lə şifahi sorğu zamanı Şahid4 dörd gün əvvəl yaşadığı küçənin yaxınlığında iki ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı tapdığını həmin qutulardan birini tanışı Təqsirləndirilən şəxs 55 manat pul müqabilində satdığını digər kibrit qutusundaki narkotik vasitə marixuananı şəxsi axtarış zamanı İmişli rayon polis şöbəsində üzərində aşkar olunaraq götürüldüyünü bildirmişdir. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayanda üzərində narkotik vasitə olmamışdır. Lakin Əbülfəzin saxlayanda üzərində narkotik aşkar edilmişdir. Həmin narkotik vasitənin adını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin rəsi, polis mayoru Şahid5 və İmişli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayanda üzərində narkotik vasitə olmamışdır. Lakin o, biri şəxsi saxlayanda üzərində marixuana aşkar edilmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayanda üzərində narkotik vasitə olmamışdır. Lakin o, biri şəxsi saxlayanda üzərində marixuana aşkar edilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid6 elan edilmiş ifadəsindən görünür ki, o İmişli rayon ərazisində etibarnamə əsasında idarə etdiyi “QAZ-24” markalı avtomobil ilə meyvə tərəvəz satmaqla məşğul olduğunu bildirmişdir. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası 181.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur. O, xx.xx.2022-ci il tarixdən yerdə qalan cəzanı şərti olaraq çəkmişdir. O, təxmini 8 aydır narkotik vasitə marixuana istifadə etmişdir. Marixuananı tanımadığı şəxslərdən pul müqabilində aldığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə o, marixuana istifadə etmək istəmiş, bunun üçün o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə dayısı X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib “nəşə” kimi tanıdığı narkotik vasitə marixuana almaq üçün tanışının olub-olmadığını soruşmuşdur. Dayısı Müsavidən əvvələr narkotik vasitə almamış sadəcə olaraq dayısı Müsavinində narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün dayısı Müsaviyə zəng etmişdir. Dayısı Müsavidə tapa biləcəyini və qarşılığında ondan 60 manat pul istəmişdir. Bundan sonra o, dayısı Müsavi ilə yaşadığı evin yaxınlığında olan “Al Market” mağazasının yanında görüşmüş və 60 manat pulu ona vermişdir. Təxminən 20 dəqiqədən sonra dayısı Müsavi gəlmiş və o, Müsavi ilə pulu verdiyi yerdə “Al Market” mağazasının yanında görüşüb narkotik vasitə marixuananı almışdır. Dayısı Müsavinin ona verdiyi narkotik vasitə marixuana kibrit qutusunda olmuşdur. O, həmin kibrit qutusunu alıb cibinə qoymuş və yaşadığı evə getmişdir. Daha sonra yaşadığı evdə həmin kibrit qutusundan bir qədər götürüb siqaret doldurub çəkmişdir. Ertəsi gün dayısı Müsavinin ona verdiyi kibrit qutusunda olan narkotik vasitədən bir qədərdə götürüb siqaretə doldurmuş və çəkmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində həmin kibrit qutusunda olan narkotik vasitəni cibinə qoyub yaşadığı evdən çıxmış və İmişli rayon mərkəzinə doğru getmişdir. İmişli rayonu, Qaradonlu küçəsində tanımadığı polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməklə bağlı əməliyyat məlumatı daxil olduğunu və həmin məlumatın doğru olub-olmamasını bilməkdən ötəri onun üzərinin yoxlanılması zəruri olduğunu izah etmişdir. O da heç bir etiraz etməmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə və ya qanunsuz olan hər hansı əşya yaxud predmet olmasını sual verən zaman o üzərində təbii narkotik vasitə olan marixuana olmasını bildirmiş və üzərində olan dayısı Müsavidən aldığı bir ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananı əynindəki şalvarın sağ cibindən çıxardıb təqdim etmişdir. Bundan başqa o, üzərində olan özünə məxsus “Redmi” markalı mobil telefonu, bir ədəd metro kartını, şəxsiyyət vəsiqəsini, "xxxx" ASC-yə məxsus bank kartını, 3 manat pulu, “LD” markalı siqareti polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşlarından biri onun üzərinə baxış keçirmiş və heç bir şey aşkar olunmamışıdır. Daha sonra təqdim etdiyi bir ədəd kibrit qutusunda narkotik vasitə marixuananı elektron tərəzi vasitəsi ilə onun gözünün qarşısında çəkilmiş və çəkisi 8.13 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kibrit qutusu polis əməkdaşları tərəfindən içərisi boş qaba qoyulmuş və ağzı möhürlənmişdir. Ona aşkar olunmuş kütlə ekspertizaya göndəriləcəyi barədə izah olunmuşdur. Sonra həmin möhürlənmiş və içərisində marixuana kütləsi olan zərfin üzəri orada olan polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Sonra ona İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinə getməli olmağını bildirmişdir. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə maşınla İmişli rayon polis şöbəsinə gəlmişdir. Orada onu otaqlardan birinə salmış və o stulda əyləşmişdir. Onun yanında da onu saxlayan polis əməkdaşları nəzarət üçün dayanmışlar. O, həmin polis əməkdaşları ilə səmimi söhbət etdiyini bildirmişdir. Sonra otağa müstəntiq daxil olmuş və ona özünü təqdim etmişdir. Ona üzərində narkotik vasitə gəzdirməklə və saxlamaqla bağlı daxil olmuş məlumat əsasında keçirilmiş tədbir zamanı üzərindən narkotik vasitə marixauanaya bənzər kütlə aşkar olunmuş və buna görə də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Sonra ondan şəxsi vəkilinin olub-olmadığı soruşulmuş o isə vəkilinin olmadığını və vəkil tutmaq üçün də maddi imkanının olmadığını bildirmişdir. Ona İmişli rayon Vəkil bürosunun vəkillərinin siyahısını təqdim etmiş və o həmin siyahıdan X1. O, həmin şəxsi əvvəllər tanımamışdır. Həmçinin siyahıda olan digər vəkilləri də tanımamışıdır. Amma o, sərbəst olaraq Sərraf Fezullayevi seçmiş və bir qədər sonra həmin şəxs polis şöbəsinə onun yanına gəlmiş və ona təqdim edilib həmin şəxs İmişli rayon Vəkil bürosunun vəkili X10 oğluduğunu və hüquqlarının həmin şəxs tərəfindən müdafiə ediləcəyini bildirilmişdir. O da vəkilə qarşı heç bir etirazının olmadığını bildirmişdir. Sonra tədbir zamanı iştirak edən polis əməkdaşları, müstəntiq, o, və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonra ona müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində şübhəli şəxsin nəzərdə tutulan hüquq və vəzifələrim izah edilmiş, bununla bağlı olaraq ona sənəd də təqdim edilmişdir. O da heç bir etirazının olmadığını bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış hərəkətləri aparılmış və həmin vaxtda video çəkilişdən istifadə edilmişdir. O da buna heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra müstəntiq əməliyyat zamanı onun üzərindən aşkar edilmiş və qablaşıdırlımış narkotik vasitə marixuanaya bənzər kütləni yenidən açaraq elektron tərəzi vasitəsi ilə çəkmiş və həmin kütlənin çəkisi 8.16 qram çəkidə olması görünmüşdür. Bundan sonra müstəntiq onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuananı yenidən bir ədəd zərfdə qablaşdıraraq dəqiq çəkisi və tərkibinin müəyyən edilməsi üçün onun tərəfindən ekspertiza təyin olunacağını bildirmişdir. O da buna qarşı heç bir etirazının olmadığını bildirmişdir. O, dayısı Müsavidən narkotik vasitə istəyərkən ona 60 manata bir ədəd kibrit qutusunda marixuana tapa biləcəyini demişdir. Lakin dayısı Müsavi haradan əldə edəcəyini deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 14 iyun 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə müstəqil icraata ********* nömrəli cinayət işi ayrılmış və ibtidai istintaqı davam etdirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid6 barəsində istintaq edilən ********* nömrəli cinayət işində Təqsirləndirilən şəxs aid bütün sənədlərin surəti sonuncu cinayət işində saxlanılmaqla əsli ********* nömrəli cinayət işinə, əlavə olunmuşdur (1-cild, i.v. 1-3); cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır (1-cild, i.v. 7-9); şübhəli şəxsin tutulması haqqında 17 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:35 radələrində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-cild, i.v. 71-72); şəxsi axtarış və götürmə aparılması haqqında 17 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının ön sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd göy rəngli alışqanı, həmin gödəkçəsinin sağ yan cibindən bir ədəd cib dəsmalını, həmin gödəkçəsinin sağ iç cibindən bir ədəd “VVinchester” markalı, içərisində dörd ədəd siqaret dənəsi olan siqaret qutusunu, həmin gödəkçəsinin sol iç cibindən bir ədəd dəmir “50” qəpik, 12 ədəd bir AZN, 2 ədəd beş AZN kağız əskinaslardan ibarət olmaqla 22 manat 50 qəpik pulu və həmin pulun arasında bir ədəd ona məxsus sürücülük vəsiqəsi və şəxsiyyətini təsdiq edən sənədi çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş bir ədəd cib dəsmalı, bir ədəd “VVinchester” markalı, içərisində dörd ədəd siqaret dənəsi olan siqaret qutusu, bir ədəd dəmir “50” qəpik, 12 ədəd bir AZN, 2 ədəd beş AZN kağız əskinaslardan ibarət olmaqla 22 manat 50 qəpik pulu və həmin pulun arasında bir ədəd ona məxsus sürücülük vəsiqəsi və şəxsiyyətini təsdiq edən sənədi Təqsirləndirilən şəxs özünə qaytarılmış, üzərindən aşkar edilmiş bir ədəd “Samung” markalı mobil telefon isə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Şəxsi axtarış zamanı X12 şifahi izahatında bacısı oğlu olan Şahid6 iki gün əvvəl, yəni 15 aprel 2025-ci il tarixdə, günortadan sonra olan vaxtda ona 60 manat məbləğdə pul verdiyini və ona narkotik vasitə qurudulmuş marixuana təşkil etməsini deməsini, o da tanışı İmişli şəhər sakini Anar adlı şəxsin yanına gedib həmin 60 manat məbləğdə pulun 55 manatını sonuncuya verdiyini və əvəzində bir ədəd kibrit qutusunda təbii narkotik vasitə qurudulmuş marixuana aldığını, qalan 5 manatı isə yanacaq pulu olaraq özünə götürdüyünü, əldə etdiyi bir ədəd kibrit qutusunda təbii narkotik vasitə qurudulmuş marixuananı isə bacısı oğlu Şahid6 gətirib verdiyini bildirmişdir (1-cild, i.v. 77-79); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-cild, i.v. 172-173); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2025-ci il tarixli 18/315 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: : “...Şahid6 üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (1-ci cild, i.v. 119-121); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2025-ci il tarixli 18/316 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Mənəfov X9 RPŞ-nin X15 dərhal azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (1-ci cild, i.v. 224-226); İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 23 aprel 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Xəqani küçəsi, ev 05 ünvanında qeydiyyatdadır və ailə üzvləri həyat yoldaşı X7 ibarətdir (1-ci cild, i.v. 253); İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 23 aprel 2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (1-ci cild, i.v. 254); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (2-ci cild, i.v. 63); baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş CD diskə baxış keçirilmişdir. Baxış keçirilən CD disk ağ rəngli və üzrəinə “Verbatim sözü yazılmışdır . Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində və adında ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs adına ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş və ya çıxmış hər hansı sms mətnləri və zənglər qeyd olunmamışdır. Baxış zamanı ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş və göndərilmiş sms mətnləri müəyyən olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X8 adına olan Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 15 aprel 2025-ci il tarixdə saat 17:52 radələrindən 18:07 radələrinədək İmişli rayonu ərazisində zəng əlaqələrinin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Telman oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid4 Firdovsi oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 15 aprel 2025-ci il tarixdə saat 17:56 radələrindən 18:08 radələrinədək müddətdə İmişli rayonu ərazisində telefon əlaqələrinin olması müəyyən edilmişdir (2-cild, i.v. 75-77); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (2-cild, i.v. 146-147); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin 08 may 2025-ci il tarixli 2683 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinodilərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (2-cild, i.v. 170-171); xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 54.2-ci maddəsi ilə əvvəlki məzmunu dəyişdirilmədən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs və Şahid4 Firdovsi oğlunun barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid6 və Şahid4 Firdovsi oğlunun ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin ********* nömrəli cinayət işi üzrə şahid ifadəsi kimi qəbul edilməsi nəzərə alınmış, Şahid2, Şahid1 və Şahid5 ********* nömrəli cinayət işi üzrə şahid qismində verdiyi ifadələrin ********* nömrəli cinayət işi üzrədə şahid qismində verdiyi ifadə kimi qəbul edilməsi nəzərə alınmış, Şahid6 üzərindən aşkar edilən 5.27 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 5.25 qram təmiz çəkisinin ********* nömrəli iş üzrə maddi sübut kimi tanınması nəzərə alınmış, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 17 aprel 2025-ci il tarixli, üzləşdirmə keçirilməsi haqqında 18 aprel 2025-ci il tarixli, baxış keçirilməsi haqqında 02 iyun 2025-ci il tarixli istintaq hərəkətləri haqqında protokollar, məhkəmə-bioioji ekspertizasının 18 aprel 2025-ci il tarixli 18/315 saylı, təkbaşına məhkəmə-narkoloji ekspertizasının 08 may 2025-ci il tarixli 2683 nömrəli rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş CD disk, "xxxx" MMC-dən daxil olmuş CD disk sübut növü kimi qiymətləndirilmişdir (2-cild, i.v. 220-230); Tibbi – sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq ikinci dərəcəli əlildir. 176464 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. “AZEMİS” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq ikinci dərəcəli əlildir. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının ön sol cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd göy rəngli alışqanı, həmin gödəkçəsinin sağ yan cibindən bir ədəd cib dəsmalını, həmin gödəkçəsinin sağ iç cibindən bir ədəd “VVinchester” markalı, içərisində dörd ədəd siqaret dənəsi olan siqaret qutusunu, həmin gödəkçəsinin sol iç cibindən bir ədəd dəmir “50” qəpik, 12 ədəd bir AZN, 2 ədəd beş AZN kağız əskinaslardan ibarət olmaqla 22 manat 50 qəpik pulu və həmin pulun arasında bir ədəd ona məxsus sürücülük vəsiqəsi və şəxsiyyətini təsdiq edən sənədi çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş bir ədəd cib dəsmalı, bir ədəd “VVinchester” markalı, içərisində dörd ədəd siqaret dənəsi olan siqaret qutusu, bir ədəd dəmir “50” qəpik, 12 ədəd bir AZN, 2 ədəd beş AZN kağız əskinaslardan ibarət olmaqla 22 manat 50 qəpik pulu və həmin pulun arasında bir ədəd ona məxsus sürücülük vəsiqəsi və şəxsiyyətini təsdiq edən sənədi Təqsirləndirilən şəxs özünə qaytarılmış, üzərindən aşkar edilmiş bir ədəd “Samung” markalı mobil telefon isə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür; “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Beləliklə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ikinci qrup əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Şahid6 aşkar olunaraq götürülmüş 01 ədəd kibirit qutusunda ilkin təmiz çəkisi 5,27 qram olan, tədqiqatdan sonra qalıq qalmış 5.25 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan on ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(036)-70/2025 nömrəli hökmü ilə Şahid4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsinin hökm edilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdən 19 aprel 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Şahid6 aşkar olunaraq götürülmüş 01 ədəd kibirit qutusunda ilkin təmiz çəkisi 5,27 qram olan, tədqiqatdan sonra qalıq qalmış 5.25 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 10 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyərinin İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(036)-70/2025 nömrəli hökmü ilə Şahid4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsinin hökm edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 17 (on yeddi) saat hüquqi yardıma görə 187 (bir yüz səksən yeddi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar