Məhkəmə qərarları › İş №1(036)-69/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-69/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-69/2023 13.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon məhkəməsi hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi,Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə İmişli rayonu Sarxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, İmişli rayonu Sarxanlı kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, 13 aprel 2023-cü il tarixdə saat 17 radələrində qonşusu Zərərçəkmiş şəxs İmişli rayonu Sarxanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan ehtiyat qapısından istifadə edib təsərrüfat işlərini görən zaman həyət qapısının qarşısını və ümumi kənd yolunu çirkləndirməsi səbəbilə qardaşı Şahid2, atası Şahid1 ilə qonşusu Zərərçəkmiş şəxs və sonuncunun oğlu Şahid3 ilə həmin ehtiyat qapının qarşısında, yaşadıqları küçədə qarşılıqlı mübahisə edən zaman əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq ona sağ budun aşağı 1/3-nin ön-bayır səthində hematoma ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli birlərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Sarxanlı kəndində yaşayır və Zərərçəkmiş şəxs ilə qonşudur. Zərərçəkmiş şəxs özünə məxsus olan həyətyanı sahənin arxa tərəfindən küçəyə yol açıb həmin yoldan təsərrüfat məqsədləri ilə istifadə etdiyinə və çirkab suları küçəyə axıtdığına görə son vaxtlarda onunla münasibətləri pisləşmişdir. 13 aprel 2023-cü il tarixdə saat 17 -00 radələrində Zərərçəkmiş şəxs küçəyə peyin tökərək üfunətli qoxu yaratdığı üçün aralarında növbəti dəfə mübahisə olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs Şahid2 üstünə cumub əlindəki bellə onu vurmaq istərkən o, özünü qabağa vermiş və əlindəki ağac parçası ilə Zərərçəkmiş şəxs vurmuşdur. Daha sonra ifadəsində Təqsirləndirilən şəxs əməlindən peşman olaraq Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir.( ərizəsi işə əlavə edilir) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Sarxanlı kəndində yaşayır və Təqsirləndirilən şəxs ilə qonşudur. 13 aprel 2023-cü il tarixdə saat 17-00 radələrində o, yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri görmək məqsədi ilə küçəyə açdığı ehtiyat qapıdan istifadə etdiyinə görə qonşuluqda yaşayan Şahid1 Sulduz oğlu, Şahid2 və Təqsirləndirilən şəxs ilə aralarında mübahisə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üstünə cumaraq əlindəki ağac parçası ilə onu vurmuş və o, da Şahid2 əlində tutduğu beli alaraq həmin bellə Təqsirləndirilən şəxs vurmuşdur. Daha sonra ifadəsində Zərərçəkmiş şəxs ğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. ( ərizəsi işə əlavə edilir) İşdə olan İşdə olan AR SN MTEPAB PHŞ tərəfindən vерilmiş 14 aprel 2023-cü il tarixli, 263 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs müayinə zamanı sağ budun aşağı 1/3-nin ön-bayır səthində hematoma aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi və dərəcəsində görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. ( c.i.səh:55-56) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli sorgu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i. səh: 124) Azərbaycan Respublikası CM-nın 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. AR CPM-nın 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün AR Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən əməl törətməsini, iş üzrə zərərçəkmiş tərəflə barışmasını və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilərək barəsində olan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321-ci maddəsini rəhbər tutaraq Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar