Məhkəmə qərarları › İş №1(036)-69/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-69/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-69/2025 06.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X4, Müdafiəçi – İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1966-cı ildə İmişli rayonu, Əliyetməzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, “Azneft” İstehsalat Birliyində qaldırıcı maşinist vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Əliyetməzli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 9 yanvar 2025-ci il tarixdə, saat 23:30 radələrində idarə etdiyi “Mercedes Benz ML 270 CDİ” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli rayonu, Əliyetməzli kəndindən İmişli rayonu, Telişli kəndi istiqamətində getməkdən ötəri Ağsu-Kürdəmir-Mincivan magistral yolunda hərəkətə başlamamışdan əvvəl eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkətdə olarkən, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan yol hərəkəti qaydalarının tələblərini pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda cinayətkarcasına etinasızlıq edərək, idarə etdiyi avtomobillə İmişli rayonu, Telişli kəndi istiqamətində hərəkət etmək üçün ikinci dərəcəli yoldan baş yola çıxaraq sol tərəfindən, yəni İmişli rayonu, Telişli kəndi istiqamətindən İmişli rayonu istiqamətində hərəkətdə olan Şahid1 idarə etdiyi “Ford transit” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyib hərəkətini davam etdirmiş və nəticədə idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə onunla əks istiqamətdə hərəkət edən Şahid1 idarə etdiyi “Ford transit” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə Ağsu-Kürdəmir-Mincivan magistral yolunun İmişli rayonunun Əliyetməzli kəndinin ərazisindən keçən hissəsində toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və onun idarə etdiyi avtomobilin ön sərnişin oturacağında olan sərnişin X3 gicgah nahiyəsində hematoma, sol gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişa altına və baş beyin toxumasına qansızma, alt çənə sümüyü proyeksiyasında solda yaralar, sol gicgah nahiyəsində, sol baldırın yuxarı 1/3-nin ön səthində, sağ baldırın yuxarı 1/3-nin iç səthində, sağ diz oynağının ön səthində sıyrıqlar ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, başın küt travması nəticəsində sol gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerdəyişən sınığı və baş beyin toxumasına qansızma səbəbindən ehtiyatsızlıqdan Əhməd Mehdiyevin ölümünə səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Mercedes Benz ML 270 CDİ” markalı, **- GF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili idarə etməyi üçün “BC CE DE” kateqoriyalı, “AC 855678” seriyalı sürücülük vəsiqəsi vardır və 20 fevral 2028-ci il tarixədək etibarlıdır. X8 onun həmkəndlisidir. Əhməd Mehdiyev ilə arasında heç bir ədavət və düşmənçilik münasibəti olmamışdır. Əhməd Mehdiyev həmkəndlisi olsa da qonşu Telişli kəndində yaşayırdı. Əhməd Mehdiyev fərdi əməklə məşğul olmaqla fərdi işlərdə işləyib pul qazanırmış. 9 yanvar 2025-ci il tarixdə, günortadan sonra Əhməd onun pay torpağında əkinlə bağlı müəyyən işləri görmüşdür. Həmin gün axşam saatlarında Əhmədə 15 manat pul verib Əliyetməzli kəndindəki marketin yanında düşürdüb evə getmişdir. Təxminən 20 radələrində Əhməd onlara gəlmişdir. Əhməd onlara gəldikdən bir qədər sonra zəng gəlmişdir. Zəngdən sonra Əhməd evə getmək qərarına gəlmişdir. O, Əhməddən getməməsini və onlarda qalaraq səhəri gün yarım qalan işləri gördükdən sonra getməsini istəmişdir. Əhməd razılaşmayaraq evlərinə aparmasını istəmişdir. Bundan sonra Əhməd avtomobilin sağ arxa sərnişin oturacağında, o isə sükan arxasında əyləşmişdir. Magistral yola çatdıqda Əhməd ondan ön sərnişin oturacağına keçmək istədiyini demiş, o da etiraz etməmişdir. Bundan sonra Əhməd avtomobildən düşüb ön sərnişin oturacaqda əyləşmişdir. Əsas yola çıxan zaman sol tərəfdən, yəni Telişli kəndi istiqamətindən gələn nəqliyyat vasitəsinin uzaq vuran işığı onun gözünə düşmüş və görmə qabiliyyəti məhdudlaşmışdır. Həmin vaxt artıq əsas yolda olmuşdur. Digər nəqliyyat vasitəsinin işığının gözünə düşməsindən sonra əyləcdən istifadə edib avtomobilini saxlamışdır. Bu vaxt digər avtomobil onun avtomobilini vurmuşdur. Daha sonra baş verən hadisədən xəbəri olmamışdır. İmişli rayon mərkəzi xəstəxanasında, 10 yanvar 2025-ci il tarixdə, saat 03 radələrində özünə gəldim. Hadisədən əvvəl avtomobili 5-10 km/saat sürətlə idarə etmiş, İmişli rayonu, Telişli kəndi istiqamətindən gələn nəqliyyat vasitəsini təxminən magistral yolun əyri hissəsindən, təxminən 100 metr məsafədən görmüşdür. Avtomobili idarə edən zaman spirtli içki və narkotik vasitə qəbul etməmiş, avtomobildə heç bir nasazlıq olmamışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Hazırda zərər çəkmiş şəxsin hüquqi varisi X7 ilə barışmışdır və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. O, ailəsinə yeganə qazanc gətirən şəxsdir, iki övladı universitet tələbəsidir və ödənişli əsaslarla təhsil alırlar. Övladlarının bütün təhsil və digər xərcləri də onun üzərindədir. Əgər o, azadlıqdan məhrum etmə ilə bağlı cəzaya məhkum edilərsə iş yerini itirəcəkdir. Bu hal isə onun gələcəkdə əmək pensiyası hüququndan istifadə etməsinə, habelə ailəsinin həyat şəraitinə və övladlarının təhsilinə çox ciddi şəkildə təsir göstərəcəkdir. Odur ki, onun zərər çəkmiş şəxsin ailəsinə maddi köməklik göstərməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, baş vermiş hadisəni işlətdiyi qaldırıcı kran vasitəsilə deyil, şəxsi avtomobili ilə törətməsini, habelə ailə vəziyyətinin nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini və sürücülük hüququndan məhrum edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, X2 onun doğma qardaşıdır. 9 yanvar 2025-ci il tarixdə, saat 23:30 Ağsu-Kürdəmir- Bəhrəmtəpə avtomobil yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı qardaşı Əhməd Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İmişli rayon mərkəzi xəstəxanasına daxil olmuşdur. Hadisə baş verən günü o, iş yerində növbədə olmuşdur. Hadisə barəsində ona həmkəndlilərindən biri məlumat vermişdir. Həmin gün növbədə olduğu üçün işdən çıxa bilməmişdir. 10 yanvar 2025-ci il tarixdə, saat 02 radələrində Əhmədə dəfələrlə zəng etmiş, lakin zənglərinə cavab verən olmamışdır. Sonunda zənginə xəstəxanada işləyən mühafizə xidmətinin əməkdaşlarından biri cavab verərək, özünü təqdim edib, xəstəxanada işləyən mühafizə xidmətinin əməkdaşı olduğunu bildirmişdir. O, mühafizə xidmətinin əməkdaşından telefonu qardaşına verməsini istəmişdir. Mühafizə xidmətinin əməkdaşı telefonu qardaşı Əhmədə vermişdir. Əhmədlə danışan zaman xəsarətini soruşmuş, Əhməd ona sadəcə dodaq nahiyəsinin partladığını, başqa heç bir xəsarətinin olmamasını bildirmişdir. O da Əhmədin xəsarətinin yüngül olduğunu fikirləşib, Əhmədə səhər saatlarında onun yanına gələcəyini demişdir. Həmin gün saat 03 radələrində Əhmədə yenidən zəng etmiş, Əhməd zəngə cavab verməmişdir. Təkrar zəng etdikdə zənginə yenə mühafizə xidmətinin əməkdaşı cavab verərək, Əhmədin vəfat etdiyini demişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ibtidai istintaq zamanı təqdim etdiyi ərizəsində və məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 9 yanvar 2025-ci il tarixdə, Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolu ilə Göyçay rayonundan qayıdarkən yolun İmişli rayonu, Əliyetməzli kəndindən keçən hissəsində, həmin kəndin magistral yola birləşən avtomobil yolunda nəqliyyat vasitəsinin qəfil qarşısına çıxması nəticəsində toqquşma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, kəndin avtomobil yolunun magistral yola birləşən hissəsindən 100 metr Telişli kəndi istiqamətində kəskin döngə vardır. Həmin əyridə hərəkət etdiyi üçün sürətini azaltmış, yolun birləşən hissəsinə qədər 50-60 km/saat sürət yığıb hərəkət etmişdir. Əyridən gələn zaman Əliyetməzli kəndindən gələn nəqliyyat vasitəsinin işığını görmüş, həmin avtomobilin magistral yola çıxmasını gözləməmişdir. Belə ki, qarşıdan uzaq vuran işıqla nəqliyyat vasitəsi gəlmiş və fikri həmin nəqliyyat vasitəsində qalmışdır. Əliyetməzli kəndinin içərisində hərəkət edən avtomobil magistral yola birləşən hissədə qəfil qarşısına çıxmışdır. Həmin avtomobili 3-4 metrdən görmüşdür. Avtomobilə səs və işıq siqnalları verərək yola çıxmamasını işarə etmiş, lakin həmin avtomobil hərəkətinə davam etmişdir. Avtomobili əks istiqamətə döndərib, hadisədən yayınmaq istəmiş, lakin həmin avtomobil hərəkətinə davam etdiyi üçün toqquşma hadisəsi baş vermişdir. Hadisə baş verən zaman avtomobilin hava şarı açılmışdır. Həmin avtomobil onun qarşısına qəfil çıxmışdır. Toqquşmadan sonra idarə etdiyi avtomobil yolun əks istiqamətində kənara çıxıb yulğun kollarının içərisində təpəyə dəyib dayanmışdır. Digər avtomobil isə yolun hərəkət hissəsində, ortada dayanmışdır. O, dərhal avtomobildən düşüb avtomobilində olan atası Zaur Qurbanovu və Şahid2 avtomobildən düşürdüb onlara yardım etmişdir. Daha sonra digər avtomobilin içərisində olan sərnişin və sürücüyə kömək etmək üçün getmişdir. Həmin vaxt toqquşduğu avtomobilin “Mercedes Benz ML” markalı avtomobil olduğunu görmüşdür. “Mercedes Benz ML” markalı avtomobilə yaxınlaşdıqda sürücünün avtomobilin sol ön sürücü qapısının pəncərəsində yarı sallanıqlı vəziyyətdə olmasını görmüşdür. Dərhal sürücünü avtomobilin oturacağının üzərinə otuzdurmuşdur. Avtomobilin ön oturacağında olan sərnişin oturacağın üzərində uzanıqlı vəziyyətdə olmuşdur. O, sərnişinin üzünə su vurmuşdur. Bundan sonra X13 xidmətinə və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məlumat verdikdən sonra hadisə yerinə həkimlər və polis əməkdaşları gəlmişlər. Xəsarət alanları İmişli rayon mərkəzi xəstəxanasına aparmışlar. Polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Sonra özü də xəstəxanaya getmişdir. Avtomobil idarə edərkən spirtli içki və narkotik vasitə qəbul etməmiş, Avtomobildə heç bir nasazlıq olmamışdır. İdarə etdiyi avtomobildə sərnişin atası X9 və qohumu Şahid2 olmuş, yük yerində isə 340 ədəd, 2380 manat dəyərində toyuq olmuşdur. Hadisə vaxtı hava 10-15 faiz dumanlı olmuş, ***-**** metr məsafədən yolda hərəkət edən nəqliyyat vasitəsinin işığı rahat görmək olmuşdur. İş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdir. Məhkəmə iclasında Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, 9 yanvar 2025-ci il tarixdə, saat 23:00 radələrində Şahid1 ilə birlikdə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolu ilə Göyçay rayonundan İmişli rayonuna gəlirmişlər. Yolun İmişli rayonu, Əliyetməzli kəndində keçən hissəsində, həmin kəndin magistral yola birləşən hissəsində “Mercedes Benz ML” markalı avtomobil 3-4 metr qalmış yolun hərəkət hissəsinə çıxmağa başlamışdır. Həmin avtomobilin hərəkətini görən Nəbi dəfələrlə səs və işıq siqnalı vermiş, lakin həmin avtomobil hərəkətini davam etdirmişdir. Nəbi hadisədən yayınmaq üçün avtomobili əks istiqamətə sürsə də “Mercedes Benz ML” markalı avtomobilin qabaq yan hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən onları olduğu avtomobil əks istiqamətdə yolun kənarına çıxmış və yulğun kollarının içərisində təpəyə dəyib dayanmışdır. Aldığı xəsarətlərə görə sonrakı hadisələrdən xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 10 yanvar 2025-ci il tarixli, 02 nömrəli rəyindən görünür ki, X2 10 yanvar 2025-ci il tarixdə, saat 00:30-da “Qapalı kəllə-beyin travması. Baş beynin əzilməsi. Sol qulağın qanaması” diaqnozu ilə İmişli MRX-na gətirilmiş və 10 yanvar 2025-ci il tarixdə, saat 08:05-də İmişli MRX-da ölmüşdür. - Aşkar edilmiş xəsarətlər - sol gicgah nahiyəsində hematoma, sol gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerini dəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişa altına və baş beyin toxumasına qansızma, alt çənə sümüyü proyeksiyasında solda yaralar, sol gicgah nahiyəsində, sol baldırın yuxarı 1/3-nin ön səthində, sağ baldırın yuxarı 1/3-nin iç səthində, sağ diz oynağının ön səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidir və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdirlər. - Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 9 yanvar 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilərdi. - X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və güclü təsiredici maddələr aşkar edilmədi. - X5 ölümünün müddəti 10 yanvar 2025-ci il tarixə uyğun gəlir və ölümünə səbəb başın küt travması nəticəsində sol gicgah sümüyünün kəllə əsası sümüyünə keçən yerdəyişən sınığı və baş beyin toxumasına qansızma olmuşdur (cild 1, vərəq 104-112); Məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2025-ci il tarixli, 168/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenatiozan, pirazalon, 1,4 benzidiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmir (cild 1, vərəq 59); Məhkəmə-yol nəqliyyat hadisələri üzrə ekspertizasının 10 aprel 2025-ci il tarixli, 8/570 nömrəli rəyindən görünür ki, “Mercedes Benz ML 270 CDİ” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, vərəq 140-143); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1); Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X7 zərər çəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır (cild 1, vərəq 72); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, vərəq 164-165); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 204-205); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlar ilə tam təsdiq olunur və təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və ailəsinin həyat şəraiti nəzərə alınmaqla onun təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməsi məqsədəmüvafiq deyildir, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və o, cəza çəkmədən də islah oluna bilər. Ona görə də onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti ilə şərti olaraq tətbiq edilməli və sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilmədən də əsas cəza təyin edilə bilər və bu işin hallarına uyğundur. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, dörd nəfərdən ibarət ailə tərkibi vardır, iki övladı ödənişli əsaslarla ali məktəbdə təhsil alır, “Azneft” İB-nin 2 saylı İxtisaslaşdırılmış Neft–Mədən Xüsusi Texnika İdarəsinin Xüsusi texnika dəstəsində qaldırıcının maşinisti vəzifəsində işləyir, əsas peşəsi nəqliyyat vasitəsini idarə etmə ilə bağlıdır və ailəsinə yeganə qazanc gətirən şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1–ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı–ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə qeyd edir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına, yəni cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s. əsasən müəyyən edilir. Hazırkı halda isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs yol–nəqliyyat hadisəsi törətdikdən sonra zərərçəkmiş şəxsin dəfn və yas mərasimlərinin, habelə vurmuş olduğu maddi zərərin azaldılması üçün digər zəruri xərcləri ödəməklə zərərçəkmiş şəxsin ailəsinə yardım göstərmək niyyətində olduğunu nümayiş etdirmiş ki, bu hal da onun tərəfindən törədilən cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013–cü il tarixli qərarının 22–ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, CM–nin 263.1–ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM–nin 263.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız CM–nin 62–ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003–cü il tarixli 4 saylı Qərarının 23–cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM–in 62–ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın. Məhkəmələrə həmçinin tövsiyə edilir ki, müvafiq hallar olduqda və cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza təyin edərkən əsas peşəsi nəqliyyat vasitəsini idarə etmə olan şəxslər barəsində bu növ əlavə cəzanın tətbiqinin məqsədə uyğunluğu məsələsini müzakirə etsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib ona əlavə cəza təyin edilmədən də islah olunmasını mümkün bilərək, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2–cü maddəsinin sanksiyasında müəyyən edilmiş cəza növlərindən yalnız azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs qaldırıcı maşinist vəzifəsində işləməsini, əsas peşəsinin nəqliyyat vasitəsini idarə etmə ilə bağlı olduğunu və sürücülük hüququndan məhrum ediləcəyi təqdirdə onun digər vəzifədə xidmətinin davam etdirməsinə tələbatın olub–olmayacağı sual altında olduğunu, onun yaşını, ailədə yeganə qazanc gətirən şəxs olduğundan, hazırkı işindən azad olunacağı halda ailəsinin çətin vəziyyətə düşəcəyini, həmçinin bu hallarla yanaşı yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu da nəzərə alaraq hesab edir ki, CM–in 62–ci maddəsinə istinad edilməklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza tətbiq edilməməlidir. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Ford transit” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, İmişli RPŞ-nin duracağında saxlanılan “Mercedes Benz ML” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 132 (bir yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 62–ci maddəsi tətbiq edilməklə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilmədən ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Ford transit” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, İmişli RPŞ-nin duracağında saxlanılan “Mercedes Benz ML” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 132 (bir yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar