Məhkəmə qərarları › İş №1(036)-7/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-7/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-7/2022 31.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X7 oğlunun katibliyi, dövlət ittihamçısı Dövlət ittihamçısı1 oğlunun, Zərərçəkmiş şəxs Calal qızının, müdafiəçilər, Məmmədov Qalib Sadiq oğlunun və X1 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonu Qaragüvəndikli kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, cavabdeh kimi 1 ədəd 800 manat dəyərində 1 ədəd “Toşiba” markalı soyuducu, 550 manat dəyərində 1 ədəd “Beko” markalı paltaryuyan maşın, 300 manat dəyərində 1 ədəd “Galaxi” markalı su ilə işləyən tozsoran və müvafiq ölçülərə (şəkildə əks olunmuş görüntüyə görə) uyğun çəkilərdə cəmi 1700 manat dəyərində 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl bilərzik və 1 cüt qızıl sırğa, 450 manat dəyərində 1 ədəd ağqaşlı qızıl nişan üzüyü, 700 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan setka qaşlı qızıl üzüyün, cəmi 4500,0 manat dəyərində cehiz və qızıl-zinət əşyalarının alınıb Zərərçəkmiş şəxs Cəlal qızına verilməsi barədə İmişli rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)2693/2018 saylı qətnaməsi üzrə verilmiş 08 noyabr 2018-ci il il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə görə həmin məhkəmənin 17 fevral 2020-ci il tarixli 3 (036)27/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edildikdən sonra icra məmuru tərəfindən 11 mart 2020-ci il, 06 iyun 2020-ci il və 10 iyul 2020-ci il tarixli məktublarla ona icra üçün yeni müddət təyin edilib məhkəmənin qətnaməsini icra etməyəcəyi halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilməsinə və İmişli rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli,8(036)108/2020 saylı qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, özünün qanunsuz hərəkətlərini davam etdirməklə, məhkəmənin yuxarıda göstərilən qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyib, təqdimatın verildiyi 27 yanvar 2021-ci il tarixədək olan müddətdə yuxarıda sadalanan cehiz və qızıl-zinət əşyalarını və ya onların dəyərindən qalan 3.900,0 manat pulu D.C.Əsədovaya ödəməkdən boyun qaçıraraq ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyrək ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs Cəlal qızı ilə faktiki nikahla evlənmiş, onların həmin nikahdan uşaqları olmamış və xasiyyətləri uyğun gəlmədiyindən 2018-ci ilin may ayında ayrılmışlar. Zərərçəkmiş şəxs Cəlal qızı ayrılıb gedərkən özünə məxsus olan bütün qızıl-zinət və məişət əşyalarını götürüb aparmışdır. Ona görə də, 1 ədəd 800 manat dəyərində 1 ədəd “Toşiba” markalı soyuducu, 550 manat dəyərində 1 ədəd “Beko” markalı paltaryuyan maşın, 300 manat dəyərində 1 ədəd “Galaxi” markalı su ilə işləyən tozsoran və müvafiq ölçülərə (şəkildə əks olunmuş görüntüyə görə) uyğun çəkilərdə cəmi 1700 manat dəyərində 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl bilərzik və 1 cüt qızıl sırğa, 450 manat dəyərində 1 ədəd ağqaşlı qızıl nişan üzüyü, 700 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan setka qaşlı qızıl üzüyün, cəmi 4500,0 manat dəyərində cehiz və qızıl-zinət əşyalarının ondan alınıb Zərərçəkmiş şəxs Cəlal qızına verilməsi barədə İmişli rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli 2(036)2693/2018 saylı qətnaməsi əsassızdır. Həmin qətnamədən şikayət etməsinə baxmayaraq yuxarı instnasiya məhkəmələrində də işə düzgün baxılmamışdır. Bütün bunlara baxmayaraq o, İmişli rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli 2(036)2693/2018 saylı icra sənədi üzrə tələbi ödəməkdən boyun qaçırmamış və indiyədək cəmi 1380,0 manat ödəmişdir. Barəsində olan icra sənədinin indiyədək tam şəkildə icra olunmaması üzürsüz səbəbdən deyil, maddi imkanının olmaması ilə əlaqədar olmuşdur. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Calal qızı ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə faktiki nikahla evlənmiş, onların həmin nikahdan uşaqları olmamış və xasiyyətləri uyğun gəlmədiyindən 2018-ci ilin may ayında ayrılmışlar. Təqsirləndirilən şəxs evlənərkən ona hədiyyə edilmiş 800 manat dəyərində 1 ədəd «Toşiba» markalı soyuducunu, 1 ədəd 550 manat dəyərinldə «Beko» markalı paltaryuyan maşını və 1 ədəd 300 manat dəyərində su ilə işləyən «Galaxi» markalı tozsoran, 1 700 manat dəyərində 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl bilərzik və 1 cüt qızıl sırğa, 1 ədəd 450 manat dəyərində ağqaşlı qızıl nişan üzüyü və 1 ədəd 700 manat dəyərində Rusiya istehsalı olan setka qaşlı qızıl üzüyü özündə saxlayaraq ona qaytarmaqdan imtina etdiyindən 2018-ci ildə məhkəmədə iddia qaldırmış və İmişli Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin əşyaların alınıb ona verilməsi barədə qətnamə çıxarılmışdır. Həmin iş üzrə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya və kassasiya şikayəti təmin edilməmiş və qətnamə icra olunması üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcraat aparıldığı müddətdə o, dəfələrlə İmişli rayon İcra və Probasiya şöbəsinə gedib qətnamənin icra vəziyyəti ilə maraqlanmış, lakin indiyədək Təqsirləndirilən şəxs qətnamədə göstərilən əşyalarını ona qaytarmamışdır. Qətnaməni icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq İmişli Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qərarı ilə 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilmiş və həmin ilin iyun ayında onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs məhkəmənin qətnaməsi üzrə ona verilməli olan əşyaların heç birini özünə qaytarmamış, ötən müddət ərzində ona hissə-hissə cəmi 450,0 manat göndərmişdir. Təqsirləndirilən şəxs bütün əmlakını naturada qaytarmasını və yaxud əşyalarının dəyərini birdəfəlik ödəməsini tələb edir. İş üzrə şahid Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyir. İmişli rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs Calal qızına məxsus olan 800 manat dəyərində 1 ədəd «Toşiba» markalı soyuducunun, 1 ədəd 550 manat dəyərinldə «Beko» markalı paltaryuyan maşının, 1 ədəd 300 manat dəyərində su ilə işləyən «Galaxi» markalı tozsoranın və müvafiq ölçülərə (şəkildə əks olunmuş görüntüyə görə) uyğun çəkilərdə cəmi 1 700 manat dəyərində 1 ədəd qızıl üzüyün, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl bilərziyin və 1 cüt qızıl sırğanın, 1 ədəd 450 manat dəyərində ağqaşlı qızıl nişan üzüyünün və 1 ədəd 700 manat dəyərində Rusiya istehsalı olan setka qaşlı qızıl üzüyün cavabdeh Təqsirləndirilən şəxs alınıb onun özünə verilməlidir. 04 mart 2019-cu il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsində həmin icra sənədi üzrə icraat başlanaraq borcluya tələbin könüllü olaraq 10 gün müddətində ödənilməsi üçün bildiriş göndərilmiş, lakin verilmiş müddətdə icra sənədi üzrə tələb könüllü olaraq ödənilmədiyi üçün məcburi icra tədbirlərinə başlanaraq borclunun qiymətli əmlakının və başqa gəlirlərinin axtarılması istiqamətində məcburi icra hərəkətləri aparılmışdır. Görülmüş tədbirlərə baxmayaraq borclunun tələbin yönəldilə biləcəyi heç bir əmlakı aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs oğlu izahatında İmişli Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 nömrəli qətnaməsində göstərilən əşyalarının onda olmadığını və həmin qətnamədən apellyasiya şikayəti verdiyini bildirmiş, icraat zamanı İmişli Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 saylı qətnaməsindən borclu Təqsirləndirilən şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması müəyyən edilmiş və 02 aprel 2019-cu il tarixli qərarla «İcra haqqında» Qanunun 17.1.7, 21.1 və 21.5-21.6-cı maddələrinə əsasən icra sənədi üzrə icraat dayandırmışdır. İmişli Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli məktubu ilə İmişli rayon İPŞ-ə Şirvan Apellyasiya Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 1(106)-762/2019 nömrəli qətnaməsi ilə İmişli rayon məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanıldığı və AR Ali Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli 2(1020-7223/19 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs kassasiya şikayətinin təmin olunmadığı barədə məlumat verildikdən sonra icra işi üzrə icraat davam etdirilmişdir. Bundan sonra dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs məhkəmənin qətnaməsində göstərilən əşyaları tələbkara qaytarmamış və onların dəyərini ödəməmişdir. 10 yanvar 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, İmişli Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qərarı ilə həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədinin icrası məqsədilə «İcra haqqında» Qanunun 50-ci maddəsinə müvafiq qaydada 10 fevral 2020-ci ildə borclunun yaşadığı ünvanda əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməyərək bu barədə müvafiq akt tərtib olunub icra işinə əlavə edilmişdir. İcra sənədinin icrası məqsədilə «İcra haqqında» Qanunun 84.1-ci maddəsinə uyğun olaraq 31 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat verilmiş və İmişli Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 İmişli rayon Məşğulluq Mərkəzinin 21 iyul 2020ci il tarixli məlumatında Təqsirləndirilən şəxs işaxtaran kimi Mərkəzə müraciət etmədiyi və qeydiyyata alınmadığı göstərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs Calal qızı 22 iyun 2020-ci ildə İmişli rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edib, məhkəmənin qanuni qüvvəyə minimş qətnaməsini icra etmədiyinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsini xahiş etmişdir. Bundan sonra borcluya icra üçün yeni müddət təyin edilərək qətnamənin icrası tələb edilmiş və izahatı alınaraq cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Təqsirləndirilən şəxs 20 iyul 2020-ci il tarixli izahatında tələbkara məhkəmə qətnaməsi üzrə 450 manat pul verdiyini və borcunun qalan hissəsini ödəməyə maddi cəhətdən imkanının olmadığını bildirmişdir. Beləliklə, görülmüş icra tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərəfindən icra sənədi üzrə cəmi 450 manat ödənilmiş, tələbkar Zərərçəkmiş şəxs məxsus olan 4 050 manat dəyərində əmlakın qaytarılması isə icra edilmədən qalmışdır. Göstərilənlər Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 nömrəli qətnaməsini qərəzli olaraq icra etmədiyinə dəlalət etdiyindən onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. İş üzrə şahid İmişli rayon İPŞ-nın icra məmuru Əfəndiyev X4 İlqar Balış oğlunun ifadəsində qeyd olunan xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan İmişli rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs Calal qızına məxsus olan 800 manat dəyərində 1 ədəd «Toşiba» markalı soyuducunun, 1 ədəd 550 manat dəyərinldə «Beko» markalı paltaryuyan maşının, 1 ədəd 300 manat dəyərində su ilə işləyən «Galaxi» markalı tozsoranın və müvafiq ölçülərə (şəkildə əks olunmuş görüntüyə görə) uyğun çəkilərdə cəmi 1 700 manat dəyərində 1 ədəd qızıl üzüyün, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl bilərziyin və 1 cüt qızıl sırğanın, 1 ədəd 450 manat dəyərində ağqaşlı qızıl nişan üzüyünün və 1 ədəd 700 manat dəyərində Rusiya istehsalı olan setka qaşlı qızıl üzüyün cavabdeh Təqsirləndirilən şəxs alınıb onun özünə verilməlidir. ( c.i.səh: 19) İşdə olan İmişli rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 saylı qətnaməsinin surətinə əsasən Zərərçəkmiş şəxs Calal qızına məxsus olan 800 manat dəyərində 1 ədəd «Toşiba» markalı soyuducunun, 1 ədəd 550 manat dəyərinldə «Beko» markalı paltaryuyan maşının, 1 ədəd 300 manat dəyərində su ilə işləyən «Galaxi» markalı tozsoranın və müvafiq ölçülərə (şəkildə əks olunmuş görüntüyə görə) uyğun çəkilərdə cəmi 1 700 manat dəyərində 1 ədəd qızıl üzüyün, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl bilərziyin və 1 cüt qızıl sırğanın, 1 ədəd 450 manat dəyərində ağqaşlı qızıl nişan üzüyünün və 1 ədəd 700 manat dəyərində Rusiya istehsalı olan setka qaşlı qızıl üzüyün cavabdeh Təqsirləndirilən şəxs alınıb onun özünə verilməlidir. ( c.i.səh: 20-23) . İşdə olan AR Ali Məhkəməsinin 02.12.2019-cu il tarixli 2(102)7223/2019 saylı qərarının surətinə əsasən AR Şirvan Apelyasiya məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə İmişli Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. ( c.i.səh: 24-28). İşdə olan İmişli rayon İB-nın icra məmuru Şahid1 04 mart 2019-cu il tarixli qərarının surətinə əsasən həmin tarixdə İmişli Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 saylı icra sənədi üzrə icraat başlanmış və icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi təklif edilmişdir. ( c.i. səh 30) İşdə olan İmişli Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 3(036)27/2020 saylı qərarının surətinə əsasən İmanov X5 Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 saylı sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. (c.i. səh 55-56) . İşdə olan 11.03.2020-ci il tarixli 40404 saylı xəbərdarlığa əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 saylı sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh: 57) İşdə olan 02.06.2020-ci il tarixli 40404 /2019-37-5 saylı xəbərdarlığa əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 saylı sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh: 58) İşdə olan 10.07.2020-ci il tarixli 40404 -6 saylı xəbərdarlığa əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(036)-2693/2018 saylı sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh: 60) AR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CM-nın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. ( c.i. səh :127) İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini nəzərə alaraq onun AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Təqsirləndirilən şəxs Xaləddin oğlu məhkəmə zalından həbsə alınsın. Cəza çəkməsinin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar