Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-7/2024 22.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçilər, Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə, xx.xx.1994-cü ildə İmişli rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu Çaxırlı kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 177.2.1 , 177.2.2 və 177.2.4-cü maddələri ilə, xx.xx.1994-cü ildə İmişli rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu Çaxırlı kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1 , 177.2.2 və 177.2.4-cü maddələri ilə, xx.xx.1996-cı ildə İmişli rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu Çaxırlı kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə, təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs3 ötrü məhkəməyə verilmişlər ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2021-ci il dekabr ayının ortalarında gecə saatlarında Təqsirləndirilən şəxs1 idarə etdiyi “OPEL ASTRA” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsinə gələrək, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 avtomobildə qalıb gözləmiş, o isə Təqsirləndirilən şəxs2lə birlikdə piyada İmişli rayonunun Ağaməmmədli kəndinin yaxınlığında yerləşən "X1 İstehsalat Kommersiya" X2 İmişli İnnovasiya filialının əkin sahələrinə daxil olaraq, həmin əkin sahələrində suvarma məqsədilə quraşdırılmış 1 №-li pivod suvarma qurğusundan 280 metr uzunluğunda, orta bazar qiyməti 3360 (üç min üç yüz altmış) manat təşkil edən mis naqili, 15 №-li pivod suvarma qurğusundan 390 metr uzunluğunda, orta bazar qiyməti 4680 (dörd min altı yüz səksən) manat təşkil edən mis naqili və 8 №-li pivod suvarma qurğusundan 185 metr uzunluğunda, orta bazar qiyməti 2220 (iki min iki yüz iyirmi) manat təşkil edən, cəmi 855 metr uzunluğunda, 10260 (on min iki yüz altmış) manat dəyərində 184,6 xüsusi kodlu, 17 mm diametrli mis naqilləri kəlbətinlə kəsərək, onları Təqsirləndirilən şəxs2lə birlikdə toplayıb, əllərində daşıyaraq Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda onları gözləyən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yanına gətirmiş, daha sonra hər üçü birlikdə mis naqilləri avtomobilin yük yerinə yığıb ərazidən uzaqlaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında "X1 İstehsalat Kommersiya" X2 xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər; Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2022-ci il sentyabr ayının ortalarında gecə saatlarında Təqsirləndirilən şəxs1 idarə etdiyi “XƏZƏR LADA” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsinə gələrək, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 avtomobildə qalıb gözləmiş, o isə Təqsirləndirilən şəxs2lə birlikdə piyada İmişli rayonunun Ağaməmmədli kəndinin yaxınlığında yerləşən "X1 İstehsalat Kommersiya" X2 İmişli İnnovasiya filialının əkin sahələrinə daxil olaraq, həmin əkin sahələrində suvarma məqsədilə quraşdırılmış 15 №-li pivod suvarma qurğusundan 360 metr uzunluğunda, orta bazar qiyməti 5400 (beş min dörd yüz) manat təşkil edən 184,6 xüsusi kodlu, 17 mm diametrli mis naqilləri kəlbətinlə kəsərək, onları Təqsirləndirilən şəxs2lə birlikdə toplayıb, əllərində daşıyaraq Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda onları gözləyən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yanına gətirmiş, daha sonra hər üçü birlikdə mis naqilləri avtomobilin yük yerinə yığıb ərazidən uzaqlaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında "X1 İstehsalat Kommersiya" X2 xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər; Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 12 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs1 idarə etdiyi “OPEL MERİVA” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsinə gələrək, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 avtomobildə qalıb gözləmiş, o isə Təqsirləndirilən şəxs2lə birlikdə piyada İmişli rayonunun Ağaməmmədli kəndinin yaxınlığında yerləşən "X1 İstehsalat Kommersiya" X2 İmişli İnnovasiya filialının əkin sahələrinə daxil olaraq, həmin əkin sahələrində suvarma məqsədilə quraşdırılmış 1 №-li pivod suvarma qurğusundan 324 metr uzunluğunda, orta bazar qiyməti 4860 (dörd min səkkiz yüz altmış) manat təşkil edən 184,6 xüsusi kodlu, 17 mm diametrli mis naqilləri kəlbətinlə kəsərək, onları Təqsirləndirilən şəxs2lə birlikdə toplayıb, əllərində daşıyaraq Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda onları gözləyən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yanına gətirmiş, daha sonra hər üçü birlikdə mis naqilləri avtomobilin yük yerinə yığıb ərazidən uzaqlaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında "X1 İstehsalat Kommersiya" X2 əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Təqsirləndirilən şəxs2 ondan ötrü məhkəməyə verilmişlər ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2021-ci il dekabr ayının ortalarında gecə saatlarında idarə etdiyi “OPEL ASTRA” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsinə gələrək, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 avtomobildə qalıb gözləmiş, o isə Təqsirləndirilən şəxs3la birlikdə piyada İmişli rayonunun Ağaməmmədli kəndinin yaxınlığında yerləşən "X1 İstehsalat Kommersiya" X2 İmişli İnnovasiya filialının əkin sahələrinə daxil olaraq, həmin əkin sahələrində suvarma məqsədilə quraşdırılmış 1 №-li pivod suvarma qurğusundan 280 metr uzunluğunda, orta bazar qiyməti 3360 (üç min üç yüz altmış) manat təşkil edən mis naqili, 15 №-li pivod suvarma qurğusundan 390 metr uzunluğunda, orta bazar qiyməti 4680 (dörd min altı yüz səksən) manat təşkil edən mis naqili və 8 №-li pivod suvarma qurğusundan 185 metr uzunluğunda, orta bazar qiyməti 2220 (iki min iki yüz iyirmi) manat təşkil edən, cəmi 855 metr uzunluğunda, 10260 (on min iki yüz altmış) manat dəyərində 184,6 xüsusi kodlu, 17 mm diametrli mis naqilləri kəlbətinlə kəsərək, onları Təqsirləndirilən şəxs3 ilə birlikdə toplayıb, əllərində daşıyaraq Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda onları gözləyən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yanına gətirmiş, daha sonra hər üçü birlikdə mis naqilləri avtomobilin yük yerinə yığıb ərazidən uzaqlaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında "X1 İstehsalat Kommersiya" X2 xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər; Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2022-ci il sentyabr ayının ortalarında gecə saatlarında Təqsirləndirilən şəxs1 idarə etdiyi “XƏZƏR LADA” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsinə gələrək, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 avtomobildə qalıb gözləmiş, o isə Təqsirləndirilən şəxs3 ilə birlikdə piyada İmişli rayonunun Ağaməmmədli kəndinin yaxınlığında yerləşən "X1 İstehsalat Kommersiya" X2 İmişli İnnovasiya filialının əkin sahələrinə daxil olaraq, həmin əkin sahələrində suvarma məqsədilə quraşdırılmış 15 №-li pivod suvarma qurğusundan 360 metr uzunluğunda, orta bazar qiyməti 5400 (beş min dörd yüz) manat təşkil edən 184,6 xüsusi kodlu, 17 mm diametrli mis naqilləri kəlbətinlə kəsərək, onları Təqsirləndirilən şəxs2lə birlikdə toplayıb, əllərində daşıyaraq Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda onları gözləyən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yanına gətirmiş, daha sonra hər üçü birlikdə mis naqilləri avtomobilin yük yerinə yığıb ərazidən uzaqlaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında "X1 İstehsalat Kommersiya" X2 xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər; Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 12 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs1 idarə etdiyi “OPEL MERİVA” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsinə gələrək, aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 avtomobildə qalıb gözləmiş, o isə Təqsirləndirilən şəxs3 ilə birlikdə piyada İmişli rayonunun Ağaməmmədli kəndinin yaxınlığında yerləşən "X1 İstehsalat Kommersiya" X2 İmişli İnnovasiya filialının əkin sahələrinə daxil olaraq, həmin əkin sahələrində suvarma məqsədilə quraşdırılmış 1 №-li pivod suvarma qurğusundan 324 metr uzunluğunda, orta bazar qiyməti 4860 (dörd min səkkiz yüz altmış) manat təşkil edən 184,6 xüsusi kodlu, 17 mm diametrli mis naqilləri kəlbətinlə kəsərək, onları Təqsirləndirilən şəxs2lə birlikdə toplayıb, əllərində daşıyaraq Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda onları gözləyən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yanına gətirmiş, daha sonra hər üçü birlikdə mis naqilləri avtomobilin yük yerinə yığıb ərazidən uzaqlaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında "X1 İstehsalat Kommersiya" X2 əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. İsgəndərov Təqsirləndirilən şəxs1 Mirqamət oğlu ondan ötrü məhkəməyə verilmişlər ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2021-ci il dekabr ayının ortalarında gecə saatlarında idarə etdiyi “OPEL ASTRA” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsinə gələrək, aralarındakı razılaşmaya əsasən o, avtomobildə qalıb gözləmiş, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2lə birlikdə piyada İmişli rayonunun Ağaməmmədli kəndinin yaxınlığında yerləşən"X1 İstehsalat Kommersiya" X2 İmişli İnnovasiya filialının əkin sahələrinə daxil olaraq, həmin əkin sahələrində suvarma məqsədilə quraşdırılmış 1 №-li pivod suvarma qurğusundan 280 metr uzunluğunda, orta bazar qiyməti 3360 (üç min üç yüz altmış) manat təşkil edən mis naqili, 15 №-li pivod suvarma qurğusundan 390 metr uzunluğunda, orta bazar qiyməti 4680 (dörd min altı yüz səksən) manat təşkil edən mis naqili və 8 №-li pivod suvarma qurğusundan 185 metr uzunluğunda, orta bazar qiyməti 2220 (iki min iki yüz iyirmi) manat təşkil edən, cəmi 855 metr uzunluğunda, 10260 (on min iki yüz altmış) manat dəyərində 184,6 xüsusi kodlu, 17 mm diametrli mis naqilləri kəlbətinlə kəsərək bir yerdə toplayıb, əllərində daşıyaraq Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda onları gözləyən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yanına gətirmiş, daha sonra hər üçü birlikdə mis naqilləri avtomobilin yük yerinə yığıb ərazidən uzaqlaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında "X1 İstehsalat Kommersiya" X2 xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər; Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 2022-ci il sentyabr ayının ortalarında gecə saatlarında idarə etdiyi “XƏZƏR LADA” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu,Ağaməmmədli kəndi ərazisindən keçən hissəsinə gələrək, aralarındakı razılaşmaya əsasən o,avtomobildə qalıb gözləmiş, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2lə birlikdə piyada İmişli rayonunun Ağaməmmədli kəndinin yaxınlığında yerləşən "X1 İstehsalat Kommersiya" X2 İmişli İnnovasiya filialının əkin sahələrinə daxil olaraq, həmin əkin sahələrində suvarma məqsədilə quraşdırılmış 15 №-li pivod suvarma qurğusundan 360 metr uzunluğunda, orta bazar qiyməti 5400 (beş min dörd yüz) manat təşkil edən 184,6 xüsusi kodlu, 17 mm diametrli mis naqilləri kəlbətinlə kəsərək bir yerdə toplayıb, əllərində daşıyaraq Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda onları gözləyən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yanına gətirmiş, daha sonra hər üçü birlikdə mis naqilləri avtomobilin yük yerinə yığıb ərazidən uzaqlaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında "X1 İstehsalat Kommersiya" X2 xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər; Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 12 yanvar 2023-cü il tarixdən 13 yanvar 2023-cü il tarixə keçən gecə idarə etdiyi “OPEL MERİVA” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu- Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Ağaməmmədli kəndi ərazisindən keçən hissəsinə gələrək, aralarındakı razılaşmaya əsasən o, avtomobildə qalıb gözləmiş, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2lə birlikdə piyada İmişli rayonunun Ağaməmmədli kəndinin yaxınlığında yerləşən "X1 İstehsalat Kommersiya" X2 İmişli İnnovasiya filialının əkin sahələrinə daxil olaraq, həmin əkin sahələrində suvarma məqsədilə quraşdırılmış 1 №-li pivod suvarma qurğusundan 324 metr uzunluğunda, orta bazar qiyməti 4860 (dörd min səkkiz yüz altmış) manat təşkil edən 184,6 xüsusi kodlu, 17 mm diametrli mis naqilləri kəlbətinlə kəsərək, bir yerdə toplayıb, əllərində daşıyaraq Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda onları gözləyən Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin yanına gətirmiş, daha sonra hər üçü birlikdə mis naqilləri avtomobilin yük yerinə yığıb ərazidən uzaqlaşaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında "X1 İstehsalat Kommersiya" X2 əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişlər. Təqsirləndirilən şəxs3 özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayında həmkəndliləri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mirqamət oğlu ilə qabaqcadan razılığa gəlib İmişli rayon Ağaməmmədli kəndi "xxxx" MMC-nin İmişli İnnovasiya filialının əkin sahələrində quraşdırılmış «Pivod» qurğularınnda olan mis elektirik kabellərini oğurlasınlar. Belə ki, o, İlk dəfə 2021-ci ilin dekabr ayında gecə saat 01-00 radələrində İsmətlə bir yerdə Kənanın idarə etdiyi «Opel» markalı avtomobillə həmin əraziyə getmiş, Kənan avtomobili Kürdəmir-İmişli avtomobil yolunun üzərində saxlayıb onları gözləmiş, o, isə İsmətlə avtomobildən düşüb taxıl sahəsinə gedib bir «Pivod» qurğusunun üzərində olan mis elektirik kabelləri kəsmiş, kəsdikləri kabeli bir yerə toplayıb Kənanın avtomobilinin olduğu yerə gətirərək avtomobilə yükləyib yaşadıqları İmişli rayon Çaxırlı kəndinə aparmışlar. Həmin kəndin kənarında ocaq qalayıb kabellərin üzərində olan rezin izolyasiyasını əridib misini çıxardıqdan sonra yenidən Kənanın avtomobilinə yükləyib gətirib İmişli şəhərində əlvan metal qəbulu ilə məşğul olan Nizami adlı şəxsə satmışlar. Nizami ilk dəfə 2021-ci ilin dekabr ayında misin bir kq-nı onlardan 7-8 manatdan almış və təxminin 900 manat ödəmişdir. Nizaminin verdiyi pulu aralarında bərabər qaydada bölmüş, hər birinə 300 manat düşmüşdür; 2022-ci ilin təxminən sentiyar ayının ortalarında yenə də İsmət və Kənanla razılaşıb Kənanın idarə etdiyi «Opel» markalı avtomobil ilə İmişli rayonu Ağaməmmədli kəndi yaxılığında olan "xxxx" MMC-nin İmişli İnnovasiya filialının əkin sahələrinə gəlib «Pivod» qurğuların üzərində olan mis elektirik kabellərindən oğurlayıb aparmışlar. Yenə də Kənan onları avtomobildən düşürəndən sonra yolda gözləmiş və o, İsmətlə avtomobildən düşüb 150-200 metr gedərək mis kabelləri kəsmək üçün sahəyə girmişlər. İsmət özü ilə götürdüyü kəlbətinlə «Pivod» qurğusunun üzərinə çıxıb təxminin 200 metr uzunluqda mis kabeli kəsib yerə atmış, o, isə kabelləri bir yerə toplamış və sonra yola çıxarıb Kənanın avtomobilnə yükləyərək kəndlərinə aparmışlar. Kənddə kabelin rezin izoliyasiyasını tonqalda yandırıb misini çıxararaq aparıb Nizami adlı şəxsə satmışlar. Bu dəfə Nizamiyə misinin hər bir kq-ın 10 manatdan satmış və cəmi 750 manat alaraq aralarında bölmüşlər; 2023-cü ilin yanvar ayının ortalarında Mirkənan və İsmətlə bir yerdə yenə də MMC-nin İmişli İnnovasiya filialının əkin sahələrində quraşdırılmış «Pivod» qurğuların olduğu yerə getmiş, Mirkənan yolun üstündə «Xəzər Lada» markalı avtomobili saxlayıb onları gözləmişdir. Gecə saat 01-00 radələrində İsmətlə avtomobildən düşərək MMC-nin İmişli İnnovasiya filialının əkin sahələrində quraşdırılmış «Pivod» qurğuların yanına getmiş, İsmət «Pivod» qurğusının üzərində olan təxminin 160 metr uzunluqda olan mis elektirik kabeli kəsib yerə atmış, o, isə kabeli bir yerə toplamış və sonra yola çıxarıb Kənanın avtomobilnə yükləyərək kəndlərinə aparmışlar. Kənddə kabelin rezin izoliyasiyasını tonqalda yandırıb misini çıxararaq aparıb Nizami adlı şəxsə satmışlar. Bu dəfə Nizamiyə misin hər bir kq 8 manatdan satmış və cəmi 500 manat pul əldə edib aralarında bölmüşlər. Təqsirləndirilən şəxs3 daha sonra ifadəsində "X1 İstehsalat Kommersiya" MMC-nin hesabına 4000,0 manat köçürərək cəmiyyətə dəymiş maddi zərəri qismən ödədiyini göstərmiş və əməlindən peşman olduğunu ifadə etmişdir. Təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Mirqamət oğlu hər biri öz növbəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilmiş və ifadəsində Təqsirləndirilən şəxs3 göstərdiyi xüsusatları eyni ilə təsdiq edərək əməlindən peşman olduğunu ifadə etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin İmişli İnnovasiya filialı İmişli rayon Ağaməmmədli kəndi ərazisində yerləşir və taxıl və pambıq əkinləri ilə məşğul olur. Həmin ərazi dəmyə torpaqlar olduğu üçün əkin sahələri süni suvarma qurğuları vasitəsi ilə suvarılır. «Pivod» qurğuları elektirik enerjisi ilə işlədiyi üçün həmin qurğular mis elektirik kabelləri və elektirik kabellərin keçdiyi elektirik şitləri ilə təchiz edilmişdir. 2021-ci ilin dekabr ayında həmin ərazidə olan 3 ədəd «Pivod» qurğusunun üzərindən elektrik kabelləri naməlum şəxslər tərəfindən kəsilərək oğurlanmışdır. 2021-ci ilin dekabr ayında 1 nömrəli «Pivod» qurğusundan təxminən 280 metr uzunluqda, 15 nömrəli «Pivod» qurğusundan 390 metr uzunluqda, 8 nömrəli «Pivod» qurğusun üzərindən 185 metr uzunluqda cəmi 855 metr elektirik kabelləri kəsilərək oğurlanmışdır. Həmin kabelərin oğurlanmıası nəticəsində "xxxx" MMC-nin İmişli İnnovasiya filialıına 26505 manat maddi zərər vurulmuşdur. 23 sentyabr 2022-ci ildən 24 sentyabr 2022-ci il tarixə keçən gecə ərazidə olan 15 nömrəli «Pivod» qurğusundan 60 metrlik, 6 ədəd, cəmi 360 metr 10 damarlı mis kabelləri kəsilərək oğurlanmışdır. 13 yanvar 2023-cü ildən 14 yanvar 2023-cü il tarixə keçən gecə "xxxx" MMC-nin İmişli İnnovasiya filialında 31 nömrəli «Pivod» Suvarma qurğusundan xüsusi kodu 184,6 olan 10 damarlı mis kabel oğurlanmışdır. Hazırda baş vermiş cinayət hadisəsi nəticəsində "X1 İstehsalat Kommersiya" MMC-nə cəmi 51.541,11 manat məbləğində maddi zərəri dəymiş və cəmi 4000,0 manat ödənilmişdir. Ona görə də, cəmiyyətə dəymiş maddi zərərin tam şəkildə ödənilməsini tələb edir. İş üzrə Şahid1 ifadəsində bildirmişdir ki, o, hal-hazırda İmişli rayonunda metal qəbulu ilə məşğul olur və topladığı metal tullantıları Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqəsinə aparıb təhvil verir. İmişli rayonu Çaxırlı kənd sakinləri Elməddin, Kənan və İsmət adlı şəxsləri tanıyır. Həmin şəxslərdən biri olan İsmət adlı şəxs 2021-ci ilin dekabr ayında ona məxsus 050 610 71 49 nömrəsinə xatırlamadığı mobil telefondan zəng vuraraq təxminən 100 kq çəkidə misi satmaq üçün gətirdiyini bildirmiş və sonra onun dəvəti ilə 100,0 kq çəkidə misi minik avtomobili ilə həyətə gətirib ona 900 manata satmışlar. Misi haradan əldə etdikləri barədə soruşduqda ona tullantı olduğu və ayrı-ayrı yerlərdən toplandığı bildirmiş, misin oğurluq yolu ilə əldə edildiyi bildirilməmişdir. 2021-ci ildə misin 1 kq 8 manat almışdır. 2022-ci ilin təxminin sentyabr ayında 75-80 kq çəkidə mis almış və onlara təxminən 750 manat pul vermişdir. Aldığı misi digər əlvan metallarla bir yerdə Sumqayıt şəhərinə aparıb metal qəbulu sexinə təhvil vermişdir. Həmin şəxslər 2022-ci ildə ona təxminin 30-40 kq, 2023-cü ilin yanvar ayında isə təxminən 60 kq mis məftillər satmışlar. Sonuncu dəfə mis məftilin 1 kq-nı 8 manatdan almış və onlara cəmi 465 manat pul vermişdir. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, o, 01 may 2018-ci ildən hal-hazıradək «MKT İstehsalat Kommersiya" MMC-nin İmişli İnnovasiya filialının direktoru vəzifəsində işləyir. Həmin filial İmişli rayonu Ağaməmmədli kəndi ərazisində yerləşir və əraizidə taxıl və pambıq əkinləri ilə məşğul olur. Həmin ərazilər dəmiyə torpaqlar olduğundan əkin sahələri süni suvarma qurğuları vasitəsi ilə suvarılır. Həmin «Pivod» qurğuları elektirik enerjisi ilə işlədiyi üçün qurğular mis elektirik kabelləri və elektirik kabellərin keçdiyi elektirik şitləri ilə təchiz edilmişdir. 2021-ci ilin dekabr ayında həmin ərazidə olan 2 ədəd «Pivod» qurğusunun üzərindən elektrik kabelləri naməlum şəxslər tərəfindən kəsilərək oğurlanmışdır. 2021-ci ilin dekabr ayında 1 nömrəli «Pivod» qurğusundan təxminən 280 metr uzunluqda, 15 nömrəli «Pivod» qurğusundan 390 metr uzunluqda, 8 nömrəli «Pivod» qurğusun üzərindən 185 metr uzunluqda cəmi 855 metr elektirik kabelləri kəsilərək oğurlanmışdır. Həmin «Pivod» qurğuların kabellərinin kəsilməsini gözətçi Elmin Əliyev ona məlumat vermiş, o da "xxxx" MMC-nin İmişli İnnovasidan oğurluq olması barəsində İmişli RPŞ-yə məktubla müraciət etmişdir. Həmin kabelərin oğurlanmıası nəticəsində "xxxx" MMC-nin İmişli İnnovasiya filialıına 26505 manat maddi zərər vurulmuşdur. 23 sentyabr 2022-ci ildən 24 sentyabr 2022-ci il tarixə keçən gecə ərazidə olan 15 nömrəli «Pivod» qurğusundan 60 metrlik, 6 ədəd, cəmi 360 metr 10 damarlı mis kabelləri kəsilərək oğurlanmışdır. 13 yanvar 2023-cü ildən 14 yanvar 2023-cü il tarixə keçən gecə "xxxx" MMC-nin İmişli İnnovasiya filialında 31 nömrəli «Pivod» Suvarma qurğusundan xüsusi kodu 184,6 olan 10 damarlı mis kabel oğurlanmışdır. Hazırda baş vermiş cinayət hadisəsi nəticəsində "X1 İstehsalat Kommersiya" MMC-nə cəmi 51.541,11 manat məbləğində maddi zərəri dəymişdir. Həmin oğurluq barəsində "xxxx" MMC-nin İmişli İnnovasiya filialın adından məktubla İmişli RPŞ-nə müraciət etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əsasən İmişli rayon Ağaməmmədli kəndi yaxınlığında “MKT İstehsalat Kommersiya" X3 İmişli İnnovasiya filialına məxsus 1 nömrəli «Pivod» qurğusundan təxminən 280 metr uzunluqda, 15 nömrəli «Pivod» qurğusundan 390 metr uzunluqda, 8 nömrəli «Pivod» qurğusun üzərindən 185 metr uzunluqda cəmi 855 metr elektirik kabelləri kəsilərək oğurlanmışdır. ( c.i.1-ci cild, səh: 5-14) İşdə olan xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əsasən İmişli rayon Ağaməmmədli kəndi yaxınlığında “MKT İstehsalat Kommersiya" X3 İmişli İnnovasiya filialına məxsus olan 31 nömrəli «Pivod» qurğusundan 324 metr uzunluqda 10 damarlı elektirik kabelləri kəsilərək oğurlanmışdır. ( c.i.1-ci cild, səh: 87-89) İşdə olan xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əsasən İmişli rayon Ağaməmmədli kəndi yaxınlığında “MKT İstehsalat Kommersiya" X3 İmişli İnnovasiya filialına məxsus 15 nömrəli «Pivod» qurğusundan 360 metr uzunluqda 10 damarlı elektirik kabelləri kəsilərək oğurlanmışdır. ( c.i.1-ci cild, səh: 79-80) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli, 9/1959 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş kabel nümunələrinin istifadə olunması nəzərə alınmaqla 31,5 sm uzunluqda, 4 damarlı, diametri 12 mm olan mis əsaslı ərintidən hazırlanmış kabelin 01 metrin 2021-ci ilin dekabr ayına olan bazar qiyməti təxminən 4,00 manat, 43 sm uzunluqda, 9 damarlı, diametri 17 mm olan mis əsaslı ərintidən hazırlanmış kabelin bazar qiyməti təxminən 6,00 manat müəyyən edilir. ( c.i.1-ci cild, səh: 53) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 05 may 2023-cü il tarixli, 9/2371 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında üzəri qara izoliyasiyalı, 10 damarlı, üzərində markalanma göstəricilərinə dair məlumat olmayan, umumi diametri 17 mm olan naqilin istifadədə olması nəzərə alınmaqla 01 metrin qərarda göstərilən tarixlərdə orta bazar qiyməti – yəni 2021-ci ilin dekabr ayında 12,00 manat, 2022-ci ilin sentyabr ayında 15,00 manat və 2023-cü ilin yanvar ayında 15,00 manat kimi müəyyən edilir. ( c.i.2-ci cild, səh: 76) İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3402 saylı qəbzə əsasən Təqsirləndirilən şəxs3 tərəfindən “Kapital Bank” –da açılmış ******************** nömrəli hesaba dəymiş maddi zərərə görə 4000,0 manat ödənilmişdir. AR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CM-nın 177.2.1, 177.2.2 və 177.2.4-cü maddəsinə nəzərdə tutulan cinayəti törətmişlər. Ona görə də, hər biri CM-nın Xüsusi hissəsinin müvafiq maddələri ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli sorğu məlumatına əsasən X4 məhkum edilməmişdir. ( c.i. səh :86) İşdə olan İmişli RİHB-nin Məzrəli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 486 saylı arayışa əsasən Təqsirləndirilən şəxs1 evlidir və himayəsində iki nəfər azyaşlı uşağı vardır.( c.i.2-ci cild, səh:81) İşdə olan İmişli RİHB-nin Məzrəli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 485 saylı arayışa əsasən Təqsirləndirilən şəxs3 evlidir və himayəsində birnəfər azyaşlı uşağı vardır.( c.i.2-ci cild, səh:83) Zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəyərək onunla barışıq əldə etməsi, himayəsində azyaşlı uşağı olması və əməlindən peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallardır. Himayəsində azyaşlı uşaqları olması və əməlindən peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Əməlindən peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RPŞ İB-nin xx.xx.2023-cü il tarixli 53 saylı qərarına əsasən AR CM-nın 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs3 həmin gün tutularaq İmişli RPŞ MSY-ə təhvil verilmişdir. ( c.i.1-ci cild, səh: 116) İşdə olan İmişli RPŞ İB-nin xx.xx.2023-cü il tarixli 55 saylı qərarına əsasən AR CM-nın 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs2 həmin gün tutularaq İmişli RPŞ MSY-ə təhvil verilmişdir. ( c.i.1-ci cild, səh: 139) İşdə olan İmişli RPŞ İB-nin xx.xx.2023-cü il tarixli 57 saylı qərarına əsasən AR CM-nın 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 oğlu həmin gün tutularaq İmişli RPŞ MSY-ə təhvil verilmişdir. ( c.i.1-ci cild, səh: 159) İşdə olan İmişli RPŞ İB-nin xx.xx.2023-cü il tarixli 63 saylı qərarına əsasən Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək İmişli MSY-dən azad edilmişdir. ( c.i. səh: 217-219) İşdə olan İmişli RPŞ İB-nin xx.xx.2023-cü il tarixli 64 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək İmişli MSY-dən azad edilmişdir. ( c.i. səh: 222-224) İşdə olan İmişli RPŞ İB-nin xx.xx.2023-cü il tarixli 65 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək İmişli MSY-dən azad edilmişdir. ( c.i. səh: 228-230) «Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdikləri cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, AR CM-nın 69.3-cü maddəsinə əsasən hər birinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalı və cəzanın həddi müəyyən edilərkən Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş maddi zərəri qismən ödəməsi xüsusən nəzərə alınmalıdır; İş üzrə maddi sübut, İmişli RPŞnin “Maddi sübutları saxlama” otağına təhvil verilmiş 4 ədəd mis kabel "xxxx" MMC-nin İmişli İnnovasiya filialına təhvil verilməlidir; İş üzrə olan mülki iddia qismən təmin olunaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 16520,0 ( on altı min beş yüz iyirmi) manat alınıb iddiaçı "xxxx" MMC-yə verilməlidir; İş üzrə ekspertiza xərcini təşkil edən 100,0 manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.4 maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 1 (bir) il 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 16 həbsdə saxlandığı müddət nəzərə alınaraq zərində 2 (iki) il 11(on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq zərində 2 (iki) il 11(on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07- 00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, İmişli RPŞ-nin “Maddi sübutları saxlama” otağına təhvil verilmiş 4 ədəd mis kabel "xxxx" MMC-nin İmişli İnnovasiya filialına təhvil verilsin. İş üzrə olan mülki iddia qismən təmin olunsun: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 16520,0 ( on altı min beş yüz iyirmi) manat alınıb iddiaçı "xxxx" MMC-yə verilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100,0 manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-7/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-7/2024
22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver