Məhkəmə qərarları › İş №1(036)-7/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-7/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-7/2025 17.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə İmişli rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəsisəsində həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəsisəsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən 0,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və tərkibində 0,169 qram narkotik vasitə metadon olan həbləri satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımış və saxlamış, 20 yanvar 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı İmişli şəhəri, H.Aslanov küçəsi, ev 7 ünvanında 01 ədəd bükümdə, tərkibində xeyli miqdarda, yəni 0,029 qram çəkidə narkotik vasitə metadon olan iki ədəd həb qırıntısını 14 (on dörd) manat pul müqabilində tanışı Şahid4 qanunsuz olaraq satmış, həmin gün saat 19 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, H.Aslanov küçəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində aparılan şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd salfet kağızı bükümündə 0,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd salfet kağızı bükümündə tərkibində 0,14 qram çəkidə narkotik vasitə metadon olan 3,5 ədəd həb aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o heç kəsə narkotik vasitə satmamışdır. Narkotik vasitə istifadəçisi olsa da heç kimə narkotik vasitə satmamışdır. Özü də xətəlikdən əziyyət çəkir. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, telefon məlumatlarında onun göndərdiyi və ona göndərilən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini özündə ehtiva edən, “Denan, dordana xais, eladana, denen agreruq”, “Salam bagiwla bu vaxtdi seni narahat etdiyim ucun patiyla kola deyiwin yeri bilmirese pulda var problem deyil”, “İkıəmı manat vaə 10 manat lagımdı”, “Tamız o5 neçkıma dema lazıs olsa de”, “salam bro.veziyyet pisdi. 10 manat var.”, “0 adama ay ratpəes lazımdı 1kılo duzub qoşa bılaəsan tez kalsam vuəum”, “Lazimdi gotrum.20 manatliq sanada gedacay birazdan”, “Gediram eva san canun duzalsa bakiya getsun ver get”, “balam .o mene verdiyin. lay getdi ondan axşam mene verersen pulu goturende. oldu. uregim”, “Balam. xestenin. yanındayam. mene.şkalat.vere.bilersen”, “Salam qaqa imkan varsa manim isimi duzub qosa bilarsan saba pulu saxlem ozumda biliram targidmsan qaqa pis vazzyyatda qoyma”, “Balam ağrılarım .mene.çox.eseb.verir.çox.narahatam”, “Qaqa gulya de .o qiz gor duzub qosa bilar”, “Balam, 30,manat, duzalmaz, sanda”, “Qaqa, telfonu, zaryatkadsydi, evdayam, danssamiram duzalsada, o, qadar, duzalar 20, manata, amma, yarim”, “Man, isimi, duz, qos ,qaqa, jmkan, varsa, onnan, otru, sattiya, gedram”, “Balam, 40, 50, manat, olssa, zor, olar, sanada, qaşay, qaşa, duz, qoş, elyaram”, “Balam .20 .manat .pulum var. amid çanı”, “Axsamun, xeyr, qaqa, evdayam, dansamiram, gec,oldu, deynan, galdim, obiri, duzalir, lazimdisa, duzalir”, “X15 X14 Vazyat Pisi”, “Masin, var, gotur, mayi, tres, tarafa, at, birdana, cet, verim, ammatez, olsa”, “Basun agrayir cakma gor sani qoyacaq yatmaqa tamiz seydi, sam deyil ama qatiblar cox gujdudu ay, balam san, gor mani natar oglan tanesan ozma rava bilmadiyim seyi, sana rava bilaram onu vermiyacaydim dedim badu, qatasan onuda sanddan, aldimki talfonda, danisa bilmiram saba birgun harda olsa zang vuracaqdi gotracaydim saba zang vuracm pul mandadi veracam ozuva gotrmasanda qoyacam qapinin agzina gotrarsan o adam mandanda pis gundadi deyiram gozza icin s.......m onun duzalacaydi tay gecdi geca vaxti beynimi sikan azidi sandda biyannan mesaji poz sannan gozzamazdim”, “Yox çəkməmişəm saxlamışam gelende baxarsan Men seni pis bilməmişəm bunu bil şam kimi eridi heç tustusude olmadı iyide şamın qoxusun”, “Axsamun xeyir qaqa ordan kitabin icinddan yinada onddan goturmusam san mamamin cani bu safarda bagisda mani onsuzda bezmisam canimdan birinci axrinci safar olsun sanin canun agrerdi manim urayim parterdi ancaq san bilmisan man nalar cakiram”, “Qaqa yari lazimdi duzalmirsa bir soz de pisdi vazyyat”, “Qaqa 15 daqaya zang vurram dansamirram yaxsidi sanol pis olsa yarsin vur verarsan ozuma xosua galmasa dana duzalir istesan bir soz yaz istamisansa pulu vurum”, “Darmani istellar veriram camatin pulun verim”, “20 manatliq duzelt” “Manim isimi duz qos ollanarin goru haman basagri darmmannan var m..i duz qos elem” “Qaqa.2.yarl.lazlmdl.35.vercem” həmin məzmunlu ismarıcları xatırlamır. O, sms yaza bilmir və onun əvəzindən kimsə yaza bilər. 20 yanvar 2024-cü il tarixdə Mehmanla nəyə görə üç dəfə danışmasını xatırlamır, yəqin ki, qonşu kimi zəng edə bilər. Üzərindən metadom və qurudulmuş marixuana çıxmış və onu da polis əməkdaşları götürmüşdür. Mehmana narkotik vasitə satmamışdır. İbtiadi istintaqda izahatı müstəntiq yazıbdı, nə yazıldığını bilmir. Məzmununu bilməsə də, izahatı özü imzalamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs X13 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, 2023-cü ilin noyabr ayının ortalarından narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Heroini falqanın arasına töküb, pul və ya kağızı yumrulayıb burnuna çəkmişdir. Heroini rayon ərazisindən 1 çetini 10 manata almışdır. Təxminən 1-2 həftə narkotik vasitə olan heroindən istifadə etməmişdir. Nakrotik vasitə olan heroini tərgitmək istədiyinə görə narkotik tərkibli dərmanlardan istifadə etməyə başlamışdır. Təsadüfən yaşadığı evin yaxınlığından 4 ədəd metadon həbini və salfetkada bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı aşkar etmiş və götürmüşdür. Həmin vasitələrdən istifadə etməmişdir. Tapdığı həbi və narkotik vasitəni üzərində gəzdirmişdir. Şahid4 uşaq vaxtlarından tanıyır, aralarında ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Mehman uzun müddət Bakı şəhərində yaşadığı üçün əlaqəsi olmamışdır. Mehman ilə 2023-cü ilin əvvəllərində rayona gəldikdən sonra münasibəti olmuşdur. 20 yanvar 2024-cü il saat 17 radələrində Mehman istifadəsində olan mobil nömrəsi ilə onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, yata bilmədiyini, ağrılar çəkdiyini deyərək, ondan metadon dərmanı istəmişdir. O da Mehmana metadon dərmanı olduğunu, verə biləcəyini, evdə olduğunu deyərək gəlib ala biləcəyini demişdir. Təxminən 5 dəqiqə sonra Mehman ona zəng vuraraq evin qarşısında olduğunu bildirmişdir. O da evin qarşısına çıxıb, Mehmana 1 ədəd metadon həbini 14 manata satmışdır. Bundan sonra Mehman çıxıb getmişdir. Təxminən 2 saat sonra polis əməkdaşları onu evinin qarşısında saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Şöbədə təhqiqatçı tərəfindən ona dövlət hesabına müdafiəçi təyin edilmiş və video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan şalvarın sağ yan cibindən 2 ədəd ayrı-ayrı bükümü təqdim etmişdir. Bükümün birində narkotik vasitə olan qurudulmuş marixuana, digərində isə narkotik tərkibli metadon həbləri olmuşdur. Şəxsi axtarış keçirildikdən sonra üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana, digəri bükümdə olan narkotik tərkibli metadon həbləri qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Onun narkotik vasitə qəbul etməyindən heç kimin məlumatı olmamışdır. O, saxlanılarkən və İmişli rayon polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 yanvar 2024-cü ildə İmişli şəhəri, Ağamalıoğlu küçəsində yaşayan Mehman adlı şəxsin həmin gün saat 17:30 radələrində üzərində narkotik vasitə gəzdirərək İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən Məscidin yaxınlığı ilə piyada hərəkətdə olacağı barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı şöbə rəhbərliyinə məruzə etmiş, şöbə rəhbərliyi tərəfindən ondan Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra Mehman adlı şəxsin şəxsiyyətini dəqiqləşdirmiş və Şahid4 olduğunu müəyyən etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 17:10-da avtomobilə əyləşib, İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən Məscidin yaxınlığını müşahidəyə götürmüşlər. Müşahidə zamanı saat 17:30 radələrində Şahid4 məscidin yaxınlığında hərəkət etdiyini görüb, Mehmana yaxınlaşıb polis əməkdaşı olduqları və Mehmana narkotik vasitələrin istifadəçisi olduğunu bildirib, rayon polis şöbəsinə dəvət etmişlər. Şahid4 onlarla razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Şöbəyə gəldikdən sonra Şahid4 şöbəyə gətirilməsi və üzərində şəxsi axtarış aparılmasından ötəri şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra İmişli rayon polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən Şahid4 şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi təyin edildikdən sonra videoçəkilişlə Şahid4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman Şahid4 üzərində qanunsuz olaraq gəzdirdiyi narkotik vasitə, psixotrop maddə və digər əşya və ya predmetlərin olub-olmaması soruşularaq, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Şahid4 üzərində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sadə mobil telefon, sol yan cibindən isə kağız bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən kağız bükümə baxış keçirilən zaman bükümün içərisindən həb qırıntıları aşkar edilmişdir. Şahid4 həmin həbin nə olduğu soruşulduqda həmin həbin “Metadon” olduğunu bildirmişdir. Şahid4 həmin həbi haradan əldə etməsi soruşulduqda “Dost uşağın verdiyini” - bildirmişdir. Baxışın davamında Şahid4 üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş həb qırıntıları ekspertizaya təqdim edilməsi üçün 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, o, Şahid4, müdafiəçi və şəxsi axtarışda iştirak edən digər əməkdaşlar tərəfindən zərfin üzəri imzalanmışdır. Bununla da Şahid4 üzərində şəxsi axtarış aparılması yekunlaşmışdır. Həmin gün Şahid4 üzərindən aşkar edilmiş həbin “Orxan” adlı şəxsdən 14 manat pul müqabilində alması müəyyən edilmiş və “Orxan” adlı şəxsin müəyyən edilməsi barədə əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Daxil olmuş tapşırıq əsasında “Orxan” adlı şəxsin İmişli şəhəri, H.Aslanov küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, yenə Şahid2 və Şahid3 ibarət qrup ilə birlikdə həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən evinin qarşısına gedib, həmin yeri müşahidəyə götürüb Təqsirləndirilən şəxs H.Aslanov küçəsindəki evinin qarşısında hərəkət etdiyini görərək Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı verilmiş əməliyyat tapşırığını cavablandırmışlar. Məktubu cavablandırdıqdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul olunmuş və Təqsirləndirilən şəxs dövlət tərəfindən müdafiəçi təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən salfet bükümü və pul əskinası çıxartmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. X8 tərəfindən salfet bükümə baxış keçirilən zaman dərman həbləri, 2 ədəd olmaqla 1 ədəd kağız büküm və 1 ədədi salfet büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin dərman həblərini haradan əldə etdiyi soruşduqda yaşadığı evin yaxınlığında “transformator”un yanından tapdığını, narkotik vasitə istifadəçəsi olduğunu, 5 gün ərzində narkotik vasitə istifadə etmədiyini, buna görə də ağrıdığını, ağrıdan çıxmaq üçün həmin dərmandan istifadə etdiyini bildirmişdir. 01 ədəd kağız bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd salfetə bükümə baxış keçirilən zaman yenə 01 həb qırıntısı aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş həblər və narkotik vasitə qudurulmuş marixuanaya bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün 01 ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, o, Təqsirləndirilən şəxs, müdafiəçi və şəxsi axtarışda iştirak edən digər əməkdaşlar tərəfindən zərfin üzəri imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul əskinasları sayılmış, Təqsirləndirilən şəxs üzərindən 04 ədəd 5 manatlıq və 04 ədəd 1 manatlıq pul əskinası aşkar edilmişdir. Bununla da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması yekunlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. Özü də çoxdandır ki, Bakı şəhərində yaşayır. Narkotik vasitəni Təqsirləndirilən şəxs almamış və tanımadığı şəxsdən almışdır. Məhkəmə iclasında Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni müstəntiq yazıb, o da oxumadan imza edibdi. İfadəsində göstərilən ailəsinə dair şəxsi məlumatları yəqin ki, müstəntiq haradansa əldə edibdir. O hec nə deməmişdir. O, Orxanla telefonla danışmamışdır. Qeyd edilən zəngləri xatırlamır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, 2003-cü ildən Bakı şəhəri, Binəqədi rayonu ərazisində 3 saylı poliklinikanının yaxınlığında fərdi evdə ailə üzvləri ilə birlikdə kirayədə yaşamışdır. Bakı şəhərinin müxtəlif yerlərində icarəyə obyektlər götürüb telefon alqı-satqısı ilə məşğul olmuşdur. Həmin vaxtlarda arabir rayona gəlibgetmişdir. Bakı şəhərində işləyən vaxtlarda narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurma yolu ilə qəbul etmişdir. Başqa heç bir narkotik vasitələrdən istifadə etməmişdir. İşi olmadığı üçün 2023-cü ilin əvvəllərində rayona gəlib anası Qətibə ilə bir yerdə yaşamağa başlamışdır. Ailəsi isə qaynatası Yaqubla bir yerə yaşayır. Rayonda iş tapıb işləyə bilməmişdir. Təqsirləndirilən şəxs uşaq vaxtlarında tanıyır, aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. Orxanın narkotik tərkibli dərmanlar atmasını 2019-cu ildən bilmişdir. Orxanın həmin dərmanları haradan əldə etməsini bilmir. Orxandan əvvəllər narkotik tərkibli dərmanlar almamışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində Orxanın narkotik tərkibli metadon dərmanını satmasını İmişli şəhəri, H.Əliyev adına parkının yaxınlığında çayxanada olan zaman eşitmişdir. O, yuxusuzluqdan əziyyət çəkir. Buna görə də dərman atıb yata biləcəyini fikirləşmişdir. 20 yanvar 2024-cü il saat 17 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Orxanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib, yata bilmədiyini deyərək dərman istəmişdir. Orxan isə ona cavabında metadon olduğunu demişdir. O da Orxandan harada olmasını soruşmuş, Orxan isə evdə olduğunu bildirmişdir. Həmin saatda Orxanın yaşadığı İmişli şəhəri, H.Aslanov küçəsindəki evinə getmişdir. Orxanın yaşadığı evə çatdıqda Orxana zəng vurub qapının qarşısında olduğunu demiş, təxminən 2-3 dəqiqə sonra Orxan qapılarının qarşısına çıxmışdır. O, üzərində olan 14 manatı Orxana verib 1 ədəd metadon həbi almışdır. Həmin həbi orada 2 yerə bölüb cibinə qoymuşdur. Həmin para həbin biri itmişdir. Orxanın küçəsindən çıxıb gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində ona dövlət tərəfindən müdafiəçi təyin edilmişdir. Sonra isə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, o da üzərində olan metadon həbini təqdim etmişdir. Bundan sonra üzərində keçirilən şəxsi axtarış zamanı hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Onun narkotik vasitə qəbul etməsindən heç kimin məlumatı olmamışdır. Saxlanılarkən və İmişli rayon polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq hərəkətləri olmamışdır. Üzərindən aşkar edilmiş narkotik tərkibli metadon həbini 20 yanvar 2024-cü il saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, H.Aslanov küçəsində evinin qarşısında 14 manat pul müqabilində əldə etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmişdir (i.v. 1); İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd salfet bükümdə olan, üzərində “Methadon” sözləri yazılmış 03 ədəd dərman, həmin salfet bükümünün içərisində 01 ədəd bükümdə 01 ədəd dərman kəsiyi və 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 04 ədəd 5 manatlıq, 04 ədəd 1 manatlıq pul əskinasları aşkar edilərək götürülmüşdür (i.v. 27-29); İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 41-42); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/114 nömrəli 22 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş salfet bükümdə dərman preparatları və narkotik maddəyə oxşar kütlə” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd slafet kağızı bükümündə rəngli kağız bükümdə təmiz çəkisi – 0,14 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 69-70); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/411 nömrəli 22 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs şakar edilmiş...” yazıları, soyad və imzalar olan zərfin içərisindəki salfet bükümdə konvalyut kəsiklərində 3 ədəd həb və bükümdə yarım həb (1/2 həb) olmaqla ümumi sayı 3,5 ədəd olan həblərin tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0,14 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04 qram) olduğu müəyyən edildi (i.v. 73-75); Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu il təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 118-119); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 4(036)-8/2024 saylı xx.xx.2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həbs qətimkan tədbir seçilmişdir (i.v. 135-137); İş materiallarında olan İmişli Rayon Məhkəməsi 5(036)11/2024 saylı xx.xx.2024-cü il qərardan görünür ki, ********* saylı cinayət işi üzrə İmişli şəhəri, H.Aslanov küçəsi, 7 ünvanında yerləşən fərdi yaşayış evində, eləcə də evin həyətyanı sahəsində, yardımçı tikililərdə axtarış və götürmə aparılmışdır (i.v. 165-166); İş materiallarında olan İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışndan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Aslanov küçəsi, ev 07 saylı ünvanda qeydiyyatdadır və atası X4, anası X5 və qardaşı X2 ibarət ailə tərkibi var (i.v. 212); İş materiallarında olan İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı məhəllədə ailə üzvləri ilə mehriban dolanmış, özündən böyüklərin və həmyaşıdlarının daimi hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs barədə İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır (i.v. 213); İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, İmişli Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 221.3-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2( iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün nəzərə alınaraq üzərində 1( bir) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunan 1 (bir) il, 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qrarına əsasən İmişli Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric olunmuş və qəti olaraq 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 02 mart 2021-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4 bəndi tətbiq edilərək cəzası çəkilməmiş hissəsi 06 ay azaldılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 18 gün hissəsi şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v. 218- 220); İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin 23 fevral 2024-cü il tarixli 1234 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserinda qeydiyyata alınması məsləhət görülür (i.v. 234-235); İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham qüvvədə saxlanılmış, Şahid4 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılsın və hazır ki, cinayət işinin materiallarından zərurəi sənədlərin surətləri və əsilləri ayrılmış cinayət işinə əlavə edilmiş, Şahid4 əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkib əlaqmətləri olub-olmaması ayrılmış cinayət işində qiymətləndirilmiş, Hazır ki, cinayət işinidə Şahid4 şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri şahid qismində dindirilməsi kimi qiymətləndirilmiş, Ayrılmış cinayət işində Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri şahid qismində dindirilməsi kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək bir ədəd salfet kağızı bükümündə 0,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd salfet kağızı bükümündə tərkibində 0,14 qram çəkidə narkotik vasitə metadon olan 3,5 ədəd həbi və Şahid4 20 yanvar 2024-cü il tarixdə 4 manat pul müqabilində satdığı tərkibində 0,029 qram metadon təsiredici maddəsi olan 0,316 qram olan iki ədəd qəhvəyi rəngli həb qırıntılarını əldə etdiyi mənbəni barədə cinayət işinin materiallarından ayrıca icraata material ayrılmış, Təqsirləndirilən şəxs və Şahid4 üzrlərində keçirilən şəxsi axtarış zamanı görüntüləri özünə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınsın və cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs və Şahid4 istifadəsində olan mobil telefon nömrələrindən edilən zənglərin və SMS-lərin siyahısı, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri), SMS-lərin mətnləri, nömrə sahibləri və onların yaşayış və ya qeydiyyatda olduqları ünvanlar barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disklərə baxış keçirilmiş və iş üzrə mühüm əhəmiyyətə malik olan sübutlar əldə olunmuş və bu barədə tərtib edilmiş 14 mart 2024-cü il tarixli protokol cinayət işinin istintaq materiallarına əlavə edilmiş, İstintaq zamanı Şahid4 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə tərkibində 0,029 qram narkotik vasitə maddə metadon olan 0,316 qram çəkidə həb, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,14 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana 01 (bir) ədəd zərfdə və təkibində 0,14 qram narkotik vasitə metadon olan 3,5 ədəd həb iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın və saxlanılması üçün İmişli rayon polis şöbəsinin “Maddi sübutların saxlanılması” otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini tam sübuta yetirdiyinə, həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığına görə şəxsi axtarış aparlması haqqında, üzləşdirmə-dindirmə istintaq hərəkəti protokolları, özünün səmimi ifadəsi, şahid ifadələri, kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizası rəyləri, diskə baxış keçirilməsi haqqında protokol, maddi sübutlar və digər istintaq hərəkətləri ilə sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş (i.v. 247-261); “Azərcell MMC”-dən daxil olmuş 07 mart 2024-cü il tarixli 5275 saylı məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, “502861666_SMS.txt” adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxmış aşağıdakı mesajlar qeydə alındı. 03 yanvar 2022-ci il saat 18:47-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yarı lazmdı K” məzmunlu; 11 may 2022-ci il saat 03:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Noldu.yеndе.mеni.qoydun.аgrldа.sаgol.” məzmunlu; 12 may 2022-ci il saat 20:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Sə yarını kimə istəyirdinki Olurеm” məzmunlu; 17 yul 2022 –ci il saat 18:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Emi, menem, mehman, 35 var, 1 kola, ver, sen, menim, emimsen” məzmunlu; 19 iyul 2022-ci il saat 09:59-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “Resul, sen, menim, kozumu, qabglnda, mal, verisen, menede, deyirsenki, mal, yoxdu, sen, cox, qeyhe, kisisen, darxma, koruwciy, senile,” məzmunlu; 16 fevral 2023-cü il 01:55-də ***-***-**-** saylı mobil nömrəyən ***-***-**-** saylı mobil nömrəyə “Orxan senin kislyin bura kimymis meni hulumu yiyenin herseyin sikim men darxma sen sabah qahnza kelcem men” məzmunlu; 23 fevral 2023-cü il saat 13:49-da ***-***-**-** saylı mobil nömrədən saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “A40 suse kotrum qaqa” məzmunlu; 11 mart 2023-cü il saat 16:41-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Mosu.Soxum.O.Malln.İcne.Sende.Tanldlm.” məzmunlu ismarıclar qeydə alınmışdır; “505800680_SMS.txt” adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxmış aşağıdakı mesajlar qeydə alındı; 03 yanvar 2023-cü il saat 14:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Netersen qaqa? O gun dediymizi eliyekde nolar veziyet pisdi Vallah. Ozumde qalmiwam girinc” məzmunlu; 03 yanvar 2024-cü saat 15:13-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mopbil nömrəyə “,maldan.otru.sen.versen.her.weyu.peyhe.darxma.sen.” məzmunlu ismarıclar qeydə alınmışdır; “508604945_SMS.txt” adlı faylda ***-***-**-**saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxmış aşağıdakı mesajlar qeydə alındı; 15 sentyabr 2022-ci, saat 22:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa orxandi. Qaqa dediyun lazimdi haziridi, seynan barter elesan” məzmunlu; 16 sentyabr 2022-ci il saat 00:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Denan,dordana xais,eladana,denen agreruq” məzmunlu; 18 oktyabr 2022-ci il saat 05:25-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Salam bagiwla bu vaxtdi seni narahat etdiyim ucun patiyla kola deyiwin yeri bilmirese pulda var problem deyil” məzmunlu; 04 dekabr 2022-ci il saat 18:19-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “İkıəmı manat vaə 10manat lagımdı” məzmunlu; 06 dekabr 2022-ci il saat 15:27-də sizin ***-***-**-** saylı mobil nömrədən ***-***-**- ** saylı mobil nömrəyə “Tamız o5 neçkıma dema lazıs olsa de” məzmunlu; 14 dekabr 2022-ci il saat 20:59-də ***-***-**-** saylı mobil nömrədən olan ***-***-**- ** saylı mobil nömrəyə “salam bro.veziyyet pisdi. 10 manat var.” məzmunlu; 14 dekabr 2022-ci il saat 22:25-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “0 adama ay ratpəes lazımdı 1kılo duzub qoşa bılaəsan tez kalsam vuəum” məzmunlu; 27 dekabr 2022-ci il saat 13:38-də ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Lazimdi gotrum.20 manatliq sanada gedacay birazdan” məzmunlu; 27 dekabr 2022-ci il saat 21:24-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Gediram eva san canun duzalsa bakiya getsun ver get” məzmunlu; 29 dekabr 2022-ci il saat 15:22-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “balam .o mene verdiyin.lay getdi ondan axşam mene verersen pulu goturende.oldu.uregim” məzmunlu; 31 dekabr 2022-ci il saat 18:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nörməyə “Balam.xestenin.yanındayam.mene.şkalat.vere.bilersen” məzmunlu; 03 yanvar 2023-cü il saat 22:19-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Salam qaqa imkan varsa manim isimi duzub qosa bilarsan saba pulu saxlem ozumda biliram targidmsan qaqa pis vazzyyatda qoyma” məzmunlu; 07 yanvar 2023-cü il 23:13-də ***-***-**-** saylı mobil nömrədən olan ***-***-**-** saylı mobil nömrəyə “Balam ağrılarım .mene.çox.eseb.verir.çox.narahatam” məzmunlu; 09 yanvar 2023-cü il saat 22:03-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa gulya de .o qiz gor duzub qosa bilar” məzmunlu; 17 yanvar 2023-cü il saat 20:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Balam,30,manat,duzalmaz,sanda” məzmunlu; 31 yanvar 2023-cü il saat 22:28-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa, telfonu, zaryatkadsydi, evdayam, danssamiram duzalsada, o, qadar, duzalar 20 manata, amma, yarim” məzmunlu; 07 fevral 2023-cü il saat 13:30-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** sayl mobil nömrəyə “Man,isimi,duz,qos,qaqa,jmkan,varsa,onnan,otru,sattiya,gedram” məzmunlu; 09 fevral 2023-cü il saat 17:57-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Balam, 40, 50 manat, olssa, zor, olar, sanada, qaşay, qaşa, duz, qoş, elyaram” məzmunlu; 09 fevral 2023-cü il saat 18:10-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Balam .20 .manat .pulum var.amid çanı” məzmunlu; 09 fevral 2023-cü saat 23:14-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Axsamun,xeyr,qaqa,evdayam,dansamiram, gec,oldu,deynan,galdim, obiri, duzalir, lazimdisa, duzalir” məzmunlu; 13 fevral 2023-cü il saat 23:02-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “X15 X14 Vazyat Pisi” məzmunlu; 15 fevral 2023-cü il saat 00:48-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Masin,var,gotur,mayi,tres,tarafa,at,birdana, cet,verim,ammatez,olsa” məzmunlu; 05 mart 2023-cü il saat 01:26-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Basun agrayir cakma gor sani qoyacaq yatmaqa tamiz seydi, sam deyil ama qatiblar cox gujdudu ay, balam san, gor mani natar oglan tanesan ozma rava bilmadiyim seyi,sana rava bilaram onu vermiyacaydim dedim badu, qatasan onuda sanddan,aldimki talfonda,danisa bilmiram saba birgun harda olsa zang vuracaqdi gotracaydim saba zang vuracm pul mandadi veracam ozuva gotrmasanda qoyacam qapinin agzina gotrarsan o adam mandanda pis gundadi deyiram gozza icin sikim onun duzalacaydi tay gecdi geca vaxti beynimi sikan azidi sandda biyannan mesaji poz sannan gozzamazdim” məzmunlu; 05 mart 2023-cü il saat 01:50-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yox çəkməmişəm saxlamışam gelende baxarsan Men seni pis bilməmişəmbunu bil şam kimi eridi heç tustusude olmadı iyide şamın qoxusun” məzmunlu; 06 mart 2023-cü il saat 21:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Axsamun xeyir qaqa ordan kitabin icinddan yinada onddan goturmusam san mamamin cani bu safarda bagisda mani onsuzda bezmisam canimdan birinci axrinci safar olsun sanin canun agrerdi manim urayim parterdi ancaq san bilmisan man nalar cakiram” məzmunlu; 13 may 2023-cü il saat 19:52-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa yari lazimdi duzalmirsa bir soz de pisdi vazyyat” məzmunlu; 21 may 2023-cü il saat 21:21-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 15 daqaya zang vurram dansamirram yaxsidi sanol pis olsa yarsin vur verarsan ozuma xosua galmasa dana duzalir istesan bir soz yaz istamisansa pulu vurum” məzmunlu; 03 avqust 2023-cü il saat 23:14-də ***-***-**-** syalı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Darmani istellar veriram camatin pulun verim” məzmunlu; 03 avqust 2023-cü il saat 12:14-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “20 manatliq duzelt” məzmunlu; 03 avqust 2023-cü il 01:51-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Manim isimi duz qos ollanarin goru haman basagri darmmannan var m..i duz qos elem” məzmunlu; 08 sentyabr 2023-cü il saat 17:05-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa.2.yarl.lazlmdl.35.vercem” məzmunlu ismarıclar qeydə alınmışdır; “515972799_SMS.txt” adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxmış aşağıdakı mesajlar qeydə alındı; 12 iyul 2022-cil saat 07:20-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay, blrat, men, clndlr, deyilem, senin, ucun, men, biyblr, oldum, burda, ac, korey” məzmunlu; 20 iyul 2022-ci il saat 01:55-də ***-***-**-** saylı mobil nömrədən 055-910-7573 saylı mobil nömrəyə “Qaqa məni belə agrda qoyma varln yoxun sikim olmey istyire cox his qaqam” məzmunlu; 22 sentyabr 2022-ci il saat 14:45-də ***-***-**-** saylı mobil nömrədən 077-310-31- 76 saylı mobil nömrəyə “Qaqa menem sebuhi.teli ac.salamatciliqdimi qaqa.burdaki qaqam pulu Veren berk agriyir.sen neyniye bildin.iwin alinmirsa o emanati gelim goturum.mene bir xeber ele” məzmunlu; “516268487_SMS.txt” adlı faylda ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxmış aşağıdakı mesajlar qeydə alındı; 03 may 2023-cü il saat 19:33-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa bidene yarl kola o hatl qallr onuda koturem hara kelim men blrat” məzmunlu; 12 may 2023-cü il saat 23:04-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 25 mant kelim men bir soz de” məzmunlu; 24 may 2023-cü il saat 02:18-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “Qaqa mənə bişene yarl düzüb qoşa bilərsən 35manat var kelim” məzmunlu; 24 may 2023-cü il saat 13:24-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Qaqa birdənə A30 almışam onu yoluyum sen sat” məzmunlu; 16 iyun 2023-cü il saat 20:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa Cox hisem 40 mantlm var mene yarl verde” məzmunlu; 27 iyul 2023-cü il saat 14:54-də 051626-84-87 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa.2.yarl.lazlmdl.var.” məzmunlu; 27 iyul 2023-cü il saat 16:45-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa.namiq.deyirki.onda.derman.var.versin.sene.” məzmunlu; 30 iyul 2023-cü il saat 20:32-də ***-***-**-** saylı mobil nömrədən saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə “Men. sene. bele. olmamsam. soxum. o. malln. icine” məzmunlu; 02 avqust 2023-cü il saat 13:29-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa.o.dermanln.4.densin.mene.al.verde.qaqam” məzmunlu; 05 avqust 2023-cü il saat 00:11-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəy “Qaqa men 2 yarl lazlmdl” məzmunlu; 05 avqust 2023-cü il saat 22:18-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa men bir yarl duzler 35 mnat var” məzmunlu; 22 avqust 2023-cü il saat 14:33-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa mene Mehman aç yarl lazlmdl” məzmunlu; 11 sentyabr 2023-cü il saat 14:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa.mene.birdene.yarl.lazlmdl.düzüb.qowmag.olarml” məzmunlu; 22 sentyabr 2023-cü il saat 20:48-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa.dermanl.isemirsen.men.bir.soz.de” məzmulu; 11 dekabr 2023-cü il saat 17:11-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “qaqa. 35. varlmdl. birdene. yarl. duz. qos. qaqan. kel. sende. cek” məzmunlu; 25 dekabr 2023-cü il saat 11:18-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqam.55.mnat.var.2.yarl.duzeler” məzmunlu ismarıclar qeydı alınmışdır; 20 yanvar 2024-cü il tarixdə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında saat 16:29-da 13 saniyə, saat 16:30-da 208 saniyə, saat 16:33-də 42 saniyə danışıqlar qeydə alınmışdır; Məhkəmə iclasında bir ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd salfet bükümdə olan 3 ədəd üzərində “Methadone” yazılmış dərman, bir ədəd dərman kəsiyi və salfetin arasında olan rəngli kağıza bükülmüş narkotik vasitə marixuanaya oxşar kütlə və 4 ədəd 5 manat, 4 ədəd 1 manatlıq olmaqla, ümumilikdə 24 manat pul əskinazlarını təqdim etmişdir (i.v. 48-50); “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitəni satmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması ittihamda qeyd olunan hallarla üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Belə ki,həm Təqsirləndirilən şəxs, həm də Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə Şahid4 narkotik tərkibli metadon həbini 20 yanvar 2024-cü il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, H.Aslanov küçəsində evinin qarşısında 14 manat pul müqabilində əldə etməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda 20 yanvar 2024-cü il tarixdə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında saat 16:29-da 13 saniyə, saat 16:30-da 208 saniyə, saat 16:33-də 42 saniyə danışıqlar qeydə alınması bu faktı bir daha təsdiq edir. Həmçinin, “Azərcell MMC”-dən daxil olmuş 07 mart 2024-cü il tarixli 5275 saylı məktuba əlavə edilmiş diskdə baxış keçirilməsi haqqında 14 mart 2024-cü il tarixli protokol ilə Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasını sübut edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çətənə “kannabis” bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həb qırıntısı olan metadon əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, baxış və götürmə barədə protokoldan, məhkəmə-kimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin 1(003)-39/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.3-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2( iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün nəzərə alınaraq üzərində 1( bir) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunan 1 (bir) il, 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. İmişli Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 221.3-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2( iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün nəzərə alınaraq üzərində 1( bir) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunan 1 (bir) il, 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qrarına əsasən İmişli Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric olunmuş və qəti olaraq 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 02 mart 2021-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4 bəndi tətbiq edilərək cəzası çəkilməmiş hissəsi 06 ay azaldılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 18 gün hissəsi şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəllər cinayət törətməsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Şahid4 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə tərkibində 0,029 qram narkotik vasitə maddə metadon olan 0,316 qram çəkidə həbin İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)-59/2024 nömrəli hökmündə məhv edilməsinin hökm edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 232 (iki yüz) manat məbləğində pul vəsaitinin İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)- 59/2024 nömrəli Şahid4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsinin hökm edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,14 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,12 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və təkibində 0,14 qram narkotik vasitə metadon olan ilkin sayı 3,5 ədəd olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,5 həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 03 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(036)-44/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 001421 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 40 (qırx) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdən 22 yanvar 2024-cü tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Şahid4 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə tərkibində 0,029 qram narkotik vasitə maddə metadon olan 0,316 qram çəkidə həbin İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)-59/2024 nömrəli hökmündə məhv edilməsinin hökm edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,14 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,12 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və təkibində 0,14 qram narkotik vasitə metadon olan ilkin sayı 3,5 ədəd olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,5 həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 232 (iki yüz) manat məbləğində pul vəsaitinin İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(036)-59/2024 nömrəli hökmü Şahid4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsinin hökm edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar