Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-71/2021 07.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçının nümayəndəsi: Nümayəndə, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxx 1978-ci il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, “xxxx” ASC-nin X1 İdarəsində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə saat 14:00-dan həmin gün saat 21:00-dək olan müddət ərzində, qanunsuz ov etmək məqsədi ilə, ovçuluq bileti olmadan Araz çayının İmişli rayonunun Qulubəyli kəndinin ərazisindən keçən hissəsində üzərində gəzdirdiyi bir ədəd zavod üsuli ilə istehsal edilmiş, 16 kalibrli, “İJ 58” modelli, patronluğunun uzunluğu 70 mm olan E 34361 №-li daxili çaxmaqlı, atış üçün yararlı, yivsiz odlu ov silahı olan tüfəngdən atəş açaraq ovlanması tamamilə qadağan edilmiş iki ədəd hər biri 550 manat olmaqla 1100 manat dəyərində olan Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş Phoenicopterus ruber – Adi flaminqo (Qızılqaz) quşlarını qanunsuz ovlamaqla təbiətə xeyli miqdarda, yəni 1100 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 21 radələrində X6 İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı saxlanılmış və yoxlama zamanı ondan iki ədəd Adi flaminqo (Qızılqaz) quşları və bir ədəd zavod üsuli ilə istehsal edilmiş, 16 kalibrli, “İJ 58” modelli, E 34361 №-li daxili çaxmaqlı, atış üçün yararlı ov silahı olan tüfəng və 16 kalibrli olub həmin kalibrə malik hamar-yivsiz lüləli ov tüfəngində istifadə etmək üçün döyüş sursatı kimi istifadə olunan və atəş üçün yararlı iki ədəd patronlar aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 08 yanvar 2021-ci il tarixdə saat 14:00-da ov etmək məqsədi ilə Araz çayının İmişli rayonunun Qulubəyli kəndi ərazisindən keçən hissəsinə gəlib ov etməyə başlamışdır. Ov müddətində özünə məxsus 16 kalibrli, “İJ-58” markalı, B- 34361 №-li silahdan atəş açmaqla iki ədəd qaz quşlarını ovlamış və ovladığı quşların başlarını və ayaqlarını qoparıb atmışdır. Təxminən saat 21:00-da ov etməyə davam edərkən X6 idarəsinin İmişli xətt polis məntəqəsinin və Azərbaycan Respiblikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu saxlamışlar. Onlar xidməti vəsiqələrini göstərib təqdim etdikdən sonra eşitdikləri atəş səsləri barədə soruşduqda o, əlində olan 16 kalibrli, “İJ-58” markalı, B- 34361 №-li silahı, həmin silahın ona məxsus olmasını təsdiq edən şəhadətnaməni, iki ədəd istifadə edilməmiş 16 kalibrli patronları və ovladığı qızıl qaz quşlarını polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan ov etməyə dair rəsmi sənədlərinin olub-olmamasını soruşduqda o, ov etməyinə dair heç bir rəsmi sənədi olmadığını, aşkar olunmuş iki ədəd qızıl qaz quşlarını qanunsuz olaraq Araz çayının İmişli rayonunun Qulubəyli kəndi ərazisindən keçən hissəsində silahdan atəş açmaqla ovladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları silaha, patronlara və ovladığı iki ədəd qızıl qaz quşlarına baxış keçirib hadisə ilə əlaqədar protokol tərtib etmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş mülki iddiaçının nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən 08 yanvar 2021-ci il tarixdə Araz çayının İmişli rayonunun Qulubəyli kəndinin ərazisindən keçən hissəsində qeyri-qanuni ov nəticəsində istifadəsində olan bir ədəd “İJ- 58” markalı, 16 çaplı, B-34361 nömrəli qoşalülə ov tüfəngindən atəş açaraq ovlanması tamamilə qadağan edilmiş iki ədəd Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş Adi flaminqo (Qızılqaz) quşları ovlaması nəticəsində təbiətə 1100 manat məbləğində maddi ziyan dəymiş və həmin məbləğ hazırda ödənilməmişdir. Odur ki, məhkəmədən həmin məbləğin təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə ödənilməsinə dair mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X6 İdarəsinin İmişli XPM-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 08 yanvar 2021-ci il tarixdə X6 idarəsinin İmişli xətt polis məntəqəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz ov edənlərə qarşı mübarizə xarakterli tədbir keçirilərkən həmin tarixdə saat 21 radələrində İmişli rayonunun Qulubəyli kəndinin ərazisindən keçən Araz çayının sahilində silahdan açılan atəş səsi eşidib həmin yerə yaxınlaşmışlar. Bu zaman həmin ərazidə İmişli rayon sakini Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və həmin vaxtı onun əlində bir ədəd tüfəng və iki ədəd ovlanmış quşların olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs X6 idarəsinin İmişli xətt polis məntəqəsinə aparılmış və orada dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı ondan bir ədəd “İJ- 58” markalı, 16 çaplı, B-34361 nömrəli qoşalülə ov silahı, iki ədəd tamlığı pozulmamış 16 çaplı patron və iki ədəd Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş Adi flaminqo (Qızılqaz) quşları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ov etməsinə və əlində olan tüfəngə dair rəsmi icazə sənədin olub-olmaması barədə soruşduqda o, ov etməsinə dair heç bir rəsmi icazə sənədinin olmadığını və əlində olan tüfəngin isə rəsmi icazə ilə özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs iki ədəd Adi flaminqo (Qızılqaz) quşlarını özünə məxsus bir ədəd “İJ- 58” markalı, 16 çaplı, B-34361 nömrəli qoşalülə ov tüfəngi ilə İmişli rayonunun Qulubəyli kəndinin ərazisindən keçən Araz çayının sahilində ovladığını bildirmişdir. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 İdarəsinin İmişli XPM-nin polis nəfəri X5 ifadəsində işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 08 yanvar 2021-ci il tarixdə X6 idarəsinin İmişli xətt polis məntəqəsinin əməkdaşları onu ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbirdə hal şahidi qismində iştirak etməyə dəvət etdikdə o, razılaşmışdır. Həmin gün saat 21 radələrində İmişli rayonunun Qulubəyli kəndinin ərazisindən keçən Araz çayının sahilində qanunsuz ov edən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və yoxlama zamanı ondan bir ədəd “İJ-58” markalı, 16 çaplı, B-34361 nömrəli qoşalülə ov silahı, iki ədəd tamlığı pozulmamış 16 çaplı patron və iki ədəd Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş Adi flaminqo (Qızılqaz) quşları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs ov etməsinə və əlində olan tüfəngə dair rəsmi icazə sənədinin olubolmaması barədə soruşduqda o, ov etməsinə dair heç bir rəsmi icazə sənədinin olmadığını və əlində olan tüfəngin isə rəsmi icazə ilə özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs iki ədəd Adi flaminqo (Qızılqaz) quşlarını özünə məxsus bir ədəd “İJ-58” markalı, 16 çaplı, B-34361 nömrəli qoşalülə ov tüfəngi ilə İmişli rayonunun Qulubəyli kəndinin ərazisindən keçən Araz çayının sahilində ovladığını bildirmişdir. Onun iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş ov tüfənginə və quşlara baxış keçirilib müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ov tüfəngi və qanunsuz ovladığı quşlar X6 idarəsinin İmişli xətt polis məntəqəsinin əməkdaşları tərəfindən götürülmüşdür. İşə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 fevral 2021-ci il tarixli, 9/173 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən bir adda quşların 08 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz quş ovlamaqla məşğul olmasından, 08 yanvar 2021-ci il tarixə aparılmış bioloji tədqiqatın nəticələrini nəzərə alaraq təbiətə vurulmuş maddi ziyanın məbləği iki ədəd Adi flaminqo (Qızılqaz) quşu (Phoenicopterus ruber) - 1100 manat müəyyən edilir. İşdə olan məhkəmə-ballistik ekspertizasının 02 fevral 2021-ci il tarixli, 3/65 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJ-58” modelli, patronluğunun uzunluğu 70 mm olan B-34361 №-li daxili çaxmaqlı qoşalüləli tüfəngdir-yivsiz odlu silahdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş iki ədəd patron 16 kalibrli olub həmin kalibrə malik hamar-yivsiz lüləli ov tüfəngində istifadə edilmək üçün döyüş sursatı kimi istifadə olunan gilizləri zavod atəş komponentləri isə kustar üsulla doldurulmuş patronlardır, (atəş) istifadə üçün yararlıdır. İşdə olan məhkəmə-bioloji ekspertizasının 10 fevral 2021-ci il tarixli, 7/61 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Milli X3 İnstitunun direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov tərəfindən tərtib edilmiş 34-0/04 №-li, 12 yanvar 2021-ci il tarixli rəyə əsasən Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd lələk örtüklü quşlar, Phoenicopterus ruber-Adi flaminqo (Qızıqaz) növünə aiddir. Həmin quşların bədənlərinin müxtəlif yerlərində qırmalar və qırma izləri vardır. Tədqiqata təqdim edilmiş iki ədəd Phoenicopterus ruber-Adi flaminqo (Qızıqaz) quşları Azərbaycan Respublikasının Qırmızı Kitabının (2013) İİ nəşrinə daxil edilib. İşdə olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti “Azərovçu” İctimai Birliyinin 13 yanvar 2021-ci tarixli, 01 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin üzvü olmadığı üçün ona İctimai Birliyin üzvlük bileti verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 aprel 2021-ci il tarixli, 42/140 nömrəli təbiətə vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, 08 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş iki ədəd Phoenicopterus ruber-Adi flaminqo (Qızıqaz) quşunun qanunsuz ovlanması nəticəsində heyvanlar aləminə bir ədədi 550 manat olmaqla, ümumi 1100 manat məbləğdə maddi ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli rayon Polis şöbəsi tərəfindən verilmiş 15 noyabr 2007-ci il tarixli, 12 nömrəli şəhadətnamənin surətindən görünür ki, “İJ-58” markalı, 16 çaplı, B-34361 nömrəli qoşalülə ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs verilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə maddi sübut olan və Su NPİ-nin saxlanc anbarında saxlanılan iki ədəd Phoenicopterus ruber-Adi flaminqo (Qızıqaz) quşlarının cəsədi məhv edilməlidir. İş üzrə maddi sübut kimi Su NPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, “İJ-58” modelli, patronluğunun uzunluğu 70 mm olan, B-34361 №-li daxili çaxmaqlı, atəş açmaq üçün yararlı yivsiz qoşalülə tüfəng və iki ədəd 16 kalibrli patron sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia təmin edilməlidir. İş üzrə ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 00:00dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan və Su NPİ-nin saxlanc anbarında saxlanılan iki ədəd Phoenicopterus ruber-Adi flaminqo (Qızıqaz) quşlarının cəsədi məhv edilsin. İş üzrə maddi sübut kimi Su NPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, “İJ-58” modelli, patronluğunun uzunluğu 70 mm olan, B-34361 №-li daxili çaxmaqlı, atəş açmaq üçün yararlı yivsiz qoşalülə tüfəng və iki ədəd 16 kalibrli patron sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə mülki iddia təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs 1100 (bir min yüz) manat tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə ödənilsin. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 176 (bir yüz yetmiş altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-71/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-71/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver