Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-71/2024 25.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində iki azyaşlı uşağı olan, İİ qrup əlil, İmişli Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(036)-71/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni 14,45 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış və 07 iyun 2024-cü il tarixdə saat 14:00 radələrində yaşadığı İmişli rayonu, Gövhərli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan özünə məxsus olmaqla işlətdiyi avtomobil təmiri sexinin qarşısında 7,08 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Şahid1 Havasət oğluna 80 (səksən) manat pul müqabilində satmış, 08 iyun 2024-cü il taixdə saat 22:05 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli rayonu, Gövhərli kəndində işlətdiyi avtomobil təmiri sexinin qarşısında saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra orada saat 23:05 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins materiallı şalvarın arxa sol cibindən bir ədəd kibrit qutusunda 7,37 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, təxminən bir ilə yaxın müddət olar ki, narkotik vasitə olan nəşədən yəni, qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə edir. Həmin narkotik vasitəni isə tanımadığım şəxslərdən alır. Lakin, həmin şəxslərin kim olmasını bilmir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində o, yaşadığı kəndin kənarından keçən su arxına balıq tutmaq üçün getmişdir, sahə ilə piyada və tək hərəkət edən zaman ayağının altında 2 (iki) ədəd kibrit qutusu qaldığını hiss etmiş və əyilib kitbrit qutularının içərisinə baxdıqda içərisində nəşə yəni, qurudulmuş marixuana olmasını görmüş, istifadə etmək üçün götürüb cibinə qoymuşdur. O, həmin vaxtı balıq tutmadan yaşadığı evə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində özünə məxsus avtotəmir sexin qarşısında dayanıb durmuş və 2 nəfər polis əməkdaşları mülki geyimdə ona yaxınlaşmış, özlərini təqldim etmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməyini və satışında şübhəli olmağını bildirmişlər. O, isə polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını və heç kəsə satmadığını bildirib məsuliyyətdən yaxa qurtarmaq üçün demişdir. Lakin, mülki geyimdə olan polis əməkdaşları ona üzərində şəxsi axtarış aprarılması ilə bağlı polis şöbəsinə onlarla birlikdə getməyi dəvət etmişlər. O,heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ximdməti otaqların birində sonradan adını bildiyi təhqiqatçı Bəhruz Zülfiqarov, ona şübhəli şəxs qismində tutulduğunu bildirib hüquq və vəzifələrini izah etmiş, öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün təqdim olunmuş siyahıdan müdafiəçi Araz Əliyevin dəvət olunmasını istəmiş və onun iştirakı ilə üzərinə şəxs axtarış və baxış keçirilməyə başlanmışdır. X4 üzərində nə kimi qanunsuz əyşa varsa çıxarıb təqdim etəməyini istəmiş və o, əynində olan boz materiallı cins şalvarın sol cibindən bir ədəd «milano» markalı siqaret qutusunu və bir ədəd «Nokia» markalı sadə mobil telefonunu, arxa sol çibindən qəhvəyi rəngli və içərisində 176 manat olan pul qabısını təqdim etmiş və alışqan ilə kibrit qutusunu yenidən qaytarıb cibinə qoymuş və bundan sonra Bəhruz Zülfiqarov onun şalvarının qabaq sol cibindən 40 qəpik pulu, şalvarının arxa sol cibindən isə bir ədəd kibrit qutusunda olan nəşəni və göy rəngli alışqanı çıxardıb masa üzərinə qoymuşdur. Daha sonra kibrit qutusunda olan narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisi 10 qram olmasını görmüşdür. Bundan sonra həmin nəşə yəni, kibrit qutusunda olan qurudulmuş marixuananı ekspertizaya göndərməsi və dəqiq çəkisini müəyyən etmək məqsədi ilə zərfin içərisinə qoyulmuş və baxışda iştirak edən polis əməkdaşları və hüquqlarını müdafiə edən müdafiəçi zərfin üzərinə imza etmişlər. Bundan sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol ucadan iştirakçılar arasında oxunmuş və düzgün tərtib olunduğu üçün imzalarla təsdiq olunmuşdur. O, narkotik vasitələrin satışı ilə məşqul olmur, sadəcə balıq tutmaq üçün getdiyi vaxt yerdən iki ədəd kibrit qutusu nəşə tapmış, həmin nəşəni satmaq qərarına gəlmiş və istifadəsində olan mobil telefona zəng edən tanıdığı İmişli rayon Məhəmmədli kənd sakini Şahid1 Havasət oğlu ondan nəşə istəmiş və həmin yerdən tapmış olduğum 2 ( iki) qutudan birini yəni qurudulmuş marixuananın bir qutusunu Əzizə 80 (səksən) manata satmışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır, İİ qrup əlildir, himayəsində iki azyaşlı uşağı vardır. Qeyd olunanların nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünü etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Havasət oğlu ifadəsində göstərmişdir ki, təxminən 5 il bundan qabaq narkotik vasitə olan marixuanadan çəkmə yolu ilə istifadə etmiş və hazırda arada bir çəkir. Sonuncu dəfə isə o, bir kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı günorta radələrində, saat təxminən 14 radələrində xx.xx.2024-cü il tarxdə İmişli rayon Gövhərli kənd sakini Təqsirləndirilən şəxs 80 (səksən) manat pul müqabilində almışdır. Belə ki, o, Xəyalın istifadəsində olan xatırlamadığı nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə zəng edib ondan çəkmək üçün narkoik vasitə olan qurudulmuş marixuana istəmişdir. Xəyal ona yaşadığı İmişli rayonun Gövhərli kəndinə çağırmış, o, tanımadığı Opel markalı, qeydiyyat nişanını və sürücüsünü tanımadığı gümüşü metal rəngli avtomobillə İmişli bazarının yaxınlığından Gövhərli kəndinə onu aparıb gətirməsi üçün 5 (beş) manata razılaşıb avtomobilə əyləşmişdir. Xəyalla danışıdığı kimi narkotik vasitəni onun yaşadığı Gövhərli kəndinin mərkəzində onunla görüşmüş və 80 (səksən) manat pul müqabilində ondan bir kibrit qutusu qurudulmuş marixuana almışdır. Həmin taksi avtomobili ilə də gəlib bazarın yaxınlığında düşmüşdür, sürücünün isə nə məqsədlə onun getdiyini və nə aldığını bilməmiş, görməmişdir. Sonra bazarın qarşısından yaşadığı Məhəmmədli kəndi istiqamətində gedən avtomobillərdən birinə əyləşib yaşadığı Məhəmmədli kəndinə getmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aldığı kibrit qutusunda olan narkotik vasitə marixuana üzərində olmuş və həmin günü saat təxminən 17 radələrində atası Havasətə məxsus VAZ-2106 minik marklı, qırmızı rəngli, ** BF *** markalı avtomobili təmir etdirmək üçün Rəsullu kəndində yol kənarında yerləşən «Sokaol» yanacaqdoldurma məntəqəsi ilə üzbəüz olan avtomobil təmiri sexinə gətirmişdir. Orada olarkən üzdən tanıdığı 3 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış və bildirmişlər «sən narkotik vasitə istifadəçisisən, üzərində narkotik vasitə var» üzərinə baxış keçirilməsi üçün polis şöbəsinə getməliyik təklif etdikləri üçün o, üzərində heç nə olmadığını və məsuliyətdən yaxa qurtarmaq istədiyi üçün üzərində heç nə olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları ona özləri ilə üzərinə baxış keçirilməsi üçün polis şöbəsinə getməyi təklif etdikləri üçün o, çıxılmaz vəziyyətdə qalmış və razılaşmışdır. Polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlmiş, fikirləşmişdir ki, üzərində kibrit qutusunda olan narkotik vasitəni fürsət tapıb tullayar. Lakin, tullaya bilməmiş və polis şöbəsinə gəldikdən sonra təhqiqatı aparan Bəhruz Zülfüqarov tərəfindən onun xidməti iş otağında şübhəli şəxs qismində tutulduğu izah olunmuş və istəyi ilə hüqüqları vəkil Fəyyaz Quliyev tərəfindən müdafiə olunması üçün dəvət olunmuşdur. Vəkilin dəvətindən sonra bir daha hüquqları ona izah olunmuş, video çəkiliş əsasında üzərinə baxış keçirilməsi izah olunmuş və o, buna heç bir etiraz etməmişdir. Baxış zamanı üzərində nə kimi qanunzuz əşya, predmet, narkotik vasitə olması barədə soruşulmuş,o, görmüşdür ki, artıq tutulmuş, üzərinə baxış keçiriləçək və üzərindən həmin narkotik vasitə aşkar olunacaq və heç bir etiraz etmədən üzərində yəni, əyninə geyindiyi qara rəngli şalvarımın sağ cibində kibrit qutusunda saxladığı marixuananı təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitə olan qurudulmuş marixuananı o, İmişli rayon, Gövhərli kənd sakini Xəyal adlı şəxsdən 80 (səksən) manat pul müqabilində onun yaşadığı İmişli rayonu Gövhərli kəndinə gedib ondan almışdır. Daha sonra polis əməkdaşı Bəhruz Zülfiqarov üzərinə şəxsi axtarış keçirmiş və sağ yan cibində saxladığı 19 manat pul və bir qutu X-7 markalı göy rəngi siqaret və qırmızı rəngli alışqan aşkar olunmuşdur, kibrit qutusunda olan qurudulmuş marixuana onun iştirakı ilə zərfin içərisinə ekspertizaya göndərilməsi üçün qoyulmuş, qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmışdır. O və baxışda iştirak edənlər zərfin üzərinə imza etmişlər. Daha sonra bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol düzgün tərtib olunduğu üçün,o və baxışda iştirak edən şəxslər protokolun düzgündüyün təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs İmişli rayon Gövhərli kənd sakini kimi taınyır, onunla arasında hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur, İmişli rayon Məhəmmədli kənd sakini Şahid1 Havasət oğlunun qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Rəcəb Bayramova məxfi mənbəədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuş və bu barədə şöbə rəhbərliyinə məruzə etmişdir. 8 iyun 2024-cü il tarixdə Şahid1 İmişli rayonu Rəsullu kəndi ərazisində saat 17:10 da yaxınlaşmış və ona Rəcəb Bayramov özünü təqdim etdikdən sonra ona üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatının olmasını və üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün olduğu yerdə şərait olmadığına görə polis şöbəsinə getməyi təklif etmişdir. Şahid1 razılaşmış və Cəbrayıl Əliyevin idarə etdiyi avtomobillə, Rəcəb Bayramov avtomobilin arxa oturacağında sağda, ortada Şahid1 və onun solunda isə o əyləşliyi üçün polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra material üzrə qərar qəbul edilməsi üçün Rəcəb Bayramov tərəfindən şöbə rəhbərliyinə məruzə olunmuş və bundan sonra Şahid1 yanında Cəbrayıl Əliyevlə dayanmışdır. Daha sonra toplanmış material üzrə qərar qəbul edilməsi üçün təhqiqat bölməsinin təhqiqatçısı Bəhruz Zülfiqarova həvalə olunmuş və onun xidməti iş otağında Şahid1 üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün ona şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Şahid1 hüquqları İmişli rayon vəkil bürosunun vəkili Fəyyaz Quliyev tərəfindən müdafiə olunması üçün dəvət edilmiş, bundan sonra Şahid1 üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X13 Bəyalıyevə üzərində nə kimi qanunsuz əşya və ya narkotik vasitə varsa çıxarıb təqdim etməsini bildirilmişdir. Bundan sonra Şahid1 qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir . Həmin kibrit qutusu açılmış və içərisində spesfik iyə məxsus, yaşıl rəngli, ilk görünüşündən qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, daha sonra həmin cibində saxladığı 19 manat pul əskinası, sarımtıl rəngli alışqan və sol cibindən isə bir ədəd X-7 markalı siqaret qutusu aşkar olunmuşdur. Şahid1 aşkar olunmuş narkotik vasitəni 80 (səksən) manat pul müqabilində İmişli rayonun Gövhərli kənd sakini Təqsirləndirilən şəxs çəkmək üçün 7 iyun 2024-cü il tarixdə aldığını bildirmişdir. Aşkar olunmuş, kibrit qutusunda olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi kibrit qutusu qarışıq 10 qram olması müəyyən olunmuşdur. Kibrit qutusu içərisində olan qurudulmuş mrixuanaya bənzər yaşıl spesfik kütlə zərfin içərisinə ekspertizaya göndərilməsi üçün qoyulmuş, qablaşdırılmış və zərfin üzərinə iştirakçılar tərəfindən və şübhəli şəxs qismində tutulmuş Şahid1 özü və müdafiəçisi imza edib təsdiq etmişlər. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar arasında ucadan oxunmuş, düzgün tərtib olunduğu üçün imzalarla təsdiq edilmişdir. Ekspertiza tədqiqatından sonra Şahid1 üzərindən aşkar olunmuş yaşıl rəngli spesfik iyə məxsus kütlə qurudulmuş marixana olması və çəkisi 7,08 qram olması müəyyən edildi. Bundan sonra təhqiqatçı Bəhruz Zülfiqarov tərəfindən araşdırma aparılan materialla bağlı əməliyyat tapşırığı vermiş və həmin əməliyyat tapşırığını dəral icra etmək üçün şöbənin cinayət axtarış bölməsinin rəisi, Şahid3lə birlikdə İmişli rayonun Gövhərli kəndinə yollanmışdır. Orada Şahid3 Təqsirləndirilən şəxs görüb yaxınlaşmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün lazımı şərait olmadığını və narkotik vasitələrin satışında üzərində saxlamasında şübhəli olmasını bildirib üzərinə baxış keçirilməsi üçün birlikdə getməyi təklif etmişlər. Lakin, Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşqul olmadığını, üzərində hər hansı bir qanunsuz əşya gəzdirmədiyini, narkotik vasitə saxlamadığını bildirmiş və getməkdən imtina etmiş və Təqsirləndirilən şəxsla rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Şahid3 aprardığı söhbətdən sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməyə razılaşmış,birlikdə Şahid3 idarə etdyi avtomobilə əyləşmiş, həmin vaxtı Cəbrayıl Əliyev və Rəcəb Bayramov gəlib çıxmışlar. O, Şahid3 və Təqsirləndirilən şəxs polis şöbəsinə gəlmiş və bu barədə raport tərtib etmiş və raportun icrası təhqiqatçı Bəhruz Zülfiqarova həvalə olunmuşdur. Bəhruz Zülifiqarovun xidməti iş otağında X3 22-45 də şübhəli şəxs qismində tutulmuş, ona hüquq vəzifələri izah olunmuş, onun öz istyi ilə hüquqlarını müdafiə etmək üçün İmişli rayon vəkil bürosundan vəkil Araz Əliyev dəvət olunmuş , Təqsirləndirilən şəxs üzərinə həmin gün saat 23:05 də isə video çəkiliş əsasında şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı təhqiqatçı X12 Məmmədova üzərində nə kimi qanunsuz əyşa varsa çıxarıb təqdim etəməyini istəmiş və Təqsirləndirilən şəxs əynində olan boz materiallı cins şalvarının qabaq sol yan cibindən bir ədəd «milano» markalı siqaret qutusunu və bir ədəd «Nokia» marklı sadə mobil telefonunu, arxa sol cibindən qəhvəyi rəngli və içərisində 176 manat olan pul qabısını təqdim etmiş və alışqan ilə kibrit qutusunu yenidən qaytarıb cibinə qoymuş və bundan sonra X11 şalvarının qabaq sol cibindən 40 qəpik pulu, şalvarının arxa sol cibindən isə bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər yaşıl kütləni və göy rəngli alışqanı çıxardıb masa üzərinə qoymuş, daha sonra kibrit qutusunda olan narkotik vasitəyə bənzər yaşıl kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 10 qram olmasını görmüşdür. Bundan sonra həmin yaşıl kütlə kibrit qutusu qarışıq ekspertizaya göndərməsi və dəqiq çəkisini müəyyən etmək məqsədi ilə zərfin içərisinə qoyulmuş və baxışda iştirak edən polis əməkdaşları,Xəyal Məmədovun özü və onun hüquqlarını müdafiə edən müdafiəçi zərfin üzərinə imza etmişlər. Bundan sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol ucadan iştirakçılar arasında oxunmuş, düzgün tərtib olunduğu üçün imzalarla təsdiq etmişlər. Ekspertiza tədqiqatından sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın çəkisi 7,37 qram olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid, İmişli RPŞ-nin CAB-nin rəisi Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; 08 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 4); Şəxsi axtarış və götürmə aparılması barədə 08 iyun 2024-cü il tarixli protokoldan görünür ki, İmişli RPŞ-nin CAB-nin rəisi Şahid3, İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 və İmişli rayon vəkil bürosunun vəkili X6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki boz rəngli cins materiallı şalvarın arxa sol cibindən bir ədəd kibrit qutusunda 7,37 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (i.v. 19); Məhkəmə-bioloji ekspertizasının 09 iyun 2024-cü il tarixli 3-16-16/2-18/577 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «..Şahid1 Havasət oğlunun üzərindən..» sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,08 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 7,08 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq 7,06 qramdır. (i.v. 114-116); Məhkəmə-bioloji ekspertizasının 09 iyun 2024-cü il tarixli 3-16-16/2-18/576 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs üzərindən..» sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,37 qram olan bitki mənşəlli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 7,37 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq 7,35 qramdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana ilə Şahid1 Havasət oğlundan aşkar edilmiş narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. (3-16-16/2-18/577 №-li ekspert rəyinə əsasən birgə tədqiqat aparılıb.) (i.v. 27-30); Məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2024-cü il tarixli 5135 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 221-222); İmişli Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 4(036)-48/2024 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (i.v. 67-68); Mobil telefona baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 Havasət oğlunun ifsifadəsində olan “Samsung A21 S” markalı mobil telefondan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə etmiş olduğu zənglərə baxış keçirilmişdir. Şahid1 Havasət oğlunun istifadəsində olan “Samsung A21 S” markalı mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuş və mobil telefonun ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə 31 may 2024-cü il tarixdən 7 iyun 2024-cü il tarixədək 141 dəfə zənglər edilmiş, həmin zənglərin 70 dəfəsində edilən zənglərdə danışıq aparılmamış və sonuncu danışıq isə 07 iyun 2024-cü il tarixdə saat 10:19 radələrində olmuşdur. İş üçün əhəmiyyət kəsb etdiyindən çıxan zənglərə dair məlumatları əks etdirən görüntü mobil telefon vasitəsi ilə çəkilərək protokola əlavə olunmuşdur. (i.v. 89-90); "xxxx" MMC dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 Havasət oğlu istifadəsində olan ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2024-cü il taixdə saat 10:19-da zəng getmiş və aralarında 65 saniyyə danışıq aparmışdır. (i.v. 209-211); Maddi sübut kimi tanıma haqqında 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar eedilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,35 qram olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (i.v. 79-80); İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(036)-71/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. (i.v. 83-88); İmişli regional Qİ və TB şöbəsinin 16 sentyabr 2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(036)- 71/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması 19 yanvar 2024-cü il tarixdə qeydiyyata alınmışdır. İmişli rayon İcra və Probasiya şöbəsinin 11 sentyabr 2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(036)-71/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6000 manat məbləğində cərimə cəzası üzrə onun pensiyasından 525 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin hesabına ödənilmiş, 5475 (beş min dörd yüz yetmiş beş) manat ödənilməmiş cəriməsi qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni 14,45 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış və 07 iyun 2024-cü il tarixdə saat 14:00 radələrində yaşadığı İmişli rayonu, Gövhərli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan özünə məxsus olmaqla işlətdiyi avtomobil təmiri sexinin qarşısında 7,08 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Şahid1 Havasət oğluna 80 (səksən) manat pul müqabilində satması faktı tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını (CM-59.1.4) və İİ qrup əlil olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X9 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.2-ci maddələrinə əsasən İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(036)-71/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 12 (on iki) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 5475 (beş min dörd yüz yetmiş beş) manat cərimə hissəsi hazırkı azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və cərimə cəzaları müstəqil icra olunmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar və ekspertiza xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İmişli rayon Polis şöbəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7.35 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(036)-71/2023 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasının çəkilməmiş 1 (bir) il 1 (bir) ay 12 (on iki) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 5475 (beş min dörd yüz yetmiş beş) manat cərimə hissəsi hazırkı azadlıqdan məhrumetmə cəzası ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 12 (on iki) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə və 5475 (beş min dörd yüz yetmiş beş) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə və cərimə cəzaları müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 08 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İmişli rayon Polis şöbəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7.35 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 6 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-71/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-71/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver