Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-72/2020 12.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 və Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu ondan ötrü məhkəməyə verilmişdir ki, o, 2018-ci ilin mart ayının əvvəllərində saat 06-00 radələrində qayınatası Şahid2 məxsus İmişli rayonunun Hacırüstəmli kəndində yerləşən evdə cinsi ehtirasını təmin etmək məqsədilə razılıq əsasında, cinsiyyət orqanını aşkar surətdə on altı yaşına çatmadığını bildiyi, xx xxxxxx 2003-cü il təvəllüdlü baldızı Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə salaraq, sonuncunun arxa keçəcək dəliyinin-anal dəliyin açıq olması, şüavari büküşlərin hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsininsfinktorunun boşalması, qıfvari genəlməyə səbəb olmaqla Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, daha sonra qanunsuz hərəkətlərini davam etdirərək, yenidən razılıq əsasında cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına salaraq, sonuncunun qızlıq pərdəsinin tamlığını pozmaqla onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, 2018ci ilin mart ayının sonlarında saat 15-00 radələrində yaşadığı Masallı rayonunun Çaxırlı kəndində yerləşən evdə cinsi ehtirasını təmin etmək məqsədilə razılıq əsasında, cinsiyyət orqanını aşkar surətdə on altı yaşına çatmadığını bildiyi, xx xxxxxx 2003-cü il təvəllüdlü baldızı Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə salaraq, sonuncunun arxa keçəcək dəliyinin-anal dəliyin açıq olması, şüavari büküşlərin hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsinin-sfinktorunun boşalması, qıfvari genəlməyə səbəb olmaqla Zərərçəkmiş şəxs ilə təkrarən qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan başqa o, 2019-cu ilin iyul ayının əvvəllərində saat 06-00 radələrində qayınatası Şahid2 məxsus İmişli rayonunun Hacırüstəmli kəndində yerləşən evdə cinsi ehtirasını təmin etmək məqsədilə razılıq əsasında, cinsiyyət orqanını aşkar surətdə on altı yaşına çatmadığını bildiyi, xx xxxxxx 2003-cü il təvəllüdlü baldızı Zərərçəkmiş şəxs cinsiyyət orqanına salaraq, Zərərçəkmiş şəxs ilə təkrarən təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, dörd il bundan İmişli rayonu Hacırüstəmli kəndində yaşayan X6 ilə evlənərək onunla birlikdə valideynlərinə məxsus olan Masallı rayonu Çaxırlı kəndinə yerləşən fərdi yaşayış evində yaşamışdır. 2018-ci ilin əvvəllərində o, arvadı ilə birlikdə qaynatası Şahid2 evində olarkən arvadı Zivər bacısı Fatiməni kimləsə telefonla sevgili kimi danışanda tutduğuna görə danladığı üçün aralarında mübahisə yaranmış və o, Fatiməni sillə ilə vurmuşdur. Həmin gün Fatimə təklikdə ona bacısı Zivərin evlənənədk İsmət adlı bir nəfərlə danışdığını bildirmiş və bu barədə soruşarkən Zivər barəsində deyilənləri təsdiq etdiyi üçün o, boşanmaq istəmiş, lakin qaynanası ona yalvarıb onu boşanmaq fikrindən daşındırmağa çalışaraq xahiş etmişdir ki, Zivəri özü ilə aparıb Novruz bayramınadək gözləsin. O, qaynanası Dilbərin təklifi ilə razılaşaraq Zivəri də götürüb Masallıya geri qayıtmış və bir müddət keçəndən sonra Zivərin hamilə qaldığını bilərək boşanmaq fikrindən daşınmışdır. Təxminən 2018-ci ilin mart ayının əvvəllərində o, bir nəfər şəxsi özünə məxsus olan “Opel” markalı avtomobillə İmişli rayonuna gətirmiş və gecələmək məqsədilə qaynatasının evinə getmişdir. Səhəri gün səhər saat 06-00 radələrində Fatimə valideynləri getdikdən sonra qaldığı otağa gələrək onunla cinsi əlaqədə olmağı təklif etmiş və o, Fatimənin təklifi ilə razılaşaraq onunla arxadan qeyri-təbii yolla və sonra qabaqdan təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin hadisədən sonra Fatimə ilə aralarında sevgi münasibətləri yaranmağa başlamış və Fatimə anasının mobil telefonu ilə tez-tez zəng edərək onunla danışmışdır. 2018-ci mart ayının axırlarında Fatimə Masallı rayonuna gələn marşrut avtobusu ilə bacısı Zivərə dəymək üçün onlara gəlmiş və 3-4 gün onlarda qalmışdır. Həmin vaxt evdə tək olarkən Fatimə ilə arxadan bir dəfə cinsi əlaqədə olmuş və spermasını onun arxa keçəcək nahiyəsinə tökmüşdür. Bundan sonra o, 2019-cu ilin iyul ayının əvvəllərində qaynatasına məxsus olan İmişli rayonu Hacırüstəmli kəndində yerləşən evdə yenə də Fatimənin valideynləri getdikdən sonra səhər saat 06-00 radələrində Fatimə ilə qabqdan bir dəfə təbii yolla cinsi əlaqədə olmuş və həmin vaxtdan sonra onunla telefonda danışsa da, görüşüb cinsi əlaqədə olmamışlar. xx xxxx 2020-ci il tarixdə də Fatimə İlkin adlı oğlanla nişanlandıqdan sonra o, bir neçə dəfə Fatimə ilə telefonda danışmış, lakin onunla görüşməmişdir. Nişanlanandan sonra Fatimə nişanlısının ona aldığı nömrə ilə ona sevgi mətnləri ilə “sms”lər yazmış, xx xxxx 2020-ci il tarixdə isə sms yazıb ad günü təbrik etmişdir. xx xxxx 2020-ci il tarixdə Fatimənin nişanlısı İlkin adlı şəxs ona zəng edərək Fatimənin nəyə görə ona 40-a yaxın mesaj yazdığını soruşmuş və sonra onu söyməyə başlamışdır. Bundan sonra onun Fatimə ilə olan münasibətləri və onunla cinsi əlaqədə olmağının üstü açılmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə o, biri-birini sevmiş və təklikdə olarkən ehtiraslarını cilovlaya bilmədikləri üçün cinsi əlaqədə olmuşlar. Onun Zərərçəkmiş şəxs qarşı pis niyyəti olmamış və baş verənlərə görə peşman olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bacısı X2 Xanhüseyn Xanlar oğlu ilə beş il bundan qabaq evlənmişdir və onunla birlikdə Masallı rayon Çaxırlı kəndində yaşayır. Xanhüseyn özünə məxsus olan “Opel” markalı avtomobildən taksi kimi istifadə edərək sərnişindaşıma ilə məşğul olur və 2018-ci ilin əvvəllərində İmişli rayonuna sərnişin gətirdikdən sonra onlarda qalmışdır. Həmin gün axşam saat 22-00 radələrində o, həyətlərindəki hamamda çimərkən Xanhüseyn hamama girmiş və əllərini qarnına tərəf aparıb onu divara sıxmışdır. Həmin vaxt anası gəlib ondan hamamdan çıxıb-çıxmadığını soruşmuş, Xanhüseyn onu öldürəcəyi ilə hədələdiyi üçün o, anasına bu barədə deməyərək ondan şampun gətirməsini istəmiş və anası evdən şampun gətirməyə gedərkən Xanhüseyn hamamdan çıxmışdır. Həmin vaxtdan təxminən 20 gün keçəndən sonra Xanhüseyn yenə də İmişli rayonuna sərnişin gətirərkən onlarda qalmış və valideynləri evdən getdikdən sonra onu qaldığı otağa çağırıb otağın qapısını arxadan bağlayaraq onu soyundurub taxta uzadaraq öpməyə başlamışdır. Xanhüseyn onunla cinsi əlaqədə olmaq istərkən əvvəlcə onun istəyinə qarşı çıxsa da, sonradan ehtiraslandığı üçün Xanhüseynə razılıq vermişdir. Xanhüseyn əvvəlcə cinsiyyət orqanini onun arxa keçəcək nahiyəsinə salaraq onunla qeyri-təbbi yolla və sonra onun cinsiyyət orqanına salıb təbii yolla cinsi əlaqədə olmuşdur. O, həmin vaxt çox ciddi ağrı hiss etməsə də qızlıq pərdəsinin pozulduğunu hiss etmişdir. Çünki, Xanhüseynlə cinsi əlaqədə olanda onun cinsi orqanından cüzi qan gəlmiş və yaranın yeri göynəmişdir. Onun Xanhüseyndən xoşu gəldiyi üçün bu barədə heç kəsə bildirməmişdir. Həmin hadisədən sonra o, anasının telofonu ilə gizlincə zəng edərək 2-3 gündən bir Xanhüseynlə sevgili kimi danışmışdır. 2018-ci mart ayının axırlarında o, Masallı rayonuna gedən marşurut avtobusu ilə bacısı Zivərə dəymək üçün Xanhüseyngilə getmiş və orada 3-4 gün qalmışdır. Həmin günlərin birində evdə təklikdə olarkən Xanhüseyn onu atasının yataq otağına aparmış və soyunduraraq öz cinsiyyət orqanını onun arxa keçəçək naniyəsinə salaraq onunla qeyri-təbbi yolla cinsi əlaqədə olmuşdur. Axırıncı dəfə Xanhüseyn onunla 2019-cu ildə iyul ayının əvvəllərində İmişli rayonu Hacırüstəmli kəndindəki evlərində təbii yolla cinsi əlaqədə olmuşdur. Ondan sonra telefonda danışsalar da, görüşüb cinsi əlaqədə olmamışlar. xx.xx.2020-ci ildə o, İmişli rayon Hacırüstəmli kənd sakini Şahid3la nişanlanmış, bundan sonra o, bir neçə dəfə Xanhüseynlə telefonda danışsa da, onunla görüşməmişdir. Nişanlanandan sonra İlkin ona “Samsung A 20S” telefonu almış və bir ədəd sim nömrəsib vermiş və o, həmin telefonla həftədə bir dəfə Xanhüseynə gizlin sms yazmışdır. İlkin “Azercell”dən nömrəsini çıxartdırıb onun Xanhüseynə sms yazdığını öyrənmiş və onlara gəlib sms mətnlərini anasına göstərərək nişan üzüyünü barmağından çıxartmış, ona aldığı telefonu və nömrəni götürüb çıxıb getmişdir. Bir qədər keçəndən sonra İlkin onun anasının telefonuna zəng edərək onunla danışmış və o, Xanhüseynlə aralarında olanları İlkinə bildirmişdir. 2020-ci ilin mart-aprel aylarında lkinin özü də onunla yaşadığı evdə bir neçə dəfə qeyri-təbii yolla arxadan və təbii yolla qabaqdan cinsi əlaqədə olmuşdur. İlk dəfə təbbi yolla cinsi əlaqədə olarkən İlkin onun açıq olmağından şübhələndikdə o, qızlıq pərdəsinin elastik olduğunu deyərək internetdə olan məlumatları İlkinə göstərib onu inandırmışdır. Xanhüseyn onun azyaşlı olmasından istifadə edərək həyatını məhv etdiyi üçün ondan şikayətçidir və barəsində çox ciddi tədbir görülməsini tələb edir. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Hacırüstəmli kəndində yaşayır. 2020-ci ilin mart ayında həmkəndlisi Şahid3 onun övladı Zərərçəkmiş şəxs nişanlanmış və Fatiməyə mobil telefon aparatı və nömrə alıb vermişdir. Onların kəbinləri kəsilsə də, karantinə görə toyları təxirə salınmışdır. xx.xx.2020-ci il tarixdə, saat 15-16 radələrində İlkin onlara gələrək əlində tutduğu vərəqləri göstərib Fatimənin telefonla yeznəsi Təqsirləndirilən şəxs ilə sms-ləşdiyini demiş və vərəqləri oxuduqdan sonra nişan üzüyünü, telefonu və nömrəni Fatimədən alaraq çıxıb getmişdir. Biraz keçəndən sonra İlkinin əmisi arvadı Tünzalə ona zəng vuraraq Fatimənin Xanhüseynlə cinsi əlaqədə olduğunu bildirmişdir. Həmin vaxt Fatimə təxminən 2 il əvvəl evlərinin həyətindəki hamamda çimərkən Xanhüseynin içəriyə girməsini, həmin hadisədən bir neçə gün sonra isə tövlədə olarkən çayına nəsə qataraq otağa aparıb onunla cinsi əlaqədə olduğunu ona bildirmişdir. Fatimə Xanhüseynlə cinsi əlaqədə olduğunu deyəndən sonra o, Xanhüseynin telefon nömrəsinə zəng vurmuş, ancaq Xanhüseyn deyilənləri boynuna almayaraq Fatimənin ona şər atdığını bildirmişdir. Şikayət olunandan sonra Xanhüseyn onlarla əlaqələrini kəsərək yaşadığı Masallı rayonu Çaxırlı kəndində gizlənmişdir. Zərərçəkmiş şəxs zorladığı üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. İş üzrə Şahid2 arvadı Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İşdə olan “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci tarixli protokola əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs anasının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 2018-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq 2020-ci ilin iyun ayının sonuna kimi müxtəlif vaxtlarda müxtəlif və uzun müddətli qarşılıqlı danışıqlar aparılmışdır; Zərərçəkmiş şəxs anasının istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə müxtəlif vaxtlarda müxtəlif məzmunlu sevgi mesajları və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs anasının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə müxtəlif vaxtlarda müxtəli məzmunlu sevgi mesajları göndərilmişdir. ( c.i. səh:155-167) İşdə olan “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci tarixli protokola əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 2020-ci ilin fevral ayından başlayaraq müxtəlif vaxtlarda danışıqlar aparılmış, həmçinin həmin mobil telefon nömrələrinin birindən digərinə müxtəlif vaxtlarda müxtəlif məzmunlu sevgi mesajları göndərilmişdir. ( c.i. səh:171-177) İşdə olan AR SN Məhkəmə-X3 X4 rayon Şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 392 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş və pozulma müddəti 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (arxa keçəcək dəliyinin-anal dəliyin açıq olması, şüavari büküşlərin hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsinin-sfinktorun boşalması, qıfvari genəlmə) aşkar edildi, lakin arxa keçəcək dəliyinin girəcəyinin selikli qişasında və düz bağırsağın selikli qişasında hər hansı bir xəsarət olmadığı halda müddəti barədə fikir söyləmək mümkün deyildir. ( c.i.səh: 28-30) İşdə olan AR SN Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş ın xx xxxxxx 2020-ci il tarixli, 1658 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ünsiyyətçilik, özünü psixoloji müdafiə etməyə meyillilik, konflikt əvə mübahisəyə meyilli olmamaq və sair kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs hadisəni düzgün qavramaq və düzgün ifadə vermək qabiliyyətindədir. Onda yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmamışdır. ( c.i.səh: 188-189) İşin materiallarında olan AA 1744209nömrəli AR X1 surətinə əsasən X5 xx xxxxxx 2003-cü il tarixdə anadan olmuşdur.( ci.səh:5) AR CPM-nin 24.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 152-ci maddəsində nəzərdə tutulmuş cinayəti törədilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuş və o, CM-nın müvafiq maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Masallı RİHB-nin Çaxırlı kənd İƏD üzrə İN-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 609 saylı arayışa əsasən Təqsirləndirilən şəxs evlidir və himayəsində bir nəfər azyaşlı uşağı vardır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i.səh:82) Himayəsində bir nəfər azyaşlı uşağı olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(036) 70/2020 saylı qərarı ilə həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmişdir. ( c.i. səh:127-129) . Məhkəmə törədilmiş cinayətin xarakterini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli və cəzanın həddi müəyyən edilərkən cəzasını yüngülləşdirici halın olması nəzərə alınmalıdır. AR CM-nın 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən həbsdə saxlandığı müddət təyin olunan cəza müddətinə hesablanmalı və CM-nın 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasın Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(036)-72/2020
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-72/2020
12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver