Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-72/2022 23.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, H.Aslanov küçəsi D-1, ev 13-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 0,228 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 30 aprel 2022-ci il tarixdə saat 17:10-da İmişli şəhəri, Xiyabani küçəsində hərəkətdə olarkən İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ cibindən ağ rəngli kağız kəsiyi bükümünün içərisində həmin çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, psixotrop maddə olan metamfetamindən istifadə edirmiş. 30 aprel 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən küçəyə çıxmış və küçədə gəzərkən yerdə siqaret qutusunu görüb həmin qutunu yerdən götürüb içərisinə baxarkən içərisində 3 ədəd siqaret və bükülmüş kağız olduğunu görmüşdür. Həmin kağızı açıb içinə baxarkən kağızın içərisində metamfetamin aşkar etmişdir. Kağız bükümünü bir cibinə, siqaret qutusunu isə digər cibinə qoyub piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında otaqların birində hal şahidlərinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı siqaret qutusunun içərisindən tapdığı psixotrop maddə olan metamfetamin onun üzərindən aşkar olunaraq götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. O və iştirak edənlər şəxslər zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalayaraq təsdiq etmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 30 aprel 2022-ci il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində psixotrop maddə ilə İmişli şəhəri, Xiyabani küçəsində olacağı barədə daxil olmuş məlumat əsasında şöbənin əməkdaşları – Şahid2, Şahid3, Şahid4 və təhqiqatçı Səməd Məmmədovdan ibarət əməliyyat qrupu yaradılmış və onlar birlikdə saat 16:50-də həmin küçəyə gedib ərazini müşahidəyə götürmüşlər. Saat 17 radələrində Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb özlərini təqdim edib psixotrop maddənin istifadəsində şübhəli olduğunu bildirib rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin və dəvət olunmuş iki hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ cibindən ağ rəngli kağız kəsiyi bükümündə psixotorop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Psixotrop maddə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyü Təqsirləndirilən şəxs, hal şahidlərinin və polis əməkdaşlarının imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2, İmişli RPŞ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid4 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 30 aprel 2022ci il tarixdə saat 17 radələrində İmişli rayon polis şöbəsinin qarşısından keçərkən bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılacağını bildirib hal şahidi qismində iştirak etməyini xahiş etdikdə o, razılaşmışdır. Polis şöbəsində müdafiəçinin, digər hal şahidinin və polis əməkdaşlarının iştiraki ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sağ yan cibində kağızın içərisində ağ maddə aşkar olunmuşdur. Polis əməkdaşları həmin maddənin psixotrop maddə metamfetaminə bənzər olduğunu demişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin maddə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan materialların məhkəmə ekspertizasının 1 may 2022-ci il tarixli, 18/481nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən....” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,228 qram olan maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,228 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq çəkisi – 0,178 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 30 iyun 2022-ci il tarixli, 3556 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkolji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,178 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza tədqiqatına sərf edilmiş 31,95 (otuz bir manat doğsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 30 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,178 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 31,95 (otuz bir manat doğsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-72/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-72/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver