Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-72/2023 12.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxx 2001-ci ildə tarixdə İmişli rayonu, Qızılkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, İmişli şəhəri H.Aslanov küçəsi ev 15 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 10 may 2023-cü il tarixdə saat 02 radələrində İmişli şəhəri R.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus birmərtəbəli fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmuş və həmin evin yataq otağındakı televizor altlığının üzərindəki bir ədəd qara rəngli, “LG” markalı, 105 düymlük, dəyəri 750 (yeddi yüz əlli) manat olan plazma televizoru, gizli yolla talamaqla, zərərçəkmiş çəxsə maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10 may 2023-cü il tarixdə saat 01 radələrində əvvəldən tanıdığı Şahid2 ilə birlikdə İmişli şəhəri “H.Əliyev” adına parkda görüşüb söhbət etmiş və sonra birlikdə həmin parkın yaxınlığında yerləşən “Raypo” adlanan kafeyə getmişlər. Kafedə əyləşib yeyib-içən zaman iki nəfərə 0,700 ml araq içmişlər. Həmin vaxt Vüsal İmişli şəhəri “Pambıq zavodunun” yaxınlığında bir ev olduğunu və həmin evdə heç kimin yaşamadığını göstərərək, həmin ünvanda olan televizoru oğurlamağı təklif etmişdir. O, həmin təkliflə razılaşmış və gecə saat 02 radələrində piyada İmişli şəhəri R.Əliyev küçəsində yerləşən həmin evə getmişlər. Evdə işıqlar yanmadığı üçün heç kimin olmadığını bilmiş və evin həyətinin hasarından içəri keçmişdir. Vüsal isə qabaqcadan aralarında olan razılaşmaya görə küçədə dayanmış və kimsə gələrsə xəbər verəcəkdir. O, ilk öncə evin qapısını yoxlayıb bağlı olduğuna əmin olmuş, sonra isə evin pəncərəsinin açıq olduğunu görüb, pəncərəni əli ilə itələyib açmış və oradan içəri otağa daxil olmuşdur. Otaqda televizor altlığının üzərində bir ədəd qara rəngli plazma televizor olduğunu görüb, götürən vaxt Vüsal da həyətə keçmiş və pəncərənin qarşısında dayanmışdır. O, televizoru pəncərədən Vüsala vermiş, sonuncu televizoru aldıqdan sonra o da pəncərədən çölə çıxmışdır. Vüsal hasardan küçəyə keçdikdən sonra o, televizoru hasarın üzərindən Vüsala vermiş, sonra isə özü küçəyə keçmişdir. Televizor onun əlində piyada İmişli şəhəri “Aşıq Ələsgər” küçəsində yerləşən “Kral” şadlıq sarayının qarşısına gəlmişlər və oradan dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli və sürücüsünü tanınmadığı “Vaz 2107” markalı taksiyə əyləşib İmişli rayonu, Otuziki kəndində təşkil edilən heyvan bazarına getmişlər. Televizoru orada İmişli şəhər sakini kimi tanıdığı Vüsal adlı şəxsə 200 manata satmışdır. Həmin vaxt o, Vüsala televizoru evdən gətirdiyini demiş, sonuncu isə televizorun oğurluq olduğunu bilməmişdir. Televizoru satdıqdan sonra əldə etdikləri 200 manat pulu yarı bölüb, 100 manatını Vüsala vermiş, qalan 100 manatı özü götürmüş və oradan tanımadığı maşınla geri qayıtmışlar. Qeyd edilən oğurluq əməlindən savayı heç bir cinayət əməlini törətməmiş və həmin evdən bir ədəd televizordan başqa heç bir cehizlik əşya oğurlamamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İmişli şəhər R.Əliyev küçəsində yerləşən yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla, 2023-cü ilin yanvar ayının sonlarından İmişli şəhəri Muğan küçəsində kirayə ev tutub yaşayır. Evdən çıxmağına baxmayaraq, mütəmadi olaraq iki gündən bir R.Əliyev küçəsindəki evinə gedib baxır. Sonuncu dəfə 08 may 2023-cü il tarixdə yaşayış evinə gedib baxmış və hər şey qaydasında olmuşdur. 10 may 2023-cü il tarixdə səhər saat 08 radələrində işə getməmişdən qabaq evinə gəlmiş, evin həyətinə daxil olan zaman giriş qapısı ilə yanaşı olan pəncərənin qoruyucu dəmirlərinin yarısını açılmış vəziyyətdə, pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. O, qapını açıb içəri keçmiş və yataq otağına daxil olanda otağın giriş qapısı ilə üzbəüz olan televizor altlığının üzərindəki plazma televizorunun yerində olmadığını görmüşdür. O, evdə axtarış apardıqdan sonra otaqda olan əşya şkafının üzərindəki qazan dəsti və qaşıq dəsti də yerində olmadığını öyrənmişdir. Bundan sonra evdə oğurluq olmasından əmin olub polisə məlumat vermişdir. Yaşadığı evdən ona məxsus bir ədəd “LG” markalı, 105 dm-lik, qara rəngli, 750 manat dəyərində plazma televizoru, bir ədəd Türkiyə istehsalı çemodan formasında olan qabda 12 ədəd qaşıq, 12 ədəd çəngəl, 12 ədəd çay qaşığı olan, 200 manat dəyərində qaşıq dəsti və bir ədəd qutuda, Türkiyə istehsalı, içərisində biri-birinin içərisnə böyükdən balacaya doğru yığılmış, 55 manat dəyərində qazan dəsti oğurlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, İmişli şəhəri “Heydər Əliyev” adına parkın yaxınlığında, “Raypo” adlanan yerdə kafe işlədir. 10 may 2023-cü il tarixdə saat 01 radələrində İmişli rayonu Otuziki kəndində təşkil edilən heyvan bazarından işlətdiyi kafe üçün quzu almağa getmişdir. Saat 03 radələrində heyvan bazarında iki nəfər üzdən tanıdığı cavan uşaq görmüş, uşaqlardan birinin əlində qara rəngli plazma markalı televizor olmuşdur. Yaxınlaşıb televizoru soruşmuş, Vüsal və Cahid həmin televizoru 250 manata satdıqlarını bildirmişlər. O, televizorun oğurluq olmadığını və həmin şəxslərin Bakı şəhərinə getmək üçün onlara yol pulu lazım olduğunu öyrəndikdən sonra, qiymətini 200 manata razılaşıb almış və məqsədi həmin televizoru aldığı qiymətdən baha qiymətə sataraq əlavə qazanc əldə etmək olmuşdur. Həmin vaxt televizoru tanımadığı bir nəfər şəxsə 230 manata satmışdır. Bundan bir həftə sonra, yəni 17 may 2023-cü il tarixdə İmişli Rayon Polis Şöbəsinə çağırılan zaman, orada aldığı televizorun oğurluq olduğunu bilmişdir. Cinayət işinin materiallarında olan 10 may 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən ünvan İmişli şəhəri R.Əliyev küçəsində yerləşən və Zərərçəkmiş şəxs məxsus birmərtəbəli fərdi yaşayış evidir. Ev köhnə tikilidir, giriş qapısı ortada, sağ və sol tərəflərində isə iki ədəd pəncərə vardır. Giriş qapısı dəmirdəndir və açarla açılıb-bağlanan kilidi vardır. Pəncərənin dəmir örtüyü yarımçıq açılmış vəziyyətdə, kənar taxtaları isə aralı vəziyyətdədir. Zərərçəkmiş şəxs naməlum şəxs(şəxslərin) evin həmin pəncərəsindən içəri daxil olduqlarını, yataq otağına daxil olub, orada giriş qapısı ilə üzbəüz olan televizoru, daha sonra həmin otaqdakı əşya şkafının üzərində olan qazan və qaşıq dəstlərini oğurladıqlarını bildirmişdir. Evin pəncərəsi çöldən içəriyə açılmış vəziyyətdədir. Zərərçəkmiş şəxs oğurluq edən şəxs(şəxslərin) evin giriş qapısından deyil, pəncərədən istifadə etdiklərini bildirmişdir. 23 may 2023-cü il tarixli “İfadələrin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 02 radələrində tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs məxsus, İmişli şəhər R.Əliyev küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etdiklərini, evin həyətyanı sahəsinin hasarından keçdiyini, Şahid2 isə küçədə dayanadığını və ətrafı güddüyünü, evin taxta pəncərəsini arxadan əli ilə itələdiyini, pəncərə açıldıqdan sonra içəri daxil olub evin yataq otağındakı plazma markalı televizoru yerindən götürüb daxil olduğu pəncərədən də Şahid2 verdiyini, pəncərədən həyətə düşdüyünü, sonra yenidən hasardan küçəyə keçdiyini və televizoru Şahid2 köməyi ilə küçəyə keçirdiyini, birlikdə piyada uzaqlaşdıqlarını qeyd etməklə istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bütün hərəkətləri bir daha əyani olaraq göstərmişdir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və İmişli Rayon Məhkəmənin xx.xx.2023-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 38-39, 89-90) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4, 70-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 il şərti sınaq müddəti müəyyən edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonuncu dəfə İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. İmişli MKTİB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə barəsində heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2023 tarixli ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsdən şikayətçi olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq zamanı ifadə verərək göstərmişdir ki, o, İmişli şəhəri R.Əliyev küçəsində yerləşən və Zərərçəkmiş şəxs məxsus birmərtəbəli fərdi yaşayış evindən yalnız bir ədəd, qara rəngli “LG” markalı plazma televizoru oğurlamış, başqa heç bir əmlak oğurlamamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasından yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 02 radələrində İmişli şəhəri R.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus birmərtəbəli fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq bir ədəd qara rəngli, “LG” markalı, 105 düymlük, dəyəri 750 (yeddi yüz əlli) manat olan plazma televizoru oğurlaması faktı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu bu cinayət əməli ittihamda göstərilən qaydada və şəraitdə baş verdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 02 radələrində İmişli şəhəri R.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus birmərtəbəli fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq bir ədəd qara rəngli, “LG” markalı, 105 düymlük, dəyəri 750 (yeddi yüz əlli) manat olan plazma televizorunu oğurlaması faktı tam sübuta yetirilsə də, həmin vaxt təqsirləndirilən şəxs tərəfindən yaşayış evindən bir ədəd çemodan formasında olan qabda dəyəri 200 (iki yüz) manat olan, Türkiyə istehsalı 12 ədəd qaşıq, 12 ədəd çəngəl, 12 ədəd çay qaşıq dəstinin və bir ədəd karton qutuda, Türkiyə istehsalı, 55 (əlli beş) manat dəyərində dörd ədəd qazanın gizli yolla talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub oğurlaması faktı sübuta yetirilməmişdir. Belə ki, cinayət işinin materialları ilə zərərçəkmiş şəxsin yaşayış evində ona məxsus bir ədəd çemodan formasında olan qabda dəyəri 200 (iki yüz) manat olan, Türkiyə istehsalı 12 ədəd qaşıq, 12 ədəd çəngəl, 12 ədəd çay qaşıq dəstinin və bir ədəd karton qutuda, Türkiyə istehsalı, 55 (əlli beş) manat dəyərində dörd ədəd qazanın mövcud olması müəyyən deyildir, həmin əmlaklar maddi sübut kimi aşkar edilməmiş və iş materiallarına əlavə olunmamış, həmin əmlakların Təqsirləndirilən şəxs tərəfindən oğurlanması faktı zərərçəkmiş şəxsin ifadəsindən başqa digər sübutla öz təsdiqini tapmamış, əksinə məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə, eyni zamanda həmin şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrlə və zərərçəkmiş şəxs ilə aralarında aparılmış üzləşdirmə protokolları ilə təkzib olunmuş və başqa heç bir mötəbər sübutla sübuta yetirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin 10 may 2023-cü il tarixdə saat 02 radələrində İmişli şəhəri R.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus birmərtəbəli fərdi yaşayış evindən dəyəri 200 (iki yüz) manat olan, Türkiyə istehsalı 12 ədəd qaşıq, 12 ədəd çəngəl, 12 ədəd çay qaşıq dəstini və Türkiyə istehsalı, 55 (əlli beş) manat dəyərində dörd ədəd qazanı gizli yolla talamaqla, zərərçəkmiş şəxsə maddi ziyan vurub oğurlaması faktı üzrə cinayətdə təqsiri müəyyən edilməmiş, həmin ittiham ehtimallara əsaslana bilməz və ittihamın sübut olunmasından yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığına görə, həin hallar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Ona görə də təqsirləndirilən şəxsə verilmiş qeyd olunan ittiham ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasınin Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi, o cümlədən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi müəyyən edilir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi halının mövcudluğunu, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin əvvəllər az ağır cinayət əməli törədilməsini və azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasını, təyin olunan cəza bitsə də, məhkumluq ödənilmədən yenidən qəsdən az ağır cinayət əməli törətməsini nəzərə alaraq, habelə CMnin 65.2-ci maddəsinin müddaəların əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın orta həddinə yaxın həddə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə işin faktiki hallarına qiymət verərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 AZN (əlli manat) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi subut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan- “10 may 2023-cü il tarixdə saat 02 radələrində İmişli şəhəri R.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində olan bir ədəd çemodan formasında olan qabda, Türkiyə istehsalı 12 ədəd qaşıq, 12 ədəd çəngəl, 12 ədəd çay qaşığı olan, dəyəri 200 (iki yüz) manat olan qaşıq dəstini, bir ədəd karton qutuda, Türkiyə istehsalı, 55 (əlli beş) manat dəyərində dörd ədəd qazanı gizli yolla talamaqla, zərərçəkmiş Şərafət İsamyılovaya maddi ziyan vurub oğurluq etməsi” ittihamı xaric edilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat (əlli) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev .
Məhkəmə qərarları › İş №1(036)-72/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-72/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver