Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-72/2024 30.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – X8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Ş.Qurbanov küçəsi, ev 6A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023-cü ilin may ayının əvvəllərində saat 14 radələrində qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı İmişli şəhəri, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından qanunsuz daxil olaraq, evin yataq otağındakı güzgülü dolabın siyirməsindən 295 (iki yüz doxsan beş) manat pulu, 255 (iki yüz əlli beş) manat dəyərində 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir cüt qızıl sırğanı, 340 (üç yüz qırx) manat dəyərində 4 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qadına aid qızıl üzüyü, 1100 (min yüz) manat dəyərində 10 qram çəkidə 750 əyarlı Rusiya istehsalı olan bir ədəd qadına aid qızıl boyunbağını gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1990 (min doqquz yüz doxsan) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 11 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı İmişli şəhəri, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, evin yataq otağındakı çarpayının altında saxlanılan çantanın içərisindən 340 (üç yüz qırx) manat dəyərində 4 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl üzüyü, 1320 (min üç yüz iyirmi) manat dəyərində 12 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan bir ədəd qızıl boyunbağını, 255 (iki yüz əlli beş) manat dəyərində 3 qram çəkidə 585 əyarlı Türkiyə istehsalı olan bir ədəd qadına aid qızıl üzüyü, 340 (üç yüz qırx) manat dəyərində 4 qram çəkidə 585 əyarlı Türkiyə istehsalı olan bir ədəd uşağa aid qızıl boyunbağını, 170 (yüz yetmiş) manat dəyərində 2 qram çəkidə 585 əyarlı Türkiyə istehsalı olan bir cüt qızıl sırğanı gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2425 (iki min dörd yüz iyirmi beş) manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 23 dekabr 2023-cü il tarixdə saat 18 radələrində qonşusu Zərərçəkmiş şəxs2 yaşadığı İmişli şəhəri, Ş.Qurbanov küçəsi 44A ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə birinci mərtəbəsinin pəncərəsindən qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində olan yataq otağındakı paltar dolabında saxlanılan qara rəngli qutunun içərisindən 3400 (üç min dörd yüz) manat pulu, digər qutunun içərisindən 300 (üç yüz) manat dəyərində 3,5 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan bir cüt qızıl sırğanı, həmin otaqdakı güzgülü dolabın siyirməsindən 1000 (min) manat dəyərində 10 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl qolbağı, 1200 (min iki yüz) manat dəyərində 7 qram çəkidə 5 sot brilliant qaşlı 585 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl üzüyü, hər biri 500 (beş yüz) manat olmaqla 1000 (min) manat dəyərində 5 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan iki ədəd qızıl üzüyü, 1000 (min) manat dəyərində 12 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl boyunbağını, 300 (üç yüz) manat dəyərində 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl klonu, 300 (üç yüz) manat dəyərində 3 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl boyunbağını, 4500 (dörd min beş yüz) manat dəyərində 20 qram çəkidə 585 əyarlı bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbağı və 80 sot brilliant qaşlı bir ədəd üzükdən ibarət Rusiya istehsalı olan qızıl dəstini gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 13000 (on üç min) manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 18 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı İmişli şəhəri, M.Əsədov küçəsi 9 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə ikinci mərtəbənin pəncərəsindən qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində olan yataq otağındakı dolabda saxlanılan əl çantasından 5100 (beş min yüz) manat pulu, həmin dolabdan 2035 (iki min otuz beş) manat dəyərində 18,5 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan bir ədəd qızıl boyunbağını, 850 (səkkiz yüz əlli) manat dəyərində 10 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl boyunbağını, 425 (dörd yüz iyirmi beş) manat dəyərində 5 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl boyunbağını, 340 (üç yüz qırx) manat dəyərində hər biri 2 qram olmaqla 4 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan iki ədəd uşağa aid qızıl boyunbağını, 255 (iki yüz əlli beş) manat dəyərində hər biri 1 qram olmaqla 3 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan 3 ədəd xırda qızıl yaxalığı, 850 (səkkiz yüz əlli) manat dəyərində 10 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl qolbağını, 510 (beş yüz on) manat dəyərində 6 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl qolbağını, 170 (yüz yetmiş manat) dəyərində 2 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl qolbağını, 900 (doqquz yüz) manat dəyərində 4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan 5 ədəd 40 sot brilliant qaşlı bir ədəd kişiyə aid qızıl üzüyü, 255 (iki yüz əlli beş) manat dəyərində 3 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan bir ədəd kişiyə aid qızıl üzüyü, 600 (altı yüz) manat dəyərində 7 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan 3 ədəd 30 sot brilliant qaşlı bir ədəd qadına aid qızıl üzüyü, 255 (iki yüz əlli beş) manat dəyərində 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd gül formalı qadına aid qızıl üzüyü, 255 (iki yüz əlli beş) manat dəyərində 3 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qadına aid sadə qızıl üzüyü, 440 (dörd yüz qırx) manat dəyərində 4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan bir cüt halqa formalı qızıl sırğanı, 440 (dörd yüz qırx) manat dəyərində 4 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan bir cüt uzunsov formalı qaşsız qızıl sırğanı, 425 (dörd yüz iyirmi beş) manat dəyərində 5 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir cüt qızıl sırğanı, 85 (səksən beş) manat dəyərində 1 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir cüt halqa formalı qızıl sırğanı, 170 (yüz yetmiş) manat dəyərində 2 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir cüt zəncir formalı qızıl sırğanı, 85 (səksən beş) manat dəyərində 1 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir cüt kiçik ölçülü halqa formalı qızıl sırğanı gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 xeyli miqdarda, yəni 14445 (on dörd min dörd yüz qırx beş) manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 21 fevral 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı İmişli şəhəri, Koroğlu küçəsi 48 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinə birinci mərtəbənin pəncərəsindən qanunsuz daxil olaraq, həmin mərtəbədə olan yataq otağındakı seyfdən 710 (yeddi yüz on) manat pulu, paltar dolabından 160 (yüz altmış) manat pulu, 340 (üç yüz qırx) manat dəyərində 4 qram çəkidə 585 əyarlı bir ədəd qızıl boyunbağını, 340 (üç yüz qırx) manat dəyərində 4 qram çəkidə 585 əyarlı üzərində qızıl klon olan bir ədəd qızıl boyunbağını, hər biri 255 (iki yüz əlli beş) manat olmaqla 765 (yeddi yüz altmış beş) manat dəyərində 3 qram çəkidə 585 əyarlı üç cüt qızıl sırğanı, uşaq portmanatındakı 25 (iyirmi beş) manat pulu, otaqda olan ütü masasının üzərindəki qadın çantasından 20 (iyirmi) manat pulu və 255 (iki yüz əlli beş) manat dəyərində 3 qram çəkidə 583 əyarlı bir ədəd qızıl boyunbağını, güzgülü dolabın üzərindən 50 (əlli) manat dəyərində boyunbağı, üzük və sırğadan ibarət beş dəst bijuteriya əşyalarını gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2665 (iki min altı yız altmış beş) manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 01 mart 2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı İmişli şəhəri, H.Əliyev prospekti 223 ünvanında yerləşən fərdi yaşayış evinə açıq olan giriş qapısından qanunsuz daxil olaraq, yataq otağında sandıqda saxlanılan 400 (dörd yüz) manat pulu və 9860 (doqquz min səkkiz yüz altmış) manat dəyərində 116 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qızıl yaxalıq və bir ədəd kordinal qızıl boyunbağından ibarət dəsti, 2000 (iki min) manat dəyərində 10 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan 15 sot brilliant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət qızıl dəsti, 1000 (min) manat dəyərində 4 qram çəkidə 585 əyarlı Türkiyə Respublikasının istehsalı olan 6 sot brilliant qaşlı bir ədəd kişiyə aid qızıl üzüyü, 467,5 (dörd yüz altmış yeddi manat əlli qəpik) manat dəyərində 5,5 qram çəkidə 585 əyarlı Türkiyə Respublikasının istehsalı olan bir ədəd zəncir formalı qızıl boyunbağını, hər biri 340 (üç yüz qırx) manat olmaqla 680 (altı yüz səksən) manat dəyərində 4 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan iki ədəd qadına aid qızıl üzüyü, 170 (yüz yetmiş) manat dəyərində 2 qram çəkidə 583 əyarlı Rusiya istehsalı olan bir ədəd qadına aid qızıl üzüyü, 160 (yüz altmış) manat dəyərində 40 qram çəkidə 925 əyarlı Türkiyə Respublikasının istehsalı olan bir ədəd gümüş yaxalıq və bir ədəd gümüş boyunbağını gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni 14737,5 (on dörd min yeddi yüz otuz yeddi manat əlli qəpik) manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində bildirmişdir ki, 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs1 saat 13 radələrində ona zəng edərək, təzyiqinin qalxdığını bildirib, onlara gəlib iynə vurmasını istəmişdir. O buna görə yaşadığı evdən çıxıb Zenfiranın evinə getmiş, qapını açıb evin içərisinə keçmiş, lakin evdə Zenfiranı görməmiş, otaqda termonun üstündə bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı görüb, onları götürərək cibinə qoyub evdən çıxmışdır. Daha sonra o, izi itirmək üçün Zərərçəkmiş şəxs1 zəng edib halının necə olduğunu soruşmuş, Zenfira isə ona halının düzəldiyini bildirmişdir. Bunun səhəri Zenfira onu evlərinə çağırdığına görə Zenfiranın evinə getmiş, Zenfira ona qızıl üzüyü ilə boyunbağının oğurlandığını bildirib, həmin qızılları onun götürüb-götürmədiyini soruşmuşdur. O isə hər hansı bir qızıl-zinət əşyası götürmədiyini bildirmişdir. Həmçinin o, 11 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində küçədə olarkən qonşusu Zenfiranın əri ilə birlikdə evdən çıxıb getdiyini görmüş və saat 11 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə hasardan keçərək evin yan hissəsinə gəlib pəncərə şüşəsini əli ilə geriyə vurub açdıqdan sonra evin içərisinə keçib yataq otağında çarpayının altında çantanın içərisindəki mücrüdən bir ədəd göy zefir qaşlı, kənarları ağ qaşlar olan üzüyü, bir ədəd paxlava formalı boyunbağını, bir ədəd tək qaşı olan qadın üzüyünü, bir ədəd uşaq boyunbağını və bir ədəd tək sırğanı götürüb oğurlamışdır. Oğurladığı qızıl zinət əşyalarını həmin gün Sabirabad şəhərində Tofiq adlı qızıl alqı-satqısı ilə məşğul olan şəxsə alış aktı əsasında 1200 manata satmışdır. Tofiqə həmin qızılları satarkən Tofiq qızılların oğurluq olmasını bilməmiş, ona həmin qızılların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan başqa o, 21 fevral 2024-cü il tarixdə saat 19 radələrində tanışı Elgiz Cavadovu çağırmaq üçün onun yaşadığı İmişli şəhəri, Koroğlu küçəsinə getmişdir. Orada Elgizi səsləmiş, lakin heç kim cavab verməmişdir. Bundan sonra o, qonşunun həyətinə keçmək üçün qapı görmüş və fikirləşmişdir ki, Elgiz həmin qonşunun evində olar. Ona görə də həmin qapıdan qonuşunun həyətinə keçmiş və həyətdən yenə də Elgizi səsləmişdir. Sonra səs gəlmədiyini eşidib, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Qapını yoxlamış, qapının bağlı olduğunu görmüşdür. Bundan sonra qapıdan sağ tərəfdə yerləşən plastik pəncərəni üst və alt tərəfdən iki əlli itələmiş və pəncərə açılmış, həmin pəncərədən evə daxil olmuşdur. Pəncərə ilə üzbəüz yerləşən pilləkəndən ikinci mərtəbəyə qalxmış, orada yerləşən yataq otağına daxil olub orada şkafdan, yataq dəstindən oğurluq etmək üçün qızıl və ya pul axtarsa da tapa bilməmişdir. Bundan sonra evin birinci mərtəbəsinə düşüb sol tərəfdə yerləşən yataq otağına daxil olmuşdur. Orada seyf görmüş və seyfin bağlı olduğunu fikirləşib onun qapısını açmaq üçün evin mətbəxinə keçərək orada çəkməcədən bıçaq götürmüşdür. Daha sonra yenidən həmin yataq otağına qayıtmış və seyfin üstündə açar olduğunu görmüşdür. Bundan sonra həmin açarla seyfi açmış və içərisindən dəqiq sayını bilmədiyi 20 manatlıq əskinasları götürmüşdür. Daha sonra həmin seyfin yanında olan paltar şkafından paltarların altından 160 manat nağd pul, həmin şkafdakı uşaq portmanatından 25 manat pul, həmin şkafdan 2 ədəd qızıl boyunbağı olmaqla onların birinin üzərində qızıl klon, 3 ədəd qızıl sırğanı görüb götürmüşdür. Həmin otaqda olan ütü stolunun üzərindəki qadın çantasından 20 manat nağd pul və 1 ədəd qızıl boyunbağını oğurlamışdır. Həmin otaqda olan güzgülü çəkməcədən qızıl kimi zənn etdiyi bir neçə bjuteriyanı da oğurlamışdır. Sonra isə oğurladığı pulları və əşyaları cibinə qoymuşdur. Daha sonra həmin yataq otağından çıxıb birinci mərtəbədə olan digər otaqdan da oğurluq etmək üçün həmin otağı axtarsa da heç nə tapa bilməmişdir. Sonra həmin mətbəxdən götürdüyü bıçağı aparıb mətbəxdə olan stolun üzərinə qoymuşdur. Daha sonra isə evə daxil olduğu pəncərədən evin həyətinə çıxmış və Elgizgilin həyətinə həmin ara qapıdan keçib oradan isə onların darvazasından küçəyə çıxıb evə piyada getmişdir. Evdə pulları saydıqda ümumilikdə 915 manat olduğunu görmüşdür. Oğurluq barəsində isə heç kimə heç nə deməmişdir. 22 fevral 2024-cü il tarixdə saat 11 radələrində oğurladığı qızılları satmaq üçün Sabirabad rayonuna getməyi qərara almışdır. Evdən çıxıb piyada İmişli şəhərində yerləşən “Universam” dairəsi adlanan yerə getmişdir. Oradan tanımadığı taksiyə əyləşmiş və İmişli rayonu, Qaralar dairəsi adlanan yerə getmişdir. Oradan isə başqa bir tanımadığı taksi ilə Sabirabad şəhərinin girişində yerləşən “Aqat” mağazasına getmiş və orada Şahid1 adlı şəxsə qızılları satmışdır. Belə ki, həmin vaxt Tofiq onların bir qisminin bjuteriya olduğunu bildirmiş və bijuteriyaları Sabirabad şəhərində tullamışdır. 3 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl klon və 3 ədəd qızıl sırğanı Tofiqə satmış, həmin vaxt Tofiq ona qızılları hardan əldə etdiyini soruşmuş, Tofiqə qızılların özünə aid olduğunu bildirmişdir. Bundan sonra Tofiq mobil telefonunda saxladığı şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş və həmin məlumatları isə alqı-satqı qəbzinə qeyd etmişdir. Qızıllara isə ümumilikdə 1250 manat pul vermişdir. Bundan sonra o, tanımadığı taksi ilə Saatlı rayonunda yerləşən bazara, oradan isə başqa bir tanımadığı taksi ilə İmişli şəhərində yerləşən Mədəniyyət sarayının qarşısına gəlib orada düşmüşdür. Oğurluq nəticəsində əldə etdiyi 2165 manatı isə müxtəlif mağazalara olan borclarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan bilmişdir ki, oğurluq etdiyi evin sahibi Zərərçəkmiş şəxs3dur. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində bildirmişdir ki, digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 oğunun evindən edilmiş oğurluqların onunla heç bir əlaqəsi yoxdur, o həmin şəxslərin evlərindən oğurluq etməmiş, yalnız X8 və Zərərçəkmiş şəxs3 evindən oğurluq etmişdir. Polis əməkdaşlarının təzyiq və işgəncələrinə məruz qaldığından ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 oğunun evindən edilmiş oğurluqların da onun tərəfindən edildiyini məcburən bildirmişdir. Ona görə də ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir və məhkəmədən ona yalnız X8 və Zərərçəkmiş şəxs3 evindən etdiyi oğurluq cinayətlərinə görə ona cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətmiş olduğu cinayət əməlləri özünün ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi, məhkəmə iclasında zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 23 dekabr 2023-cü il tarixdə saat 15 radələrində İmişli şəhəri, Ş.Qurbanov küçəsindən İmişli rayonu, Cəfərli kəndinə gedərkən Zərərçəkmiş şəxs2 evinin qapısını bağlayıb getdiyini görmüşdür. Saat 18 radələrində həmin yerə qayıdanda evin işıqlarının sönülü olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmiş və qonşunun hasarından Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətyanı sahəsinə keçmişdir. Orada evin qapısını yoxlamış, bağlı olduğu üçün pəncərələri açmağa çalışmış, lakin aça bilməmiş, daha sonra isə həyətdə vintaçan tapıb evin yan pəncərəsini yoxlamaq üçün qonşunun həyətinə hasardan keçmiş və həmin pəncərəni vintaçanla açıb yataq otağına keçmişdir. Pul və qızılların ikinci mərtəbədə olduğunu fikirləşib pilləkənlə ikinci mərtəbəyə qalxmış və oradakı yataq otağında olan paltar şkafından qara rəngli qutudan 3400 manat nağd pul, qızıl qutusunun içərisindən 1 cüt qızıl sırğa, güzgülü dolabın çəkməcəsindən 1 ədəd qızıl qolbaq, 3 ədəd qızıl üzük, 1 ədəd qızıl tros boyunbağı, 2 ədəd klonlu qızıl boyunbağı, 1 ədəd komplekt qızılı, yəni 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq və 1 ədəd üzüyü oradan oğurlayıb cibinə qoymuşdur. Daha sonra həmin evə daxil olduğu pəncərədən qonşunun həyətinə çıxmış və oradan da hasardan küçəyə çıxıb evlərinə getmişdir. Bundan sonra oğurladığı qızılları satmaq üçün 24 dekabr 2023-cü il tarixdə saat 10 radələrində evdən çıxıb Sabirabad rayonuna getməyi qərara almış və İmişli şəhərində yerləşən “Universam” dairəsi adlanan yerə gedib, oradan tanımadığı taksiyə əyləşmiş və Saatlı rayonunda yerləşən Tibb kollecinin qarşısında düşmüş, oradan isə başqa bir tanımadığı taksi ilə Sabirabad şəhərinin girişində yerləşən “Aqat” mağazasına getmiş, orada zərgər olan Şahid1 həmin qızılları satmaq üçün onunla telefonla danışmış, Tofiq özünün idmanda olduğunu bildirib, həmin qızılları oranın yaxınlığında olan “Lombard”-da işləyən adını bilmədiyi qıza yaxınlaşmağını və onun qızılları yoxlayıb mobil telefonuna şəkillərini atmasını istəmişdir. O, Tofiqin dediyi kimi etmiş, bundan sonra Şahid1 özü gəlmiş və ona tələsdiyini deyib qızıllar üçün ona 1800 manat pul vermişdir. Lakin Tofiq həmin vaxt şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş, daha sonra sənədləşdirəcəyini bildirmişdir. O, dəfələrlə Tofiqə oğurladığı qızıllardan satmışdır. Tofiq həmişə alqı-satqı qəbzi tərtib etsə də bu dəfə etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İmişli şəhəri ərazisindən bir neçə evdən oğurluq cinayətləri törətmişdir. Həmin oğurluq etdiyi evlərdən biri də Qədim adlı şəxsə məxsus İmişli şəhəri, M.Əsədov küçəsində 7 saylı tam orta məktəbin yanında yerləşən ev olmuşdur. O, həmin evə 18 yanvar 2024-cü il tarixdə saat 12 radələrində girmişdir. 18 yanvar 2024-cü ildə Qədimin mərhum X1nun “odna” (cümə) axşamı idi. Həmin vaxt Qədim arvadı Günayla Məzahirin evinə gəlmişdi. O, küçədə Məzahirin qapısı önündə Qədimin boz rəngdə “Mitsubishi” markalı cip avtomobilini görüb bilmişdir ki, Qədim yoldaşı Günayla qayınatası evinə gəlib, evləri isə sahibsiz qalmışdır. Ona pul lazım olduğundan qərara gəlmişdir ki, Qədimin evindən gedib oğurluq etsin. Qədim bank müdiri olduğundan onun evində pul və qızıl əşyaları olmasına əmin idi. Ona görə saat 12 radələrində o, piyada İmişli şəhərinin içəsindən keçən su kanalının kənarı ilə səki ilə gəlib H.Əliyev prospektinə çıxmış, "xxxx" ASC-nin köhnə binasının içərisinə daxil olub oradan sahibsiz həyətə keçmiş, oradan da Qədiminin daş hasarından onun həyətinə keçmişdir. Həyətdəki Qədimə məxsus ev ikimərtəbəli daş ev olduğundan, evin ikinci mərtəbəsinə qalxmaq üçün ayağının altına həyətdə olan stolu qoyub, pəncərə başına qalxmış, ordan da mətbəxin pəcərəsini əli ilə itələyib açıb oradan içəri girmişdir. Evə girəndə otaqları bir-bir gəzmiş, yataq otağında şkafa baxanda əl çantasını görmüşdür. Əl çantasını açıb baxanda içərisində 7 ədəd 100 manat, 1 ədəd isə 50 manat pulu tapmışdır. Orada qızıl qablarında 1 ədəd boyunbağı, 1 ədəd kişi üzüyü, 1 cüt sırğa, 1 ədəd qolbaq olmaqla qızıl əşyaları tapmışdır. Sonra həmin otaqda siyirmələrə də baxmış, orada siyirmədə bir neçə ədəd bujuteriya olan qızıla oxşar əşyalar olmuşdur. Onları qızıl bilib götürmüşdür. 1 cüt sırğa və 3 ədəd sadə qolbaqlar olmuşlar. Onlardan başqa heç nə götürməmiş, evdən çıxmışdır. Evə girdiyi pəncərədən çölə çıxmışdır. Oğurluğun izini itirmək üçün stolu götürdüyü yerə aparıb qoymuş, pəncərəni də çıxarkən örtmüşdür. Evə girərkən həmişə əlinin izi düşməsin deyə tibbi rezin əlcəklər taxıb evdə axtarış aparmışdır. Qızıl və pulları götürüb girdiyi yerdən evdən çıxmışdır. Həmin qızılları saat 12-də oğurlamış, aparıb evdə gödəkçəsinin cibində gizlədib saxlamışdır. Oğurluq etdiyi gün saat 14 radələrində İmişli rayon Poçtunun yanından tanımadığı taksi ilə Saatlı rayonuna getmiş, ordan başqa bir avtomobilə əyləşib Sabirabad şəhərinə getmişdir. Orada qızılları cəmi 1000 manata, Tofiq adlı şəxsə satmışdır. Həmin pul və qızılların pulunu bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamın digər epizodu üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İmişli şəhəri ərazisində oğurluq etdiyi evlərdən biri də İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evdir. Güloğlanın nəvəsi Nemət Pənahov onunla İmişli şəhəri, A.Eminov adına 7 saylı tam orta məktəbdə bir sinifdə oxumuşdur. Həm də onlarla qonşudur, bir məhlədə yaşayır. Nemət onun babası evindən oğurluq etməzdən bir neçə gün əvvəl nişanlanmışdır. 01 mart 2024-cü il tarixdə ona pul lazım olduğu üçün qərara gəlmişdir ki, Nemətin babası evindən gedib oğurluq etsin. Həmin gün saat 18 radələrində hava qaralarkən küçə darvazasından keçib əl evinin yanından keçərək Güloğlanın evinin giriş qapısına yaxınlaşmışdır. Evin giriş qapısı örtülü olsa da, zamoku açıq halda olmuşdur. Qapını açıb evə girmiş, evə girib otaqları bir-bir gəzmiş, yataq otağında sandığa keçəcəyi qıfılla bağlanmış sandıq görmüşdür. O, özü ilə şkafın və seyfin “zamok”unu açmaq üçün sim götürmüşdür. Sandığın qıfılı balaca olduğundan qıfıla simi salıb yoxlamış, sonra qıfıla simi salıb sirkələmiş və aça bilmişdir. Sanıdığı açdıqdan sonra içərisindəkiləri yerə töküb baxmış, ordan 400 manat pul və sellofan klokun içərisindən qızıl əşyaları tapmış, qızıllardan bir ədəd tros boyunbağı, 1 ədəd qızıl kişi üzüyü tapmış, kişi üzüyünün alt hissəsində rezin keçəcək olmuşdur. Orada əlinə rezin əlcək geyinib sandığı açmışdır. Sonra evdən çıxmaq üçün qapıdan deyil, orta otaqda olan pəncərədən evin arxasına düşüb fırlanıb həyətə keçmiş, küçə qapsından çölə çıxıb evinə getmişdir. Həmin qızılları aparıb evdə əl idman çantasında saxlamış, bir gün sonra İmişli Asan Xidmətinə işi ilə bağlı getmiş, oradan da taksi ilə Sabirabad rayonuna getmişdir. Avtomobilin sürücünün kim olmasını bilməmişdir. Təsadüfən yolda görüb saxlatdırmış, VAZ-2107 markalı qara rəngli avtomobil olmuşdur, nömrəsini bilmir, 35 manata taksi onu aparıb gətirmişdir. Qızılları Tofiqin anası Aybənizə evlərində 4600 manata satmışdır. Rayona gəldikdən sonra səhəri gün, 03 mart 2024-cü il tarixdə Bakı şəhərinə getmiş, gözlərini göz institutunda həkimə göstərmiş, sonra diskotekaya getmiş, pulları barda və diskotekada xərcləmişdir. Həmin puları orada tam xərcləyib qurtarmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, İmişli şəhəri, Ş.Qurbanov küçəsində həyat yoldaşı X15 ilə birlikdə yaşayır. 11 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində həyat yoldaşı Ağalarla birlikdə yaşadığı evdən çıxıb Bəhrəmtəpə qəsəbəsinə getmişlər və orada saat təxminən 14 radələrində həyat yoldaşı Ağalar hüzür məclisindən çıxıb yaşadığı evə gəlmişdir. O isə saat təxminən 22 radələrində yaşadığı evə qayıdıb gəlmiş və evə keçib baxdıqda görmüşdür ki, yataq otağında çarpayının üstündə olan yorğan qatlanıb, bu hal onda şübhə yaratmış və çarpayının üzərində olan döşəyi qaldırıb çarpayının altında çantada gizlətdiyi qızılların yerində olub olmadığını yoxlamış və görmüşdür ki, qızıllar qutularının içərisində yoxdur. O, evin digər otağına keçib baxdıqda görmüşdür ki, yataq otağında olan pəncərə açıq vəziyyətdədir və yuxarı bağlanan hissəsi əyilib. O, bu zaman DİN-nin 102 xidməti mərkəzinə zəng vurub evindən oğurluq olması bardə məlumat verib polisin gəlməsini gözləmişdir. Polis əməkdaşları evinə gəlmiş və müayinə apardıqdan sonra ona məlum olmuşdur ki, naməlum şəxs ona məxsus 1 ədəd 583 əyarlı, Rusiya istehsalı olan 4 qram çəkidə 260 manat dəyərində ortasında göy zefir qaşı kənarları ağ qaşlar olan üzüyü, 1 ədəd 750 əyarlı İtaliya Respublikasının istehsalı olan 12 qram çəkidə 960 manat dəyərində boyunbağını, 1 ədəd 585 əyarlı Türkiyə istehsalı olan tək sadə qaşı olan 3 qram çəkidə 195 manat dəyərində qadın üzüyünü, 1 ədəd 585 əyarlı Türkiyə istehsalı olan 4 qram çəkidə 240 manat dəyərində uşaq boyunbağını, 1 ədəd 585 əyarlı Türkiyə istehsalı olan 2 qram çəkidə 130 manat dəyərində sırğanı oğurlamış və bu oğurluq nəticəsində ona ümumilikdə 1785 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa 2023-cü ilin may ayının əvvəllərində saat təxminən 14 radələrində təzyiqi qalxmış və ona kömək etmək üçün Alimə yaşadığı evə gəlib yardım etməsini istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır, iynə və sistem qoşmaqdan başı çıxdığı üçün evinə çağırmışdır. Həmin vaxt üzərində boyunbağı, üzüyü, sırğası vardı və Bakı şəhərinə həkim müayinəsinə getmək üçün termonun siyirməsində də 295 manat pulu vardı. Həmin vaxt Alimi gözləmiş və gəlmədyi üçün üzərində olan qızılları çıxarıb termonun siyrməsinə pulun yanına qoymuş və otağa keçib yatmışdır. Saat təxminən 17 radələrində oyanmış və həmin günü Bakı şəhərinə gedəsi olduğuna görə pulu və qızılları götürmək istədikdə görmüşdür ki, termonun siyirməsində 295 manat pulu və qızılları yoxdur. Onda şübhə yaranmışdır ki, yəqin təzyiqi qalxdığı üçün qızılları və pulunu itirmişdir. Lakin oturub fikirləşmiş və qərara gəlmişdir ki, qızılları və pulu itirmiş və ya kimsə evinə keçib oğurluq etmişdir. O, bunun Təqsirləndirilən şəxs tərəfindən törədilməsində şübhələnmişdir. Bu oğurluğun Alim tərəfindən törədilməsində şübhələndiyi üçün Alimin yaşadığı evə gəlməsini istəmiş və Alim evinə gəldikdən sonra o, Alimə qızılların və pulun oğurlandığını demiş, ondan evinə gəlibgəlmədiyini, qızıları və pulu götürüb götürmədiyini soruşmuşdur. Alim isə ona heç bir qızıl və pul götürmədiyini, evinə gəlmədiyini bildirmişdir. O, isə Alimə sifariş göndərdiyini və evinə gəlməsini istədiyini və ondan başqa evinə heç kəsin gələ bilməyəcəyini demiş, Alim isə and-aman etmiş və qızılla pulu götürmədiyini, hətta ona oğru tapıldığında qurban gətirib kəsdirəcəyini demişdir. Alim oğurluq edib tutulduqdan sonra polis əməkdaşları ona telefonda çəkilmiş fotoşəkil göndərmiş və ona qızıllara baxmasını və həmin qızılların onun olub-olmadığını soruşmuşlar. Bundan sonra Alim ona bildirmişdir ki, o, əlavə olaraq may ayının əvvəllərində onun sifarişi əsasında evinə gəldiyini və onun yatdığını görüb termoda olan qızılları və pulu oğurladığını bildirmişdir. Halbuki, o, bu barədə Alimdən başqa heç kəsə bildirməmiş və Alim ilə söhbət edərkən ona nə kimi qızıl və pulun oğurlanmasını da deməmişdir. Lakin, Alim polis şöbəsində olarkən evinə keçib həmin qızılla pulu oğurlamasını və satıb pulları atasının qara bayramına xərcləməsini və onu bağışlamağını istəmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, İmişli şəhərində yerləşən mərkəzi bazarda paltar alveri ilə məşğul olur. 23 dekabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində ailə üzvləri ilə birlikdə atası Bəxtiyar Qurbanovun yaşadığı İmişli şəhəri, Ə.Qurbanov küçəsi 8 saylı ünvana qonaq getmişdir. Həmin vaxt evdə heçkim qalmamışdır. Evin bütün işıqları sönülü vəziyyətdə, qapı və pəncərələr isə bağlı olmuşdur. Saat təxminən 20 radələrində evə qayıtmışlar. Həmin vaxt evin içərisinin soyuq olduğunu hiss etmiş və pəncərələri yoxladıqda evin birinci mərtəbəsində sağ tərəfdə yerləşən yataq otağının qonşusu Adıgözəl Muradovun həyətinə açılan pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evdəki əşyaları yoxladıqda 2-ci mərtəbədə yerləşən yataq otağındakı paltar şkafından və həmin şkafla üzbəüz yerləşən güzügülü dolabın siyrməsindən qızılların və evin içərisindən pulunun oğurlandığını müəyyən etmişdir. Belə ki, paltar şkafından qara rəngli qutudan 3400 manat nağd pul, həmin yerdən qızıl qutusunun içərisindən 3,5 qram çəkidə 300 manat dəyərində, 585 əyarlı, Rusiya istehsalı olan bir cüt qızıl sırğa, güzgülü dolabın siyirməsindən 1000 manat dəyərində, 10 qram çəkidə 585 əyarlı, Rusiya istehsalı olan bir ədəd qızıl qolbaq, 1200 manat dəyərində, 585 əyarlı, Rusiya istehsalı olan 7 qram çəkidə, 1 ədəd üzərində 5 sot briliant qaşı olan qızıl üzük, 500 manat dəyərində, 5 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan 1 ədəd qızıl üzük, 1 ədəd 500 manat dəyərində, 5 qram çəkidə 585 əyarlı Rusiya istehsalı olan qızıl üzük, 1000 manat dəyərində, 583 əyarlı, Rusiya istehsalı olan 12 qram çəkidə 1 ədəd qızıl tros boyunbağı və üzərində romb halında 1 ədəd 583 əyarlı 2 qram çəkidə 200 manat dəyərində klon, bir ədəd 585 əyarlı Rusiya istehsalı olan 3 qram çəkidə dəyəri 300 manat olan qızıl nazik boyunbağı, üzərində 1 ədəd 585 əyarlı Rusiya istehsalı olan 3 qram çəkidə dəyəri 300 manat olan «Z» hərfli klon, 20 qram çəkidə, 4500 manat dəyərində, 585 əyarlı Rusiya istehsalı olan, briliant komplekt qızıl (bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd qolbaq, bir ədəd üzük) bir cüt sırğa və bir ədəd üzük üzərində 80 sot briliant qaşlar olmuşdur. Həmin qızıl-zinət əşyaları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 13000 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, oğurluq edən şəxs onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxsdur. Hazırda Alim ona vurmuş olduğu maddi ziyanı ödəməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 oğu ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, M.Əsədov küçəsi 9 nömrəli evdə 2004-cü ildən yaşayır. X1 vafat etmişdir və bununla bağlı 18 yanvar 2024-cü ildə qayınatası Məzahirin “odna”, cümə axşamı olmuşdur. 25 yanvar 2024-cü ildə onun 40 mərasimi olacaqdı. O, yoldaşı X12 ilə saat 10 radələrində İmişli şəhəri, M.Əsədov küçəsi 9 nömrəli evdən çıxıb qayınatasının evinə gedərkən yoldaşı Günaya demişdir ki, evdə yataq otağında olan şakafda əl çantasında saxladığı puldan ona 100 manat pul götürüb versin. Orada 5200 manat pulu olmuşdur. Yoldaşı da həmin pulun üstündən götürüb ona 100 manat pul gətirib vermişdir. Pulların çox hissəsi 100 manatlıq əskinaslar olmuş, 5-6 ədədi isə 50 manatlıq əskinasda olan pullar olmuşdur. Günay da şkafa baxıb pulun üstündən 100 manat pul götürüb gətirib ona vermişdir. Onda pullar yerində olmuşdur. Hər ikisi şəxsi avtomobili ilə hüzür yerinə getmişlər. Saat 14 radələrinə kimi orada İmişli şəhəri, R.Məmmədov küçəsi 11 nömrəli evdə mərhum Məzahirin hüzür məclisində olmuşlar və həmin gün saat 14-də o, evə gəlmiş, yoldaşı isə ondan yarım saat sonra gəlmişdir. Evdə pulun və qızıl əşyaların saxlanıldığı yerə baxmamışlar. Evdə qapılar və pənəcərələr əvvəlki vəziyyətdə olmuş, dağıntı olmamışdır. Qapını özündə olan açarla açaraq evə girmişdir. Ona görə də evdən oğurluq edilməsindən şübhələnməmişdir. 19 yanvar 2024-cü ildə saat 18 radələrində o, işdən evə gələndə yoldaşına zəng etmişdir ki, hazırlaşsın bacısı X6 nəvəsinin ad günü şənliyinə gedəcəklər. Yoldaşı da geyinib özünə aid qızılları götürüb üzərinə taxmaq istədikdə görmüşdür ki, qızılları yoxdur. Evə gələndə ona bu barədə həyat yoldaşı bildirmişdir. O, özü də görmüşdür ki, şkafda əl çatasının içərisində saxladığı 5100 manat pul, həm də şkafda saxladığı boyunbağı qızıl dəstləri, sırğalar, ona və yoldaşına eləcə də qızına aid üzüklər yoxdur. Oğurluq olduğunu bildikləri üçün ad gününə gedə bilməmişlər. O, pulun və qızılın oğurlanması barədə DİN-nin 102 xidmətinə mobil telefonla zəng edərək məlumat vermişdir. Məlumatdan 20-30 dəqiqə sonra bir neçə polis əməkdaşı gəlib evinə baxış keçirmişlər. O da onlara evindən oğurluq edilməsini, lakin qapı və pəncələrin sındırılmadığını və dağıntı olmadığını bildirmişdir. Polislər də baxış keçirib ərizə alıb getmişlər. Həmin oğurluqdan bir gün sonra özü evə diqqətlə baxmış, pəncərə və qapıya baxarkən görmüşdür ki, mətbəxin pəncərəsinin çəftəsi açılı halda qalmışdır. Amma pəncərə yerinə örtülmüş haldadır. Pəncərəni açıb baxanda görmüşdür ki, oradan plastik hissədə “atverka” yerləri vardır. O, oğruların həmin yerdən evə girdiklərini bildirib, yenidən İmişli rayon polis şöbəsinə zəng edib məlumat vermişdir. Polis şöbəsinin bir neçə polis əməkdaşı, kriminalist-ekspert Səməd də onlara gəlib həmin yerə birdə baxmışlar. Belə qərara gəlmişdir ki, oğru mətbəxin pəncəsindən evə daxil olub oğurluq etmişdir. Həyətdə olan stolun üstünə, oradan da evin pəncərəsinə dırmaşmışdır. Oğurlanmış qızıl-zinət əşyalarından 5 ədəd boyunbağı olmuşdur. Onlardan biri 18,5 qram çəkidə, 750 əyarlı, İtaliya Respublikasının Respublikasının istehsalı, forması zəncir formalı olmuş, 2005-ci ildə 1500 manata almışdır. Digər boyunbağı 10 qram çəkidə, 585 əyarlı, Rusiya İstehsalı, sadə zəncir formalı olmuş, həmin qızılı da 2005-ci ildə 600 manata almışdır. Digər boyunbağı 5 qram çəkidə, 585 əyarlı, Rusiya İstehsalı, forması sadə zəncir formalı olmuş, üzərində xırda səkilli dəmir pullara oxşar bəzəklər olmuş, həmin qızılı da 2002-ci ildə 380 manata almışdır. 2 (iki) ədəd hər birinin çəkisi 2 qram, 585 əyarlı, Rusiya istehsallı, nazik zəncir formalı uşaq boyunbağıları olmuş, hər birinin dəyəri 150 manat olmaqla 300 manata 2015-ci ildə almışdır. 3 ədəd hər biri 1 qram çəkidə, xırda yaxalıqlar olmuş, hər biri 100 manat olmuş, 585 əyarlı Rusiya istehsalı olmuş, cəmi dəyəri 300 manat olarmış, həmin qızılları 2022-ci ildə almışdır. Bilərziklər 3 ədəd olmuşdur, bir paxlava formalı, çəkisi 10 qram, 585 əyarlı, Rusiya istehsallı olmuş 2005-ci ildə 600 manata almışdır. İkinci bilərzik sim formalı, üzərində xırda muncuqları olmuş, çəkisi 6 qram olmuş, Rusiya istehsalı olmuş, 585 əyarlı olmuş, dəyəri 300 manat olmuş və həmin qızılı da 2002-ci ildə almışdır. 3-cü nazik bilərzik olmuş, çəkisi 2 qram, 585 əyarlı olmuş Rusiya istehsalı olmuş 150 manata 2012-ci ildə almışdır. 5 ədəd üzükləri də oğurlanmışdır və həmin üzüklər digər qızılların içərisində olmuşdur, 1 ədəd ona məxsus, 3 ədəd yoldaşına məxsus 1 ədəd isə oğluna məxsus olmuşdur. Ona məxsus üzük ağ qızıl üzük olmuş, İtaliya istehsalı olmuş, 750 əyarlı olmuş, üzərində 5 ədəd ağ briliant qaşları olmuş, briliant qaşları 40 sot olmuşdur, həmin üzüyün 2000-ci ildə dəyəri 900 manat olmuşdur. Oğluna məxsus üzük 3 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olmuş üzərində 5 sadə qaşları olmuşdur, bir qaşı üzərindən düşmüşdür, dəyəri 150 manat olardı. Yoldaşı Günayın üzüklərindən birinin çəkisi 7 qram olmuş, nişan üzüyü olmuş, üzərində 3 ədəd briliant qaşları olmuş, 585 əyarlı olmuş, 2000-ci ildə 600 manata almışdır. Üzərində olan briliant qaşları 30 sot olmuşdur. Yoldaşına məxsus üzük gül formasında olmuş, çəkisi 3 qram olmuş, dəyəri 200 manat olarmış, digər üzük sadə qaşsız üzük olmuş, çəkisi 3 qram olmuş, dəyəri 200 manat olarmış. Həmin qızıllar Rusiya istehsalı olmuş 583 əyarda olmuşlar. Sırğalar isə 6 cüt olmuş, həmin sırğaların 4 cütü yoldaşına məxsus, ikisi isə qızına məxsus olmuşdur. Sığlalardan bir cütü halqa fomalı, çəkisi 4 qram, 750 əyarlı İtaliya Respublikasının istehsallı olmuş, dəyəri 400 manat olarmış və 2-ci sallanan formalı olmuş, qaşsız uzun sırğalar olmuş 750 əyarlı İtaliya Respublikasının istehsalı olmuş, 4 qram çəkidə olmuş dəyəri 300 manat olarmış, dirər sırğalar bir-birinə keçən qulaqdan salanan çəkisi 5 qram olmuş, 583 əyarlı olmuş, Rusiya istehsalı olmuş dəyəri 350 manat olarmış, 4-cü isə balaca halqa formalı olmuş, 583 əyarlı olmuş, Rusiya istehsalı olmuş, çəkisi 1 qram, dəyəri 100 manat olmuşdur, 2 ədəd qızına aid sırğalar olmuşdur. Biri zənçir formasında olmuş, çəkisi 2 qram olarmış, 583 əyarlı olmuş, Rusiya istehsalı olmuş, dəyəri 150 manat olmuşdur. Digəri isə halqa formalı, çəkisi 1 qram , 583 əyarlı olmuş, Rusiya istehsalı olmuş, dəyəri 80 manat olarmış. Cəmi 5 ədəd boyunbağı, 4 ədəd yaxalıq, 3 ədəd bilərzik , 5 ədəd üzük, 6 ədəd sırğa və 5100 manat nəğd pulu oğurlanmışdır. Ümumilkdə ona təxminən 13000 manata yaxın bəlkədə artıq məbləğdə evindən qızıl əşyaları və pulu oğurlanmışdır. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, İmişli Peşə məktəbində müəllim işləyir. 21 fevral 2024-cü il tarixdə mərhum qardaşı X10 İmişli şəhəri, K.Qasımov 14-də yerləşən fərdi yaşayış evində təşkil olunan yas mərasiminə getmişdir. Hüzür yerinə ailə üzvləri ilə saat 09:00-da getmiş və həmin gün saat 23 radələrində evə qayıtmış, evin giriş tərəfdən sol tərəfində yerləşən qonşu ilə aralarında olan qapının açıq olduğunu, evin giriş qapısından sağda yerləşən plastik pəncərənin açıldığını görmüşdür. Evə naməlum şəxsin qanunsuz daxil olduğunu müəyyən etmişdir. Bundan sonra evə girmiş və evin otaqlarının dağıdıldığını görmüşdür. Əşyalarını yoxladıqda ona məxsus olan yataq otağındakı seyfdən 710 manat nəğd pul, həmin otaqda olan paltar şkafından 160 manat nağd pul, həmin şkafdakı uşaq pulqabısından 25 manat pul, həmin şkafdan 1 ədəd 585 əyarlı Rusiya istehsalı olan, 4 qram çəkidə 300 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 585 əyarlı, Rusiya istehsalı olan 4 qram çəkidə üzərində qızıl klon ilə birlikdə 300 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 585 əyarlı, Rusiya istehsalı olan 3 qram çəkidə 210 manat dəyərində qızıl sırğa, 1 ədəd 585 əyarlı,Rusiya istehsalı olan 3 qram çəkidə 210 manat dəyərində qızıl sırğa, 1 ədəd 585 əyarlı, Rusiya istehsalı olan 3 qram çəkidə 210 manat dəyərində qızıl sırğa, həmin otaqda olan ütü stolunun üzərindəki qadın çantasının içərisindən 20 manat nağd pul və 1 ədəd 583 əyarlı, Rusiya istehsalı olan 3 qram çəkidə dəyəri 250 manat olan qızıl boyunbağı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan başqa evin yataq otağındakı güzgülü termonun üzərindən dəyəri ümumilikdə 50 manat olan müxtəlif 2 cüt sırğa, 2 cüt üzük və boyunbağıdan ibarət bijuteriya dəstləri oğurlanmışdır. Əvvəl izahatında evi dəqiq axtarmadıqları üçün ümumilikdə 2 qızıl sırğa və 2 qızıl boyunbağının oğurlandığını qeyd etsə də hazırki ifadəsi ilə evindən nəyin oğurlandığını dəqiqliklə bildirmişdir. Belə ki, hadisə nəticəsində ümumilikdə ona 2445 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin maddi ziyanın 915 manat nəğd pul olmuş,1480 manat isə qızıl zinət əşyaları olmuş və 50 manat da bijuteriya əşyaları olmuşdur. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, İmişli şəhəri, H.Əliyev prospekti 223 ünvanında yerləşən evdə yaşayır. Bir həyətdə mərhum qardaşı X11 ailə üzvləri və digər qardaşı X13 isə ailəsi ilə birlikdə öz evlərində yaşayırlar. Küçə darvazası bir qapıdan ibarətdir. Evlər isə yan-yana, bir birindən 30-40 metr aralıda tikilmişdir. Həyətdə böyük daş evdən əlavə kiçik bir otaqdan ibarət qış evi vardır. Çox vaxt yoldaşı X7 ilə həmin yer evində olurlar. 01 mart 2024-cü ildə gündüz vaxtı həmin yer evində olmuşlar. Saat 11 radələrində yoldaşı Güləndam nəvəsı Nemətin nişan üzüyünü yer evindən aparıb böyük daş evinə, yatdığı otaqda sandıqdakı qızılların yanına qoymuşdur. Həmin vaxt evdə olan qızıllar sandıqda yerində olmuşdur. Həmin gün saat 21:50 radələrində o, yer evindən qalxıb böyük evdə yataq otağında taxta yorğanı qaldırıb yerinə təzəcə girmişdir. Yoldaşı Güləndam səhəri günü Bakı şəhərinə qardaşı nəvəsi Elşənin Kərbala ziyarətindən gəlməsi münasibəti ilə əlaqədar onunla görüşmək üçün Bakı şəhərinə getməli olmuşdur. Güləndam həmişə yer evində nəvələri ilə yatır, o isə böyük daş evə nəzarət etmək üçün həmin evdə gedib yatır. Yoldaşı gəlib sandığı açmaq istədikdə görmüşdür ki, sandığın asma xırda qıfılı açılmış və qıfıl sandığın üzərinə taxılı halda qoyulmuşdur. Güləndam bundan sonra ona evdən oğurluq olduğunu demişdir. O da yerindən ayağa durub sanıdığı yerə töküb baxanda orda saxladıqları 400 manat pulun və qızıl-zinət əşyalarının pul qabı ilə bir yerdə oğurlandığını aşkar etmişdir. Sandığın alt hissəsində qızıl qabında gəlinləri Minarə və Mərziyyənin qızılları, yəni 2 cüt sırğa, 1 ədəd qolbaq, bir neçə üzük isə qızıl qabında yerində olmuşdur. Həmin qızıllar sandığın altında döşək örtüklərinin (prostinaların) altında qaldığı üçün onları oğru görməmişdir. Lakin, pul qabında olan 400 manat pul, əyarı 583, çəkisi 116 qram olan, 1 ədəd kordinal boyunbağı, yaxalığı ilə bir yerdə, 1 ədəd çəkisi 10 qram olan, 750 əyarlı komplekt sırğa və üzük dəsti, 1 ədəd 4 qram çəkisi, əyarı 585 olan, nəvəsi Nemətə məxsus birliyant qaşlı nişan üzüyü, 1 ədəd 585 əyarlı, 5,5 qram qızıl zəncir boyunbağı, əyarı 583 olan iki ədəd, hər biri 4 qram çəkidə qadın üzükləri, üzərində canavar dişi şəkili yaxalıq olan, 1 ədəd 40 qram çəkidə gümüş boyunbağı, 1 ədəd 2 qram çəkidə qadın üzüyü oğurlanmışdır. Həmin vaxt qonşuluqda yaşayan qohum-əqrəbaya xəbər etmişlər, onlar da gəlmişlər. O, qardaşı oğlu Anar Pənahova demişdir ki, polisə bu barədə məlumat versin. Anar da 102 xidməti zəng mərkəzinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra yaşadığı ünvana polislər gəlib onun və ailə üzvlərinin iştirakı ilə baxış keçirmişlər. Bununla da ona ümumilikdə 14737,50 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Sabirabad şəhəri Vidadi küçəsi 23 saylı evdə yaşayır. Rəsmi olaraq hər hansı bir dövlət işində işləmir. Lakin, özünə məxsus Sabirabad şəhəri H.Əliyev prospektində «Aqat» qızıl alışı və satışı mağazası var. Həmin mağazanı özü anası X4 ilə birlikdə işlədir. Həmin mağaza onun olsa da VÖEN anası Aybəniz Süleymanovanın adınadır. O, İmişli şəhər sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla arasında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Ondan ümümilikdə müxtəlif vaxtdarda 6 dəfə olmaqla qızıl zinət əşyaları almışdır. Hər dəfə ondan qızıl zinət əşyalarını alarkən Alim ona qızılların özünə məxsus olmasını bildirirmiş. Alim ilk dəfə onun yanına ağ xələtdə gəlmişdir. Özünü səliqəli aparmışdır və yanında bir nəfər 30-35 yaşında cavan kişi vardı, həmin vaxtı onun yanında olan şəxsin əlində əl çantası vardı və mağazaya xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində yaxınlaşıb ona bildirmişdir ki, atası ağır xəstədir və qızıl zinət əşyası var və onu satmaq istəyir,həmin qızıllar onun ailəsinə məxsusdur və qızıları ondan götürməyi istəmişdir və Alimin ona təqdim etdiyi həmin qızıl zinət əşyalarını ümilikdə hər birinin adını özündə olan alış aktına qeydiyyat aparıb həmin qızıl zinət əşyalarını ondan 1200 manata almış, almış olduğu qızıl zinət əşyalardan bir ədəd kolye, bir ədəd əzik üzük, boyunbağı, əlavə qaşlı üzük, tək sırğa olmuş və həmin qızıl zinət əşyalarına görə Alimə 1200 manat pul vermişdir. Həmçinin alış aktlarına əsasən o, Alimdən xx.xx.2022-ci ildə bir ədəd komplekt dəst yəni, sırğa,üzük, boyunbağı və qolbaq almış və həmin qızıl zinət əşyalarına görə 670 manat pul vermişdir. Belə ki, qızılın çəkisi 10,3 qram olmuş və 585 əyyar olmuşdur. Əlavə olaraq o, Alimdən 05 dekabr 2023-cü il tarixdə bir ədəd boyunbağı, bir cüt sırğa, klon, üzük və qolbaq almış, həmin qızıl zinət əşyası 585 əyyarda olmuş, çəkisi 38 qram olduğundan Alimə 2450 manat pul vermiş və bu barədə Alim ona həmin qızıl zinət əşyalarını satarəkən həmin qızıllar onun ailə üzvülərinə məxsus olmasını və oğurluq olmadığını bildirmişdir. Həmçinin 18 yanvar 2024-cü il tarixdə əlavə olaraq Alimdən boyunbağı və onun sırğasını, üç cüt sırqa, üç ədəd üzük, iki ədəd boyunbağı və bir ədəd qolbaq almış, ümumilikdə qızıl zinət əşyalarının çəkisi 55 qram gəldiyi üçün onlardan sep və sırqa olan dəstə görə 1730 manat və üç cüt sırqa, üç ədəd üzük, iki ədəd boyunbağı və bir ədəd qolbağa görə isə 2060 manat pul vermiş, ümumilikdə isə 3790 manat pulu Alimə vermiş, bu barədə alış aktında qeyd aparmışdır. Həmçinin 22 fevral 2024-cü il tarixdə o, Alimdən üç ədəd sırqa, üç ədəd boyunbağı və bir ədəd klon almış, həmin qızıl zinət əşyaları 19 qram olmuş və 583 əyarlı olduğundan ümümilikdə Alimə 1250 manat pul vermiş, həmin qeyd olunan qızıl zinət əyşalarını Alim 22 fevral 2024-cü il tarixdə gətirib ona satmışdır. Bundan əlavə olaraq Alim ona 2022-ci ildə iki ədəd qarnitur və bir ədəd boyunbağı gətirib satmışdır. Həmin qızıl zinət əşyalarının üzərində blom olmuşdur və tükan malı olmuşdur, qızıllar qutularında olmuşdur, həmin qızıl zinət əşyalarını Alim ona Bakı şəhərindən mağazaların birindən nisyə götürdyünü, pulunun özü hissə-hissə ödəmək şərti ilə aldığını və özünün ödəyəcəyini bildirib ona satmışdır. Həmin vaxtı Alim ona atasının xəstə olmasını və ona dərman alacağını və həmin malları yuxarı məbləğdə götürəməyi ondan istəmişdir və o da həmin malların F-M firmasına məxsus olmasını görüb ondan həmin qızılları baha qiymətə almış və həmin qızıllara görə 1075, 1040 və 520 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs qızıl zinət əşyalarını oğurlayıb gətirib ona satmasını bilməmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, İmişli rayon Yalavac kəndində yaşayan Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavət və ya düşmənçiliyi yoxdur, münasibətləri həmişə yaxşı olmuşdur. Özünə məxsus “Opel Astra” markalı **-DP- *** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobillə boş vaxtlarında sərnişin daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs rayon ərazisində iynə vurmağı və sistem qoşmağı bacaran şəxs kimi tanıyırlar və xəstələr onlara həkimlər tərəfindən yazılan sistem və iynələrin Alim tərəfindən vurulması üçün müraciət edirlər. O, Alimi sifarişi ilə müxtəlif ünvanlara taksi kimi aparıb-gətirmiş, müqabilində yol pulunu almışdır. Alimi 2023-cü ildə mərhum atası Çingizin dəfnindən təxminən 3 ay sonra Sabirabad şəhərinə qızıl satmağı üçün aparmışdır. Alim ona satdığı qızılı nisyə aldığını bildirmişdir. Lakin kimdən nisyə almasını isə deməmişdir. O, Alimlə söhbət edən zaman qızılı neçə manata aldığını və neçəyə satdığını soruşmuş, Alim isə ona qızılın qramını 150 manata aldığını, 60 manata isə satacağını demişdir. O isə bu qədər fərqin altına nəyə görə girirsən deyəndə Alim ona borcunun olduğunu demişdir. O, Alimi bir dəfə də 2023-cü ilin dekabr ayının sonlarına yaxın gündə Bakı şəhərinə aparmış və Alim ona Bakı şəhərinə xəstə aparacağını demişdir. Yol gedərkən isə xəstənin harada olduğunu soruşanda və ona həftənin 6-cı günü olduğundan xəstəxanaların işləmədiyini və bazar gününə doğru keçdiyi üçün xəstəxanaların bağlı olduğunu və həkimlərin istirahətdə olduğunu deyəndə Alim ona xəstə aparmadığını, səhv başa düşüldüyünü və şəxsi işi ilə bağlı getdiyini demişdir. O gecə Bakı şəhərinə Alimlə birlikdə çıxmış və Alim ona yol pulu olaraq gedib-qayıtmağı üçün 85 manat pul vermiş, həmin gün gecə Bakı şəhərinə çatıb oteldə qalmışlar. Otelin pulunu o bank kartı ilə vermiş, Alim isə ona nağd ödəmişdir. Çünki o, plastik kartla ödənişi edəndə ona “kaşbek” faiz qazancı ödənilir. Gecəni Alim heç yerə getməmiş, səhəri saat təxminən 9 radələrində onu Moskva univermağının qarşısına aparmağı xahiş etmiş, o, Alimi Moskva univermağının qarşısına aparıb orada düşürmüş, özünün isə yaxınlıqda dayısı Yusifin meyvə satışı mağazasına gedəcəyini bildirib, işi qurtardıqdan sonra gəlməsini demişdir. Alimi düşürtməyindən təxminən 1 saat sonra Alim onun olduğu yerə gəlmiş və orada Alim bir nəfərə zəng vurub paltarının olduğunu, onu götürüb rayona göndərməsini demişdir. Oradan Alimlə birlikdə saat təxminən 10 radələrində birlikdə İmişli rayonuna çıxıb günorta radələrində çatmışlar. Məhkəmə iclasında şahid X16 elan olunmuş ifadəsindən görünür ki, o, İmişli rayon Yalavac kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Onun rayon ərazisində sistem qoşmağı və iynə vurmağı bacardığı üçün Alim ona müraciət edən şəxslərə sistem qoşur və iynələrini vurmaqla məşqul olurmuş. O, günlərin birində xəstələnmişdir və evdən ona bildirmişlər ki, Alimə desin və o, gəlib həkmin yazdığı iynələri vursun. O söhbət zamanı Alimin nə vaxtdan iynə vurmaq qabiliyyəti var demiş və ona ailə üzvülərindən demişlər ki, Alim bütün rayonda iynə vurmaqla tanınır. O, Alimə zəng vurub ona xəstələndiyini, gəlib ona iynə vurmasın istəmişdir. Alimi ondan sonra tanımışdır. O,uzun illər Ukraniya Respublikasında yaşadığı üçün məlum hadisə ilə bağlı Azərbaycana, doğma evinə qayıtmış və özünə məxsus qara rəngli «Toyota» xetçbek, **-FB-*** markalı avtomobili və sürücülük vəsiqəsi əsasında həmin avtomobillə taksilik fəaliyəti ilə məşqul olur. Alim ona fevral ayının əvəvələrinə yaxın gündə , dəqiq tarixi yadında qalmayan vaxtı bildirmişdir ki, onunla Sabirabad şəhərinə getmək istəyir, orada qızıl mağazasında işi var. O isə ona nə işlə bağlı gedirsən deyəndə Alim ona bildirmişdir ki, atasının il dönümünə az qalıb və bir ədəd üzüyü var satacaq. O isə Alimə bildirmişdir ki, bir ədəd qızıl üzüyü İmişli rayonunda, bir ədəd üzüyü isə Sabirabad şəhərində sata bilər. O, Alimi onun dediyi qızıl mağazasının yaxınlığına avtomobilini sürüb saxlamış, Alim maşından düşüb getmiş və bir qədər vaxtdan sonra qaydıb maşına tərəf gəlmiş və birlikdə İmişli rayonuna qayıtmışlar. O, Alimin mağazaya nə kimi qızıl zinət əşyalarını satmasını görməmiş, lakin Təqsirləndirilən şəxs bir dəfə Sabirabad şəhərinə dəqiq tarixi yadımda qalmayan vaxtı 2024-cü ilin fevral ayının əvvəllərinə yaxın gündə saat təxminən 11-12 radələrində aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Məhəmmədli oğlu ifadəsində bildirmişdir ki, o, İmişli şəhəri Ş.Qurbanov küçəsi 17 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Alim rayon ərazisində sistem qoşmağı və iynə vurmağı bacardığı üçün ona müraciət edən şəxslərə o, sistem qoşur və iynələrini vurmaqla məşqul olurmuş. Özünə məxsus VAZ 2107 minik markalı, ** MU *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Alimin sifarişi ilə ona müraciət edən şəxslərin onun göstərdiyi ünvana aparır və bir qədər vaxtdan sonra gedib gətirir və dediyi ünvanlara aparmaqla məşqul olduğu üçün sonda zəhmət haqqı olan yol kirəsini Alim ona verir. Həmçinin bildirmək istəyir ki, Alim ona 2023-cü ilin dekabr ayının əvvəllərinə yaxın gündə dəqiq tarixi yadında qalmayan vaxtı bildirmişdir ki, onunla Sabirabad şəhərinə getsin və orada işi var. O, isə ona nə işlə bağlı getməyini soruşmamışdır. Həmin vaxtı günorta radələri idi, dəqiq saatıda yadında qalmayıb və Alimi Sabirabad şəhərinə aparıb yenidən onu İmişli rayonuna gətirmişdir. Sabirabad şəhərində isə Alim sıra ilə yol kənarında olan mağazalar tərəfdə düşmüşdür və onun hara getməsinə və nə işlə məşğul olmasını bilməmişdir. Alim avtomobildən düşəndə onun əlində heç nə olmamışdır, gələndə də heç nə olmamışdır. Alim ona yol kirəsi olaraq onu Sabirabad şəhərinə aparıb gətirməyi ilə bağlı 25 manat yol pulu vermişdir. Həmçinin bildirmək istəyir ki, o, bu ilin yanvar ayında əməliyyat olunmuşdur və Sabirabad şəhərinə isə 2023-cü ilin dekabr ayında getməyi dəqiqliklə bilmir. X28 şəhərinə bircə dəfə aparıb gətirmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Hadisə yerinə baxış keçirilməsi haqqında 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus İmişli şəhəri, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinin yataq otağının plastik materialdan olan pəncərəsinin ağcaqanad toru yerdədir, pəncərənin yuxarı hissəsi geriyə basılma nəticəsində əyilmişdir. Bu hal isə şəxsin pəncərədən evə daxil olduğunu təsdiq edir. Ev üç yataq otağı və bir qonaq otağından ibarətdir. Zərərçəkmiş şəxs1 məxsus yataq otağında axtarış aparıldığı, iki nəfərlik çarpayının üzərində səliqə-səhmanın pozulduğu, çarpayının altındakı çantadan qızıl-zinət əşyalarının talandığı müəyyən edilir. (cild 1, səhifə 150-163); İfadənin yerində yoxlanılması haqqında 17 may 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs İmişli şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus yaşadığı evdən 11 okytabr 2024-cü il tarixdə evin içərisinə pəncərədən keçərək oğurluq etdiyini və oğurladığı qızıl-zinət əşyalarını aparıb Sabirabad şəhərində Şahid1 həmin günü satdığını etiraf edərək əyani şəkildə ifadəsini təsdiq etmişdir. (cild 3, səhifə 14- 26); xx.xx.2023-cü il tarixli alış aktından görünür ki, Təqsirləndirilən şəxs beş ədəd olmaqla ümumilikdə 21,1 qram qızıl-zinət əşyalarını Şahid1 həmin tarixdə 1200 manata satmışdır. (cild 1, səhifə 235); "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 3 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə saat 11 radələri ərəfəsində, yəni Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq edildiyi vaxt İmişli şəhəri, ondan sonrakı vaxta isə Sabirabad şəhəri istiqamətində və Sabirabad şəhərinin anten əhatə dairəsində olmuşdur. Belə ki, qeyd olunan mobil nömrə həmin gün saat 09:13-dən 12:53-dək İmişli rayonu, 13:43-də Sabirabad rayonu, 14:47-dən isə yenidən İmişli rayonu ərazisində anten əhatə dairəsində olmuşdur ki, bu hal da onun oğurluq hadisəsini törətdikdən sonra taladığı qızıl-zinət əşyalarını satmaq üçün Sabirabad şəhərinə getdiyini təsdiq edir. Bundan başqa, həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 00:14-dən 17:32-dək İmişli rayonu, 18:25-dən 18:46-dək Sabirabad rayonu, 19:00-dan 19:12-dək Saatlı-İmişli rayonu istiqamətində, 19:12-dən sonra isə yenidən İmişli rayonu ərazisində anten əhatə dairəsində olmuşdur. Hətta Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:27-də Şahid2 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək 14 saniyə, daha sonra Şahid2 saat 17:32-də etdiyi zəng əsasında 5 saniyə danışıq aparmışdır. Həmin vaxt hər iki şəxs İmişli rayonu ərazisində olmuşdur. Baxışla həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:25-də isə Sabirabad rayonu ərazisində olur və bu hal artıq onun İmişli rayonundan Sabirabad rayonuna getdiyi və oraya çatdığını təsdiq edir. Orada olarkən Təqsirləndirilən şəxs qızıl alqı-satqısı ilə məşğul olan Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə saat 18:25-də həmin gün ilk dəfə zəng etmiş, sonra isə saat 18:46-dək birbirilərinə daxil olan zəng əsasında 5 dəfə də danışıq aparılmış, Şahid1 mobil nömrəsi Bakı şəhərində anten əhatə dairəsindən qidalanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən başqa 2023-cü ilin may ayının əvvəllərində Sabirabad rayonu ərazində olmamışdır, növbəti dəfə Sabirabad rayonu ərazisində 2023-cü ilin may ayının ortalarından sonra, xx.xx.2023-cü il tarixdə olmuşdur. (cild 3, səhifə 62-66); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3320 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 5 adda məxsus malların 2023-cü ilin oktyabr ayına orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada hesablama yolu ilə təminən 2425,00 manat, həmçinin Zərərçəkmiş şəxs1 məxsus 3 adda malların 2023-cü ilin may ayına orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada hesablama yolu ilə təminən 1695,00 manatdır. (cild 3, səhifə 130-135); Hadisə yerinə baxış keçirilməsi haqqında 23 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus İmişli şəhəri, Ş.Qurbanov küçəsi 44A ünvanında yerləşən fərdi yaşayış evi iki mərtəbəlidir, beş otaqdan ibarətdir. Giriş qapısı dəmir materialdandır. Evin birinci mərtəbəsindəki sağ tərəfdə yerləşən yataq otağının pəncərəsindən evin içərisinə keçilərək ikinci mərtəbədəki yataq otağından oğurluq edilməsi müəyyən edilir. (cild 1, səhifə 82-89); "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 3 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdə saat 18 radələri ərəfəsində, yəni Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq edildiyi vaxt İmişli şəhəri, ondan sonrakı vaxta isə Bakı şəhəri istiqamətində, Bakı şəhərinin anten əhatə dairəsində, xx.xx.2024-cü il tarixdə isə İmişli şəhəri istiqamətində və İmişli şəhərinin anten əhatə dairəsində olmuşdur. Belə ki, qeyd olunan mobil nömrə həmin gün saat 09:08-dən 21:23-dək İmişli rayonu, 22:14-də Sabirabad rayonu, ondan sonrakı vaxtlarda Bakı şəhəri istiqamətində, Hacıqabul rayonu, Pirsaat qəsəbəsi, xx.xx.2024-cü il tarixdə saat 08:00-da Bakı şəhəri Nərimanov rayonu, X30 küçəsində, saat 08:37-də 2-3 Mikrorayon, Hüseynbala Əliyev küçəsində, saat 10:05-də 9-cu Mikrorayon, Mircəlal küçəsində, bundan sonra İmişli rayonu istiqamətində, saat 13:24-də isə İmişli rayonu ərazisində anten əhatə dairəsində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17:50-dən 18:46-dək Təqsirləndirilən şəxs tərəfindən heç bir danışıq aparılmamışdır. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə saat 18:46-da (196 saniyə), 19:08-də (15 saniyə), 20:16-da (17 saniyə), Sabirabad rayonu ərazisində qızıl alqı-satqısı ilə məşğul olan Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə isə saat 18:54-də (103 saniyə), saat 19:56-da (15 saniyə) zəng etmiş və danışıq aparmışdır. (cild 3, səhifə 62-66); Hadisə yerinə baxış keçirilməsi haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus İmişli şəhəri, M.Əsədov küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evi ikimərtəbəlidir, evin giriş hissəsi dəmir qapıdandır, üzərində zədə izləri yoxdur. Zərərçəkmiş şəxs5 aid yataq otağında sol küncdə olan şkafın içərisində sarı, ağ və qırmızı rənglərdən ibarət uşaq çantası vardır. Zərərçəkmiş şəxs5 deməsinə görə həmin çantada oğurlanmış pulları olmuşdur. Həmin şkafdakı üç ədəd boyunbağı qabları və digər qızılqabları boşdur. Otaqda girişdən sağda olan termonun siyirməsindəki qızıl qabları da boşdur. Zərərçəkmiş şəxs5 həmin qablarda qızıl-zinət əşyalarını olduğunu demişdir. (cild 2, səhifə 92-101); xx.xx.2024-cü il tarixli 000001 nömrəli alqı-satqı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs on bir ədəd olmaqla ümumilikdə 55 qram qızıl-zinət əşyalarını Şahid1 həmin tarixdə 3790 manata satmışdır. (cild 1, səhifə 237); "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 3 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi Zərərçəkmiş şəxs5 məxsus evdən oğurluq edildiyi vaxt İmişli şəhəri, ondan sonrakı vaxta isə Sabirabad rayonu istiqamətində, Sabirabad rayonunun anten əhatə dairəsində, yenidən İmişli şəhəri istiqamətində və İmişli şəhərinin anten əhatə dairəsində olmuşdur. Belə ki, qeyd olunan mobil nömrə xx.xx.2024-cü il tarixdə saat 09:52dən 13:53-dək İmişli rayonu, saat 14:21-də Saatlı rayon Naharlı kəndi, saat 15:03-də Sabirabad rayonu (ATC ərazisi), saat 15:37-də Saatlı rayon Mustafabəyli kəndi, saat 16:21-dən 23:27-dək isə İmişli rayonu ərazisində anten əhatə dairəsində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 11:27-dən 12:49-dək Təqsirləndirilən şəxs tərəfindən heç bir danışıq aparılmamışdır. Həmin gün saat 13:31-də Sabirabad rayonu ərazisində qızıl alqısatqısı ilə məşğul olan Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və 52 saniyə danışıq aparılmış, sonuncu Sabirabad rayonu (ATC ərazisi) anten əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeyd olunan anten dairələrində olması, onun qızıl-zinət əşyalarını oğurladığını, adəti üzrə İmişli rayonundan kənar yerdə, Sabirabad rayonunda satdığını bir daha təsdiq edir. (cild 3, səhifə 62-66); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3320 nömrəli görünür ki, Zərərçəkmiş şəxs5 məxsus 17 adda malların 2024-cü ilin yanvar ayına orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada hesablama yolu ilə təminən 7845,00 manatdır. (cild 3, səhifə 130-135); Hadisə yerinə baxış keçirilməsi haqqında 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus İmişli şəhəri, Koroğlu küçəsi 48 ünvanında yerləşən fərdi yaşayış evi ikimərtəbəli olmaqla beş otaqdan ibarətdir. Otaqlar dağınıq vəziyyətdədir, Oğurluq birinci mərtəbədə yerləşən yataq otağında olmuşdur. Naməlum şəxs evin birinci mərtəbəsində giriş qapısının sağ tərəfindəki plastik pəncərəyə müdaxilə edərək evin içərisinə daxil olmuşdur. Hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. (cild 1, səhifə 6-18); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik-Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-3095/2024 nömrəli məktubundan görünür ki, 21 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus İmişli şəhəri, Koroğlu küçəsi 48 ünvanında yerləşən evə baxış zamanı götürülümüş əl izləri KTİ-nin ADİS bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisə tədqiqatı nəticəsində əl izlərindən 02 ədədi xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs sol əlinin ovuç (Pəncərənin şüşəsindən götürülmüş) əksi və böyük (çaydan qutusundan götürülmüş) barmağının əksi ilə eynilik müəyyən etmişdir. (cild 1, səhifə 269-270); xx.xx.2024-cü il tarixli 000005 nömrəli alqı-satqı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs yeddi ədəd olmaqla ümumilikdə 19 qram qızıl-zinət əşyalarını Şahid1 həmin tarixdə 1250 manata satmışdır. (cild 1, səhifə 238); İfadənin yerində yoxlanılması haqqında 17 may 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus evdə 21 fevral 2024-cü il tarixdə oğurluq etdiyini və oğurladığı qızıl-zinət əşyalarını 22 fevral 2024-cü il tarixdə Sabirabad şəhər sakini Şahid1 satdığını etiraf etməklə əyani şəkildə təsdiq etmişdir. (cild 3, səhifə 14-25); "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 3 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq edildiyi vaxt, yəni xx.xx.2024-cü il tarixdə İmişli şəhəri, növbəti gün isə isə Sabirabad rayonu istiqamətində, Sabirabad rayonunun anten əhatə dairəsində, yenidən İmişli şəhəri istiqamətində və İmişli şəhərinin anten əhatə dairəsində olmuşdur. Belə ki, qeyd olunan mobil nömrə xx.xx.2024cü il tarixdə saat 09:57-dən 23:34-dək İmişli rayonu, xx.xx.2024-cü il tarixdə saat 00:11dən saat 11:49-dək İmişli rayonu, saat 12:13-də Saatlı rayon Naharlı kəndi, saat 12:58-də Sabirabad rayonu (ATC ərazisi), saat 13:10-da Saatlı rayon Qıraqlı kəndi, saat 13:35-dən isə İmişli rayonu ərazisində anten əhatə dairəsində olmuşdur. (cild 3, səhifə 62-66); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3320 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 6 adda malların 2024-cü ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada hesablama yolu ilə təminən 1700,00 manatdır. (cild 3, səhifə 130-135); Hadisə yerinə baxış keçirilməsi haqqında 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus İmişli şəhəri, H.Əliyev prospekti 223 ünvanında yerləşən fərdi yaşayış evi birmərtəbəlidir, giriş qapısı dəmir materialdandır. Evin içərisinə pilləkənlə qalxdıqda sol tərəfdə mətbəx, qarşıda dəhliz, sağ tərəfdə üç otaq vardır. Evin çöl hissəyə iki pəncərəsi var, plastik materialdandır. Evin yataq otağında sol küncdəki taxta sandığın içərisindəki səliqə-səhman pozulmuşdur. Sandığın kilidi kəsilmişdir. Yerdən tibbi əlcəyin bir tayı aşkar olunmuşdur. Kəsilmiş qıfıl, tibbi əlcəyin bir tayı iş üçün əhəmiyyət kəsb etdiyinə görə qablaşdırılmaqla götürülmüşdür. (cild 2, səhifə 43-49); "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 3 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi Zərərçəkmiş şəxs4 məxsus evdən oğurluq edildiyi vaxt, yəni xx.xx.2024-cü il tarixdə İmişli şəhəri, növbəti gün isə isə Sabirabad rayonu istiqamətində, Sabirabad rayonunun anten əhatə dairəsində, yenidən İmişli şəhəri istiqamətində və İmişli şəhərinin anten əhatə dairəsində olmuşdur. Belə ki, qeyd olunan mobil nömrə xx.xx.2024cü il tarixdə saat 00:45-dən 23:27-dək İmişli rayonu, xx.xx.2024-cü il tarixdə saat 00:41dən saat 11:15-dək İmişli rayonu, saat 11:50-dən 13:59-dək Bakı şəhəri istiqamətində, 13:59-dan 21:31-dək Bakı şəhərində, 21:31-dən İmişli rayonu istiqamətində, 23:59-da isə İmişli rayonu ərazisində anten əhatə dairəsində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17:47-dən 18:55-dək, yəni oğurluq hadisənin törədildiyi radələrdə Təqsirləndirilən şəxs tərəfindən heç bir danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeyd olunan anten dairələrində olması, onun qızıl-zinət əşyalarını oğurladığını, adəti üzrə İmişli rayonundan kənar yerdə, Bakı şəhərində satdığını bir daha təsdiq edir. (cild 3, səhifə 62-66); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3320 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus 5 adda malların 2024-cü ilin mart ayına orta bazar qiyməti ilə dəyəri nəzəri qaydada hesablama yolu ilə təminən 11337,50 manatdır. (cild 3, səhifə 130-135); Şübhəli şəxsin tutulması haqqında 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, səhifə 33); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, səhifə 61-62); Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir. (cild 1, səhifə 72-73); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, səhifə 117-118); Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir. (cild 1, səhifə 138-140); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, səhifə 210-211); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 1, səhifə 257-258); İmişli Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 4(036)-24/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, səhifə 280-282); Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir. (cild 2, səhifə 31-35); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 2, səhifə 65-66); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild 2, səhifə 82- 83); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 2, səhifə 132-133); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 3, səhifə 137-140); Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 oğunun evindən edilmiş oğurluqların onunla heç bir əlaqəsinin olmadığını, həmin şəxslərin evlərindən oğurluq etmədiyini və polis əməkdaşlarının təzyiq və işgəncələrinə məruz qaldığı üçün ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 oğunun evindən də oğurluq etməsini etiraf etməyə məcbur qalması barədə məhkəmə iclasında verdiyi ifadəsi iş materialları ilə təkzib olunmaqla yanaşı gətirdiyi dəlillərin öz əksini tapmaması və qeyd olunan xüsusatlara dair mötəbər sübutların müəyyən edilməməsi sonuncunun ibtidai istintaq zamanı ilkin ifadələrinin doğru olduğunu dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, onun özünün ilkin ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Mülki iddiaçı Zərərçəkmiş şəxs5 cinayət mühakimə icraatı zamanı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs 14.445 (on dörd min dörd yüz qırx beş) manat məbləğində maddi ziyanın alınıb ona verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs5 ərizəsini onunla əsaslandırmışdır ki, yuxarıda təsvir olunan cinayət hadisəsi nəticəsində ona 14.445 (on dörd min dörd yüz qırx beş) manat məbləğində maddi ziyan dəymiş və həmin ziyan məbləği ona ödənilməmişdir. Mülki iddianın verilməsinə görə isə 133,34 (bir yüz otuz üç manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Ona görə də hesab edir ki, onun mülki iddiası təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyana görə 14.445 (on dörd min dörd yüz qırx beş) manat və ödədiyi dövlət rüsumuna görə 133,34 (bir yüz otuz üç manat otuz dörd qəpik) manat olmaqla, ümumilikdə 14.578,34 (on dörd min beş yüz yetmiş səkkiz manat otuz dörd qəpik) manat məbləğində pulun alınıb ona verilməsi barədə hökm çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı İmişli şəhəri, M.Əsədov küçəsi 9 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evindən oğurluq etmiş və oğurluq nəticəsində sonuncuya 14.445 manat məbləğində maddi ziyan vurmuşdur. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Zərərçəkmiş şəxs5 cinayət mühakimə icraatı zamanı mülki iddia ərizəsinin verilməsinə görə 133,34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 mülki iddia ərizəsini cinayət işi materiallarına paralel olaraq tədqiq edib belə qənaətə gəlir ki, mülki iddia əsaslı olduğundan təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 14.445 manat məbləğində maddi ziyan və 133,34 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14.578,34 manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs5 verilməlidir. Məhkəmə hesab edir ki, digər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanla əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilmədir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli RPŞ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan tibbi əlcək və bir ədəd qıfıl məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 09 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi İmişli RPŞ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan tibbi əlcək və bir ədəd qıfıl məhv edilsin. İş üzrə maddi sübut olan əl-barmaq izləri cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 14.445 manat məbləğində maddi ziyan və 133,34 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14.578,34 manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs5 verilsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanla əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-72/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-72/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver