Məhkəmə qərarları › İş №1(036)-73/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-73/2022

22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-73/2022 22.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1972-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 84-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 19 may 2022-ci il tarixdə saat 11:30 radələrində İmişli şəhəri, C.Cabbarlı küçəsi 20 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tanışı Şahid8, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,212 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 11:45 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı İmişli şəhəri, N.Savalanov küçəsində saxlanılaraq İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 12:50 radələrində üzərində aparılan şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə həmin çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, psixotrop maddə olan metamfetamindən istifadə edirmiş. 19 may 2022-ci il tarixdə saat 12 radələrində tanışı Şahid8 20 manat borca pul almaq üçün onun yaşadığı evə getmişdir. Şahid8lə görüşüb ondan 20 manat borca pul istəmiş və sonuncu cibindən pul çıxarıb vermək istəyərkən cibindən sənədlərlə birlikdə yerə sellofan büküm düşmüşdür. O, həmin sellofan bükümünü yerdən götürüb ona qalmasını istəmiş, Şahid8 etiraz etməmiş və ona pulu olmadığını bildirərək pulunun cibindən düşərək itməsini demişdir. O, Şahid8 evinin həyətindən çıxarkən sonuncunun ona verdiyi narkotik vasitəni şalvarının sağ yan cibinə qoymuş və Nəcməddin Savalanov küçəsi ilə piyada gedərkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlmiş və polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş əsasında üzərinə baxış keçirilmiş və baxış zamanı üzərində olan Şahid8 ona çəkmək üçün verdiyi həmin vasitəni şalvarının sol yan cibindən çıxarıb təqdim edərək, həmin vasitəni ona sonuncunun pay verdiyini, hər hansı bir məbləğdə pula satın almadığını bildirmişdir. Daha sonra aşkar olunmuş vasitə ekspertizaya göndərilməsi üçün onun iştirakı ilə zərfin içərisinə qoyularaq qablaşdırılaraq götürülmüşdür. O və iştirak edənlər şəxslər zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalayaraq təsdiq etmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 19 may 2022-ci il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik maddə gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədilə ilə tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunmuşdur. O, CAB-ın əməliyyat müvəkkili Şahid6la birlikdə Təqsirləndirilən şəxs yaşadığı Pənah Həsənov küçəsi ilə Cəfər Cabbarlı küçəsinin arasından keçən Nəcməddin Savalanov küçəsinə getmiş və sonuncunun piyada tək hərəkətdə olarkən saxlayıb ona üzərində narkotik və psixotrop maddə gəzdirməsi barədə əməliyyat məlumatı olmasını və həmin məlumatı yoxlamaq məqsədi ilə polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş əsasında üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü çıxararaq təqdim etmiş və həmin büküm açıldıqda içərisində kristal halında ilk görünüşdən psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni Şahid8 ona istifadə etmək üçün pay verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş vasitə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğu Təqsirləndirilən şəxs və baxışda iştirak edən şəxslər tərəfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid6, Şahid7, Şahid4, İmişli RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Şahid2 və NBQnin əməliyyat müvəkkili Şahid3 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 19 may 2022-ci il tarixdə qonşusu taksi sürücüsü işləyən Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və ondan 20 manat borca pul istəmişdir. O, həmin vaxtı narkotik vasitə heroinin təsiri altında olmuş və cibindən pulu çıxartmaq istədikdə cibində pul olmamışdır. Lakin cibində şəxsiyət vəsiqəsi və sair sənədlər olmuş və həmin sənədlərlə birlikdə cibində olan özü üçün istifadə etdiyi psixotrop maddə metamfetamin sağ cibindən sənədləri çıxaran zaman yerə düşmüşdür. Təqsirləndirilən şəxs həmin maddəni yerdən götürüb həmin vasitəni ona verməyini istədikdə o, etiraz etməmişdir. O, Mailə həmin vasitəni satmamış və ondan hər hansı bir qazanc əldə etməmişdir. İşdə olan materialların məhkəmə ekspertizasının 20 may 2022-ci il tarixli, 18/552 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə” sözləri və imzalar yazılmış kağız paketdəki 1 ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,212 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,212 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq çəkisi – 0,162 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 13 iyul 2022-ci il tarixli 3783 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,162 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza tədqiqatına sərf edilmiş 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdən 21 may 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 22 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,162 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar