Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-73/2024 02.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, İmişli şəhəri, N.Şirinov küçəsi ev 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə saat 16 radələrində alkoqol sərxoşluğu vəziyyətində İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən Dəmiryol Xəstəxanasının yaxınlığında tanışları Şahid1 və Şahid2 ilə birlikdə yolu keçən zaman həmin küçə ilə hərəkət edən “Vaz 2107” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yetkinlik yaşına çatmayan sürücüsü, xx.xx.2009-cu il təvəllüdlü Şahid3 avtomobili sürətlə idarə etdiyi üçün saxlatdıraraq onu hədələmiş, daha sonra Şahid3 qorxudan mobil telefon vasitəsilə köməyə çağırdığı dayısı Zərərçəkmiş şəxs bir qədər sonra həmin yerə gəlib hansı səbəbdən bacısı oğlunun idarə etdiyi avtomobilin saxlatdırılaraq hədələnməsinin səbəbini aydınlaşdırdıqda, qohumunu müdafiə etməsini cüzi səbəb kimi bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub gücünü nümayiş etməklə, ətrafdakıların istirahətini və rahatlığını pozub onların gözləri qarşısında qohumunu müdafiə etdiyi üçün Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə sonuncunun sifət nahiyəsinə qəsdən yumruq ilə zərbələr vuraraq ona sol haymor sinusunun aşağı yan və ön divarlarının sol intraorbital kənara keçən basılmış qəlpəli sınıqları, sol almacıq qövsünün basılmış ikiqat sınığı, sol haymor sinusunda travmatik hemosinusit, sol orbitaətrafı nahiyədə yumşaq toxumaların ödemi və həmin nahiyədə hematoma, sol ziqomatikofrontal sutunun travmatik aralanması ilə nəticələnmiş, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, İmişli şəhər sakinləri Şahid1, Şahid3 şəxsən tanıyır, hər ikisi qonşularıdır, Şaiqlə münasibəti yaxşı olmuş, Nihad azyaşlı olduğu üçün onunla heç bir münasibəti olmamış, Beyləqan rayonu Eyvazalılar kənd sakini Şahid2 isə tanımamış, lakin Şaiqin qohumu olmasını və onlara qonaq gəlməsini bilmişdir. 19 mart 2024-cü il tarixdə, saat 13 radələrində Şaiqin evinə qonaq getmiş, Cahid də orada olmuş, Şaiqlə ikisi 0,500 litr miqdarda spirtli içki içmiş, sonra Şaiq və Cahid aptekə gedərkən o da onlarla qoşulub rayona getmiş, birlikdə İmişli şəhəri H.Əliyev prospektində yerləşən “Kapital Bank”ın qarşısındakı aptekdən dərman alıb “Yeni Azərbaycan Partiyası”nın inzibati binasının yanı ilə evə gedərkən “X10 Xəstəxanası”nın yaxınlığına çatanda Cahid və Şaiq yolu keçən zaman özü də onlardan arxada getmiş, bu vaxtı qonşuları X7 idarə etdiyi VAZ 2107 markalı nəqliyyat vasitəsilə sürətlə yolu keçən Şaiqin yaxınlığından sürətlə keçmiş, bu zaman Şaiq ayağı ilə maşının krel hissəsinə təpik vurmuş və arxadan “sən nə edirsən” deyə qışqırmış, Nihad maşını bir qədər aralıda saxlamış, həmin vaxt artıq hadisəni gördüyü üçün heç bir aydınlaşdırmaya ehtiyac bilməmiş, hər şeyi aydın görmüş, Nihada yaxınlaşmış və ondan “sən nə edirsən” deyə soruşmuş, sonra maşının sükanı arxasına minmiş, bu zaman maşında Nihaddan savayı iki nəfər uşağın da olduğunu görmüş, Nihada “gəl gedək” deyərkən niyyəti yağış yağdığı üçün maşınla evə getmək istəməsi olmuş, buna görə də Nihada “gəl otur, İmişli şəhəri T.İsmayılov küçəsində yerləşən köhnə qaz doldurma məntəqəsinin yanına gedib düşək, sonra özün hara istəsən gedərsən” demiş, lakin, o, maşına minməmiş, bu zaman Şaiq maşının açarını ondan götürmüş, Nihad isə həmin vaxtı kiməsə zəng etmiş və beş dəqiqə sonra onun dayısı olduğunu sonradan öyrəndiyi Sənan adlı şəxs gəlmiş, Şaiqlə görüşəndən sonra Şaiq maşının açarını ona vermiş, həmin şəxsə də “sənin bacın oğlu bizi maşınla vurmuşdu” deyərək Nihadın maşını sürətlə onun üstünə sürməsini Sənana demiş, o isə bu söhbətə qoşulan zaman Sənan ondan “sən içkili halda maşın sürürsən” deyə soruşmuş, o isə Sənan maşınsız olduqlarını, maşın sürənin onun qohumu olduğunu, üstəlik də sürətlə sürüb onları az qala vuracağını demiş, həmin vaxt Sənanla aralarında yaranmış sözlü mübahisənin gedişində bir-birlərinə qarşı əl qol hərəkətləri etmiş, Sənanın onu vurmaq istədiyini görüb ona bir dəfə yumruqla sifət nahiyəsindən zərbə vurmuş, sonra çıxıb oradan getmiş, daha orada gözləməmiş və təkbaşına piyada evə tərəf getmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Odur ki, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünü etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 19 mart 2024-cü il tarixdə saat 16 radələrində İmişli şəhəri, 20 Yanvar küçəsində yerləşən çay evində olan zaman tanımadığı nömrədən şəxsi istifadəsində olan mobil nömrəyə zəng gəlmiş, telefona cavab verən zaman danışan şəxsin bacısı oğlu Şahid3 olduğunu bilmiş, Nihad telefonda ona “dayı mənim qabağımı kəsiblər, məni döyürlər” demiş, ondan harada olduğunu soruşduqda o, “Dəmiryol xəstəxanasının qarşısındayam” deyərək əlaqəni kəsmiş, təxminən 2 dəqiqə sonra o, həmin nömrədən yenidən ona zəng etmiş və qorxmuş vəziyyətdə ona “dayı hardasan, gəlmirsən, maşının qabağını kəsiblər” deyib yenidən əlaqəni bitirmiş, özünə məxsus Mercedes E 230 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə getmiş və atası X2 məxsus Vaz 21074 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin T.İsmayılov küçəsində yolun hərəkət hissəsinin ortasında saxlanıldığını, Nihad və yanında 2 həmyaşıdının olduğunu, onlardan başqa Nihadın qonşuları Şahid1, Təqsirləndirilən şəxs və tanımadığı, sonradan tanıdığı Şahid2 olduğunu görmüş, onlara yaxınlaşan kimi Şaiq ona yaxınlaşmış və avtomobilin açarını əlində ona uzatmış və ona “gəl maşının açarını, bacın oğlu maşınla sürətli sürüb üstümüzü su ilə batırıb” demiş, o da Şaiqə “əgər elə edibsə qələt edib, aparıb onu başa salaram” demiş, bu vaxtı bacısı oğlu Nihad ona “dayı nə başa salaram, gör maşının yanını nə günə qoyublar, təpiklə vurub əziblər, Şaiq mənə 1 sillə vurub” demiş, o da Şaiqə “o uşaqdır, nahaq ona qarşı elə hərəkət eləmisiz” demiş, Şaiqlə söhbət edən zaman sol yan tərəfində dayanan Feyruz qəfildən tullanaraq yumruqla onun sifətinin sol yanaq hissəsinə zərbə vurmuş və zərbənin təsirindən büdrəmiş, bu vaxtı Şaiq əli ilə geyindiyi qara rəngli gödəkçənin yaxasından tutmuş və geri çəkilib onu vuran şəxsi görmək istəsə də Şaiq yaxasından tutduğu üçün hərəkət edə bilməmiş, Feyruz yumruqla onun sifətinin sol yan hissəsinə təkrar bir zərbə də vurmuş və zərbənin təsirindən maşının üstünə yıxılmış, Şaiq, Feyruz və yanlarında olan Şahid2 də qaçıb oradan getmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 19 mart 2024-cü il tarixdə dayısı oğlu Şahid2 yaşadığı Beyləqan rayonu Eyvazalılar kəndindən onlara ailəsi ilə qonaq gəlmiş, həmin vaxtı qonşusu Təqsirləndirilən şəxs da onlara gəlmiş, Feyruzla evdə 350 qram viski içmiş, təxminən saat 16 radələrində evə dərman almaq üçün Cahid və Feyruzla birlikdə yaşadıqları evdən təxminən 1 km məsafədə yerləşən “Dəmiryol Xəstəxanası”nın yanında yerləşən aptekə getmiş, aptekdən dərman alıb geri qayıdarkən İmişli şəhəri, T.İsmayılov küçəsində aptekin qarşısındakı piyada keçidi zolağından yolun Dəmiryol Xəstəxanası olan tərəfə keçərkən Nihadın sürətlə idarə etdiyi Vaz 2107 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə üstünə gəldiyini və piyada keçidi zolağında ona yol vermədiyini görüb təpiklə avtomobilin sürücü tərəfdən, yəni sol qanad hissəsinə zərbə vurmuş və Nihad təxminən 20-30 metr irəlidə avtomobili saxlayaraq yerə düşmüş, avtomobilin içərisində Nihaddan başqa 2 nəfər tanımadığı həmyaşıdları da olmuş, Nihada irad bildirərək “maşınla az qala məni vurmuşdun” demiş, bu vaxtı Feyruz avtomobilə yaxınlaşaraq sükanın arxasında əyləşmiş və Nihada avtomobili işə salmasını və onları “Qumluq” deyilən əraziyə aparmasını demiş, Nihad da telefonla kiməsə zəng etmiş, həmin arada avtomobilin açarını götürüb cibinə qoymuş, bir az sonra Nihadın dayısı Sənan ora gələrək onunla görüşmüş və Sənana “Nihad avtomobili sürətlə üstümə sürürdü, mən də təpiklə avtomobilin qanad hisssəsinə vurdum, az qalmışdı avtomobillə məni vursun” demiş, sonra da avtomobilin açarını Sənana vermiş, bu vaxtı Feyruz arxadan gələrək Sənana “mənim də narazılığım var, o gün Nihad anamı məhlədə maşınla vurmuşdu, ona de avtomobili sürməsin” demiş, bu vaxtı Sənan ona “sən niyə içkili avtomobil sürürsən, sən bu söhbətə qarışma” demiş, bu vaxtı Sənanla Feyruzun arasında mübahisə yaranmış və Feyruz onun arxasından keçib yumruqla Sənanın üz nahiyəsinə zərbə vurmuş və Sənan yerə yıxılmış, bu vaxtı Feyruzu tutub aralamış və onu götürüb evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ailəsi ilə birlidkə Beyləqan rayonundan Şaiqin yaşadığı evə qonaq gəlmiş, 19 mart 2024-cü il tarixdə saat 13 radələrində onlarda olan zaman əvvəllər tanımdaığı Feyruz da ora qonaq gəlmiş, Feyruz ora gələrkən içkili olmuş, sonra Feyruzla Şaiq ikisi də evdə viski içmiş, həmin vaxtı həyat yoldaşı başının ağrıdığını və dərman istədiyini dediyi üçün təxminən saat 15 radələridnə Şaiq və Feyruzla birlikdə rayon mərkəzinə getmiş, yolu keçən zaman Şaiqin sürətlə hərəkət edən avtomobilə əl etdiyini və sürücüdən saxlamağı tələb etdiyini görmüş, Vaz 2107 markalı avtomobil təxminən 50 metr irəlidə saxlamış və avtomobildən bir nəfər gənc oğlan aşağı düşmüş, Şaiq sürücünü tanımış və ona avtomobillə az qala onu vuracağını deyərək yaxınlaşıb açarı avtomobildən götürmüş, sonra Şaiq onlara həmin sürücünü tanıdığını və onun qonşusunun oğlu olduğunu demiş, bu vaxtı Feyruz yaxınlaşıb avtomobilə əyləşmiş və sürücüyə “gəl gedək səninlə məhəllədə söhbət edəcəm” demiş, sonra sürücü bir nəfər şəxsə zəng etmiş, az sonra bir nəfər orta yaşlı şəxs “Mercedes Benz” markalı avtomobillə ora gələrək sürücünün dayısı olduğunu demiş, Şaiq həmin adama hadisəni izah etmiş və sürücünün avtomobili sürətlə sürdüyünü, ona görə də avtomobili saxlatdığını demiş, həmin vaxtı oğlanın dayısı Feyruza “sən içkili maşın sürürsən” deyə sual vermiş, Feyruz da ona maşınla olmadığını, avtomobili onun qohumunun sürdüyünü demiş, onlar aralarında sözlə mübahisə edən zaman o, aptekə girib dərman almış, 1-2 dəqiqə sonra aptekdən çıxanda Feyruzun uşağın daysını yumruqla vurduğunu və sonuncunun yerə yıxıldığını görmüş, Şaiq də Feyruzu qucaqlayıb “lazım deyil, dava olmaz” deyərək ondan çıxab getməsini tələb etmiş, sonra da birlikdə oardan çıxıb getmişlər. Şahid2 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 19 mart 2024-cü il tarixdə saat 16 radələrində İmişli şəhəri, 20 yanvar küçəsində yerləşən çayxanada dayısı Zərərçəkmiş şəxslə birlikdə çayxanada olmuş, həmin vaxtı babası Tərlan Xankişiyev ona zəng edərək “gəl mənə dərman al” demiş, Sənanla birlikdə onun maşını ilə Asan xidmət mərkəzinin yaxınlığında babasının evinə getmiş və babasına məxsus “Vaz 2107” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə minib İmişli rayonuna qayıtmış, dayısı Sənan isə onu düşürdükdən sonra geri qayıtmış, sonra o, sürcülük vəsiqəsi və etibarnaməsi olmadan babası Tərlan Xankişiyevə məxsus “Vaz 2107” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayona getmiş, rayona gedərkən qohumu Şahid5 də onunla birlikdə avtomobildə olmuş, yolda dostu Mehmanı görüb onu da idarə etdiyi avtomobilə mindirmiş, geri qayıdan zaman təxminən 60-70 km/saat sürətlə hərəkət etmiş, aptekin qarşısında yolu 3 nəfər şəxsin keçdiyini görüb sürətini azaldaraq təxminən 40-50 km/saat sürətə salmış, bu vaxtı yolu keçən şəxslərdən birinin avtomobilin sol qanad hissəsinə təpiklə vurduğunu görüb təxminən 30 metr qarşıda avtomobili saxlamış, düşüb avtomobilə baxarkən həmin şəxsin ona yaxınlaşaraq “az qala məni vurmuşdun” demiş, həmin şəxsin qonşusu Şaiq olduğunu görmüş və başında qara papaq olduğu üçün onu əvvəl tanımamış, o, Şaiq və yanındakı şəxslərə “üzrlü sayın” desə də, Şaiqin yanında olan və sonradan tanıdığı Feyruz ona yaxınlaşaraq “bu nə hörmətsizlikdir edirsən” demiş, o da Feyruza təsəsdiyini desə də sonuncu onun avtomobilində sükanın arxasına əyləşmiş və ona “gəl otur yanıma” demiş, onun yanında oturmaq istəmədiyi üçün Feyruz eyni sözü təxminən 15 dəfə təkrarlamış, bu vaxtı Şaiq Feyruza “bu uşağı tanıyıram, lazım deyil, qan qaraçılıq lazım deyil, gəl gedək” demiş, ancaq Feyruz onun sözünə qulaq asmamış, sonra da ona “bu maşını işə sal gedək” demiş, o, əlindəki açarı avtomobilə taxmış, Feyruz açarı fırlatsa da avtomobil işə düşməmiş, buna görə də Feyruz onlara “bu avtomobil işə düşməyində heç yerə getməyəcəyik” demiş, Feyruz onları İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən köhnə qaz doldurma məntəqəsinin yanındakı “Qumluq” adlanan yerə aparmasını istəmiş, o əvvəl razılaşsa da sonra dostu Mehmanın Feyruzun gözü ilə yanındakı şəxslərə işarə etdiyini demiş, bundan sonra qorxduğu üçün avtomobili işə salmağa cəhd etdiyini onlara göstərsə də dayısı Sənana zəng edib bir neçə nəfər şəxsin avtomobili əlindən almaq istədiklərini, tez olduğu yerə gəlməsini demiş, Feyruz avtomobili işə sala bilmədikdə Şaiq açarı avtomobildən çıxararaq özündə saxlamış, təxminən 5 dəqiqə sonra Sənan ora gəlmiş, o gələn kimi Şaiqlə görüşmüş və avtomobilin açarını Şaiqdən almış, orada Sənan nə baş verdiyini soruşduqda Feyruz onun üstünə gəldi və “sən kimsən” deyə ona hədə-qorxu gəlmiş, o, Sənana avtomobili özünün saxlatdığını və yaxşı etdiyini demiş, Sənan Feyruza “sən nə danışırsan” dedikdə Feyruz onun sifət nahiyəsinə zərbə vurmuş, bu vaxtı Sənan müqavimətini itirməsə də Şaiq Feyruzun qolundan tutaraq “gəl gedək, lazım deyil” demiş, lakin Feyruz Şaiqə məhəl qoymayaraq onu kənara itələyib yenidən Sənanın sifət nahiyəsinə yumruqla zərbə vurmuş, bundan sonra dayısı Sənan avtomobilin yanına yıxılmış, bundan sonra Feyruz iki dəfə təpiklə də Sənanın sinəsindən vurmuş, həmin vaxtı Şaiq onu ayırmaq niyyəti ilə Feyruzu kənara çəkmiş, sonra çıxıb getmişlər. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, 19 mart 2024-cü il tarixdə, saat 16 radələrində İmişli şəhəri 7 saylı tam orta məktəbin qarşısında yerləşən "Sultan" marketdə olan zaman Nihad da oradan "Vaz2107" markalı maşınla oradan keçmiş, Nihadın yanında bir nəfər də yaşıdı olmuş, Nihad ona rayonda bir az işinin olduğunu və avtomobilin babasına məxsus olduğunu demiş, sonra ona maşınla gəzməyi təklif etmiş, o da razılaşmış və Nihadın yanında oturan uşaq keçib arxa oturacaqda, o isə qabaq oturacaqda əyləşmiş, birlikdə İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən X4rşısı ilə 60-70 km/saat sürətlə hərəkətdə olan zaman aptekin qarşısına çatanda yolu üç nəfər şəxsin keçdiyini, onlardan ikisinin yolu artıq keçdiyini, birinin isə keçmək üzrə olduğunu görmüş, Nihad həmin iki nəfərə çatan zaman sürəti 40-50 km\saat sürətə qədər azaltmış, ancaq yolu keçmək üzrə olan şəxsin yanından keçən zaman həmin şəxs çevrilib sürücü tərəfdən, yəni sol tərəfdən maşının qanad hissəsinə təpik vurmuş, Nihad oradan təxminən 30 metr sonra avtomobili kənara çəkib saxlamış və düşüb avtomobilə baxmış, bu vaxtı o da avtomobildən yerə düşmüş və avtomobilin qanad hissəsinin bir qədər içəri batdığını görmüş, bu zaman Şaiq onlara tərəf yaxınlaşmış və az qala avtomobilin onu vurduğunu demiş, Nihad ona “üzürlü sayın” desə də yolu keçən iki nəfərdən biri, yəni Feyruzun onlara yaxınlaşıb “bu nə hörmətsizlikdir edirsiz” deyə soruşmuş, Nihad tələsdiklərini desə də Feyruz maşına, sürücü oturacağına əyləşmiş və Nihada “gəl otur yanıma” demiş, o, təxminən bu sözü on beş dəfə təkrar etsə də Nihad avtomobildə oturmamış, bu vaxtı Şaiq Feyruza “bu uşağı tanıyıram, lazım deyil, qan qaraçılıq lazım deyil gəl gedək” demiş, amma Feyruz onun sözünə qulaq asmayaraq Nihada “bu maşını işə sal gedək” demiş, həmin vaxt maşının açarı Nihadda olmuş, Nihad açarı maşına salandan sonra Feyruz açarı fırlatsa da maşın işə düşməmiş və onlara “bu maşını işə salmayınca heç yerə getməyəcək” demiş, Feyruz onları aparıb İmişli şəhər T.İsmayılov küçəsində yerləşən, köhnə qaz doldurma məntəqəsinin yanındakı qumluq adlanan yerə aparmasını istəmiş, Feyruz onlara həmin yerdə düşəcəklərini və sonra geri qayıtmaqlarını demiş, sonra Feyruz orada gözü ilə yanındakı şəxslərə işarə etmiş, bu vaxtı qorxduqları üçün Nihad maşının ön kapot hissəsini açmış və maşını işə salmağa çalışdığını göstərsə de buna imkan verməmiş, sonra Nihad dayısı Sənana zəng etmiş və ona bir neçə nəfər şəxsin maşını əlindən aldığını deyib ora gəlməsini xahiş etmiş, bundan təxminən beş dəqiqə sonra dayısı Sənan ora gəlmiş, o, gələn kimi Şaiq ilə görüşmüş və maşının açarını ondan almış, Feyruz maşını işə sala bilməyəndə Şaiq açarı maşının üstündən çıxarmış və özündə saxlamış, dayısı gələndən sonra isə ona vermiş, sonra Sənan nə baş verdiyini soruşduqda Feyruz onun üstünə gəlmiş və ona “sən kimsən” demiş, o, Sənana maşını özünün saxlatdırdığını və yaxşı etdiyini demiş, Sənan ona “sən nə danışırsan” deyən zaman Feyruz qəfildən onun sol sifət nahiyyəsinə yumruqla zərbə vurmuş, bu zaman Sənan maşının yanına yıxılmış, mübahisənin təxminən əvvəldən sonra yarım saat çəkmişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, 19 mart 2024-cü il tarixdə, saat 15 radələrində sinif yoldaşı Nihad ilə İmişli şəhəri ərazisində piyada gəzən zaman Nihadın babası ona zəng edib dərmanlarını almasını demiş, sonra onlar Nihadın evinə birlikdə getmiş və Nihad babasının "Vaz2107" markalı maşınını götürüb birlikdə İmişli şəhəri 7 saylı tam orta məktəbin qarşısında yerləşən "Sultan marketin qarşısına gəlmiş, həmin vaxt Mehman adlı tanışları da orada olduğu üçün Nihad onu da maşınla götürmüş, sonra isə yaxınlıqdan Şəhriyar adlı sinif yoldaşlarını da maşına mindirmiş, maşında dörd nəfər birlikdə İmişli şəhəri T.İsmayılov küçəsi ilə, X4rşısı ilə maşında gələrkən avtomobili Nihad sürmüş, orada olan aptekin qarşısına çatanda yolu üç nəfər şəxsin keçdiyini, onlardan ikisinin yolu artıq keçdiyini, birinin isə keçmək üzrə olduğunu görmüş, Nihad həmin iki nəfərə çatan zaman sürəti azaltmış, lakin yolu keçmək üzrə olan şəxsin yanından keçən zaman o, çevrilib sürücü tərəfdən, yəni sol tərəfdən maşının krel hissəsinə təpik vurmuş, Nihad oradan təxmini 30 metr sonra maşını kənara çəkib saxlamış və düşüb maşına baxmış, o da avtomobildən aşağı düşmüş, avtomobilin qanad hissəsinin bir qədər içəri batdığını görmüş, bu zaman həmin şəxslərdən biri onlara tərəf yaxınlaşmış və Nihada “az qala məni vurmuşdun” demiş, Nihad da ona “üzürlü sayın” desə də bu vaxtı yolu keçən iki nəfərdən biri, yəni Feyruz adlı şəxs de onlara yaxınlaşıb “bu nə hörmətsizlikdir edirsiz” demiş, Nihad da tələsdiklərini desə də Feyruz maşında sürücü oturacağında əyləşmiş və Nihada “gəl otur yanıma” deyərək təxminən on beş dəfə bu sözü təkrarlamış, bu zaman Şaiq ona “bu uşağı tanıyıram, lazım deyil, qan qaraçılıq lazım deyil gəl gedək” desə də Feyruz onun sözünə qulaq asmamış və Nihada bu maşını “işə sal gedək” demiş, Nihad açarı maşına salmış və Feyruz açarı fırlatsa da mühərrik işə düşməmiş, o, nə qədər etsə maşın işə düşməmiş, sonra Feyruz Nihada maşınla onu evə düşürüb qayıtmasını, maşını işə salmayınca heç yerə getməyəcəyini demiş, Feyruz onları aparıb İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən köhnə qaz doldurma məntəqəsinin yanındakı “Qumluq” adlanan yerə aparmasını və sonra geri qayıtmalarını demiş, Feyruz onlara “bu uşaqlar da maşına minsin” desə də onlar maşına minməmiş, buna görə də Nihad maşının ön kapot hissəsini açmış və maşını işə salmağa çalışdığını göstərsə də buna imkan verməmiş, sonra Nihad dayısı Senana zəng etmiş, ona bir neçə nəfər şəxsin maşını əlindən almaq istədiyini və ora gəlməsini demiş, bundan təxminən beş dəqiqə sonra Sənan ora gəlmiş, o, gələn kimi Şaiq ilə görüşmüş və maşının açarını ondan almış, sonra Sənan nə baş verdiyini soruşduqda Feyruz onun üstünə gəlmiş və bir dəfə qəfildən yumruqla onun sol sifət nahiyyəsinə yumruqla zərbə vurmuş, bu zaman Sənan maşının yanına yıxılmış, baş vermiş mübahisə təxminən yarım saat çəkmiş, Feyruz Sənana bir dəfə yumruqla vurmuş ve Sənan yerə yıxılmış, sonra Şaiq onu tutub kənara çəkmiş və onlar çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində işin hallarına dair Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid7 Nuruddin oğlunun elan olunmuş ifadəsindən görünür ki, 19 mart 2024-cü il tarixdə axşam saat 16 radələrində İmişli rayonu, T.İsmayılov küçəsi, Dəmiryol xəstəxanasının yaxınlığında taksi sürdüyü Mercedes E 220 markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış, bu vaxtı Vaz 21 07 markalı avtomobil sürətlə üzü Zamin Bank ASC-nin İmişli Filalı istiqamətində hərəkət etdiyini və qəfil saxladığını görmüş, az sonra avtomobilin sürücüsü ilə Şaiq və Feyruzun mübahisə etdiyini görmüş, sürücü ilə mübahisə edən zaman müştəri gəldiyi üçün onu götürüb oradan uzaqlaşmış, sonra Zərərçəkmiş şəxs da ora gəldiyini və Feyruzun Sənana yumruqla vurub onu döydüyünü eşitmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 İmişli rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 157 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol haymor sinusunun, aşağı yan və ön divarlarının sol intraorbital kənara keçən basılmış qəlpəli sınıqları, sol almacıq qövsünün basılmış ikiqat sınığı, sol haymor sinusunda travmatik hemosinusit, sol orbitətrafı nahiyədə yumşaq toxumaların ödemi və həmin nahiyədə hematoma, sol ziqomatikofrontal sutunun travmatik aralanması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif səraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi, qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuramaya aid edilir. (i.v. 25-26); 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə İmişli RPŞ-nin əməkdaşları tərəfindən tutularaq Bakı şəhər Səbail RPİ-nin MSYnə təhvil verilmişdir. (i.v. 184); Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay 4 (dörd) gün müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. (i.v. 225-228); İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(036)-25/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 194.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması və CM-nin 194.1-ci maddəsi ilə 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması və 3000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. (i.v. 157-163); Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarilxi 1(099)-123/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhdum edilmiş, CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(036)-25/2019 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qaln hissəsi ilə qismən və cərimə cəzasının çəkilməmiş qalan hissəsi ilə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. (i.v. 249-254); İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki Təqsirləndirilən şəxs oğluna Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 360 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, cəzası xx.xx.2024-cü il tarixdə başa çatdığı üçün İmişli Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. (i.v. 234); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadələr və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), zərər çəkmiş şəxsin sağlamlığına vurduğu ziyanın əvəzini könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13) və əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qanunvericiliklə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməklə cinayətlərin residivini yaratmasını (CM-61.1.1) onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yengülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək mülki iddianın geri qaytarılmasılnı xahiş etdiyindən və mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 127.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 221.1-ci maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 4000 manat məbləğində maddi ziyanın alınıb verilməsi barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiası baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs 7 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-73/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-73/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver