Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-73/2025 04.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə İmişli rayonu Qızılkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, İmişli Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin Bölmə müdiri vəzifəsində işləyən, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən xx.xx.2021-ci il təvəllüdlü X7 02 mart 2025-ci il tarixdə saat 19:30 radələrində qohumları tərəfindən tibbi müayinə üçün xx.xx.2021-ci il tarixdən İmişli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Qaradonlu kəndindəki evinə gətirilmiş, tibb müəssisəsindən kənarda hər hansı bir müalicənin aparılmasının, habelə “Seftriaksion” dərman preparatının sınaq qoyulmadan inyeksiya edilməsinin yolverilməz olmasına baxmayaraq, Təqsirləndirilən şəxs onun müalicəsini yaşadığı evdə apararaq, “Seftriaksion” preparatını 4 ml lidokain və 6 ml inyeksiya suyuna qatıb, 10 ml həcmində həll etdikdən sonra 1,5 ml-ni sınaq qoymadan N.Qarayevanın əzələ daxilinə inyeksiya etməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 saylı əmrinin 24.1-ci bəndi ilə nəzərdə tutulan ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə dair tələblərini pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməklə cinayətkarcasına etinasızlıq edib dərman preparatının qüsurlu icrası nəticəsində X3 “Seftriaksion” dərman preparatının təsirindən baş vermiş anafilaktik şokdan ölümünə səbəb olaraq, onu ehtiyatsızlıqdan öldürmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, 1982-ci ildən İmişli Rayon Mərkəzi Xəstəxanasının Qaradonlu kənd xəstəxanasında uşaq həkimipediatr kimi fəaliyyətə başlamış, 2012-ci ildən isə İmişli Rayon Mərkəzi Xəstəxanasının Qaradonlu kənd xəstəxanasında baş həkim, təxminən 3 ilə yaxındır ki, İmişli Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə axşam saat 18:58 radələrində ona tanımadığı nömrədən zəng gəlsə də danışmamışdır, saat 19:15-də ona adını bilmədiyi lakin Yalavac kənd sakini kimi tanıdığı bir nəfər zəng edərək azyaşlı uşağın xəstə olduğunu və yanına gətirmək istədiklərini bildirmişdir. Təxminən 19:30-20 radələrində həmin adını bilmədiyi şəxs, arvadı və qızı ilə birlikdə gələrək sonradan adının X3 olduğunu bildiyi təxminən 3-4 yaşlı qız nəvəsini yanına gətirmişdir. Adını bilmədiyi anası ona Nurgülün ertədən qızdırması olduğunu, Nurgülə analgin dimidrol vurulduğunu bildirmiş və Nurgülə həkim kimi baxmağını məsləhət bilmişlər. O, həmin vaxt Nurgülə baxdıqda Nurgülün ürək döyüntülərinin sayının çox olduğunu, ürəyində zəiflik olduğunu, boğazında irinli şəkildə xroniki tonzillit (foluklyar angena) olduğunu müşahidə etmiş və uşaqda olan həmin ürək döyüntülərinin çoxluğunu boğazında olan çirklə əlaqələndirmiş, hətta ailə üzvlərinə gələcəkdə uşağın boğazını əməliyyat etmələrini məsləhət bilmişdir. Həmçinin azyaşlıya boğaz həkiminin baxdığını və boğazının kəsilməli olduğunu ailə üzləri ona demişlər. X10 boğazda soyuqdəymə olduğundan və həmin gün əvvəl saatlarında qızdırması olduğundan, analgin dimidrolun qabaqlayıcı tədbir kimi qızdırmanı aşağı salmaq üçün vurulduğunu nəzərə alıb, azyaşlı Nurgülə seftriakson vurmaq qərarına gəlmişdir. Azyaşlı Nurgülün valideynindən əvvəllər uşağa seftriakson vurulubvurulmamasını soruşmuş, bu zaman azyaşlının anası uşağa əvvəllər sefrtaksion vurulduğunu bildirdiyi üçün o, seftraksion paraşokunu, 4 ml lidokain və 6 ml suya qatıb, 10 ml həcmində həll edərək, ondan 1,5 ml həcmində azyaşlının yanına, yəni əzələ daxilinə vurmuşdur. İynəni vurandan təxminən 3-5 dəqiqə vaxt keçmişdir ki, uşaqda öyümə baş vermiş və uşaq qusmuşdur. Uşaqda öyümə və qusma olduğundan, düzəlməsi üçün dərhal 1 ml həcmdə dimidrol, 1 ml dekzametazon, 0,4 ml həcmdə isə adrenalini yanına, yəni əzələ daxilinə vurmuş, 0,7 ml kofeini isə azyaşlının qoluna, yəni dərialtına vurmuşdur. Azyaşlıda getdikcə solğunlaşma, avazıma, dərisinin, dodaqlarının və dodaq ətrafının göyərdiyini, ürək döyüntülərinin sayının azaldığını, tənəffüsün zəiflədiyini müşahidə etmişdir. Həmin vaxt azyaşlının valideynləri təşviş halında azyaşlını götürüb təcili çıxıb təcili tibbi yardım şöbəsinə müraciət etmək üçün getmiş, lakin onların dəqiq hara getdiklərini bilməmişdir. Bundan sonra azyaşlının ailəsi ilə əlaqə saxlamaq istəsə də əlaqə saxlaya bilməmişdir. Azyaşlının valideynindən soruşduqda anası ona uşağa əvvəllər seftraksion vurduğuqlarını dediyindən, o prob qoyulmadan uşağa təxminən 1,5 ml həcmində seftraksion vurmuşdur. Seftraksionu, lidokoin və ineksiya suyuna qataraq azyaşlıya probsuz vurmuş, həmin vaxt da uşaqda reaksiya getmişdir. Azyaşlı Nurgülün anası ona əvvəlcədən də uşağa seftraksion vurulduğunu dediyi üçün, o rahat olub prob qoymadan azyaşlıya seftraksion antibiotikini vurmuşdur, bu isə uşaqda əks reaksiya verdiyi üçün uşağın səhhəti 3-5 dəqiqə ərzində pisləşmiş və uşağın ailə üzvləri uşağı götürərək təcili tibbi yardıma aparmaq məqsədi ilə onun yaşadığı evi tərk etmişlər. O, azyaşlı uşağa axıra kimi yardım göstərə bilməmişdir. Sonda Təqsirləndirilən şəxs izahatında bildirdi ki, özünü günahkar hesab etmir. Uşağın yaxınları icazə vermədiyindən uşağa sona kimi yardım edə bilməmişdir. Uşağa yardım etsə idi, vəziyyət fərqli ola bilərdi. Bundan əlavə, uşaq xəstəxanaya çatdırılarkən yaxınlarının bildirdiyinə görə yaşayırdı və uşaq xəstəxanada ölmüşdür. Onun yanından gedərkən uşağın həyat əlamətləri var idi. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasına dəvət edilərək, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirmişdir ki, 02 mart 2025-ci il tarixdə ailə üzvləri, yəni həyat yoldaşı Nərminə, övladları Uğur və Nurgül, eləcə də o evdə olmuşlar, atası da evin həyətində heyvanlara baxmışdır. Qızı Nurgülün saat 12 radələrində +38C temperatur yüksəkliyi ilə (qızdırması) olduğu üçün həyat yoldaşı Nərminə Nurgülə “Nurafen” qızdırma salan dərman vermiş, bundan sonra Nurgülün səhhəti yaxşılaşmış, yəməyini yeyib içdikdən sonra yatıb durmuşdur. Saat 17:50 radələrində Nurgülün evdə oynadığı vaxt qəflətən üşüdüyünü deyib əsməcə olduğunu görmüş, həyat yoldaşı Nərminə qızdırmasını ölçmüş və Nurgülün +38C qızdırması olması müəyyən edilmişdir. Həmin vaxt o evdə olsa da, su çiçəyi xəstəliyi keçirdiyi üçün uşaqlardan uzaq gəzmiş, hətta Nərminə qonşuluqda yaşayan əmisi gəlini Tünzaləni uşağa baxması üçün çağırmış, Tünzalə gəlib uşağa baxdıqdan sonra ona aid olmadığını və xəstəxanaya uşağı aparıb yoxlatdırmaq lazım olduğunu bildirmişdir. Bundan sonra Nərminə anası və atasına bu barədə məlumat vermiş və onlar gəldikdən sonra qaynanası Şahid2 və qaynatası Şahid3 sonuncunun öz avtomobili ilə Nərminəni və qızı Nurgülü xəstəxanaya aparmışlar. Həmin vaxt o, su çiçəyi xəstəliyi tutduğu üçün evdə digər oğlu ilə birlikdə qalmışdır. Bundan sonra Nərminə ilə əlaqə saxladıqda, həkimin xəstəxanada olmadığını və tibb bacısı tərəfindən qızı Nurgülə həkimin göstərişi əsasında qızdırma salan iynə vurulduğunu Nərminə ona bildirsə də, o, Nərminəyə qızını Ümüdəli həkimin yanına aparmalarını və Ümüdəli həkimin qızına baxmasını istədiyini bildirmişdir. Bundan sonra axşam saat 20 radələrində arvadı Nərminə telefonla zəng edərək, Nurgülün şoka düşdüyünü bildirdiyi üçün o təcili Qaradonlu kəndinə getmiş, lakin ora çatdıqda qızının xəstəxanaya aparılması ona məlum olmuş, xəstəxanaya gəldikdə isə Nərminə ona Ümüdəli həkimin qızı Nurgülə heç bir prob qoymadan əzələ daxilinə seftriakson antibiotik dərmanını vurduğunu bildirmişdir. Bundan sonra həkimlər və tibb işçiləri tərəfindən qızına tibbi yardımlar edilsə də, qızının artıq öldüyü ona məlum olmuşdur. Bundan sonra da Nurgülün meyiti daxili müayinə edilmişdir. Ümüdəli həkimin qızını müayinə edərkən düzgün tibbi yardım göstərmədiyindən, azyaşlı uşağa prob qoymadan antibiotik vurduğundan qızı Nurgülün şok vəziyyətinə düşmüş və nəticədə ölmüşdür. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmə iclasında əlavə olaraq bildirdi ki, qızının ölümü həkim səhlənkarlığı ucbatından baş vermişdir. Hesab edir ki, hazırki cinayət işi üzrə Ümüdəli həkimlə yanaşı İmişli Rayon Mərkəzi Xəstəxanasının həkimi Şahid5 da təqsirlidir. Belə ki, ailə üzvləri xəstəxanaya gedərkən Səbuhi həkim işdə olmamış, telefon vasitəsilə tibb bacısına göstərişlər vermişdir. Həkim xəstəxanada olmadığından məcbur olub Ümüdəli həkimin yanına getmişdirlər. Təqdim olunmuş sənədlərdə qızının həkimə çatdırılana qədər öldüyü qeyd edilsə də, qızı xəstəxanaya çatdırılarkən sağ olmuşdur və xəstəxanada ona tibbi yardım göstərmək üçün dərman prepatları aldırmışlar, buna baxmayaraq lazımı tibbi yardım göstərilməmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır və iş üzrə ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 02 mart 2025-ci il tarixdə ailə üzvləri, yəni əri İbrahim, övladları Uğur və Nurgüllə evdə olmuş, qaynatası da evin həyətində heyvanlara baxmışdır. Qızı Nurgülün saat 12 radələrində +38C temperatur yüksəkliyi (qızdırması) olduğunu bilmiş və Nurgülə “Nurafen” qızdırma salan dərman vermişdir. Bundan sonra Nurgülün səhhəti yaxşılaşmış, Nurgül yeməyini yeyib içdikdən sonra yatıb durmuş, saat 17:50 radələrində Nurgül evdə oynadığı vaxt qəflətən üşüdüyünü demişdir. O da Nurgülün əsməcəsi olduğunu görmüş, qızdırmasını ölçəndə onun +38C qızdırması olmasını bilmişdir. Həmin vaxt evdə olan su çiçəyi xəstəliyinə görə uşaqlardan uzaq gəzən həyat yoldaşı İbrahimə bu barədə məlumat vermiş, İbrahim də aşağı düşmüş və uşağın qızdırması olduğunu görüb qonşuluqda yaşayan əmisi qızı Tünzaləyə uşağa baxması üçün çağırmış, Tünzalə gəlib uşağa baxdıqdan sonra ona aid olmadığını və xəstəxanaya uşağı aparıb yoxlatdırmaq lazım olduğunu bildirmişdir. Bundan sonra anası və atasına bu barədə məlumat vermiş, atası və anasıda da gəldikdən sonra anası Şahid2 və atası Şahid3 sonuncunun öz avtomobili ilə gələrək onu və qızı Nurgülü xəstəxanaya aparmışlar. Onlar xəstəxanaya saat 18:40 radələrində çatmışlar, uşaq şöbəsinə yaxınlaşmışlar. Orada tibb bacısı Səadət onları qarşılamış, tibb bacısından həkimin yerində olub-olmamasını soruşmuş, tibb bacısı isə həkimin yerində olmadığını onlara bildirmişdir. Bu zaman atası öz telefon nömrəsi ilə Səbuhi həkimə zəng edərək həkimdən Nurgülün qızdırması olduğunu deyib dəfələrlə xəstəxanaya gəlib uşağa baxmasını xahiş etsələr də, həkim xəstəxanaya gəlməmişdir. Lakin telefonla tibb bacısı Səadətə öz göstərişlərini və məsləhətlərini vermişdir. Səadət uşağın qızdırmasını ölçmüş, bu zaman Nurgüldə demək olar ki, +40C qızdırma olmasını müəyyən etmiş və həkimin məsləhətinə əsasən Nurgülə əzələ daxilinə analgin, dimidrol və novokain qarışdırıb vurmuşdur. Bundan sonra təxminən saat 19:30 radələrinə kimi uşağın qızdırmasının düşməsini gözləmişlər və uşağın qızdırması düşdüyü üçün xəstəxanadan çıxmışlar, həmin müddət ərzində isə həkim xəstəxananın uşaq şöbəsinə gəlməmişdir. Bundan sonra həyat yoldaşı ilə məsləhət edib əvvəllər də yanına uşağı aparıb göstərdiyi Ümüdəli həkimin yanına getmək qərarına gəldiklərindən, uşağın qızdırması ölçülən vaxt Ümüdəli həkimə anasının ***-***-**-** saylı mobil telefon nömrəsi ilə zəng etsələr də, Ümüdəli həkim telefona cavab vermədiyindən, xəstəxanadan çıxdıqdan sonra yenidən əri ilə məsləhət edib anasının telefon nömrəsi ilə Ümüdəli həkimin mobil telefon nömrəsinə təkrar zəng etmişlər, Ümüdəli həkim telefona cavab vermiş, Ümüdəli həkimə Yalavac kəndindən olduqlarını və uşağın qızdırması olduğunu deyib uşağı Ümüdəli həkimə göstərmək istədiklərini bildirmişlər. Ümüdəli həkim isə saat 20:00-da gəlmələrini bildirib, hazırda işi olduğunu demişdir. Atasının təklifi ilə anası, o və Nurgül birlikdə atasının avtomobili ilə Ümüdəli həkimin İmişli rayonu Qaradonlu kəndində yerləşən evinə getmişlər. Saat 20:00-da onlar Ümüdəli həkimin evinə çatmış və evə daxil olmuşlar. O gün ərzində uşağa nə yardım olunduğunu və uşaqda hansı dəyişikliklər baş verdiyi barədə həkimə məlumat vermişdir. Həkim Nurgülün ürəyini, kürəyini, ciyərlərini fanendoskopla yoxlamış, uşağın boğazını açıb boğazına baxmış və uşağın boğazının irinli olduğunu demiş, hətta boğazında artıq ət olduğunu demiş, o da həkimə əvvəlcədən uşağın boğazını yoxlatdırdığını və burnunda da artıq əti olduğunu, lakin yaz aylarında kəsdirəcəyini demişdir. Həkimin deməsinə görə uşaqda boğazda irin olduğu üçün uşağa antibiotik vurulmalı olduğunu deyib, dərmanların içərisindən seftraksion bakteriya əleyhinə olan paraşoku götürüb yadında qalmayan şprisə əlavə edib uşağa vurmaq istəmişdir. Bu zaman o, həkimə seftraksionu vurmamışdan əvvəl prob qoyub yoxlamasını bir neçə dəfə xahiş etmiş, həkim isə əvvəlcədən vurulduğunu deyib narahat olmamağını bildirmişdir. O həkimə antibiotikin çoxdan vurulduğunu desə də, həkim ona narahat olmamağını deyib sözlərinə məhəl qoymadan və uşağa prob qoymadan azşyaşlı uşağa əzələ daxilinə miqdarı yadında qalmayan qədər iynəni vurmuşdur. O, Nurgülün şalvarını geyindirib ayağa durğuzmaq istədikdə, heç 10-15 saniyə keçmişdir ki, Nurgüldə qusma baş vermişdir. Nurgülün ağzını otaqda olan krantda su ilə yumuş, yuyub qurtaran kimi də uşaq onun qucağında özündən getmiş və uşağın rəngi göyərməyə başlamışdır. O dərhal uşağın vəziyyətinin pis olduğunu görüb uşağı təcili xəstəxanaya aparmaq istəmiş, bu zaman həkim ona uşağı aparmamağını və uşağa yardım etmək istədiyini deyib, qısa müddət ərzində uşağa iynələr vurmuş, lakin həkimin vurduğu iynələrin nə olduğunu bilməmişdir. Uşağın düzəlmədiyini görüb təcili olaraq Nurgülü xəstəxanaya aparmışlar. Xəstəxanaya uşağı verdikdən sonra onları bayıra çıxarmışlar və uşağın yanında olmalarına imkan verilməmişdir. Təxminən 1-2 saat uşağa tibbi yardım göstərilsə də, sonradan Nurgülün öldüyünü bildirmişlər. Ümüdəli həkimə prob qoymasını desə də həkim onun sözünə məhəl qoymadan azyaşlı qızına antibiotik vurduğu üçün qızında əks reaksiya getmiş və nəticədə qızı Nurgül vəfat etmişdir. X16 həkimin evindən xəstəxanaya atasının avtomobili aparmış, həmin vaxt qızı xırıldamış və hərəkətsiz halda olmuş, gözləri açıq, rəngi ağappaq olmuşdur, nəfəsinin isə çox çətinliklə xırıltı ilə gəldiyini hiss etmişdir. Nurgül heç bir xəstəlikdən əziyyət çəkməmiş, yalnız soyuqdəymələri olduğu vaxt Nurgülə müvafiq köməklik edilmiş, başqa heç bir xəstəliyi olmamışdır. Ümüdəli həkimin ehtiyatsız davranması nəticəsində onun qızı vəfat etmiş, həkimin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İmişli Rayon Mərkəzi Xəstəxanasının həkimi Şahid5 da qızının ölümündə təqsirlidir. Belə ki, xəstəxanaya gedərkən Səbuhi həkim işdə olmamış, telefon vasitəsilə tibb bacısına göstərişlər vermişdir. Həkim xəstəxanada olmadığından məcbur olub Ümüdəli həkimin yanına getmişdirlər. Qızı xəstəxanaya çatdırılarkən sağ olmuşdur və xəstəxanada ona lazımı tibbi yardım göstərilməmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 02 mart 2025-ci il tarixdə saat 17:30 radələrində qızı Nərminə ona zəng edərək nəvəsi Nurgülün qızdırması olduğunu, əsdiyini, +38C dərəcə temperaturu olduğunu, hətta qızdırma salmaq üçün 5 ml nurafen verdiyini, onun əri Etibarla birlikdə qızıgilə gedərək Nurgülü xəstəxanaya aparmalarını xahiş etmişdir. Saat 17:45 radələrində ərinə məxsus VAZ 2107 markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qızı yaşadığı İmişli rayonu Yalavac kəndinə getmişlər. Qızı nəvəsi Nurgülü əvvəlcədən geyindirib hazırladığı üçün heç beş dəqiqə çəkməmişdir ki, onlar qızıgili avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Saat təxminən 18:15 radələrində xəstəxanada olmuşlar və uşaq şöbəsinə yaxınlaşıb həkimi soruşmuşlar, həmin vaxt Səadət adında tibb bacısı nəvəsi Nurgülün qızdırmasını ölçmüş və demək olar ki +40C dərəcə qızdırması olduğunu demişdir. O, tibb bacısı Səadətdən həkimin nömrəsini almış və saat 18:43-də əri Etibara məxsus ***-***-**- ** saylı mobil telefon nömrəsindən Səbuhi həkimin ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək həkimlə telefonla o danışmışdır. Həkimə nəvəsinin qızdırması olduğunu, bir tərəfi üstə əsdiyini və gəlib uşağa baxmasını xahiş etdikdə, həkim telefonu tibb bacısına vermələrini bildirmiş, tibb bacısı ilə telefonla danışmışdır, bundan sonra tibb bacısı yenidən uşağın qızdırmasını ölçüb bu barədə həkimə bildirmişdir. Həkimin sözü ilə tibb bacısı Nurgülə analgin dimidrol və novakin qarışdırıb yanından əzələ daxilinə vurmuşdur. Təxminən 5-10 dəqiqə keçdikdən sonra nəvəsi özünə gəlmiş, hətta əsməsi də düzəlmişdir. Həmin vaxt həkim xəstəxanaya gəlmədiyi üçün qızı öz əri İbrahimlə telefonla danışarkən İbrahim qızına Nurgülü əvvəllər də yanına getdikləri Ümüdəli həkimin yanına aparmalarını və Ümüdəli həkimin də Nurgülə baxmasını bildirmişdir. Qızı, onun ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Ümüdəli həkimin yadında qalmayan nömrəsi ilə danışmaq üçün zəng vursa da, həkim ilk dəfə telefona cavab verməmişdir. Həmin vaxt onlar xəstəxanada olmuşlar. Bundan sonra, o, qızı, nəvəsi və əri gəldikləri avtomobilə tərəf getmişlər. Orada o aptekə getmiş, qızı və nəvə isə babası Etibarla birlikdə mağazaya girmişlər. Saat 19:15-də o yenidən Ümüdəli həkimin mobil telefonuna zəng etdikdə həkim telefonu açdıqda, qızı həkimə yanına getmək istədiklərini və qızına baxmaq lazım olduğunu dedikdə, həkim qızına saat 20:00-da gəlmələrini bildirmişdir. Onlar qızı, əri və nəvəsi ilə birlikdə hamısı Qaradonlu kəndinə Ümüdəli həkimin yaşadığı evə getmiş, saat 19:50 radələrində həkimin yaşadığı evə çatmışlar, həmin vaxt Ümüdəli həkimin yanında başqa xəstə olmuş, onlar təxminən 10-15 dəqiqə həkimi gözləmişlər. Həmin vaxt Nurgülün vəziyyəti yaxşı olmuş, səhhəti normal olmuşdur. Qızdırması da olmamış, hətta mağazadan aldıqları kökəni yemişdir. Həkimin xəstəsi çıxdıqdan sonra onlar hamısı həkimin evinə daxil olmuş, qızı gün ərzində uşağa nə yardım olunduğunu və uşaqda hansı dəyişikliklər baş verdiyi, eləcə də xəstəxanada uşağa vurulan iynə barədə həkimə məlumat vermişdir. Həkim Nurgülün ürəyini, kürəyini, ciyərlərini fanendoskopla yoxlamış, uşağın boğazını açıb boğazına baxmış və uşağın boğazının irinli olduğunu, hətta boğazında artıq ət olduğunu demişdir, qızı da həkimə əvvəlcədən uşağın boğazını yoxlatdırdığını və burnunda da artıq əti olduğunu, lakin yaz aylarında kəsdirəcəyini demişdir. Həkimin deməsinə görə uşaqda boğazda irin olduğu üçün uşağa antibiotik vurulmalı olduğunu deyib, dərmanların içərisindən seftriaksion bakteriya əleyhinə olan paraşoku götürüb yadında qalmayan şprisə əlavə edib uşağa vurmaq istəmişdir. Qızı və əri Etibar uşağa iynə vurmamasını xahiş etmiş, hətta qızı həkimə seftraksionu vurmamışdan əvvəl prob qoyub yoxlaması üçün yalvarmış, çünki uşağa antibiotik çoxdan vurulmuşdur. Həkim isə əvvəlcədən uşağa antibiotik vurulduğunu deyib narahat olmamalarını bildirmiş, qızı həkimə antibiotikin çoxdan vurulduğunu desə də, həkim yenə narahat olmamalarını deyib sözlərinə məhəl qoymadan və uşağa prob qoymadan azyaşlı Nurgülə əzələ daxilinə miqdarı yadında qalmayan qədər iynəni vurmuşdur. X15 şalvarını geyindirib ayağa durğuzmaq istədikdə, heç 5-10 saniyə keçməmişdir ki, Nurgüldə qusma baş vermiş, Nərminə Nurgülün ağzını otaqda olan krantda su ilə qızı yumuş, yuyub qurtaran kimi də uşaq qızının qucağında özündən getmiş və uşağın rəngi göyərməyə başlamışdır. O və əri uşağın ağzını açıb baxmışlar ki, ola bilər dili qatlansın, amma qatlanmamışdır. Onlar qışqırıb uşaq öldü deyib həkimdən kömək etməyini istəmişlər. Həkim uşağı ayıltmaqdan ötrü 1 dənə qolundan, 2 dəfə isə əzələ daxili iynə vuraraq Nurgülə tibbi yardım etmək istəsə də, iynələrin heç bir xeyri olmamışdır. Həmin iynələrin nə olduğunu bilməmişdir. Nəvəsinin halının pisləşdiyini görüb təcili olaraq nəvəsini avtomobilə əyləşdirib xəstəxanaya gətirmişlər. Həmin vaxt uşağın halının pisləşdiyini görüb dərhal uşağı xəstəxanaya aparsalar da, uşağın vəziyyəti ilə əlaqədar saat neçə olduğunu bilməmişdir. Xəstəxananın Acil şöbəsinə uşağı verdikdən sonra onu bayıra çıxarmışlar və uşağın yanında olmağına imkan verməmişlər. Həmin vaxt əri Etibar nəvəsinin yanında olmuşdur. Lakin o dəhlizdə gözləmiş, həkimlər tərəfindən nə qədər yardım olunsa da, hətta babası Etibarın deməsinə görə uşağı 2 dəfə özünə gətirsələr də, yenə də azyaşlı Nurgül vəfat etmişdir. Nurgülün artıq vəfat etdiyini deyib onlara təhvil verdikləri üçün nəvəsinin meyitini evə aparmışlar, orada əri Etibar uşaqda nəfəs olduğunu deyib, təcili tibbi yardıma zəng etmiş və yenidən təcili tibbi yardımla uşağı xəstəxanaya qaytarmışlar. Həkimlər uşağa baxsalarda və uşağa yardım etsələr də, sonda onlara azyaşlı nəvəsinin öldüyünü demişlər. Bundan sonra nəvəsinin meyiti meyitxanaya yerləşdirilmiş və meyitin daxili müayinəsi aparılmışdır. 02 mart 2025-ci il tarixdə əri və qızı Ümüdəli həkimə prob qoyduqdan sonra antibiotik vurmasını xahiş etsələr də, həkim deyilən sözlərə məhəl qoymadan azyaşlı nəvəsinə antibiotik vurmuşdur, bu isə nəvəsində əks reaksiya yaratmış və nəticədə nəvəsi Nurgül vəfat etmişdir. Nurgül heç bir xəstəlikdən əziyyət çəkməmiş, boğazında artıq ət olub və yalnız soyuqdəymələri olduğu vaxt Nurgülə müvafiq köməklik edilmiş, başqa heç bir xəstəliyi olmamışdır. Həkimin ağır formada cinayət məsuliyyətinə cəlb edilməsini xahiş və tələb etmişdir. Nəvəsini həkimin evindən xəstəxanaya ərinin avtomobili ilə aparmışlar, həmin vaxt nəvəsi xırıldamış və nəfəs almış, gözləri açıq olmuş, rəngi ağappaq olmuş, nəfəsinin isə çox çətinliklə xırıltı ilə gəldiyini hiss etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 02 mart 2025-ci il tarixdə saat 17:30 radələrində qızı Nərminə anası Zahidəyə zəng edərək nəvəsi Nurgülün qızdırması olduğunu, əsdiyini, 38 dərəcə temperaturu olduğunu, hətta qızdırma salmaq üçün 5 ml nurafen verdiyini, Nurgülü həkimə aparmaq lazım olduğunu, bu səbəbdən onunla birlikdə qızıgilə gedərək Nurgülü xəstəxanaya aparmaqlarını xahiş etmişdir. Saat 17:45 radələrində ona məxsus “VAZ-2107” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qızının yaşadığı İmişli rayonu Yalavac kəndinə getmişlər. Qızı nəvəsi Nurgülü əvvəlcədən geyindirib hazırladığı üçün heç beş dəqiqə çəkməmişdir ki, onlar qızını və nəvəsini avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Saat təxminən 18:15 radələrində xəstəxanada olmuşlar və uşaq şöbəsinə yaxınlaşıb həkimi soruşmuşlar, həmin vaxt Səadət adında tibb bacısı nəvəsi Nurgülün qızdırmasını ölçmüş və onlara demək olar ki +40C dərəcə qızdırması olduğunu demişdir. Arvadı Zahidə tibb bacısı Səadətdən həkimin nömrəsini almış və saat 18:43-də ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Səbuhi həkimin ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək həkimlə telefonla danışmışdır. Arvadı Zahidə həkimə nəvəsinin qızdırması olduğunu, bir tərəfi üstə əsdiyini və gəlib uşağa baxmasını xahiş etdikdə, həkim telefonu tibb bacısına verməyini bildirib tibb bacısı ilə telefonla danışmış, bundan sonra tibb bacısı yenidən uşağın qızdırmasını ölçüb bu barədə həkimə bildirmişdir. Həkimin sözü ilə tibb bacısı Nurgülə analgin dimidrol və novakin qarışdırıb əzələ daxilinə vurmuşdur. Təxminən 5-10 dəqiqə keçdikdən sonra nəvəsi özünə gəlmiş, hətta əsməsi də düzəlmişdir. Həmin vaxt həkim xəstəxanaya gəlmədiyi üçün qızı öz əri İbrahimlə telefonla danışarkən İbrahim qızına Nurgülü əvvəllər də yanına getdikləri Ümüdəli həkimin yanına aparmaqlarını və Ümüdəli həkimində Nurgülə baxmasını bildirmişdir. Qızı arvadı Zahidənin ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Ümüdəli həkimin yadında qalmayan nömrəsi ilə danışmaq üçün zəng vursa da, həkim ilk dəfə telefona cavab verməmişdir. Həmin vaxt onlar xəstəxanada olmuşlar. Bundan sonra, o, qızı, nəvəsi və arvadı gəldikləri avtomobilə tərəf getmişlər. Orada arvadı aptekə getmiş, qızı və nəvəsi isə onunla birlikdə mağazaya girmişlər. Nurgülə kökə və şirə aldıqdan sonra mağazadan çıxmışlar. Saat 19:15-də arvadının telefonu ilə yenidən Ümüdəli həkimin mobil telefonuna zəng etdikdə həkim telefonu açmışdır, qızı həkimə yanına getmək istədiklərini və azyaşlı Nurgülə baxmaq lazım olduğunu dedikdə, həkim qızına saat 20:00 da gəlmələrini bildirmişdir. Onlar qızı, arvadı və nəvəsi lə birlikdə hamısı Qaradonlu kəndinə Ümüdəli həkimin yaşadığı evə getmişlər, saat 19:50 radələrində həkimin yaşadığı evə çatmışlar, həmin vaxt Ümüdəli həkimin yanında başqa xəstə olmuş, onlar təxminən 10-15 dəqiqə həkimi gözləmişlər. Həmin vaxt Nurgülün vəziyyəti yaxşı olmuş, səhhəti normal olmuş, qızdırması da olmamış, hətta mağazadan aldıqları kökəni yemişdir. Həkimin xəstəsi çıxdıqdan sonra onlar hamısı həkimin evinə daxil olmuşlar. Qızı gün ərzində uşağa nə yardım olunduğunu və uşaqda hansı dəyişikliklər baş verdiyi, eləcə də xəstəxanada uşağa vurulan iynə barədə həkimə məlumat vermişdir. Həkim Nurgülün ürəyini, kürəyini, ciyərlərini fanendoskopla yoxlamış, uşağın boğazını açıb boğazına baxmış və uşağın boğazının irinli olduğunu demiş, hətta boğazında artıq ət olduğunu demiş, qızı da həkimə əvvəlcədən uşağın boğazını yoxlatdırdığını və burnunda da artıq əti olduğunu, lakin yaz aylarında kəsdirəcəyini demişdir. Həkimin deməsinə görə uşaqda boğazda irin olduğu üçün uşağa antibiotik vurulmalı olduğunu deyib, dərmanların içərisindən sefraksion bakteriya əleyhinə olan paraşoku götürüb yadında qalmayan şprisə əlavə edib uşağa vurmaq istəmişdir. Qızı və o həkimdən xahiş etmişlər ki, uşağa iynə vurmasın. Hətta qızı həkimə yalvarmışdır ki, seftraksionu vurmamışdan əvvəl prob qoyub yoxlasın, çünki uşağa antibiotik çoxdan vurulmuşdur. Həkim isə əvvəlcədən uşağa antibiotik vurulduğunu deyib narahat olmamalarını bildirmişdir. Qızı həkimə antibiotikin çoxdan vurulduğunu desə də, həkim yenə narahat olmamalarını deyib onların sözlərinə məhəl qoymadan və uşağa prob qoymadan azyaşlı Nurgülə əzələ daxilinə miqdarı yadında qalmayan qədər iynəni vurmuşdur. Qızı Nurgülün şalvarını geyindirib ayağa durğuzmaq istədikdə, heç 5-10 saniyə keçmiş Nurgüldə qusma olmuş, Nurgülün ağzını otaqda olan krantda su ilə qızı Nərminə yumuş, yuyub qurtaran kimi də uşaq qızının qucağında özündən getmiş və uşağın rəngi göyərməyə başlamışdır. O və arvadı uşağın ağzını açıb baxmışlar ki, ola bilər dili qatlansın, lakin uşağın dili qatlanmamışdır. Onlar qışqırıb uşaq öldü deyib həkimə kömək etməyini istəmişlər. Həkim uşağı ayıltmaqdan ötrü 1, dənə qolundan, 1 dəfə isə əzələ daxili iynə vuraraq Nurgülə tibbi yardım etmək istəsə də, iynələrin heç bir xeyri olmamışdır. İlkin izahatında 3 dəfə iynə vurmasını göstərsə də, azyaşlının ayıltmağı üçün cəmi 2 dəfə iynə vurmuşdur. Həmin iynələrin nə olduğunu bilməmişdir. Nəvəsinin halının pisləşdiyini görüb təcili olaraq uşağı avtomobilə əyləşdirib xəstəxanaya gətirmişlər. Həmin vaxt uşağın halının pisləşdiyini görüb dərhal uşağı xəstəxanaya aparsalar da, uşağın vəziyyəti ilə əlaqədar saat neçə olduğunu bilməmişdir. Xəstəxananın Acil şöbəsinə uşağı vermiş və o da uşağın yanında dayanmışdır. Həkimlər yardım göstərmişlər və 2 dəfə Nurgülün geri qayıtdığını desələr də, Nurgülün yenidən halı pisləşmişdir və vəfat etmişdir. Şikayəti Ümüdəli və Səbuhi həkimdəndir. Həkimlərin ağır formada cinayət məsuliyyətinə cəlb edilməsini xahiş və tələb etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş X6 bildirmişdir ki xx.xx.2025-ci il tarixdə saat 18:56-da xx.xx.2021-ci il təvəllüdlü İmişli rayonu Yalavac kənd sakini X7 anası Nərminə, nənəsi və babası tərəfindən uşaq şöbəsinə +39,5C temperatur yüksəkliyi və halsızlıq diaqnozu ilə daxil olmuşdur. Anası Nərminə ona uşağa 5,0 ml nurafen verdiyini, lakin azyaşlının qızdırmasının düşmədiyini demişdir. Həmin vaxt şöbədə həkim olmadığından, onun tərəfindən Səbuhi həkimin mobil nömrəsi Nurgülün ailə üzvlərinə verilmiş, Nurgülün ailəsi Səbuhi həkimlə danışdıqda, həkim ona azyaşlı Nurgülə 1,0 ml analgin, 0,6 ml dimidrol və 1,0 ml novokain dərmanını qarışdıraraq əzələ daxilinə vurmağı məsləhət bildiyi üçün, onun tərəfindən həkimin göstərişi icra edilmişdir. Xəstənin anası uşağı aparmaq istəsə də, onun təklifi ilə azyaşlı uşaq təxminən 1 saata yaxın müddət ərzində xəstəxananın uşaq şöbəsində qalmış, hətta o uşağın ailəsinə həkimi gözləmələrini təklif etsə də, uşağın ailəsi gözləməyəcəklərini bildirib, uşağı Ümüdəli həkimin yanına aparacaqlarını bildirmişlər. Bundan sonra axşam saat 22 radələrində həmin azyaşlı qız uşağının vəfat etdiyini eşitmişdir. Uşaq yüksək qızdırma ilə xəstəxananın uşaq şöbəsinə saat 18:56-da daxil olsa da, uşağa həkim məsləhəti ilə iynə vurulduqdan bir müddət sonra uşağın səhhəti stabilləşmiş, qızdırması da düşmüşdür. X9 ailə üzvləri tərəfindən nə üçün Ümüdəli həkimin yanına getmək istmələri barədə dəqiq məlumatı yoxdur, ola bilsin ki əvvəlcədən də həmin həkim uşağa baxdığı üçün Ümüdəli həkimə uşağı göstərmək istəmişlər. Xəstəxananın uşaq şöbəsində cəmi 2 həkim fəaliyyət göstərir, hər gün səhər saat 09:00-dan saat 17:00-a dək işdə olurlar, həkimlər arasında növbətçilik müəyyən edilməyib, lakin Səbuhi həkim adətən axşam saatlarına qədər xəstəxananın uşaq şöbəsində olur və xəstələri qəbul edir. Uşaq şöbəsində ümumilikdə onunla birlikdə 8 tibb bacısı vardır, adətən səhər saatlarında baş tibb bacısı Mərziyyə Abdullayeva və Aysel adlı qız olur. Digər 6 nəfər tibb bacısı isə gecə növbəsi üzrə fəaliyyət göstərirlər. 3 gündən bir növbəyə düşürlər. 02 mart 2025-ci il tarixdə bazar günü olduğu üçün o səhər saat 09:00-dan axşam saat 21:00-a dək xidmətdə olmuşdur, onu saat 21:00da tibb bacısı Fəxriyyə əvəz etmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid5 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə əlavə olaraq göstərdi ki, xx.xx.2025-ci il tarixdə həftənin bazar günü olduğu üçün işdə olmamışdır. Lakin xx.xx.2025-ci il tarixdə saat 19 radələrində yadında qalmayan mobil telefon nömrəsindən ona zəng gəlmiş, həmin şəxs İmişli rayonu Yalavac kənd sakini olduğunu və X9 qızdırması olduğunu dediyindən, o həmin vaxt növbədə olan tibb bacısı Səadətə telefonla 1,0 ml analgin, 0,6 ml dimidrol və 1,0 ml novokain dərmanını qarışdıraraq azyaşlının əzələ daxilinə vurmağı məsləhət bilmiş, tibb bacısı onun göstərişini icra etdikdən və həmin şəxslərin 30 dəqiqə ərzində xəstəxanada qalmasını təkid etdikdən sonra, azyaşlı uşağın qızdırması düşmüş, o telefonda hətta hazırda işi olduğunu bir az gözləsələr xəstəxanaya gələcəyini desə də, həmin şəxslər gözləmədən çıxıb getmişlər. Onu da bildirmişdir ki, o tibb bacısı Səadətdən uşağın vəziyyəti ilə maraqlandıqda uşağın qızdırmasının düşdüyünü ona bildirmişdir. Bundan sonra o axşam saatlarında işə qayıtmışdır. Axşam saat 20:50 radələrində işdə olduğu vaxt mühafizə polisindən adı yadında qalmayan bir nəfər mühafizəçi uşaq şöbəsinə gələrək azyaşlı uşaq gətirildiyini və vəziyyətinin pis olduğunu, təcili Acil bölməsinə getməli olduğunu bildirmişdir. O dərhal Acil şöbəsinə getmişdir. O ora daxil olduqda növbədə olan bütün personallarının orada olduğunun şahidi olmuş, otağa daxil olduqda uşaq hərəkətsiz halda olmuş, ondan başqa orada növbətçi həkim Arzu həkim, uşaq pediatrı İnarə həkim də olmuş, həmin həkimlər ona qədər şok əleyhinə dərmanlar azyaşlıya vurmaqla, ilkin reanimasion tədbirləri həyata keçirmişlər. Lakin uşaqda hərəkət olmamış, hətta görülən tədbirlərə cavab reaksiyası olmamışdır. Protokol və prosedur qaydasına uyğun olaraq ürəyin dolayı masajı daxil olmaqla, ilkin reanimator tədbirlərin heç birinə uşağın orqanizmi cavab verməmişdir. Dəfələrlə həkimlər tərəfindən müvafiq tibbi tədbirlər görülsə də, xəstənin artıq ölməsi müəyyən edilmişdir. Bundan sonra isə növbətçi həkim tərəfindən müvafiq sənədləşmələr aparılmışdır. Xəstə Acil bölməsinə daxil olarkən xəstədə həyat əlamətləri olmamış, bu səbəbdən tərəflərindən ambo ilə nəfəs vermə, ürəyin dolayı masajı və digər reanimasion tədbirlər həyata keçirilsə də, xəstədə həyati göstəricilər görsənməmişdir. Yəni xəstənin sərbəst tənəffüsü, müəyyən hərəkətlilik reaksiyaları, göz bəbəklərin işığa qarşı reaksiyası, ürək döyüntüsünün eşidilməməsi, artıq xəstədə həyat əlamətlərinin olmadığını təsdiq etmişdir. Bu səbəbdən xəstənin Acil şöbəsinə həkiməqədər ölüm halı ilə daxil olması qeyd edilmişdir. Məhkəmə iş üzrə tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Meyitə baxış keçirilməsi” haqqında 02 mart 2025-ci il tarixli protokoldan görünür ki, mərhum X3 meyitinin xarici müayinəsi zamanı onun bədən səthində inyeksiya izlərindən başqa hər hansı bir xəsarət və ya xəsarətin izi aşkar edilməmiş, meyitin müayinəsi zamanı əynində olmuş geyim paltarları və bir cüt sırğa xx.xx.2025-ci il tarixdə X9 anası Şahid1 təhvil verilmişdir; “Hadisə yerinə baxış keçirilməsi” haqqında 23 iyun 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli rayonu, Qaradonlu kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətində yerləşən birmərtəbəli tikili olmaqla, Təqsirləndirilən şəxs tərəfindən həmin ünvana qohumları tərəfindən tibbi müayinə üçün gətirilmiş X3 müalicəsini aparılmışdır; Təqsirləndirilən şəxs götürülməklə cinayət işi materiallarına əlavə edilmiş üzərində “ЧЕФТРИАКСОН 1,0 Г” sözləri yazılmış bir ədəd flakona, dörd ədəd başı kəsik halda üzərlərində “ДИМЕДРОЛ”, “АДРЕНАЛИН”, “КОФЕИН-БЕНЗОАТ НАТРИЯ” və “Dexamethasone İnjection” sözləri yazılmış ampulalara və üzərlərində “DİAMED İnject” sözləri yazılmış bir ədəd 5ml-lıq və dörd ədəd 2 ml-lıq şprislərə sonuncunun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı bir ədəd flakonun içərisində sarımtıl-qəhvəyi rəngli naməlum mayenin olması müəyən edilmiş, həmçinin dörd ədəd ampulaya baxış zamanı istifadə edilmiş halda içərisində çöküntüləri olan boş ampulalar olması müəyyən edilmişdir. Bundan başqa, üzərlərində “DİAMED İnject” sözləri yazılmış bir ədəd 5ml-lıq və dörd ədəd 2 ml-lıq şprislərə baxış keçirilmiş və şprislərin içərisinin boş olması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı mobil telefona sonuncunun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı 02 mart 2025-ci il tarixdə saat 18:58də “Azercell” mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil telefon nömrəsindən buraxılmış zəng daxil olması, lakin danışıq aparılmaması, həmçinin “Azercell” mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan Azercell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2025-ci il tarixdə saat 19:15-də və saat 20:48-də 2 dəfə zəng daxil olması, müvafiq olaraq 35 saniyə və 2 dəqiqə 46 saniyə telefon danışıqları baş verməsi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə saat 19:15-də daxil olmuş şəxsin adını bilmədiyi lakin Yalavac kənd sakini kimi tanıdığı bir nəfər zəng edərək azyaşlı uşağın xəstə olduğunu və uşağı yanına gətirmək istədiklərini deməsini, onunla razılaşıb yaşadığı evə gəlmələrinə razılıq verdiyini, həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 20:48-də yenidən həmin nömrədən daxil olan zəngdə isə həmin şəxslə nə danışdığını xatırlamasa da, telefon danışığının azyaşlının şok vəziyyətdə onun evindən xəstəxanaya aparıldıqdan sonra baş verdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə İmişli RMX PHŞ-nin Uşaq şöbəsinin uşaq həkimi Şahid5 iştirakı ilə Uşaq şöbəsinin “Ambulator xəstələrin qeydiyyatı kitabı”na baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:56-da Yalavac kənd sakini, xx.xx.2021-ci il təvəllüdlü X13+Nərminə qızı İmişli RMX PHŞ-nin Uşaq şöbəsinə müraciət etmiş və ona Anolgin 1,0 ml, dimidrol 0,6 ml, novokain 1,0 ml həcmində vurulmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 13 nömrəli rəyindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə saat 18:56-da “Hipertermiya” diaqnozu ilə imişli MRX-na gətirilmiş, xəstəyə ilkin tibbi yardım göstərilib evə buraxılmış və həmin gün saat 20:50-də təcili tibbi yardım bölməsinə (ACİL) həkimə qədər ölüm halı ilə daxil olmuşdur. X3 meyitinin müayinəsi zamanı ağciyərdə bronxopnevmoniya, ödem, atelektaz və emfizema ocaqları, çoxsaylı mikrotrombozlar və perivaskulyar qansızmalar. Dalaqda limfoid follikulların hiperplaziyası (splenomeqaliya). Miokarda stromanın ödemi, kiçik vena və kapilyarların doluqanlılığı, paretik staz, perivaskulyar qansızmalar. Qaraciyərdə şok əlamətləri (anafilaktik şok). Böyrəkdə yumaqcıqlarda doluqanlılıq və qansızmalar, kiçik vena və kapilyarlarda çoxsaylı mikrotrombozlar və qansızmalar. Dalaqda çoxsaylı perivaskulyar qansızmalar və mikrotrombozlar. Nazik bağırsaqda selikli qişada ödem və çoxsaylı qansızmalar. Baş beynin ödemi. Müayinə olunan üzv və toxumalarda anafilaktik şokun morfoloji əlamətləri (mikrosirkulyator pozğunluqlar, kiçik vena və kapilyarlarda generalizə olunmuş perivaskulyar qansızmalar və çoxsaylı mikrotrombozlar, endotelin şişkinliyi və sair), sağ və sol dirsək büküşü, sağ və sol sağrı, sağ bazu və sol bud nahiyələrində nöqtəvari yaralar aşkar edilmişdir. X3 meyiti üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilmədi. Sağ və sol dirsək büküşü, sağ və sol sağrı, sağ bazu və sol bud nahiyələrində nöqtəvari yaralar tibbi manipulyasiyaların izləridir. Qarayeva Nurgüi ibrahim qızının meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, psixotrop və narkotik tərkibli maddələr aşkar edilmədi. X3 ölümünə səbəb dərman preparatının - seftriaksonun təsirindən baş vermiş anafilaktik şok olmuşdur. X3 ölümünün müddəti xx.xx.2025-ci il tarixə, meyitin müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Məhkəmə-kimyəvi ekspertizasının 02 aprel 2025-ci il tarixli, 1057/K nömrəli rəyindən görünür ki, bir ədəd üzərində “ЧЕФТРИАКСОН 1,0 E” yazılmış içində sarımtıl-qəhvəyi rəngli naməlum mayenin və üzərində “Димедрол (1 мл)”, “Адреналин- Дарница (1,82 мг/мл 1 мл)”, “КОФЕИН-БЕНЗОАТ НАТРИЯ (200 мг/мл 1 мл)”, “Dexamethaone İnjection (4 mg/lml)” yazılmış cəmi dörd ədəd istifadə edilmiş içərisində çöküntüləri olan boş ampulaların yuyuntu məhlullarının məhkəmə-kimyəvi tədqiqatına əsasən, üzərində “ЧЕФТРИАКСОН 1,0 Г” sözləri yazılmış ampulanın içində olan sarımtıl-qəhvəyi rəngli naməlum mayenin tərkibində Seftriakson və Lidokain adlı dərman maddələri aşkar edildi. Üzərində “ЧЕФТРИАКСОН 1,0 Г” sözləri yazılmış ampulanın içində olan sarımtıl-qəhvəyi rəngli naməlum mayenin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Bir ədəd üzərində “Димедрол” yazılmış içərisində çöküntüləri olan boş ampluanın yuyuntu məhlulunun tərkibində difenhidramin adlı dərman maddəsi, bir ədəd üzərində “Adrenalin-Darniüa” yazılmış içərisində çöküntüləri olan boş ampulanın yuyuntu məhlulunun tərkibində epinefrin hidrotartrat (adrenalin hidrotartrat) adlı dərman maddəsi, bir ədəd üzərində “КОФЕИН-БЕНЗОАТ НАТРИЯ” yazılmış içərisində çöküntüləri olan boş ampluanın yuyuntu məhlulunun tərkibində kofein benzoat natrium adlı dərman maddəsi və bir ədəd üzərində “Dexamethaone İnjection” yazılmış içərisində çöküntüləri olan boş ampulanın yuyuntu məhlulunun tərkibində deksametazon fosfat adlı dərman maddəsi aşkar edildi. X3 adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 389/KEŞ nömrəli məhkəmə komisyon tibb ekspertizasının rəyindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 1930 radələrində İmişli rayonu Yalavac kənd sakini, xx.xx.2021-ci il təvəllüdlü X4 ailə üzvləri İmişli Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs yaşadığı evə aparmışlar, həkim tərəfindən Nurgül Qarayevaya sınaq qoyulmadan bakteriya əleyhinə “Seftriakson” dərman preparatı inyeksiya edildikdən sonra onda anafılaktik şok baş vermiş və xəstəxanaya çatdırılsa da, xx.xx.2025-ci il tarixdə, saat 2125-də ona ‘‘Həkimə qədər ölüm” diaqnozu təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq müalicənin (“Seftriakson” dərman preparatının inyeksiyası) ev şəraitində aparılması, həmçinin “Seftriakson” dərman preparatının sınaq qoyulmadan inyeksiya edilməsi yolverilməzdir. Nurgül Qarayevanın meyiti müayinə olunmuş və onun ölümünə səbəb dərman preparatının - seftriaksonun təsirindən baş vermiş anafılaktik şok olduğu müəyyən edilmişdir ki, bununla da icra edilmiş dərman preparatının qüsurlu icrası ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Nurgül Qarayevaya müalicənin (“Seftriakson” dərman preparatının inyeksiyası) ev şəraitində aparılması, həmçinin “Seftriakson” dərman preparatının sınaq qoyulmadan inyeksiya edilməsi ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli, 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları’nın 24.1 (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”) bəndinin tələbləri pozulmuşdur. “Cinayət işinin başlanılması” haqqında 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, X3 ölümü ilə əlaqədar İmişli rayon Prokurorluğunda araşdırılması aparılan 24C-25 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X8 zərərçəkmiş şəxs X3 hüquqi varis qismində tanınmışdır; İmişli rayon prokurorluğunun 29 yanvar 2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin İmişli RMX PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-46/2-297/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X7, 2023, 2024 və 2025-ci il tarixlərdə “İmişli RMX” PHŞ-ə müraciət etmişdir. N.Qarayevanın İmişli RMX PHŞ-nə etdiyi ambulator müalicələrin (diaqnozları daxil olmaqla) elektron epikrizi, instrumental müayinələrin nəticələri və ambulator tibbi kitabçası məktuba əlavə edilməklə cinayət işinə əlavə edilmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 18 iyun 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; “Sübutların qiymətləndirilməsi haqqında” 07 iyul 2025-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, hadisə yerinə və meyitə baxış protokolları, iş üzrə təyin edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin və məhkəmə-kimyəvi ekspertizalarının müvafiq rəyləri və iş üzrə digər sənədlər sübut növləri kimi qiymətləndirilmiş, hadisə yerinə baxış zamanı götürülmüş “ЧЕФТРИАКСОН 1,0 Г” sözləri yazılmış bir ədəd flakon, dörd ədəd başı kəsik halda üzərlərində “ДИМЕДРОЛ”, “АДРЕНАЛИН”, “КОФЕИН-БЕНЗОАТ НАТРИЯ” və “Dexamethasone İnjection” sözləri yazılmış ampula və üzərlərində “DİAMED İnject” sözləri yazılmış bir ədəd 5ml-lıq və dörd ədəd 2 ml-lıq şpris maddi sübut qismində tanınmaqla İmişli rayon prokurorluğunun maddi sübutlar üçün nəzərdə tutulan otağında saxlanılması qərara almışdır. İmişli RMX PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-46/2-297/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X7, 2023, 2024 və 2025-ci il tarixlərdə “İmişli RMX” PHŞ-ə müraciət etmişdir. N.Qarayevanın İmişli RMX PHŞ-nə etdiyi ambulator müalicələrin (diaqnozları daxil olmaqla) elektron epikrizi, instrumental müayinələrin nəticələri və ambulator tibbi kitabçası məktuba əlavə edilməklə cinayət işinə əlavə edilmişdir. İmişli RMX TTYŞ-nin Xəstə Müayinə formasının surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə +39,6C hərarət diaqnozu ilə İmişli RMX PHŞ-nin Uşaq şöbəsinə daxil olmuş, ilkin diaqnoz hipertermiya qoyulmuş, xəstəyə ilkin tibbi yardım göstərilməklə analgin 1 ml, dimedrol 0,6 ml və novokain 1 ml vurulmuş, xəstənin temperaturu normallaşmışdır. Bundan sonra isə xəstə həmin gün saat 20:50 radələrində Təcili yardım Acil bölümünə həkiməqədər ölüm halı ilə daxil olmuşdur. İmişli RPŞ-nin xx.xx.2025-ci il tarixli, 31383/2-3780 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:25-də İmişli RMX-nın tibb bacısı R.Musayeva telefonla İmişli RPŞ-nin NH-nə məlumat verərək, 2020-ci il təvəllüdlü İmişli rayonu Yalavac kənd sakini X3 ölməsi barədə məlumat vermiş, həmin məlumat əsasında toplanmış material məktuba əlavə edilməklə, araşdırma aparılması məqsədi ilə rayon prokurorluğuna göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə İmişli RMX PHŞ-nin TƏBİB-in tabeliyinə keçməsi ilə bağlı yaranmış yeni və ştat cədvəlində Qaradonlu ASM bölməsində bölmə müdiri vəzifəsinə təyin edilmişdir. İmişli RMX PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-46/2-372/2025 nömrəli məktubu ilə X3 xx.xx.2025-ci il tarixdə “İmişli RMX” PHŞ-nə daxil olarkən və xəstəxanadan ailə üzvləri tərəfindən aparılarkən xəstəxananın videomüşahidə kameralarında qeydə alınmış videogörüntüləri diskə əlavə edilməklə rayon prokurorluğuna göndərilmişdir. İş üzrə “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-46/2-372/2025 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış zamanı diskə daxil olduqda 02 ədəd müvafiq olaraq “Acil” və “Reanimasiya” adlı video fayllar müəyyən edilmişdir. “Acil” adlı fayl açıldıqda, faylın həcmi 18,1 GB olmaqla, video görüntünün başlanğıcı sol yuxarı hissəsində xx-xx- 2025 Sun 16:44:53 qeyd olunması, sol aşağı hissədə isə Acil Kolidor sözlərinin yazılması, DVD diskin içərisindəki videodakı zaman real tarix ilə uyğunluq təşkil etsə də, real vaxt rejimi ilə uyğunluq təşkil etməməsi müəyyən edilmiş, həmçinin video müşahidə kamerasının İmişli RMX PHŞ-nin Acil bölməsinə daxil olduqda, dəhlizin sonunda divarın üzərində Yaşıl sahə adlanan otağın yaxınlığında yerləşməsi, saat 16:45:08-də Şahid1 əlində azyaşlı Nurgül Qarayevanı qaçaraq gətirməklə, girişdə sol tərəfdə yerləşən birinci otağa daxil olması, arxasınca isə anası Şahid2 və atası Şahid3 həmin otağa daxil olması, bundan sonra həkim və tibb bacısının müşaiəti ilə Nurgül Qarayeva anasının qucağında Yaşıl sahə adlanan otağın yanındaki otağa gətirilməsi,ətrafa çoxsaylı şəxslər və mühafizə əməkdaşları yığılması müəyyən edilmişdir. Baxış zamanı otağın içərisi video müşahidə kamerasına düşməsə də həkim və tibb bacılarının otağın içərisində azyaşlıya müəyyən yardımlar etməsi müşahidə edilmiş, Acil bölməsinə Nurgül Qarayevanın atası İbrahim Qarayevin də gəlməsi və onun eləcədə orada olan şəxslərin həmin otağa daxil olmaq istəsə də, onların mühafizə əməkdaşları və ətrafda olan şəxslər tərəfindən sakitləşdirilməsi müşahidə edilmiş, baxış zamanı həmçinin, ailə üzvləri tərəfindən X3 xx-xx-2025 Sun 17:31:10-da aparılması, bununla da xətə Nurgül Qarayevanın ümumilikdə xəstəxanaın Acil Bölümündə 47 dəqiqə ərzində qalması müəyyən edilmiş, baxış zamanı qeyd olunanlardan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı şübhəli hala rast gəlinmədi. Videogörüntü 18:00:06-da yekunlaşmışdır. Bundan başqa diskdə olan digər “Reanimasiya” adlı fayla daxil olduqda, faylın həcmi 770 MB olmaqla, video görüntünün başlanğıcı sol yuxarı hissəsində xx-xx-2025 Sun 18:09:33 qeyd olunması, sol aşağı hissədə isə Reanimasiya sözləri yazılması, DVD diskin içərisindəki videodakı zaman real tarix ilə uyğunluq təşkil etsə də, real vaxt rejimi ilə uyğunluq təşkil etməməsi, video müşahidə kamerası İmişli RMX PHŞ-nin Reanimasiya şöbəsinin girişində qapının üzərində quraşdırılması, saat 18:09:49-da təcili tibbi yardım işçisi qucağında azyaşlı Nurgül Qarayeva ilə birlikdə reanimasiya şöbəsinə daxil olaraq, dəhlizin sonunda sağ tərəfdə yerləşən sonuncu otağa getməsi, arxasında isə Şahid1 otağa tərəf qaçaraq hərəkət etməsi, həmin otaqda tibb işçiləri tərəfindən azyaşlıya yardım göstərilməsi, sonradan Reanimasiya şöbəsinə hüquq mühafizə orqanı əməkdaşlarının gəlməsi, eləcə də azyaşlının ailə üzvlərinin gəlməsi, ətrafda çoxsaylı insanların toplaşması müəyyən edilmişdir. Bundan sonra baxış zamanı, xx-xx-2025 Sun 18:45:30-da X9 meyiti ailə üzvlərinin qucağında reanimasiya şöbəsindən çıxarılaraq İmişli RMX-nın meyitxanasına aparılması müəyyən edilmiş, qeyd olunanlardan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı şübhəli hala rast gəlinməmişdir. Videogörüntü 18:51:02-də yekunlaşmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə iclasında araşdırılmış sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 20:00 radələrində öz evində X5 “Seftriakson 1,0” (əzələdaxili 1 dəfə mənfi sınaqdan sonra) inyeksiyasını icra edərkən təlimat qaydalarını pozaraq öncə xəstəyə mütləq və zəruri formada “sınaq” tətbiq edərək xəstənin orqanizminin xüsusiyyətlərini müvafiq tibbi prosedurlarla yoxlayıb inyeksiyanın əks təsir göstərib-göstərməyəcəyini müəyyən etməli olduğu halda, bunları etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıq göstərib, zərərçəkmiş şəxsin əzələ daxilinə yeritdiyi dərman preparatının mayesi doldurulmuş iynə nəticəsində baş vermiş anaflaktik şok səbəbindən sonuncunun ölməsinə səbəb olmuş, yəni ehtiyatsızlıqdan Nurgül Qarayevanı öldürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, sonuncunun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona istinad olunan maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməlidir. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinməsi nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əsas cəzanın icrası müddəti onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi bir ildən üç ilədək müddətə təyin olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...”. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsini və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmasa da, onun cinayət əməlini öz peşə fəaliyyəti ilə məşğul olma hüququndan istifadə etməklə törətməsini nəzərə alaraq, barəsində dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 28.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin edildikdə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edildiyi hallarda hökmün surətini cəzanın icrası üçün məhkumun yaşadığı yerin icra məmuruna göndərir. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş müəyyən müddətə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin “həkim” peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası əlavə cəza olaraq təyin edilməli və həmin cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və İmişli rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməklə götürülmüş üzərində “ЦЕФТРИАКСОН 1,0 Г sözləri yazılmış bir ədəd flakon, dörd ədəd başı kəsik halda üzərlərində “ДИМЕДРОЛ”, “АДРЕНАЛИН”, “КОФЕИН- БЕНЗОАТ НАТРИЯ” və “Dexamethasone İnjection” sözləri yazılmış ampula və üzərlərində “DİAMED İnject” sözləri yazılmış bir ədəd 5 ml-lıq və dörd ədəd 2 ml-lıq şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona CM-nin 46.2ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin həkim kimi fəaliyyət göstərmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutma, həmçinin “həkim” peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və İmişli rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilməklə götürülmüş üzərində “ЦЕФТРИАКСОН 1,0 Г sözləri yazılmış bir ədəd flakon, dörd ədəd başı kəsik halda üzərlərində “ДИМЕДРОЛ”, “АДРЕНАЛИН”, “КОФЕИН-БЕНЗОАТ НАТРИЯ” və “Dexamethasone İnjection” sözləri yazılmış ampula və üzərlərində “DİAMED İnject” sözləri yazılmış bir ədəd 5 ml-lıq və dörd ədəd 2 ml-lıq şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 11 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 121 (bir yüz iyirmi bir) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №1(036)-73/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-73/2025
04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver