Məhkəmə qərarları › İş №1(036)-74/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-74/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-74/2021 15.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli şəhəri, N.ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan əvvəli 02 noyabr 2015-ci il tarixdən hesablanmaqla 20 mart 2008-ci il təvəllüdlü X6, 29 sentyabr 2009-cu il təvəllüdlü X9 və 08 iyun 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay 1 (bir) uşağa 80,00 manat olmaqla 3 (üç) uşağa cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(036)-361/2015 saylı 02 noyabr 2015-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək İmişli Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli, 3(036)- 431/2016 saylı inzibati qərarına əsasən on beş gün, həmin məhkəmənin 3(036)-328/2018 saylı 08 iyun 2018-ci il tarixli inzibati qərarına əsasən bir ay və sonuncu dəfə məhkəmənin 3(036)-429/2019 saylı 15 avqust 2019-cu il tarixli inzibati qərarına əsasən iyirimi gün müddətində inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək 16.04.2019-cu il, 05.09.2019-cu il və sonuncu dəfə 28.02.2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 03 mart 2020-cu il tarixə kimi qanuni qüvvəyə minmiş qətnamə üzrə cəmi 12320,00 (on iki min üç yüz iyirmi) manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə ailə həyatı qurmuş və birgə nikahlarından 20 mart 2008-ci il təvəllüdlü Nərmin, 29 sentyabr 2009-cu il təvəllüdlü Həsən və 08 iyun 2014-cü il təvəllüdlü Əli adlı üç övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Nikahları pozulduqdan sonra uşaqları anaları Zərərçəkmiş şəxs himayəsində qalmışlar. Sonradan Fatma uşaqları tək saxlaya bilmədiyini əsas gətirərək aliment tələbi ilə məhkəməyə müraciət etmiş və İmişli Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən ondan əvvəli 02 noyabr 2015-ci il tarixdən hesablanmaqla uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay bir uşağa 80,00 manat olmaqla, üç uşağa cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, lakin imkanı kifayət qədər olmadığından aliment borcunu uzun müddət keçməsinə baxmayaraq ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə, İmişli Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək on beş gün, həmin məhkəmənin 08 iyun 2018-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək bir ay və sonuncu dəfə məhkəmənin 15 avqust 2019-cu il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək iyirimi gün müddətində inzibati həbs edilməsinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini imkanı kifayət qədər olmaması səbəbindən icra etməmiş və təqdimat verilən günə, yəni 03 mart 2020-cu il tarixə kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə cəmi 12320,00 manat məbləğində aliment borcu yaranmışdır. Hal-hazırda da imkanı olmadığından məhkəmə qətnaməsinə əsasən yaranmış 12320,00 manat məbləğində aliment borcunu ödəmək iqtidarında deyil. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə elan olunmuş zərər çəkmiş şəxsin və dindirilmiş şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə ifadəsi elan olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, 2006-cı ildə Təqsirləndirilən şəxs ilə rəsmi ailə qurmuş və birgə nikahlarından 20 mart 2008-ci il təvəllüdlü X6, 29 sentyabr 2009-cu il təvəllüdlü X9 və 08 iyun 2014-cü il təvəllüdlü X10 adlı üç övladları dünyaya gəlmişdir. Yola gedə bilmədiklərindən Xaliddən ayrılmış və övladları onun himayəsində qalmışdır. Övladlarını saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və İmişli Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli 02 noyabr 2015-ci il tarixdən hesablanmaqla uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay bir uşağa 80,00 manat olmaqla, üç uşağa cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İmişli Rayon üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək on gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 noyabr 2015-ci il tarixli qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək bir neçə dəfə inzibati qaydada həbs edilmiş, bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də bərbər, yəni saç ustası işləməsinə və qazanc əldə etməsinə baxmayaraq alimenti ödəməmiş və nəticədə təqdimat verilən günə, yəni 03 mart 2020-cu il tarixə kimi qanuni qüvvəyə minmiş qətnamə üzrə cəmi 12320,00 manat aliment borcu yaranmışdır. Məhkəmədə şahid qismində dindirilmiş İmişli Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, İmişli Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli icra sənədinə əsasən əvvəli 02 noyabr 2015-ci il tarixdən hesablanmaqla üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 240,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi üzrə İmişli Rayon İcra və Probasiya şöbəsində 12 yanvar 2016-cı il tarixdə icraata başlanılmış, Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İmişli Rayon Məhkəməsinin 17 avqust 2016-cı il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib on beş gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra alimentin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilmiş, lakin borclu buna məhəl qoymayaraq alimenti ödəməmişdir. İcra məmurunun 15 dekabr 2017-ci il tarixli müvafiq təqdimatı əsasında İmişli Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs verdiyi izahatında bərbər işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İmişli Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib bir ay, habelə İmişli Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib iyirimi gün müddətində inzibati həbs edilmişdir. İcraat zamanı borclu Təqsirləndirilən şəxs dəfələrlə icra məmurunun çağırışlarından yayınması, gəlirləri haqqında məlumat verməməsi, işsiz olduğu vaxtlarda alimenti ödəmək məqsədilə bacarığına uyğun iş tapmağa cəhd etməməsi, işlədiyi və gəliri olduğu vaxtlarda alimenti ödəməməsi, uzun müddət ərzində icra sənədinin icrasını təmin etməməsi, onun polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda şöbəyə 2 dəfə gətirilməsi, inzibati qaydada 3 dəfə həbs edilməsi, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli icra etmədiyini bir daha təsdiq edir. Həmçinin ona alimentin ödənilməsi üçün dəfələrlə vaxt verilməsinə və bununla bağlı xəbərdarlıq olunmasına baxmayaraq o, göstərilənlərdən nəticə çıxarmamış və alimentin ödənilməsini təmin etməmiş, nəticədə 12320,00 manat aliment borcu yaranmışdır. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verdi. İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 sentyabr 2020-ci il tarixli, 1784 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda “üzvi şizofrenəbənzər pozuntu, remisiya mərhələsi”ndə olması müəyyən edilmiş, buna görə də o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, anlaqlıdır, stasionar müalicəyə ehtiyacı yoxdur, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur, inadkarlıq, eqosentrizm, ətrafa qarşı biganəlik, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. X.X.Nuriyuevin əqli-intellektual imkanları normaya uyğun olduğundan öz hərəkətlərini dərk etməklə idarə edə bilərdi. İşə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X3 Ərazi Bölmələrini İdarəetmə X8 şəxs İmişli Rayon Mərkəzi X4 Şəxsi tərəfindən daxil olmuş 26 may 2021-ci il tarixli, 143 saylı məktubdan və əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində üzvü sayıqlamalarla müşayiət olunan şizofreniyaya bənzər pozulma diaqnozu ilə İmişli RMX PHŞ-in HMK-sı tərəfindən 09 aprel 2021-ci il tarixdə 088 saylı forma rəsmiləşdirilərək əlilliyin təyin edilməsi üçün ƏƏSMN-nın TSEK-nə göndərilmiş, lakin 19 aprel2021-ci il tarixdə əlavə müalicəyə ehtiyac olması əsas gətirilərək imtina edilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək İmişli Rayon Məhkəməsinin 3(036)-431/2016 saylı 17 avqust 2016-cı il tarixli Qərarına əsasən on beş gün, həmin məhkəmənin 3(036)-328/2018 saylı 08 iyun 2018-ci il tarixli Qərarına əsasən bir ay və sonuncu dəfə yenə həmin məhkəmənin 3(036)-429/2019 saylı 15 avqust 2019-cu il tarixli Qərarına əsasən iyirimi gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla 05 sentyabr 2019-cu il və sonuncu dəfə 28 fevral 2020-ci il tarixdə olmaqla ona rəsmi qaydada xəbərdarlıqlar edilmişdir. İşdən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(036)-361/2015 saylı 02 noyabr 2015-ci il tarixli qətnaməsi üzrə təqdimat verilən günə, yəni 03 mart 2020-ci il tarixədək yaranan 12320.00 manat aliment borcundan tələbkar Zərərçəkmiş şəxsn ödəniş etməmişdir. İşə əlavə edilmiş İmişli Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə baxışı iclasına gəlməyərək qaçıb gizləndiyindən barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İşə əlavə edilmiş İmişli RPŞ-nin 20 avqust 2021-ci il tarixli, ***-**** saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində polis şöbəsində 02 avqust 2021ci il tarixdə 440365 nömrəli axtarış işi açılmış və sonuncu 20 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə şöbənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2020-ci il tarixdən 07 sentyabr 2020-ci il tarixədək həbsdə saxlandığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 20 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar