Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-74/2023 28.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakı ilə, xx xxxx 1985-ci ildə Saatlı rayonu, Hacıqasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Saatlı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(055)-11/2010 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinib, 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən üzərində qəti cəza 2000 manat məbləğində cərimə cəzası saxlanılmış, hazırda məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, Saatlı rayonu, Hacıqasımlı kəndində qeydiyyatda olmaqla həmin ünvaninda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni qadağan edilmiş vaxtda balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 23 iyun 2022-ci il tarixdə saat 16 radələrində İmişli rayonu, Xubyalı kəndi istiqamətində adı olmayan gölə gələrək orada özü ilə gətirdiyi 01 ədəd uzunboğaz rezin çəkmədən və istifadəsi qadağan edilmiş 01 ədəd uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə edərək 24 iyun 2023-cü il tarixdə saat 13:00-dək olan müddət ərzində 09 ədəd, hər biri 22 manat olmaqla 198 manat dəyərində çəki, 14 ədəd, hər biri 33 mata olmaqla 462 manat dəyərində şamayı və 33 ədəd, hər biri 11 manat olmaqla 363 manat dəyərində dabanbalığı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1023 (bir min iyirmi üç) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 14:50 radələrində X6 İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 09 ədəd çəki, 14 ədəd şamayı və 33 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə saat 16 radələrində İmişli rayonu, Xubyarlı kəndi istiqamətində gölün sahilinə gəlmiş və 01 cüt uzunboğaz rezin çəkmələrdən istifadə edərək gölə girdikdən sonra özünə məxsus olan bir ədəd uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş toru suda qurub yaşadığı evə qayıtmışdır. 24 iyun 2023-cü il tarixdə saat 13 radələrində İmişli rayonu, Xubyarlı kəndi istiqamətində gölün sahilinə gəlib yenidən 01 cüt uzunboğaz rezin çəkmələrdən istifadə edərək gölə girmiş və qurduğu toru sudan çıxardıb yoxlayarkən çoxlu sayda müxtəlif növ balıq tutduğunu görmüşdür. Saat 14:50 radələrində toru tutduğu balıqlarla birlikdə sahilə çıxararkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sorğu zamanı polis əməkdaşlarına İmişli rayonu, Xubyarlı kəndi istiqamətində olan göldə balıq tutmağa icazəsinin olmadığını, yəni balıq tutmaq üçün balıqovlama biletinin olmadığını bildirmişdir. Özünə məxsus balıqovlama vasitələrinə və tutduğu balıqlara video çəklişlə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, 09 ədəd çəki, 14 ədəd şamayı və 33 ədəd dabanbalığı balıqlarını tutmuşdur. Baxışdan sonra polis əməkdaşları istifadə etdiyi 01 ədəd uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş toru və həmin torun vasitəsi ilə tutduğu balıqları götürmüşlər. Hazırda qanunsuz balıq tutması əməlindən peşmandır. Məhkəmə iclasında mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 ifadə verərək, Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyatlarına dəymiş ziyanın tamamilə ödənildiyini və ona qarşı hər hansı tələbləri olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, o, İmişli XPM-nin polis nəfəri vəzifəsində işləyir. 24 iyun 2023-ci il tarixdə X6 İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, saat 14 radələrində İmişli rayonu, Xubyarlı kəndi istiqamətində göldə balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı video çəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 09 ədəd çəki, 14 ədəd şamayı və 33 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 09 ədəd çəki, 14 ədəd şamayı və 33 ədəd dabanbalığı balıqlarını 01 ədəd uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə rəsmi icazəsi olmadan İmişli rayonu, Xubyarlı kəndi istiqamətində göldən tutmuşdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 24 iyun 2023-ci il tarixdə X6 İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 14 radələrində İmişli rayonu, Xubyarlı kəndi istiqamətində göldə balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı video çəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 09 ədəd çəki, 14 ədəd şamayı və 33 ədəd dabanbalığı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 09 ədəd çəki, 14 ədəd şamayı və 33 ədəd dabanbalığı balıqlarını 01 ədəd uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə rəsmi icazəsi olmadan İmişli rayonu, Xubyarlı kəndi istiqamətində göldən tutmuşdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs 14 ədəd şamayı, 33 ədəd dabanbalığı və 9 ədəd çəki balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1023 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-504/2023 nömrəli məktubundan görünür ki, Saatlı rayonu, Hacıqasımlı kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi balıq və digər su bioresurslarmm sənaye ovuna balıqovlama bileti verilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor, 09 ədəd çəki, 14 ədəd şamayı və 33 ədəd dabanbalığı balıqları 13 iyul 2023-cü il tarixdə maddi sübut kimi tanınması, balıqların tez xarab olan ərzaq mah hesab edildiyi üçün xx.xx.2023-cü il tarixdə müvafiq qaiməyə əsasən “Elmin” kiçik müəssisəsinə və həmçinin götürülmüş balıqovlama vasitələrinin saxlanılması Su NPİ-nin İmişli XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materialına əlavə edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli 31606 nömrəli qəbzə əsasən Təqsirləndirilən şəxs tərəfindən AR ETSN 3 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin ( VÖEN: **********) hesabına 1023 manat köçürülmüşdür. (Bax, İ cild, i.v 64) xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi mülki iddiaçı qismində tanınmışdır. Saatlı RİHB-nin Hacıqasımlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 121 saylı arayışla müəyyən olur ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki nəfər azyaşlı uşağı vardır. Saatlı RİHB-nin Hacıqasımlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (Bax, İ cild səh 30) İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin tələbnaməsindən görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(055)-11/2010 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən üzərində qəti cəza 2000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Saatlı rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 37 nömrəli məktubundan görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təyin olunmuş 2000 manat məbləğində cərimə cəzası icra olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə görə Cinayət Məcəlləsinin 83- cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (cild 01, iş vər.37-38, 58-63). Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqları olmasını və dəymiş ziyanı könüllü olaraq tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır və onun Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına məhkum edilməsi məqsədəmüvafiq hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Su NPİ-nin İmişli XPM-nə təhvil verilmiş 01 ədəd uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor məhv edilməli, 09 ədəd çəki, 14 ədəd şamayı və 33 ədəd dabanbalığı balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2023-cü il tarixdə müvafiq qaiməyə əsasən “Elmin” kiçik müəssisəsinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Saatlı rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Su NPİ-nin İmişli XPM-nə təhvil verilmiş 01 ədəd uzunluğu 30 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor məhv edilsin. İş üzrə maddi sübut olan 09 ədəd çəki, 14 ədəd şamayı və 33 ədəd dabanbalığı balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2023-cü il tarixdə müvafiq qaiməyə əsasən “Elmin” kiçik müəssisəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-74/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-74/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver