Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-75/2020 21.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər: X6 və X1 iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Quba rayonunun Ansarqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbirinə alternativ olan ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə, xx xxxxxx 1961-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli rayonunun Bəcirəvan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbirinə alternativ olan ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: Təqsirləndirilən şəxs2 özgənin əmlakını dələduzluqla, yəni etibardən sui-istifadə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə ona xx xxxx 2020-ci il tarixdə müraciət etmiş Zərərçəkmiş şəxs1 istifadəsində olmaqla sonuncunun tanışı X4 məxsus “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş fermer kartına köçürülmüş kənd təsərrüfatı məhsullarının alınması üçün dövlət büdcəsinin vəsaiti hesabına istehsalçıya əvəzsiz verilən 19349 manat vəsaiti nağdlaşdıracağına və tam şəkildə kartda olan pul vəsaitini Zərərçəkmiş şəxs1 təqdim edəcəyinə dair yalan vəd verib onu aldadaraq elə həmin tarixdə saat 14 radələrində kartda olan həmin məbləğdə pulu Ağdaş rayonunun Ləki qəsəbəsində yerləşən “Ləki” restoranında qanuni əsaslarla gəzdirdiyi “POS terminal” vasitəsi ilə Şahid2 təsisçisi və direktoru olduğu, lakin özünün faktiki idarəçiliyində olan “xxxxxxxxx” MMC-nin bank hesabına köçürməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının pul məzənnəsi ilə 14.960 manat təşkil edən 8.800 ABŞ dolları və 130 manat olmaqla, cəmi 15.090 manat pul köçürdüyünü deməklə aldadaraq həmin məbləği sonuncuya vermiş, qalan 4.259 manat pulu isə sonuncuya vermədən aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək Zərərçəkmiş şəxs1 qeyd edilən məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını dələduzluqla, yəni etibardən sui-istifadə və aldatma yolu ilə ələ keçirmə barədə tanışı digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə sonuncu xx xxxx 2020-ci il tarixdə ona müraciət etmiş X2 istifadəsində olmaqla sonuncunun tanışı X3 məxsus “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş fermer kartına köçürülmüş kənd təsərrüfatı məhsullarının alınması üçün dövlət büdcəsinin vəsaiti hesabına istehsalçıya əvəzsiz verilən 10.000 manat vəsaiti nağdlaşdıracağına və tam şəkildə kartda olan pul vəsaitini Zamiq Soltanova təqdim edəcəyinı dair yalan vəd verib aldadaraq həmin kartda olan qeyd edilən məbləğdə pulu elə həmin tarixdə saat 14:20 radələrində İmişli rayonunun Qaralar kəndində yerləşən “Lux Oil” yanacaqdoldurma məntəqəsində qanuni əsaslarla gəzdirdiyi “POS terminal” vasitəsi ilə Şahid2 təsisçisi və direktoru olduğu, lakin onun faktiki idarəçiliyində olan “xxxxxxxxx” MMC-nin bank hesabına köçürməsinə baxmayaraq Zamiq Soltanova cəmi 7.000 manat pul köçürdüyünü deməklə aldadaraq həmin məbləği vermiş, qalan 3.000 manat pulu isə sonuncuya vermədən aldatma və etibardən sui-istifadə etməklə ələ keçirərək Təqsirləndirilən şəxs1la aralarında bərabər şəkildə bölərək zərərçəkmiş şəxs Zamiq Soltanova həmin məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını dələduzluqla, yəni etibardən sui-istifadə və aldatma yolu ilə ələ keçirmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, xx xxxx 2020-ci il tarixdə ona müraciət etmiş X2 istifadəsində olmaqla sonuncunun tanışı X3 məxsus “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş fermer kartına köçürülmüş kənd təsərrüfatı məhsullarının alınması üçün dövlət büdcəsinin vəsaiti hesabına istehsalçıya əvəzsiz verilən 10.000 manat vəsaiti nağdlaşdıracağına və tam şəkildə kartda olan pul vəsaitini Zamiq Soltanova təqdim edəcəyinı dair yalan vəd verib aldadaraq həmin kartda olan qeyd edilən məbləğdə pulu elə həmin tarixdə saat 14:20 radələrində İmişli rayonunun Qaralar kəndində yerləşən “Lux Oil” yanacaqdoldurma məntəqəsində qanuni əsaslarla gəzdirdiyi “POS terminal” vasitəsi ilə Şahid2 təsisçisi və direktoru olduğu, lakin Təqsirləndirilən şəxs2 faktiki idarəçiliyində olan “xxxxxxxxx” MMC-nin bank hesabına köçürməsinə baxmayaraq Zamiq Soltanova cəmi 7.000 manat pul köçürdüyünü deməklə aldadaraq həmin məbləği vermiş, qalan 3.000 manat pulu isə sonuncuya vermədən aldatma və etibardən sui-istifadə etməklə ələ keçirərək Təqsirləndirilən şəxs2 ilə aralarında bərabər şəkildə bölərək zərərçəkmiş şəxs Zamiq Soltanova həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Quba şəhərində yerləşən və təyinatı kənd təsərrüfatı məhsullarının satışını həyata keçirməkdən ibarət olan “HESO” adlı mağazasını işlədirmiş. Fermerlər kənd təsərrüfatı məhsulları almaları üçün fermer kartlarından istifadə etməklə ondan dəfələrlə gübrə və digər kənd təsərrüfatı təyinatlı məhsullar almışlar. Bir müddət sonra o, ona müraciət etmiş fermerlərin kartında olan pulun bir hissəsini ələ keçirmək qərarına gəlmişdir. Belə ki, gübrə almaq istəyən fermerə onun kartında olan, lakin bankomatdan çıxara bilmədiyi pulun bir qismini tanışı Şahid1 tərəfindən ona verilmiş “xxxxxxxxx” MMC-nin hesabına, oradan isə özünün “xxxxxxxxx” ASC-də olan hesabına köçürə biləcəyini bildirirmiş. Əslində “xxxxxxxxx” şirkəti elə məhz kənd təsərrüfatı məhsullarının satışını həyata keçirmək üçün Şahid1 işçisi Şahid2 adına formal olaraq sənədləşdirilmiş və etibarnamə əsasında sonuncuya verilmişdir. O, Elvinə MMC yaradıb kənd təsərrüfatı məhsullarının satışını həyata keçirməyi təklif etdikdə sonuncu onunla razılaşaraq həmin işlərdən başı çıxmadığını bildirib bütün sahibliyi ona həvalə etmişdir. Şirkətin təyinatı heç də fermerləri aldatmaq olmamış və Şahid1 onun əməllərindən xəbəri olmamışdır. O, özü cəmi iki nəfər fermeri aldatmış, onlardan birini özü tək, digərini isə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə etmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonunun “Ləki” restoranında olarkən ona Zərərçəkmiş şəxs1 yaxınlaşıb fermer kartında olan 19349 manat pulu nağdlaşdırmaq istədiyini bildirmişdir. O da Rəşada kartda olan bütün pulu deyil, yalnız 15090 manatını nağdlaşdıra biləcəyini dedikdə sonuncu razılaşmışdır. O, Rəşadı aldadıb kartda olan bütün pulu, yəni 19349 manatı “xxxxxxxxx” şirkətinin hesabına köçürmüş və sonuncuya cəmi 8800 ABŞ dolları və 130 manat pul vermiş, qalan 4539 manatı isə ələ keçirib şəxsi ehtiyacları üçün sərf etmişdir. Sonra o, tanışı Təqsirləndirilən şəxs1la birlikdə Zamiq Soltanov adlı şəxsi aldatmışlar. Belə ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 onun tərəfindən ona verilmiş “POS terminal” vasitəsi ilə Zamiq Soltanova kartında olan 10.000 manat pulu nağdlaşdıracağına dair yalan vəd verib aldadaraq onun idarəçiliyində olan “xxxxxxxxx” MMC-yə köçürdükdən sonra sonuncuya cəmi 7.000 manat köçürdüyünü deyib aldadaraq 3.000 manatı ələ keçirmişdir. Həmin pullar onun hesabına köçdükdən sonra aralarında bərabər şəkildə bölünmüşdür. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Hazırda zərər çəkmiş şəxslərin pulları qaytarılmış və sonuncuların ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət qanunvericiliyinə edilmiş dəyişikliklə əlaqədar barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fəaliyyəti əsasən kənd təsərrüfatı ilə məşğul olan fermerlərə gübrə satmaq olmuşdur. 2020-ci ilin iyul ayının əvvəllərində ümumi tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və sonuncu ona fermerlərə verilmiş əvəzsiz pul vəsaitlərini aldadıb bir qismini ələ keçirməyi təklif etmişdir. Elnur bu iş üçün ona “POS terminal” verəcəyini, müraciət etmiş fermerin kartında olan bütün pulu həmin “POS terminal” vasitəsi ilə onun idarəçiliyində olan “xxxxxxxxx” MMC-nin hesabına köçürməyi və fermerə isə yalandan guya pulun bir qismini götürürlər deməsini bildirmişdir. Bu fikir ona əlverişli gəldiyindən Elnurla razılaşmış və sonuncu ona müraciət etmiş fermerlərə verilməsi üçün təxminən 20.000 ABŞ dolları vermişdir. Dollarlar və “POS terminal” onun İmişli rayonunun Heydər Əliyev prospektində yerləşən gübrə mağazasında saxlanılırmış. xx xxxx 2020-ci il tarixdə bir fermer adını sonradan bildiyi Zamiq Soltanov ona yaxınlaşıb onun kartında olan pulu nağdlaşdırmaq istədiyini bildirdikdə o, sonuncunu aldadıb pulu tam şəkildə nağdlaşdıra bilmədiyini və cəmi 7000 manatını nağdlaşdıra biləcəyini demişdir. Zamiq ona kartı verdikdən sonra o, “Lux Oil” yanacaq doldurma məntəqəsində Elnurun ona verdiyi “POS terminal”dan istifadə edib 10.000 manatlıq köçürmə əməliyyatını həyata keçirmiş və həmin pulun 7.000 manatını Zamiqə vermişdir. Bir müddət sonra Zamiq Soltanov ondan pulun istəsə də, müxtəlif bəhanələrlə onu aldatmış və 3000 manatını qaytarmamışdır. Həmin pulu Elnurla bərabər şəkildə bölmüşlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Hazırda zərər çəkmiş şəxsin pulu qaytarılmış və sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Cinayət qanunvericiliyinə edilmiş dəyişikliklə əlaqədar barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri özlərinin etirafları ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam subuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, kənd təsərrüfatı ilə məşğul olan tanışı X5 dövlət tərəfindən 19.349 manat subsiyada ayrılmış və həmin pul vəsaiti sonuncuya “xxxxxxxxxxxx” ASC-də açılmış fermer kartı vasitəsi ilə verilmişdir. Yunis Osmanov həmin pulu yalnız istifadəsində olan torpaq sahəsinin inkişafına istifadə edə bilərmiş. Pulun 25%-i istisna olmaqla qalan pul yalnız köçürmə yolu ilə kənd təsərrüfatı məhsulları üçün gübrə, azot və digər bu kimi məhsullara sərf olunmalı idi. Yunis Osmanov ondan pulu nağdlaşdırmaqda köməklik göstərməsini xahiş etmiş və bunun üçün ona etibarnamə də vermişdir. O da pulu kartdan çıxarmaq üçün tanışlarından maraqlandığı zaman həmin vaxt Ağdaş rayonunda olan Təqsirləndirilən şəxs2 adlı şəxsin bu işdə ona köməklik göstərə biləcəyini demişlər. xx xxxx 2020-ci il tarixdə o, Elnuru Ağdaş rayonunun Ləki qəsəbəsində yerləşən “Ləki” restoranında tapmış və sonuncu pulu “POS terminal” aparatı vasitəsi ilə təmannasız olaraq nağdlaşdırmaqda ona köməklik göstərə biləcəyini bildirmişdir. O da Elnura inanıb etibar edilmiş fermer kartını ona vermiş, sonuncu onun yanında kartı “POS terminal”a daxil edib oradan pul köçürməsini həyata keçirmiş və ona kartdan cəmi 15090 manat pul çıxardığını demişdir. Ona da həmin pulun ekvivalentində 8800 ABŞ dolları və 130 manat pul vermişdir. Bir neçə gün sonra o, kartı yoxlayarkən Elnurun onu aldadaraq 4259 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bilmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanın əvəzini tam ödəmiş, üzr istəyərək barışmış və onun hazırda ondan heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim edib qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, fərdi şəkildə kənd təsərrüufatı ilə məşğul olur. Kənd təsərrüfatı ilə məşğul olan tanışı X3 dövlət tərəfindən 10.000 manat subsiyada ayrılmış və həmin pul ona “xxxxxxxxxxxx” ASC-də açılmış fermer kartı vasitəsi ilə verilmişdir. Karta yüklənmiş 10.000 manat pulun yalnız 25%-i nağdlaşdırıla bilərmiş. Həmin nağdlaşdırılmış pul da kənd təsərrüfatına sərf edilməli, qalan pul isə köçürmə yolu ilə kənd təsərrüfatı məhsulları üçün gübrə, azot və digər bu kimi məhsulların alınmasına sərf olunmalı idi. Seyran özü 25%-i nağdlaşdıra bilmədiyi üçün həmin işlə məşğul olmaq üçün ona etibarnamə vermişdir. O, özü də bu sahədə təcrübəsiz olduğundan tanışlarından pulu necə nağdlaşdırmağı soruşduqda ona İmişli rayonunda yaşayan Təqsirləndirilən şəxs1 tanışı Elnur adlı şəxsin köməkliyi ilə nəyin ki 25%-i, hətta bütöv pulu nağdlaşıra biləcəyini demişlər. O, həmin kartla İmişli rayonunun Qaralar kəndi dairəsi yaxınlığında yerləşən və Təqsirləndirilən şəxs1 məxsus “Lux Oil” yanacaq doldurma məntəqəsinə getmiş və orada sonuncu ona təmannasız olaraq pulun nağdlaşdırılmasına köməklik göstərə biləcəyini demişdir. O da razılaşıb Hümmətə Seyran tərəfindən ona etibar edilmiş və içərisində 10.000 manat pul olan kartı vermişdir. Hümmət onun yanında “POS terminal” adlandırdığı qurğudan qeyd etdiyi kart vasitəsi ilə pul köçürməsini həyata keçirmişdir. Həmin vaxt Hümmət ona 7000 manat pul verib bu günlük bu qədər çıxardığını, qalan pulu isə sabah çıxarıb ona verəcəyini demişdir. Hümmət ona hətta çek də vermiş, lakin o, çekə baxmamışdır. Oradan ayrıldıqdan bir müddət sonra çekə baxdıqda Hümmətin onu aldadaraq bütün pulu, yəni 10.000 manatı köçürməsini bilmişdir. Təqsirləndirilən şəxslər ona vurduğu ziyanın əvəzini tam ödəmiş, üzr istəyərək barışmış və onun hazırda onlardan heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim edib qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxslər barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, tanışı Şahid1 ona müraciət edib onun adına firma açıb və faktiki rəhbərliyi özü həyata keçirmək istədiyini bildirkidə o, etiraz etməmişdir. Bundan sonra o, Şahid1la birlikdə 1 saylı ASAN Xidmətə gedib müvafiq sənədləşməni həyata keçirmiş, onun adına “xxxxxxxxx” MMC təsis edilmiş və özü də direktor təyin edilmişdir. Elə həmin gün də o, dərhal Şahid1 etibarnamə vermiş və bütün işləri sonuncu həyata keçirmişdir. Onun həmin şirkətin hansı fəaliyyətlə məşğul olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, kənd təsərrüfatı təyinatlı məhsulların satışını həyata keçirmək üçün tanışı Təqsirləndirilən şəxs2 təklifi ilə birlikdə “xxxxxxxxx” MMC-ni təsis etmişlər. Özü stomatoloq olduğundan və bu sahədən anlayışı olmadığından şirkətin bütün faktiki idarəçiliyi Təqsirləndirilən şəxs2 həvalə edilmişdir. Təqsirləndirilən şəxs2 həbs edildikdən sonra o, sonuncunun vətəndaşları aldadıb onların hesabında olan pulları “xxxxxxxxx” MMC-nin hesabına köçürdüyünü bilmişdir. Onun bu işlərdən xəbəri olmamışdır. Beləliklə, məhkəmə araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət əməlinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir, lakin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ilə barışmışlar, onların təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətvə tələbləri yoxdur, onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli, TT**********959750 nömrəli ödəniş qəbzindən görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın 25%-i olaraq Təqsirləndirilən şəxs1 tərəfindən 750 manat məbləğində pul vəsaiti Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın 25%-i olaraq Təqsirləndirilən şəxs2 tərəfindən “xxxxxxxxxxxx” ASC-nin K0100113 nömrəli ödəniş terminalı vasitəsilə 1816,82 manat məbləğində pul vəsaiti Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilmişdir. Belə olduğu təqdirdə xx xxxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilərək barələrində olan cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut ,məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 344-347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2ci maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinə alternativ olan ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinə alternativ olan ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-75/2020
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-75/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver