Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-75/2023 02.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı və Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)42/2021 saylı hökmü ilə AR CM-nın 234.1;67.1-ci maddələri ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR MMnin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, İmişli şəhəri, ünvan 1-də qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 0,415 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 12 iyun 2023-cü il saat 19:10-da İmişli rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs "xxxx" ASC-nin İmişli şəhəri, H.Əliyev prospektində yerləşən filialının qarşısında saxlanılaraq İmişli rayon polis şöbəsinin İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçrilimiş, şəxsi axtarış zamanı onun üzərində olan göy rəngli imdan şalvarının sağ yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd 2 ml-lik şpris, şalvarnın sol yan cibindən isə 1 ədəd sellofan bükümdə 0,415 qram çəkidə narkotik vasirə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, ünvan 1 ünvanında babası Mürvət Qasımov və nənəsi Səkinə Abdullayeva ilə birlikdə yaşamışdır. Əvvəllər Azərbaycan Respublikasının cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Cəzasını 5 saylı Cəzaçəkmə Müəssəsində çəkmişdir. xx.xx.2022-ci ildə cəzasını çəkib qurtarmışdır . Azadlığa buraxıldıqdan sonra 1-2 ay ərzində narkotik vasitə istifadə etməmişdir. Sonra isə yenə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamış, daha sonra narkotik vasitə olan heroindən istifadə etmişdir. Heroini falqanın arasında yandıraraq tüstüsünü qəbul etmişdir. 12 iyun 2022-ci il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən "xxxx"ın qarşısında polis əməkdaşları ona yaxınlaşaraq özlərini tədim etmiş və onu narkotik vasitələrdən istifadə etməsində şübhəli bildiklərini deyib rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsinin inzibati otağında üzərində keçirilən şəxsi axtarış zamanı üzərində olan göy rəngli idman şalvarının sol yan cibindən bir büküm narkotik vasitəni və sağ cibində isə narkotik vasitəni bədəninə vurmaq üçün istifadə etdiyi 01 ədəd şpirisi özü təqdim etmişdir. Bundan başqa üzərində olan 26 manat pulu, siqareti, "xxxx"a aid özünə məxsus bank kartı aşkar edilmişdir. Təqdim etdiyi heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Özünün deməsinə görə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini evlərinin yaxınlığındakı küçədə gəzərkən tapmışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. İş üzrə şahid İmişli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyun 2023-ci il tarixdə saat 19 radələrində əvvəllər məhkum olunmuş İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin İmişli filialın qarşısında olacağı barədə ona məlumat daxil olmuş və məlumatı şöbə rəhbərliyinə məruzə etmişdir. Daxil olmuş məlumat əsasında rəhbərlik tərəfindən şöbənin əməkdaşları- Kamran Bəhrəməli, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin polis əməkdaşları ilə birlikdə saat 19:00-da avtomobilə əyləşib, İmişli şəhəri, H.Əliyev prospektində "xxxx" ASC-nin İmişli filialın qarşısına gedib, həmin ərazini müşahidəyə götürmüşlər. Saat 19:10-da Təqsirləndirilən şəxs gəldiyini görüb, əvvəlcədən danışılan şərti işarəyə əsasən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib, rayon polis şöbəsinə dəvət etmişlə. Təqsirləndirilən şəxs onlara etiraz etməyib rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirdikdən sonra vətəndaşın şöbəyə gətirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. X2 üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti üzrə göstəriş verilməsinə görə tərəfindən raportla şöbə rəhbərliyinə müraciət edilmişdir. Raportdan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişilə şəxsi aparılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyaların olub-olmamsı soruşularaq, olduğu halda könüllü təqdim edilməsi təkilf edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şpiris və iynəsi, “Kingstone” markalı siqaret, 1 ədəd plastik kart, 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq pul əskinasları, sonra isə sol yan cibindən 1 ədəd sellofan büküm, 1 ədəd “Nokia” markalı mobil telefon və 1 ədəd açar çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Kingstone” markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman qutunun içərisindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. 1 ədəd sellofan bükümə baxış keçirilən zaman həmin sellofonda narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar ediməmişdir. Narkotik vasitə olan heroinə bənzər kütlə və 1 ədəd şpiris ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. İş üzrə şahid İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və İmişli RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 Şahid1 ifadəsində göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şpiris və iynəsi, “Kingstone” markalı siqaret, 1 ədəd plastik kart, 1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq pul əskinasları, sonra isə sol yan cibindən 1 ədəd sellofan büküm, 1 ədəd “Nokia” markalı mobil telefon və 1 ədəd açar aşkar edilərək götürülmüşdür. ( c.i.səh: 26-28) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 13 iyun 2023-ci il tarixli, 18/628 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs Məhərəm oğlunun əynindəki....” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,415 qram olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə olan heroindir; 1 ədəd 2 ml-lik şprisdə narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektorn tərəzinin öçmə həddindən xaric-mikroçəki) onun miqdarını və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından digər maddə ilə eyni tərkibli olubolmadığını müəyyən etmək mümkün olmamışdır;.Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,365 qram olmuşdur. ( c.i.səh: 34-36) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də o, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən AR MM xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (c.i. səh: 115-116) AR CM-nin 61.1.1-ci maddəsinə cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. İşdə olan AR SN Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən verilmiş 5 avqust 2023-cü il tarixli 4987 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( c.i.səh: 146-147) İşdə olan İmişli Rayon Məhkəmənin 14 iyun 2023-cü il tarixli 4(036)38/2023 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs barəsində 12 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (c.i. səh: 67-68) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə işin faktiki hallarına qiymət verərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin xarakteri və cəzasını ağırlaşdıran halın olması nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, CM-nın 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, CM-nın 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və CM-nin 93-1.4-cü maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir; İş üzrə maddi sübut olan İmişli RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 0,365 qram çəkidə psixotrop maddə olan heoin, üzərində heroin izləri olan 1 ədəd 2 ml-lik şpris məhv edilsin, 1 ədəd “Nokia” markalı mobil telefon və 1 ədəd açar Təqsirləndirilən şəxs ösünə verilməli, İşə əlavə edilmiş 1 ədəd GD diski və 1 ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır; İş üzrə ekspertiza xərcini təşkil edən 49,74 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə kçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvəli 12 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. AR CM-nin 93-1.4-cü maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan İmişli RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 0,365 qram çəkidə psixotrop maddə olan heoin, üzərində heroin izləri olan 1 ədəd 2 ml-lik şpris məhv edilsin, 1 ədəd “Nokia” markalı mobil telefon və 1 ədəd açar Təqsirləndirilən şəxs ösünə verilsin; İşə əlavə edilmiş 1 ədəd GD diski və 1 ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza xərcini təşkil edən 49,74 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə kçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(036)-75/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-75/2023
02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver