Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-75/2025 23.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi İmişli Rayon Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Hacıtəpə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs aldatmaq qərarına gəlib yüksək əmək haqqı olan işlə təmin edəcəyi barədə ona yalan vəd verərək 2023-cü ilin sentyabr ayında İmişli rayonu, Çahar kəndi ərazisində yerləşən “Sünbül” adlı kafenin həyətində görüşüb 9000 manat pulunu aldıqdan sonra vədinə əməl etməyərək Zərərçəkmiş şəxs 9000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən 2023-cü ilin sonuna kimi Milli Məclisin millət vəkili Razi Nurullayevin sürücüsü işləmişdir. O, Razi Nurullayevin qardaşı oğludur. İmişli rayon sakini Zərərçəkmiş şəxs tanıyır. Zabulla əvvəllər işsiz olmuş və Razi Nurullayevin xahişindən sonra Zabulla "xxxx" QSC-nin İmişli stansiyasına işə düzəlmişdir. Təxminən 2023-cü ilin sentyabr ayında o, İmişlidə olarkən Zabulla ona müraciət edərək, 2 nəfər tanışını pul müqabilində dəmir yollarında hər hansı işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Həmçinin Zabulla bildirmişdir ki, həmin şəxslər işə düzəlmələri müqabilində pul verirlər. O, Zabullaya məsələ ilə bağlı maraqlanıb onunla əlaqə saxlayacağını demişdir. Aradan təxminən 2 gün keçdikdən sonra Zabulla onunla əlaqə saxlamış və 9000 manat vəsaitin onda olduğunu demişdir. Zabulla ilə razılaşmışlar ki, İmişli rayonunun ərazisində yerləşən “Sünbül” adlı kafedə görüşmüşlər. Danışdıqları kimi Zabulla ilə “Sünbül” adlı kafedə görüşmüşlər və yemək yemişlər. O, Zabullaya tanışlarının vasitəsilə ilə həmin 2 nəfərin işlə təmin olunacağını bildirmişdir. Zabulla həmin vaxt 50 və 100 manatlıq əskinaslardan ibarət olan 9000 manat vəsaiti ona təqdim etmişdir. 9000 pulu Zabulladan götürüb növbəti gün Bakıya gəlmişdir. Həmin pulu o, şəxsi ehtiyacları üçün xərcləməyə başlamışdır. Belə ki, o, Zərərçəkmiş şəxs 9000 manat pul alan zaman maddi vəziyyəti yaxşı olmamışdır. Bundan başqa borcları olmuşdur. O, həmin puldan bir qismini borclarına ödəmişdir. Qalan hissəsini isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Tutduğu əməldən səmimi peşmandır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş zərərin iyirmi beş faizi miqdarında, yəni 2250 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin oktyabr ayından "xxxx" QSC-nin İmişli stansiyasında mühafizəçi vəzifəsində işləsə də aldığı əmək haqqı ilə ailəsini dolandıra bilməmişdir. Bu səbəbdən 2023-cü ilin yay aylarının birində rayonun deputatı Razi Nurullayevin qəbuluna getmək qərarına gəlmişdir. Razi Nurullayevin qəbuluna gəldikdə onu əvvəllər rayondan tanıdığı Şamxal adlı şəxs qarşılamış və onu məhz özü qəbul edəcəyini bildirmişdir. Problemini Şamxala danışdıqda ona 10000 manat müqabilində aylıq əmək haqqısı 1000 manat olan bir işə düzəldəcəyini təklif etmişdir. O Şamxala inanaraq təklifini qəbul etmişdir. Bundan sonra o, dosttanışından yalnız 10 gün ərzində 9000 manat pul düzəldə bilmişdir. Belə ki, o, dostu olan İmişli rayonu, Şahverdili kənd sakini Şahid3 borca 9000 manat pul istəmişdir. O da həmin pulun yarısını yəni 4500 manatını dayısı İmişli rayonu, Şahverdili kənd sakini Şahid4 almış və qalan 4500 manat pulu isə özü vermişdir. Calal ona ümumilikdə 9000 manat pul vermişdir. Sonra Şamxal onunla əlaqə saxladıqda Şamxala bildirmişdir ki, istədiyi pulun 9000 manatını düzəldə bilmişdir. Şamxal rayona gələrək 9000 manat pulu ondan götürəcəyini bildirmişdir. Şamxalla razılaşmışlar ki, İmişli rayonu, Qulubəyli kənd ərazisində yerləşən “Sünbül” adlı kafedə görüşsünlər. Danışdıqları kimi Şamxalla 2023-cü ilin təxminən sentyabr ayında “Sünbül” adlı kafedə görüşmüşlər və həmin vaxt orada yemək yemişlər. Şamxal bildirmişdir ki, nüfuzlu tanışları vardır. Onların vasitəsilə onu işə düzəldəcək. Sonra üzərində olan 9000 manat pulu Şamxala 50 və 100 manatlıq əskinaslardan ibarət olmaqla təqdim etmişdir. Şamxal ondan pul götürdükdən təxminən 2 həftə sonra onunla əlaqə saxladıqda ona bildirmişdir ki, sənədlərini hazırlasın, qısa zaman kəsiyində onu işlə təmin edəcək. Bir neçə dəfə onunla əlaqə saxladıqda hər dəfə bir bəhanə gətirərək onu inandıra bilmişdir ki, yüksək maaşlı bir işlə təmin edəcək. Təxminən bu proseslər 3 ay davam etdikdən sonra xəbər gəlmişdir ki, Şamxal işdən azad edilib. Şamxalın qohumlarına zəng vurmuş, lakin hər hansı müsbət nəticə əldə edə bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023cü ilin təxminən sentyabr ayında Zərərçəkmiş şəxs işə düzəlmək istədiyini və 9000 manat borca pul lazım olduğunu bildirmişdir. Lakin onda o qədər pul olmadığından Zabullaya köməklik etmək üçün dayısı Şahid4 4500 manat borca pul istəmişdir ki Zabullaya versin. Dayısı ona inandığı üçün razılaşıb qeyd etdiyi məbləği ona borc qismində vermiş, həmin pulun üzərinə özü də 4500 manat pul qoyub, ümumilikdə 9000 manat pulu 2023-cü ilin sentyabr ayında İmişli şəhərində Gənclər Mərkəzinin yaxınlığında yerləşən çayxana da Zərərçəkmiş şəxs vermişdir. Sonradan Zərərçəkmiş şəxs özündən eşitmişdir ki, onu işə düzəltmək adı ilə 9000 manat pulunu ələ keçirməklə aldadaraq, ona qarşı dələduzluq etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023cü ilin təxminən sentyabr ayında bacısı oğlu Şahid3 ona yaxınlaşaraq dostu Zərərçəkmiş şəxs işə düzəlməsi üçün pul lazım olduğunu, bu səbəbdən ona köməklik etmək istədiyini və məndən pulu varsa Zabullaya borc qismində pul verməsini xahiş etmişdir. O da 4500 manat pulu bacısı oğlu Şahid3 vermiş ki, həmin pulu Zərərçəkmiş şəxs versin. Hətta bacısı oğlu Şahid3 deməsinə görə özü də 4500 manat pul qoyaraq dostu Zərərçəkmiş şəxs 9000 manat pulu borc qismində işə düzəlməsi üçün vermişdir. Sonradan Zərərçəkmiş şəxs özündən eşitmişdir ki, onu işə düzəltmək adı ilə 9000 manat pulunu ələ keçirməklə aldadaraq, ona qarşı dələduzluq etmişlər. Lakin konkret olaraq kim tərəfindən ona qarşı dələduzluq edilməsini bilməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Şahid1 7-8 ildir ki, tanıyır. Onunla müxtəlif tikinti obyektlərində çalışmışlar. Təqsirləndirilən şəxs Şahid1 vasitəsilə tanımışdır. Bildiyinə görə Şamxal Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin qardaşı oğludur, həm də onun sürücüsü işləmişdir. Şahid1 də həmin partiyanın üzvüdür, hətta partiyanın hansısa şöbəsinin müdiridir. Təqsirləndirilən şəxsla ilk dəfə “Xəzər” TV-nin yaxınlığında yerləşən “Meduza” çay evində tanış olmuşlar. Şamxal ora Toğrul ilə birlikdə hansısa tədbirdən gəlmişlər. X2 tanıyır. Onu Hüseyn adlı bir ortaq tanışlarının vasitəsilə tanımışdır. Hüseyn də tikinti sahəsində çalışır. Şakir tez-tez onun yanına gəlib-getdiyi üçün aralarında dostluq münasibəti yaranmışdır. İlkin olaraq Şakir özünü məmur kimi təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Administrasiyasının X3 əməkdaşıdır. Adətən saat 17:00-dan sonra yuxarıda qeyd etdiyim “Meduza” çay evində yığışmışlar. Daha sonra Şamxal və Şakir tanış olmuşlar və aralarında dostluq münasibətləri yaranmışdır. Təxminən 2024-cü ilin qış aylarında Şamxal “Meduza” çayxanasına gələrək Şakirin onu aldatdığını bildirmişdir. Şamxalın dediyinə görə Şakir ona iki nəfər İmişli rayon sakinini 9000 (doqquz min) manat müqabilində "xxxx" QSC-yə işə düzəltməyi söz vermiş, lakin pulu alıb yoxa çıxmışdır. Məsələ ilə bağlı Şamxalla ətraflı söhbət etdikcə, məlum olmuş ki, Şamxal kimlərisə işə düzəltmək adı ilə 9000 manat pul almış və bu işi Şakirə tapşırmışdır. İmişli rayon sakinlərinin dəmir yollarına işə düzəltməsi ilə bağlı Şakirlə söhbət etdikdə o, həqiqətən də Şamxaldan 2 nəfərin dəmir yollarına işə düzəldəcəyi müqabilində pul aldığını etiraf etmişdir. Onu da qeyd etmiş ki, ondan olan məlumata görə Şakir bir çox insanlara qarşı müxtəlif dələduzluq əməlllərini törətmişdir. Şamxalın işə düzəldəcəyi 2 nəfər İmişli rayonu, Şahverdili kənd sakinləri Şahid4, Şahid3 və İmişli şəhər sakini Zərərçəkmiş şəxs tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs Baş İdarəyə verdiyi izahatında göstərdiyi 2 nəfər İmişli rayon sakinini işə düzəltmək müqabilində ona və Şakir Vahabova 9000 manat pul verməsi ilə bağlı Şamxalın dediklərinin yalan olduğunu və Şamxalla Şakirin əlbir olaraq həmin şəxsləri aldatdığını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi partiyanın sədri Razi Nurullayevin sürücüsü olmuş, lakin onun barəsində müxtəlif şəxslərdən çoxlu sayda şikayətlər daxil olmuş və bu səbəbdən sədr onu partiyadan uzaqlaşdırmışdır. Oun da qeyd etmişdir ki, Şamxal həmçinin Razi Nurullayevin qardaşının oğludur. Şamxal partiyada işlədiyi müddətdə onunla münasibətim normal olmuş, aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs pul müqabilində kimlərisə işə düzəltmək üçün ona müraciət etməmişdir. O, İmişli rayon sakini Zərərçəkmiş şəxs tanımır. Əvvəllər tikinti sahəsində çalışmış, həmin ərəfələrdə Şahid2 tanımışdır. Ondan müxtəlif tikinti materiallarını almışdır. X5 Zahirovun vasitəsilə tanımışdır. Bir neçə dəfə Pərviz, Şakir və Şamxalla birlikdə “Xəzər” TV-nin yaxınlığında “UPD” ərazisi kimi tanınan məkanda yerləşən “Meduza” adlı çay evində görüşmüşlər. Bildirmişdir ki, o, İmişli rayonu, Şahverdili kənd sakinləri Şahid4 və Şahid3 tanımır. Təqsirləndirilən şəxs dedikləri yalan və böhtan olduğunu bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun vasitəçiliyi ilə Şahid2 və Şakir Vahabovla tanış olsada ancaq daha sonra Şamxalın İmişli rayon sakini olan iki nəfər şəxsi 9000 manat qarşılığında "xxxx" QSC-də işlə təmin edilməsi ilə bağlı Şahid2 və Şakir Vahabovla danışıb razılaşması və aralarında hansı münasibətin yaranmasından onun xəbəri olmamışdır. Bildiyinə görə Şamxal, Pərviz və Şakirlə dostlaşmışdır, ancaq daha sonra onların arasında hansı münasibətlərin olmasından onun xəbəri olmamışdır. Cinayət işinin 72-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə 2250 manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək dəymiş ziyanı tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2250 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini və bununla əlaqədar cinayət işinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Belə ki, Xəzər Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Xəzər Rayon Polis İdarəsinin qeyd edilən qərarı hazırki işi üzrə cinayət əməli törədildikdən sonra qəbul edilmişdir. Belə ki, hazırki iş üzrə cinayət əməli 2023-cü ilin sentyabr ayında törədilmiş, Xəzər Rayon Polis İdarəsinin qeyd edilən qərarı isə 24 sentyabr 2024-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən vurulmuş 9000 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 2250 manat məbləğində dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 187 (yüz səksən yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №1(036)-75/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-75/2025
23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver