Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-76/2022 12.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1991-ci il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Rəsullu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin mart-aprel aylarında özünə məxsus Ağsu-Kürdəmir- Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Rəsullu kəndi ərazisindən keçən hissəsində, yol kənarında yerləşən marketdə olarkən, cinsi ehtirasını təmin etmək məqsədilə müxtəlif vaxtlarda bir neçə dəfə istifadəsində olan "Redmi-Not 8" markalı mobil telefonla “www.xnxx.com” porno saytına daxil olaraq, marketə ərzaq almaq üçün gələn, 2013-cü il təvəllüdlü, on dörd yaşına çatmayan X2 və 2011-ci il təvəllüdlü, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 saytda yerləşdirilmiş pornoqrafik məzmunlu, yəni seksual xarakterli filmləri izlətdirməklə, habelə 12 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 sağrı nahiyəsini əli ilə sığallamaqla, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, zərər çəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs1 mütəmadi olaraq onun işlətdiyi Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunun Rəsullu kəndindən keçən hissəsində, yolun kənarında yerləşən mağazasına alış-veriş üçün gəlibgedəndən tanıyırmış. Təxminən 2022-ci ilin aprel ayında o, dükanda oturub “XNXX” porno videoların paylaşıldığı saytda porno video izləyərkən beş nəfər uşaq, o cümlədən Ayan Mirişli və Zərərçəkmiş şəxs1 də dükana daxil olmuşlar. Həmin vaxt özünə məxsus “REDMİ Not 8” markalı telefon qarşısındakı stolun üzərində olmuşdur. O, dərhal videodan çıxmağa çalışsa da hiss etmişdir ki, onlar telefondakı həmin videonu görmüşlər. Uşaqlar heç bir söz demədən ondan ev üçün lazım olan ərzaqlar istəmiş və o da onların istədiyi ərzaqları vermişdir. Ayan Mirişli nağd pul verməyərək borcu atasının adına yazmağı bildirmiş və uşaqlar dükandan çıxaraq getmişlər. Bundan təxminən bir neçə gün sonra, günorta saatlarında Ayan Mirişlinin anası Şəbnəm və Zərərçəkmiş şəxs1 anası Əfsanə dükana gələrək uşaqların ondan narazı olduqlarını demişlər. O, səbəbini soruşduqda, onlar onun uşaqlara əxlaqsız video göstərdiyini bildirmişlər. O, isə onlara bu hadisənin tamamilə ehtiyatsızlıqdan baş verdiyini izah etmiş və bununla bağlı uşaqların valideynlərindən üzr də istəmişdir. Qadınlar dükanda səs-küy saldıqlarından onlara heç bir şey izah edə bilməmişdir. Bundan təxminən bir saat keçdikdən sonra Şahid4 dükana gəlmiş və o, hadisə necə olubsa ona danışmışdır. Qalib də belə şeyin təsadüfi olduğunu başa düşərək ondan bir qutu siqaret alıb getmişdir. Daha sonra Ayan Mirişlinin nənəsi Sədaqət ona zəng edərək belə işlərin ayıb olduğunu bildirmişdir. O isə ona hadisənin tamamilə təsadüfi olduğunu, belə vəziyyəti heç özünün də arzulamadığını demişdir. Sədaqət ona bu vəziyyəti Mirağaya deməsini bildirmişdir. O da Şahid5la görüşüb söhbət etmək üçün İmişli rayon bazarına getmiş və orada sonuncu ilə görüşüb dükanda porno video izləyərkən uşaqların dükana gəldiyini, ehtiyatsızlıqdan onların gördüyünü bildirib ondan üzr istəmişdir. Şahid5 da onun açıqlamasını səmimi qəbul edərək heç bir problemin olmadığını bildirmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün qismən etirafı ilə yanaşı, iş üzrə ifadələri elan olunmuş zərər çəkmiş şəxslərin və qanunu nümayəndələrin və şahid ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs X1 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonunun Rəsullu kəndinin kənarında yerləşən mağazadan tanıyırmış. Hadisədən əvvəl o, həmin dükana evdən ona tapşırılan ərzaqları almaq üçün getmiş və dükana girən zaman Təqsirləndirilən şəxs oturub telefona baxdığını görmüşdür. O, Mailə dükandan alacağı ərzaqların adlarını demiş, sonuncu isə bunun əvəzində ona telefonda baxdığı əxlaqsız bir videonu göstərib videoya axıracan baxmağını istəmişdir. O, baxmaq istəmədiyini desə də Təqsirləndirilən şəxs onu videoya axıracan baxmağa məcbur etmişdir. O, yenə də etiraz etmiş və bundan sonra Təqsirləndirilən şəxs ona göstərdiyi video barədə gedib kiməsə deyəcəyi halda atası və anasını öldürəcəyini bildirmişdir. O da bundan qorxaraq dükandan çıxıb evə qayıtmışdır. Anası nə üçün heç bir şey almadığını soruşduqda o, yalandan Mailin yasda olduğunu və dükanın işləmədiyini demişdir. Bu hadisədən sonra bir daha oraya getməmişdir. Sonuncu dəfə yəni, 12 may 2022-ci il tarixdə onlara qonaq gəlmiş həmyaşıdları ilə birgə özlərinə su almaq üçün həmin dükana getmişdir. Onlar Mailə istədikləri ərzaqları dedikdən sonra sonuncu əyləşdiyi yerdən qalxıb onların yanından keçərkən onun sarğı nahiyəsinə əli ilə toxunmuşdur. Bundan sonra o, dükandan çıxıb evə qayıtmışdır. Yenə də qorxduğu üçün bu barədə nə valideynlərinə və nə də başqa heç kimə bir söz deməmişdir. Yalnız qohumu və onunla həmyaşıd olan Nəzrinə bu barədə danışmışdır. Nəzrin isə bunu anasına demişdir. Nəzrinin anası belə bir hadisənin olduğunu eşidib onun anası Şəbnəmə demiş və bundan sonra atası da xəbər tutmuşdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonunun Rəsullu kəndinin kənarında yerləşən mağazadan tanıyırmış. O, mütəmadi olaraq evə lazım olan ərzaqları həmin dükandan alırmış. O, dükana girərkən Təqsirləndirilən şəxs bir əlində aldığı ərzaqları tutur, o biri əlində isə ona telefonda əxlaqsız videoları göstərirmiş. O, həmin videolara baxmaq istəmədikdə Mail onu həmin videolara baxmağa məcbur edirmiş. Mail ona hadisə barədə kiməsə bir söz deyəcəyi halda atası və anasını öldürəcəyini bildirmişdir. O da bundan qorxduğu üçün heç kəsə bir söz deməmişdir. Sonuncu dəfə o, yenə də dükana ev üçün ərzaq almağa getmiş və həmin vaxt Mail yenə də ona yaxınlaşaraq telefonda olan əxlaqsız videonu onun üzünə tərəf tutaraq ona videoya baxmağı demişdir. Mail ona hirsləndiyini görüb alacağı ərzaqları ona vermiş və telefonu yığışdırmışdır. Məhkəmədə şahid qismində ifadəsi elan olunmuş qanuni nümayəndə Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonunun Rəsullu kəndinin kənarında yerləşən mağazadan tanıyırmış. O, həmişə evə lazım olan ərzaqları almaq üçün azyaşlı qızları Aysun və Leylini Mailin mağazasına göndərirmiş. 14 may 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində Ayan Mirişlinin anası gələrək ona Mailin qızı Ayana və onun qızı Aysuna əxlaqsız videolar göstərdiyini və onlara əli ilə toxunduğunu demişdir. O, bu barədə qızı Aysundan soruşduqda qızı həqiqətən də Mailin 2022-ci ilin mart -aprel aylarında ona telefonda pornoqrafik videolar göstərdiyini təsdiq etmişdir. Daha sonra o, bu barədə əri Şahid4 danışmış və əri dükana gedərək hadisə barədə Təqsirləndirilən şəxs soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin halı təsdiq etmiş, lakin telefonda olan pornoqrafik videoların uşaqlar tərəfindən görülməsini təsadüfən olduğunu demişdir. Həmçinin qızı ilə söhbət əsnasında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qızı Aysuna qarşı hər hansı bir seksual xarakterli hərəkətlər etməmiş, onun bədəninə əl vurmaqla toxunmamışdır. Məhkəməyə daxil olmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Şahid3 ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində ifadəsi elan olunmuş qanuni nümayəndə Şahid2 Rəfail qızının ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonunun Rəsullu kəndinin kənarında yerləşən mağazadan tanıyırmış. O, mütəmadi olaraq qızı Ayan Mirişlini həmin dükana ev üçün lazım olan ərzaqları almağa göndərirmiş.14 may 2022-ci il tarixdə qohumu Elnarə adlı qadın onlara gələrək Mailin qızı Ayana əxlaqsız videolar göstərdiyini və əli ilə onun arxa nahiyəsini toxunduğunu bildirmişdir. O, bunu Ayanın onun həmyaşıd qızı Nəzrinə, sonuncunun da gəlib evdə danışdığını demişdir. Bundan sonra o, Aysunun anası Əfsanəgilə gedərək Təqsirləndirilən şəxs onların uşaqlarına əxlaqsız video göstərdiyini və əli ilə qızı Ayanın arxasını toxunduğunu demişdr. Daha sonra Əfsanə ilə birlikdə Təqsirləndirilən şəxs dükanına getmiş və ondan uşaqlarla nə üçün bu cür rəftar etdiyini soruşduqda sonuncu telefonda pornoqrafik videolara baxarkən uşaqların dükana gəldiyini və belə bir mənzərəni təsadüfən gördüyünü bildirmişdir. O, bundan sonra evə qayıtmış və olanlar barədə axşam əri Şahid5 danışmışdır. Sonradan əri Mirağa Təqsirləndirilən şəxsla söhbət edən zaman sonuncu onlara dediklərini ərinə də danışmışdır. Məhkəməyə daxil olmuş zərər çəkmiş şəxs Ayan Mirişlinin və onun qanuni nümayəndəsi Şahid2 ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində ifadəsi elan olunmuş Şahid5 ifadəsindən görünür ki, 14 may 2022-ci il tarixdə fərdi qaydada ticarətlə məşğul olduğu bazarda alver edərkən, həmkəndlisi və eyni zamanda kənd ərazisində dükan işlədən Təqsirləndirilən şəxs onun yanına gələrək ona təxminən bir ay əvvəl işlədiyi dükanda pornoqrafik videoya baxarkən azyaşlı qızı Ayanın dükana daxil olduğunu, imkan tapıb həmin videonu telefonda söndürə bilmədiyini və həmin videoya azyaşlı qızının baxdığını bildirmişdir. O, Mailə hadisənin hansı şəkildə baş verdiyini dəqiqləşdirəcəyini və daha sonra isə onunla bu barədə söhbət edəcəyini deyib ona yanından getməsini istəmişdir. Daha sonra evə gəlmiş və bu barədə həyat yoldaşı ona təxminən bir ay müddətdən artıqdır ki, Mailin azyaşlı qızına və eləcə də qonşuluqda yaşayan Qalibin azyaşlı qızı Aysuna ayrı-ayrı vaxtlarda pornoqrafik videolar göstərdiyini və Ayanın arxa hissəsinə əli ilə toxunduğunu demişdir. Bundan sonra o, Qaliblə birlikdə həmkəndlisi Mailin işlətdiyi dükana getmiş və sonuncu onlara qızı Ayanla qonşusu Qalibin azyaşlı qızı Aysunun birlikdə dükana daxil olduqları üçün hər ikisi onun baxdığı və pornoqrafik səhnələr olan videonu telefonda görmüşlər. Şahid5 məhkəməyə teleqram ünvanlayaraq hazırda həmkəndliləri Təqsirləndirilən şəxsla barışdıqlarını, ondan heç bir şikayətlərinin və tələblərinin olmadığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan olunmuş Şahid4 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonunun Rəsullu kəndinin kənarında yerləşən mağazadan tanıyırmış. Təqsirləndirilən şəxs qızı Aysuna istifadəsində olan mobil telefonda olan erotik videoları hadisədən təxminən bir ay əvvəl bir neçə dəfə göstərmiş, lakin qızına qarşı hər hansı bir əxlaqsız hərəkət etməmişdir. O, bu barədə qızı Aysundan eşitdiyi üçün Mailin işlədiyi mağazaya gedib orada sonuncunun qızına qarşı etdiyi hərəkətlərini kənd sakinlərinə bildirmiş və onun bu hərəkətlərini eşidən kənd sakinləri mağazanın qarşısına toplaşmışlar. Daha sonra ona Təqsirləndirilən şəxs digər həmkəndlisi Ayan adlı azyaşlı uşağa qarşı da telefonunda olan erotik videoları göstərdiyini və hətta onun arxasını bir dəfə əli ilə toxunduğunu bilmişdir. Şahid4 məhkəməyə teleqram ünvanlayaraq hazırda həmkəndliləri Təqsirləndirilən şəxsla barışdıqlarını, ondan heç bir şikayətlərinin və tələblərinin olmadığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayından Mailin İmişli rayonunun Rəsullu kəndində yerləşən mağazasında işləməklə aylıq aldığı 190 manat pulla ailəsini dolandırırmış. O, həmkəndliləri azyaşlı Aysun və Ayanı Mailin mağazasından gəlib müxtəlif ərzaq malları alandan tanıyırmış. Mail onun yanında heç vaxt Aysun və Ayana qarşı hər hansı bir əxlaqsız hərəkət etməmiş, Mailin onlara mobil telefon vasitəsilə hər hansı bir əxlaqsız videolar göstərdiyini görməmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini qismən etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslər və onların qanuni nümayəndələri ilə barışıq əldə etməsini, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsaslanaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddətin bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla 1 (bir) il 3 (üç) ay 14 (on dörd) günü təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay 16 (on altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-76/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-76/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver