Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-76/2024 29.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi – X5, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə İmişli rayonu, Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 29 aprel 2024-cü tarixdə saat 22 radələrində idarə etdiyi “VAZ- 21074 minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Qaçaq Nəbi küçəsindən X.Bəylərov küçəsi istiqamətində hərəkətdə olarkən, Qaçaq Nəbi küçəsindəki yolayrıcı qarşısında olan 2.5 “Dayanmadan keçmək qadağandır” və 4.1.2 “Sağa hərəkət” məcburi hərəkət istiqaməti yol nişanlarının tələblərinə əməl etməklə N.Savalanov küçəsi ilə kəsişmədə olan yolayrıcında hərəkət edən nəqliyyat vasitələrinə yol verməli, hərəkətin təhlükəsizliyinin təmin olunduğuna əmin olduqdan sonra avtomobillə yol ayrıcına daxil olub məcburi qaydada sağa hərəkət etməli olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsi ilə (2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanının) nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, N.Savalanov küçəsi ilə kəsişmədə sol tərəfdən Şahid3 İmişli rayonu, Otuziki kəndi istiqamətində 60 km/saat sürətlə idarə etdiyi “Mercedes-Benz E 220 CDİ minik” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığını müşahidə etməklə öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, hərəkətin təhlükəsizliyinə əmin olmadan X.Bəylərov küçəsinə keçmək üçün hərəkəti davam etdirib avtomobili 40 km/saat sürətlə yolayrıcına daxil edərək sol yan tərəfi ilə qarşısına çıxdığı “Mercedes-Benz E 220 CDİ minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə toqquşub yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə idarə etdiyi avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs və X6 24 fevral 2024-cü il tarixdə doğulmuş Nurlan adı oğlan uşağının ehtiyatsızlıqdan sol təpə-gicgah sümüyünün içəriyə basılmış yerinidəyişmiş sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beyinin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş-beyin toxumasına qansızma və baş-beyin maddəsinin ödemindən ibarət həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaqla, onun başın açıq küt travması nəticəsində başbeyin toxumasına qansızmadan ehtiyatsızlıqdan ölümünə, digər sərnişin X3 ehtiyatsızlıqdan sağ təpə sümüyünün sınığı halında qapalı kəllə-beyin travmasından ibarət sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, 29 aprel 2024-cü il tarixdə saat 22 radələrində özünə məxsus olan VAZ-21074 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 40 km/saat sürətlə İmişli şəhəri, Q.Nəbi küçəsindən İmişli şəhəri, X.Bəylərov küçəsinə keçmək istəyərkən avtomobillərə yol vermişdir. Lakin orada sağa dönmə etmədən birbaşa İmişli şəhəri, X.Bəylərov küçəsinə hərəkət etmək istəmişdir. Bu zaman İmişli şəhəri, H.Əliyev prospektindən İmişli rayonu, Otuziki kəndi istiqamətində hərəkətdə olan “Mercedes-Benz E class” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürətlə ona tərəf gəldiyini görmüş və bu zaman özünü itirmiş, heç nə edə bilməmişdir. Həmin avtomobilin ona tərəf gəldiyini görəndə aralarıda təxminən 10 metr məsafə olmuşdur. Avtomobillə yolun ortasında toqquşmuşdur. Hadisə vaxtı avtomobilində öndə X10, onun qucağında azyaşlı sərnişin X8, arxada solda X11, onun qucağında azyaşlı sərnişin X9, onun sağında X12 əyləşmişdir. Toqquşmadan sonra oraya toplaşan tanımadığı şəxslər avtomobilində olan xəsarət alan şəxsləri İmişli rayon mərkəzi xəstəxanasına aparmışlar. Həmin hadisə nəticəsində sağ qolundan sınıq xəsarəti almışdır. 30 aprel 2024-cü il tarixdə isə azyaşlı X1 RMX-da ölmüşdür. Törətmiş olduğu cinayət əməlindən peşmandır, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməklə ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs X3 qanuni nümayəndəsi və digər zərər çəkmiş şəxs X4 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində olarkən 29 aprel 2024-cü il tarixdə gecə saatlarında həyat yoldaşı Şahid1 (İmanova) ona zəng edib həmin gün saat 22 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə əvvəl İmişli şhəhərində yaşayan Səliqənin yaşadığı evə və oradan onu götürüb birlikdə Sədiyarın avtomobili ilə İmişli rayon mərkəzi xəstəxanasına gedərkən Nəcməddin Savalanov küçəsində toqquşma yol-nəqdiyyat hadisəsinə düşdüklərini və İmişli rayonu, Otuziki kəndi istiqamətində hərəkətdə olan “Mercedes-Benz E class” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun ortasında toqquşduqlarını və İmişli rayon mərkəzi xəstəxanasında olduqlarını, azyaşlı oğlu Nurlan Niftullayevin vəziyyətinin ağır olduğunu bildirmişdir. 30 aprel 2024-cü il tarixdə isə Günay ona yenidən zəng vurmuş və azyaşlı oğlu X13 rayon mərkəzi xəstəxanasında öldüyünü demişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Daha sonra ona məlum olmuşdur ki, digər oğlu Firudinin də vəziyyəti ağırdır və oda həmin yol-nəqdiyyat hadisəsi nəticəsində sağ təpə sümüyünün sınığı ilə nəticələnən xəsarət alıb. Bildirir ki, o, ölən uşağının adını Nurlan qoymuş, onu o adla çağırsalar da, ona doğulması ilə bağlı ilikn xəstəxana sənədini götürməmişlər. Lakin, sağ qalan övladı Firudin üçün doğulduğu xəstəxanadan doğum haqqında tibbi şəhadətnamə almış və onun əsasında İmişli «Asan xidmət» məkzəzində Ədliyyə Nazirlyinin qeydiyat şöbəsindən 27 may 2024-cü il tarixdə doğum haqqında şəhadətnamə götürmüşdür. Lakin, Nurlan üçün isə nə tibbi şəhadətnamə, nə də ki, doğum haqqında şəhadətnamə almamışlar, çünki artıq Nurlan ölmüşdür. Təqsirləndirilən şəxs ilə qohumluq əlaqələri vardır və eyni zamanda onlar qonşudurlar. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 29 aprel 2024-cü il tarixdə saat 22 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs özünə məxsus olan VAZ-21074 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəlfəli kəndindən gələrək onu yaşadığı evdən götürmüş və onlar avtomobildə olan sərnişinlər ilə birlikdə İmişli rayon mərkəzi xəstəxanasına gedirkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə İmişli şəhəri, Q.Nəbi küçəsindən İmişli şəhəri, X.Bəylərov küçəsinə keçmək istəyərkən yol ilə keçən avtomobillərə yol vermişdir. Lakin orada sağa dönmə etmədən birbaşa İmişli şəhəri, X.Bəylərov küçəsinə hərəkət etmiş və bu zaman qəflətən toqquşma səsi eşitmişdir və özünü itirmişdir. Sonra isə bilmişdir ki, İmişli şəhəri, N.Savalaov küçəsin ilə hərəkət edən “Mercedes-Benz E class” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun ortasında toqquşmuşlar . Qeyd edir ki, avtomobildə öndə əyləşmiş, qucağında azyaşlı X8, arxada solda bacısı Günay (İmanova) Niftullayeva, qucağında azyaşlı oğlu X7, onun sağında isə anası X12 əyləşmişdir. Toqquşmadan sonra onları oraya toplaşan şəxslər İmişli rayon mərəkəzi xəstəxanasına gətirmişlər. 30 aprel 2024-cü il tarixdə isə azyaşlı X1 rayon mərkəzi xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 29 aprel 2024-cü il tarixdə saat 22 radələrində 10 illik etibarnamə ilə özünə məxsus olan “Mercedes-Benz E class” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat sürətlə İmişli şəhəri, N. Savalanov küçəsi ilə İmişli rayonu, Otuziki kəndi istqamətində hərəkətdə olmuşdur. İmişli şəhəri, N.Savalanov küçəsində “kruq” adlanan yerdən keçərkən qara rəngli, Mercedes markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil İmişli şəhəri, Q.Qarayev küçəsindən çıxarkən ona yol vermiş və həmin vaxt oradan keçmək istəyərkən həmin avtomobilin arxa tərəfindən, yəni İmişli şəhəri, Q.Nəbi küçəsindən “VAZ-21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən hərəkətdə olan avtomobilinin yoluna İmişli şəhəri, X.Bəylərov küçəsi istiqamətində hərəkət edərək onun yoluna çıxmış və bu zaman onun sürəti təxminən 50 km/saat sürət həddində olmuşdur. O, həmin avtomobili gördükdə avtomobili bacardığı qədər yolun sol tərəfinə çəkmişdir ki, toqquşma olmasın. Lakin, onun yoluna çıxan avtomobil gözləməmiş və toqquşma baş vermişdir. Bundan sonra həmin avtomobildə olan şəxsləri oraya toplaşan tanımadığı şəxslər xəstəxanaya aparmışlar. O, isə hadisə yerində polis əməkdaşlarının gəlməsini gözləmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri N.Savalaov, Q.Nəbi, Q.Qarayev və X.Bəylərov küçələrinin kəsişdiyi yol ayrıcında baş vermişdir. Yol-nəqliyyat hadiəssi yerindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Nəbi küçəsindən X.Bəylərov küçəsi istiqamətində hərəkətdə olub Şahid3 N.Savalanov küçəsi ilə hərəkətdə olan və idarə etdiyi «Mersedes Benz E 220 CDİ» markalı, **-DS-***dövlət qeydiyyat nişanlı avtomobilin qarşsına çıxdığından yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə yerində yolun eni şərti yol kənarından 8 metr, yolu ayıran beton səkidən 2 metr məsfadə toqquşma baş vermiş və Təqsirləndirilən şəxs hərəkət zolağında 2,5 və 4.1.2 yol nişanları olmuşdur. (i.v. 6-23); Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli 793 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olmamışdır. (i.v. 25); Məhəkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 398 saylı rəyindən görünür ki, 2024-cü il təvəllüdlü X7 – sağ təpə sümüyünün sınığı halında qapalı kəllə-beyin travması bərk küt əşyanın təsirindən törənmişdir, qeyd olunan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. (i.v. 106-107); Məhəkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 17 saylı rəyindən görünür ki, 2024-cü il təvəllüdlü X4 meyitinin məhkəmə-tibbi ekspertizasına, adına tərtib edilmiş tibbi sənəddə yazılanlara əsasən, ilk məlumat nəzərə alınmaqla aşağıdakı nəticələr əldə edilmişdir.
1. X8 xx.xx.2024-cü il tarixdə «kəllə tağının sınığı». Alın sümüyündə soltərəfli batıq. Beyin silkələnməsi diaqnozu ilə İmişli RMX-nin təcili tibbi yardım bölməsinə (Acil) gətirilmiş xx.xx.2024-cü il tarixdə saat 03:30-da xəstəxananın reanimasiya şöbəsində ölmüşdür.
2. Meyitin müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir: sol təpə gicgah sümüyünün içəriyə basılmış yerini dəyişmiş sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında qişaaltında qansızma, baş beyin toxumasına qansızma, baş beyin maddəsinin ödemi.
3. Aşkar edilmiş xəsarətlər bərk küt əşyanın təsiridən törənmişdir, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilir.
4. X4 ölümünə səbəb qapalı kəllə-beyin travması nəticəsində təpə gicgah sümüklərinin basılmış sınığı və baş beyin toxumasına qansızma olmuşdur. (i.v. 108-112); Məhkəmə yol-nəqliyat hadisəsi ekspertizasının 12 avqust 2024-cü il tarixli 8/1645 nömrəli rəyindən görünür ki, VAZ 21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 «Dayanmadan keçmək qadağandır» yolnişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşsını almağa texniki imkanı olmuşdur. (i.v. 143-146); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 may 2024-cü il tarixli qərardan görünür ki, X8 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 65-66); Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 19 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır. (i.v. 65-66); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, X7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 114-115); Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında 19 may 2024cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi qismində tanınmışdır. (i.v. 118-118); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 149-150); Qətimkan tədbirinin seçilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 184-186); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, özünün, şahidlərin və zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi və hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini tədqiq edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə maddi sübutlar və ekspertiza xərclər ilə bağlı məsələni tədqiq edərək hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 6 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 6 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev