Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-77/2021 28.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxx 1969-cu il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 21375,00 manat və dövlət rüsumuna görə 30,00 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 mart 2019-cu il tarixli, 2(106)-805/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İmişli Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 3(036)-199/2020 saylı inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 08 iyun 2020-ci il və 08 yanvar 2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 28 yanvar 2021-ci il tarixinə kimi cəmi 21405,00 manat məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qardaşı Feyzullanın plastik qapıpəncərə işlətdiyi yerin sahibi kimi tanımışdır. 2014-cü ilin əvvəllərində Zərərçəkmiş şəxs qardaşı Feyzulla ilə birlikdə yaşadıqları İmişli rayonunun Bəhramtəpə qəsəbəsinə qonaq gəlmişdir. Onlara məxsus torpaq sahəsində gəzərkən Zərərçəkmiş şəxs həmin ərazidə kənd təsərrüfatı ilə məşğul olmaq üçün əlverişli şərait olduğunu bildirib ona birlikdə çalışmağı təklif etmişdir. Söhbətdən 10-15 gün sonra o, Zərərçəkmiş şəxslə görüşüb ferma tikib heyvandarlıqla məşğul olmaq barədə razılığa gəlmişlər. Aralarında olan razılığa əsasən Ataməli qoyun almağı, o isə həmin qoyunların saxlanılmasını təmin etməli imiş. İlkin olaraq 50 qoyunun alınıb saxlanılmasına razılaşalar da, sonradan Ataməli qoyunların sayının çox olacağını bildirmişdir. Həmin ərazidə kiçik tikililəri olsa da, heyvanların sayı çox olduğu üçün Zərərçəkmiş şəxs həmin fermada əlavə olaraq heyvanların saxlanılması üçün tikili, bir otaqlı çoban evi və heyvanların kölgədə yatması üçün çardaq tikdirmişdir. Qoyunları almaq məqsədi ilə onlar Beyləqan və Ağcabədi rayonlarına gedərək heyvan bazarından 21375,00 manat dəyərində 182 baş qoyun almışlar. O, həmin qoyunların baxılması üçün ona təhvil verilməsi barədə yazılı qaydada öhdəlik götürmüşdür. İlk vaxtlar işləri yaxşı getmiş və beş ay ərzində qoyunlardan 170 baş quzu artımı olmuşdur. Təxminən iki il altı ay belə davam etsə də, sonradan Zərərçəkmiş şəxs qoyunların quzularla dəyişdirildiyini və onların sayının azalmasını bildirmişdir. O, Ataməli ilə razılaşmamış və münasibətləri pisləşdiyindən şəriklikdən ayrılmaq qərarına gəlmişlər. Ataməli təxminən 90 baş qoyunu bazarda, qalan qoyunları isə Bəhrəmtəpə qəsəbə sakini Rövşən Şirinova satmışdır. Təxminən iki il sonra Zərərçəkmiş şəxs ilk dəfə aldıqları qoyunların pulunu yəni, 21375,00 manatı ondan tələb etdikdə o, razılaşmayaraq həmin pulu ona verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs dəfələrlə müxtəlif dövlət orqanlarına şikayət etmiş və sonradan məhkəmədə iddia qaldırmış və Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 21375,00 manat pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq sonuncuya verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, kifayət qədər imkanı olmadığından borcunu uzun müddət keçməsinə baxmayaraq ödəyə bilməmişdir. Borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcunu ödəmədiyindən İmişli Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmiş və yenidən könüllü müddət təyin olunmuşdur. Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini kifayət qədər imkanı olmadığından tam icra etməmiş və təqdimat verilən günə, yəni 28 yanvar 2021-ci il tarixə kimi Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 mart 2019-cu il tarixli qətnaməsi üzrə 21405,00 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Hacıbala oğlu ifadəsində göstərdi ki, təxminən 2010-2011-ci illərdə İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini X1 satıcı kimi tanımış və mülkiyyətində olan zirzəmini sonuncuya icarəyə vermişdir. Bundan sonra Feyzulla ilə aralarında yaxın dostluq münasibətləri yaranmış və tez-tez İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən evlərinə qonaq getmişlər. Təqsirləndirilən şəxs Feyzullanın qardaşı kimi tanımışdır. İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində olan vaxt söhbət əsnasında Təqsirləndirilən şəxs və atası dövlət tərəfindən onlara torpaq sahələrinin verildiyini və orada kənd təsərrüfat işləri ilə məşğul olmaq üçün əlverişli şərait olduğunu bildirmişlər. 2014-cü ilin əvvəllərində o, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində təsərrüfat işi ilə məşğul olmaq qərarına gəlmiş və bu məqsədlə Təqsirləndirilən şəxsla ferma tikib heyvandarlıqla məşğul olmaq barədə razılaşmışlar. Aralarında olan şərikliyə əsasən o, maliyyə vəsaiti ilə təmin edəcək, Təqsirləndirilən şəxs isə öz növbəsində fermanın tikintisi və qoyunların alınması və baxılmasını öhdəliyini üzərinə götürmüşdür. O, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində ferma, kiçik ölçülü fərdi yaşayış evi, hamam və anbar tikilməsi üçün Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda hissə-hissə pul vermiş və 2014-cü ilin mart ayında fermanın tikintisi başa çatdıqdan sonra onlar qoyunları almaq məqsədi ilə Beyləqan rayonuna gedərək oradan 21375,00 manat dəyərində 182 baş qoyun almışlar. Fermanı böyütmək məqsədi ilə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs fərqli məbləğlərdə hissə-hissə pul vermiş və sonuncu həmin pulları mal-qara satışından əldə olunan pul vəsaiti hesabına ona qaytarmalı idi. İlk vaxtlar fermanın fəaliyyətində bir nöqsan olmasa da, sonradan ayrı-ayrı vaxtlarda o, təsərrüfata baş çəkdikdə quzuların saylarının azaldığını aşkar etmiş və bu barədə Fuada iradını bildirdikdə sonuncu müxtəlif bəhanələr gətirərək qoyun-quzuların tələf olduğunu bildirmişdir. Bundan sonra aldadıldığını başa düşüb şəriklikdən imtina etmək qərarına gəlmişdir. Həmin günə qədər təsərrüfatın yaradılmasına çəkdiyi xərcləri dəftərdə qeyd etmiş və Təqsirləndirilən şəxs da öz növbəsində adı və imzası ilə ona 21375,00 manat məbləğində pul borclu olduğunu təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs şəriklikdən ayrılacağını bildirib həmin pulları tələb etmiş, lakin sonuncu ona heç bir ödəniş etməmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs borcunun qaytarılması ilə bağlı müraciət etsə də sonuncu üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən borc tələbi ilə məhkəmədə iddia qardırmış və Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 mart 2019-cu il tarixli Qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 21375,00 manat pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin, Təqsirləndirilən şəxs Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün İmişli Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən günə, yəni 28 yanvar 2021-ci il tarixə kimi yığılıb qalmış ödənməmiş 21405,00 manat borcundan heç bir ödəniş etməmişdir. O, hazırda Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmədən onun cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 21375 manat əsas borc və dövlət rüsumuna görə 30 manat alınıb Zərərçəkmiş şəxs Hacıbala oğluna verilməlidir. İcra sənədi icra tərəfindən icraata 27 noyabr 2019-cu il tarixdə başlanmış və borclu Təqsirləndirilən şəxs borcun ödənilməsi üçün həmin tarixdə bildiriş göndərilmiş, lakin sonuncu borcunu ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs borcun ödənilməsinin təmin edilməsi üçün dəfələrlə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etmədiyindən barəsində 20 may 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin həmin tarixli qərarı ilə sonuncu on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra borcluya bildiriş təqdim edilərək vaxt verilməsinə baxmayaraq yenidən icra sənədinin icrasını müxtəlif bəhanələrlə təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi istiqamətində həyata keçirilmiş icra tədbirləri müsbət nəticə verməmiş, o cümlədən yaşadığı evə baxış keçirilmiş və ona məxsus olan tələbin yönəldilə biləcəyi hər hansı əmlak müəyyən edilməmişdir. Bu elektron icra informasiya sistemindən əldə edilmiş məlumatda da öz təsdiqini tapmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınması, inzibati qaydada həbs edilməsi, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli icra etmədiyini bir daha təsdiq edir. Həmçinin ona yaranmış borcunun ödənilməsi üçün dəfələrlə vaxt verilməsinə və bununla bağlı xəbərdarlıq olunmasına baxmayaraq o, göstərilənlərdən nəticə çıxarmamış və 21405 manat borcdan heç bir ödəniş etməmişdir. İmişli Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs ərazi Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatı müəyyən olunmamışdır. Həmçinin onun nikah qeydiyyatı yoxlanılmış və X4 ilə nikah qeydiyyatı müəyyən edilmiş və sonuncunun adına da hər hansı bir əmlak aşkar olunmamışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.4-cü maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşdə olan 08 iyun 2020-ci il və 08 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubundan, İmişli rayon məhkəməsinin 20 may 2020-ci il tarixli, 3(036)-199/2021 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apelyasiya Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(106)-805/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdən 18 iyun 2021-ci il tarixədək həbsdə saxlandığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-77/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-77/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver