Məhkəmə qərarları › İş №1(036)-77/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-77/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-77/2022 30.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qızı, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, T.İsmayılov küçəsi ev 45 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 fevral 2022-ci il tarixdə saat 18 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsi 167 ünvanında yerləşən "xxxx" MMC-nin hasarla təchiz olunmaqla yaşayış tikililərindən təcrid edilmiş saxlanc yeri hesab olunan sahəsinə qanunsuz daxil olaraq, oradakı istifadəsiz iki mərtəbəli binanın qarşısında olan 4000 (dörd min) manat dəyərində dəmir konstruksiyalı “Anker”in dəmir hissələrini doğrayıb gizli talayaraq "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 mart 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 qızının yaşadığı İmişli şəhəri, Meliorator qəsəbəsi 3 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, evin yataq otağından 150 (yüz əlli manat) manat nağd pul, 4 (dörd) manat dəyərində 1 cüt sadə sırğa, 25 (iyirmi beş) manat dəyərində 1 ədəd sarı rəngli qol saatı, 3 (üç) manat dəyərində 1 cüt sadə sırğa, 4 (dörd) manat dəyərində 1 cüt sarı rəngli sadə sırğa, 1 (bir) manat dəyərində 1 ədəd sadə üzük, 2 (iki) manat dəyərində 1 ədəd sadə üzük, 3 (üç) manat dəyərində üzərində “CARTİER” yazısı olan 1 ədəd sadə üzük, 1 (bir) manat dəyərində 1 ədəd gümüşü rəngli sadə üzük, 3 (üç) manat dəyərində üzərində bir ədəd qaş olan 1 ədəd gümüşü rəngli sadə üzük, 3 (üç) manat dəyərində üzərində gül formalı bəzəklər və qaş olan 1 ədəd gümüşü rəngli sadə üzük, 4 (dörd) manat dəyərində 1 ədəd qırmızımtıl sarı rəngli sadə üzük, 3 (üç) manat dəyərində üzərində “CHANEL” yazısı olan 1 ədəd sadə üzük, 2 (iki) manat dəyərində halqa formalı 1 ədəd sarı rəngli sadə üzük, 3 (üç) manat dəyərində halqa formalı elementi olan 1 cüt sarı rəngli sadə sırğa, 3 (üç) manat dəyərində halqa formalı elementi olan 1 cüt gümüşü rəngli sadə sırğa, 1 (bir) manat dəyərində bir tayı qırıq olan 1 cüt sarı rəngli sadə sırğa, 42 (qırx iki) manat dəyərində üzərində 925 damğası olan 1 cüt gümüş sırğa, 39 (otuz doqquz) manat dəyərində üzərində 925 damğası olan 1 cüt gümüş sırğa, 2 (iki) manat dəyərində üzərində açar formalı elementi olan 1 cüt sadə sırğa, 3 (üç) manat dəyərində üçbucaq formalı elementi olan 1 cüt sarı rəngli sadə sırğa, 30 (otuz) manat dəyərində qara qəngli ipə düzülmüş sarı rəngli metal kürəciklərdən və qara rəngli daşlardan ibarət 1 ədəd qolbağı, 4 (dörd) manat dəyərində qara rəngli ipə düzülmüş müxtəlif formalı elementlərdən ibarət 1 ədəd sadə qolbağı, 3 (üç) manat dəyərində qara rəngli ipə düzülmüş halqa formalı qırmızımtıl sarı rəngli metallardan ibarət 1 ədəd sadə qolbağı, 41 (qırx bir) manat dəyərində üzərində 925 damğası olan 1 ədəd gümüş qolbağı, 4 (dörd) manat dəyərində mərkəzində “CD” yazısı formasında hissəsi olan 1 ədəd sarı rəngli sadə qolbağı, 4 (dörd) manat dəyərində üzərində “TİFANNY” yazısı olan 1 ədəd sarı rəngli sadə qolbağı, 4 (dörd) manat dəyərində sonsuzluq işarələrindən ibarət 1 ədəd sarı rəngli sadə qolbağı, 2 (iki) manat dəyərində halqa formalı 1 ədəd sarı rəngli sadə qolbağı, 2 (iki) manat dəyərində halqa formalı 1 ədəd gümüşü rəngli qolbağı, 4 (dörd) manat dəyərində üzərində müxtəlif rəngli və müxtəlif formalı elementləri olan 1 ədəd gümüşü rəngli sadə qolbağı, 10 (on) manat dəyərində iç tərəfində “JNSS” yazısı olan 1 ədəd gümüşü rəngli sadə qol saatını, 20 (iyirmi) manat dəyərində sarı və gümüşü rəngli müxtəlif formalı 5 ədəd sırğa tayları və 15 (on beş) manat dəyərində sarı və gümüşü rəngli müxtəlif formalı 6 ədəd məmulat hissələrini gizli yolla talayaraq, Zərərçəkmiş şəxs2 ümümilikdə 444 (dörd yüz qırx dörd) manat məbləğində maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 04 fevral 2022-ci il tarixdə günorta vaxtı İmişli şəhəri, T.İsmayılov küçəsi ilə gedərkən "xxxx" MMC-nin həyətində olan yarımtikiliyə daxil olmuş, orada doğranmış vəziyyətdə dəmir künclüklər görmüş və onları oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o, həmin gün saat 18 radələrində əl arabası ilə MMC-nin həyətinə gəlmiş və araba ilə künclükləri 6 dəfəyə yaşadığı evə daşımışdır. 05 fevral 2022ci il tarixdə saat 14 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən çayxananın qarşısına gəlmiş, orada əmisi oğlu Valehlə görüşüb ona dəmirləri olduğunu və onları aparıb metal qəbulu məntəqəsinə verməkdə köməklik göstərməsini xahiş etdikdə sonuncu razılaşmışdır. O, Valehlə birlikdə yaşadığı evə gəlmiş və evin həyətinə yığdığı künclükləri sonuncunun avtomobilinə yığmışdır. Sonra künclükləri birlikdə metal qəbuluna təhvil verilməsi üçün aparan zaman şəhər ərazisində polis əməkdaşları onları saxlatdırıb polis şöbəsinə aparmışlar. Bundan başqa, o, 25 mart 2022-ci il tarixdə saat 20 radələrində küçədə tanışları ilə spirptli içki qəbul edib sərxoş olmuş və Meliorator qəsəbəsində yaşayan tanışı olan bir nəfər qadınla görüşmək fikrinə düşmüşdür. 26 mart 2022-ci il tarixdə gecə saat 02 radələrində sərxoş vəziyyətdə Meliorator qəsəbəsinə gəlmiş, orada qapısı açıq olan bir həyətə daxil olmuşdur. Sonra həyətdə olan evin açıq pəncərəsindən otağa daxil olmuş və otaqda olan şkafın siyirməsindən 150 manat pul, müxtəlif növ bijuteriya və sadə bəzək əşyaları oğurlamışdır. Həmin oğurlanmış əşyalar Zərərçəkmiş şəxs2 qaytarılmış, digər zərər çəkmiş şəxs "xxxx" MMC-yə vurmuş olduğu maddi ziyan tam şəkildə ödənilmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, MMC-yə məxsus İmişli şəhəri, Tofiq İsmayılov küçəsi 167 ünvanında yerləşən ərazidə tikilmiş iki mərtəbəli binanın qarşısında yerləşən hündürlüyü 18 metr olan, dəmir konstruksiyadan tikilmiş anker naməlum şəxslər tərəfindən kəsilərək oğurlanmışdır. Belə ki, o, 06 fevral 2022-ci il tarixdə əraziyə baxış keçirərkən ankerin kəsilərək oğurlanmasından xəbəri olmuşdur. Dəmir hissələrinin oğurlanması nəticəsində MMC-yə 4000 manat məbləğində maddi ziyan dəymişdir. O, dərhal bu barədə İmişli RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan oğurluq edən şəxsin İmişli şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə vurulmuş ziyan tam şəkildə ödənilmiş, ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Qardşxan qızı ifadəsində göstərdi ki, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 3 ünvanında atası Şahid3la birlikdə yaşayır. Təxminən 2 sot həyətyanı sahədə 3 otaqlı ev və 1 otaqlı yardımçı tikili vardır. Onlar adətən isti olduğundan yardımçı tikilidə yaşamışlar. 26 mart 2022-ci il tarixdə bayram günü ilə əlaqədar iş günü olmadığından saat 10:20-də yuxudan qalxıb, əl-üzünü yuyub, evdəki otaqdan təmiz dəsmal götürərkən otağın pəncərəsinin açıq olduğunu, pəncərənin qarşısında güldandakı güllərin yerə töküldüyünü görmüşdür. Pəncərəni bağlamaq istəyərkən pəncərənin şüşəsinin üzərində kiminsə əlinin ovuc içinin səthinin olduğunu müəyyən etmişdir. Pəncərənin tutacağından başqa heç bir yerə əl vurmamış və evdə olan şkafın siyirməsinin və şkafın üzərində olan qara rəngli əl çantasının ağzının da açıq olduğunu aşkar etmişdir. Əl çantasından 150 manat pul, müxtəlif növ bijuteriya və sadə bəzək əşyaları oğurlandığı ona məlum olmuşdur. Sonra atasına zəng vurub evdən oğurluq edildiyini bildirmişdir. Atası evə gəldikdən sonra AR DİN-nin “102” xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. 07 aprel 202-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs anası Xara, qohumları Zakir və Eyvaz evlərinə gələrək sellofan torbada oğurlanmış əşyaları ona qaytarmışlar. 08 aprel 2022-ci il tarixdə o, sellofan torbanı gətirib İmişli rayon polis şöbəsinə təhvil vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 05 fevral 2022ci il tarixdə saat 12 radələrində qardaşı Talehə məxsus “Qaz-2410” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yaşadığı İmişli şəhəri, T.İsmayılov küçəsində yerləşən çayxanaya getmişdir. Çayxanada olduğu vaxt əmisi oğlu Cəsarət gəlmiş və ona dəmirləri olduğunu və onları aparıb metal qəbulu məntəqəsinə verməkdə köməklik göstərməsini xahiş etdikdə o, razılaşmışdır. Onlar birlikdə Cəsarətin yaşadığı evinə gəlmiş, ora çatdıqda avtomobili evin həyətinə salmış və sonra həyətdə kəsilmiş künclük dəmirləri avtomobilə yığmışlar. Həmin dəmirlər təxminən 400-500 kq ağırlığında olmuşdur. Sonra künclükləri birlikdə metal qəbuluna təhvil verilməsi üçün aparan zaman şəhər ərazisində polis əməkdaşları onları saxlatdırıb polis şöbəsinə aparmışlar. Künclüklərin oğurluq olmasını o bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 30 yanvar 2022-ci il tarixdə evdə olarkən MMC-nin işçisi Tofiq adlı şəxs ona zəng edərək MMC-yə məxsus ərazidə olan dəmir ankerin kəsilmiş və doğranmış vəziyyətdə yerdə olduğunu demişdir. O, dərhal əraziyə gəlmiş və ankerin kəsilmiş və doğranmış vəziyyətdə yerdə olduğunu görmüşdür. Sonradan həmin doğranmış ankerlərin İmişli şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, İmişli şəhəri, Meliorator qəsəbəsi ev 3 ünvanında qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Onlar isti olduğundan evin həyatyanı sahəsində 3 otaqlı evdən başqa həyətdə tikilmiş yardımçı tikildə yaşayırlar. 26 mart 2022-ci il tarixdə səhər saatlarında yuxudan qalxıb, səhər yeməyini yeyib küçəyə çıxmışdır. Küçədə olarkən saat 10:30-da qızı Zoya ona zəng vuraraq evdən oğurluq edildiyini demişdir. O, dərhal evə qayıtmış, kənardan evin oğurluq edilmiş otağına, açıq olmuş pəncərəsinə baxmış və heç bir yerə əl vurmamışdır. Sonra qızı Zoya AR DİN-nin “102” xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. 07 aprel 202-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs anası Xara, qohumları Zakir və Eyvaz evlərinə gələrək sellofan torbada oğurlanmış əşyaları qızı Zoyaya qaytarmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 07 aprel 2022-ci il tarixdə səhər vaxtı yaşadığı evin arxa hissəsində olan avtomobil təkərinin içərsindən qara rəngli sellofan büküm tapmışdır. Bükümü açıb baxdıqda içərisində bijuteriya əşyalarının olduğunu görmüşdür. O, dərhal qardaşı Tofiqə və yeznəsi Elmana zəng vurub çağırmış və onlar gəldikdən sonra oğlu Cəsarətin Zərərçəkmiş şəxs2 evindən oğurladığı əşyaları tapdığını və əşyaları sonuncuya qaytarmaq lazım olduğunu demişdir. Tofiqlə Elman onunla razılaşmış və həmin gün axşam vaxtı birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı evə gedib sellofan torbanı sonuncuya vermişlər. Zoya sellofan torbaya baxdıqdan sonra bijuteriya əşyalarının özünə məxsus və sayının düz olduğunu bildirmişdir. Bundan sonra onlar evlərinə qayıtmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid6 işin hallarına dair şahid X1 ifadəsinə uyğun ifadə verdilər. İşdə olan məhkəmə-fiziki kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizanın 08 iyun 2022-ci il tarixli, 6/2904-9/3684 nömrəli rəyinlərindən görünür ki, təqdidqata təqdim edilmiş məmulatların ayrı-ayrılıqda qiymətləri cədvəl 1-də göstərilmişdir; 4 (dörd) manat dəyərində 1 cüt sadə sırğa, 25 (iyirmi beş) manat dəyərində 1 ədəd sarı rəngli qol saatı, 3 (üç) manat dəyərində 1 cüt sadə sırğa, 4 (dörd) manat dəyərində 1 cüt sarı rəngli sadə sırğa, 1 (bir) manat dəyərində 1 ədəd sadə üzük, 2 (iki) manat dəyərində 1 ədəd sadə üzük, 3 (üç) manat dəyərində üzərində “CARTİER” yazısı olan 1 ədəd sadə üzük, 1 (bir) manat dəyərində 1 ədəd gümüşü rəngli sadə üzük, 3 (üç) manat dəyərində üzərində bir ədəd qaş olan 1 ədəd gümüşü rəngli sadə üzük, 3 (üç) manat dəyərində üzərində gül formalı bəzəklər və qaş olan 1 ədəd gümüşü rəngli sadə üzük, 4 (dörd) manat dəyərində 1 ədəd qırmızımtıl sarı rəngli sadə üzük, 3 (üç) manat dəyərində üzərində “CHANEL” yazısı olan 1 ədəd sadə üzük, 2 (iki) manat dəyərində halqa formalı 1 ədəd sarı rəngli sadə üzük, 3 (üç) manat dəyərində halqa formalı elementi olan 1 cüt sarı rəngli sadə sırğa, 3 (üç) manat dəyərində halqa formalı elementi olan 1 cüt gümüşü rəngli sadə sırğa, 1 (bir) manat dəyərində bir tayı qırıq olan 1 cüt sarı rəngli sadə sırğa, 42 (qırx iki) manat dəyərində üzərində 925 damğası olan 1 cüt gümüş sırğa, 39 (otuz doqquz) manat dəyərində üzərində 925 damğası olan 1 cüt gümüş sırğa, 2 (iki) manat dəyərində üzərində açar formalı elementi olan 1 cüt sadə sırğa, 3 (üç) manat dəyərində üçbucaq formalı elementi olan 1 cüt sarı rəngli sadə sırğa, 30 (otuz) manat dəyərində qara qəngli ipə düzülmüş sarı rəngli metal kürəciklərdən və qara rəngli daşlardan ibarət 1 ədəd qolbağı, 4 (dörd) manat dəyərində qara rəngli ipə düzülmüş müxtəlif formalı elementlərdən ibarət 1 ədəd sadə qolbağı, 3 (üç) manat dəyərində qara rəngli ipə düzülmüş halqa formalı qırmızımtıl sarı rəngli metallardan ibarət 1 ədəd sadə qolbağı, 41 (qırx bir) manat dəyərində üzərində 925 damğası olan 1 ədəd gümüş qolbağı, 4 (dörd) manat dəyərində mərkəzində “CD” yazısı formasında hissəsi olan 1 ədəd sarı rəngli sadə qolbağı, 4 (dörd) manat dəyərində üzərində “TİFANNY” yazısı olan 1 ədəd sarı rəngli sadə qolbağı, 4 (dörd) manat dəyərində sonsuzluq işarələrindən ibarət 1 ədəd sarı rəngli sadə qolbağı, 2 (iki) manat dəyərində halqa formalı 1 ədəd sarı rəngli sadə qolbağı, 2 (iki) manat dəyərində halqa formalı 1 ədəd gümüşü rəngli qolbağı, 4 (dörd) manat dəyərində üzərində müxtəlif rəngli və müxtəlif formalı elementləri olan 1 ədəd gümüşü rəngli sadə qolbağı, 10 (on) manat dəyərində iç tərəfində “JNSS” yazısı olan 1 ədəd gümüşü rəngli sadə qol saatını, 20 (iyirmi) manat dəyərində sarı və gümüşü rəngli müxtəlif formalı 5 ədəd sırğa tayları və 15 (on beş) manat dəyərində sarı və gümüşü rəngli müxtəlif formalı 6 ədəd məmulat hissələri. Ekspertiza tədqiqatına tədqim edilən məmulatların istifadə olması, modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 259 manat təşkil edir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışmasını, onlara vurmuş olduğu maddi ziyanı tam ödəməsini, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını, himayəsində üç azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 160 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan bijuteriya əşyalarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qızına qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi İmişli RPŞ-də saxlanılan dəmir künclüklər zərər çəkmiş "xxxx" MMC-yə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdən 09 fevral 2022-ci il tarixədək və 22 avqust 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı 10 (on) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 20 (iyirmi) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 160 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan bijuteriya əşyalarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qızına qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi İmişli RPŞ-də saxlanılan dəmir künclüklər zərər çəkmiş "xxxx" MMC-yə qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar