Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-77/2024 15.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda İmişli şəhəri H.Aslanov küçəsində yerləşən “Elçin” şadlıq sarayının yaxınlığında tanışı Şahid5 50 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,585 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 1 iyun 2024-cü il tarixdə saat 15 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri Q.İsmayılzadə küçəsində saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 16:30 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın ön sağ cibindən bir ədəd sellofan kəsiyi bükümündə 0,585 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, o, əvvəllər dəfələrlə narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuşdur. Sonuncu dəfə İmişli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315 və 234.1-ci maddələri ilə üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl cəzadan azad edilmişdir. O, ancaq narkotik vasitə istifadəçisi olmuşdur. Əvvəllər ancaq təbii narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmiş, sonuncu dəfə isə “patı” adlanan metamfetamin növündə psixotrop maddə istifadə etmişdir. O, saxlanılmazdan təxminən bir həftə əvvəl İmişli rayonu Mirili kənd sakini olan Şahid5 ilə telefonda danışan zaman sonuncudan onun üçün metamfetamin təşkil etməsini demiş, Şahid5 da təşkil edə biləcəyini bildirmişdir. Telefonda danışdıqları gün, günorta saatlarında o, Yunisə əvvəlcədən danışdıqları kimi 50 manat məbləğdə pulu yaşadığı küçədə vermiş, bundan bir qədər sonra Yunislə İmişli şəhəri H.Aslanov küçəsində yerləşən “Elçin” şadlıq sarayının yaxınlığında görüşmüş və ona bir büküm psixotrop maddə olan metamfetamin vermişdir. O, həmin metamfetamindən bir dəfə yaşadığı evdə işıq lampasında yandırmaqla tüstü yolu ilə qəbul etmiş, qalan hissəni isə üzərində saxlamışdır. 01 iyul 2024-cü il tarixdə, saat 15 radələrindən bir qədər gec yaşadığı küçədə velosipedlə zibil atmağa gedən zaman polis əməkdaşları ona yaxınlaşmış və xidməti vəsiqələrini təqdim etməklə özlərinin polis əməkdaşı olmalarını təqdim etmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməklə bağlı daxil olmuş məlumata görə birlikdə İmişli rayon polis şöbəsinə getməli olması izah edilmişdir. O da heç bir etiraz etmədən birlikdə İmişli rayon polis şöbəsinə gəlmişdir. Orada otaqların birinə daxil olduqlarını, onun yanında bir neçə nəfər polis əməkdaşı olmasını bildirmişdir. Polis əməkdaşları onu nəzarətdə saxlamışdır. Sonra təhqiqatçı içəri daxil olmuş və ona üzərində narkotik vasitə gəzdirməklə bağlı şübhələr olmasını, buna görə də üzərində şəxsi axtarış aparılacağı izah edilmişdir. Müdafiəçinin iştirakı ilə ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş və bir daha üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olmağı bildirilmişdir. Sonra otaqda video kamera ilə çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilən əşya və ya predmetin olub-olmaması soruşulmuş, o da təsdiq edib, əynindəki şalvarın sağ ön cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm Yunisdən 50 manata aldığı metamfetamin bükümü olmuşdur. Sonra bükümü onun gözü qarşısında təhqiqatçı açmış və elektron tərəzidə çəkilmişdir. Sellofan qab qarışıq 0,,7 qram çəki görünmüşdür. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin bükümü haradan əldə etməyi ilə bağlı sual olunmuş, o da bir neçə gün əvvəl tanışı Yunis adlı şəxsdən 50 manata almasını bildirmişdir. Üzərindən bir qədər istifadə etdiyini, qalanı isə təqdim etdiyini bildirmişdir. Həmin bükümü təhqiqatçı onun gözü qarşısında ağ rəngli zərfə qoymuş və ağzını möhürləmişdir. Büküm dəqiq çəkisi və tərkibi müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyi bildirilmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və o da imzalamışdır. Həmçinin üzərindən aşkar edilən metamfetaminin barəsində ekspertiza təyin edilməsi ilə bağlı qərarla da tanış olmuşdur. Həmin qərarda onun üzərindən aşkar edilən vasitənin növünə görə narkotik vasitə olması, yoxsa psixotrop maddə olması, həmçinin dəqiq çəkisinin nə qədər olması barədə sual olunmuşdur. O da heç bir etirazının olmadığını bildirmişdir. Yunis adlı şəxsi təxminən dörd il müddətdir ki, tanıdığını bildirmişdir. Münasibəti yaxşı olmuşdur. Bir neçə dəfə bir yerdə işləmişlər. Yunis də qaynaqçı kimi işləmişdir. Bir yerdə onun ad gününü qeyd etmişlər. Bir-birilərinin narkotik vasitə istifadə etdiyini bilmişlər. Yunisin metamfetamini haradan əldə etməsi barədə məlumatı olmamışdır. Telefon əlaqəsi saxlayan zaman belə bir şey təşkil etməsini demiş, Yunis də razılaşmışdır. Yunisə 50 manat pul vermiş, sonuncu da ona bir büküm “patı” vermişdir. “Al marketdəki” ödəmə terminalından kontur yükləmək məqsədilə istifadə etmiş, pulu isə kartından çıxarıb əlbəəl Yunisə vermişdir. 50 manat pul qarşılığında əldə etdiyi metamfetamin üçün çəkisini dəqiq deməmiş, amma bir büküm verəcəyini bildirmişdir. Bir bükümdə bir neçə dəfə istifadə üçün bir qramdan bir qədər az metamfetamin olmuşdur. O, polis şöbəsinə gətirlindən sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmazdan əvvəl heç kim üzərində axtarış aparmamışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. Qeyd olunanların nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Gülhüseyin oğlu ifadəsində bildirmişdir ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 1 iyul 2024-cü il tarixdə dəqiq, qərəzsiz və etibarlı mənbədən İmişli şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmiş və yoxlama zamanı həmin şəxsin xx.xx.1974-cü il tarixdə İmişli şəhərində anadan olmuş, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum edilmiş, İmişli şəhəri Q.İsmayılzadə küçəsi 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. İmişli RPŞ-nin rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış və qrupun rəhbəri İmişli RPŞ-nin X3 baş əməliyyat müvəkkili Şahid2 Hafiz oğlu, üzvləri isə İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X7 və o təyin edilmişlər. 1 iyul 2024-cü il tarixdə, saat 16 radələrində əməliyyat qrupunun rəhbəri və üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri Q.İsmayılzadə küçəsi istiqamətində hərəkət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs zibil urnasının yaxınlığında görüb əvvəlcədən razılaşdırılmış şərti işarələrlə ətrafı müşahidəyə götürüb Zaura yaxınlaşdıqlarını və xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Zaura üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmasını və həmin məlumatın realizə edilməsi üçün İmişli rayon polis şöbəsinə getməli olmasını izah edilmiş, Zaur da razılaşmışdır. Birlikdə İmişli RPŞ-yə gəldikdən sonra təhqiqatçı Sabit Orucov tərəfindən üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı daxil olmasını, həmin məlumatın realizə edilməsi istiqamətində şübhələnildiyi Təqsirləndirilən şəxs izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmaq hüququ izah edilib özünün şəxsi vəkilinin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə vəklinin olmadığını, vəkil tutmağa isə maddi imkanının olmadığını bildirmişdir. Ona görə İmişli rayon Vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və həmin vəkillərin içərisindən Müdafiəçi seçmişdir. Sonuncuya məlumat verildikdən az sonra vəkil Müdafiəçi şöbəyə gəlmişdir. Çünki, vəkilin əyləşdiyi vəkil qurumu İmişli RPŞ-nin inzibati binasından az məsafədə yerləşir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı isə videogörüntüdən istifadə ediləcəyi xəbərdar olunmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra Şahid3, Şahid1, Təqsirləndirilən şəxs, Müdafiəçi və İmişli RPŞ-nin KTQnun baş inspektoru, polis kapitanı Şahid4 iştirakı ilə video görüntü əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olması, olması halında isə çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ ön cibindən ağ rəngli sellofana bükülmüş, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilsə də heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra həmin bükülünün çəkisi bilinməsi üçün “digital S” markalı elektron tərəzidə çəkilmiş və sellofan bükülü qarışıq 0,7 qram olması müəyyən edilmişdir. Sonra həmin bükülü təmiz çəkisinin və tərkibinin müəyyən edilməsi üçün təhqiqatçı Sabit Orucov tərəfindən qablaşdırılmış və boş zərfə qoyulduqdan sonra möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin kütləni üzərindən aşkar edilən gündən təxmini beş-altı gün əvvəl Yunis adlı tanışından almasını bildirmişdir. 1 iyul 2024-cü il tarixli ilkin raportda Təqsirləndirilən şəxs İmişli şəhəri Ziya Bünyadov küçəsində saxlayıb İmişli RPŞ-yə gətirilməsi göstərilmiş, Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri Q.İsmayılzadə küçəsi ilə Z.Bünyadov küçəsi qonşu küçələr olmuş, bununla bağlı olaraq Z.Bünyadov qeyd edilmişdir. Amma sonradan dəqiqləşdirmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs saxlanıldığı yerin İmişli şəhəri Q.İsmayılzadə küçəsi olması müəyyən edilmişdir. Məhkəmə iclasında Şahid2 Hafiz oğlunun elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 Gülhüseyin oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid1 Gülhüseyin oğlunun göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin KTQ-nun baş inspektoru vəzifəsində işləyən Şahid4 ifadəsində bildirmişdirki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs tanımır, heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. 1 iyul 2024-cü il tarixdə, saat 16 radələrində ona İmişli RPŞ-nin rəhbərliyindən narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində iştirak edən bir nəfər İmişli şəhər sakinin saxlanılması və bununla bağlı olaraq üzərində şəxsi axtarış və götürmə aparılacağı, eləcə də şəxsi axtarış zamanı hərəkətlərin video müşahidəyə alınacağı bildirilmişdir. O da şəxsi axtarış və götürmə hərəkətlərində iştirak etmiş və baş verən hərəkətləri video lentə almışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olması, olması halında isə çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ ön cibindən ağ rəngli sellofana bükülmüş, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilsə də heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra həmin bükülünün çəkisi bilinməsi üçün “digital S” markalı elektron tərəzidə çəkilmiş və sellofan bükülü qarışıq 0,7 qram olması müəyyən edilmişdir. Sonra həmin bükülü təmiz çəkisinin və tərkibinin müəyyən edilməsi üçün təhqiqatçı Sabit Orucov tərəfindən qablaşdırılmış və boş zərfə qoyulduqdan sonra möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin kütləni üzərindən aşkar edilən gündən təxmini beş-altı gün əvvəl Yunis adlı tanışından almasını bildirmişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, o, İmişli rayonu ərazisində fərdi usta kimi qaynaqçı işləyir. Balıq ovuna görə İmişli rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə 6 ay islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Narkotik vasitə istifadəçisi olmamışdır. Təxminən 2003-2005-ci illərdə Bak şəhərində olan zaman bir neçə dəfə patı adlanan metamfetamin istifadə etmişdir. Həmin vaxtdan bəri isə heç nə istifadə etməmişdir. İmişli şəhər sakini Təqsirləndirilən şəxs isə təxmini dörd ay olar ki, tanıyır, münasibəti yaxşıdır. Zaur da onun kimi usta işləyir. Bir neçə dəfə bir yerdə işləmişlər. Münasibətləri oradan yaranmışdır. Hətta bir ay əvvəl Zaurun ad günündə iştirak etmiş və yeyib-içmişlər. Zaurun narkotik vasitə istifadə etdiyini isə son vaxtlar, təxmini bir ay müddət olar ki, bilmişdir. Təxminən on gün əvvəl Zaur ona zəng edib “patı” istədiyini bildirmişdir. O da Zaura tapa biləcəyini demişdir. Bunun üçün o, İmişli şəhər sakini olan və Madər kimi tanıdığı şəxsə müraciət etmişdir. Madəri beş altı il olar ki, tanıyır. Madərlə münasibəti rayon sakini kimi olmuş və sonuncunun narkotik vasitə istifadə etdiyini bilmişdir. Çünki, Madərlə İmişli şəhəri ərazisində, çayxanaların birində oturan zaman yanında patı istifadə etmişdir. Patını işıq lampasında yanında istifadə etmiş və ona da axtaran olsa deməsini bildirmişdir. O da deyəcəyini bildirmişdir. Zaur da ondan “patı” adlanan metamfetamin tapmağı istəyəndə o, Madərə müraciət etmişdir. Təxmini elə on gün əvvəl Zaurla yaşadığı küçənin yaxınlığında görüşmüş və ona 50 manat pul vermişdir. O da həmin gün saat 15-16 radələrində Madərin yaşadığı evə getmiş, Madəri çağırmış və niyyətini demişdir. Madər də 50 manata ona bir büküm patı adlanan metamfetamin vermişdir. O da həmin metamfetamindən bir qədər götürmüşdür. Sonra qalan hissəni isə gətirib Zaura “Elçin” şadlıq sarayının yaxınlığında vermişdir. Madərdən aldığı metafetaminin üzərindən bir qədər götürüb üzərində saxlamışdır. 01 iyul 2024-cü il tarixdə, saat 18 radələrində işlədiyi X5 çıxan zaman, İmişli şəhəri S.Fətəliyev küçəsində polis polis əməkdaşları ona yaxınlaşmış və xidməti vəsiqələrini təqdim etməklə özlərinin polis əməkdaşı olmalarını təqdim etmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı ilə bağlı daxil olmuş məlumata görə birlikdə İmişli rayon polis şöbəsinə getməli olmasını bildirmiş, o da heç bir etiraz etmədən birlikdə İmişli rayon polis şöbəsinə gəlmişdir. Orada otaqların birinə daxil olduqlarını, onun yanında bir neçə nəfər polis əməkdaşının olmasını, ona nəzarət etdiklərini bildirmişdir. Sonra təhqiqatçı içəri daxil olmuş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməyi ilə bağlı şübhələr olması izah edilmişdir. Buna görə də üzərində şəxsi axtarış aparılacağı, həmçinin özünün vəkilinin olmasını soruşulmuş, o, vəkilinin olmadığını, həmçinin vəkil tutmağa da imkanının olmadığını demişdir. Ona İmişli rayon Vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və həmin siyahıdan X1. Həmin vəkilə məlumat veriləndən az sonra vəkil gəlmişdir. Müdafiəçinin iştirakı ilə ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş və bir daha üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olmağı bildirilmişdir. Sonra otaqda video kamera ilə çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilən əşya və ya predmetin olubolmaması soruşulmuşdur. O da təsdiq edib, əynindəki şalvarın sağ ön cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm Madərdən tanışı Zaur üçün 50 manata aldığı metamfetaminin üzərindən götürdüyü büküm olmuşdur. Sonra bükümü onun gözü qarşısında təhqiqatçı açmış və elektron tərəzidə çəkmişdir. Sellofan qab qarışıq 0,8 qram çəki görünmüşdür. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən bir ədəd mobil telefon və 5 manat pul aşkar edilmiş, pulu qaytarılmış, telefonu isə sübut əhəmiyyəti kəsb etdiyini qeyd edib götürülmüşdür. Həmin bükümü haradan əldə etməyi ilə bağlı ona sual olunmuşdur. O da yuxarıda qeyd etdiyi formada bükümü Madər adlı şəxsdən alıb üzərindən bir qədər götürdüyünü və qalanını da Zaura 50 manata satdığını demişdir. Sonra həmin bükümü təhqiqatçı onun gözü qarşısında ağ rəngli zərfə qoymuş və ağzını möhürləmişdir. Bükümün dəqiq çəkisi və tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəyini bildirilmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və o da imzalamışdır. Həmçinin üzərindən aşkar edilən metamfetaminin barəsində ekspertiza təyin edilməsi ilə bağlı qərarla da tanış olmuşdur. Həmin qərarda onun üzərindən aşkar edilən vasitənin növünə görə narkotik vasitə, yoxsa psixotrop maddə olması, həmçinin dəqiq çəkisinin nə qədər olması soruşulmuşdur. O da heç bir etirazının olmadığını bildirmişdir. Madər adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını bilməmiş, amma Madərlə birlikdə çayxanada oturanda sonuncu onun yanında metamfetamin istifadə etmiş və ona da axtaran olsa deməsini bildirmişdir. O da buna görə Zaur patı istəyən zaman Madərə müraciət etmişdir. O, Madərdən aldığı metamfetamindən maraq üçün götürmüş, sonra çəkib istifadə edəcəyini fikirləşmişdir. Madər adlı şəxs metamfetamin alan zaman həmin vasitəni Təqsirləndirilən şəxs üçün aldığını bilməsi ilə bağlı qeyd etmişdir ki, Zaur adlı tanışı olmasını və sonuncuya patı lazım olduğunu demiş, bunun üçün də Madər 50 manat pul istəmişdir. Təqsirləndirilən şəxs ondan metamfetamin istəyəndən sonra o, Madər adlı şəxslə əlaqə saxlamış, bir nəfər tanışının istədiyini, Madər də bir bükümün 50 manat olmasını demişdir. O da bunu Zaura demişdir. Ona görə də ona 50 manat pul vermişdir. Madər adlı şəxs aldığı metamfetaminin üzərindən götürdüyünü bilməmişdir. Alandan sonra özü götürmüşdür. Təqsirləndirilən şəxs metamfetamin üçün 50 manat pulu ona əlbəəl vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Şübhəli şəxsin tutulması haqqında 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 10); Şəxsi axtarış və götürmə aparılması haqqında 01 iyul 2024-cü il tarixli protokoldan və CD diskdə olan audio-video yazıdan görünür ki, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş, hər hansı əşya, narkotik vasitə və ya prdemet varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ ön cibindən ağ rəngli sellofana bükülmüş, içərisində psixotrop maddə metamfetaminə oxşar kütlı olan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ ön cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisində olan metamfetaminə oxşar kütlənin çəkisini bilmək üçün həmin kütlə “Digital S cale” markalı elektron tərəziyə qoyulmuş və tərəzidə həmin kütlənin sellofanla birlikdə 0.7 qram çəkidə olması görünmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütləni 5-6 gün əvvəl İmişli rayon sakini Yunis adlı şəxsdən almasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan büküm dəqiq çəkisi və tərkibi müəyyən olunması məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılıb DİN-in 179 saylı möhürü ilə möhürlənmiş, zərf Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 27-29); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 58-59); İmişli Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 4(036)-56/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 79-81); Məhkəmə-kimyəvi ekspertizasının 02 iyul 2024-cü il tarixli, 18/631 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,585 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 38-40); Məhkəmə-narkoloji ekspertizasının 01 avqust 2024-cü il tarixli 5264 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 150-151); İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-63/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-63/2021 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) ay 16 (on altı) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 97-100); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-63/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti başa çatsa da o, qanunla məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini tədqiq edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə iş üzrə aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlama nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, İmişli rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,535 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 7 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,535 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 7 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-77/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-77/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver