Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-77/2025 16.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, İmişli şəhəri, Aran küçəsi, ev 75 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 237.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 237.1ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən ov bıçağını əldə edib gəzdirmiş, habelə 2025-ci ilin may ayının əvəllərində yaşadığı İmişli şəhəri, Aran küçəsi, ev 75 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikilinin içərisində tərkibində narkotik maddələr olan 04 ədəd çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 05 iyun 2025-ci il tarixdə saat 14:31-də İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsindəki yarım tikiliyə baxış keçirilərkən 04 ədəd xeyli miqdarda yaş vəziyyətdə ümumi çəkisi 30.0 qram olan bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və evin həyətindən ona məxsus 01 ədəd ümumi uzunluğu 37.5 sm, tiyəsinin uzunluğu 24.7 sm, dəstəyinin uzunluğu 12.8 sm olan kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş soyuq silah olan ov bıçağı aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 237.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, o, 05 iyun 2025-ci il tarixdə saat 14 radələrində yaşadığı evin həyətində olarkən polis əməkdaşlarının yaşadığı evə gələrək özlərini təqdim etdikdən sonra ona həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkisinin kollarının olmasını bildirmiş, o da həyətində olan yarımtikilidə çətənə kollarının olduğunu etiraf etmişdir. Sonra polis əməkdaşları aqrotexnikin və onun iştirakı ilə yaşadığı evin həyətində olan yarımtikliyə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları yarımtikilidən aşkar olunmuş dörd ədəd kolu kötüyündən çıxarmışdır. Həmin kollara baxış keçirdikdən sonra kollar qablaşdırılmış, üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra yaşadığı evin həyətində olarkən polis əməkdaşları divardan asılmış bir ədəd üzərində “D” hərfi, yəni adının baş hərfi yazılmış bıçağı görüb nə olduğunu və kimə aid olduğunu ondan soruşmuş, o isə həmin bıçağın 2020-ci ildə dostunun ad günündə ona hədiyyə verdiyini və o, bıçağı həyətyanı sahədə təsərrüfat üçün işlətdiyini bildirmişdir. Sonra polis əməkdaşları həmin bıçağı qablaşdıraraq ekspertizaya göndəriləcəyini bildirmişdir. Daha sonra onun üzərində hər hansı qanunsuz əşya və ya narkotik vasitə olub-olmadığı soruşulmuş, o, isə üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmiş və heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra onu rayon polis şöbəsinə dəvət etmişlər. O da rayon polis şöbəsinə gəlmişdir. İmişli rayon polis şöbəsinin xidməti otaqlarından birində müdafiəçinin iştirakı ilə onun üzərində yenidən şəxsi axtarış hərəkətləri aparılmış, axtarış zamanı üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan başqa narkotik vasitə marixuana istifadə etdiyi üçün təxminən 2-3 ay əvvəl Rusiya Federasiyasına getməzdən əvvəl yaşadığı evdə təbii narkotik vasitə marixuana istifadə etdikdən sonra marixuananın içərisində olan toxumları götürüb yaşadığı evin həyətindəki yarımtikilinin içərisinə atmışdır. O, həmin toxumları əkmək üçün atmamışdır. Sadəcə olaraq həmin toxumları istifadə etmək mümkün olmadığı üçün toxumları istifadə etdiyi təbii marixuana kütləsindən ayırıb atmışdır. Təxminən bir ay əvvəl Rusiya Federasiyasından İmişli rayonuna yaşadığı evə gəldikdən sonra yaşadığı evin həyətində ot biçərkən həyətdə olan yarım tikilinin içərisində marixuana kollarını aşkar etmiş və həmin kolların 2-3 ay bundan öncə marixuana toxumlarını atdığı üçün bitdiyini bilmişdir. Bundan sonra o həmin çətənə kollarının ətrafında olan otları təmizləmişdir. Həmin vaxtlarda havanın yağışlı keçməsi ilə əlaqədar həmin çətənə kollarına su verməmişdir. Yaşadığı evdən aşkar olunaraq götürülmüş bıçağı isə heç vaxt üzərində gəzdirməmiş, bıçağı yalnız həyətdə təsərrüfat işləri üçün istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 05 iyun 2025-ci il tarixdə icraatına qərəzsiz və etimad doğuran mənbədən İmişli şəhəri, Aran küçəsi, ev 75 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə kolu əkib-becərməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumatın realizə edilməsi istiqamətində daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış qrupunun yaradılması haqqında qərar qəbul edilmişdir. Əməliyyat qrupunun tərkibinə o, İmişli RPŞ-nin CAB-nin rəisi polis mayoru Şahid2, İmişli RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili polis mayoru Şahid3, İmişli RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 daxil olmuşdur. Əməliyyat məlumatının realizə edilməsi üçün əməliyyat qrupunun üzvləri və İmişli rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Şahid5lə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Evin həyətinin giriş qapısında Təqsirləndirilən şəxs səsləyib çağırmışdır. Bundan sonra evin həyətinə daxil olmuş və Təqsirləndirilən şəxs onlara yaxınlaşmışdır. O özünü təqdim etdikdən sonra yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirilməsi ilə bağlı məlumat daxil olduğunu, bu səbəbdən da həyətə və həyətdə olan yardımçı tikiliyə baxış keçirilməsinin zəruri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şifahi söhbət zamanı deyilənlərin doğru olduğunu, həqiqətən də həyətyanı sahədə tikilmiş yarı tikilinin içərisində çətənə kollarının əkib-yetişdirməsini könüllü etiraf etmiş və həmin yeri onlara göstərmişdir. Belə olan halda həyətinə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkliş əsasında İmişli rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Şahid5 və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun onlara göstərdiyi mişar daşları ilə hörülmüş həyətdəki yarıtikilinin içərisinə baxış keçirilən zaman dörd ədəd çətənə kollarının əkilməsini aşkar etmişlər. Bundan sonra İmişli rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Şahid5 həmin çətənə kollarının kultivasiya və qulluq olunduğunu bildirmişdir. Bundan sonra o, həmin dörd ədəd çətənə kollarını kötüyündən bir-bir çıxartmışdır. Həmin çətənə kollarını Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə gətirmişlər. Həmin kollar ekspertiza tədqiqatına göndərmək üçün sayılıb qablaşdırılmış və üzəri iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışıdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya həmçinin narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, olduğu təqdirdə təqdim etməsini bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində heçbir qanunsuz əşya olmadığını bildirmiş və üzərində olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs evin və həyətyanı sahənin hər hansı yerində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs isə göstərdiyi dörd ədəd çətənə kollarından başqa heç bir şey olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə fərdi yaşayış evinin yan və arxa tərəfinə baxış keçirilmişdir. Həmin vaxt evin ön tərəfində divarda olan bir ədəd böyük ölçüdə ov bıçağına bənzər bıçaq aşkar olunmuşdur. Həmin bıçaq qablaşdırılıb soyuq silah olub-olmamasının öyrənilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndəriləcəyini bildirilmişdir. Bıçaq qablaşdırıldıqdan sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmiş və Təqsirləndirilən şəxs da heç bir etirazının olmadığını bildirmişdir. Polis şöbəsinə gəldikdən sonra dərhal protokol tərtib edilərək, iştirakçılara elan edilmişdir. İmzalarla doğruluğu təsdiq edilmişdir. Sonra videogörüntü əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş və qablaşdırılmış dörd ədəd çətənə kollarına və bir ədəd bıçağa baxış keçirdikdən sonra hər biri ayrı-ayrılıqda yenidən qablaşdırılıb üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, Şahid3 və İmişli RPŞ-nin CAB-nin sabiq axtarış üzrə əməliyyat müvəkkili Şahid4 məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid, İmişli RPŞ-nin CAB-ın rəisi polis mayoru Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Şahid5 ifadəsində göstərmişdir ki, 05 iyun 2025-ci il tarixdə saat 14 radələrində polis əməkdaşları işlədiyi idarəyə gəlib İmişli şəhəri, Aran küçəsi, ev 75 ünvanında Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) kollarını əkib-becərməsi ilə bağlı İmişli rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu və həmin məlumatın icrası istiqamətində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin zəruri olduğunu, həmçinin məlumatın doğru olduğu təqdirdə əkilmiş çətənə (kannabis) kollarına aqrotexniki qaydada qulluq edilibedilmədiyinin müəyyən edilməsi məqsədilə aqrotexnikin iştirakının vacib olduğunu bildirmişlər. O, da həmin tədbirdə iştirak etməyə razılıq verib polis əməkdaşları ilə birlikdə sözügedən ünvana getmişdir. Polis əməkdaşları evin həyətinin giriş qapısından Təqsirləndirilən şəxs səsləyib çağırmışlar. Təqsirləndirilən şəxs gəlib onları qarşılamışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirməsi ilə bağlı məlumat daxil olduğunu, bu səbəbdən də həyətə və həyətdə olan yardımçı tikililərə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi söhbət zamanı deyilənlərin doğru olduğunu, həqiqətən də həyətyanı sahəsində çətənə kolları əkibyetişdirməsini könüllü etiraf etmiş və həyətinə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Baş əməliyyat müvəkkili Şahid1 vətəndaş Təqsirləndirilən şəxs hansı əraziyə çətənə kolu əkdiyini könüllü olaraq göstərməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin sol tərəfində yerləşən yarımtikiliyə tərəf getmiş və çətənə kollarını tikilinin içərisində əkdiyini bildirmişdir. Həmin yarımtikilinin içərisinə daxil olan zaman dörd ədəd çətənə kollarının əkildiyi aşkar olunmuşdur. O, çətənə (kannabis) bitkilərinə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu və sulandığını bildirmişdir. Bundan sonra videogörüntü aparan şəxs həmin çətənə kollarını bir-bir videogörüntüyə almışdır. Daha sonra çətənə kolları bir-bir kökündən çıxarılmışdır. Aşkar edilmiş çətənə kolları evin qarşısında çardağın altında stolun üstünə qoyularaq ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılacağı bildirilmişdir. Daha sonra həmin çətənə kolları sellofan torbaya qoyularaq qablaşdırılmış və DİN-in 179 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yarıtikilinin içərisindən aşkar olunmuş çətənə (kannabis) bitkilərinə xüsusi olaraq qulluq edilmiş, suvarılmış və dibləri boşaldılmış, yetişdirilməsi üçün münbit şərait yaradılmışdır. Yabanı halda bitən çətənə (kannabis) bitkilərindən fərqlənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə cinayət işi başlanmışdır (iş vərəq 1); Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, İmişli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 həmin tarixli raportu əsasında İmişli şəhəri, Aran küçəsi, ev 75 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib yetişdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış qrupunun yaradılması və məhkəmənin (hakimin) qərarı olmadan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirlməsi haqqında qərar qəbul edilmişdir (iş vərəq 4-5); Əməliyyat-axtarış tədbirinin keçirilməsi, vətəndaşın saxlanılması, üstünün yoxlanılması və baxış keçirilməsi haqqında 05 iyun 2025-ci il tarixli protokoldan və tədbir zamanı qeydə alınmış audio-video yazıdan görünür ki, polis əməkdaşları İmişli şəhəri, Aran küçəsi ev 75 ünvanında gedərək, Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısında videçəkilişə başlayıb, özlərini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxsun yaşadığı evə gedib qapısının qarşısında Təqsirləndirilən şəxs səsləyib çağırmışdır. Təqsirləndirilən şəxs çağırışa gəlmişdir. Təqsirləndirilən şəxs özlərini təqdim edib, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli olduğunu deyib, yaşadığı evin həyətyanı sahəsində əkilib-becərilməsi qanunla qadağan edilmiş bitki olubolmaması soruşularaq, olduğu halda yerini göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsindəki yarımçıq tikilinin içərisində çətənə bitkisi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yarımçıq tikilinin içərisindəki çətənə bitkilərinin yerini göstərmişdir. Yarımçıq tikilinin içərisinə baxış keçirilən zaman oradan 04 ədəd çətənə bitkisinə bənzər bitki aşkar edilmişdir. Dəvət edilmiş aqronom Şahid5 çətənə bitkilərinə bənzər bitkilərə baxan zaman onlara qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş 04 ədəd çətənə bitkisi ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmaqdan ötəri çıxarılıb götürülərək Təqsirləndirilən şəxs evinin qarşısına gətirilmişdir. Orada 04 ədəd çətənə bitkilərinə bənzər bitkilər ekspertizaya təqdim edilməsindən ötəri 02 ədəd sellofan torbaya qoyularaq, aşkar edilmiş çətənə bitkilərinə bənzər bitkilər və tədbir iştirakçıları barədə qeydlər aparılmış və üzəri iştirakçılar tərəfindən imzalanmış kağızla qablaşdırılaraq DİN-nin 179 saylı möhürü ilə möhürlənmişdir. Qablaşdırma başa çatdıqdan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman onun üzərində olan cins şalvarın sağ arxa cibindən 01 ədəd, arxa hissəsindəki üzlüyündə 2 ədəd mobil nömrə olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman evin önündəki pəncərənin qarşısına qoyduğu, xarici görünüşünə görə soyuq silaha bənzəyən bıçaq aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bıçaq ekspertizaya təqdim edilməsi üçün 01 ədəd sellofana qoyularaq aşkar edilmiş bıçaq və tədbir iştirakçıları barədə qeydlər aparılmış və üzəri iştirakçılar tərəfindən imzalanmış kağızla qablaşdırılaraq DİN-nin 179 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilən zaman onun evindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs da razılaşaraq rayon polis şöbəsinə gəlmişdir (iş vərəq 10-12); İmişli rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin 05 iyun 2025-ci il tarixli rəyindən görünür ki, İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən 05 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, Aran küçəsi ev 75 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilmiş çətənə (kannabis) bitkilərinə aqro-texniki qaydada qulluq edilmiş, yəni dibi boşaldılmış, suvarılmış və becərimləsi üçün xüsusi qaydada qulluq edilmişdir (iş vərəq 13); Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 05 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdə saat 17:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəq 23); Şəxsi axtarış və götürmə haqqında 05 iyun 2025-ci il tarixli protokoldan və axtarış zamanı qeydə alınmış audio-video yazıdan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 01 ədəd bağlamada qablaşdırılmış və möhürlənmiş çətənə bitkilərinə bənzər bitkilərə baxış keçirilmişdir. Baxış keçirilən zaman 01 ədəd bağlamada 04 ədəd çətənə bitkisinə bənzər kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib-etməməsi barədə sual verildikdə sonuncu narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsini bildirmişdir. Aşkar edilmiş çətənə bitkisinə bənzər bitkilərin həyətində bitdiyini, sonradan isə qulluq etdiyini bildirmişdir. Aşkar edilmiş 04 ədəd çətənə bitkisinə bənzər bitkilər ekspertizaya təqdim edilməsi üçün aşkar edilmiş çətənə bitkiləri barədə qeydlər aparılmış və iştirakçılar tərəfindən üzəri imzalanmış kağızla qablaşdırılaraq yenidən DİN-in 179 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarışın davamında Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 01 ədəd bıçağa baxış keçirilmişdir. Bıçaq sivri uclu, sap hissəsi taxta materialdan hazırlanmışdır. Bıçağın soyuq silah olub-olmamasından ötəri 01 ədəd üzərində aşkar edilmiş içərisi boş sellofana qoyularaq bıçaqla bağlı və iştirakçılar tərəfindən imzalanmış kağızla qablaşdırılaq DİN-in 179 saylı möhürü ilə möhürlənmişdir. Bıçaq barədə Təqsirləndirilən şəxs sual verildikdə sonuncu bıçağın ona 4-5 il əvvəl hədiyyə verildiyini, heç bir yerdə istifadə etmədiyini və özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın sol yan cibindən 01 ədəd qutuda istifadə edilmiş “Milano” markalı siqaret, sağ yan cibində 02 ədəd 20 qəpiklik pul əskinası, arxa sol yan cibində isə özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır (iş vərəq 32-34); Məhkəmə-bioloji ekspertizasının 06 iyun 2025-ci il tarixli 18/430 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş “.... Təqsirləndirilən şəxs yaşadığı evindən...” sözləri yazılmış və imzalar olan kağız qablaşdırmada bir ədəd polietilen torbada 04 ədəd, yaş vəzyiyyətdə, təmiz çəkisi- 30.0 qram yaş vəziyyətdə olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə bitkiləri hər hansı bir üsulla hazırlanmır, təbii yolla yetişdirilir. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi - 30,0 qram, cəmi tədqiqata sərf edildi - 0,40 qram, qalıq çəkisi 29,60 qram təşkil edir (iş vərəq 44-47); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (iş vərəq 56); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06 iyun 2025ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəq 69-70); Məhkəmə-ballistik ekspertizasının 11 iyun 2025-ci il tarixli 18/434 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir bıçaq kustar üsul ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan ümumi olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə dəyişiklik edilmişdir, soyuq silah hesab edilir (iş vərəq 115-118); Cinayət əməlinin tövsif edilməsi haqqında 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsindən həmin Məcəllənin 228.5 və 237.1-ci maddələrinə tövsif edilmişdir (iş vərəq 124-125); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 237.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (iş vərəq 127- 128); Məhkəmə-narkoloji ekspertizasının 12 iyun 2025-ci il tarixli, 3490 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (iş vərəq 179-180); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 18 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Eynişov X2 Rayon Məhkəməsinin 18 yanvar 2010-cu ilə tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəza müddəti başa çatmış və hazırda məhkumluğu ödənilmişdir (iş vərəq 158-159); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 237.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2) və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin “Maddi sübutların saxlanması otağı”nda saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidən aşkar edilmiş 04 ədəd, 30.0 qram təmiz çəkidə çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29.60 qram təmiz çəkidə çətənə (kannabis) bitkisi və bir ədəd kustar üsulla hazırlanmış soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan – 66,33 (altmış altı manat, otuz üç qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. (CPM-198.1) Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyası İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 7 (yeddi) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 7 saata görə 77 manat pul İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 237.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə üzərində 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdən 06 iyun 2025 il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,60 qram olan çətənə (kannabis) bitkisi və 01 ədəd kustar üsul ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik soyuq silah hesab olunan ümumi təyinatlı ov bıçağı məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 66,33 (altmış altı manat otuz üç qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası İmişli rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 7 saata görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №1(036)-77/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-77/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver