Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-78/2021 07.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 11:00 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1976-cı ildə İmişli şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, N.ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə saat 18:00 radələrində alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evin həyətindən dəmir ling götürüb, oğlu İsmayıl Qasımovu bir neçə il əvvəl qonşusu Zərərçəkmiş şəxs1 döyməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan dava etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı İmişli şəhəri, N.ünvan 2 ünvanda yerləşən evin darvazasının yanına gəlib, küçədə, yəni ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafda olan yaşayan şəxslərə aşkar hörmətsizlik və leqeydlik göstərməklə silah qismində istifadə etdiyi dəmir linglə dəfələrlə vuraraq darvazanı zədələməklə Zərərçəkmiş şəxs1 10 (on) AZN məbləğində maddi ziyan vurmuş, uca səslə qapının açılmasını tələb etməklə, həmin evdə və qonşuluqda yaşayanların narahatçılığına, həmçinin qorxu və həyəcan hisləri keçirmələrinə səbəb olmuşdur. Bu vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə Zərərçəkmiş şəxs2 ondan xuliqanlıq hərəkətlərinə son qoyulmasını tələb etdikdə, o, orada toplaşan şəxslərə digərlərindən əsaslı sürətdə fərqləndiyini nümayiş etdirmək üçün şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, xuliqanlıq niyyəti ilə, heç bir əsaslı səbəb olmadan ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədib, alın nahiyəsinə qəsdən yumruqla vuraraq müqavimət göstərməklə, ona alın nahiyəsiində solda sıyrıq ilə müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarət yetimişdir. Daha sonra qanunsuz hərəkətlərini davam etdirərək, ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirmək və ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə onu qərəzli xuliqanlıq hərəkətlərindən çəkindirməyə çalışmaqla, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs3 ünvanına da nalayiq ifadələr işlədib, sonuncuya qarşı heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə zor tətbiq edərək, müqavimət göstərməklə qəsdən yumruqla burun və sifət nahiyələrindən vurub, ona burnun yumşaq toxumaların şişkinliyi, burun tənəffüsünün pozulması ilə müşayiət edilən, burun sümüyünün yerinidəyişən sınığı, burun belində yara, sağ gözün üst qapağında tış tərəfdə qançır, sifətin sağ yanaq nahiyəsində yumşaq toxumaların şişkinliyi və qançırından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib, axşam vaxtı ətrafda yaşayan qonşuların və səs-küyə küçəyə toplaşmış insanların istirahətini pozaraq, habelə, uzun müddət onlarda qorxu və həyəcan hisləri yaratmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, N.ünvan 1 ünvanda yaşayır və yaşadığı evin həyətində özünə məxsus avtomobil təmiri sexi var, o, həmin sexdə dəmirçi-malyar işi ilə məşğul olur. Zərərçəkmiş şəxs1 onun qonşusudur. 4 il əvvəl Elnur küçədə oğlu İsmayılı sillə ilə vuraraq döymüş, lakin o, Elnur barədə həmin vaxt heç bir orqana şikayət etməmişdir. Təxminən 3-4 ay əvvəl Elnurun oğlu Əli itini küçədə gəzdirərkən, Əli Elnura demişdir ki, onların itinə küçədə uşaqlar daş atır. Elnur da küçədə olan uşaqları söyüb təhqir etmişdir. Elnurun sözləri ona təsir etmiş və 03 mart 2021-ci ildə saat 18:00 radələrində maşın təmiri seximdən lomu götürüb Elnurla dava etmək üçün onun həyətinə getmişdir. Küçə qapısı bağlı olduğundan, dəmir darvazası qarşısında durub əlində olan lom ilə qapını döymüş və qışqıraraq Elnuru küçəyə dava etmək məqsədi ilə çağırmışdır. Həmin vaxt Elnur evdə olmamış və həyətdən küçəyə çıxan olmamışdır. Elnur zəng edib qohumu X1 onun yanına göndərmişdir. İltifat gələndə o, artıq öz həyətlərində olmuşdur. İltifat gəlib onun yaşadığı həyətə soxulub kəllə ilə onun ust dodağından vuraraq ona xəsarət yetirmişdir. İltifata gedib onu küçədə gözləməsini və gəlib onunla söhbət edəcəyini bildirmişdir Sonra İltifatın avtomobilə minib onunla bir yerdə Mirqoca adlı şəxsin evinin yanına kimi getmiş və orada avtomobildən düşüb İltifatla mübahisə edəndə Elnurun digər qohumu Yaşar və qonşusu Zamiq adlı şəxslər yanına gəlmişlər. Həmin vaxt onlarla onun arasında dava olmuş, o, əvvəlcə İltifatı yumruq alnından vuraraq xəsarət yetirmiş, sonra Yaşar üstünə gələndə o, yumruqla da onu da vuraraq burun nahiyəsinə xəsarət yetirmişdir. Oları Zamiq ayırmış, sonra çıxıb evinə getmişdir. O, hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Hal-hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışmış, ona qarşı tələb və şikayəti yoxdur, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və məhz özünün səbrsizliyi və sərxoşluğu ucbatından cinayət əməlini törətmişdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, N.ünvan 2 ünvanda yaşayır və “İmişli Şəkər” Zavodunda qapançı vəzifəsində işləyir. Baş vermiş hadisə barədə qeyd edir ki, 03 mart 2021-ci ildə, saat 17:30 radələrində ona Şahid2 mobil telefonla zəng etmiş və küçə darvazasını döyülməsin və uca səslə onları kiminsə çağırdığını, qorxu və həyacan keçirib nahat olmaların və gəlib məsələni aydınlaşdırmasını tapşırmışdır. İşdən çıxa bilmədiyi üçün mobil telefonu ilə qonşuda yaşayan xalası nəvəsi Zərərçəkmiş şəxs2 zəng vurub ondan evlərinə gedib məsələni aydınlaşdırmasını xahiş etmişdır. İltifat onlara gedib Təqsirləndirilən şəxs lom ilə onun qapısını döyməsini görüb İbrahimi sakitləşdirmək istədikdə, İbrahim sərxoş olduğundan onların arasında dava-dalaş baş vermişdir. Sonra dava-dalaşın səs-küyünə qoşusu X6 evinin yanına gəlmişdir. Daha sonra eşimişdir ki, İbrahim Yaşarı və İltifatı döymüş və İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının gəlib onları polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs lom ilə qapını əzib zədələməklə ona 10 (on) manat miqdarında maddi zərər vurmuşdur. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, Ə.Vahid küçəsi, ev 5 ünvanda yaşayır. Digər Zərərçəkmiş şəxs1 onun atasının xalası oğludur. Elnurun yaşadığı evlə onun yaşadığı ev arasında məsafə 200-300 metrdir. Baş vermiş hadisə barədə qeyd edir ki, 03 mart 2021ci il tarixdə, saat 18:00 radələrində Zərərçəkmiş şəxs1 ona zəng vurub bildirmişdir ki, Təqsirləndirilən şəxs ona zəng edib hədələyib onun küçəyə çıxmasını tələb etmişdir. Elnur “İmişli Şəkər” Zavodunda iş yerində olduğundan gələ bilmədiyini və gedib İbrahimi sakitləşdirib evinə yola salmasını tapşırmışdır. Yaşadığı evdən çıxıb Elnurun yaşadığı evin qapısına kimi getmiş və İbrahimin sərxoş halda əlində olan dəmir lomla Elnurun yaşadığı evin küçə darvazasını döyməsini görmüşdür. İbrahimə yaxınlaşıb onun sakitləşdirmək istədikdə, İbrahim onun sözlərinə məhəl qoymayıb onu da nalayiq söyüşlər söymüşdür. İbrahimdən söyüş söyməməsini və yaşadığı evə çıxıb getməsini tələb etmiş, İbrahim daha da əsəbləşib aqressiv formadan üstünə hücum etmiş və onun səs-küyünə küçədə yaşayan qonşular narahat olub küçəyə çıxıb yanlarına gəlmişlər. Qonşulardan Zamiq və Yaşar adlı şəxslər də orada olmuşdur. İbrahim əli ilə onun alnından vuraraq ona sıyrıq xəsarəti yetirmişdir. Yaşar onları ayırmaq istədikdə İbrahim yumruqla Yaşarın burun nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt Zamiq İbrahimi sakitləşdirib götürüb aparmışdır. Dava-dalaş təxminən 15-20 dəqiqə dava etmiş, hadisə nəticəsində Elnurun ailə üzvləri və qonşular narahat olmuşlar. Halhazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, K.Məmmədov küçəsi, ev 6 ünvanda yaşayır. Baş vermiş hadisə barədə qeyd edir ki, 03 mart 2021-ci il tarixdə, saat 18:00 radələrində işdən çıxıb İmişli şəhəri, N.Nərimanov küçəsi ilə dayısı oğlu Zərərçəkmiş şəxs1 yaşadığı evə tərəf gedərkən, Elnurun evinin yanında küçədə Gülməmmədov X5 adlı şəxslə mübahisə etdiklərin görmüşdür. İbrahim sərxoş halda İltifatın və Elnurun ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Onlara yaxınlaşıb İbrahimdən nə olmasnı soruşmuş və həmin vaxt İbrahim onu da söyüb, təhqir etmişdir. İbrahimdən söyüş söyməməsini tələb etdikdə, o, səsin yüksəldib onu da söymüşdür. Onun qışqırıq səsinə küçədə yaşayan Elnurun qonşuları narahat olub küçəyə çıxmışlar. Həmin vaxt İbrahim qəfil üstünə gəlib əlinin arxası ilə əvvəlcə onun sağ gözünün üzərindən sillə ilə bir dəfə vurub ona xəsarət yetirmişdir. O, gözünü tutarkən İbrahim İltifatın üstünə cumaraq yumruqla onun alın nahiyyəsinə vurmuşdur. Yenidən İbrahimə yaxalaşıb onları ayırmaq istədikdə İbrahim yenidən yumruqla onun burnundan vurmuş və onun burun sümüyü sınmışdır. Dava baş verib qurtardıqdan sonra polis əməkdaşları hadisə yerinə gələrək, onları İmişli Rayon Polis Şöbəsinə aparmışlar. O və İltifat İmişli Rayon Polis Şöbəsinə gəlib Təqsirləndirilən şəxs barəsində İmişli Rayon Polis Şöbəsinə şikayət etmiş və izahat vermişlər. Məhkəmətibbi ekspertizasından keçib müayinə olunmuşlar. Təqsirləndirilən şəxs təxminin 15-20 dəqiqə ərzində küçədə dava-dalaş etmiş və həmin müddət ərzində qonşular, Elnurun ailə üzvləri narahat olmuşlar. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 127 saylı, 04 mart 2021-ci il tarixli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər-üst dodağın selikli qişasında solda qansızma küt əşyanın təsirindən törənmişdir. Müxtəlif şəraitlərdə, o cümlədən, 03 mart 2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 128 saylı, 04 mart 2021-ci il tarixli rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 aşkar edilmiş xəsarətlər-burnun yumşaq toxumaların şişkinliyi, burun tənəffüsünün pozulması ilə müşayiət edilən, burun sümüyünün yerini dəyişən sınığı, burun belində yara, sağ gözün üst qapağında tış tərəfdə qançır, sifətin sağ yanaq nahiyəsində yumşaq toxumaların şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müxtəlif şəraitlərdə, o, cümlədən 03 mart 2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 129 saylı, 04 mart 2021-ci il tarixli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər-alın nahiyəsində solda sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müxtəlif şəraitlərdə, o, cümlədən 03 mart 2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X18 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X17 181 saylı, 12 iyul 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “İmişli Rayon Mərkəzi Xəstəxanası” X17 ruhi-əsəb kabinetində qeydiyyatda dayanmır. Cinayət işində olan 07 iyun 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 07 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 07 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs3 07 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 100 saylı, 09 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X7, övladları X8 və X4 ilə birlikdə İmişli şəhəri, N.ünvan 1 ünvanda yaşayır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZE 12104330 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahdan 01 iyun 2006-cı ildə “X9” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZE 12104457 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahdan 27 oktyabr 2007-ci ildə “X3” adında uşaqları anadan olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tюrətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, ilk dəfə cinayət əməlini törətməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətinin olmamasını, eləcə də, ailəli və himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmasını, cəzaçəkmə müddətinin başlanğıcının təqsirləndirilən şəxsin “məhkəmə iclas zalından həbs” edildiyi vaxtdan hesablanmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsini və dərhal məhkəmə iclası zalından “həbs” edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-78/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-78/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver