Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-78/2024 16.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Saatlı rayonu, Kamallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, Saatlı rayonu, Kamallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda İmişli rayonu Mirili kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşadığı evə naməlum şəxs saat 27 iyun 2024-cü il tarixdə saat təxminən 18-30 radələrindən 00:00 radələrindək olan müddət ərzində gizli yolla açıq qapıdan daxil olaraq evin yataq otağından 900 manat dəyərində «Supermax» markalı televizoru və həmin televizora məxsus pult və xarici telekanalların izlənilməsi üçün istifadə olunan qurğusunu oğurlaması barədə Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material, əsas isə materialda Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillər olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, Saatlı rayonu Kamallı kənd sakini Şahid1 tanıyır, münasibəti onunla yaxşıdır, həmkəndlisidir. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Həmkəndlisi Şahid1 “Hyunday sonata” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, metallik rəngli minik avtomobili vardı. 27 iyun 2024-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı evdə Pünhanla 05 litirlik «Vetrovka» arağından hərəyə 250 qram içmişlər. Arağı isə həmin günü Pünhanla Mirili kəndində yerləşən mağazadan almışlar. Belə ki, hərəsi 5 manat pul qoymuş və 10 manat pula bir şüşə «Vetrovka» arağı, bir ədəd 1 litirlik kola və salat üçün pamidor və xiyar almışlar Bundan sonra bir başa onun yaşadığı ev istiqamətində gedərkən Mirili kəndində yol kənarında yerləşən evlərin birinin qarşısında axan kanalda su mühərriki ilə su aparıldığını görmüş və yol gedərkən su mühərrikinin də kanalda olmasını görüb oğurlamaq qərarına gəlmişdir. Pünhanla birlikdə həmin günü arağı yeməklə içmiş və təxminən saat 15 radələrində yeməyi yeyib arağı içdikdən sonra Pünhan öz evlərinə avtomobili ilə çıxıb getmiş və həmin günü artıq hava qaralmış və saat təxminən 21 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun votçap proqramı ilə Pünhana yazmış,ona hardasan, gəl məni tez ol at ora qayıt sözlərini yazmış və daha sonra Pünhanla votçapla danışmış, ona yaşadığı evə gəlib onu götürməsini istəmişdir. Lakin su mühərrikini oğurlamaq istəyi barədə Pünhana bildirməmiş, Pünhan onunla razılaşmış və Pünhan onu Mirili kəndində yol kənarında düşürtmüş və görmüşdür ki, su mühərriki yerində yoxdur, evin işığı sönülüdür. Özü avtomobildən düşdüyü üçün özlüyündə qərar vermişdir ki, işıqları sönən evə oğurluq üçün girəcək və o, bu barədə həmin vaxtı evdən oğurluq edəcəyini Pünhana deməmiş, ona bildirmişdir ki, qayıt get, sənə zəng edəndə gəlib götürürsən. Artıq su mühərriki kanalda olmadığı üçün o, evin həyətinə keçmiş, evin giriş qapısından içəri keçdikdə görmüşdür ki, qapı açıqdır və qapıdan içəri düz keçib orada otaqda olan plazma televizoru pultları və göstəricisi ilə birlikdə götürmüş, həmin vaxtı yenidən zəng edib Pünhana qayıdıb gəlib onu düşürtdüyü yerdən götürməsini istəmişdir. Pünhan qaydıb gəlib onu düşürtdüyü yerdən götürmüş və əlində olan oğurladığı televizoru və televizoru göstərən qurğunu, iki ədəd pultu Pünhanın avtomobilinin arxa salonuna yerləşdirmiş və birlikdə Kamallı kəndi istiqamətidə getmişlər. Yol gedərkən Pünhana avtomobili saxlamasını demiş və arxa oturacaqda olan televizoru, iki ədəd pultu və qurğunu götürüb maşının yük yerinə qoymuşdur, ona görə ki, Musa görməsin. Musanı Kamallı kəndində yol kənarında görmüş, lakin, Pünhan onu avtomobilə götürməmiş və təxminən 400-500 metr getdikdən sonra, Pünhan nə fikirləşdisə yenidən avtomobili geri Musa tərəfə sürmüş və onu avtomobilə götürmüş və birlikdə Kamallı kəndinə gedərkən yolda onları Saatlı rayon polis şöbəsinin dövlət yol polisləri saxlatmış və sürücü Şahid1 həmin vaxtı içkili avtomobil sürməsi müəyyən edilmişdir. Lakin, onunla Musa maşının ara yük yerinə keçəndə yol polisləri maşını sürüb getmişlər və televizor Pünhanın avtomobilində qalmışdı, Musa ilə birlikdə Musagilin evinə getmiş və Musa onu özünə məxsus QAZ-53 markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomaşınla onu öz yaşadığı evə aparıb düşürtmüşdü. Onun bu oğurluq cinayətindən Şahid1 və Musanın xəbəri olmamışdır. Törətmiş olduğu cinayət əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışıq əldə etməklə ona vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, şahidlərin və zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, İmişli rayonu,Mirili kəndində ədəbiyat müllimi işləyir və həmin kənddə həyat yoldaşı X2, oğlu X3 ilə birlikdə yaşayır. Ailə üzvləri ilə birlikdə 27 iyun 2024cü il tarixdə saat 18:40-da yaşadığı evdən çıxmışlar və İmişli rayonu Hacırüstəmli kəndinə qonaq getmişlər. Həmin gün saat 24 radələrində evə qayıtmışlar. Evin həyətinə daxil olmuş və şübhəli bir məqam olmamşdır. Sonra evin giriş qapısından içəri daxil olmuşdur. O və həyat yoldaşı otağa daxil olmuş, oğlu Ehtibar da öz otağına daxil olmuşdu. Sonra oğlu onu çağırıb televizoru hara qoyduğunu soruşmuşdu. O, isə ona otağında olduğunu deyib, həmin otağa daxil olmuş və görmüşdür ki, Ehtibarın otağında, giriş qapısından sağda yerləşən televizor-şkafın üstüdə olan bir ədəd televizor və onun yanında olan aparat yerində yoxdur. Həmçinin oğluna məxsus əşya şkafında olan paltarlar da yerə tökülmüş və axtarış aparılmışdır. Oğurluq olmasını başa düşən kimi 102 xidmətinə məlumat vermişdir. Evdən “Super Max” markalı, 82 dioqanallı, plazma markalı , qara rəngli, dəyəri 850 manat olan televizor, 1 ədəd televizoru idarə edən pult, bir ədəd televizou göstərən qurğu və onun idarəedici pultu oğurlanmış və oğurluq cinayət əməli nəticəsində ona 900 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, İmişli rayonu Mirili kənd sakini Zərərçəkmiş şəxs tanımır, onun evinin harada yerləşməsini bilmir. Saatlı rayonu Kamallı kənd sakini Təqsirləndirilən şəxs tanıyır, münasibətim yaxşıdır, həmkəndlisidir. Racivi kənd arasında Səddam kimi tanıyırlar. Racivin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunmasını bilir. İstifadəsində “Hyunday sonata” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, metallik rəngli minik maşını vardır. 27 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Raciv istifadəsində olan ***-***-**-** saylı nömrə ilə ona zəng edib onu İmişli rayonu Mirili kəndinə aparmağı demişdir. Racivin həmin kəndə nə üçün getdiyini bilrdi. Belə ki, təxmini iyirmi dəfə onu həmin kəndə aparmış və sonra da hər dəfə təxmini iki saatdan sonra onun zəngi ilə qayıdıb götürmüşdür. Racivi Saatlı rayonu Kamallı kəndi ərazisində götürmüş və İmişli rayonu Mirili kəndi istiqamətində aparmışdı. İmişli rayonuna girişə bir qədər qalmış o, Racivi düşürtmüş və sonra da gedib yüz metr irəlidən dönüb qayıtmışdır. Qayıdanda Saatlı rayonu Məzrəli kəndi ərazisində yolun sol tərəfində yerləşən birinci ərzaq mağazasının qarşısında həmin kəndin sakini Musa adlı şəxsi görmüşdü. Msa ona əl edib maşını saxlamağını istəsə də o, görməməzliyə vurub sürüb getmişdir. Bundan bir neçə dəqiqə sonra Raciv yenidən ona zəng edib demişdir ki, gəlib onu götürsün. Bu dəfə isə o, Racivi təxmini iki saat gözləməmişdir, Racivi düşürüb qayıtmağı təxmini on dəqiqə çəkmişdir. O,yenidən qayıtmış və İmişli sözü yazılan yerin yaxınlığında, üzü İmişli rayonu istiqamətində maşını saxlamışdı. Raciv isə maşının baqaj hissəsini açmağı demişdir. O,baqajı açanda görmüşdür ki, o, əlində bir plazma televizor gətirmiş və baqaja qoymuşdur. Ondan bu barədə soruşanda Raciv demişdir ki, televizoru münasibət saxladığı qadın vermiş, düzəltdirməyi demişdir. O, bir söz deməmişdir. Birliklə Saatlı rayonuna geri qayıdan zaman yenə Musa Saatlı rayonu Məzrəli kəndi ərazisində maşına əl etmiş, o, yenə saxlamamışdı. Lakin Musa , ***-***-**-** saylı nömrə ilə ona zəng etmiş və demişdir ki, gedib pivə içək. O, pulu olmadığını demiş, Musa isə pulu özü verəcəyini bildirmişdi. O, Musa ilə razılaşmış və Musa özünə məxsus “QAZ53” markalı maşını sürüb yaşadığı evin qarşısında saxlamış və onun arxasınca düşüb Musanı qapılarının qarşısından avtomobilinə götürmüşdür ki, birlikdə İmişli rayonu Bəcirəvan kəndi ərazisində yerləşən “Çinarlı” resteronanına gedəcəkdilər. Lakin yolda İmişli rayonuna az qalmış Saatlı RPŞ-nin yol patrul xidmətinin əməkdaşları ona işarə edib saxlatmışlar. Polis əməkdaşları demişlər ki, sənin maşının cəriməsi var və maşına həbs qoyulmuşdur. O,cəriməsi olmasını bilir demişdir. Polis əməkdaşları ondan içkili olmağı soruşanda demişdir ki, bəli içkilidir. Çünki, Racivi maşına götürmədən əvvəl Saatlı rayonu Kamallı kəndi ərazisində yerləşən kafedə iki bakal pivə içmişdir. Buna görə də yol polisi əməkdaşı demişdir ki, maşını özü sürəcək. O, keçib ön sərnişin oturacağında əyləşmiş, Musa və Racıv isə arxada əyləşmişlər. Saatlı rayonu Məzrəli kəndi ərazisində,Musa evinin yaxınlığından keçən zaman Musa demişdir ki, qoy düşüm və televizoru götürüm. Bu zaman o, şübhələnmişdir,çünki, televizoru maşına Raciv qoymuşdu. Musa sonradan maşına əyləşmişdi və baqajda nə olmasını bilə bilməzdi. Bu söz ona şübhəli gəlmişdi. Sonra birlikdə Saatlı RPŞ-yə getmişlər və orada polis əməkdaşları maşını yoxlayan zaman televizor aşkar ediləndən sonra bütün olanları danışmış və demişdir ki, televizor Racivindir ona aidiyyatı yoxdur. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, yaşadığ kənddə onu Sevindik kimi tanıyırlar, lakin əsl adı isə Musadı. Bildirir ki, Saatlı rayonu Kamallı kənd sakinləri Təqsirləndirilən şəxs və Şahid1 tanıyı, hər ikisi ilə münasibəti vardır. 27 iyun 2024-cü il tarixdə saat 20 radələrində İmişli rayonu Mirili kəndi ərazisində ad günü məclisində olmuşdur. Həmin vaxt Natiq adlı Saatlı rayonu Naharlı kənd sakini ona zəng edib demişdir ki, Mirili kəndi ərazisində olan mağazanın arxasında yol kənarında səyyar meyvə-tərəvəz satışı üçün çardaq olmasını və onu maşının yük yerinə qoyub gətirməyi demişdir. Özünə məxsus “Qaz 53” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük maşını vardır. O, yolun kənarına gəlmiş və orada həmin çardağı maşına köməkli qoymağa çalışırmış. Bu zaman o, Pünhanı idarə etdiyi “Hyunday” markalı minik maşını ilə bir neçə dəfə İmişli rayonu Mirili kəndi istiqamətində hərəkət etdiyini görmüşdür. Fit çalıb saxlatdırmaq istəsə də Pünhan avtomobili saxlamamışdı. Bu zaman ona telefonla zəng edib demişdir ki, hara gedirsən. Pünhan da demişdir ki, İmişli rayonu Mirili kəndinə müştəri aparıb və düşürüb qayıdacağını demişdir. O, isə Pünhana demişdir ki, yarım saatlıq işi vardı. Maşına çardaq yükləyəcək. Bundan sonra gedib birlikdə pivə içməyi təklif etmişdir. Pünhan da razılaşmışdı. Bundan təxmini iyirmi dəqiqə sonra Pünhan maşınla gəlmiş və onun yanında saxlamışdı. Ona demişdir ki, maşını qapılarının qarşısında saxlamağa aparır və onun arcxasınca gəlib götürər demişdir. O, yük maşınını qapılarının qarşısında saxlamış və sonra da Pünhanının maşının ön sərnişin oturacağına əyləşmişdir. Görmüşdür ki, Raciv də maşındadır və arxa sərnişin oturacağında əyləşmişdir, onun sərxoş vəziyyətdə olmasını görmüşdü. Birlikdə İmişli rayonu Bəcirəvan kəndi istiqamətində, həmin kənddə yerləşən “Çinarlı” restoranına gedirlərmiş. Niyyətləri orada pivə içmək olmuşdur. İmişli rayonu Mirili kəndi istiqmətində Saatlı RPŞ-nin yol-patrul xidmətinin əməkdaşları maşına işarə etmişlər və Pünhan maşını saxlamışdı. Sonra polis əməkdaşları demişlər ki, maşının üzərində cəriməyə görə həbs var, həm də Pünhanın içkili olması müəyyən edilmişdi. Buna görə də maşını Saatlı rayon polis şöbəsinin duracağına aparılacağı bildirildi. Birlikdə Saatlı rayonu istiqamətində geri qayıtmışlar. Saatlı rayonu Məzrəli kəndinə, evin yaxınlığına çatanda Pünhanın maşınını sürən yol polisi maşını saxlamış ona və Racivin düşməsi üçün şərait yaratmışdı. Raciv içkili idi. Maşından düşən zaman Raciv demişdir ki, maşında arxada televizoru vardır, qoy götürüm. Onlar maşından düşən kimi polis əməkdaşı maşını sürüb getmişdir. Heç macal olmadı ki, Racivin dediyi televizoru maşından götürsün. O, Racivlə qapılarının qarşısında olan yük maşınına minmiş və onu evlərinin yaxınlığında olan mağazanın qarşısında düşürtmüş, sonra da çıxıb getmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Şübhəli şəxsin tutulması haqqında 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 52); Götürmə və baxış aparılması haqqında 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd Supermax markalı televizor, iki ədəd idarədici pult və kanal yayımlayan qurğunun götürülməsi və baxış keçirilməsi qərara alınmışdır. (i.v. 78-79); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 104-105); İmişli Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli, 4(036)-53/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 120-122); Məhəkəmə əmtəəşunaslıq ekspertizasının 05 sentyabr 2024-cü il tarixli, 9/6203 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 195,00 manat müəyyən olunur. (i.v. 145-147); Sabrabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-137/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Qənbərov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-137/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xx.xx.2024-ci il tarixdə cəkib bitirmişdir. (i.v. 141-143); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin və zərər çəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə onun saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Sabrabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)- 137/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddəti başa çatsa da o, qanunla məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini tədqiq edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 5 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 5 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-78/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-78/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver