Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-78/2025 09.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, H.Əliyev prospekti ev 160, mənzil 5 ünvanında qeydiyyatda olmaqla, İmişli şəhəri P.Həsənov küçəsi ev 161 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,258 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 10 iyun 2025-ci il tarixdə saat 17:19 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, Koroğlu küçəsində piyada hərəkətdə olan zaman saxlanılıb üzəri yoxlanılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümün arasında xeyli miqdarda, yəni 0,258 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, 10 iyun 2025-ci il tarixdə, saat 11 radələrində o, yaşadığı İmişli şəhəri, P.Həsənov küçəsi ev 161 ünvanının qarşısını təmizləyən zaman yolun kənarında bir ədəd siqaret falqasından ibarət büküm görüb götürmüş, arasına baxdıqda psixotrop maddə metamfetamin olduğunu görmüş və istifadə etmək niyyəti ilə onu cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində İmişli şəhəri, Koroğlu küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və xidməti vəsiqələrini təqdim etməklə özlərinin polis əməkdaşı olduqlarını və onun üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə gəzdirməyi ilə bağlı əməliyyat məlumatı daxil olduğunu, buna görə də əməliyyat-axtarış tədbirinin keçirildiyini, üzərinin yoxlanmalı olduğunu bildirmişdir. O da razı olmuşdur. Sonra polis əməkdaşları onun üzərini yoxlamış və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin küçədən tapdığı siqaretin qızılı rəngli falqasına bükülmüş vəziyyətdə olan metamfetamini çıxarıb təqdim etmişdir. Bundan başqa üzərindən bir ədəd ona məxsus “Redmi” markalı mobil telefonu, iki qutu “Milano” markalı siqaret və bir ədəd də 01 AZN pul əskinasından özü düzəltdiyi turbuçka aşkar edilmişdir. Həmin turbuçkanı o, özü hazırlamışdır. Bir manatlıq pulu boru formasında qatlayıb üzərini yapışqan lentlə sarımışdır. Onu metamfetamin qəbul etmək üçün hazırlamışdır. Həmin turbuçka vasitəsilə metamfetamin yandıqdan sonra tüstüsünü qəbul etmişdir. Sonra üzərindən aşkar edilən metamfetamin kütləsini elektron tərəzidə çəkilmiş və çəkisinin 0,33 qram olması müəyyən edilmişdir. Həmin büküm və bir ədəd turbuçka qablaşdırılıb ağ rəngli zərfə qoyulmuş və üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonra polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlmişlər, orada üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra əməliyyat tədbiri zamanı üzərindən aşkar edilən metamfetamin bükümü və bir manatlıq puldan hazırladığı turbuçkaya baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, yenidən qablaşdırılmışdır. O da qablaşdırmanın, yəni zərfin üzərini imzalamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 10 iyun 2025-ci il tarixdə icraatına İmişli şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə etməsi, daşıması və saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı ilə bağlı dəqiqləşdirmə aparılmış və məlumatın etibarlı, qərəzsiz mənbədən daxil olması, həmçinin şəxsin xx.xx.1994-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, İmişli şəhəri H.Əliyev prospekti ev 160, mənzil 5 ünvanında qeydiyyatda olmaqla İmişli şəhər P.Həsənov küçəsi ev 161 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bununla bağlı yaradılmış təxirəsalınmaz əməliyyat-axtarış qrupunun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, İmişli RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 daxil edilmişdir. Daxil olmuş məlumata uyğun olaraq Təqsirləndirilən şəxs 10 iyun 2025-ci il tarixdə saat 17 radələrində İmişli şəhəri, Koroğlu küçəsində hərəkətdə olması müəyyən edilmişdir. Əməliyyat müvəkkili Şahid1 tərəfindən video çəkiliş başlanılmış və iştirakçılarla birlikdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin başlandığını elan etmişdir. Bundan sonra kəsintisiz video çəkiliş aparılaraq İmişli RPŞ-yə məxsus **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə İmişli şəhəri Koroğlu küçəsi istiqamətində hərəkət etmişlər. Bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman saxlayıb sonuncuya xidməti vəsiqələri təqdim etməklə polis əməkdaşı olduqlarını, üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz ƏAT-ın keçirilməsini izah etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olması, varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümün arasında psixotrop maddə metamfetamin kütləsini, həmin şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, yenə sağ yan cibindən iki ədəd “Milano” markalı siqaret qutusunu, bir ədəd bir manatlıq pul əskinasından hazırlanmış boru formalı turbuçkanı çıxarıb təqdim etmişdir. Bundan sonra aşkar edilmiş psixotrop maddə metamfetamin kütləsi tərəfindən elektron tərəzidə çəkilmiş və kağız qarışıq çəkisinin 0,33 qram olması müəyyən edilmişdir. Sonra o, həmin metamfetamin bükümünü və bir manatlıq pul əskinasını ağ rəngli içərisinin boş olması aydın görünən zərfə yerləşdirib 179 saylı möhürlə möhürləyib qablaşdırmış və imzalanması üçün iştirakçılara təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə metamfetamin kütləsini haradan əldə etməsini soruşduqda sonuncu yaşadığı küçədən tapdığını bildirmişdir. Sonra birlikdə İmişli rayon polis şöbəsinin inzibati binasına gəlmişlər. Bundan sonra “ƏAT-ın keçirilməsi, vətəndaşın saxlanması və üstünün yoxlanması haqqında protokol tərtib edilmişdir. Sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra sonuncunun üzərində İmişli RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Allahverdi Xəlilzadə tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə hərəkətləri zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa sonuncunun üzərindən aşkar edilmiş bir ədəd psixotrop maddə metamfetamin kütləsinin qablaşdırıldığı zərf müstəntiq Allahverdi Xəlilzadə tərəfindən açılaraq yenidən elektron tərəzidə çəkilmiş və həmin vaxt çəkisinin qızılı rəngli kağız qarışıq 0,35 qram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonun sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülməsi müstəntiq tərəfindən elan edilmişdir. Bundan sonra psixotrop maddə metamfetamin kütləsi yenidən qablaşdırlıb zərfin üzəri möhürləndikdən sonra imzalanması üçün iştirakçılara təqdim edilmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 işin hallarına dair Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, vətəndaşın saxlanması və üstünün yoxlanması haqqında” 10 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 10 iyun 2025-ci il tarixdə İmişli şəhəri Koroğlu küçəsində, yolun kənarında xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılmış və sonuncuya üzərində qanunla qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr, onların prekursorlarının olub-olmaması sual olunmuş, olduğu halda təqdim etməsi bildilmiş, Təqsirləndirilən şəxs da əynindəki qara rəngli şalvarının sağ yan cibindən qızılı rəngli kağız bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmiş, həmin bükümə baxış keçirilmiş və elektron tərəzidə çəkilmiş, çəkisinin kağız büküm qarışıq 0,33 qram olması müəyyən edilmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq bir ədəd göy rəngli “Redmi” markalı mobil telefon, iki qutu “Milano” markalı siqaret və bir ədəd bükülmüş formada bir manatlıq pul əskinası aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə və bir ədəd bükülmüş formada bir manatlıq pul əskinası qablaşdırılmış və qablaşdırmanın üzəri AR DİN-in 179 nömrəli möhürü ilə möhürlənmiş və üzəri imzalanması üçün iştirakçılara təqdim edilmişdir; Şəxsi axtarış və götürmə aparılması haqqında 10 iyun 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış İmişli rayon polis şöbəsinin inzibati binasında, xidməti otaqda süni işıqlandırma şəraitində aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 10 iyun 2025ci il tarixdə, saat 17:19 radələrində saxlanılan zaman üzərindən aşkar edilmiş əşyalara, o cümlədən üzərindən aşkar edilərək 01 ədəd zərfə qoyularaq qablaşdırılmış psixotrop maddə olan metamfetaminə bənzər kütləyə baxış keçirilmiş, zərfin içərisində 01 ədəd qızılı rəngli falqa bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, bükümün 0.35 qram çəkidə olması müəyyən edilmiş, bundan başqa zərfdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd psixotrop maddənin istifadə edilməsi üçün bir manatlıq pul əskinazından hazırlanmış boru formalı əşyaya baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin əşyanı psixotrop maddə metamfetamini istifadə etmək üçün düzəltdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “REDMİ” markalı mobil telefona və 2 qutu “Milano” markalı siqaretə baxış keçirilmiş, “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 2 qutu “Milano” markalı siqaret Təqsirləndirilən şəxs geri qaytarılmışdır (cild 1, vərəq 29-31); Məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2025-ci il tarixli, 18/448 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,258 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd pul nişanının içərisində psixotrop maddə metamfetaminin izləri vardır; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 4369 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Cinayət işinin başlanması haqqında 11 iyun 2025-ci tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır; Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 10 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur; Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; Qətimkan tədbirinin seçilməsi haqqında 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,208 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, 01 ədəd içərisində psixotrop maddə metamfetamin izləri olan bir manatlıq əskinas Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 9 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 99 manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyun 2025-ci il tarixdən 12 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,208 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, 01 ədəd içərisində psixotrop maddə metamfetamin izləri olan bir manatlıq əskinas Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası İmişli rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 9 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 99 (doxsan doqquz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №1(036)-78/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-78/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver