Məhkəmə qərarları › İş №1(036)-79/2020

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-79/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-79/2020 06.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi İlqar Məhərrəm oğlu Tapdıqovun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamı üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsinədə bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər İmişli rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azalığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, İmişli rayonunun Məzrəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,209 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində daşımaqla saxlamış və xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət evi”nin qarşısında saxlanılıb şöbənin inzibati binasına gətirildikdən sonra üstündə şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın arxa cibində saxladığı kibrit qutusunun içərisində 2 ədəd poletilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,694 qram və 0,515 qram olmaqla, umumi təmiz çəkisi - 1,209 qram çəkidə narkotik vasitə olan heroin kütləsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-cimaddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, hərdən bir narkotik vasitə olan heroindən istifadə edirmiş. xx xxxx 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olan Əli adlı şəxs öz mobil telefonundan onun mobil telefonuna zəng vurub Bakı şəhərində «Xalqlar dostluğu» metrosunun yaxınlığında ağacın dibində ağ selofanda 40 qram çəkidə narkotik vasitə olan heroin olmasını, ona gedib həmin heroini götürüb aparıb şəhərin “20 yanvar” metrosunun yanında yerləşən «Hava limanı» plakatının yanında qoymasını tapşırmışdır. Əli həmçinin telefon vatçapı ilə «Xalqlar dostluğu» metrosunun yaxınlığında narkotik vasitə qoyulmuş ağacın şəkilini ona göndərmiş və o da həmin şəkilə əsasən gedib narkotik vasitə olan heroini tapmışdır. xx xxxx 2020-ci il tarixdə o, heroini Əlinin dediyi yerdən götürüb aparıb “20 yanvar” dairəsində yerləşən «Hava limanı» lövhəsinin dəmir dirəyinin altına qoymuş və həmin heroindən özü istifadə etmək üçün az bir miqdarını kağızın arasına töküb götürmüşdür. Bakı şəhərində bir necə gün qaldıqdan sonra xx xxxx 2020-ci il tarixdə gecə saat 24 radələrində İmişli rayonuna qayıtmışdır. Heroindən bir hissəsini Bakı şəhərində olarkən istifadə etmiş, yerdə qalan heroni isə iki kağız bükümə büküb kibrit qutusunun içərisində əynində olan cins şalvarının arxa cibinə qoymuşdur. Narkotik vasitə olan heroini istifadə etmək üçün cibinə bir ədəd iki ml-lik şpris və bir ədəd novokain şüşəsi qoyub saxlamışdır. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində İmişli şəhərində yerləşən “Mədəniyyət evi”nin yanında olarkən İmişli RPŞ-nin bir qrup əməkdaşı ona yaxınlaşıb Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin və iki nəfər hal şahidinin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı həmin iki büküm narkotik vasitə olan heroin, bir ədəd iki ml-lik şpris və bir ədəd novokain şüşəsi üzərindən aşkar edilərək götürülmüşdür. Üzərindən götürülmüş narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğunu digər iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-ninəməliyyat müvəkkili X4 ifadəsindəgöstərdi ki,xx xxxx 2020-ci il tarixdə İmişli RPŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən ona İmişli şəhəri, Xiyabani küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olması, onun 16:45 radələrində “Mədəniyyət evi”nin qarşısında olacağı barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün İmişli RPŞ-nin rəhbərliyinə raportla məruzə edib məlumat verdikdən sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyət –axtarış tədbirləri keçirilməsi üçün Polis şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və X6 ibarət əməliyyat qrupu yaradılmışdır. xx xxxx 2020-ci il tarixdə saat 16:30-da o, əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi yerə İmişli şəhərində yerləşən “Mədəniyyət evi”nin qarşısına getmişlər. Ətrafı müşahidə edərkən Təqsirləndirilən şəxs saat 16:45-də İmişli şəhər “Mədəniyyət evi”nin qarşısına gəldiyini görüb ona yaxınlaşıb Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin və dəvət olunmuş iki hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın arxa cibindən kibrit qutusunun içərisindən iki ədəd xırda selofan bükümü, şalvarın ön sol cibindən isə iki ədəd boş iki mllik bir dəfəlik şpris və bir ədəd boş novokain şüşə flakonu aşkar olunmuşdur. Götürülmüş iki büküm narkotik vasitə olan heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş, sonra isə bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğunu digər iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin əməkdaşı Şahid3 işin hallarına dair şahid X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində İmişli rayon Polis Şöbəsinin yanından keçib evinə gedərkən polis əməkdaşları ona hal şahidi qismində iştirak etməyi xahiş etdikdə o, etiraz etməyərək razılaşmışdır. Polis şöbəsində onun, vəkilin və digər hal şahidinin iştirakı ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın arxa cibindən kibrit qutusunun içərisindən iki ədəd xırda selofan bükümü, şalvarın ön sol cibindən isə iki ədəd boş iki mllik bir dəfəlik şpris və bir ədəd boş novokain şüşə flakonu aşkar olunmuşdur. Götürülmüş iki büküm narkotik vasitə olan heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş, sonra isə bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğunu digər iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasınınxx xxxx 2020-ci il tarixli, 18/348 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış kağız paketdəki kibrit qutusunda hər biri kağız kəsiyinə bükülmüş 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi - 0,694 qram, 0, 515 qram, umumi təmiz çəkiəsi - 1,209 qram olan maddələr kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. Heroinin umumi təmiz çəkisi - 1,209 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram (hər ob-0,05 qram), qalıq - 1,109 qram. İşdə olan məhkəmə-narkoloji ekspertizasınınxx xxx 2020-ci il tarixli, 1365nömrəli rəyindəngörünürki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Halhazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesfik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşə əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, 1171 nömrəli arayışından görünür ki, İmişli rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azalığın məhdudlaşdırması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs İmişli rayon İcra və Probasiya şöbəsinin qeydiyyatındadır və barəsində olan azadlığın məhdudlaşdırılması cəzasını icra etməmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər İmişli rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azalığın məhdudlaşdırması cəzasına məhkum edilmiş və qanunvericilikləməhkumluq ödənilmədənyenidənqəsdənaz ağırcinayəttörətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş üzrə maddi sübut məhv edilməli və ekspertiza xərci təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İmişli rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalmış 1 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azalığın məhdudlaşdırması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 11 (on bir) ay 21 (iyirmi bir) günü AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki təyin olunmuş cəza ilə qismən birləşdirilsin və qəti olaraq üzərində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatına sərf edilmiş 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 1,109 qram narkotik vasitəolan heroin məhv edilsin. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar