Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-79/2022 30.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 09 sentyabr 1998-ci il tarixdə İmişli rayonunun Otuziki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonunun Otuziki kəndində qeydiyyatda olmaqla İmişli şəhəri, R.Bağırov küçəsi ev 26 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 avqust 1998-ci ildə anadan olmaqla yetkinlik yaşına çatdığı halda 2021-ci ilin may ayının sonlarında səhər saat 08 radələrində, onun üçün aşkar surətdə 16 yaşına çatmayan 30 avqust 2005-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs, sonuncunun özünün razılığı ilə evlənmək məqsədilə Bakı şəhəri, Bayıl qəsəbəsinə kirayə yaşadığı evə apararaq onunla evin yataq otağında, daha sonra isə sonuncu dəfə müxtəlif vaxtlarda İmişli şəhəri, H.Əliyev prospekti 168, mənzil 8 ünvanında yerləşən binanın birinci mərtəbəsində yerləşən mənzilin yataq otağında Zərərçəkmiş şəxs özünün könüllü razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İmişli rayonunun Otuziki kəndində yerləşən evləri söküldüyündən 2021-ci ilin may ayından Zərərçəkmiş şəxs ailəsinə məxsus İmişli şəhəri, R.Bağırov küçəsi ev 26 ünvanında yerləşən evlərində ailəsi ilə birlikdə kirayə yaşamağa bağlamışdır. Həmin vaxtdan Zərərçəkmiş şəxs görüb xoşu gəldiyindən onunla münasibət qurmaq istəmişdir. Bu məqsədlə o, Zərərçəkmiş şəxs öz telefon nömrəsini vermişdir. Bundan sonra onlar mütəmadi olaraq bir-biri ilə telefon əlaqəsi saxlamışlar. Söhbətlərin birində Minarə ona qohumu Cavanşir adlı şəxslə özünün könüllü razılığı əsasında qaçdığını və bir neçə dəfə özünün könüllü razılığı əsasında təbii yolla cinsi əlaqədə olduğunu dedikdə o, bunu normal qarşılamış və etiraz etməmişdir. Minarə həmçinin ona azyaşlı olduğunu bildirmişdir. O, valideynlərinə Minarə ilə evlənmək istədiyini desə də onlar sonuncunun bir dəfə evlənmək məqsədilə başqa birisi ilə getdiyini və bu səbəbdən də onunla ailə qurmağının mümkün olmadığını demişlər. Lakin o, Minarəni sevdiyindən onunla evlənmək qərarından daşınmamışdır. Buna görə də Minarəyə qaçmaq təklifi etmiş və sonuncu heç bir etiraz etmədən razı olmuşdur. 2021-ci ilin may ayında səhər saat 08 radələrində onlar bir yerdə Bakı şəhəri, Bayıl qəsəbəsində onun kirayə tutduğu evə getmiş və orada təxminən on gün qalmışlar. Bu müddət ərzində o, Minarə ilə təxminən beş-altı dəfə təbii yolla sonuncunun özünün könüllü razılığı və iradəsi əsasında, heç bir fiziki yaxud zorakı təsirə məruz qoymadan cinsi əlaqədə olmuşdur. Daha sonra onlar birlikdə İmişli rayonuna qayıtmış və H.Əliyev prospekti 168, mənzil 8 ünvanında yerləşən mənzili kirayə tutub orada yaşamışlar. Orada qalan zaman Minarə öz ailəsi ilə əlaqə saxlayıb görüşürmüş. O da həmçinin öz ailəsi ilə əlaqə saxlamış lakin, ailəsi Minarəni gəlin kimi qəbul etməmişlər. Ona görə də onlar ailələrindən ayrı yaşamışlar. Onlar həmin evdə yaşayan zaman da Zərərçəkmiş şəxs özünün könüllü razılığı əsasında onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin evdə bir müddət yaşayandan sonra onlar test üsulu ilə Minarənin hamilə olduğunu bilmişlər. Bundan sonra onlar Minarənin ailəsinin yanına köçmüş və orada yaşamağa başlamışlar. Bir müddət sonra Minarə Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasında bir oğlan uşağı dünyaya gətirmiş və bundan üç gün sonra İmişliyə geri qayıtmışlar. Hazırda Minarə ilə birlikdə sonuncunun ailəsinə məxsus evdə yaşayırlar. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onların yaşadığı İmişli şəhəri, R.Bağırov küçəsi ev 26 ünvanında yerləşən evləri ilə bir həyətdə yerləşən digər evlərində ailəsi ilə birgə kirayə qaldığı vaxtdan tanıyırmış. Belə ki, 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onların evlərinə kirayə yaşamaq üçün gəlmiş və münasibətləri də elə o vaxtdan yaranmağa başlamışdır. Təqsirləndirilən şəxs ona istifadəsində olan nömrəsini vermiş və onlar telefon vasitəsilə hər gün əlaqə saxlayıb danışırmışlar. Bu müddət ərzində onlar yalnız telefonla danışıb həyətdə bir-birilərini görürmüşlər. Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayan zaman o, bir dəfə qohumu tərəfindən qaçırıldığını dedikdə sonuncu bunu normal qəbul etmişdir. Tanışlıqlarından təxminən bir ay sonra onlar evlənmək qərarına gəlmişlər. O, anası Dilarəyə bu barədə dedikdə anası etiraz etməmişdir. Lakin, Təqsirləndirilən şəxs valideynləri onun bir dəfə ailəli olmağını bildiyindən onların evlənməyinə razı olmamışlar. Təqsirləndirilən şəxs valideynlərinin onunla evlənməyə razı olmadığını, buna görə də onu qaçıracağını dedikdə o, razı olmuş və bu barədə heç kimə bir söz deməmişdir. 2021-ci ilin may ayında səhər saat 08 radələrində o, heç kəsə bir söz demədən öz könüllü razılığı ilə Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, Bayıl qəsəbəsinə kirayə tutduqları evə getmiş və təxminən iki həftə orada qalmışlar. Orada qaldıqları müddətdə Şəmsi onun razılığı ilə, heç bir fiziki və ya psixi zorakılığa məruz qalmadan onunla beş-altı dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra onlar İmişli rayonuna qayıtmış və H.Əliyev prospekti 168, mənzil 8 ünvanında yerləşən mənzili kirayə tutub orada yaşamışlar. Orada qalan zaman o, öz ailəsi ilə əlaqə saxlayıb görüşürmüş. Həmin evdə yaşayan zaman o, özünün könüllü razılığı əsasında Şəmsi ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Bir müddət yaşayandan sonra onlar test üsulu ilə onun hamilə olduğunu bilmişlər. Bundan sonra onlar onun ailəsinin yanına köçmüş və orada yaşamağa başlamışlar. Bir müddət sonra o, Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasında bir oğlan uşağı dünyaya gətirmiş, bundan üç gün sonra İmişliyə geri qayıtmış və Şəmsi ilə birlikdə ailəsinə məxsus evdə yaşamağa başlamışlar. Hazırda Şəmsidən heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş qanuni nümayəndə Şahid ifadəsində göstərdi ki, kürəkəni Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə onların İmişli şəhəri, R.Bağırov küçəsi ev 26 ünvanındakı evlərində kirayə qaldığı vaxtdan tanıyırmış. Belə ki, Təqsirləndirilən şəxs, atası və anası 2021-ci ilin may ayında onların həyətindəki ikinci evlərində kirayə yaşamışlar. Onun Şəmsi ilə qızı Minarə arasında olan münasibətləridən heç bir məlumatı olmamışdır. 2021-ci ilin may ayında o, işdə olarkən əri Qurban ona zəng edib Minarənin evdə olmadığını bildirmişdir. O, dərhal evə gəlib Minarənin istifadəsində olan mobil telefona zəng edib harada olduğunu soruşduqda qızı Şəmsi ilə birlikdə Bakı şəhərinə getdiyini bildirmiş. O, Minarəyə evə qayıtmağı bildirdikdə qızı razı olmamış və telefonu söndürmüşdür. Bundan təxminən on gün sonra Minarə onunla telefonla əlaqə saxlayıb Şəmsi ilə birlikdə İmişliyə qaytdığını demişdir. Bir neçə gün sonra Minarə ilə Şəmsinin bir yerdə kirayə qaldığını öyrənmiş və qızı ona hamilə olduğunu demişdir. Bundan təxminən bir ay sonra o, qızı Minarə və kürəkəni Şəmsini həmin kirayə qaldıqları evdən çıxarıb öz evinə gətirmişdir. Bir müddət sonra qızı Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasında bir oğlan uşağı dünyaya gətirmişdir. Hazırda qızı və kürəkəni uşaqla birlikdə onun yaşadığı evdə qalırlar. Hazırda Şəmsidən heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Beləliklə də, şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə ər-arvad münasibətində olmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-79/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-79/2022
30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver