Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-79/2023 29.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Firidun qızının, Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, işsiz, Kürdəmir şəhəri Aran qəsəbəsi bina 28, ev 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 26 aprel 2023-cü tarixdə saat 14 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9cu hissəsinin 2-ci bəndinin tələblərinə riayət etməyərək texniki xarakteristikasında nəzərdə tutulandan artıq sayda yəni, 5 nəfər adam daşımaqla idarə etdiyi “VAZ-21099 MİNİK” markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-İmişli-Bəhrəmtəpə avtomobil yolunun 85-ci kilometrliyində, İmişli rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində Kürdəmir rayonu istiqamətində həmin yolda icazə verilən 60 km/saat sürətdən daha yüksək sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pozaraq, qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi “KAMAZ-65115-023-13 yük” markalı, **-AC- *** dövlət qeydiyyat nişanlı avtomaşının sola doğru dönmə əməliyyatı yerinə yetirməsini müşahidə edərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək hərəkətin təhlükəsizliyinə əmin olmadan avtomobili icazə verilən 60 km/saat sürətdən daha yüksək sürətlə idarə edərək “KAMAZ-65115-023-13 yük” markalı avtomobili soldan ötmə əməliyyatı aparmaq istəmiş, lakin təhlükədən yayına bilməyəcəyini görüb əyləcdən istifadə etsə də yüksək sürət səbəbindən nəqliyyat vasitəsini vaxtında dayandıra bilməyərək idarə etdiyi avtomobilin ön hissəsindən yük avtomobilinin arxa sol təkəri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə onun avtomobilindəki sərnişinlərdən Zərərçəkmiş şəxs4nın ehtiyatsızlıqdan beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol 11-ci qabırğanın, alt çənə sümüyünün yerdəyişmiş sınıqları, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı, yerdəyişmiş sınığından ibarət sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan 9,10,11-ci qabırğaların qapalı, yerdəyişən sınığı, alın nahiyəsində sağda yara, sağ gözün altında yaradan ibarət sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs3 Ötərxan qızının ehtiyatsızlıqdan sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişən, qəlpəli sınığı, sağ diz oynağının ön və bayır səthində, alın nahiyəsində başın tüklü hissəsinə keçid yerində yaralar, sağ bazunun orta 1/3-nin bayır səthində qançırdan ibarət sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 Firidun qızının ehtiyatsızlıqdan Az. Pankreato-duodenalis superiorun qırılması və daxili qanaxma, sol incik sümüyünün aşağı 1/3-nin qeyri-tam sınığı(çatı), sol bazu sümüyünün yuxarı 1/3-nin köndələn çəpinə, yerini dəyişən sınığı, sağ baldırın orta və aşağı 1/3-nin iç səthində sıyrıqlar, sağ bazunun aşağı 1/3-nin iç səthində qançırdan ibarət sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus «VAZ- 21099» minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili olmaqla həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və avtomobilə aid sənədləri də vardır və həmin avtomobil öz adınadır. 26 aprel 2023-cü il tarixdə saat təxminən 11 radələrində qonşusu Vahid ondan xahiş etmişdir ki, onu İmişli rayonuna qayınanasının hüzur məclisinə aparsın. O, razılıq vermiş, sonra həmin günü saat təxminən 10:30 radələrində Kürdəmir rayonundan idarə etdiyi avtmobillə Vahid Almaz, Rüstəm və Sənubər əyləşmiş və birlikdə İmişli rayonuna gəlmişlər. İmişli rayonunda hüzür məclisində saat 13-30 radələrindək əyləşmişlər və hüzür məclisindən çıxdıqdan sonra saat təxminən 13-40 radələrində yaşadıqları Kürdəmir rayonuna yola düşmək üçün yola düzəlmişlər. İdarə etdiyi avtomobilin qabaq oturacağına Vahid, arxa oturacağa Almaz, Sənubər Arzu və Rüstəm əyləşmişlər. Avtomobilini Ağsu-İmişli-Bəhrəmtəpə avtomobi yolunda saatda təxminən 70 km surətlə idarə edirmiş və ötmə əməliyyatı apararkən isə surət həddini 80-90 km surətədək qaldırmışdır. İdarə etdiyi avtomobillə yolun 85-ci kilometrliyində hərəkətdə olarkən arxadan hərəkət edən xatırlamadığı bir necə avtomobil onun idarə etdiyi avtomobili otüb keçmişlər. O, həmin avtomobillərdən sonra ötmə əməliyyatına başlamış və surət həddini saatda 80-90 km dək qaldırıb qarşı tərəfin hərəkət zolağına ötmə əməliyyatı aparmaq üçün çıxmış və qarşısında hərəkət edən «Kamaz» markalı yük avtomaşını onun ötməkdə olan avtomobilinin qarşısına çıxdığını görmüş və avtomobilin tormozundan istifadə etmişdir ki, toqquşmasın, buna baxmayaraq əks hərəkət zolağında toqquşma yol-nəqliyyat hadisəsi baş vermişdir. Avtomobilində olan sərnişinlər və o, özü bədən xəsarətləri almışdır. Həmin hadisə nəticəsində sağ ayağından sınıq xəsarəti almışdır. Hadisədən sonra oradan keçən avtomobillərin sürücüləri və «Kamaz» markalı avtomaşının sürücüsü də onun avtomobilində olan xəsarət alan şəxsləri avtomobildən çıxarması üçün köməklik etmişdir. Daha sonra onu hadisə yerinə gələn təcili tibbi yardım avtomobili İmişli rayon mərəkəzi xəstəxanasına gətirmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmiş və onlarla barışmışdır. Bütün bunları nəzərə alaraq, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Firidun qızı ifadəsində göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə baldızı Arzunun mərhum anasının 3 mərasiminə qaynı Vahid, qaynı oğlu Rüstəm, baldızı Almaz taksi sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ- 21099» minik markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilli ilə İmişli rayonuna gəlmişlər. Arzunun anasının 3 mərasimində iştirak etmişlər və saat təxminən 13-40 radələrində mərasimdən çıxıb yaşadığı Kürdəmir rayonuna yola düşmək üçün yas evindən çıxmışlar. Həmin vaxtı da Arzu da hüzür məclisinə gəldikləri avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobilində arxa oturacaqda əyləşmişdir və avtomobilin qabaq oturacağında isə qaynı Vahid əyləşmişdir. Arxa oturacaqda o, Almaz, Arzu və Rüstəm əyləşmişlər. O, avtomobildə ortada əyləşmişdir. Avtomobildə olduğu zaman təziyiqi qalxmışdı və Kürdəmir rayonuna yola düşdüyü zaman isə avtomobildə gözlərini yumub yatmışdır. Lakin, Kürdəmir rayonu istiqamətində yol gedərkən toqquşma yolnəqliyyat hadisəsinə düşmüşlər və hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Gözünü açanda isə özünü İmişli rayonu mərkəzi xəstəxanasında görmüşdür. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ifadələrində Zərərçəkmiş şəxs2 Firidun qızının göstərdiyi xüsusatları təsdiq etmişlər. Həmçinin onlar ərizə ilə məhkəməyə müraciət edərək hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanın tamamilə ödənilməsini və ondan heç bir şikayətlərinin və tələblərinin olmamasını bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, İmişli rayonun Qaradonlu kəndində yerləşən X1 İdarəsində sürücü işləyir və ona **-BJ-*** dövlət qeydiyyat nişanlı «Kamaz» markalı avtomaşın təhkim olunub. Həmin avtomaşınla saat 8 radələrində işə çıxmış və işə çıxmağı ilə bağlı ona iş yerindən 26 aprel 2023-cü il tarixli 286420 nömrəli yol vərəqəsi verilmişdir. Belə ki, Ağsu- İmişli –Bəhrəmtəpə avtomobil yolunun sol kənarı ilə şor su kanalı keçir və həmin şor su kanalı kol kos və gil torpaqla dolduğundan kanalın içərisi təmizlənib kənara atılmışdır. O da idarə etdiyi avtomaşınla kanalın içərisindən çıxarılmış kol kos və gil toropağı idarənin mexanizatoru Vəfadar adlı şəxsin idarə etdiyi traktorla həmin kol kos və gil torpağı avtomaşınımın yük yerinə doldurduğu üçün aparıb rayonun Qaralar kəndi ərazisində olan çökəkliyə boşaldıb qaydırmış. Nahardan əvvəl beş maşın yükləyib aparmışdır. Nahardan sonra isə yerdə bir maşın yük qaldığı üçün nahardan saat təxminən 14 radələrində qaydıb həmin yol kənarında olan kol kos və gil torağı avtomaşının yük yerinə yığmaq üçün Vəfadarla birlikdə idarə etdiyi «Kamaz markalı,65115-023-13 yük», **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İmişli şəhəri istiqamətindən Ağsu şəhəri istiqamətində hərəkət edirmiş . Belə ki, hadisə baş verən yerin yaxınlığında kol kosun və traktorun dayndığı yerə gəlirmişlər. Həmin vaxtı o, Kamaz avtomaşınını avtomobil yoldunda satda təxminən 40-50 km surətlə idarə edirmiş və yol kənarında çökəklikdə olan kol kos və gil torpağın olduğu yerə yaxınlaşdığı üçün avtomaşının surətini saatda 30 km surətədək azaltmış və asfalt yolda qarşısında ona əks hərəkət zolağında hər hansı bir avtomobil hərəkət etmədyi üçün arxaya baxmış və arxadan metal gümüşü rəngli vtomobilin təxminən 100-150 metr arxada ərəkət etdiyini görmüş, bunun üçün sola dönmə əməliyyatı aparmış, sola dönmə əməliyyatını saatda təxminən 15-20 km surətlə etmiş və dönmə əməliyyatı apardığı vaxtı avtomaşınının arxa hissəsindən arxada hərəkət edən gümüşü rəngli avtomobil dəydiyindən idarə etdiyi avtomaşını bir neçə metr irəli tullamışdır. İşdə olan məhəkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 436 saylı rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1-9,10,11-ci qabırğaların qapalı, yerdəyişən sınığı, alın nahiyəsində sağda yara bərk küt əşyanın (əşyaların) təsirindən, sağ gözün altında yara isə iti kənarı kəsici xassəyə malik əşyanın, ola bilsin şüşə parçasının təsirindən törənmişdir,qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlailığa az ağır zərər vurmaya aid edilir. ( c.i.səh: 59-60) İşdə olan məhəkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 366 saylı rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 Ötərxan qızının – sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişən, qəlpəli sınığı, sağ diz oynağının ön və bayır səthində, alın nahiyəsində başın tüklü hissəsinə keçid yerində yaralar, sağ bazunun orta 1/3-nin bayır səthində qançır bərk küt əşyanın (əşyaların) təsirindlən törənmişdir, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlailığa az ağır zərər vurmaya aid edilir. ( c.i.səh: 63-64) İşdə olan məhəkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 492 saylı rəyindən görünür ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs4nın – beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol 11-ci qabırğanın, alt çənə sümüyünün yerdəyişmiş sınıqları, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı, yerdəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzuni müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. ( c.i.səh: 7-10) İşdə olan məhəkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 353 saylı rəyindən görünür ki,1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Firidun qızının-Ar. Pankreato –duodenalis superiorun qırılması və daxili qanaxma ilə müşayiət olunan qarnın qapalı küt travması, sol incik sümüyünün aşağı 1/3-nin qeyri-tam sınığı(çatı), sol bazu sümüyünün yuxarı 1/3 nin köndələn –çəpinə, yerini dəyişən sınığı, sağ baldırın orta və aşağı 1/3-nin iç səthində sıyrıqlar, sağ bazunun aşağı 1/3-nin iç səthində qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir , qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. (c.i.səh: 113- 114) İşdə olan məhkəmə yol-nəqliyat hadisəsi ekspertizasının 6 iyun 2023-cü il tarixli 8/1411 nömrəli rəyindən görünür ki, Kamaz 65115 markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (c.i.səh: 54-58) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs oğlu məhkum olunmamışdır. ( c.i.səh: 51) AR CM-nın 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən «bu Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir» AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslə barışmasını və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsini rəhbər tutaraq QƏRARVERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət məsuliyyətindən azad edilsin və işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması məsələsinin araşdırılması üçün qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128,0 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə keçirilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim. Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(036)-79/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-79/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver