Məhkəmə qərarları › İş №1(036)-8/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-8/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-8/2025 28.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 17 oktaybr 1989-cu il tarixdə İmişli rayonu, Murğuzallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilməmiş, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə 25 fevral 2024-cü il saat 01:30 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli şəhəri, H.Əliyev prospekti 111-B ünvanında yerləşən “OBA İMİSHLİ-1-489” saylı market binasına pəncərənin şüşəsini kürək və sol qolunun dirsək nahiyələri ilə vurub sındırmaqla, həmin yerdən qanunsuz daxil olaraq, pəncərənin önündə olan kassadan 20 (iyirmi) manat nağd pulu və pəncərənin yuxarı hissəsinə bərkidilmiş vitrində olan 40 (qırx) manat dəyərində 10 qutu “Winston” markalı, 26 (iyirmi altı) manat dəyərində 10 qutu “Viceroy” markalı, 31 (otuz bir) manat dəyərində 10 qutu “Palmali” markalı, 26 (iyirmi altı) manat dəyərində 10 qutu “Magna” markalı, 40 (qırx) manat dəyərində 10 qutu “Winston Compakt” markalı, 42 (qırx iki) manat dəyərində 10 qutu “Kent 4” markalı siqaretləri gizli yolla talayıb, zərərçəkmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 225 (iki yüz iyirmi beş) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 25 fevral 2024-cü il saat 01:33 radələrində təkrarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli şəhəri, H.Əliyev prospekti 111-B ünvanında yerləşən “OBA İMİSHLİ-1-489” saylı market binasına şüşəsini sındırdığı pəncərədən qanunsuz olaraq girməklə pəncərənin önündə yerə qoyulmuş karton qutunun içərəsindən 31,50 (otuz bir manat 50 qəpik) manat dəyərində 7 qutu “Sobranie” markalı, 13 (on üç) manat dəyərində 5 qutu “Prima Compakt” markalı, 12,40 (on iki manat qırx qəpik) manat dəyərində 4 qutu “Winçestr” markalı siqaretləri və kassada qalmış 10 (on manat) nağd pulu İmişli şəhəri, H.Əliyev prospekti 111-A ünvanında yerləşən “OBA-6” marketində kassir-satıcı vəzifəsində işləyən Şahid2 gözü qarşısında açıq talayıb, zərərçəkmiş "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinə ümumilikdə 66,90 (altımış altı manat doxsan qəpik) manat miqdarında maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər törətdiyi avtomobil qaçırma və digər cinayətlərə görə məhkum olunmuşdur. Sonuncu dəfə cəzasını 12 saylı Cəzaçəkmə müəssəsində çəkmişdir. 29 sentyabr 2023-cü il tarixdə azadlığa çıxmışdır. Həbsdən çıxdıqdan sonra iş tapa bilməyib, boş-bekar qalmışdır. 24 fevral 2024-cü il tarixdə evdə olan zaman tək 0,5 litr araq içmiş, sonra isə kənd yoluna çıxıb yoldan keçən tanımadığı şəxsin avtomobili ilə İmişli rayonuna gəlmişdir. 25 fevral 2024-cü il tarixdə, saatını xatırlamadığı vaxtda İmişli şəhəri, H.Əliyev prospekti ilə piyada hərəkət edib, “Fidan” şadlıq sarayının yanı ilə “Kolxoz Bazarı” tərəfə gəlmişdir. Bu vaxt sağ tərəfində “OBA” marketi görmüşdür. İçkili olduğu üçün özünü idarə edə bilməmişdir. Marketin pəncərəsinə yaxınlaşıb kürək və sol qolunun dirsək nahiyələri ilə şüşəsini vuraraq sındırmışdır. Şüşəni sındıran vaxt heç bir xəsarət almamışdır. Bundan sonra birinci baş nahiyəsini pəncərənin sınmış şüşəsindən içəri salmış, bədəni isə çöldə qalmışdır. Başını içəri salan kimi kassa tərəfə girdiyini görmüşdür. Sonra kassada pulun olub-olmamasını yoxlamış, kassada pul olmamışdır. Kassada nə qədər pul olsaydı götürəcəkmiş. Pulun olmadığını gördükdən sonra sındırdığı pəncərənin yuxarı hissəsinə bərkidilmiş vitrində olan siqaretləri götürüb marketin içərəsində olan qutunun içərəsinə atmışdır ki, həmin siqaretləri aparsın. Sonra isə marketin içərisinə daxil olmuşdur. Marketin içərisində olan pərdəli yerə daxil olmuş, orada olan kassanı yoxlamış və kassada pul olmamışdır. Bundan sonra kassanın üst hissəsində divara bərkidilmiş taxtanın üzərində olan 2 blok siqareti götürüb marketdən çıxmaq istəmişdir. Bu vaxt marketin qarşısında bir nəfər şəxsin gözlədiyini, onu gördüyünü hiss etmişdir. Bundan sonra o, marketdən çıxmışdır. Marketdən çıxan zaman həmin şəxsi tanımışdır. Həmin şəxs oğurluq etdiyi marketin yaxınlığında yerləşən digər “OBA” marketin işçisi olmuşdur. Həmin şəxs ona əlində olan siqaretləri atıb getməyini demiş, o da, siqaretləri yerə atıb getmişdir. Təqsirləndirilən şəxs təqsirli olması iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, 2018-ci ildən "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Hazırda isə həmin şirkətin bölgə müdiri vəzifəsində işləyir. 25 fevral 2024-cü il saat 02 radələrində onun mobil telefonuna "xxxx" MMC-nin İmişli şəhəri, H.Əliyev prospekti 111B ünvanında yerləşən “OBA-1” marketindən pəncərənin sındırlması ilə bağlı siqnal gəlmişdir. Siqnaldan sonra həmin marketin müdiri Şahid1 zəng etmiş, Pərvin ona marketin pəncərəsinin sındırıldığını və marketdən oğurluq edildiyini demişdir. O da Pərvinə 102 xidmətinə zəng etməsini demişdir. Bundan sonra Pərvin 102 xidmətinə zəng edərək məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə yerinə baxış keçirilən zaman məlum olmuşdur ki, marketə 291,90 manat məbləğində ziyan dəymişdir. Marketin kassasının arxa hissəsində olan vitrindən 1 ədədinin qiyməti 4,50 manat olan 7 ədəd 31,50 manatlıq “Sobranie” markalı, 1 ədədinin qiyməti 4,0 manat olan 10 ədəd 40 manatlıq “Winston” markalı, 1 ədədinin qiyməti 2,60 manat olan 10 ədəd 26 manatlıq “Vicroy” markalı, 1 ədədinin qiyməti 3,10 manat olan 10 ədəd 31 manatlıq “Palmali” markalı, 1 ədənin qiyməti 2,60 manat olan 26 manatlıq “Magna” markalı, 1 ədənin qiyməti 4,0 manat olan 10 ədəd 40 manatlıq “Winston Compakt” markalı, 1 ədədinin qiyməti 4,20 manat olan 10 ədəd 42 manatlıq “Kent 4” markalı, 1 ədədinin qiyməti 2,60 manat olan 5 ədəd 13 manatlıq “Prima Compakt” markalı, 1 ədədinin qiyməti 3,10 manat olan 12,40 manatlıq “Winçestr” markalı, ümumilikdə marketdən 261,90 manat dəyərində siqaretlər oğurlanmışdır. Bundan başqa marketdəki kassadan 30 manat nağd pul oğurlanmışdır. Marketdən başqa hər hansı bir əmlak oğurlanmamışdır. Həmçinin marketin pəncərəsinin şüşəsinin sındırılması nəticəsində marketə 120 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, H.Əliyev prospekti 111B ünvanında yerləşən "xxxx" MMC-nin “OBA İMİSHLİ- 1-489” saylı mağazasının administratoru vəzifəsində işləyir. Marketə təhlükəsizlik üçün siqnalizasiya sistemi quraşdırılmış və həmin sistem onun və bölgə müdirinin telefonuna bağlıdır. Hansı ki, market bağlı olan vaxt hər hansı bir kənar müdaxilə olarsa mobil telefonuna mesaj vasitəsi ilə məlumat daxil olur. 25 fevral 2025-ci il saat 01:30 radələrində marketə müdaxilə edilməsi barədə “Mesaj Həyəcan” məzmununda qısa məzmunlu mesaj gəlmişdir. Bundan sonra "xxxx" MMC-nin İmişli şəhəri, H.Əliyev prospekti 111A ünvanında yerləşən və həmin vaxtlarda 24 saat işləyən marketin əməkdaşı Elmirə zəng edib marketə getməsini istəmişdir. Elmirdə onun zəngindən sonra marketə getmişdir. Elmirə dedikdən sonra 102 xidmətinə zəng edib marketə getmişdir. Yolda olarkən Elmir ona zəng edib, marketin içərisində adam olduğunu demişdir. O da Elmirə marketin qarşısında gözləməsini demişdir. Marketə çatdıqda marketin ön hissəsində olan pəncərəsinin şüşəsinin sındırıldığını və Elmirində orada olduğunu görmüşdür. Elmir ona adamın blokla olan siqaretləri əlində, açıq olan paçkaları isə cibinə yığaraq çıxdığını və bazar içərisinə doğru getdiyini demişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və baxış keçirmişlər. Baxış keçirilərkən müəyyən edilmişdir ki, marketdən müxtəlif markalı, 261,90 manat məbləğində siqaretlər oğurlanmışdır. Marketin kassasının arxa hissəsində olan vitrindən 1 ədədinin qiyməti 4,50 manat olan 7 ədəd 31,50 manatlıq “Sobranie” markalı, 1 ədədinin qiyməti 4,0 manat olan 10 ədəd 40 manatlıq “Winston” markalı, 1 ədədinin qiyməti 2,60 manat olan 10 ədəd 26 manatlıq “Vicroy” markalı, 1 ədədinin qiyməti 3,10 manat olan 10 ədəd 31 manatlıq “Palmali” markalı, 1 ədənin qiyməti 2,60 manat olan 26 manatlıq “Magna” markalı, 1 ədənin qiyməti 4,0 manat olan 10 ədəd 40 manatlıq “Winston Compakt” markalı, 1 ədədinin qiyməti 4,20 manat olan 10 ədəd 42 manatlıq “Kent 4” markalı, 1 ədədinin qiyməti 2,60 manat olan 5 ədəd 13 manatlıq “Prima Compakt” markalı, 1 ədədinin qiyməti 3,10 manat olan 12,40 manatlıq “Winçestr” markalı, ümumilikdə 261,90 manat dəyərində siqaretləri və kassada olan 30 manat nağd pulu oğurlanmışdır. Həmçinin marketin pəncərəsinin şüşəsinin sındırılması nəticəsində marketə 120 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, 2023-cü ilin dekabr ayının sonlarından "xxxx" MMC-nin İmişli şəhəri, H.Əliyev prospekti 111 A ünvanında yerləşən “OBA-6” mağazasında kassir-satıcı vəzifəsində işləyir. Həmin market gecə saat 02:00 radələrinədək fəaliyyət göstərir. İşə saat 17:00-da girir, saat 02:00-da marketi bağlayıb evə getmişdir. Şahid1 tanıyır. Şahid1 ilə arasında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. Pərvin "xxxx" MMC-nin İmişli şəhəri, H.Əliyev prospekti 111 B ünvanında yerləşən “OBA-1” marketinin admistratoru vəzifəsində işləyir. Onların birbirilərində mobil nömrələri vardır. 25 fevral 2024-cü il saat 01:30-da Pərvin ona zəng edərək işlədəyi marketdən oğurluq edildiyini deyərək, ondan həmin marketə getməyini istəmişdir. O da işlədiyi marketi bağlayıb, oğurluq hadisəsi baş verəm marketə getmişdir. Marketə çatdıqda pəncərənin şüşəsi sınmış vəziyyətdə olmuşdur. Həmin vaxt onun konturu olmdadığı üçün Pərvinə zəng edə bilməmiş, buna görə də, kənardan bir nəfərdən telefon alıb zəng etmək istəyirmiş ki, bu vaxt Pərvin özü ona zəng etmişdir. O da Pərvinə marketin pəncərəsinin şüşəsinin sındığını deyib, marketə daxil olub-olmamağını soruşmuşdur. Pərvin isə ondan marketin qarşısında gözləməyini istəmiş və o da marketin qarşısında gözləmiş, gözlədiyi müddətə ərzində marketə birazda yaxınlaşmışdır. Bu vaxt marketdən qarabəniz, hündür boylu, orta bədən qurluşlu, qara paltarlı bir adam pəncərənin sınmış şüşəsindən çıxdığını görmüşdür. Adamı görən kimi marketdən biraz kənara getmişdir. Adam gödəkçəsinin altına siqaret blokları yığmış, əlində isə 2-3 blok siqaret olmuşdur. O, adamdan siqaretləri qaytarmasını istəmişdir. Adam isə onun sözünə məhəl qoymayıb yaxınlıqdakı bazara tərəf getmişdir. Bundan sonra hadisə yerinə Pərvin və polis əməkdaşları gəlmişlər. O isə oradan uzaqlaşıb işlədiyi marketə getmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Hadisə yerinə baxış keçirilməsi haqqında 25 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri, H.Əliyev prospekti 111B ünvanında yerləşən “OBA” marketdir. Marketin daxil olmaq üçün 2 mərtəbəli nərdivan vardır. Marketin önünda yuxarı hissəsində "xxxx" yazılmış reklam lövhəsi vardır. Marketin ön hissəsində marketə daxil olmaq üçün plastik materialdan hazırlanmış qapı, qapının yanında isə pənəcərə vardır. Qapı və pəncərənin şüşələrinin üzərində müxtəlif reklam şəkilləri yapışdırılmışdır. Pəncərənin şüşəsi sındırılmışdır. Baxış iştirakçısı Şahid1 naməlum şəxsin həmin pəncərədən daxil olduğunu, həmin pəncərənin üzərində bərkidilmiş vitrindən müxtəlif markalı siqaretlərin və yenə həmin pəncərənin önündə olan kassadan 30 manat nağd pulun oğurlanmasını bildirmişdir. Baxışın davamında müəyyən edilmişdir ki, marketin içərisində olan saxlanc yeri kimi istifadə edilən yerdən naməlum şəxs müxtəlif markalı siqaretləri oğurlamışdır. Baxış zamanı İmişli rayon polis şöbəsinin Kriminalist-tədqiqatlar qrupunun baş inspektoru, polis kapitanı Səməd Möhbalızadə tərəfindən cinayəti törətmiş şəxsin müəyyən edilməsi məqsədi ilə əl-barmaq izləri götürülmüşdür. Həmçinin marketə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı, baş vermiş hadisəni özündə əks etdirən videogörüntülər 01 ədəd “DVD” diskə köçürülərək götürülmüş və baxış keçirilməsi haqqında protokola əlavə edilmişdir (i.v. 7-15); Cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd “DVD” diskdə olan “VİD-20240307- WA0046” adlı 6 dəqiqə 50 saniyəlik videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs əlləri cibində "xxxx" MMC-nin “OBA İMiSHLİ-1- 489” saylı marketin qarşısından keçir. Videonun 25-ci saniyəsində Təqsirləndirilən şəxs geri qayıdaraq arxasını marketin pəncərəsinə tərəf çevirərək kürək və sol qolunun dirsək nahiyəsi ilə vuraraq marketin pəncərəsinin şüşəsini sındırıb baş nahiyəsini sınmış şüşədən içəri salır, bədən nahiyəsi isə bayırda qalır. Daha sonra pəncərənin önündə olan kassadan pulu götürür, sonra isə pəncərənin sağ tərəfində olan vitrindən siqaret bloklarını götürür. Təqsirləndirilən şəxs pulu və siqaret bloklarını götürdükdən sonra bayırda siqaret bloklarına baxır. Təqsirləndirilən şəxs kassadan götürdüyü pul sol əlində olur. Təqsirləndirilən şəxs sonra yenidən baş nahiyəsini və sol qolunu içəri salaraq sınmış pəncərənin yuxarı hissəsinə bərkidilmiş vitrindən yenə siqaret blokları götürərək hər iki əli dolu vəziyyətdə oradan uzaqlaşır. 3 dəqiqə sonra Təqsirləndirilən şəxs əli boş geri qayıdır və marketə şüşəsini sındırdığı pəncərədən yenidən içəri daxil olur və pəncərənin önündə olan karton qutunun içərisindəki siqaretləri götürərək əynində olan gödəkçənin sağ və sol ciblərinə yığır. Təqsirləndirilən şəxs siqaretləti götürdükdən sonra kassada olan pul əskinasını götürərək əynində olan gödəkçəsinin sol yan cibinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs marketin içərisində gəzərək, orada saxlanc yeri kimi istifadə edilən, qapısına qara rəngli parçadan pərdə çəkilmiş yerə daxil olur. Təqsirləndirilən şəxs oraya daxil olduqdan sonra əvvəlcə kassanı yoxlayır, daha sonra orada divara bərkidilmiş taxtanın üzərindəki siqaret bloklarının içərisindən 2 ədəd siqaret blokunu götürərək saxlanc yerindən çıxır və şüşəsini sındırdığı pəncərəyə yaxınlaşır. Bu vaxt əynində yaşıl rəngli kofta və qara rəngli şalvar olan bir nəfər şəxs əlində mobil telefon ilə marketin önünə yaxınlaşır və sonra isə oradan bir qədər uzaqlaşır. Təqsirləndirilən şəxs həmin şəxsin onu görməsini hiss edərək marketin içərəsində gizlənir və bayırı pusmağa başlayır. Bununlada videgörüntü baxış başa çatır. Həmin “DVD” diskdə olan “VİD-20240307-WA0045” adlı 1 dəqiqə 47 saniyəlik videoyogörüntüyə baxış keçirilən zaman isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs bayırdakı şəxsin, yəni Şahid2 oradan uzaqlaşmasını görüb bayıra çıxmaq qərarına gəlir. Bu vaxt Şahid2 iti addımlarla marketin qarşısına gəlir və Təqsirləndirilən şəxs ilə Şahid2 arasında danışıq olur. (i.v. 99-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 01 mart 2024-cü il tarixli 3-13-11/2-2990/2024 saylı məktubdan görünür ki, 25 fevral 2024cü il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMC-dən baxş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 03 ədədi (ADİS-in məlumat bankına İmişli RPŞ-ədn daxil olan) xx xxxxxxx 1989-cu ildə İmişli rayonunda doğulmuş Təqsirləndirilən şəxs (02 ədəd) sol əlinin böyük və (01 ədəd) sağ əlinin böyük barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir (i.v. 23-25); "xxxx" Məhdud Məculiyyəti Cəmiyyətinn 18 mart HŞ1212 saylı məktubdan görünür ki, 25 fevral 2024-cü ildə "xxxx" MMC-yə məxsus İmişli rayonunda yerləşən mağazada baş vermiş oğurluq nəticəsində qiyməti 4,50 azn olan 7 ədəd sobranie ballı ümumilikdə 31,50 azn, qiyməti 4,0 azn olan 10 ədəd winston nazik ümumilikdə 40 azn, qiyməti 2,60 azn olan 10 ədəd vikroy nazik ümumilikdə 26 azn, qiyməti 3,10 azn olan 10 ədəd palmali nazik ümumilikdə 31 azn, qiyməti 2,6 azn olan 10 ədəd magna boz ümumilikdə 26 azn, qiyməti 4 azn olan 10 ədəd winston kompakt ümumilikdə 40 azn, qiyməti 4,20 azn olan 10 ədəd kent 4 nazik ümumilikdə 42 azn, qiyməti 2,60 azn olan 5 ədəd prima ümumilikdə 13 azn, qiyməti 3,10 azn olan 4 ədəd winçestr nazik ümumilikdə 12,40 azn dəyərində siqaret məhsulları, 30 azn pu vəsaiti talanmışdır. Həmçinin sındırılmış pəncərə nəticəsində "xxxx" MMC-yə 120 azn ziyan dəymişdir. Ümumilikdə "xxxx" MMC-yə dəymiş ziyan 411 maant 90 qəpik təşkil edir (i.v. 85); Stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 161 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. O, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, hazırkı psixi vəziyyətinə görə onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1); Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə, saat 18:15də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 47); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 52-53); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 63-64); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 68); Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 72); Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında 06 may 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrinə tövsif edilməklə ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (i.v. 121-128); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-90/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhdum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 94-95); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri Natəvan İbrahimovanın xx.xx.2024-cü il tarixli, HŞ8601 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurduğu maddi ziyanı tam şəkildə ödədiyindən onunla barışıq əldə edilmiş və hazırda "xxxx" MMC-nin sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını (CM-59.1.13) və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qanunvericiliklə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməklə cinayətlərin residivini yaratmasını (CM-61.1.1) onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1; 158.6; CM-69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), iş üzrə maddi sübut kimi tanınan 25 fevral 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman "xxxx" MMC-nin İmişli şəhəri, H.Əliyev prospekti 111-B ünvanında yerləşən “OBA İMİSHLİ-1-489” saylı marketinə quraşdırılmış müşahidə kamerasının yaddaş qurğusundan “DVD” diskə köçürülərək götürülümüş, cinayət hadisəsinin görüntülərini özündə özündə əks etdirən 01 ədəd “DVD” disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 1 mart 2024-cü il tarixli 3-13-11/2-2990/2024 saylı məktuba əlavə edilmiş, hadisə yerinə baxış keçirilən zaman götürülmüş, Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin əksi olan 01 ədəd zərf cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), təqsirləndirilən şəxsə 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili X3 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir (CPM-198.1). İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) il 5 (beş ay) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və barəsində İmişli Rayon Məhkəməsinin 09 avqust 2024cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi süburlar 25 fevral 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman "xxxx" MMC-nin İmişli şəhəri, H.Əliyev prospekti 111-B ünvanında yerləşən “OBA İMİSHLİ-1-489” saylı marketinə quraşdırılmış müşahidə kamerasının yaddaş qurğusundan “DVD” diskə köçürülərək götürülümüş, cinayət hadisəsinin görüntülərini özündə özündə əks etdirən 01 ədəd “DVD” disk və Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 1 mart 2024-cü il tarixli 3-13-11/2- 2990/2024 saylı məktuba əlavə edilmiş, hadisə yerinə baxış keçirilən zaman götürülmüş, Təqsirləndirilən şəxs məxsus əl-barmaq izlərinin əksi olan 01 ədəd zərf cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili X3 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar