Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-80/2022 08.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxx 1982-ci il tarixdə İmişli rayonunun Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonunun Aranlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan, xx.xx.2014-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü Nuranənin və xx.xx.2010-cu il təvəllüdlü Mədinənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün minimum əmək haqqının 75 faizindən az olmamaqla və bütün gəlirlərinin 33 faizi hissəsi Zərərçəkmiş şəxsnın xeyrinə tutulmalı və 800.000 rubl (2014-cü ilin sentyabr ayına uyğun məzənə ilə 60 Azərbaycan manatı) dövlət rüsumu dövlət nəfinə tutulmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 10(102)-52/2019 saylı qərardadı ilə tanınmış Belarus Respublikası Minsk şəhərinin Oktyabr Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(036)-613/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 11236,50 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, hal-hazırda rəsmi nikahda olduğu Şahid1 və bir az yaşlı övladı ilə birlikdə yaşayır. İmişli rayonunun müxtəlif yerlərində fərdi əməklə məşğul olaraq orta hesabla 300 manat qazanc əldə edir. O, 2002-ci ildən 2014-cü ilə qədər Belarus Respublikasının Minsk şəhərində işləməklə yaşamışdır. 2007-ci ildə Minsk şəhərində yaşayan Zərərçəkmiş şəxs ilə tanış olaraq ailə həyatı qurmuş və nikahları 2009-cu ilin sentyabr ayında rəsmi olaraq qeydə alınmışdır. Onun Zərərçəkmiş şəxs ilə olan evliliyindən xx.xx.2008-ci il tarixdə Nuranə və xx.xx.2010-cu il tarixdə Mədinə adlı iki qız övladları anadan olmuşdur. Əvvəllər Səbinə ilə münasibətləri yaxşı olsa da, sonradan sonuncunun anası ailədə əsassız söz-söhbətlər yaratdığı üçün münasibətləri pozulmuş, bu səbəbdən onlar 2014-cü ilin yay aylarında ayrılmış, uşaqları Zərərçəkmiş şəxs himayəsində qalmışdır. Sonradan Zərərçəkmiş şəxs uşaqlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 10(102)-52/2019 saylı qərardadı ilə tanınmış Belarus Respublikası, Minsk şəhərinin Oktyabr Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2014-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü Nuranənin və xx.xx.2010-cu il təvəllüdlü Mədinənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün minimum əmək haqqının 75 faizindən az olmamaqla və bütün gəlirlərinin 33 faizi hissəsi Zərərçəkmiş şəxsnın xeyrinə tutulması və 800.000 rubl (2014-cü ilin sentyabr ayına uyğun məzənə ilə 60 Azərbaycan manatı) dövlət rüsumu dövlət nəfinə tutulması barədə qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, borcunu uzun müddət keçməsinə baxmayaraq tam ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılmışdır. Bundan əlavə icra məmuru tərəfindən ona qətnamənin icra olunması barədə dəfələrlə xəbərdarlıq edilərək məsuliyyəti izah edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İnzibati qaydada həbs edilməsinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq cinayət məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə, eyni zamanda iş tapmaq üçün məşğulluq mərkəzində qeydiyyatda durması barədə ona təklif edilməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etməmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra Zərərçəkmiş şəxs poçt vasitəsi ilə cəmi 1876 ABŞ dolları (3189 manat) aliment ödəmiş və İmişli Rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixə kimi yığılıb qalmış ödənməmiş 11236,50 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Lakin məhkəmə baxışı zamanı aliment borcundan 4000 (dörd min) manat məbləğində ödəniş etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə ifadəsi elan olunmuş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə ifadəsi elan olunmuş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 10(102)-52/2019 saylı qərardadı ilə tanınmış Belarus Respublikası, Minsk şəhərinin Oktyabr Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü Nuranənin və xx.xx.2010-cu il təvəllüdlü Mədinənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün minimum əmək haqqının 75 faizindən az olmamaqla və bütün gəlirlərinin 33 faizi hissəsi Zərərçəkmiş şəxsnın xeyrinə tutulması və 800.000 rubl (2014-cü ilin sentyabr ayına uyğun məzənə ilə 60 Azərbaycan manatı) dövlət rüsumu dövlət nəfinə tutulması barədə qətnamə çıxarılmışdır. Məhkəmənin qətanaməsi üzrə icra vərəqəsi icra olunması üçün İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs göndərilmişdir. Təqsirləndirilən şəxs aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirləri başlanılmış, icra məmuru tərəfindən Təqsirləndirilən şəxs qətnamənin icra olunması barədə dəfələrlə xəbərdarlıq edilməklə məsuliyyəti izah edilmişdir. Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs inzibati qaydada həbs edilməsinə, inzibati tənbehdən sonra ona yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə, eyni zamanda iş tapmaq üçün məşğulluq mərkəzində qeydiyyatda durması barədə ona icra məmuru tərəfindən təklif edilməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etməmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra Zərərçəkmiş şəxs poçt vasitəsi ilə cəmi 1876 ABŞ dolları (3189 manat) aliment ödəmiş və İmişli Rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixə kimi 11236,50 manat aliment borcu qalmışdır. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, hazırda aliment borcundan Zərərçəkmiş şəxs 4000 (dörd min) manat ödənilmiş, qalan borcun ödənilməsi üçün tədbir görülməsini və eyni zamanda Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Belarus Respublikası, Minsk şəhərinin Oktyabr Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-52/2019 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə tanınmış, icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Nuranənin və xx.xx.2010-cu il təvəllüdlü Mədinənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2014-cü ildən başlayaraq minimum əmək haqqının 75 faizindən az olmamaqla və bütün gəlirlərinin 33 faizi hissəsi Zərərçəkmiş şəxsnın xeyrinə və 8000,00 rubl dövlət rüsumu isə dövlət nəfinə tutulmalıdır. İcra sənədi üzrə icraata xx.xx.2019-cu il tarixdə başlanılmış və borclu Təqsirləndirilən şəxs alimentin ödənilməsi üçün həmin tarixli bildiriş göndərilmiş, lakin borclu aliment məbləğini tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs alimentin ödənilməsinin təmin edilməsi üçün dəfələrlə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsinə dəvət edilmiş, lakin o, çağırışa gəlmədiyindən İmişli Rayon Məhkəməsi tərəfindən onun məcburi qaydada gətirilməsi üçün xx.xx.2019-cu il tarixli qərardad verilmişdir. Borclu xx.xx.2019-cu il tarixdə məcburi qaydada icra və probasiya şöbəsinə gətirilmiş, izahatında Bakı şəhərində kirayədə yaşadığını, qazancının qeyri-müntəzəm olduğunu, sonradan digər şəxslə evləndiyini və himayəsində azyaşlı övladı olduğunu bildirmişdir. Borclu Təqsirləndirilən şəxs alimenti ödəmədiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək İmişli Rayon Məhkəməsinə verilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi istiqamətində həyata keçirilmiş icra tədbirləri müsbət nəticə verməmiş, o cümlədən yaşadığı evə baxış keçirilmiş və ona məxsus olan tələbin yönəldilə biləcəyi hər hansı əmlak müəyyən edilməmişdir. Elektron icra sistemindən əldə edilmiş məlumatda da bu öz təsdiqini tapmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınması, inzibati qaydada həbs edilməsi, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli icra etmədiyini bir daha təsdiq edir. Həmçinin ona yaranmış aliment borcunun ödənilməsi üçün dəfələrlə vaxt verilməsinə və bununla bağlı xəbərdarlıq olunmasına baxmayaraq Təqsirləndirilən şəxs göstərilənlərdən nəticə çıxarmamış və cəmi 1876 ABŞ dolları(3189 manat) ödəmiş, nəticədə isə 11236,50 manat aliment borcu yaranmışdır. İmişli Rayon Məhkəməsinin 8(036)-066/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs fərdi əməklə məşğuldur və ərazi Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatı müəyyən olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin rəis vəzifəsini icra edən Şahid3 işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verdi. Cinаyət işinə əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin 07 sentyabr 2022-ci il tarixli, 591 nömrəli arayışından görünür ki, Belarus Respublikası, Minsk şəhərinin Oktyabr Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli (Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-52/2019 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə tanınmışdır) icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs оğlunun qohumları tərəfindən xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxsnın xeyrinə 4000 (dörd min) manat aliment ödənilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, aliment borcundan qismən ödəniş etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsaslanaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu müddətin bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla 01 (bir) ay 06 (altı) günü təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq aylıq qazancının on faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-80/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-80/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver