Məhkəmə qərarları › İş №1(036)-81/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-81/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-81/2022 14.12.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 1995-ci il tarixdə İmişli rayonunun Mürsəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonunun Mürsəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il tarixdə saat 10:00 radələrində İmişli rayonunun Mürsəlli kənd qəbiristanlığının arxa hasarının çöl hissəsindəki qaz kəməri ilə paralel olmaqla, ondan 8 metr məsafədə yerləşən, meşə fonduna daxil olmayan və dövlət mülkiyyətinə daxil olan ərazidə bir cərgə boyu əkilmiş bir ədəd 20.1-24 sm diametrli, 200 (iki yüz) manat dəyərində tut ağacını, bir ədəd 28.1-32 sm diametrli, 300 (üç yüz) manat dəyərində tut ağacını, iyirmi ədəd 53 sm diametrli, hər birinin dəyəri 200 (iki yüz) manat olan söyüd cinsli ağacları, on səkkiz ədəd 24.1-28 sm diametrli, hər birinin dəyəri 250 (iki yüz əlli) manat olan söyüd cinsli ağacları, iyirmi iki ədəd 32.1-36 sm diametrli, hər birinin dəyəri 350 (üç yüz əlli) manat olan söyüd cinsli ağacları, üç ədəd 36.1-40 sm diametrli, hər birinin dəyəri 400 (dörd yüz) manat olan söyüd cinsli ağacları və iki ədəd 42 sm diametrli, hər birinin dəyəri 500 (beş yüz) manat olan söyüd cinsli ağacları mühərrikli mişarla qanunsuz kəsərək (götürərək) təbiətə 19950 (on doqquz min doqquz yüz əlli) manat məbləğində, külli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, fərdi qaydada özünə məxsus mühərrikli mişarla sifariş əsasında odun doğramaqla məşğul olur. 2022-ci ilin yanvar ayında İmişli rayon Xəlfəli bələdiyyəsinin sədri Şahid2 ona müraciət edərək şəhid ailələri üçün kənddə əgər satlıq odun olarsa odunları almaq istədiyini bildirmişdir. O da kənddə bu barədə soraqlaşdıqda həmkəndlisi Şahid3 ona odunluq ağac sata biləcəyini demişdir. O, Elmanla razılaşaraq onun həyətyanı sahəsində olan həmin ağaclara baxmış və sonuncu ağacların atası tərəfindən əkildiyini, ağacların əkildiyi sahənin onun həyətyanı torpaq sahəsi olduğunu bildirmişdir. Buna görə də o, həmin ağacların kəsilə biləcəyi qənaətinə gəlmiş və istifadəsində olan mobil telefonla Şahid2 istifadəsində olan mobil telefonla əlaqə saxlayaraq odunluq ağaclar tapdığını demişdir. Seymur öz növbəsində ondan ağacların həyətyanı sahədə olub-olmadığını soruşmuş, o isə ağacların ağacı satan Şahid3 həyətyanı sahəsində olduğunu bildirmişdir. Bundan sonra Şahid2 ona Elman razıdırsa odunluq ağacların alınması üçün 300 manat pul ödəyəcəyini demişdir. O isə həmin odunlar şəhid ailələrinə getməli olduğundan görəcəyi iş üçün Şahid2 pul almamışdır. Seymur onun üçün mühərrikli mişara yağ və benzin gətirmiş, o isə bundan sonra 2022-ci ilin yanvar ayının 30-da saat 10:00 radələrində evdən çıxıb Elmanla razılaşdığı əraziyə gedib ağacları mühərrikli mişarla kəsməyə başlamışdır. Odunları daşımaq üçün Şaiq Rəhimov, Elvin İsmayılov, Əlirəhman Xudiyev, Ruslan Xudiyev və Elməddin Qəhramanov da həmin vaxt oraya gəlmiş və odunları sonuncuya məxsus “Mercedes-Benz” markalı, **- KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığarkən, saat 13 radələrində yanına özlərini Ekologiya idarəsinin işçiləri kimi təqdim edən üç nəfər yaxınlaşmış və ondan izahat alıb hadisə yerinin şəkillərini çəkərək getmişlər. Bundan sonra, Şaiq Rəhimov, Elvin İsmayılov, Əlirəhman Xudiyev, Ruslan Xudiyev və Elməddin Qəhramanovun köməkliyi ilə odunları sonuncuya məxsus avtomobilə yığıb İmişli rayonunun Xəlfəli kəndində yerləşən şəhid Tural Vəliyevin, şəhid Əlinur Gülalıyevin, Hacalmuradlı kəndində yerləşən Qoşqar Tarverdiyevin evlərinə aparıb onlara vermişlər. Daha sonra onlar odunun qalan hissəsini Şahid2 İmişli rayonunun Kürdmahmudlu kəndində yerləşən evinin həyətinə aparmışlar. Daha sonra həmin odunları maddi imkansızlıqdan əziyyət çəkən Təranə Şirinova və Şura Rzayevaya vermişlər. Elman həmin 68 ədəd ağacın yerləşdiyi ərazini ona göstərərkən həmin ərazinin xüsusi mülkiyyətindəki həyətyanı ərazi olduğunu bildirmişdir. O və Şahid2 həmin ağacların kəsildiyi ərazini Elmanın həyətyanı sahəsi zənn etmiş, lakin xüsusi və ya bələdiyyə mülkiyyətində olub-olmamasını dəqiq bilməmişlər. O, Elmanın sözünə inanaraq həmin sahənin sonuncunun xüsusi mülkiyyətində olması qənaətinə gəlmişdir. Şahid2 ona kəndlərdə qaz istiliyindən istifadə etmək mümkün olmadığına görə şəhid və yardıma möhtac az təminatlı ailələrə yardım etmək üçün odun lazım olduğunu demiş, o da həmin ailələrə yardım üçün odunluq ağac tapmış və Elmanla razılaşıb həmin ağacları kəsmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli üzrə özünü təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza və mütəxəssis rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi-müfəttişi vəzifəsində işləyir. Onun vəzifəsi təhkim olunmuş ərazidə monitorinqlər və araşdırmalar aparmaq, ətraf mühitin qorunmasına, qanunvericiliyə əməl edilməsinə nəzarət etməkdən ibarətdir. 30 yanvar 2022-ci il tarixdə saat 13 radələrində xidməti ərazisi olan İmişli rayonunun Mürsəlli kəndində olduğu zaman kənd qəbiristanlığının arxa hasarının çöl hissəsində ağacların qanunsuz olaraq kəsilməsi faktı aşkar edilmişdir. Ağacların kəsildiyi yerin yaxınlığından qaz kəməri keçirmiş. Belə ki, aşkar edildiyi zaman həmin ağaclar bir cərgə boyu kəsilmiş, ağacların kəsildiyi cərgə qaz kəməri ilə yanaşı ondan təxminən 8 metr məsafədən keçdiyi müəyyən olunmuşdur. Akt tərtib edilərkən ərazidə olan ağacların mühərrikli mişar vasitəsilə kök boğazından və yaş halda kəsildiyi müəyyən edilmişdir. Həmin vaxt Mürsəlli kənd sakini Təqsirləndirilən şəxs mühərrikli mişarla 65 ədəd söyüd və 3 ədəd tut ağacını kəsdiyini boynuna almış və həmin ağacları kömək edən şəxslərlə birlikdə “Mercedes-Benz” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşındığını bildirmişdir. Baxış zamanı diametrləri 20.1- 24 sm olan 1 ədəd, 28.1-32 sm olan 1 ədəd, 53 sm olan 1 ədəd tut ağacları, diametrləri 20-24 sm olan 20 ədəd, diametrləri 24.1-28 sm olan 18 ədəd, diametrləri 32.1-36 sm olan 22 ədəd, diametrləri 36.1-40 sm olan 3 ədəd, diametri 42 sm olan 2 ədəd söyüd ağacları kəsilərək məhv edildiyi müəyyən edilmişdir. Qeyd edilən sayda ağacların kəsilərək məhv edilməsi nəticəsində təbiətə ümumilikdə 19950 manat məbləğində ziyan dəymişdir. Həmçinin “Yaşıllıqların götürülməsi qaydasının” tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 321 nömrəli qərarın tələbləri pozulmuşdur. Qeyd olunan ağacların kəsilərək məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın hesablanması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən hesablanmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçisi vəzifəsində işləyən Şahid1 işin hallarına dair zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon Xəlfəli bələdiyyəsinin sədri vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, Xəlfəli bələdiyyəsinin tərkibinə Xəlfəli, Kürdmahmudlu, Hacalmuradlı kəndlərinin inzibati əraziləri daxildir. 2022-ci ilin yanvar ayında bələdiyyə sədri kimi kasıb və şəhid ailələrinə yanacaq yardımı göstərmək üçün Təqsirləndirilən şəxs ilə razılaşaraq sonuncu İmişli rayonunun Mürsəlli kəndində yerləşən kənd qəbiristanlığının arxa hasarının çöl hissəsində, qaz kəmərindən 8 metr məsafədə kəmərə paralel bir cərgə boyu əkilmiş 3 ədəd tut cinsli, 65 ədəd söyüd cinsli, cəmi 68 ədəd ağacı kəsmişdir. Daha sonra isə o, həmkəndlisi X2 və sonuncuya kömək etmək üçün X12, X3, X4 və X8 həmin ağacların kəsildiyi yerə göndərmişdir. Həmin odunlar X1 məxsus “Mercedes-Benz” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığılmış və odunları İmişli rayonunun Xəlfəli kəndində yerləşən şəhid Tural Vəliyevin, şəhid Əlinur Gülalıyevin, İmişli rayonunun Hacalmuradlı kəndində yerləşən Qoşqar Tarverdiyevin evlərinə aparıb onlara vermişlər. Daha sonra odunun qalan hissəsi onun İmişli rayonunun Kürdmahmudlu kəndində yerləşən evinin həyətinə gətirmişlər. Həmin odunları isə o, maddi imkansızlıqdan əziyyət çəkən həmkəndliləri Təranə Şirinova və Şura Rzayevanın şifahi formada bələdiyyəyə müraciətləri əsasında evlərində istifadə etmək üçün onlara göndərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, yaşadığı İmişli rayonunun Mürsəlli kəndində öz evinin yerləşdiyi həyətyanı sahəsindən başqa həm də ona pay torpağı kimi verilmiş 1 ha torpaq sahəsi vardır. Həmin pay torpaq sahəsi kənd qəbiristanlığının arxa hissəsində qaz kəmərinin yaxınlığında yerləşir. 29 yanvar 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs onun işlədiyi bərbərxanaya gələrək şəhid ailələri üçün ona məxsus pay torpağının yaxınlığındakı və atası Əlağa tərəfindən cərgə ilə əkilmiş ağacları kəsməklə bağlı icazə istəyib ona 300 manat pul təklif etmişdir. O isə Qüdrətə həmin ağacların rəhmətlik atası Əlağa tərəfindən əkilsə də, onun torpaq sahəsində yerləşmədiyinə görə barəsində hər hansı bir qərar verə bilməyəcəyini demişdir. Qüdrət ağacların atası tərəfindən əkilməsinə görə halallıq olsun deyə yenidən ona 300 manat təklif etmiş, lakin o, razılaşmayıb həmin ərazinin ona məxsus olmadığını bildirmişdir. Səhəri gün, yəni 30 yanvar 2022-ci il tarixdə o, Biləsuvar rayonundakı 9-cu şəhərcikdəki toydan evə gəldikdən sonra Qüdrət onun mobil nömrəsinə zəng edərək pay torpağının yanındakı mərkəzi qaz xəttinin ərazisindəki ağacları kəsdiyini və bu zaman ekologiya idarəsinin işçiləri tərəfindən tutulduğunu demişdir. Həmin vaxt o, Qüdrətə yenidən ağacların yerləşdiyi sahənin ona məxsus olmadığını, Ağacların kəsildiyi torpaq sahəsi qaz idarəsinin nəzdində olduğunu bildirmişdir. Onun pay torpaq sahəsi qaz kəmərindən təxminən 12,5 metr məsafədə yerləşir. Kəsilmiş ağacların növü söyüd və tut cinsli olmaqla təxminən 50-60 ədəd, ağacların bəziləri yaş, bəziləri isə quru olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 30 yanvar 2022-ci il tarixdə İmişli rayon Xəlfəli bələdiyyəsinin sədri Şahid2 ona müraciət edərək şəhid ailələri və yardıma ehtiyacı olan şəxslər üçün odun aldığını demiş və həmin odunları ona məxsus “Mercedes-Benz” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşımağı xahiş etmişdir. O, Seymurla razılaşaraq İmişli rayonunun Xəlfəli kənd ərazisindən Şaiq Rəhimov və Əlirəhman Xudiyevi götürərək İmişli rayonunun Mürsəlli kəndinə getmişdir. O, Mürsəlli kənd qəbiristanlığının yanında, qaz kəmərinə yaxın hissədə kəsilmiş ağaclar və ağacların yanında isə həmkəndliləri Elvin İsmayılov, Ruslan Xudiyev və İmişli rayonunun Mürsəlli kənd sakini Təqsirləndirilən şəxs görmüşdür. Daha sonra onlar birlikdə odunları avtomobilə yükləmiş və İmişli rayonunun Xəlfəli kəndində yerləşən şəhid Tural Vəliyevin, şəhid Əlinur Gülalıyevin, Hacalmuradlı kəndində yerləşən Qoşqar Tarverdiyevin evlərinə aparıb onlara təhvil vermişlər. Daha sonra odunun qalan hissəsini Şahid2 İmişli rayonunun Kürdmahmudlu kəndində yerləşən evinin həyətinə gətirmişdir. Daha sonra isə həmin odunları maddi imkansızlıqdan əziyyət çəkən Təranə Şirinova və Şura Rzayevaya vermişlər. Həmin odunlar şəhid ailələrinə getdiyi üçün o, Seymurdan pul almamışdır. Kəsilmiş ağacların növü söyüd, tut cinsli olmaqla təxminən 50-60 ədəd, ağacların bəziləri yaş, bəziləri isə quru olmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin 27 may 2022-ci il tarixli, **********34 nömrəli məktubdan görünür ki, müraciət əsasında mütəxəssislər tərəfindən mübahisə edilən torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılmış, aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları X7 X11 ilə eyniləşdirilən zaman həmin ərazinin yaşayış məntəqələri kateqoriyasına, kanallar uqodiyasına aid olmaqla dövlət mülkiyyəti kimi göstərilməsi müəyyən edilmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 12 may 2022-ci il tarixli, 9/2540 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 73730 №-li aktdan və ona əlavə edilmiş cədvəldən istifadə etməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 68 ədəd müxtəlif diametrli, müxtəlif cinsli ağacların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 19950,00 (on doqquz min doqquz yüz əlli) manat müəyyən edilir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və ictimai faydalı əməklə məşğul olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı və mülki iddia təmin edilməlidir. İş üzrə maddi sübut yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs 19950 (on doqquz min doqquz yüz əlli manat) məbləğində pul tutulub mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülsün. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar