Məhkəmə qərarları › İş №1(036)-81/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-81/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-81/2023 25.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1965-cı ildə İmişli rayonu, Qaradonlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, X3 İstismarı İdarəsində sürücü işləyən, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 26 aprel 2023-cü tarixdə saat 14 radələrində Ağsu-İmişli- Bəhrəmtəpə avtomobil yolunun 85-ci kilometrliyində, İmişli rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində Kürdəmir rayonu istiqamətində idarə etdiyi “KAMAZ 65115” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 15-20 km/saat sürətlə sola dönmə əməliyyatı apararkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkətə başlama, yerdəyişmə, dönmə, ötmə və dayanma zamanı təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, arxadan eyni istiqamətdə avtomobilin gəldiyini müşahidə edib öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görsə də, kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, dönmə işığını yandırmadan sola dönmə əməliyyatı apararaq avtomobili qarşı sol hərəkət hissəsinə çıxardaraq, avtomaşının arxa sol təkəri ilə arxadan eyni istiqamətdə ötmə əməliyyatı aparan, Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21099 MİNİK” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön hissəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “VAZ-21099 MİNİK” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan sol tərəfli hidrotoraks (maye toplantısı), hemotoraks (qan yığıntısı) və sol ağciyərin atelektazı ilə ağırlaşan və sol 2,3,4,5,6-cı qabırğaların yerdəyişmiş sınığı ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, sağ topuğun və sağ bud sümüyünün boynunun yerdəyişmiş sınığından ibarət sağlamlığına ağır zərər vurulmasına, həmin avtomobildə olan sərnişinlər - Zərərçəkmiş şəxs5 ehtiyatsızlıqdan beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, sol 11-ci qabırğanın, alt çənə sümüyünün yerdəyişmiş sınıqları, sağ bud sümüyünün aşağı 1/3-nin qapalı, yerdəyişmiş sınığından ibarət sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan 9,10,11-ci qabırğaların qapalı, yerdəyişən sınığı, alın nahiyəsində sağda yara, sağ gözün altında yaradan ibarət sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs4 ehtiyatsızlıqdan sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişən, qəlpəli sınığı, sağ diz oynağının ön və bayır səthində, alın nahiyəsində başın tüklü hissəsinə keçid yerində yaralar, sağ bazunun orta 1/3-nin bayır səthində qançırdan ibarət sağlamlığına az ağır zərər vurulmasına, X2 ehtiyatsızlıqdan Az. Pankreato-duodenalis superiorun qırılması və daxili qanaxma, sol incik sümüyünün aşağı 1/3-nin qeyri-tam sınığı (çatı), sol bazu sümüyünün yuxarı 1/3-nin köndələn çəpinə, yerini dəyişən sınığı, sağ baldırın orta və aşağı 1/3-nin iç səthində sıyrıqlar, sağ bazunun aşağı 1/3-nin iç səthində qançırdan ibarət sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verib Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittiham aktında göstərilən qaydada cinayət əməlini törətməsini etiraf etmiş və ərizə təqdim edərək göstərmişdir ki, hazırda etmiş olduğu cinayət əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmış və sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək göstərmişdir ki, hazırda təqsirləndirilən şəxs X8 ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ərizə təqdim edərək göstərmişdir ki, hazırda təqsirləndirilən şəxs X8 ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdıqlarını, heç bir şikayət və tələbləri olmadığını bildirmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və o, törətdiyi əməli etiraf edir. X5 əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin, onun ittiham olunduğu cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CMnin 263-cü maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub- olmaması məsələsinin araşdırılması üçün qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli Rayon Prokuroruna göndərilməlidir. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatına sərf edilmiş 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 263-cü maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub- olmaması məsələsinin araşdırılması üçün qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli Rayon Prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatına sərf edilmiş 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilsin. Qərardan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar