Məhkəmə qərarları › İş №1(036)-81/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-81/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-81/2025 17.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 hüquqi varisi X6, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxsnın iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Ağsu rayon Gəgəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Ağsu şəhəri, C.Şərifov küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əmək pensiyası təyin etdirəcəyi vədini verib aldatmaqla, Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edib, sonuncunun 16 avqust 2024-cü il tarixdə saat 16:39-da "xxxx" ASC-nin 4169 7388 0469 3327 nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürdüyü 500 manat pulu, 20 avqust 2024-cü il tarixdə saat 12:42-də "xxxx" ASC-nin 4169 7388 0469 3327 nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürdüyü 100 manat pulu, 04 oktyabr 2024-cü il tarixdə 12:28-də "xxxx" ASC-nin 4169 7388 0469 3327 nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürdüyü 100 manat pulu, 21 dekabr 2024cü il tarixdə saat 17:35-də "xxxx" ASC-nin 4169 7388 0469 3327 nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürdüyü 32 manat pulu, 2024-cü ilin dekabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə, Ağsu şəhəri Ü.Hacıbəyov küçəsində 10 manat məbləğində nağd pulu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 742 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əlilliyə görə pensiya təyin etdirəcəyi vədini verib aldatmaqla, Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs1 03 sentyabr 2024-cü il tarixdə saat 17:34-də sonuncunun gəlini X7 aid "xxxx" ASC-nin 4169 7388 1288 5220 nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürdüyü 1500 manat pulu, 2024-cü ilin sentyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə, Şamaxı şəhərində Zərərçəkmiş şəxs1la görüşərək 1000 manat məbləğində nağd pulu, 13 dekabr 2024-cü il tarixdə saat 16:11-də Zərərçəkmiş şəxs1 oğlu X8 aid "xxxx" ASC-nin 4169 7388 6931 5758 nömrəli kart hesabından «Bir Bank» mobil proqramı vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürülmüş 100 manat pulu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 2600 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim edərək sonuncunun oğlu X2 əlilliyə görə pensiya təyin etdirəcəyi vədini verib aldatmaqla, Zərərçəkmiş şəxs3 ona olan inam və etibarından sui-istifadə edib sonuncunun 28 mart 2025-ci il tarixdə Kürdəmir şəhərində 200 manat məbləğində nağd pulunu, xx.xx.2025-ci il tarixdə saat 13:04-də İmişli şəhəri H.Əliyev prospektində quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürüdüyü 1500 manat pulu, xx.xx.2025-ci il tarixdə saat 20:21-də İmişli rayonu ərazisində yerləşən Elvin Market adlı mağazada quraşdırılmış elektron ödəmə sistemi vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürdüyü 100 manat pulu, xx.xx.2025-ci il tarixdə saat 20:24-də İmişli rayonu ərazisində yerləşən Elvin Market adlı mağazada quraşdırılmış elektron ödəmə sistemi vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürdüyü 400 manat pulu, xx.xx.2025-ci il tarixdə İmişli şəhəri H.Əliyev prospektində quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürdüyü 150 manat pulu, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 həmkəndlisi Şahid2 tərəfindən İmişli rayonu ərazisində yerləşən Elvin Market adlı mağazada quraşdırılmış elektron ödəmə sistemi vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1330 8066 nömrəli kart hesabına köçürülmüş 200 manat pulu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 2550 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşadığını bildirmişdir. O, 2022-ci ildə Ağsu şəhər RPŞ-də AR CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilmiş, Ağsu rayon Məhkəməsinin hökmü ilə dəymiş ziyanı ödədiyi üçün cinayət məsuliyyətindən azad olunmuşdur. Barəsində şikayət edən Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıdığını, Zərərçəkmiş şəxs1 isə qardaşı Qulamın vasitəsi ilə tanıdığını bildirdmişdir. Təxminən 2024-cü ilin avqust-sentyabr ayında Ağsu şəhərində olarkən, Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq, əmək stajı olduğunu, əmək pensiyasına çıxmaq istədiyini, ona kömək etməyini xahiş etmişdir. O, Qulama kömək edə biləcəyini, lakin, bu işin müqabilində müəyyən xərclərin olacağını bildirmişdir. Qulamda onunla razılaşmış və Qulam müxtəlif vaxtlarda, hissə-hissə olmaqla, ona ümumilikdə 742 (yeddi yüz qırx iki) manat pul vermişdir. Lakin, Qulamın işlədiyi dövr ərzində stajları təsdiq olunsa da pensiya fonduna pul ödənilmədiyinə görə, pensiya alması mümkün olmamışdır. Bundan başqa Qulamın işi ilə bağlı söhbətlər edərkən, Qulam ona qardaşı Bəhlulun xəstə olduğunu, xəstəliklə əlaqədar pensiyaya çıxmaq istədiyini bildirmişdir. O, həmin vaxt Qulamdan Bəhlulun mobil nömrəsini istəmiş, Bəhlula Ağsu şəhərinə gəlməsini, pensiyaya çıxması ilə bağlı gəlib söhbət etməyi bildirmişdir. Təxminən 2024-cü ilin sentyabr ayında Ağsu şəhərində Bəhlulla görüşmüş, Bəhlulun gətirdiyi xəstəliyi ilə bağlı sənədlərə baxmışdır. Bəhlula xəstəliklə əlaqədar pensiyaya çıxmaqda kömək edə biləcəyini, lakin xərcləri olacağını, pul verərsə pensiyaya çıxmasına kömək edəcəyini bildirmişdir. Həmin aydan sonra müxtəlif vaxtlarda, hissə-hissə olmaqla Bəhlul ümumilikdə ona 2600 (iki min altı yüz) manat pul vermişdir. Lakin, pensiya çıxmaq uzun müddət davam etdiyindən, bir müddət sonra Qulam və Bəhlul pensiya çıxmaqdan imtina etdiklərini, pullarını geri qaytarmağını tələb etmişlər. Bu ilin yanvar-mart aylarında Bəhluldan aldığı puldan 800 (səkkiz yüz) manatını geri qaytarmışdır. Lakin, geri qalan məbləğləri maddi durumu yaxşı olmadığından, geri qaytara bilmədiyindən, Bəhlul və Qulama ona müddət vermələrini desə də, onlar onun barəsində polisə şikayət etmişlər. Bundan başqa Zərərçəkmiş şəxs3 şikayəti ilə də tanış olmuşdur. Zərərçəkmiş şəxs3 əvəllər tanımamışdır. O, Davudla tanışı Şahid1 vasitəsilə tanış olmuşdur. Belə ki, 2025-ci ilin mart ayında Camal ona zəng edərək tanışı Zərərçəkmiş şəxs3 oğlu Tərəqqi Niftullayevin xəstəlikdən əziyyət çəkdiyini və ona pensiya təyin olunmasında köməklik edə biləcəyini soruşmuşdur. O da kömək edə biləcəyini demişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə Davud və Camalla görüşmək üçün onların dəvəti ilə Kürdəmir şəhərinə getmişdir. Kürdəmir şəhərində köhnə bazar deyilən yerdə Camal və Davudla görüşmüşdür. Həmin vaxt o, Tərəqqinin sənədlərinə baxıb əlilliyə görə pensiya təyin olunmasına köməklik edəcəyini, lakin köməkliyin əvəzində xərcləri olacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 da onunla razılaşmışdır. Həmin vaxt ilkin olaraq ona 200 manat yol xərci vermişdir. O da Tərəqqinin sənədlərini Bakı şəhərində 1 nömrəli respublika klinik xəstəxanasına aparmışdır. Sonra isə Tərəqqi həkimlərin məsləhəti ilə göndəriş əsasında həmin xəstəxanaya gedib bir müddət xəstəxanada qalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs3 ona hissə-hissə olmaqla ümumilikdə 2350 manat pul göndərmişdir. Lakin Zərərçəkmiş şəxs3 oğlu Tərəqqi Niftullayevin müayinəsi zamanı səhhətində başqa bir problem çıxıdığı üçün onun yenidən həkimlərin təkidi ilə xəstəxanada yatması məsləhət görülmüşdür. Bundan sonra Tərəqqi həmin xəstəxanada 10 gün qalıb müalicə olunmuş və sonra İmişli rayonuna getmişdir. Lakin İmişli rayon Mərkəzi Xəstəxanasından lazimi sənədlər alınmadığından və müraciət olunmadığından Tərəqqiyə pensiya təyin olunması məsələsi qalmışdır. Zərərçəkmiş şəxs3 ona göndərdiyi pulları xərclədiyi üçün qaytara bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 ilə razılaşmaya görə sonuncunun əməliyyatına dair sənədlərin alınması, o cümlədən “Avrasiya” xəstəxanasından epikriz alınması və yol xərcləri ilə birlikdə 500-550 manat xərci çıxmışdır. Həmçinin Zərərçəkmiş şəxs3 Tərəqqi adlı oğluna çəkdiyi xərclərlə birlikdə Kürdəmir şəhərinə 2 dəfə dəvət edilməyi ilə əlaqədar çəkdiyi xərclərin məbləği 1000 manatadək olmuşdur. Dəqiq olaraq 2024-cü ilin avqust ayından sonra müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs2 əmək pensiyasına çıxmaqla bağlı onun kart hesabına müxtəlif vaxtlarda 732 manat pul göndərmişdir. 10 manat pulu isə ona nağd şəkildə vermişdir. 5522-0993-1330-8066 saylı kart hesabının özünə məxsus olduğunu və həmin kart hesabı Azərbaycan Beynəlxalq bankına aid olduğunu bildirmişdir. 2024-cü ilin sentyabr ayından sonra müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 ona 2600 manat pul vermişdir. Bəhlul pulun 1600 manatını onun kart hesabına göndərmişdir, 1000 manatını isə əlbəəl Şamaxı şəhərində vermişdir. Bəhluldan aldığı puldan 800 manatını geri qaytarmışdır, hazırda ona 1800 manat pul verməli olduğunu bildirmişdir. 2025-ci ilin mart-may aylarında Zərərçəkmiş şəxs3 ona 2550 manat pul vermişdir. Davud həmin pulun 2350 manatını onun kart hesabına göndərmiş, 200 manatını isə əlbəəl Kürdəmir şəhərində vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, tibbi sosial komissiyasında heç bir vəzifədə işləməmişdir. Sadəcə vətəndaşlara kömək məqsədi ilə eləmişdir. Zərərçəkmiş şəxslərə ziyanı qaytarmamışdır. Əlavə ora-bura gedib gəlməyə xərc çıxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2024-cü ilin avqust ayının 16-da Ağsu şəhər ərazisində, H.Əliyev parkının yaxınlığında, Ağsu şəhər sakini, əvvəllər tanıdığı, əvvəllər Ağsu şəhəri Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsində işləyən Təqsirləndirilən şəxs ilə görüşüb, söhbət edərkən, Məzahir ona əmək pensiyası təyin etdirə biləcəyini bildirmişdir. O, Məzahirdən əmək pensiyasını necə təyin etdirəcəyini soruşanda, Məzahir 700 manat pul müqabilində ona əmək pensiyası təyin etdirəcəyini demişdir. Həmin gün o, özünə aid "xxxx" ASC-yə məxsus 4169 7388 0469 3327 saylı birbank bank kartından Məzahirin ona dediyi 5522 09** **** 8066 saylı kart hesabına 500 (beş yüz) manat pul göndərmişdir. O, pulu göndərdikdən sonra Məzahir qısa vaxt ərzində bu işi həll edəcəyini bildirmişdir. 20 avqust 2024-cü il tarixdə Məzahir istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək yenidən onun kart hesabına 100 manat pul göndərməyini istəmişdir. O da 20 avqust 2024-cü il tarixdə yenidən özünə aid "xxxx" ASC-yə məxsus 4169 7388 0469 3327 saylı birbank bank kartından Məzahirin ona dediyi 5522 09** **** 8066 saylı kart hesabına 100 (yüz) manat pul göndərmişdir. 04 oktyabr 2024-cü il tarixdə Məzahir yenidən istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onun kart hesabına 100 manat pul göndərməyini istəmişdir. O da həmin tarixdə yenidən özünə aid "xxxx" ASC-yə məxsus 4169 7388 0469 3327 saylı birbank bank kartından Məzahirin ona dediyi 5522 09** **** 8066 saylı kart hesabına 100 (yüz) manat pul göndərmişdir. Sonuncu göndərdiyi puldan təxminən bir neçə ay sonra, yəni 21 dekabr 2024-cü il tarixdə Məzahir onunla əlaqə saxlayıb pensiyanı təyin elətdirdiyini və əlavə 100 manat da pul göndərməyini bildirmişdir. O 100 manat pulu olmadığını, 32 (otuz iki) manat pul göndərə biləcəyini demişdir. Məzahir pulu göndərməyi dedikdən sonra o yenidən özünə aid "xxxx" ASC-yə məxsus 4169 7388 0469 3327 saylı birbank bank kartından Məzahirin ona dediyi 5522 09** **** 8066 saylı kart hesabına 32 (otuz iki) manat pul göndərmişdir. Bundan bir neçə gün sonra dekabr ayının sonlarında Ağsu şəhəri Ü.Hacıbəyov küçəsində H.Əliyev parkının yaxınlığında Məzahirlə görüşüb, pensiya ilə bağlı söhbət edərkən, Məzahir pensiya ilə bağlı iş gördüyü şəxslərlə görüşəcəyini, pul lazım olduğunu və pul verməyini bildirmişdir. O da həmin yerdə Məzahirə nağd şəkildə 10 (on) manat pul vermişdir. Bundan başqa qeyd etmişdir ki, 2024-cü ilin avqust ayının sonlarında Bakı şəhərindən gələrkən, “Şamaxinka” adlanan yerdə Məzahirlə rastlaşmışdır. Məzahirlə öz aralarında söhbət edərkən, Məzahirə qardaşının xəstə olduğunu, cərrahi əməliyyat olunduğunu deyərkən, Məzahir qardaşının mobil nömrəsini ondan istəmişdir. O da qardaşı Zərərçəkmiş şəxs1 məxsus mobil nömrəni Məzahirə demişdir. Məzahir ondan nömrəni aldıqdan sonra qardaşı Bəhlulla danışmış, qardaşına əlilliklə bağlı pensiya təyin etdirəcəyini bildirmiş, müxtəlif vaxtlarda qardaşından ümumilikdə 2600 (iki min altı yüz) manat pul almışdır. Məzahir onu və qardaşı Bəhlulu pensiyaya çıxaracağını desə də, verdiyi vədə əməl etmədiyini görüb, pulu geri tələb etməyə başlamışdır. 2025-ci ilin yanvar və mart ayında Məzahir qardaşı Bəhlula 800 (səkkiz yüz) manat pulu geri qaytarsa da, bizə müxtəlif bəhanələr gətirərək, qalan pulu verməkdən imtina etmişdir. O şikayət etməmişdən bir neçə gün əvvəl Məzahirə zəng edərək, pulu tələb etsə də, o, nalayiq ifadələr işlədərək, pulu verməkdən imtina etmişdir. 31 may 2025-ci il tarixdə səhər saatlarında Məzahirə zəng etsə də, zəngə cavab vermədiyindən, o bu barədə “102” Xidmətinə zəng edərək, məlumat vermişdir. Təqsirləndirilən şəxslə münasibəti normal olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hazırda ona dəyən ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində tədbir görülməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ona qarşı mülki iddia qaldırmış və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 hüquqi varisi X11 ifadəsində bildirmişdir ki, atası xəstəxanadan əməliyyat olub qayıdanda o da onun yanında olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onlarla rastlaşmışdır. Bundan sonra o, atasını pensiya düzəldəcəyini vəd vermişdir. Bir müddət sonra atası ilə birlikdə onun işlədiyi yerə yəni H.Əliyev parkının yaxınlığında yerləşən ofisinə getmişlər. 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onlara ofisində də söz verdi ki, 2500 manat pul verin uzağı bir ay yarıma işiniz həllin tapacaq, bu hazır işdir. Həmin vaxt Şamaxı rayonuna gedərkən Təqsirləndirilən şəxs atasına zəng vurmuşdur ki, işlərin danışmışdır, ona bir az pul versinlər. Bakı şəhərinə ondan ötrü gedir. Onunla razılaşmış və onu həmin yolda olan “Azpetrol” yanacaq doldurma məntəqəsində gözləmişlər. O, gəlmiş və ona “Azpetrol” yanacaq doldurma məntəqəsində ona 1000 manat pul vermişdir. Bir müddət sonra müəyyən vaxtlarda ona müəyyən məbləğlərdə pul göndərilmiş və sonuncu dəfə atasına zəng vurmuşdur ki, işin həll olub bir aya kartını götürəcəksən deyib 100 manat pul istəmişdir. Atası da onun kartına sonuncu dəfə 100 manat pul atmışdır. Bundan sonra bir müddət keçmişdir ki, işin düzəlməsindən bir xəbər çıxmamışdır. Bununla əlaqədar olaraq onun ofisinə atası ilə getmiş və onunla görüşmüşlər. Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, iş alınmır və sizin pulunuzu hər ay 500 manat olaraq qaytaracağına söz vermişdir. Ondan pulu istəyəndə onlara hədə qorxu gəlmişdir. 2600 manat puldan isə 800 manat qaytarmışdır. Həmin pulun tam ödənilməsini tələb edir. Atasının ölməsinə səbəb o, olmuşdur. Hazırda onlara dəyən ziyan tam ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində tədbir görülməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsindən görünür ki, 2024-cü ilin avqust ayında istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə ***- ***-**-** saylı mobil nömrədən zəng edilərək, özünü ona Məzahir kimi təqdim edən şəxs, qardaşı Qulamın tanışı olduğunu, ona əlilliklə bağlı pensiya təyin olunmasında kömək edəcəyini bildirmişdir. O, Məzahirdən ona necə pensiya təyin etdirəcəyini soruşduqda, Məzahir Ağsu şəhərinə gəlib söhbət etməyi təklif etmişdir. O da 2024-cü ilin avqust ayının sonlarında Ağsu şəhər ərazisində, H.Əliyev parkının yaxınlığında Məzahirlə görüşmüş, söhbət zamanı o, ay yarım ərzində, 2500 manat pul müqabilində ona pensiya təyin etdirə biləcəyini demişdir. O da Məzahirlə razılaşmışdır. 03 sentyabr 2024-cü il tarixdə Məzahir ona zəng edərək, pulu göndərməyini bildirmişdir. O da gəlini X7 aid Kapital Bank ASC-yə məxsus 4169 7388 1288 5220 saylı birbank bank kartından Məzahirin ona dediyi 5522 09** **** 8066 saylı kart hesabına 1500 (bir min beş yüz) manat pul göndərmişdir. Bundan sonra sentyabr ayının sonlarında Məzahir ona zəng edərək, onun işi ilə əlaqədar Bakı şəhərinə getdiyini, Şamaxı rayonundan keçərkən görüşüb, geri qalan pulu verməyi bildirmişdir. O, Məzahirə Şamaxı şəhərinə gedəcəyini, həmin yerdə görüşüb, pulu verə biləcəyini bildirmişdir. Həmin gün o Şamaxı şəhərinin giriş hissəsində, avtomobil yolu dairəsinin kənarında Məzahirlə görüşmüş, həmin yerdə Məzahirə nağd şəkildə 1000 (bir min) manat pul vermişdir. 13 dekabr 2024-cü il tarixdə Məzahir yenidən ona zəng edərək, pensiya işinin alındığını, işi düzəldən şəxslərlə görüşəcəyini, pul göndərməyini xahiş etmişdir. O da həmin gün oğlu X8 aid Kapital Bank ASC-yə məxsus 4169 7388 6931 5758 saylı birbank bank kartından Məzahirin ona dediyi 5522 09** **** 8066 saylı kart hesabına 100 (bir yüz) manat pul göndərmişdir. Sonradan qardaşı Qulamla söhbət edərkən söhbət əsnasında o Məzahirin qardaşı Qulamı da pensiya təyin etdirəcəyi vədi ilə aldadıb ondan da 742 manat pul aldığını öyrənmişdir. Sonra qardaşı Qulamla birlikdə Məzahirin verdiyi vədə əməl etmədiyini görüb, pulu geri tələb etməyə başlamışlar. 2025-ci ilin yanvar və mart ayında Məzahir onun 800 (səkkiz yüz) manat pulunu geri qaytarsa da, müxtəlif bəhanələr gətirərək, qalan pulu verməkdən imtina etmişdir. Sonra o, Məzahirə zəng edərək, pulu tələb etmiş, lakin o, nalayiq ifadələr işlədərək, pulu verməkdən imtina etmişdir. 31 may 2025-ci il tarixdə səhər saatlarında Məzahirə zəng etsə də, zəngə cavab vermədiyindən, qardaşı Qulam bu barədə “102” Xidmətinə zəng edərək, məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, İmişli rayonu, Xəlfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvəllər tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxslə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Onun oğlu X3 2016-cı il tarixdə hərbi xidmətə yollanmış lakin hərbi xidməti bitirməsinə bir ay qalmış xəstəliyi ilə əlaqədar yararsız kimi hərbi xidmətdən təxris olunmuşdur. Həmin vaxtdan sonra o, oğluna pensiya təyin elətdirmək istəsədə buna nail ola bilməmişdir. 2025-ci ilin mart ayında həmkəndlisi Şahid1 ilə söhbət edərkən Camal tanışı Ağsu rayon sakini Məzahir adlı şəxsin bu işlərlə məşğul olduğunu və əgər istəsə Məzahir adlı şəxsə bu məsələni həll etmək üçün deyə biləcəyini bildirmişdir. O da razılaşmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə o, Camalla birlikdə Kürdəmir şəhərinə gəlmişdir. Kürdəmir şəhərində köhnə bazar deyilən yerdə Məzahir adlı şəxslə görüşmüşlər. Həmin vaxt Məzahir ona özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim etmişdir. Daha sonra Məzahir oğlu Tərəqqinin sənədlərinə baxıb oğluna əlilliyə görə pensiya təyin etdirəcəyini, lakin bu işin həll olunması üçün pul lazım olduğunu bildirmişdir. Lakin ona konkret məbləğ deməmişdir. O da Məzahirlə razılaşmışdır. Həmin vaxt ilkin olaraq Məzahir adlı şəxsə 200 manat pul vermişdir. Məzahir də ona oğlu Tərəqqi üçün İmişli rayon Mərkəzi Xəstəxanasından göndəriş vərəqi yazdırmağını və oğlu Bakı şəhərində yerləşən Mirqasımov adına Respublika xəstəxanasına göndərməyini istəmişdir. O da Tərəqqi üçün göndəriş alıb onu həmin xəstəxanaya göndərmişdir. xx.xx.2025-ci il tarixdə Məzahir istifadəsində olan ***-***-**-** mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək təcili 2000 manat pul göndərməyi istəmişdir. O da həmin gün 1500 manat pul tapıb saat 13:04də İmişli şəhəri, H.Əliyev prospektində olan “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə Məzahirin ona bildirdiyi 5222 0993 1330 8066 saylı kart hesabına 1500 manat pul köçürtmüşdür. Bundan sonra xx.xx.2025-ci il tarixdə Məzahir yenidən ona zəng edərək 500 manat da pul göndərməyi istəmişdir. O da həmin gün saat 20:21-də İmişli rayonunda yerləşən Elvin Market adlı mağazada quraşdırılmış elektron ödəmə sistemi vasitəsilə Məzahirin ona bildirdiyi 5222 0993 1330 8066 saylı kart hesabına 100 manat, yenidən həmin tarixdə və həmin ünvandan saat 20:24-də elektron ödəmə sistemi vasitəsilə Məzahirin ona bildirdiyi 5222 0993 1330 8066 saylı kart hesabına 400 pul köçürtmüşdür. Bundan sonra xx.xx.2025-ci il tarixdə Məzahir yenidən ona zəng edib pul göndərməyi istəmişdir. O da İmişli şəhəri H.Əliyev prospektində olan “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə Məzahirin ona bildirdiyi 5222 0993 1330 8066 saylı kart hesabına 150 manat pul köçürtmüşdür. Bundan sonra xx.xx.2025-ci il tarixdə Məzahir yenidən ona zəng edib pul göndərməyini istəmişdir. O da həmkəndlisi Şahid2 200 manat pul verib həmin pulu Məzahirin ona bildirdiyi 5222 0993 1330 8066 saylı kart hesabına göndərməsini xahiş etmişdir. Şahid2 da həmin gün İmişli rayonunda yerləşən Elvin Market adlı mağazada quraşdırılmış elektron ödəmə sistemi vasitəsilə Məzahirin kart hesabına 200 manat pul köçürmüşdür. Həmin vaxtdan sonra o, Məzahirdən işin nə yerdə olduğunu soruşanda Məzahir hər dəfə müxtəlif bəhanələr gətirərək işin qısa müddətdə həll olunacağını demişdir. O, sonradan Məzahirin onu aldatdığını başa düşüb Ağsu rayon Polis Şöbəsinə şikayət etmişdir. Hazırda ona dəyən ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində tədbir görülməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs3 tanıdığını, Zərərçəkmiş şəxs3 həmkəndlisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxslə heç bir ədavət və ya düşmənçiliyi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 oğlu X3 2016-cı il tarixdə hərbi xidmətə yollanmış lakin hərbi xidməti bitirməsinə bir ay qalmış xəstəliyi ilə əlaqədar yarasız kimi hərbi xidmətdən təxris olunmuşdur. 2025-ci ilin mart ayında Zərərçəkmiş şəxs3la söhbət edərkən Davud oğluna əlilliyə görə pensiya təyin elətdirmək istədiyini, lakin buna nail ola bilmədiyini demişdir. O da tanışı Ağsu rayon sakini Məzahir adlı şəxsin bu işlərlə məşğul olduğunu və əgər istəsə Məzahir adlı şəxsə bu məsələni həll etmək üçün deyə biləcəyini bildirmişdir. Davud da onunla razılaşmışdır. Bundan sonra Məzahirlə əlaqə saxlayıb bu məsələni Məzahirə izah etmişdir. Məzahir də Kürdəmir şəhərində görüşmək lazım olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə o Davudla birlikdə Kürdəmir şəhərinə gəlmiş, Kürdəmir şəhərində köhnə bazar deyilən yerdə Məzahir adlı şəxslə görüşmüşlər. Həmin vaxt Məzahir özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi kimi təqdim etmişdir. Daha sonra X4 sənədlərinə baxıb Tərəqqiyə əlilliyə görə pensiya təyin etdirəcəyini, bu işin həll olunması üçün pul lazım olduğunu bildirmişdir. Lakin konkret məbləğ deməmişdir. Davud da onunla razılaşmışdır. Həmin vaxt Davud ilkin olaraq Məzahir adlı şəxsə 200 manat pul vermişdir. Sonra həmin yerdən çıxıb getmişlər. Sonradan Davud özü Məzahirlə əlaqə saxlamış və Məzahirə ödəmə terminalları vasitəsilə pullar göndərmişdir. Davudun ona bildirməsinə görə Məzahirə ümumilikdə 2550 manat pul göndərmişdir. Lakin Məzahir verdiyi vədə əməl etməmiş, həmçinin Zərərçəkmiş şəxs3 pulunu qaytarmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs3 tanıdığını, Zərərçəkmiş şəxs3 qonşuluqda yerləşən Xəlfəli kənd sakini olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə axşamüstü vaxtı o, İmişli şəhərinə gedən zaman həmkəndlisi Zərərçəkmiş şəxs3 bir nəfər şəxsə 200 manat pul göndərəcəyini, lakin səhhəti ilə əlaqədar şəhərə gedə bilmədiyini, ona 200 manat pul verib həmin pulu onun bildirdiyi kart hesabına göndərməyini istəmişdir. O da razılaşmışdır. Bundan sonra İmişli şəhərinə gedən zaman İmişli rayonunda yerləşən Elvin Market adlı mağazada quraşdırılmış elektron ödəmə sistemi vasitəsilə Zərərçəkmiş şəxs3 ona bildirdiyi kart hesabına 200 manat pul göndərmişdir. Sonra Zərərçəkmiş şəxs3 zəng edib həmin kart hesabına 200 manat pul göndərməyini bildirmişdir. Sonra isə pulun göndərilməsi ilə bağlı qəbzi tullamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1-2); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 36-37); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 46-47); zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 61); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnın barəsində Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilmişdir (i.v. 74-75); şübhəli şəxsin tutulması haqqında 02 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10 radələrində Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 91-92); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 96-98); Ağsu Rayon Məhkəməsinin 4(016)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində verilmiş təqdimat və vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (i.v. 115-125); Cinayət işini icraata qəbul etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi tərəfindən icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilmişdir (i.v. 140-142); işdə olan qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixli 17296 nömrəli eManat ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hesabına müəyyən məbləğlərdə pul köçürülmüşdür. Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs ailə üzvləri oğlu X9 ilə birlikdə Ağsu şəhəri, Nəsimi küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayır (i.v. 165); Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (i.v. 167); Sübutların qiymətləndirilməsi haqqında 11 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs və Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, habelə toplanmış digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilsin və cinayət işinin materiallarına əlavə edilsin, həmçinin cinayət işi materiallarına əlavə olunmuş ödəniş qəbzləri maddi sübut kimi tanınsın və cinayət işi materiallarına əlavə olunması nəzərə alınmışdır (i.v. 183-191); X11 tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, 1(036)-81/2025 saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 vəfat etdiyi üçün onun hüquqi varis qismində tanınmasını xahiş etmişdir. XX JQ 258445 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1997-ci il tarixdə Ağsu rayonunda anadan olmuşdur. Ata qrafasına Zərərçəkmiş şəxs1, ana qrafasına X5 qeyd edilmişdir. Azərbaycan Respublikası vətəndaşının AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. xx.xx.2026-cı il tarixli AZ-İİ 495628 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci ildə Ağsu rayonu, Suraxanı kəndində vəfat etmiş və xx.xx.2026-cı il tarixdə 11 nömrəli akt qeydləri kitabında qeydə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələrinə əsasən dələduzluq, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini və onlara dəymiş ziyanı tamamilə ödəməməsini, təqsirləndirilən şəxsin əməllərinin çox epizodlu olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 avqust 2025-ci il tarixdən 04 avqust 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və 10 sentyabr 2025-ci il tarixdən 11 sentyabr 2025-ci il tarixədək tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 17 fevral 2026-cı il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən: 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Odur ki, mülki iddia ərizələri təmin edilməli və Təqsirləndirilən şəxs maddi ziyana görə 742 (yeddi yüz qırx iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2, maddi ziyana görə 1800 (bir min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 hüquqi varisi X8 və maddi ziyana görə 2550 (iki min beş yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat pul vəsaiti Zərərçəkmiş şəxs3 ödənilməlidir. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-81/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 001892 saylı orderə əsasən vəkil Müdafiəçi ona vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 41, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 avqust 2025-ci il tarixdən 04 avqust 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və 10 sentyabr 2025-ci il tarixdən 11 sentyabr 2025-ci il tarixədək tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, o, məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia ərizələri təmin edilsin və Təqsirləndirilən şəxs maddi ziyana görə 742 (yeddi yüz qırx iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2, maddi ziyana görə 1800 (bir min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 hüquqi varisi X8 və maddi ziyana görə 2550 (iki min beş yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat pul vəsaiti Zərərçəkmiş şəxs3 ödənilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar