Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-82/2024 24.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə İmişli rayonu, Otuziki kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Aran X22 və Satışı İdarəsinin X26nin aparıcı mühəndisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Otuziki kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, səhlənkarlıq edərək vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 13 aprel 2015-ci il tarixdən Aran X22 və Satışı İdarəsinin X26nin aparıcı mühəndisi vəzifəsində işləyərkən, vəzifəli şəxs kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 1.2.3.1, 1.2.3.8-ci yarımbəndlərinin tələbinə görə 18 mart 2024-cü il tarixdə 110/35/10 kV-luq “İmişli yarımstansiyasından” çıxan 10 kVluq “Vİİ Şəhər” hava elektrik xəttinə baxış keçirərkən, İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən “N.Şirinov” adına 5 saylı texniki təmayüllü məktəb-liseyin ərazisindəki birmərtəbəli yardımçı tikili üzərindən keçən həmin hava xəttinin yerin səthinə qədər olan məsafəsinin 5,2 metr, yardımçı tikiliyə qədər şaquli məsafəsinin 70 sm olmaqla, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.3-cü bəndi ilə müəyyən olunan gərginliyi 1 kV-dan yuxarı olan hava elektrik verilişi xətlərindən yerin səthinə qədər olan məsafənin 7 metrdən, tikililərə qədər şaquli məsafənin 3 metrdən az olmaması tələbinə dair uyğunsuzluq olduğunu aşkar edib, həmin uyğunsuzluğun aradan qaldırılması məqsədilə 18 mart 2024-cü il tarixli baxış aktında müvafiq qeydiyyat aparmalı olduğu halda, işə vicdansız və laqeyd münasibəti nəticəsində “Rayon Elektrik Şəbəkəsinin Paylayıcı sahəsinin aparıcı mühəndisi”nin vəzifə təlimatının 6, 16 və 23-cü bəndlərinin tələblərini pozub, baxış aktında yalnız “48 və 52-ci ağac dayaqlarının yararsız” olduğunu nöqsan kimi göstərərək həmin hava xəttinin normal vəziyyətdə olmasını təmin etməməklə öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmiş, bununla da öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməməklə cinayətkarcasına etinasızlıq edərək, ehtiyatsızlıqdan 14 aprel 2024-cü il tarixdə saat 14:00 radələrində İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən “N.Şirinov” adına 5 saylı texniki təmayüllü məktəb-liseyin ərazisində yerləşən yardımçı tikilinin damı üzərində 110/35/10 kV-luq “İmişli yarımstansiyasından” 10 kV-luq “Vİİ Şəhər” hava elektrik xəttinə toxunan iki şəxsin, yəni xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X14 yüksəkgərginlikli elektrik cərəyanının təsirindən törənmiş bədən xəsarətləri alaraq, elektrikvurmadan hadisə yerində ölmələrinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, 1983-cü ildə Kənd təsərrüfatı Universitetinin Kənd təsərrüfatının elektrikləşdirilməsi fakültəsinin Elektrik mühəndisi ixtisasını bitirmişdir. 1976cı ildən 25 avqust tarixində X26nin daxilində Muğan montyor məntəqəsində montyor, usta, məntəqə rəisi vəzifəsində çalışmışdır. 8 ildir ki, Aran X22 və Satışı İdarəsinin X26nin aparıcı mühəndisi vəzifəsində çalışır. Vəzifəsi elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, sənədləşdirməni düzgün və dəqiq aparmaq, tabeliyində olan işçi heyətinin təhlükəsizliyini təmin etmək, malmaterial texnika ilə təchiz etmək, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etmək və digər işlərdən ibarətdir. 14 aprel 2024-cü il tarixdə İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb-liseyin ərazisində yerləşən yardımçı tikilinin üzərindən keçən 110/35/10 kV-luq “İmişli yarımstansiyasından” çıxan 10 kV-luq “Vİİ Şəhər” hava elektrik xəttinə ehtiyatsızlıqdan toxunma nəticəsində elektrikvurmadan iki nəfər hadisə yerində ölmüşdür. Məlumatı alan kimi o, hadisə yerinə getmişdir. Müəyyən etmişdir ki, həmin elektrik hava xətti 1987-ci ildə istismara verilmiş və "xxxx" ASC-nin balansındadır. Həmin xətt əvvəllər İmişli Su-kanal sahəsinin ərazisindən keçmişdir, 2012-ci ildə həmin xətt yaxınlıqdakı İmişli Su-kanal sahəsinin ərazisindən götürülərək indiki yerinə qoyulmuşdur. Amma xətti dəyişənin İmişli elektrik şəbəkənin olduğu, yoxsa vaxtında elektrik təsərrüfatında yenidənqurma işlərinin aparılmasının həvalə edildiyi "xxxx" ASC olduğunu xatırlamır. 10 kV-luq elektrik verilişi xətləri ilə yer səthi arasındakı məsafə ən azı 7 metr olmalıdır, bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq olunur. 10 kV-luq elektrik verilişi xətti ilə yer səthi arasındakı məsafənin 5,2 metr olması ilə bağlı heçnə deyə bilmir. Hadisənin baş verdiyi 10 kV-luq elektrik verilişi xəttinə sonuncu dəfə “Hava xəttinin pasportu”na əsasən 18 mart 2024-cü il tarixdə baxış keçirilmiş, həmin xəttin giriş yuvasında cərəyan transformatorlar dəyişdirilmişdir. “Hava xəttinin pasportu”na əsasən 02 may 2023-cü ildə transformatorların ümumi baxışı, izolyatorların tozdan-çirkdən təmizlənməsi, 10 yanvar 2024-cü ildə 68-ci dayaqda izolyatorun yenisi ilə əvəz olunması işləri görülmüşdür. Transformatorların olduğu yerlərdə təhlükə mənbəyinin mövcudluğu barədə xüsusi xəbərdarlıq lövhələri var, digər yerlərdə yoxdur. Maarifləndirmə işləri üçün uşaq və bağçalara məktublar ünvanlanmışdır. X7 və X14 boyunun uzunluğunu nəzərə alsaq elektrik xətti qanuni çəkilmiş olsa idi uşaqların elektrik vurmanın təsirinə məruz qalmaları real görünmür. Düşünür ki, X7 və X14 ölümünə səbəb olan elektrik xətti qanunun tələblərinə uyğun çəkilməmişdir. 2012-ci ildə xəttin yeri dəyişdirilib. Həmin xəttə onun tərəfindən 2024-cü ilin mart ayının 18-də baxış keçirilib “48 və 52-ci ağac dayaqlarının yararsız” olduğunu nöqsan kimi göstərmişdir. Ancaq, ehtiyatsızlıqdan elekterik xəttindən yerin səthinə qədər olan məsafənin 7 metrdən, tikiliyə qədər şaquli məsafənin 3 metrdən az olmasına biganə yanaşmış və aktda bu barədə qeyd aparmamışam. Törətmiş olduğu cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxs X10 hüquqi varisi ilə barışıq əldə etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X7 hüquqi varisi qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, arvadı X15, qızı X21, oğlu X16 ilə birlikdə yaşayır. Hadisə olmamışdan öncə ortancıl övladı X12 da onlarla birlikdə yaşayıb. Fərhan 15 dekabr 2010cu il tarixdə İmişli şəhərində doğulmuşdur. Fərhan 2024-cü ilin fevral ayına qədər İmişli şəhər 5 saylı tam orta məktəbin şagirdi olmuşdur. İşləri ilə əlaqədar olaraq Bakı şəhərinə getdiyi üçün Fərhan da daxil olmaq üzrə digər ailə üzvlərini də Bakı şəhərinə aparmışdır. Bundan sonra Fərhan Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Qubadlı məktəbində təhsilini davam etdirməyə başlamışdır. Fərhan həmin məktəbin 7-ci sinif şagirdi olmuşdur. Fərhan futbol oynamağı çox sevmişdir. Fərhan dostları ilə birlikdə tez-tez İmişli şəhər, 5 saylı tam orta məktəbin stadionuna gedib futbol oynamışdır. X33 ilə əlaqədar olaraq İmişli şəhərinə qonaq gəlmişdir. Hadisə olan gün o Bakı şəhərində olmuşdur. Həmin gün saat 15:00 radələrində qardaşı Ceyhun ona zəng vurub İmişli şəhərinə gəlməli olduğunu bildirmiş və başqa heç bir məlumat verməmişdir. O, dərhal “Vaz-2107” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərindən İmişli şəhərinə doğru yola çıxmışdır. O, İmişli şəhərində öz ata evinə çatanda Fərhanın elektrik cərəyanının vurması nəticəsində ölməsini bilmişdir. Orada olan şəxslərdən eşitmişdir ki, Fərhan və yanındakı başqa bir nəfər uşaq 5 nömrəli məktəbin həyətində olan yardımçı tikilinin üstünə alça yemək üçün çıxmış, bu zaman uşaqları elektrik vurmuş və ikisi də hadisə yerində ölmüşlər. Bundan sonra Fərhanı İmişli rayon, Muradxanlı kənd qəbiristanlığına aparmışlar. Sonda o, Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 hüquqi varisi X13 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Şahid3 ilə birlikdə yaşayır. Hadisə olmamışdan öncə kiçik oğlu X27 da onlarla birlikdə yaşayıb. Amid onun ikinci evliliyindən olan övladı olmuşdur. Amid 08 avqust 2010-cu il tarixdə Kürdəmir rayonu, Köhünlü kəndində doğulmuşdur. Amidin atası ilə rəsmi olaraq boşandıqdan sonra oğlanları Yusif və Amidlə birlikdə 2012-ci ildən İmişli şəhərinə köçmüşlər və müxtəlif ünvanlarda kirayədə qalmışlar. Amid İmişli şəhər, 2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi olmuşdur. Amid futbol oynamağı çox sevmişdir. Amid dostları ilə birlikdə tez-tez İmişli şəhər, 5 saylı tam orta məktəbin stadionuna gedib futbol oynamışdır. Hadisə olan gün o “DOST” İş Mərkəzində süpürgəçi işlədiyi üçün işi ilə əlaqədar olaraq tezdən saat 06:00-da evdən çıxıb işə getmişdir. O, evdən çıxarkən Yusif ilə Amid hələ oyanmamışlar. Həmin gün saat 15:00 radələrində Yusif ona zəng vurub evə gəlməli olduğunu bildirmişdir. O, Yusifdən nə baş verdiyini soruşduqda, Yusif ilkin olaraq ona heç nə deməmiş, onun israrından sonra Amidi elektrik cərəyanının vurduğunu demişdir. Bundan sonra o, dərhal piyada 5 saylı məktəbə getmişdir. Ancaq, hüquq-mühafizə orqanları orada hadisə yerinə baxış keçirdikləri üçün onu məktəbə buraxmamışlar. Orada olan şəxslərdən eşitmişdir ki, Amid və yanındakı başqa bir nəfər uşaq 5 nömrəli məktəbin həyətində olan yardımçı tikilinin üstünə alça yemək üçün çıxmış, bu zaman uşaqları elektrik vurmuş və ikisi də hadisə yerində ölmüşlər. Daha sonra oğlu Amidi məhkəmə-tibbi ekspertizasından keçirmək üçün İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Ekspertizadan keçirildikdən sonra Amidi İmişli şəhərində yerləşən məscidə, oradan da İmişli rayon, Rəsullu kənd qəbiristanlığına aparıb dəfn etmişlər. Hadisə ilə bağlı heç kəsdən şikayəti yoxdur. İş üzrə zərərçəkmiş şəxs X14 hüquqi varisi X24 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid X17 elan olunmuş ifadəsindən görünür ki, X27 onların qonşusudur, X12 isə bacısının sinif yoldaşı olmuşdur. O, Amid və Fərhan, eyni zamanda digər uşaqlarla birlikdə tez-tez İmişli şəhərində yerləşən 5 saylı tam orta məktəbin stadionunda futbol oynamışlar. 14 aprel 2024-cü il tarixdə o saat 08:00-da yuxudan oyanmış, yeməyini yeyib bir az evdə oynadıqdan sonra İmişli şəhərində yerləşən İdman Kompleksinə futbol dərsinə gedib məşq etdikdən sonra saat 13:20 radələrində çıxıb evə getmişdir. Evdə bir az istirahət etdikdən sonra saat 14:00 radələrində uşaqlarla futbol oynamaq üçün İmişli şəhərində yerləşən 5 saylı orta məktəbin stadionuna getmişdir. Orada uşaqlarla təxminən yarım saat futbol oynamış. Onunla bərabər orada Yusif, Tofiq, Cavidan, Amid və Fərhan olmuşdur. Onlar orada təxminən yarım saat futbol oynamışlar. Oyundan sonra Yusif, Tofiq, Cavidan stadionu tərk edib getmişlər. O, Amid və Fərhanla orada qalmışlar. Onlar birlikdə söhbət etməyə başlamışlar. Sonra Amid onlara məktəbdə olan alça ağacından alça dərib yeməyi təklif etmişdir. Amid və Fərhan ağacdan alça dərmişlər. O yerdə olan beton daşın üstündə oturmuş və alça yeməyə getməmişdir. Amid, o və Fərhana alçaları binanın üstünə çıxıb yeməyi təklif etmişdir. O getməmişdir. Amid məktəbdəki yardımçı tikili binanın arxasında olan turnikdən çəkil ağacına oradan da tikilinin üstünə çıxmışdır. Amid, Fərhana “qorxan çıxmaz” demiş, bundan sonra Fərhan da eyni şəkildə binanın üstünə çıxmışdır. Fərhan və Amid binanın üstündə ən hündürdə tildə oturub alça yeməyə başlamışlar. O əl-üzünü yumaq üçün məktəbin daxilində yerləşən şəhid bulağının yanındakı krana tərəf gedib orada əl-üzünü yumuşdur. Həmin vaxt əvvəl heç vaxt eşitmədiyi yüksək bir cızıltı səsi eşitmişdir. Amid və Fərhan tərəfə baxdıqda, Amid və Fərhanının hər ikisinin tikilinin başında uzanıqlı vəziyyətdə olduğunu, bədəninin ilk öncə tüstülədiyini, az sonra isə yandıqlarını görmüşdür. O qaçıb məktəbdən kənara çıxmışdır. Gənclər Mərkəzinin yanında söhbət edən 5-6 cavan oğlana yaxınlaşıb hadisə barədə məlumat vermişdir. Həmin şəxslər 5 saylı tam orta məktəbə doğru qaçmışlar. O isə evlərinə doğru qaçmışdır. Elektrik şəbəkədə çalışan qonşuları Nəriman adlı şəxsə məlumat vermişdir. Nəriman da öz telefonu ilə işıq idarəsinə zəng vurmuşdur. Daha sonra qonşularından Amid və Fərhanın öldüklərini öyrənmişdir. Əvvəllər Amid bir dəfə həmin tikilinin üstünə çıxmışdır, başqa hansısa uşağın oraya çıxmağını görməmişdir. Tikilinin üst hissəsi ilə elektrik xətti arasında məsafə çox olmamışdır. Fərhan və Amid başlarını əyib tikilinin üstündəki tildə oturmuşlar. Hadisə olandan sonra elektrik xətti nisbətən aşağı enmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 1988ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat əlavə Fizika fakültəsini bitirmişdir. Elə həmin ildən İmişli şəhər 5 saylı orta məktəbə fizika müəllimi kimi təyinat almışdır. 1992-ci ildən dəstə müdiri, 2005-ci ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışır. 5 saylı orta məktəb 2008-ci ildən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəblisey olmuşdur. İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb-liseyin ərazisində yerləşən yardımçı tikilinin üzərindən keçən 110/35/10 kV-luq “İmişli yarımstansiyasından” çıxan 10 kV-luq “Vİİ Şəhər” hava elektrik xəttinə ehtiyatsızlıqdan toxunma nəticəsində elektrikvurmadan hadisə yerində iki nəfərin ölməsi barədə məlumatı var. Məlumat alan kimi o hadisə yerinə gedib, hadisə barədə yerində maraqlanmışdır. Hadisə nəticəsində ölmüş X12 və X27 heç biri onların məktəbində təhsil almırlar. Hadisə məktəbin ərazisində yerləşən X30 binasında baş vermişdir. Həmin bina 1996-cı ildə tikilib. Həmin tikilinin üzərindən keçən elektrik xətti əvvəllər məktəb ərazisindən keçməmişdir. Yardımçı tikili tikilərkən tikilinin üstündə hər hansı xətt keçməmişdir. 2012-ci ildə həmin xətt yaxınlıqdakı İmişli Su-kanal sahəsinin ərazisindən götürülərək elektrik şəbəkənin əməkdaşları tərəfindən indiki yerinə qoyulmuşdur. Bunu həmin vaxtlar məktəbdə çalışan şəxslər də təsdiq edə bilərlər. 2019-cu ildə həmin xəttə problem yarandığı üçün elektrik şəbəkənin əməkdaşları oraya gəlib baxış keçirmişlər. Bundan sonra o dəfələrlə elektrik şəbəkəyə məktublar yazıb 10 kV-luq elektrik xəttinin məktəbdən kənara çıxarılması üçün müraciət etsə də bu barədə heç bir tədbir görülməmişdir. Məktəbin 2 gözətçisi var. X3r ki, Sabirin iş saatı 18:00-dan 01:00-a qədər davam edir, digəri isə X5r ki, Məmmədağanın da iş saatı 01:00-dan 08:00-a qədərdir. Hadisə olan gün,14 aprel 2024-cü il tarixdə hadisə iki gözətçinin də iş vaxtından kənar olmuşdur. Məhkəmə iclasında Şahid7 elan olunmuş ifadəsindən görünür ki, 1999-cu il tarixdə Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirmişdir. 2003-cü ildən 2006-cı ilə qədər "xxxx"MMC-də nəzarətçi mühəndis, 2006-cı ildən 2015-ci ilə qədər Bakı Elektrik Şəbəkədə aparıcı mühəndis, 2015-ci ildən 2020-ci ilə qədər "xxxx"ASC-də balans bölmə rəhbəri, 2020-ci ildən 2023-cü ilə qədər Zərdab, Ağdam, Bərdə, Qusar rayonlarında şəbəkə rəisi, 2023-cü ilin iyun ayından isə X26nin rəisi vəzifəsində çalışır. Vəzifə tabeçiliyində olan bölmələrin fəaliyyətinin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin etmək, şəbəkənin tabeçiliyində olan bütün struktur bölmələrində çalışan işçilərin nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində təmin etmək, rayon elektrik şəbəkənin elektrik sxemini, il ərzində görülən işlərin plan layihəsini hazırlamaq və yerinə yetirmək, işçilərin əmək intizamına nəzarət, iş rejiminin yüksək səviyyədə saxlanmasını təmin etmək, abonentlərin şikayətlərini düzgün araşdırmaq, Texniki Təhlükəsizlik və X9 əməl olunmasına, istehsalat təlimatlarının vaxtında keçirilməsinə cavabdehlik daşımaq, Texniki Təhlükəsizlik və İstismarı Qaydalarına tam riayət olunmasını, Əməyin Təhlükəsizliyi qanunvericiliyində müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını təmin etmək, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək və digər işlərdən ibarətdir. 14 aprel 2024-cü il tarixdə İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb-liseyin ərazisində yerləşən yardımçı tikilinin üzərindən keçən 110/35/10 kV-luq “İmişli yarımstansiyasından” çıxan 10 kV-luq “Vİİ Şəhər” hava elektrik xəttinə ehtiyatsızlıqdan toxunma nəticəsində elektrikvurmadan iki nəfər hadisə yerində ölmüşdür. Məlumatı alan kimi o, hadisə yerinə getmişdir. Müəyyən etmişdir ki, həmin elektrik hava xətti 1987-ci ildə istismara verilmiş və "xxxx" ASC-nin balansındadır. Xətt çəkildikdən sonra məktəb ərazisində xəttin altında bina tikilmişdir. 10 kV-luq elektrik verilişi xətləri ilə yer səthi arasındakı məsafə ən azı 7 metr olmalıdır, bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq olunur. 10 kV-luq elektrik verilişi xətti ilə yer səthi arasındakı məsafənin 5,2 metr olması barədə bildirmişdir ki, ölçmə hadisədən sonra olub, ola bilsin ki, həmin uşaqları cərəyan vurduqdan sonra uşaqlar cərəyanın təsirindən elektrik xəttini aşağı çəkmişlər. Hadisənin baş verdiyi 10 kV-luq elektrik verilişi xəttinə sonuncu dəfə 18 mart 2024-cü il tarixdə baxış keçirilmiş, həmin xəttin giriş yuvasında cərəyan transformatorlar dəyişdirilmişdir. 02 may 2023-cü ildə transformatorların ümumi baxışı, izolyatorların tozdan-çirkdən təmizlənməsi, 10 yanvar 2024-cü ildə 68-ci dayaqda izolyatorun yenisi ilə əvəz olunması işləri görülmüşdür. Transformatorların olduğu yerlərdə təhlükə mənbəyinin mövcudluğu barədə xüsusi xəbərdarlıq lövhələri var, digər yerlərdə yoxdur. Maarifləndirmə işləri üçün uşaq və bağçalara məktublar ünvanlanmışdır. 10 kV-luq elektrik verilişi xətti ilə yer səthi arasındakı məsafənin 5,2 metr, xətlə tikili arasındakı məsafənin 70 sm olması, ölçmə hadisədən sonra olduğuna görə, ola bilsin ki, həmin uşaqları cərəyan vurduqdan sonra uşaqlar cərəyanın təsirindən elektrik xəttini aşağı çəkmişlər. X7 və X14 boyunun uzunluğu nəzərə alınarsa elektrik xətti qanuni çəkilmiş olsa idi onların elektrik vurmanın təsirinə məruz qalmaları real görünmür. Düşünür ki, X7 və X14 ölümünə səbəb olan elektrik xətti qanunun tələblərinə uyğun çəkilməmişdir. Həmin elektrik xətti 1987-ci ildə çəkilib, həmin xəttin yerinin dəyişdirilməyi barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, anası X24 ilə birlikdə yaşayır. Hadisə olmamışdan öncə kiçik qardaşı X27 da onlarla birlikdə yaşamışdır. Amid onun anasının ikinci evliliyindən olan övladıdır. Amid 08 avqust 2010-cu il tarixdə Kürdəmir rayonu, Köhünlü kəndində doğulmuşdur. Amidin atası ilə anası rəsmi olaraq boşandıqdan sonra o və Amidlə birlikdə 2012-ci ildən İmişli şəhərinə köçmüş və burada müxtəlif ünvanlarda kirayədə qalmışlar. Amid İmişli şəhər, 2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi olmuşdur. Amid futbol oynamağı çox sevmişdir. Amid dostları ilə birlikdə teztez İmişli şəhər, 5 saylı tam orta məktəbin stadionuna gedib futbol oynamışdır. Hadisə olan gün anası “DOST” İş Mərkəzində süpürgəçi işlədiyi üçün işi ilə əlaqədar olaraq tezdən saat 06:00-da evdən çıxıb işə getmişdir. Daha sonra Amid də yuxudan oyanıb uşaqlarla oynamağa getmişdir. O yatdığı üçün nə anasının, nə də Amidin evdən çıxmalarını görməmişdir. Həmin gün saat 14-15 radələrində adını xatırlamadığı qonşuları onu səsləyərək Amidi elektrik cərəyanının vurduğunu demişdir. O dərhal piyada İmişli şəhərində yerləşən 5 nömrəli məktəb istiqamətində qaçmışdır. Orada xeyli insanlar yığılmışdır. Az sonra oraya hüquq-mühafizə orqanı əməkdaşları gəlmişlər. Daha sonra Amidi məhkəmə-tibbi ekspertizasından keçirmək üçün İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 1988ci ilin iyul ayından, 36 ildir ki, İmişli şəhər 5 saylı tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsində çalışır. Həmin məktəb daha sonralar məktəb-lisey olmuşdur. İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəbliseyin ərazisində yerləşən yardımçı tikilinin üzərindən keçən 110/35/10 kV-luq “İmişli yarımstansiyasından” çıxan 10 kV-luq “Vİİ Şəhər” hava elektrik xəttinə ehtiyatsızlıqdan toxunma nəticəsində elektrikvurmadan hadisə yerində iki nəfərin ölməsi barədə məlumatı var. Məlumat alan kimi o hadisə yerinə gedib, hadisə barədə yerində maraqlanmışdır. Hadisə məktəbin ərazisində yerləşən X30 binasında baş vermişdir. Həmin bina 1996-cı ildə Cəbrayıl rayonunun Qumlaq kənd orta məktəbi kimi qeyri-hökumət təşkilatı tərəfindən tikilmişdir. Daha sonra həmin bina Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin istifadəsinə verilmişdir. 2017-ci ildən bina X6 istifadəsinə verilmişdir. Bina tikilərkən o həmin məktəbdə çalışımışdır, bina üzərindən heç bir elektrik xətti keçməmişdir. Hazırda elektrik xəttinin binaya yaxınlığını nəzərə alsaq ümumiyyətlə həmin xətt oradan keçərkən binanı tikməyin mümkünsüz olduğu aydın olur. 2012-ci ildə həmin xətt yaxınlıqdakı İmişli Su-kanal sahəsinin ərazisindən götürülərək elektrik şəbəkənin əməkdaşları tərəfindən indiki yerinə qoyulmuşdur. 2019-cu ildə həmin xəttə problem yarandığı üçün elektrik şəbəkənin əməkdaşları oraya gəlib baxış keçirmişlər. Bundan sonra məktəb rəhbərliyi tərəfindən dəfələrlə elektrik şəbəkəyə məktublar yazılıb 10 kV-luq elektrik xəttinin məktəbdən kənara çıxarılması üçün müraciət edilsə də bu barədə heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Əliniyaz oğlu və Şahid6 Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Hadisə yerinə baxış keçirilməsi haqqında 14 aprel 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb-liseyin ərazisində yerləşən yardımçı tikilidir. Məktəbin həyətinin giriş darvazasından yardımçı tikilinin olduğu binaya qədər olan məsafə 85 metrdir. Tikili bir mərtəbəli olmaqla kərpicdən inşa olunmuş, üzəri qırmızı rəngli metal dam örtüyü ilə üzlənmişdir. Tikilinin uzunluğu 26,6 metr, eni isə 6,6 metr, yerdən hündürlüyü 3 metrdir. Tikilinin ərtafı ağaclarla əhatə olunmuşdur. Tikilinin üzərinə qalxdıqda yanaşı vəziyyətdə uzanmış halda, hər ikisinin başları cənub-şərqə, yəni məktəbin giriş darvazası istiqamətinə, ayaqları isə şimal-qərb istiqamətində iki meyit vardır. Hər iki meyitin bel nahiyəsi tikilinin dam örtüyünü ən hündür nöqtəsindən keçən tilin üzərindədir. Buna müvafiq olaraq meyitlərin başları və ayaqları tikilinin konstruksiyasına uyğun olaraq aşağıya doğru meyilli vəziyyətdə, bel və qarın nahiyələri isə yuxarıya istiqamətlənmiş formadadır. Hər iki meyitin üzərində paltarları və ayaqqabıları vardır. Meyitlərin və dam ötrüyünün üzərində yanğınsöndürmə vasitəsi olan köpüyün təsirindən ağ rəngli maddə müşahidə olunur. Baxış zamanı hər iki meyitin bədən səthində geniş miqyaslı yanıq xəsarətlərinin olması müəyyən olunur. Tikilinin üzərindən şimal-şərqdən cənub-qərbə doğru ikisi bir-birinə paralel, digəri isə nisbətən yüksəkdə olmaqla üç ədəd elektrik xətti keçir. Paralel xətlərdən tikiliyə və meyitlərə daha yaxın olan xətt nisbətən aşağıya doğru sallanmışdır. Həmin xətlə tikilinin ən yüksək nöqtəsindən keçən til arasındakı hündürlük fərqi 70 sm, sözü gedən xətlə meyitlərin ayaqqabılarının uc hissəsi arasındakı məsafə isə 45 sm-dir. Xətlərin hər üçü metal materialdan olmaqla üzərində izolyasiya örtüyü yoxdur. Şimal qərb istiqamətində dayandıqda meyitlərə və tikiliyə daha yaxın olan elektrik xəttinin üzərində soldakı meyitin sağ diz nahiyəsindən 75 sm məsafədə iki ədəd, sağdakı meyitin sağ diz nahiyəsindən 83 sm məsafədə isə bir ədəd olmaqla tünd rəngli ləkələr müşahidə olunur. 10 kV-luq xətlə yer arasındakı məsafə 5,2 metrdir. Baxışda iştirak edən Aran X22 və Satışı İdarəsinin X26nin paylayıcı şəbəkə xidmətinin mühəndisi Şahid6 bildirdi ki, həmin xətlər 110/35/10 kV-luq “İmişli yarımstansiyasından” çıxan 10 kVluq “Vİİ Şəhər” hava elektrik xəttidir, baxış keçirilən zaman xətlərdə gərginlik olmamışdır. Meyitlər məhkəmə-tibbi müayinə olunmaları üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən götürülərək təcili-tibbi yardım əməkdaşlarına təhvil verilmişdir. (cild 1, səhifə 5-10); X14 meyitinə baxış keçirilməsi haqqında 14 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqdim olunan meyit örtüyə bükülü halda təşrih stolunun üzərində uzadılmış vəziyyətdədir. Örtüyü açdıqda meyitin əynində aşağıdakı paltarlar vardır: Qara rəngli ön tərəfdən iki ədəd düymə ilə bağlanan qısa qollu kofta. Bozumtul rəngdə sol bud nahiyəsində “Adidas” sözü yazılmış şortik. Bir cüt iplə bağlanan idman ayaqqabısı. Bir cüt qara rəngli corab. Koftanın arxa hissəsi ortada 14x8sm ölçüdə yanmış haldadır. Paltarlar orta dərəcədə geyinilmiş, digər şübhəli zədə və ləkə aşkar olunmadı. soyunduruldu və aydın oldu ki, meyit kişi cinsinə mənsub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyitin boyu 143sm-dir. Meyitin bədən səthi əllə yoxlandıqda periferik hissələrdə soyumuş, qalan hissələrdə bir qədər istidir. Meyit ləkələri solğun bənövşəyi rəngdə olub, bədənin arxa səthində adacıqlar halında yerləşmişdir. Meyit ləkələrinə barmaqla təzyiq etdikdə rəngi avazıyır və təzyiq kəsildikdən 5-10 saniyə sonra əvvəlki rənginə bərpa olunur. Meyit qacıması yoxlanılan əzələ qruplarında kafi dərəcədə inkişaf etmişdir. Meyitdə çürümə əlamətləri gözlə görünən dərəcədə inkişaf etməmişdir. Meyitin başı adi konfiqurasiyada olub, tükləri şabalıdı rəngdədir, 2-2,5sm uzunluqdadır. Kəllə qapağı sümükləri əllə yoxlandıqda tamdırlar. Başında xəsarət yoxdur. Üz skeleti sümükləri əlləndikdə tamdırlar. Gözləri örtülüdür, bəbəklər bərabər ölçüdə genəlmişdir. Gözlərin ağlı qişası solğun olub, buynuz qişa bir qədər tutqundur. Burun sümükləri və qığırdaqları əlləndikdə tamdırlar. Burun və qulaq dəliklərindən ifrazat yoxdur. Xarici qulaq seyvanları düzgün formalaşmışdır. Ağzı örtülüdür. Ağzı açdıqda alt və üst çənədə görünən dişləri tamdır. Dili ağız boşluğunda olub, tamdır. Boynu bədəninə mütənasibdir, az hərəkətli olub patoloji hərəkətlilik yoxdur. Döş qəfəsi silindirik formada olub, simmetrikdir. Əllə yoxlandıqda qabırğalar tamdırlar. Qarnı yumşaqdır, qabırğaların qövsü səviyyəsindən aşağıdadır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün formalaşmışdır. Anal dəlik örtülüdür, dəlikətrafı dəri təmizdir. Ətrafları bədəninə mütənasib olub, sağ əl daraq sümüklərində deformasiyalar qeyd olunur. Əllə yoxlandıqda ətrafların qalan sümükləri tamdırlar. Kürək, çanaq və fəqərə sütunu sümükləri əlləndikdə tamdırlar. Xəsarətlər: Hər iki yuxarı ətrafı dirsək oynağından bükülü vəziyyətdədir. Sol saidin aşağı 1/3-nin arxa səthindən başlayaraq mil-bilək oynağını keçməklə 2-ci daraq sümüyünə kimi davam edən 12x2,5sm, sağ əlin ovuc səthində 10x6sm, sağ dirsək oynağının arxa səthində 3x2sm, bel nahiyəsində 15x8sm, sağ sağrının yuxarı iç kvadratında 3x2sm və sağ saidin ön səthində 12x4sm dəri örtüyünün epidermis qatının soyulması ilə müşayiət olunan kənarları qabarmış, qırmızımtıl-qaramtıl rəngli, bərkvari konsistensiyalı yaralar vardır. Sol əlin 2,3,4,5-ci barmaqları yarıbükülü haldadır. Sağ əlin 2,3,4,5-ci barmaqlarının orta falanqalarında açıq, yerdəyişmiş sınıqlar qeyd olunur. Meyitin xarici müayinəsi zamanı digər xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir. (cild 1, səhifə 11-15); X7 meyitinə baxış keçirilməsi haqqında 14 aprel 2024-cü il tarixli protokoldan görünür ki, təqdim olunan meyit örtüyə bükülü halda təşrih stolunun üzərində uzadılmış vəziyyətdədir. Örtüyü açdıqda meyitin əynində aşağıdakı paltarlar vardır: Qara rəngli idman şalvarı. Bozumtul rəngdə tuman. Bir cüt qara rəngli corab. Bir cüt iplə bağlanan idman ayaqqabısı. Corab və ayaqqabıları zədəsizdir. Şalvar və tumanın arxa hissələri tam yanmış, qalan nahiyələrdə hissəvi qalıqları görünür. Bədənində olmuş digər paltarlar tam yanmış və kül halındadırlar. Paltarlar soyunduruldu və aydın oldu ki, meyit kişi cinsinə mənsub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyitin boyu 152sm-dir. Meyitin bədən səthi əllə yoxlandıqda periferik hissələrdə soyumuş, qalan hissələrdə bir qədər istidir. Meyit ləkələri solğun bənövşəyi rəngdə olub, bədənin arxa səthində adacıqlar halında yerləşmişdir. Meyit ləkələrinə barmaqla təzyiq etdikdə rəngi avazıyır və təzyiq kəsildikdən 20-30 saniyə sonra əvvəlki rənginə bərpa olunur. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyitdə çürümə əlamətləri gözlə görünən dərəcədə inkişaf etməmişdir. Meyitin başı adi konfiqurasiyada olub, tükləri açıq şabalıdı rəngdədir, 3-3.5sm uzunluqdadır. Kəllə qapağı sümükləri əllə yoxlandıqda tamdırlar. Üz skeleti sümükləri əlləndikdə tamdırlar. Gözləri örtülüdür, bəbəklər bərabər ölçüdə genişləmişdir. Gözlərin ağlı qişası solğun olub, buynuz qişa bir qədər tutqundur. Burun sümükləri və qığırdaqları əlləndikdə tamdırlar. Burun və qulaq dəliklərindən ifrazat yoxdur. Xarici qulaq seyvanları düzgün formalaşmışdır. Ağzı yarıaçıq vəziyyətdədir. Ağzı açdıqda alt və üst çənədə görünən dişləri tamdır. Dili ağız boşluğunda olub, tamdır. Boynu bədəninə mütənasibdir, az hərəkətli olub patoloji hərəkətlilik yoxdur. Döş qəfəsi silindirik formada olub, simmetrikdir. Əllə yoxlandıqda qabırğalar tamdırlar. Qarnı yumşaqdır, qabırğaların qövsü səviyyəsindən aşağıdadır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün formalaşmışdır. Anal dəlik örtülüdür, dəlikətrafı dəri təmizdir. Ətrafları bədəninə mütənasib olub, hər iki yuxarı ətraf dirsək oynağından bükülü vəziyyətdədir. Sol əl pəncəsi mil-bilək oynağından ayrılaraq sallanmış vəziyyətdədir. Sol əl daraq sümüklərində deformasiyalar qeyd olunur. Əllə yoxlandıqda ətrafların qalan sümükləri tamdırlar. Kürək, çanaq və fəqərə sütunu sümükləri əlləndikdə tamdırlar. Xəsarətlər: Sol əl pəncəsi kömürləşənə kimi yanmış, mil-bilək oynağından ayrılaraq sallanmış vəziyyətdədir. Sağ və sol əlin ovuc səthində yumşaq toxumaların defekti müşayiət olunan, kənarları qabarmış, qaramtıl rəngli, bərkvari konsistensiyalı yaralar vardır. Sol əlin ovuc səthində yara fonunda əl darağı və falanqa sümüklərinin natamam amputasiyası qeyd olunur. Sol bazunun yuxarı 1/3-dən sol saidin yuxarı 1/3-nə kimi davam edən 22x8sm, boynun arxa hissəsində 20x14sm, sağ bazunun yuxarı 1/3-nin arxa səthindən başlayaraq döş qəfəsi və qarnın sağ yan səthlərini əhatə edən 48x14sm, sağ budun yuxarı 1/3-dən dizaltı çuxura kimi davam edən 34x14sm, hər iki sağrı nahiyələrini əhatə edən 24x14sm, sol kürək nahiyəsində 14x8sm, qarın və döş qəfəsinin sol ön hissələrini əhatə edən 28x14sm dəri örtüyünün epidermis qatının soyulması ilə müşayiət olunan qırmızımtıl-qaramtıl rəngdə, bərkvari konsistensiyalı yaralar vardır. Meyitin xarici müayinəsi zamanı digər xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir. (cild 1, səhifə 16-20); Məhkəmə-tibbi ekspertizasının 14 aprel 2024-cü il tarixli, 14 nömrəli rəyindən görünür ki, 2010-cu il təvəllüdlü X14 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol saidin aşağı 1/3-nin arxa səthində, sağ əlin ovuc səthində, sağ dirsək oynağının arxa səthində, bel nahiyəsində, sağ sağrının yuxarı iç kvadratında və sağ saidin ön səthində yaralar, sağ əlin 2,3,4,5-ci barmaqlarının orta falanqalarında açıq, yerdəyişmiş sınıqlar yüksək gərginlikli elektrik cərəyanının təsirindən yaranmışdır, ölümlə nəticələnmiş, həyati xarakterlidir, törəmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilədi. X8 hadisə zamanı aldığı xəsarətlərdən sonra ürək-damar və baş beyində aşkar olunmuş geridönməz patoloji dəyişikliklər olduğuna görə hadisə anında hər-hansı bir məqsədyönlü hərəkətlər edə bilməzdi. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və güclü təsir edici maddələr aşkar edilməmişdir. Meyit əlamətlərinin inkişaf dərəcələrini, ilin fəslini və meyitin tapıldığı şəraiti nəzərə alsaq X4 ölümünün müddəti onun meyitinin müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir və ölümünə səbəb texniki elektrikvurma (elektrik cərəyanı ilə zədələnmə) olmuşdur. (cild 1, səhifə 190-195); Məhkəmə-tibbi ekspertizasının 14 aprel 2024-cü il tarixli, 15 nömrəli rəyindən görünür ki, 2010-cu il təvəllüdlü X7 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol əl pəncəsinin mil-bilək oynağından ayrılaraq sallanması, sağ və sol əlin ovuc səthində yumşaq toxumaların defekti ilə müşayiət olunan yaralar, sol əlin ovuc səthində yara fonunda əl darağı və falanqa sümüklərinin natamam amputasiyası, sol bazunun yuxarı 1/3-dən sol saidin yuxarı 1/3-nə kimi davam edən yara, boynun arxa səthində, sağ bazunun yuxarı 1/3-nin arxa səthindən başlayaraq döş qəfəsi və qarnın sağ yan səthlərini əhatə edən yara, sol kürək nahiyəsində, qarın və döş qəfəsinin sol ön hissələrini əhatə edən yaralar yüksək gərginlikli elektrik cərəyanının təsirindən yaranmışdır, ölümlə nəticələnmiş, həyati xarakterlidir, törəmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilədi. X8 hadisə zamanı aldığı xəsarətlərdən sonra ürək-damar və baş beyində aşkar olunmuş geridönməz patoloji dəyişikliklər olduğuna görə hadisə anında hər-hansı bir məqsədyönlü hərəkətlər edə bilməzdi. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və güclü təsir edici maddələr aşkar edilməmişdir. Meyit əlamətlərinin inkişaf dərəcələrini, ilin fəslini və meyitin tapıldığı şəraiti nəzərə alsaq X1 ölümünün müddəti onun meyitinin müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir və ölümünə səbəb texniki elektrikvurma (elektrik cərəyanı ilə zədələnmə) olmuşdur. (cild 1, səhifə 196-201); Məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizasının 13 iyun 2024cü il tarixli, 3-16-16/2-10/3850 nömrəli rəyindən görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb-liseyin ərazisində yerləşən yardımçı tikili ilə üzərindən keçən 10 kV-luq “Vİİ Şəhər” hava elekterik veriliş xətti arasında olan məsafənin mövcud qaydaların tələblərinə uyğun (3 metrdən az olmamalıdır) saxlanılmaması baş vermiş hadisəsinin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.3 bəndinin, “Rayon elektrik şəbəkəsinin rəisi”nin vəzifə təlimatının 39, 43 bəndlərinin, “Rayon elektrik şəbəkəsinin baş mühəndisi”nin vəzifə təlimatının 6, 16, 23 bəndinin tələbləri pozulmuşdur. “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə əsasən gərginliyi 1 kV-dan yuxarı olan hava elektrik verilişi xətlərindən yerin səthinə qədər olan məsafə 7 metrdən, tikililərə qədər şaquli məsafə isə 3 metrdən az olmamalıdır. İş materiallarında olan məlumatlardan görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən N. Şirinov adına 5 saylı texniki texniki təmayüllü məktəb-liseyin ərazisində yerləşən yardımçı tikili üzərindən keçən 10 kV-luq "Vİİ Şəhər" hava elektrik verilişi xəttindən yerin səthinə qədər olan məsafə 5.2 metr, xətlə tikili arasında olan məsafədə hadisə ərəfəsində 70 sm təşkil edilmişdir. Belə olan halda, "Aran" X22 və Satışı X26nin balansında olan 110/35/10 kV-luq "Vİİ Şəhər" hava elektrik verilişinin normal vəziyyətdə enerjidən istifadə edilməsi üçün tikili ilə hava veriliş xətti arasında olan məsafənin mövcud qaydaların tələblərinə uyğunlaşdırılması təmin edilmədiyinə görə, vəzifə təlimatlarının yuxarıda göstərilən bəndlərinin və "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 2.5.14.3 bəndinin tələbləri "Aran" X22 və Satışı X26nin rəisi və baş mühəndisi tərəfindən pozulmuşdur. (cild 1, səhifə 209-213); Təkrar Məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizasının 12 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5385 nömrəli rəyindən görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəbliseyin ərazisində yerləşən yardımçı tikili ilə üzərindən keçən 10 kV-luq “Vİİ Şəhər” hava elekterik veriliş xətti arasında olan məsafənin mövcud qaydaların tələblərinə uyğun (3 metrdən az olmamalıdır) saxlanılmaması baş vermiş hadisəsinin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması Qaydasının 2.5.14.3 bəndinin, “Rayon elektrik şəbəkəsinin rəisi”nin vəzifə təlimatının 39, 43 bəndlərinin, “Rayon elektrik şəbəkəsinin baş mühəndisi”nin vəzifə təlimatının 6, 16, 23 bəndlərinin, “Rayon elektrik şəbəkəsinin mühəndisi"nin vəzifə təlimatının 6, 15, 21 bəndlərinin, “Rayon elektrik şəbəkəsinin aparıcı mühəndisi”nin vəzifə təlimatının 6, 16, 23 bəndlərinin, "Rayon elektrik şəbəkəsinin ustan”nın vəzifə təlimatının 6, 15, 18, 20 bəndlərinin və “Rayon elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsinin elektrik montyoru"nun vəzifə təlimatının 4, 10, 11 bəndlərinin tələbləri pozulmuşdur. “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə əsasən gərginliyi 1 kV-dan yuxarı olan hava elektrik verilişi xətlərindən yerin səthinə qədər olan məsafə 7 metrdən, tikililərə qədər şaquli məsafə isə 3 metrdən az olmamalıdır. İş materiallarında olan məlumatlardan görünür ki, İmişli şəhəri, T.İsmayılov küçəsi 4 ünvanında yerləşən N. Şirinov adına 5 saylı texniki texniki təmayüllü məktəbliseyin ərazisində yerləşən yardımçı tikili üzərindən keçən 10 kV-luq "Vİİ Şəhər" hava elektrik verilişi xəttindən yerin səthinə qədər olan məsafə 5.2 metr, xətlə tikili arasında olan məsafədə hadisə ərəfəsində 70 sm təşkil edilmişdir. Belə olan halda, "Aran" X22 və Satışı X26nin balansında olan 110/35/10 kV-luq "Vİİ Şəhər" hava elektrik verilişinin normal vəziyyətdə enerjidən istifadə edilməsi üçün tikili ilə hava veriliş xətti arasında olan məsafənin mövcud qaydaların tələblərinə uyğunlaşdırılması təmin edilmədiyinə görə, vəzifə təlimatlarının yuxarıda göstərilən bəndlərinin və "Elektrik qurğularının quraşdırılması Qaydası"nın 2.5.14.3 bəndinin tələbləri "Aran" X22 və Satışı İdarəsinin X26nin rəisi, baş mühəndisi, mühəndisi, aparıcı mühəndisi, ustası və elektrik montyoru tərəfindən pozulmuşdur. İstintaq tərəfindən yuxarıda göstərilən vəzifə təlimatlarının tələblərinə hüquqi qiymət verilməklə hansı şəxs(lər)in hava xəttində olan uyğunsuzluqları aradan qaldırılmasına texniki imkan və şəraitin olması, hansı şəxs(lər)in hərəkət və ya hərəkətsizliyinin hadisəsinn baş verməsini şərtləndirməsi, eləcə də hansı bəndlərin pozulması ilə zərərçəkmiş şəxslərin ölümü arasında səbəbli əlaqənin olub-olmamasına qiymət verilə bilər. Hadisənin bilavasitə texniki səbəbinin hava xəttinin qaydalarının tələblərinə uyğun quraşdırılmamasının olduğunu nəzərə alaraq, baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxs X27 və X12 tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. (cild 2, səhifə 32-38); Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X23 zərərçəkmiş şəxs X7 hüquqi varisi qismində tanınmışdır. (cild 1, səhifə 69); Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X28 zərərçəkmiş şəxs X14 hüquqi varisi qismində tanınmışdır. (cild 1, səhifə 78); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 2, səhifə 43-44); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 2, səhifə 85-86); İmişli şəhəri, N.Şirinov adına 5 saylı texniki fənlər təmayüllü məktəb liseyin direktoru Şahid2 xx.xx.2019-cu il tarixli 13 nömrəli məktubundan görünür ki, məktəbin həyətindən keçən yüksək gərginlikli elektrik xəttinin şagird və müəllimlərin təhlükəsizliyi baxımdan yerinin dəyişdirilməsi üçün Aran X22 və Satışı İdarəsinə müraciət edilmiş, lakin heç bir tədbir görülməmişdir. (cild 1, səhifə 106); Aran X22 və Satışı İdarəsi X26nin xx.xx.2024-cü il tarixli 10/968 nömrəli məktubundan görünür ki, hadisədən sonra, yəni xx.xx.2024-cü il tarixdə X26 tərəfindən 110/35/10 kV-luq “İmişli” yarımstansiyasından çıxan 10 kV-luq “7-ci Şəhər” hava elektrik xəttinin məktəbin həyətindən keçən hissəsindəki açıq naqillər SİP-3 1x95 tipli kabellə əvəz edilmişdir. (cild 2, səhifə 92); İmişli RİHB-nın Muradallı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 2, səhifə 94); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, özünün və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini (CM-59.1.1), zərərçəkmiş şəxsin hüquqi varisi X24 ilə barışıq əldə etməsini (CM-59.1.12), sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını, cinayət nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi X18 dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-59.1.13), əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM- 59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini tədqiq edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1ci maddəsinin tətbiq edilməsi barədə dövlət ittihamçısının təklifinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Məhkəmə hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 314.3-cü maddəsinin sanksiyasında birbaşa qeyd edilmədiyindən, həmçinin sonuncunun törətmiş olduğu cinayətin vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə nəticəsində deyil, səhlənkarlıq nəticəsində baş verməsi nəzərə alınaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci (müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə) tətbiq edilməməlidir. Məhkəmə ekspertiza xərclər ilə bağlı məsələni tədqiq edərək hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 12 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-82/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-82/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver