Məhkəmə qərarları › İş №1(036)-83/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-83/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-83/2024 20.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, İmişli şəhəri, R.Əliyev küçəsi, 11 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 6,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, yerini dəyişdirərək daşıyıb üzərində saxlamış və 26 iyul 2024-ci il tarixdə saat 19-50 radələrində, İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı İmişli şəhəri, H.Aslanov küçəsində saxlanılaraq İmişli şəhəri, Heydər Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 20:15 radələrində üzərində aparılan şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda saxladığı 6,95 qram çəkidə, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtiadi istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. İbtiadi istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, o, İmişli şəhəri, R.Əliyev küçəsi 11 saylı evdə qeydiyyatda olmaqla atası X8, anası X5, qardaşı X9 və onun ailə üzvüləri ilə birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Bildirir ki, o, 26 iyul 2024-cü il tarixdə saat təxminən 19-45 radələrində İmişli şəhərininin içərisindən keçən su kanalının kənarı ilə çayxanaya gedərkən ayağının altında kibrit qutusu qalmış, kibrit qutusu əzilmədiyi üçün əyilib götürmüş, içərisinə açıb baxdıqda içərisində nəşə olmasını görmüş və kibrit qutusunu içərisində olan nəşə ilə birlikdə şalvarının sağ yan cibinə qoyub saxlamışdır ki, istifadə edər. Lakin, o, piyada kanalın kənarı ilə H.Aslanov küçəsi ilə hərəkətdə olarkən üç nəfər polis əməkdaşları mülki geyimdə ona yaxınlaşmış, o həmin şəxslərin polis olmalarını bildiyi üçün onları tanımışdır. Polis əməkdaşları onu H.Aslanov küçəsində saxlamış, üzərinə şəxsi axtarış və baxış keçirəcəklərini, üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını demişlər. O, görmüşdür ki, artıq polis əməkdaşları üzərində yerdən bir qədər əvvəl tapmış olduğu narkotik vasitənin olmasını bilirlər və məsuliyyətdən yayınmaq üçün üzərində qanunsuz olaraq heçnə olmadığını demişdir. Lakin, üzdən tanıdığı üç nəfər mülki geyimdə olan şəxslərdən Şahid2 ona üzərinə şəxsi axtarış aprarılması ilə bağlı polis şöbəsinə onlarla birlikdə getməyi dəvət etmiş, o, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə qara rəngli “Hyundai” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə polis şöbəsinə gəlmişdir. Avtomobili isə sonradan adını bildiyi Qəhrəman adlı polis əməkdaşı idarə edirmiş. O, avtomobilin arxa oturacağında əyləşmiş, solunda Şahid1, sağında Əlləddin Miriyev, qabaq oturacaqda isə Şahid2 əyləşmişdir. O, polis əməkdaşları ilə şöbəyə gəlmiş, sonra xidməti otaqların birində sonradan adını bildiyi X7, ona şübhəli şəxs qismində tutulduğunu bildirib hüquq və vəzifələrimi izah etmişdir. Öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün təqdim olunmuş siyahıdan müdafiəçi Məmməd Sülemanovu dəvət etmişlər. Müdaifəçinin iştirakı ilə üzərinə şəxs axtarış və baxış keçirilməyə başlanmışdı. X2 üzərində nə kimi qanunsuz əyşa varsa çıxarıb təqdim etəməyini istəmişdir və o, əynində olan göy rəngli şalvarımın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, Kamran Əhmədov onun şalvarının sağ yan cibindən çıxan kibrit qutusunda olan nəşəni elektron tərəzidə çəkmiş və çəkisi 10 qram olmasını görmüş, bundan sonra həmin kibrit qutusunu və içərisində olan nəşə zərfin içərisinə qoyulmuş, üzərinə polis şöbəsinin 179 nömrəli möhürü yapışdırılmış, zərfin üzərinə o, özü və baxışda iştirak edənlər imza edib təsdiq etmişlər. Bundan sonra bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılar arasında oxunmuş və düzgün tərtib olunduğu üçün imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 3-4 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. İbtiadi istintaq zamanı özü ifadə vermişdir, heç bir kənar təsir olmamışdır. Həmin narkotik vasitə olan marixuananı kanalın qırağı ilə gedərkən özü tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Elbrus oğlu ifadəsində göstərmişdir ki, rəsmi olaraq İmişli rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs İmişli şəhər sakini kimi tanıyır. Onunla arasında hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə məxfi mənbəədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş və bu barədə şöbə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat istintaq qrupunun tərkibinə o, Şahid1, Şahid3 və Kamran Əhmədovdan ibarət tərkibdə qurupa daxil edilmişlər. 11 iyul 2024-cü il tarixdə saat 19-45 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Əliyev prospektindən yolu keçib H.Aslanov küçəsi istiqamətdə kanalın kənarı ilə hərəkət etməsini görmüş və bundan sonra H.Əliyev küçəsindən H.Aslanov küçəsinə keçmiş, Təqsirləndirilən şəxs saat 19-50 radələrində yaxınlaşıb özülərini təqdim etmiş, sonra ona üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatının olmasını, üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün olduğu yerdə şərait olmadığına görə onlarla polis şöbəsinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşmış və Qəhrəman Tağıyevin idarə etdiyi “Hyundayi” markalı avtomobilə o, qabaq oturacaqda, arxa oturacaqda Qaraşın solunda Şahid1, sağında isə Şahid3 əyləşdib birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra material üzrə qərar qəbul edilməsi üçün tərəfindən toplanmış material şöbə rəhbərliyinə məruzə olunmuş, bundan sonra Təqsirləndirilən şəxs yanında Şahid3 və Şahid1 dayanmışdı. Daha sonra toplanmış material üzrə qərar qəbul edilməsi üçün təhqiqat bölməsinin təhqiqatçısı Kamran Əhmədova həvalə olunmuş və onun xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün ona şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs hüquqları İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən müdafiə olunması üçün dəvət edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdı.Videoçəkiliş isə Araz Muradov tərəfindən aparılırdı. X14 Əbilova üzərində nə kimi qanunsuz əşya və ya narkotik vasitə varsa çıxarıb təqdim etməsini bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy çins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusu çıxarıb masa üzərinə qoymuş və həmin kibrit qutusu açılmış, içərisində spesfik iyə məxsus, yaşıl rəngli, ilk görünüşündən qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, aşkar olunmuş narkotik vasitəni o, yol gedərkən yerdən tapmışdır. Aşkar olunmuş, kibrit qutusunda olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi kibrit qutusu qarışıq 10 qram olması müəyyən olunmuş və kibrit qutusu içərisində olan qurudulmuş mrixuanaya bənzər spesfik iyə məxsus yaşıl kütlə zərfin içərisinə ekspertizaya göndərilməsi üçün qoyulmuş, qablaşdırılmış, zərfin üzərinə iştirakçılar tərəfindən və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özü və müdafiəçisi imza edib təsdiq etmişlər. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar arasında ucadan oxunmuş, düzgün tərtib olunduğu üçün imzalarla təsdiq edilmişdi. Ekspertiza tədqiqatından sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş yaşıl rəngli spesfik iyə məxsus kütlə qurudulmuş marixana olması və çəkisi 6,95 qram olması müəyyən edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş iş üzrə şahidlər Şahid3 və Şahid1 Şahid2 Elbrus oğlunun ifadəsinə uyğun anoloji ifadələr vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, rəsmi olaraq hazırda İmişli rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs İmişli şəhər sakini kimi onun barəsində şöbənin cinayət axtarış bölməsinin əməkdaşı Şahid2 məxfi mənbəədən daxil olmuş əməliyyat məlumatından sonra tanımışdır. Daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirir və narkotik vasitə istifadəçisidir. Həmin məlumatı yoxlamaq məqsədi ilə İlahəddin tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuş və bu barədə şöbə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat istintaq qrupunun tərkibinə Şahid2, Şahid1, Şahid3 və Kamran Əhmədovdan ibarət qurup yaradılmışdı. Lakin, narkotiklərlə mübarizə qurupunun avtomobilində nasazlıq yarandığından həmin tədbirə o, təhkim olunmuş qara rəngli Hyundai markalı xidməti avtomobillə yollanmışlar. 11 iyul 2024-cü il tarixdə saat 19-45 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri H.Əliyev prospektində yolu H.Aslanov küçəsi istiqamətdə keçməsini və İmişli şəhərin mərkəzi istiqamətində piyada tək halda kanalın kənarı ilə hərəkət etməsini görmüşlər və bundan sonra H.Əliyev küçəsindən H.Aslanov küçəsinə keçib həmin küçədə Şahid2, Şahid3 və Şahid1 Qaraşın qarşısına çıxmışlar. Təqsirləndirilən şəxs saat 19-50 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və onların “Hyundayi” markalı idarə etdiyi avtomobilə tərəf gəlmələrini görmüş, daha sonra Şahid2 qabaq oturacaqda, arxa oturacaqda Qaraşın solunda Şahid1, sağında isə Şahid3 əyləşib birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra İlahəddin Aabbaslı tərəfindən toplanmış material üzrə qərar qəbul edilməsi üçün şöbə rəhbərliyinə məruzə edərkən Təqsirləndirilən şəxs yanında Şahid1la Şahid3 dayanmışdır. Daha sonra toplanmış material üzrə qərar qəbul edilməsi üçün təhqiqat bölməsinin təhqiqatçısı Kamran Əhmədova həvalə olunmuş və araşdırma aparılımşdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlaması faktına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə İmişli RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:14 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 26 iyul 2024-cü il tarixli protokolun surətindən görünür ki, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, eləcə də silah və döyüş sursatı, həmçinin qanunla qadağan olunmuş əşya və predmetlər vardırsa onları könüllü olaraq təqdim etsin. O, isə üzərində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda olan marixunaya bənzər kütləni çıxararaq stolun üzərinə qoydu. Kibrit qutusunda olan marixuanaya bənzər kütlə tərəzi vasiəsi ilə çəkilərək, çəkisinin 10 qram olduğu müəyyən olundu. Bundan sonra şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar edilmədi. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilmişdir (i.v. 21-22); bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 26 iyul 2024cü il tarixli protokoldan görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 26 iyul 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-18/701 nömrəli 27 iyul 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: «..Təqsirləndirilən şəxs üzərindən..» sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,95 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 34-35); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 39); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 iyul 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51-52); qətimkan tədbirinin seçilməsi haqqında 28 iyul 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 62-63); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx.xx.2024-cü il tarixli 465 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir (i.v. 73-74); İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(036)-107/2024 saylı qərarından görünür ki, İmişli Rayon Polis Şöbəsinin “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasından imtina edilmiş və müraciət geri qaytarılmış (i.v. 81-82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 83-84); maddi sübut kimi tanınma haqqında 04 oktyabr 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 6,93 qram qurudulmuş marixuana iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir (i.v. 93-94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X11 xx.xx.2024-cü il tarixli 5661 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 98-99); İmişli rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (i.v. 102); Sübutların qiymətləndirilməsi haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmış, qərarın təsviri hisəssində göstərilənlərə əsasən 04 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən 26 iyul 2024-cü il tarixdə götürülmüş -6,95 qram çəkidə, tədqiqata istifadə olunduqdan sonra qalıq çəkisi 6,93 qram olan qurudulmuş marixuana iş üzrə maddi subut qismində tannmmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi subutların saxlancı otağına təhvil verilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni tutlduğu gün piyada İmişli şəhəri H.Aslanov küçəsi ilə hərəkətdə olarkən yerdən tapdığını göstərməsini nəzərə alıb mənbə ilə əlaqədar ayrıca icraata material ayırılsın və apraşdırma aparılması təmin edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəylər olduğundan məhkəmə-bioloji ekspertiza üzrə 27 iyul 2024-cü il tarixli 18/701 nömrəli və məhkəmə-narkoloji ekspertiza üzrə 21 iyun 2024-cü il tarixli 4302A, məhkəmə tibbi ekspertizası üzrə 29 iyul 204-cü il taixli 465 nömrəli ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş və qərarın təsviri hissəsində göstərilənlərə əsasən məhəkəmə bioloji ekspertizasının 27 iyul 2024-cü il tarixli 18/701 saylı rəyi əsası götürülmüş və ittihamın məzmununa daxil edilməsi nəzərə alınmışdır (i.v. 103-108); Məhkəmə iclasında bir ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda olan marixunaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109 və 109.1-ci qrafasına əsasən təmiz çəkisi 6,95 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 26 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X6 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 6,95 qram olan, tədqiqatdan sonra qalıq qalmış 6.93 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli şəhəri, R.Əliyev küçəsi, ev 11 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdən 28 iyul 2024-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, R.Əliyev küçəsi, ev 11 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X6 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 6,95 qram olan, tədqiqatdan sonra qalıq qalmış 6.93 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 5 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar