Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-84/2022 21.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx xxx 1988-ci il tarixdə İmişli rayonunun Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, “NortWest” şirkətində fəhlə işləyən, İmişli rayonunun Aranlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, bаrəsində bаşqа yеrə gеtməmək barədə iltizаm qətimkаn tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx.xx.2014-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-2329/2014 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(036)-543/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 8035,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, hal-hazırda rəsmi nikahda olduğu X1 və iki azyaşlı uşaqları ilə birlikdə İmişli rayonunun Aranlı kəndində yaşayır, O, Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən qapı-pəncərə sexində usta işləyərkən tanış olmuş və 2010-cu ilin yaz ayından etibarən faktiki nikaha daxil olaraq birlikdə yaşamağa başlamışlar. Zərərçəkmiş şəxs ilə olan faktiki nikahdan xx.xx.2011-ci il tarixdə Xədicə adlı övladı doğulmuşdur. İlk vaxtlar Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan aralarında olan əsassız söz-söhbətlərə görə münasibətləri korlanmış və ayrı yaşamağa başlamışlar. O, Zərərçəkmiş şəxs ayrıldıqdan sonra sonuncu aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə ondan xx.xx.2014-cü il tarixdə başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Xədicə Kəmərovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun qeydiyyatda olduğu yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, borcunu uzun müddət keçməsinə baxmayaraq tam ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılmışdır. Bundan əlavə icra məmuru tərəfindən ona qətnamənin icra olunması barədə dəfələrlə xəbərdarlıq olunmaqla məsuliyyəti izah edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbs edildikdən sonra ona yenidən könüllü müddət təyin olunaraq cinayət məsuliyyətinə cəlb olunacağı izah edilməklə xəbərdarlıq edilsə də Zərərçəkmiş şəxs olan aliment borcunu ödəməmiş və nəticədə xx.xx.2022-ci il tarixədək onun sonuncuya 8035,00 manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs olan 8035,00 manat aliment borcundan ümumilikdə 635,00 manat ödəniş etmiş və hal-hazırda 7400,00 manat borcu qalmışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2010-cu ildə yaşadığı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanı ilə üzbə-üz yerləşən qapı-pəncərə sexində usta kimi işləyəndən tanımış və sonradan münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxslə 2010-cu ilin yaz aylarından etibarən faktiki nikaha daxil olaraq birlikdə yaşamağa başlamış və faktiki nikahlarından xx.xx.2011-ci il tarixdə Xədicə adlı övladı dünyaya gəlmişdir. Əvvəllər Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olsa da, sonradan aralarında olan əsassız sözsöhbətlərə görə münasibətləri korlanmış və ayrı yaşamağa başlamışlar. O, Təqsirləndirilən şəxs ayrıldıqdan sonra övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə Təqsirləndirilən şəxs göndərilmiş, sonuncu aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılmışdır. Bundan əlavə icra məmuru tərəfindən Təqsirləndirilən şəxs qətnamənin icra olunması barədə dəfələrlə xəbərdarlıq olunmaqla məsuliyyəti izah edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək ona olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixə kimi yığılıb qalmış 8035,00 manat aliment borcunu ödəməmiş, övladı ilə maraqlanmamış, nə maddi nə mənəvi köməkliyi olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs 8035,00 manat aliment borcundan ona ümumilikdə 635,00 manat ödəmiş və 7400,00 manat borcu qalmışdır. Odur ki, qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsini, əks halda daha ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2329/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə xx.xx.2014-cü il tarixdən hesablanmaqla hər ay cəmi 103,00 manat sabit pul məbləğində aliment alınıb verilməlidir. İmişli Rayon İcra və Probasiya şöbəsində xx.xx.2014-cü il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclunun tələbin yönəldilə biləcəyi əmlakı və rəsmi gəlirləri aşkar edilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə İmişli Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, lakin o, icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yenidən xəbərdarlıq göndərilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək tələbkara ödəməli olduğu 9785,00 manat aliment pulunu tam ödəməmiş və 8035,00 manat borcu qalmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdi. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş bаşqа yеrə gеtməmək barədə iltizаm qətimkаn tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsə alınsın. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-84/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-84/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver