Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-84/2024 19.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Saat:10:55 Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı,, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - X2 iştirakları ilə, xx.xx.1972-ci ildə İmişli rayonu, Ağcüyür kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, İmişli rayonu, Ağcüyür kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı İmişli rayonu, Bəcirəvan ərazi dairəsi üzrə Ağcüyür kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan 12 (on iki) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 10 avqust 2024-cü il tarixdə tarixdə saat 15:13 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı İmişli rayonu, Bəcirəvan ərazi dairəsi üzrə Ağcüyür kəndində yerləşən fərdi yaşayış evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan 12 (on iki) ədəd, yəni xeyli miqdarda yaş vəziyyətdə, ümumi çəkisi 6000,0qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, o, uzun ilərdir narkotik vasitə olan çətənədən istifadə edir. El arasında çətənə «nəşə» kimi tanınır. İstifadə etdiyi çətənin toxumu onda olduğundan o, həmin toxumlardan bir neçəsini yaşadığı evin həyətyanı sahəsində, bir ədədini isə dibçəkdə əkmişdir. Yetişməkdə olan çətənə bitkilərini yaşadığı evin arxa və yan hissəsində yerləşən həyətyanı sahədə bu ilin aprel aynın əvvələrində əkmiş və əkdiyi çətənə bitkisi toxumlarından 12 ədəd kol bitmişdir. Həmin kollara özü qulluq edib diblərini boşaltmış, mal peyini və gün aşırı su vermişdir ki, kollar yetişsin. Kollar yetişməkdə olarkən polis əməkdaşları həmin kolları aşkar etmişlər. Belə ki, polis əməkdaşları onun yaşadığı ünvana gəlib həyətinə baxış keçirmək istədiklərini demişlər. Daha sonra polis əməkdaşları ondan həyətində narkotik vasitə olan çətənə bitkiləri əkib əkmədiyini soruşmuş, o, isə heç bir çətənə bitkisi əkmədiyini demişdir. Bu zaman polis əməkdaşları ona həyətinə baxış keçirmək istədiklərini demişlər, o isə baxış keçirilməsinə heç bir etiraz etməmişdir və birlikdə çətənə bitki kollarını əkdiyi evin yan və arxa hisəssində yerləşən həyətyanı bağ sahəsinə getmişlər. Videoçəkilişlə əkdiyi 12 ədəd çətənə bitki kolları əkdiyi yerdən çıxarılmış və polis əməkdaşları tərəfindən ekspertizaya göndərilməsi üçün polietilen torbaya qablaşdırılaraq götürülmüşdü. Əkdiyi çətənə bitkilərinə nə heç kəs kömək etməmiş, nə də ailə üzvüləri çətənə bitkisinin nə olmasnı bilməmişlər. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid, İmişli RPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, İmişli rayon Ağcyür kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla aralarında hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu Ağcüyür kəndində yerləşən yaşayış evinin həyəytanı sahəsində qanusuz olaraq çətənə kannabis bitkilərini əkib kultivasiya etməklə yetişdirməsi barədə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 10 avqust 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirilərinin keçirilməsi barədə qərar qəbul etmiş və şöbə rəhbərliyinə məruzə etdikdən sonra şöbə rəhəbrliyini göstərişinə əsasən əməliyyat istintaq qrupu yaradılmışdır. Həmin əməliyyat istintaq qurupun tərkibinə o, Şahid2, Şahid3 və Calal Azadov daxil edilmişlər. Təqsirləndirilən şəxs yaşadığı evinin həyət qapısının qarşısında çöldə daynmış və Təqsirləndirilən şəxs yaşadığı evdən çağırmış, Təqsirləndirilən şəxs evindən çıxıb küçəyə olduqları yerə gəlmişdir. Təqsirləndirilən şəxs onların yanına gəlmiş və sonuncuya evin həyətyanı sahəsində qanunsuz olaraq çətənə kannabis bitkiləri əkib becərməsi ilə bağlı məlumat daxil olduğunu, həmin məlumatı yoxlamaq üçün yaşadığı evə və həyətyanı bağ sahəsinə baxış keçiriləcəyini izah etmişdir. Lakin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində hər hansı bir narkotik tərkibli bitki əkmədiyini bildirmişdir. Həmin vaxtı aqronom X4 da gəlmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyini təkrarən izah etmiş və Təqsirləndirilən şəxs həyətyanı sahəyə baxış keçirilməsi ilə bağlı etirazı olmadığını bildirərək razılıq ərizəsi yazmışdır. Bundan sonra həmin gün saat 15-13 radələrində rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonun Ağcüyür kəndində yerləşən evinin həyətyanı sahəsinə onun öz razılıq ərizəsi əsasında baxış keçirilməsinə başlanmışdır və yaşayış evinin arxa və yan hisəssində kultivasiya üsulu ilə əkilib becərilməsi qadağan olunmuş spesfik iyə məxsus, 12 (on iki) ədəd ilk görünüşdən çətənə bitki kollarına bənzər kollar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş, əkilib becərilməsi qadağan olunan narkotik tərkibli çətənə bitki kollarına bənzər 12 (on iki) ədəd kolun narkotik vasitə olub-olmasını, çəkisini, tərkibinin müəyyən etmək məqsədi ilə polietilen sintetik torbaya qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün İmişli RPŞ-nin 179 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra aşkar olunmuş narkotik tərkibli bitkilərin götürülməsi ilə bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılar arasında ucadan oxunmuş və düzgün tərtib olunduğu üçün baxışda iştirak edən şəxslər və Təqsirləndirilən şəxs özü protokolun düzgünlüyünü təsdiq etmişdir. Daha sonra toplanmış material üzrə alınmış ekspertiza rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən 12 (on iki) ədəd yaş vəziyətdə ümumi çəkisi 6000,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Təqsirləndirilən şəxs sorğu zamanı isə həmin çətənə bitkilərini özü istifadə etmək məqsədi ilə cari ilin aprel ayında istifadə etdiyi narkotik vasitənin özündə olan toxumlarından əkdiyini və ona bu işdə heç kimin kömək etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 Gülhüsyen oğlunun elan olunmuş ıifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yaşayış sahəsinə baxış keçirilməsi haqqında 10 avqust 2024-ci il tarixli protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonun Ağcüyür kəndində yerləşən evinin həyətyanı sahəsindən 12 (on iki) ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. (iş vərəq 9-11); İmişli rayon Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin 10 avqust 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar edilmiş narkotik tərkibli bitki olan 12 (on iki) ədəd çətənə (kannabis) koluna aqro-texniki qaydada qulluq edilmiş yəni, dibi boşaldılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. (iş vərəq 12); Məhkəmə-bioloji ekspertizasının 11 avqust 2024-cü il tarixli, 18/732 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ağ kağızda «.. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki bağdan...» sözləri yazılmış və imzalar olan sintetik torbada cəmi 12 ədəd yaş vəziyyətdə ümumi çəkisi -6000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi - 6000,0 qram, cəmi tədqiqata sərf edildi - 0,6 qram, qalıq 5999,4 qram. (iş vərəq 32-35); Məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2024-cü il tarixli 5663 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəq 95-98); Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə saat 16:15də şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəq 22-23); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. (iş vərəq 49-50); Qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında 11 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. (iş vərəq 58-59); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 19 avqust 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair məlumat yoxdur. (iş vərəq 75); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran (CM-nin 61-ci maddəsində göstərilən) hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdən 11 avqust 2024-cü il tarixədək həbsdə saxlandığı 1 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5999,4 qram olan 12 (on iki) ədəd çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olaraq 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 8 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili X3 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-84/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-84/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver