Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-88/2024 24.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X6, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X8, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X5, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2004-cü ildə Əfqanıstan İslam Respublikası Kabul şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Əfqanıstan Respublikası Kabul şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə, xx.xx.2005-ci ildə Əfqanıstan İslam Respublikası Kabul şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Əfqanıstan Respublikası Kabul şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə, xx.xx.2006-cı ildə Əfqanıstan İslam Respublikası Kabul şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, Əfqanıstan Respublikası Kabul şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirimələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasında işləmək məqsədi ilə 27 avqust 2024-cü il tarixdə saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin İmişli rayonu Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən 23-cü sərhəd zastavasının 17-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına qanuni yolla X1, həmyerliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1h oğlunun yanına gəlmişdir. X1, Təqsirləndirilən şəxs3 və Vəkili X10 İslam Respublikasında yaşayıb işləyirmiş. O, onların yanına gəlib birlikdə orada işləmək istədiyini dedikdə, onlar ona burada artıq işləməyin mümkün olmadığını, Azərbaycan Respublikasına getmək istədiklərini bildirmişlər. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə X1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1h oğlu ilə birlikdə İran İslam Respublikasından Araz çayın kənarına gəlmiş, Araz çayını keçən zaman X1 üzə bilməməsi səbəbindən çayın axarı istiqamətində su axınına düşmüş və təxminən 100-150 metrdən sonra gözdən itmiş, onlar isə Araz çayını keçərək Azərbaycan Respublikasına doğru hərəkət etmiş, bir qədər getdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışlar. Sonda o, törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılığını bildirərək ona yüngül cəza təyin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, 1 il əvvəl İran İslam Respublikasına qanuni yolla gömrükdən keçərək getmiş və orada işləmişdir. İran İslam Respublikasında işləmək çox çətin olduğundan həmyerliləri ilə birlikdə işləmək məqsədi ilə Azərbaycan Respublikasına qaçaq yolla gəlmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Abdurahman oğlu, X4 və Təqsirləndirilən şəxs3 oğlu ilə birlikdə İran İslam Respublikasından Araz çayın kənarına gəlmiş, Araz çayını keçən zaman X4 üzə bilməməsi səbəbindən çayın axarı istiqamətində su axınına düşmüş və təxminən 100-150 metrdən sonra gözdən itmiş, onlar isə Araz çayını keçərək Azərbaycan Respublikasına doğru hərəkət etmiş, bir qədər getdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışlar. Sonda o, törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılığını bildirərək ona yüngül cəza təyin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, 10 il əvvəl İran İslam Respublikasına qanuni yolla, gömrükdən keçərək getmiş və orada işləmişdir. İran İslam Respublikasında işləmək çox çətin olduğundan həmyerliləri ilə birlikdə işləmək məqsədi ilə Azərbaycan Respublikasına qaçaq yolla gəlmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Abdurahman oğlu, X4 və Təqsirləndirilən şəxs3 oğlu ilə birlikdə İran İslam Respublikasından Araz çayın kənarına gəlmiş, Araz çayını keçən zaman X4 üzə bilməməsi səbəbindən çayın axarı istiqamətində su axınına düşmüş və təxminən 100-150 metrdən sonra gözdən itmiş, onlar isə Araz çayını keçərək Azərbaycan Respublikasına doğru hərəkət etmiş, bir qədər getdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışlar. Sonda o, törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılığını bildirərək ona yüngül cəza təyin ediməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təqsirli olması onların etirafedici ifadələri, şahidlərin ifadələri, habelə iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 23-cü sərhəd zastavasının rəisi Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:00-dan 23:00-dək 17-1/1-2-ci sahələrə təyin olunmuş “GD/SG” sərhəd naryadı başçısı baş çavuş Şahid3 və sərhəd naryadı üzvü əsgər X9 17-ci sahədə hərəkət edərkən qamışlıq ərazidən səs gəlməsini eşitmişlər və maskalanaraq həmin istiqamətdə müşahidəni gücləndirmişlər. Bu zaman İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 nəfər şəxsin Azərbaycan Respublikası istiqamətində hərəkətini müşahidə etmişlər. Sərhəd naryadı təlimatın tələblərinə uyğun olaraq saat 18:10 radələrində 63/1 nömrəli sərhəd nişanından 50 metr sağa, dövlət sərhəd xəttindən 3600 metr arxada, MTÇ-dən 7 metr içəridə həmin 3 nəfər şəxsi saxlamışlar. Dərhal bu barədə sərhəd zastavasına rabitə vasitəsi ilə məlumat vermişlər. Sərhəd zastavası “Silaha” komandasına qaldıraraq həmin istiqamət hərəkət etmiş, sərhəd pozucularının saxlanılması zamanı silahdan istifadə olunmamışdır. İlkin araşdırma zamanı həmin şəxslər özlərini Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 kimi təqdim etmişlər. Hər üç nəfərin üzərilərində 1 ədəd qara çanta içərisində yemək və şirniyyat və bir nəfərin üzərində 1 ədəd mobil telefon aşkar edilmişdir. Sərhəd pozucuları saxlanılan zaman tabesizlik göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 23-cı sərhəd zastavasının baş çavuşu Şahid3 və əsgər X9 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; 27 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış yeri N nömrəli hərbi hissənin İmişli rayonu Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən 23-cü sərhəd zastavasının 17-ci sahəsidir. Müqabil tərəfdə İran İslam Respublikasının Parsabad rayonu yerləşir, oraya qədər olan məsafə təxminən 3000-3500 metr təşkil edir. Azərbaycan Respublikası istiqamətində İmişli rayonunun Bəhramtəpə qəsəbəsi yerləşir, oraya qədər olan məsafə 1500-2000 metr təşkil edir. Baxış zamanı sərhəd pozucuları xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində dövlət sərhədini qanunsuz olaraq keçdikləri ərazini əlləri ilə göstərərək ətraflı təsvir edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına işləmək məqsədi ilə keçdiklərini bildirir. 27 avqus 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin tarixdə inzibati qaydada tutulmuşlar, barələrində inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərarlara əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərarlara əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddə ilə ittiham elan edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)-459/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)-460/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)-458/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, onların özünün və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə düzgün tövsif edilmiş və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onlar təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin sanksiyası çərçivəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barələrində seçilmiş həbs qəyimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarndan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 27 avqus 2024-cü il tarixdə inzibati qaydada tutulsalar da barələrində inzibati tənbeh tədbiri tətbiq edilməmiş, sonradan cinayət məsuliyyətinə cəlb edilərək xx.xx.2024-cü il tarixli qərarla şübhəli şəxs qismində tutulmuşlar. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətinin əvvəli onların azadlıq hüquqlarının faktiki məhdudlaşdırıldığı tarixdən, yəni 27 avqus 2024-cü il tarixdən hesablanmalıdır. İş materialları və işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın şamil olunmasını istisna edən hallar müəyyən edilmədi. Buna görə də məhkəmə Azərbaycan Respublikası CM-nin 52.1 və 58.3-cü maddələrinə əsasən hesab edir ki, təyin olunacaq əsas cəza növünü, yəni azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməli və Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra onların hazırkı hökmlə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilənədək Azərbaycan Respublikasına gəlmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli blinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli blinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli blinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-88/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-88/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver