Məhkəmə qərarları › İş №1(036)-89/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-89/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-89/2022 28.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə İmişli rayonunun Xubyarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Çaxırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, 21 dekabr 1990-cı il tarixdə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Çaxırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxx 1980-ci il tarixdə İmişli rayonunun Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Çaxırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 baldızı Təqsirləndirilən şəxs3 və baldızının əri Təqsirləndirilən şəxs1 15 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində, bir qrup şəxs halında, mərhum əri X2 qəsdən öldürdüyünə görə İmişli rayon prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham olunaraq, barəsində İmişli rayon məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş X3 atası Zərərçəkmiş şəxs1 Qardaşxan oğlu və anası Zərərçəkmiş şəxs2 yaşadıqları İmişli rayonunun Çaxırlı kəndindəki fərdi yaşayış evinə tərəf getdiklərini görüb, hər-hansı qanuni əsaslar olmadan onların kənddən köçüb getmələrini tələb edərək səs-küy salıb ictimai qaydanı pozmuş, qışqıra-qışqıra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 söyüb, onları öldürəcəklərini deyərək zor tətbiq etməklə hədələmiş, hər biri əllərindəki daşları onlara tərəf atmağa başlamış, bu zaman Zərərçəkmiş şəxs1 daş parçalarından qorunmaq üçün həyətin darvazasını açaraq arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə əvvəlcə həyətlərinə, sonra isə evə daxil olaraq qapını bağlamalarına baxmayaraq, onlar darvazanı açıb həyətə daxil olaraq qanunsuz hərəkətlərini davam etdirib, ictimai qayda pozuntusuna görə ətrafda toplaşan insanların yanında digərlərindən fərqləndiklərini nümayiş etdirmək məqsədilə özlərini cəmiyyətin fövqündə qoyaraq, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgə əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, küçədən topladıqları daşlardan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin darvazasına və evinə qəsdən müxtəlif ölçülü çoxsaylı daşlar ataraq darvazanın çöl tərəfinin boya örtüyünü zədələmiş, evin iki otağının pəncərəsini, evin mətbəxində olan 50 litrlik “Ariston” su qızdırıcını, “Şivaki” markalı, 108 dioqanal televizoru sındıraraq, ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 1000 (min) manat məbləğində maddi zərər vurmuş, habelə sonuncularda və səs-küyə ətrafda toplaşan insanlarda qorxu və həyəcan hissləri yaradaraq, bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 18 sentyabr 2021-ci il tarixdə əri Cabir qohumları Azad Mürsəlov tərəfindən qətlə yetirilmiş və bu səbəbdən həmin ailə ilə aralarında düşmənçilik yaranmışdır. 15 oktyabr 2021-ci il tarixdə saat 17:30-da Cabirin yas mərasimi ərəfəsində Azadın atası Adil və anası Xumarın kənddən çıxıb getmələrinə etiraz etmək məqsədilə o, üç azyaşlı övladı ilə ağlaya-ağlaya onların evinə getmişdir. Həmin vaxt onunla birlikdə baldızı Zülfiyyə və sonuncunun əri Polad da olmuşlar. Onların səsinə ətrafdakı kənd camaatı və yaxın qohumlar da Adilə etiraz etmək üçün onlara qoşulmuşlar. Onlar Adilin evinin darvazasının qarşısına toplaşmış və həmin vaxt onların əllərində daş və digər əşyalar olmamışdır. Onlar həmin vaxt əsəbi olduqlarından Adilin darvazasının qarşısında yerə tökülmüş daş parçalarını götürüb təxminən 15-20 dəqiqə ərzində sonuncunun evinə tərəf atmışlar. Onlardan başqa Adilin evinə daş atan olmamışdır. Sonra həmin yerə polis əməkdaşları gəlmiş və Adillə arvadı Xumarı avtomobillərinə mindirib aparmışlar. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 18 sentyabr 2021-ci il tarixdə qohumları Azad Mürsəlov tərəfindən qardaşı Cabir qətlə yetirilmiş və bu səbəbdən həmin ailə ilə aralarında düşmənçilik yaranmışdır. 15 oktyabr 2021-ci il tarixdə saat 17:30-da Cabirin yas mərasimi ərəfəsində Azadın atası Adil və anası Xumarın kənddən çıxıb getmələrinə etiraz etmək məqsədilə gəlinləri Aynur əri Poladla birlikdə üç azyaşlı övladı ilə ağlayaağlaya Adilin evinə getmişlər. Həmin vaxt o da onların yanında olmuşlar. Onların səsinə ətrafdakı kənd camaatı və yaxın qohumlar da Adilə etiraz etmək üçün onlara qoşulmuşlar. Onlar Adilin evinin darvazasının qarşısına toplaşmış və həmin vaxt onların əllərində daş və digər əşyalar olmamışdır. Onlar həmin vaxt əsəbi olduqlarından Adilin darvazasının qarşısında yerə tökülmüş daş parçalarını götürüb sonuncunun evinə tərəf atmışlar. Həmin vaxt ətrafda onlardan başqa 15-20 nəfər kənd camaatı olmuş və həmin insanlar onların daş atmalarına mane olmaq istəmişlər. O, Aynur və Poladdan başqa Adilin evinə daş atan olmamışdır. Sonra həmin yerə polis əməkdaşları gəlmiş və Adillə arvadı Xumarı avtomobillərinə mindirib aparmışlar. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 18 sentyabr 2021-ci il tarixdə qohumları Azad Mürsəlov tərəfindən qayını Cabir qətlə yetirilmiş və bu səbəbdən həmin ailə ilə aralarında düşmənçilik yaranmışdır. 15 oktyabr 2021-ci il tarixdə saat 17:30-da Cabirin yas mərasimi ərəfəsində Azadın atası Adil və anası Xumarın kənddən çıxıb getmələrinə etiraz etmək məqsədilə o, arvadı Zülfiyyə və qayını arvadı Aynurla birlikdə Adilin evinə getmişlər. Onların səsinə ətrafdakı kənd camaatı və yaxın qohumlar da Adilə etiraz etmək üçün onlara qoşulmuşlar. Onlar Adilin evinin darvazasının qarşısına toplaşmış və həmin vaxt onların əllərində daş və digər əşyalar olmamışdır. Onlar həmin vaxt əsəbi olduqlarından Adilin darvazasının qarşısında yerə tökülmüş daş parçalarını götürüb sonuncunun evinə tərəf atmışlar. Həmin vaxt ətrafda onlardan başqa 15-20 nəfər kənd camaatı olmuş və həmin insanlar onların daş atmalarına mane olmaq istəmişlər. O, Aynur və arvadı Zülfiyyədən başqa Adilin evinə daş atan olmamışdır. Sonra həmin yerə polis əməkdaşları gəlmiş və Adillə arvadı Xumarı avtomobillərinə mindirib aparmışlar. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri özlərinin etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Qardaşxan oğlu ifadəsində göstərdi ki, 18 sentyabr 2021-ci il tarixdə oğlu Azad Mürsəlov bacısı oğlu Cabir Vəliyevi qətlə yetirmiş və bu səbəbdən sonuncunun ailəsi ilə onların arasında düşmənçilik münasibəti yaranmışdır. 15 oktyabr 2021-ci il tarixdə iş yoldaşı Alişan Gözəlov özünə məxsus avtomobillə onu və həyat yoldaşı Xumarı bacısı Xuramangildən götürüb yaşadığı İmişli rayonunun Çaxırlı kəndində yerləşən evinə gətirirmiş. Evlərinə dönən zaman döngədə Naqil Vəliyevin bacısı qızı Şahid4 durduğunu görmüş və sonuncu onların avtomobilini görən kimi əlindəki mobil telefonla kiməsə zəng etmişdir. Onlar döngəni döndükdən sonra o, arxaya dönüb baxarkən arxada heç kimin olmadığını görmüşdür. Evə çatdıqdan sonra Alişan onları düşürdüb çıxıb getmişdir. Alişan getdikdən sonra saat 17:35-də o, evin darvazasının kilidini açıb həyətə daxil olmaq istəmiş, lakin darvazanın kilidini aça bilməmişdir. Bu zaman onlara dönən döngədən 25-30 nəfər qadın, kişi və gəncin qışqıra-qışqıra onları söyərək və öldürəcəkləri ilə hədələyərək əllərində böyük ölçüdə daş parçaları və sair əşyalarla onlara doğru qaçdığını görmüşdür. O, yenə kilidi açmağa çalışmış və bu vaxt kütlədəki insanlar onlara çatmağa 10-15 metr qalmış əllərindəki daşları onlara tərəf atmağa başlamışlar. O, çətinliklə kilidi açmış, yoldaşını və özünü darvazadan içəri salmışdır. Darvazadan içəri girdikdən sonra darvazanı arxadan kilidləyib daş yağışı altında evə daxil olub evin qapılarını içəridən bağlamışlar. O, saat 17:46-da mobil telefonu ilə AR DİN-nin 102 xidmətinə zəng etmişdir. Bu zaman hücum edənlərdən biri hasarın üzərində keçib darvazanı arxadan açmış və insan kütləsi əllərində daşla içəri daxil olmuşlar. Daxil olduqdan sonra evin mətbəxi və yemək otağının pəncərələrini daşlarla sındırıb darmadağın etmişlər. Sonra kütlədəki insanlar hərəkətlərini davam etdirib otaqları daşa basmışlar. O və yoldaşı pəncərədən kütləyə baxarkən onların arasında Naqilin gəlini Aygünü, qızı Zülfiyyəni, yeznəsi Poladı, qardaşı oğlu Amili, sonuncunun həyat yoldaşı Mayisəni, kənd sakinləri Samirəni, Qönçəni və digər kənd camaatını tanımışlar. Bir müddət sonra qonşusu Ağasəf Ağayev və polis əməkdaşları gəlib kütlənin qarşısını alıb onları evin həyətindən çıxartmışlar. Polis əməkdaşları onları avtomobillərinə mindirib həyətdən çıxararkən hətta polis avtomobillərinə də daş atılmışdır. Polis əməkdaşları onları İmişli rayonunun Məzrəli kəndində yaşayan qızı Baharın evinə aparmış və onlardan ərizə almışlar. Hücum vaxtı onun evinin iki otağının pəncərəsi, mətbəxdə olan 50 litrlik “Ariston” su qızdırıcısı, “Şivaki” markalı 108 dioqanallı televizor sınıdırılmış, evin darvazasının çöl tərəfinin boya örtüyü zədələnmiş, nəticədə onlara təxminən 1000 manat ziyan dəymiş və vurulmuş maddi ziyan tam ödənilmişdir. Odur ki, hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışmış və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X1 işin hallarına dair əri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Qardaşxan oğlunun ifadəsinə uyğun ifadə verərək hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışdığını və bu barədə məhkəməyə ərizə təqdim edərək onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 15 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində İmişli rayonunun Çaxırlı kəndində yerləşən özünə məxsus evdən çıxıb mərhum Cabirin 40 mərasiminə az vaxt qaldığından Naqilgilə gedirmiş. Həmin vaxt kənddəki futbol stadionunun yanından keçərkən kənd camaatının toplaşdığını görüb nə baş verdiyini soruşduqda ona mərhum Cabirin yoldaşı Aynurun Adilin evinə dava etməyə getdiyini demişlər. Adillə camaat arasında hər hansı bir hadisənin baş verməsindən və kiminsə xəsarət almasından qorxaraq, o da sonuncunun evinə tərəf getmişdir. Həmin yerə çatdıqda Aynurun əsəbi halda Adilin evini təxminən 15- 20 dəqiqə daşa basdığını görmüşdür. Sonra polis əməkdaşları gəlib onları sakitləşdirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 15 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində İmişli rayonunun Çaxırlı kəndində yaşadığı evin həyətində iş görərkən həyat yoldaşı Mayisə mərhum Cabirgildən gəlib ona Aynurun övladları ilə birlikdə Adilin evinə getdiyini demişdir. O, dərhal Mayisə ilə birlikdə Aynurun arxasınca getmiş və Adilin evinə çatdıqda Aynurun sonuncunun evini daşa basaraq evdən çıxıb getməsini tələb etdiyini görmüşdür. Sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onları sakitləşdirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid1 işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verdilər. İşdə olan məhkəmə-tibbi ekspertizanın 18 oktyabr 2021-ci il tarixli, 812 nömrəli rəyindən görünür ki, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilmədi. İşdə olan məhkəmə-tibbi ekspertizanın 18 oktyabr 2021-ci il tarixli, 813 nömrəli rəyindən görünür ki, 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilmədi. Beləliklə də, şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirli olmaları təsdiq edildi və onlar, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsləri səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət əməli törətməsini, zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 törətdiyi əməli könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs2 səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq cinayət əməli törətməsini, zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs3 törətdiyi əməli könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs3 səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət əməli törətməsini, zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi əməli könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs1 səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 qeydiyyatda olduğu yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar