Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-89/2024 28.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Xüsusi ittihamçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X5 şikayətini onunla əsaslandırmışdır ki, X3 iş adamı və İmişli Rayon Ağsaqqallar Şurasının sədri kimi onun fəaliyyətinə ləkə gətirən, onun cinayətkar olduğunu, oğurluq etdiyini qeyd edərək şər-böhtan xarakterli sözləri sosial şəbəkədə işlədərək şərəf və ləyaqətini alçaltmış, işgüzar və ictimai xadim kimi fəaliyyətlərinə kölgə salmaqla işgüzar nüfuzunu sarsıtmışdır. Belə ki, X3 “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Tofiqoğlu ilə www.Bandıcam.com sosial şəbəkəsində onu cinayətkar adlandırmış, oğurluq cinayəti törətməkdə günahlandırmış, işgüzar və İmişli Rayon Ağsaqqallar Şurasının sədri kimi ictimai fəaliyyətinə, şərəfinə və ləyaqətinə kölgə salmaqla ləkələyən şikayət yazaraq ona böhtan atmaqla və təhqir etməklə həmin cinayət əməllərini törətmişdir. Onun etmiş olduğu şikayətlər tam olaraq araşdırılmış və İmişli rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqinin 29 dekabr 2023-cü il tarixli qərarı ilə toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə X3 etdiyi müraciətlərdə mübahisələndirdiyi avtoyuma məntəqəsini onun maddi köməkliyi ilə açaraq istifadəyə vermiş, lakin ondan xəbərsiz həmin obyektə öz adına mülkiyyət hüququ almış, bunu bildiyi halda, Səxavət Kərimov bu məsələyə görə onu cinayətkar və oğru kimi barəsində sosial şəbəkə vasitəsi ilə məlumatlar yaymasını, barəsində korrupsioner deməsini adın vurulmuş ləkə hesab edir. Səxavət Kərimovun sosial şəbəkə vasitəsilə yaydığı məlumatlara görə o, ailə üzvləri və işlədiyi kollektiv yanında nüfuzdan düşmüşdür. X1 onun barəsində olan çıxışları birbaşa böhtan və təhqirdir. Ona görə də hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalı, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçatdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə və həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçının nümayəndəsi və vəkili X7 şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçının nümayəndəsini dinləyib, xüsusi ittiham qaydasında şikayət üzrə materialları tədqiq edərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin materiallarında olan xüsusi ittihamçının nümayəndəsi və vəkili X4 məhkəmə hazırlıq iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, xüsusi ittiham qaydasında şikayətin geri qaytarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçının nümayəndəsi və vəkili X4 xahişi xüsusi ittiham qaydasında şikayətdən imtina kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 №-li Qərarına əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-89/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-89/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver