Məhkəmə qərarları › İş №1(036)-9/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-9/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-9/2021 13.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Busat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1983-cü il tarixdə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Muradxanlı kəndində qeydiyyatda olan, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 07 yanvar 2020-ci il tarixdə saat 17 radələrində İmişli rayonunun Ağamalılar kəndi ərazisində yerləşən qayınatası X2 məxsus fermada olarkən, qohumu Şahid1 əlində ov bıçağı ilə həmin fermaya gələrək tanışı X3 qəsdən öldürdüyünü və sonuncuya məxsus **-DX-*** dövlət qeydiyyat nişanlı “QAZ-3110” markalı avtomobili hadisə yerinə yaxın ərazidə qamışlıq sahədə gizlətdiyini dedikdən sonra o, Şahid1 tərəfindən xüsusilə ağır cinayətin törədildiyini bilərək, həmin cinayətin izlərini və cinayətin törədildiyi vasitəni gizlətmək məqsədilə Zaur Əzizova məxsus avtomobili Kür çayına atmağı təklif etmiş, bundan sonra saat 21 radələrində Şahid1, tanışları Şahid2 və Şahid3 ilə birlikdə **-DX-*** dövlət qeydiyyat nişanlı “QAZ-3110” markalı avtomobilin gizlədildiyi yerə gələrək, birlikdə həmin avtomobili köməkləşib qamışlıq sahədən çıxarmış, daha sonra isə Şahid1 avtomobili idarə edib onunla birlikdə İmişli rayonunun Ağamalılar kəndi ərazisindən keçən Kür çayının yaxınlığına gələrək, avtomobilin çayda tez batması üçün orada avtomobilin pəncərələrini aşağı endirib sonuncu ilə birlikdə avtomobili Kür çayına atmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət olardı ki, İmişli rayonunun Məmmədli kəndindən 6-7 km Ağamalılar kəndi istiqamətində qayınatası X1 icarəsində olan fermada əkin əkməklə məşğul olurmuş. Xalası oğlu Şahid1 atası ona tapşırdığından sonuncu teztez onunla birlikdə fermaya gəlib ona kömək edirmiş. Elminin özü avtomobil mühərriki ustası olduğundan fermada ona məxsus su motorunu və qayınatasına aid “VAZ 2106” markalı avtomobilin mühərrikini düzəltmişdir. 06 yanvar 2020-ci il tarixdə saat 12 radələrində o, Bakı şəhərindən dostu Rüfətlə birlikdə İmişli rayonunun Əlipənahlı kəndinə qardaşı Vaqifin evinə getmək üçün yola düşmüşlər. Belə ki, Rüfət usta olduğundan onu fermaya qayınatasına məxsus “VAZ 2106” markalı avtomobili düzəltmək üçün gətirmiş və həmin gün saat 15 radələrində İmişli şəhərinə çatmışlar. İmişli şəhərində olarkən xalası oğlu Şahid1 və Şahid3 onların yanına gəlmiş və birlikdə Əlipənahlı kəndinə qardaşı Vaqifgilin evinə, oradan da Ağamalılar kəndi ərazisində yerləşən fermaya gedib həmin gecəni orada qalmışlar. Səhəri gün, yəni 07 yanvar 2020-ci il tarixdə səhər yuxudan oyandıqdan sonra o, Elmin və Rüfətlə birlikdə qayınatasına məxsus “VAZ-2106” markalı avtomobilin detallarını sökmüşlər. Saat 08 radələrində fermada olan çoban Eyvaz qardaşının rəhmətə getdiyini demiş və buna görə də o, Eyvazı Ağamalılar kəndinə ata evinə aparmış və təxminən iki saat sonra yenidən fermaya qayıtmışdır. Həmin vaxt avtomobili düzəltmək üçün bəzi detallar lazım olduğundan o, Elmini də götürüb həmin gün saat 11 radələrində idarə etdiyi avtomobillə İmişli şəhərinə yola düşmüşlər. Saat 11:30 radələrində yolda olarkən quşçuluq fermasına çatmağa az qalmış avtomobilinin yanacağı azaldığından Elmin dostu Alimə zəng vurub 1-2 litr dizel yanacağı gətirməsini xahiş etmişdir. Alim də avtomobilinin xarab olduğunu və yanacağı başqa avtomobillə gətirəcəyini demişdir. Həmin vaxt Elminin bikef olduğunu görüb ondan nə olduğunu soruşduqda, sonuncu Alimin bir adamın yanında olduğunu və həmin adamla onun münasibətinin yaxşı olmadığını demişdir. Buna görə də o, Elminə Alimə zəng vurub yanacaq lazım olmadığını deməsini bildirmiş və sonuncu yenidən Alimə zəng vurub yanacaq lazım olmadığını demişdir. O, avtomobili idarə edərkən qarşıdan qara rəngli, nömrəsini xatırlamadığı “Qaz-3110” markalı avtomobil gəlib yolu geriyə dönmüş, o, həmin vaxt avtomobilin sürətini azaltsa da saxlamamış və həmin avtomobilin kimə məxsus olduğunu Elmindən soruşduqda sonuncu avtomobilin Zaur adlı şəxsə məxsus olduğunu və Alimin sonuncu ilə gəldiyini demişdir. O, yanacağı az qaldığı üçün avtomobili saxlamamış və Qaralar kəndi dairəsində yerləşən yanacaq doldurma məntəqəsinə gəlib avtomobili orada saxlamışdır. Həmin vaxt Zaurun da idarə etdiyi “Qaz-3110” markalı avtomobil yanacaq doldurma məntəqəsinə girib kənarda dayanmışdır. Bu vaxt Elmin onun avtomobilindən düşüb həmin “”QAZ-3110” markalı avtomobilə minmiş və o, avtomobilə yanacaq vurarkən sonuncunun həmin avtomobillə getdiyini görmüşdür. Yolda olarkən Elmin ona zəng edib evə gedəcəyini bildirmişdir. Bundan sonra o, İmişli şəhərində avtomobilə aid işləri görüb Bakı şəhərinə gedən taksilərin dayandığı yerə gedərək avtomobilini yuduzdurmuşdur. O, avtomobil yuma yerində olarkən Elminin dostları Alim, Coşqun və İbiş adlı şəxslər ondan aralıda olan çayxanaya gəlmişlər. Coşqun və İbiş çayxanaya getmiş, Alim isə onun yanına gələrək onunla söhbət etməyə başlamışdır. O, Alimdən Elminin harada olduğunu soruşduqda sonuncu Zaurun idarə etdiyi avtomobillə onu yaşadığı evə düşürdüyünü və həmin vaxt Elminin də Zaurun avtomobilində olduğunu demişdir. Hətta küçədə olan qardaşı Coşqun Elmin və Zaurdan hara getdiklərini soruşduqda sonuncu Coşquna işlərinin olduğunu və yarım saata gələcəklərini bildirmişdir. O da fermaya getmək üçün Elminin istifadəsində olan mobil nömrəsinə zəng vursa da, sonuncu onun zənglərini söndürmüşdür. Buna görə də o, saat 13-14 radələrində Alimlə birlikdə öz avtomobilində İmişli şəhərini gəzib Elmini axtarsalar da tapa bilməmişlər. Bundan sonra o, Alimi gətirib avtomobil yuma məntəqəsinin yanında düşürmüş, özü isə tək fermaya qayıtmışdır. O, fermaya çatarkən Rüfət və Cavidin fermada işlədiklərini görmüşdür. Həmin vaxt Rüfət və Cavid ondan Elmini soruşsalar da o, sonuncunun İmişli şəhərində qaldığını və ona zəng etsə də, zəng çatmadığını demişdir. Bundan sonra onlar işlərinə davam etmişlər. Həmin gün saat 17 radələrində qayınatası Məhərrəm onun yanına gəlib Elminin fermanın yanındakı su nasosunun yanında dayandığını və onu çağırdığını demişdir. O, Elminin yanına getmiş və onun sol əlində böyük bir bıçaq, sağ əlində isə bükülmüş paltar olduğunu görmüşdür. Həmin vaxt Elminin əli də qanlı olmuşdur. O, Elminə yaxınlaşarkən sonuncunun rənginin ağarmış və həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşduqda, sonuncu adam öldürdüyünü demişdir. O, Elminə inanmamış və kimi öldürdüyünü soruşmuşdur. Elmin əvvəlcə ona heç nə deməsə də, sonradan “QAZ- 3110” markalı avtomobili sürən Zaur Əzizovu öldürdüyünü, lakin harada və nəyə görə öldürdüyünü deməmişdir. Elmindən bu barədə soruşduqda, sonuncu Zauru öldürdükdən sonra meyiti Ağamalılar tərəfdə kolluq sahəyə atdığını və polis şöbəsinə gedərək məlumat verəcəyini bildirmişdir. Sonra Elmindən avtomobili hara etdiyini soruşduqda, sonuncu avtomobili İmişli rayonunun Məmmədli kəndində bir yerə atdığını demişdir. O, Şahid3 zəng vuraraq su gətirməsini xahiş etmiş və sonuncu gətirib Elminə bir stəkan su vermişdir. Elmin suyu içdikdən sonra ondan bir az gözləməsini, Bakı şəhərinə getməməsini xahiş etmişdir. O, Elminə gözləyəcəyini demiş və sonuncu Kür çayının qırağı ilə çıxıb getmişdir. Elminin cinayəti barədə heç kimə heç nə deməmiş və fermanın giriş qapısının yanına gedib yandırdıqları tonqalın yanında oturmuşdur. Təxminən iki saat sonra Elmin fermaya qayıtmış və həmin vaxt onun əlində bıçaq olmamışdır. Elmin əlində olan bükülmüş paltarı isə tonqala atıb yandırmışdır. Həmin vaxt Rüfətlə Cavid evdə olduğundan Elminin paltarını tonqala atmasını görməmişlər. Elmin ona Zaura məxsus “QAZ-3110” markalı avtomobili qamışlıq sahədə gizlətdiyini demişdir. O, Elminə avtomobili orada qoymayaraq aparıb Kür çayına atmasını, oradan isə Bakı şəhərinə getmələrini bildirmişdir. Bundan sonra o, Cavidlə Rüfəti çağırmış və sonuncu ona məxsus “Ford Transit” markalı avtomobili idarə etmişdir. Onlar təxminən 2 km Məmmədli kəndi istiqamətində getmiş və o, qamışlıq sahədə “QAZ-3110” markalı avtomobili görmüşdür. Rüfət həmin avtomobildən təxminən 70 metr aralıda onun avtomobilini saxlamışdır. Sonra Elmin, Rüfət və Cavid avtomobilin yanına getmiş, o isə qabağa gedib dönüb qayıtmaq istəyərkən sonuncuya zəng edib avtomobili çıxarıb-çıxarmadıqlarını soruşduqda, Cavid avtomobilin batdığını və çıxara bilmədiklərini demişdir. O, geri qayıdıb avtomobili “QAZ-3110” markalı avtomobilin yanına gedən daş yolun üstündə saxlamış və avtomobildən düşüb piyada Elmingilin yanına getmişdir. O, avtomobili qamışlıq sahədə görəndən sonra Elminin Zauru öldürməsinə tam əmin olmuşdur. Elmin avtomobilə əyləşmiş, o, Rüfət və Cavidlə birlikdə “QAZ-3110” markalı avtomobili çəkərək bataqlıqdan çıxarmışlar. O, “QAZ-3110” markalı avtomobilin qabaq sərnişin yerində əyləşmiş və Elmin avtomobili geri döndərib Ağamalılar kəndi istiqamətində sürmüşdür. Həmin vaxt Rüfət və Cavid də “Ford Transit” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların arxasınca gəlmiş və fermaya dönən yolda saxlamışlar. Elmin avtomobilin işıqlarını yandırmadan Ağamalılar kəndi istiqamətində sürmüşdür. Hava qaranlıq olsa da, ayın işığı yolu işıqlandırırmış. O, Elminlə birlikdə Xəqani adlı şəxsin fermasının yaxınlığından keçib bəndin üstündən əvvəllər balıq tutduqları və malların su içdiyi yerə dönmüşlər. Elmin avtomobili Kür çayı sahilinə çatmağa az qalmış dik bir sahədə saxlamış və onlar avtomobildən düşmüşlər. Avtomobildən düşərkən o, qabaq sağ pəncərənin şüşəsini, Elmin isə avtomobilin digər şüşələrini aşağı endirmişdir. Avtomobilin şüşələrini aşağı endirməkdə məqsədləri avtomobilin çayda tez batması olmuşdur. Bundan sonra Elmin avtomobilə əyləşib Kür çayı istiqamətində irəli sürmüş və avtomobili çaya atmışdır. Avtomobil Kür çayına düşərkən Elmin avtomobildən yerə tullanmışdır. Bundan sonra onlar avtomobilin çayda batmasını görmüşlər. Həmin vaxt Elmin avtomobilin əvvəl çıxardığı nömrələrini də suya atmışdır. Rüfət və Cavid onların avtomobili Kür çayına atdıqlarını görməmişlər. Bundan sonra o, Elminlə piyada fermaya tərəf qayıtmış və bəndin üstündə gözləyən özünə məxsus avtomobilinə minmişlər. Sonra o, Elmin, Cavid və Rüfətlə birlikdə avtomobili birbaşa Bakı şəhərinə sürmüş və gecə saat 01-02 radələrində Bakı şəhərinə çatmışlar. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 07 yanvar 2020-ci il tarixdə saat 16 radələrində tanışı X4 İmişli rayonunun Ağamalılar kənd ərazisində yerləşən meşə sahəsində bıçaqla xəsarət yetirib üzərindən sonuncuya məxsus **-DX-*** dövlət qeydiyyat nişanlı, “QAZ-3110” markalı avtomobillə keçərək öldürdükdən sonra həmin avtomobili idarə edib İmişli rayonunun Məmmədli kəndi istiqamətində buruğun arxasında sağ tərəfdə olan bataqlığa salmışdır. Daha sonra piyada gedərkən Zaurun “İphone 5” markalı telefonunu bataqlığa atmış və Məhərrəm Qasımova məxsus fermaya getmişdir. Üstü qan olduğu üçün fermaya girmək istəməmiş və fermanın yaxınlığında su motorunun yanında oturub gözləmişdir. Fermanın çobanı orada olduğu və onu görməməsi üçün ferma tərəfə getməmişdir. Sonradan Məhərrəm heyvanı doğduğundan balasını aparmaq üçün su motoruna tərəf gəlmiş gəlmişdir. O, aralıdan Məhərrəmdən Niyazini çağırmasını xahiş etmişdir. Məhərrəm xeyli aralıda olduğu üçün onun üstündə qan olduğunu görməmişdir. Məhərrəm gedəndən təxminən beş dəqiqə sonra Niyazi gəlmiş və o, Zauru öldürdüyü bıçağı şalvarına keçirib Niyazidən su istəmişdir. Niyazi isə öz növbəsində Caviddən su gətirməsini xahiş etmiş və sonuncu onların yanlarına gəlməməsi üçün Niyazi ona tərəf gedib suyu ondan almışdır. O, Niyaziyə adam öldürdüyünü bildirmiş və sonuncu kimi və nəyə görə öldürdüyünü soruşsa da o, ona heç nə deməmişdir. Niyazi yalnız onun paltarında qan və şalvarına keçirdiyi bıçağı görmüşdür. O, Niyaziyə 1-2 saat işinin olduğunu deyib piyada Zauru öldürdüyü yerə qayıtmışdır. Niyazi ondan hara getdiyini soruşsa da o, heç nə deməmişdir. O, Zaurun meyitini atdığı kolluq sahəyə gedib qıraqdan meyitə baxmış və meyiti necə qoymuşdursa, meyit elə də qalmışdır. Sonra o, yenə Məhərrəmin fermasına tərəf piyada qayıdarkən bıçağı otlağa atmış və hava qaralanda qayıdıb fermaya çatmışdır. Həmin vaxt Niyazigil fermada qapıda olmuşlar. O, əynindəki ağ rəngli köynəyi və göy rəngli cins şalvarını fermanın darvazasının qarşısında olan ocağa atmışdır. Əynində yalnız altdan geyindiyi qalın qış paltarı qalmışdır. Qış paltarının üstündə qan olmamış və o, həyətdəki hamama girib çimmişdir. Fermada təmiz paltarı olmuş və həmin paltarları geyinmişdir. Sonra qara kurtkasını da həmin vaxt ocağa atmış və ocağın yanında 5-10 dəqiqə oturub paltarlar tam yanana qədər gözləmişdir. Bu vaxt Niyazi onun yanına gəlmiş və ondan kimi və nəyə görə öldürdüyünü soruşduqda o, ona söyüş söydüyünə görə adam öldürdüyünü demişdir. Niyazi ondan fikrini soruşarkən o, polis şöbəsinə gedib təslim olacağını desə də, sonradan fikrini dəyişmiş və sonuncudan onu Bakı şəhərinə qaldığı evə aparmağını xahiş etmişdir. Cavid Bakıda onunla birlikdə eyni evdə qalırmış. Rüfət isə hadisədən bir gün qabaq avtomobil düzəltmək üçün fermaya gəlmişdir. X6 çağırıb onlara onu Bakıya aparacağını demişdir. Onlar Niyazinin “Ford Transit” markalı avtomobilinə minmiş və avtomobili Rüfət idarə etmişdir. Yolda olarkən o, Niyaziyə avtomobili batırdığını, həmin yerdə saxlamasını, orada öldürdüyü adamın avtomobilini minib Allahmədətli kəndinə aparacağını demişdir. Bəndi düşərkən Rüfətdən avtomobili saxlamasını istəmiş, sonuncu avtomobili saxlamış və o, avtomobildən düşüb təxminən 100-150 metr araılda Zaurun avtomobilinı batırdığı yerə getmişdir. Həmin vaxt Niyazigil onu dal-qabaq getmək üçün daş yol adlanan yerdə gözləmişlər. Zaurun avtomobilinin açarı üstündə olmuş və o, avtomobili işə salsa da, avtomobil batdığı üçün getməmişdir. O, Niyazigili səsləyib çağırmış və Cavidlə Rüfət gəlmiş, lakin onların gücü çatmadığı üçün Niyazini də çağırmışlar. Niyazi gələndən sonra avtomobili çıxartmışlar. Bundan sonra o, Zaurun avtomobilinə oturmuş və Niyazi də onun yanında əyləşmişdir. Niyazi Rüfətgilə qayıdacaqlarını bildirib gözləmələrini demişdir. O, Allahmədətli kəndinə gedib avtomobili orada yulğunluqdan düzəltdiyi yerdə saxlamaq istəsə də, sonradan avtomobili Kür çayına atmağa qərar vermişdir. O, avtomobili idarə edib Niyazi ilə birlikdə Xəqani adlı şəxsin fermasının yanından keçib Ağamalılar kəndi ərazisində Kür çayı sahilinə gətirmiş, avtomobilin şüşələrini aşağı salmış və dövlət qeydiyyat nişanlarını çıxartmışdır. Niyazi avtomobili atdığı yerdə dikdə dayanmış, o isə avtomobili işə salıb sürətlər qutusunu ikinci pilləyə qoyub dik sahədən üzü aşağı buraxmış və özü də avtomobildən yerə tullanmışdır. Avtomobil Kür çayına düşərək batmışdır. Avtomobili Kür çayına atarkən Cavidlə Rüfət onların yanında olmamış və fermaya düşən yolda bəndin üstündə onları gözləmişlər. Niyazi ilə piyada Cavidgilin olduğu yerə gəlib “Ford Transit” markalı avtomobilə əyləşib Bakı şəhərinə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 07 yanvar 2020-ci il tarixdə səhər saatlarında İmişli rayonunun Ağamalılar kəndində bibisinin yoldaşına məxsus fermada Niyazi, Cavid və Elmin yuxudan oyanmış və əvvəlki gün razılaşdıqları kimi Cavidlə Elmin fermada olan “VAZ-2106” markalı avtomobili sökmüş, o isə avtomobili təmir etməyə başlamışdır. Həmin gün saat 10 radələrində Niyazi fermada olan çobanın qardaşı rəhmətə getdiyi üçün sonuncunu Ağamalılar kəndinə aparmış və təxminən bir saat sonra geri qayıtmışdır. O, avtomobili təmir edərkən bəzi ehtiyat hissələri çatmadığından günorta saatlarında X7 şəhərinə getmişlər. Həmin gün saat 16 radələrində Niyazi idarə etdiyi avtomobillə fermaya qayıtmış, lakin Elmin onun yanında olmamışdır. O, Elminin niyə gəlmədiyini soruşduqda Niyazi sonuncunun Alimlə birlikdə dostunun “QAZ- 3110” markalı avtomobilinə minib getdiklərini, Elminə zəng etsə də danışa bilmədiyini demiş və o, yenidən işini davam etdirmişdir. Həmin gün axşam hava qaralana yaxın Niyazi özünə məxsus “Altay” su motoruna detal almaq üçün Bakı şəhərinə gedib qayıdacağını deyib onunla birlikdə getməyi təklif etmiş və o da razılaşmışdır. Həmin vaxt Cavid də onlarla Bakı şəhərinə getmək istədiyini demiş və saat 19 radələrində o, Cavidlə birlikdə Niyazinin idarə etdiyi “Ford Transit” markalı avtomobillə fermadan çıxıb bəndin üstü ilə Məmmədli kəndi istiqamətində gedib sağa dönüb aşağı yola çıxmaq istəyərkən Elmini yolun kənarında görmüşlər. Niyazi ona Elminin dostları ilə ova gəldikdən sonra avtomobili batırdığını demiş və onlardan avtomobili çıxarmaqda köməklik etmələrini xahiş etmişdir. O, Cavidlə avtomobildən düşüb qara rəngli, “QAZ-3110” markalı avtomobilin yanına getmiş və oradan Niyaziyə zəng edib avtomobilin palçığa batdığını və onu çıxara bilməyəcəklərini demişdir. Bundan sonra Niyazi avtomobilin yanına gəlib Elminlə birlikdə avtomobili çıxarmışlar. Daha sonra Niyazi ona Cavidlə gedib bəndin üstündə gözləməsini, Elminlə birlikdə avtomobili aparıb ova gələnlərə təhvil vermələrini bildirmişdir. Buna görə də o, Niyazinin avtomobilini idarə edərək ferma istiqamətində gedib fermaya gedən yolda saxlamışdır. Elmin isə həmin avtomobili işə salmış, Niyazi onun avtomobilində əyləşmiş və onlar aşağı yolla Ağamalılar kəndi istiqamətində getmişlər. Həmin vaxt Elmin avtomobilin işığını yandırmamışdır. O, bəndin üstündə onları bir neçə dəqiqə gözlədikdən sonra Niyaziyə zəng edib harada qaldıqlarını soruşduqda, sonuncu ona çatmağa az qaldığını demişdir. Təxminən 5-6 dəqiqə sonra Niyazi və Elmin piyada onların yanına gəlmiş və o, onlardan niyə piyada gəldiklərini soruşduqda, Niyazi ona uşaqların yeyib içdiklərindən onları narahat etmədiklərini və piyada gəldiklərini bildirmişdir. Bundan sonra o, Cavid və Elmin Niyazinin idarə etdiyi avtomobilə əyləşmiş və onlar Kürdəmir yolu ilə Bakı şəhərinə yola düşmüşlər. Kürdəmir rayon ərazisində Niyazi ona Elminin adam bıçaqladığını demişdir. O, Niyaziyə inanmamış və Elmin də sonuncu ilə zarafat etdiyini demişdir. Niyazi isə Elminin paltarında qan izləri olduğuna görə ona inandığını bildirmişdir. Yolda gedərkən Niyazi Elminin ac olduğunu demiş və avtomobili yol kənarında mağazanın qarşısında saxlamış və o, avtomobildən düşərək mağazadan su, şirniyyat və siqaret alıb Elminə vermişdir. Həmin vaxt o, Elmindən hadisə barədə soruşduqda, sonuncu dostu ilə dalaşdığını və ona cəzalandırmaq üçün bir dəfə bıçaqla vurduğunu demişdir. Lakin həmin vaxt nə Niyazi, nə də Elmin ona adam ölməsi barədə heç nə deməmişlər. Həmin gün saat 23:30 radələrində onlar Bakı şəhərinə çatmış və Niyazi onu evinin yaxınlığında düşürtmüşdür. Səhəri gün, yəni 08 yanvar 2020-ci il tarixdə o, yuxudan oyanıb Niyaziyə zəng vurub İmişli rayonuna nə vaxt gedəcəyini soruşmuşdur. Niyazi isə ona işə düşdüyünü və sonradan ona zəng edəcəyini demişdir. O, həmin gün işlərini görmüş və 09 yanvar 2020-ci il tarixdə səhər saatlarında Niyazi onun yaşadığı evə gəlmiş və onu götürüb İmişli rayonunun Ağamalılar kəndində yerləşən fermaya getmişlər. Yolda olarkən o, Niyazidən Elmin barədə soruşmuş və Niyazi ona sonuncunun adam öldürdüyünü demişdir. Yol boyu Niyazidən Elminin kimi öldürdüyünü, meyiti nə etdiyini soruşduqda Niyazi ona öldürülən adam barəsində heç nə deməmiş, yalnız Elminin öldürdüyü adamın avtomobilinı Kür çayına atdıqlarını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 07 yanvar 2020-ci il tarixdə hava qaralanadək fermada işləmiş və sonra Rüfətlə birlikdə evdə çay içərkən Niyazi ona zəng edib bir stəkan su götürüb gölə su vuran motorun yanına, Kür çayı tərəfə gəlməsini demişdir. O da bir stəkan su götürüb Niyazinin dediyi yerə getmiş, ora çatmağa az qalmış sonuncu onun qarşısına gəlmiş və aralıdan Elminin də orada olduğunu görmüşdür. Niyazi suyu ondan alıb oradan getməsini və heç kimə heç nə deməməyi xahiş etmişdir. O, qayıdıb evə getmiş və təxminən 20 dəqiqə sonra çölə çıxdıqda Niyazinin avtomobilin yanında qaladıqları ocağın yanında olduğunu görüb yanına gedib nə baş verdiyini soruşmuşdur. Niyazi isə həyəcanlı halda ona Elminin adam öldürdüyünü, lakin ona inanmadığını demişdir. O da Niyazidən Elminin kimi öldürdüyünü soruşsa da, sonuncu ona heç nə deməmişdir. O, qayıdıb evə getmiş və bu barədə heç kimə heç nə deməmişdir. Həmin gün saat 20 radələrində o, yenə siqaret çəkmək üçün çölə çıxmış və Elminin Niyazi ilə söhbət etdiyini görmüşdür. Hadisə barədə bildiyindən Elmingilin yanına getməmiş və evə girmişdir. Təxminən 20 dəqiqə sonra Niyazi evə gəlmiş və bükülü paltarları götürüb çölə çıxmışdır. Bundan bir neçə dəqiqə sonra o, çölə çıxarkən Elminin hamamdan çıxdığını və avtomobilin yanına gedib tonqala qara rəngli bir kurtka atdığını görmüşdür. O da Elminin adam öldürdükdən sonra paltarı bulaşdığını və həmin paltarın izlərini gizlətdiyini fikirləşmişdir. Bundan sonra Niyazi Rüfəti də evdən çağırmış və Bakıya gedəcəklərini demişdir. Saat 21 radələrində o, Rüfət və Elmin Niyazinin idarə etdiyi avtomobilə əyləşib fermadan çıxmışlar. Fermadan bəndin üstünə çıxarkən Niyazi Elmini danlamış və niyə belə hərəkət etdiyini soruşduqda, sonuncu cavab verməmişdir. Həmin vaxt Elmin öldürdüyü adamın avtomobilin buruğun yanında qamışlıqda gizlədib batırdığını demiş və Niyazidən onu həmin avtomobilin yanında düşürməsini və avtomobili aparıb yandıracağını bildirmişdir. Niyazi isə avtomobili yandırmamağı, Kür çayına atmağı məsləhət görmüşdür. Onlar fermadan bəndin üstünə çıxıb sola dönüb Məmmədli kəndi istiqamətində gedərkən, Niyazi avtomobili buruğun yanına sürmüş və onlardan avtomobildən düşüb avtomobili çıxarmağa köməklik etməyi xahiş etmişdir. O, Rüfət və Elmin avtomobildən düşüb buruğun yanında olan “QAZ-3110” markalı avtomobilin yanına getmişlər. Elmin avtomobilə əyləşib mühərriki işə salmış, lakin avtomobil palçığa batdığından çıxara bilməmişlər. Bu vaxt Niyazi zəng vurub nə olduğunu soruşduqda onlar onu da həmin yerə çağırmışlar. Az sonra Niyazi də “QAZ-3110” markalı avtomobilin olduğu yerə gəlib avtomobili çıxartmaqda köməklik etmiş və birlikdə avtomobili palçıqdan çıxarmışlar. Avtomobil çıxardıqdan sonra Niyazi ona və Rüfətə avtomobillə gedib onu və Elmini fermaya gedən yolda gözləmələrini, sonuncu ilə birlikdə avtomobili Kür çayına atdıqdan sonra qayıdacaqlarını demişdir. O, Rüfətlə birlikdə Niyazinin avtomobilinin yanına getmiş və sonuncu avtomobili idarə edib fermaya tərəf bəndin üstü ilə getmişlər. Niyazi “QAZ-3110” markalı avtomobilə əyləşmiş və Elmin də həmin avtomobili idarə edərək aşağı yolla Ağamalılar kəndi istiqamətində getmişlər. Həmin vaxt Elmin avtomobilin işıqlarını da yandırmamışdır. Saat 21:32-də isə Niyazi onlara zəng vurub harada olduqlarını soruşmuş və o, ona bəndin yanında fermaya gedən yolda gözlədiklərini demişdir. Təxminən 40 dəqiqə sonra Elminlə Niyazi gəlmiş və onlar birlikdə Bakı şəhərinə getmişlər. İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 03 iyul 2020-ci il tarixli, 1229 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğun olmaqla baş verənləri qavramaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Situativllik, aktivlik, eqosentrizm, başqalarının hiss və həyəcanına qarşı biganəlik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa, yalan danışmağa meyllilik əlamətləri müəyyən edilmədi. Lakin xarakterik xüsusiyyətləri baş vermiş ağır cinayəti gizlətməsinə səbəb ola bilərdi. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməlləri törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixi-emosional gərginlik, güclü ruhi həyəcan vəziyyəti, fiziolji affket və s.) yaranmamışdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2020-ci il tarixli, 1748 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə də, şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Təqsirləndirilən şəxs ilk məhkumluğu, himayəsində iki azyaşlı uşağının olması, ailədə yeganə qazanc gətirən şəxs olması və yaşayış yerindən müsbət xasiyyətləndirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2020-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək həbsdə və ev qustaqlığında saxlandığı 1 (bir) il 5 (beş) ay 8 (səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar