Məhkəmə qərarları › İş №1(036)-9/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-9/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-9/2022 15.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs1 qızı, Zərərçəkmiş şəxs2 və Səfərova Elmira İdris qızının, müdafiəçi Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cüildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ACDİÜ AR Məhkəməsinin 28.11.2006-cı il tarixli hökmü ilə AR CM-nin 126.3¸221.2.1; 66.3-cü maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06.06.2014-cü il tarixli hökmü ilə AR CM-nın 327-2.1; 67.1-ci maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, İmişli şəhəri, S.Qazıyeva küçəsi ev 5-də yaşayan və barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nın 134, 157.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu ondan ötrü məhkəməyə verilmişdir ki, o, 27 iyul 2021-ci il tarixdə, saat 23 radələrində arvadı Zərərçəkmiş şəxs2 ona xəyanət etməsindən şübhələnərək, alkoqol sərxoşluğu vəziyyətində tiyəsinin uzunluğu 125 mm olmaqla, ümumi uzunluğu 245 mm olan, dəstəyi qara rəngli bir ədəd bıçaq götürüb sonuncunun müvəqqəti yaşadığı İmişli şəhəri, Meliorator qəsəbəsi, bina 2, mənzil 16 ünvanına gələrək, mənzilin giriş qapısını döyüb Zərərçəkmiş şəxs2 qapını açmasını tələb etmiş, lakin həmin evdə yaşayan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X5 və Zərərçəkmiş şəxs4 qapını açmayacaqlarını deyərək, ondan çıxıb getməsini tələb etdikdə, o, əsaslı səbəb olmadan ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, təhqiredici əxlaqsız ifadələr işlədib, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyət normalarına qarşı saymamazlıq hərəkətləri edərək, özünü cəmiyyətin fövqündə qoymaqla qərəzli hərəkətlər edərək yumruq və təpik zərbələri ilə evin qapısının kilidini sındıraraq özgənin əmlakını məhv edib 5 (beş) manat maddi ziyan vuraraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzilə orada yaşayanların iradəsi ziddinə qanunsuz daxil olmuş, qanunsuz hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Elmira Səfərovadan qonaq otağına keçmələrini tələb etdikdən sonra Zərərçəkmiş şəxs2 nə üçün ona xəyanət etdiyini soruşarkən, sonuncu onu sevmədiyini və ondan ayrılacağını bildirən zaman o, Zərərçəkmiş şəxs2 ünvanına yüksək səslə təhqiredici ifadələr işlədərək, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə sillə ilə bir neçə dəfə Zərərçəkmiş şəxs2 üz nahiyəsindən vurmuş, sağ əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 üzərində gedərək onu öldürəcəyi ilə hədələmiş, bu zaman evdə olan Zərərçəkmiş şəxs1 ondan qanunsuz hərəkətlərini dayandırmağı tələb edərkən, Zərərçəkmiş şəxs2 imkan tapıb otaqdan çıxaraq evin giriş qapısına tərəf qaçdığını görüb, Zərərçəkmiş şəxs2 arxasınca qaçaraq mənzilin giriş qapısının önündə, binanın pilləkənləri tərəfdə yenidən qanunsuz hərəkətlərini davam etdirərək yüksək səslə nalayiq ifadələr işlədib zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 saçından tutub onu mənzilə tərəf sürüyərək, ona sol budun orta 1/3-nin ön səthində qançır, sol saidin yuxarı 1/3-nin arxa səthində sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir; Bundan başqa o, 07 avqust 2021-ci il tarixdə saat 23 radələrində İmişli şəhəri, A.Şadlinski küçəsində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında, ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, təhqiredici əxlaqsız ifadələr işlədib, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyət normalarına qarşı saymamazlıq hərəkətləri edərək, özünü cəmiyyətin fövqündə qoymaqla arvadı Zərərçəkmiş şəxs2 ünvanına nalayiq təhqiredici ifadələr işlədərkən, sonuncunun anası Zərərçəkmiş şəxs1 ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirərək onu sakitləşdirmək üçün ona yaxınlaşdıqda, o, hadisənin baş verdiyi yerdə olan 50 sm. uzunluqda belin sapını götürərək sağ əlində tutub ondan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ona sol baldırın orta 1/3-nin bayır səthində qançırdan ibarət sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, daha sonra isə silah qismində istifadə etdiyi həmin taxta parçası ilə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs1 müqavimət göstərərək, taxta parçası ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ona sol budun orta 1/3-nin bayır səthində qançırdan ibarət sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməklə, təkrar xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 134 və 157.1 -ci maddələri ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilmiş, lakin CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Səfərova Aynurə İdris qızı ilə 2018-ci ildə evlənmiş, birgə nikahdan Adışirin və Adəm adında iki uşaqları olmuş və Aynurənin yeznəsi Ədalət Məmmədovla ona xəyanət etməsi səbəbindən münasibətləri pozulduğundan 2021-ci ilin iyul ayında faktiki surətdə ayrılaraq boşanma haqqında iddia qaldırmışdır. Zərərçəkmiş şəxs2 ayrıldıqdan sonra anası Zərərçəkmiş şəxs1 məxsus olan İmişli şəhəri, Melarator qəsəbəsi, bina 2, mənzil 16-da yaşamağa başlamış və əxlaqsızlıqla məşğul olmaqda davam etmişdir. Aynurənin hərəkətləri barəsində rayonda yayılan söhbətlərdən bezdiyi üçün tez-tez spritli içki qəbul etməyə başlamış, 27 iyul 2021-ci il tarixdə saat 23-00 radələrində təximən 330 qram spirtli içki qəbul etdikdən sonra mətbəxdən məişətdə istifadə olunan dəstəyi qara rəngli bıçaq götürüb Aynurəni qorxudaraq hərəkətlərindən daşındırmaq məqsədilə onun yaşadığı evə getmiş və qapını döyərək Aynurədən qapını açmasını tələb etmişdir. Həmin vaxt Aynurədən başqa onun anası Zərərçəkmiş şəxs1, bacıları, Elmira Səfərova və Zərərçəkmiş şəxs4 da evdə olmuş, onun səsini eşidərək çıxıb getməsini tələb etmişlər. O isə spirtli içkinin təsiri altında onları təhqir edib qapını açmalarını və açmayacaqları təqdirdə qapını qıracağını bildirərək bir neçə dəfə qapıya yumruq və təpik zərbələri vuraraq qapını sındırıb içəri daxil olmuşdur. Mənzilə girdikdən sonra o, Aynurənin saçından sol əli ilə tutaraq onu yataq otağına aparmış və nəyə görə Ədalət Məmmədovla ona xəyanət etdiyini soruşmuşdur. Aynurə onu sevmədiyini və Ədalət Məmmədovla yaşamaq istədiyini bildirdikdə o, Aynurəni söyərək sillə ilə bir neçə dəfə onun sifət nahiyəsindən vurmuşdur. Elmira, Tünzalə və Qızpəri ondan dəfələrlə mübahisəyə son qoymağı tələb etsələr də, onları yaxına gələcəkləri halda ya özünü, ya da, Aynurəni öldürəcəyəni deməklə qorxutmuşdur. Həmin vaxt Aynurə otaqdan çıxaraq mənzilin giriş qapısına tərəf qaçmış, o da Aynurənin arxasınca gedərək pilləkənlər tərəfdə onun saçından tutub ucadan söyə-söyə mənzilə tərəf sürüməyə başlamış, lakin Aynurə onun əlindən çıxaraq qaçmışdır. Bundan sonra o, otaqlardan birinə keçib əlindəki bıçaqla bir neçə dəfə özünə xəsarət yetirmiş, lakin həmin zərbələrdən ciddi xəsarət almamışdır. Təxminən 10 dəqiqə keçəndən sonra mənzilə İmişli rayon polis şöbəsinin əməkdaşları gəlmiş və onu polis şöbəsinə aparmışlar; 07 avqust 2021-ci il tarixdə, o, yaşadəğı evdə təxminən 350 qram spirtli içki qəbul etmiş və saat 23-00 radələrində Zərərçəkmiş şəxs1 evinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 evində polis sahə rəisi olmuş və o, içəri daxil olaraq Aynurəyə onunla birgə yaşadıqları evə getməsini təklif etmişdir. Aynurə onunla getmək istəmədiyini bildirdikdə qolundan tutaraq onu çölə çıxartmış və mübahisə edə-edə A.Şadlinski küçəsi istiqamətində təxminən 300-350 metr aparmışdır. Gedərkən binanın qarşısında tanımadığı bir qadının onu arxadan 50-55 sm uzunluqda çubuqla (uşaq çarpayısının kənarlarına bənd edilən fabrik üsulu ilə hazırlanmış insan barmağı qalınlığında taxta parçası ) vurmaq istədiyini görərək çubuğu ondan alıb əlində tutmuşdur. "Şəhidlər Xiyabanı"nın qarşısığından keçən yolda dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksini saxladaraq Aynurədən həmin nəqliyyat vasitəsinə minməsini tələb etmiş, lakin Aynurə onunla getməyəcəyini bildirərək avtomobilə minmədiyindən o, əlindəki çubuqla bir dəfə Aynurənin ayaq nahiyəsindən vurmuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, əlindəki çubuğu kənara ataraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, əməlindən peşman olmuş, hadisədən sonra Səfərova Tünzalə İdris qızı ilə faktiki surətdə evlənərək onunla birlikdə uşaqlarının qayğısını çəkmiş və zərərçəkmiş şəxslərlə barışmaq üçün səylər göstərmişdir. Övladlarının ata qayğısından məhrum olmalarını istəmir və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Təqsirləndirilən şəxs ilə ilə evlənmiş, birgə nikahdan Adışirin və Adəm adında iki uşaqları olmuş və İlkinin mütəmadi olaraq spirtli içki qəbul edərək tez-tez onunla münaqişə etməsi səbəbindən münasibətləri pozulduğundan 2021-ci ilin iyul ayında faktiki surətdə ayrılaraq anası Zərərçəkmiş şəxs1 yaşadığı İmişli şəhəri, Melarator qəsəbəsi, bina 2, mənzil 16-ya köçmüşdür. 27 iyul 2021-ci il tarixdə, saat 23-00 radələrində evdə yatarkən qapının döyüldüyünü eşidib yataqdan qalxaraq qapı tərəfə getmiş və səsindən qapını döyən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilərək qapını açmayacağını demişdir. Təqsirləndirilən şəxs qapıya bir neçə dəfə yumruqla vuraraq qapını açmağını tələb etmiş, o isə təkrarən qapını açmayacağını bildirmişdir. Həmin vaxt anası Zərərçəkmiş şəxs1, bacıları, Zərərçəkmiş şəxs4 və Elmira Səfərova da evdə olmuş və İlkindən çıxıb getməsini tələb etmişlər. Bundan sonra İlkin nalayiq ifadələr işlədərək qapıya yumruq və təpik zərbələri endirməyə başlamış və bir neçə zərbədən sonra qapının kilidini qıraraq içəri daxil olmuşdur. İlkin sağ əlində dəstəyi qara rəngli bıçaq tutaraq onu yataq otağına aparmş və saçından yapışıb stulda əyləşdirərək ondan nə üçün ayrıldığını soruşmuşdur. Ona hərəkətlərindən bezdiyini və artıq onunla yaşaya bilmədiyini dedikdə İlkin əsəbləşərək onu təhqir edə-edə üzünə bir neçə dəfə sillə ilə və sol ayağına bir neçə dəfə təpiklə zərbə endirmiş, sonra üzərinə gələrək əlindəki bıçaqla onu öldürəcəyi ilə hədələməyə başlamışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və X7 sakitləşdirmək istədikdə İlkin onu öldürəcəyini bildirərək onlardan yaxın gəlməmələrini tələb etmiş, Elmira İlkinin sərxoş olmasından istifadə edərək digər otağa keçib istifadəsində olan mobil telefonla çəkiliş edərək Təqsirləndirilən şəxs onu vuraraq ölümlə hədələməsinin videoörüntülərini qeydə almışdır. İlkin bir neçə dəfə yumruq və təpik zərbələri ilə ona xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs1 tərəf gedərək onunla mübahisə etməyə başlamış, o da fürsətdən istifadə edərək otaqdan çıxıb evin giriş qapısına tərəf qaçmışdır. Təqsirləndirilən şəxs onun arxasınca qaçaraq binanın pilləkənləri tərəfdə saçından tutub söyə-söyə mənzilə tərəf sürüməyə başlamış, o, İlkinin sərxoş olmasından istifadə edərək onun əlindən çıxıb qaça bilmiş və İmişli rayon polis şöbəsinə gedərək baş verənlər barədə məlumat vermişdir; 07 avqust 2021-ci ildə saat 23-00 radələrində evdə olarkən qapı döyülmş, həmin vaxt onlarla profilaktik söhbət aparmağa gəlmiş polis əməkdaşı qapını açmış və İlkin içəri daxil olaraq ondan öz evlərinə getməsini tələb etmişdir. Ona getmək istəmədiyini bildirdikdə İlkin onun qolundan tutaraq həyətə çıxarmış və piyada mübahisə edə-edə A.Şadlinski küçəsi istiqamətində aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 qışqıraraq qonşulardan kömək istəmiş və təxminən 300-350 metr gedəndən sonra arxalarınca adamların gəlməsini görmüşdür. "Şəhidlər Xiyabanı"nın qarşısığından keçən yola çatanda İlkin taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsini saxladaraq ondan həmin nəqliyyat vasitəsinə minməsini tələb etmiş və onun getmək istəmədiyini görərək təxminən 50 sm uzunluqda olan bel sapını yerdən götürərək onun bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 onu kənara çəkmək istəyərkən İlkin əlindəki dəyənəklə onun da ayaq nahiyəsindən vuraraq xəsarət yetirmiş və taxta parçasını kənara atmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və İlkini polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, Melarator qəsəbəsi, bina 2, mənzil 16-da qızları, Zərərçəkmiş şəxs2, Elmira Səfərova və Tünzalə Səfərova ilə birlikdə yaşayır. Anurə Səfərova 2018-ci ildə Təqsirləndirilən şəxs ilə evlənmiş, onların Adışirin Gülalıyev və Adəm Gülalıyev adlı iki övladı olmuş və Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək teztez evdə münaqişə yaratması səbəbindən 2021-ci ilin iyul ayında ayrılaraq ona məxsus olan evə köçmüşdür. 27 iyul 2021-ci il tarixdə, saat 23-00 radələrində qızları, Aynurə, Elmira və Tünzalə ilə birlikdə yaşadığı evdə olarkən qapının döyüldüyünü eşitmiş və səsindən qapını döyən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilərək ona qapını açmamışlar. Təqsirləndirilən şəxs qapıya bir neçə dəfə yumruqla vuraraq Aynurədən qapını açmağını tələb etmiş, sonra nalayiq ifadələr işlədərək qapıya yumruq və təpik zərbələri endirməyə başlamış və bir neçə zərbədən sonra qapının kilidini qıraraq içəri daxil olmuşdur. İlkin sağ əlində dəstəyi qara rəngli bıçaq tutaraq Aynurəni yataq otağına aparmş və saçından yapışıb stulda əyləşdirərək ondan nə üçün ayrıldığını soruşmuşdur. Aynurə onun hərəkətlərindən bezdiyini və artıq onunla yaşaya bilmədiyini dedikdə İlkin əsəbləşərək nalayiq söyüşlər söyə-söyə Aynurənin sifətinə bir neçə dəfə sillə ilə və sol ayağına bir neçə dəfə təpiklə zərbə endirmiş, sonra üzərinə gələrək əlindəki bıçaqla onu öldürəcəyi ilə hədələməyə başlamışdır. O, qızları, Zərərçəkmiş şəxs4 və Elmira Səfərova ilə birlikdə İlkini sakitləşdirmək istəmiş, lakin İlkin Aynurəni öldürəcəyini bildirərək onlardan yaxın gəlməmələrini tələb etmişdir. Elmira İlkinin sərxoş olmasından istifadə edərək digər otağa keçib istifadəsində olan mobil telefonla çəkiliş edərək Təqsirləndirilən şəxs Aynurəni vuraraq ölümlə hədələməsinin videoörüntülərini qeydə almışdır. İlkin bir neçə dəfə yumruq və təpik zərbələri ilə Aynurəyə xəsarət yetirdikdən sonra ona tərəf gedərək onunla mübahisə etməyə başlamış, Aynurə də fürsətdən istifadə edərək otaqdan çıxıb evin giriş qapısına tərəf qaçmışdır. Təqsirləndirilən şəxs onun arxasınca qaçaraq binanın pilləkənləri tərəfdə saçından tutub söyə-söyə mənzilə tərəf sürüməyə başlamış, Aynurə İlkinin sərxoş olmasından istifadə edərək onun əlindən çıxıb qaçmışdır. Aynurə qaçdıqdan sonra İlkin əlindəki bıçaqla onları hədələyərək evə girmələrini tələb etmiş və polis şöbəsinə şikayət edəcəkləri təqdirdə özünü öldürəcəyini bildirərək əlindəki bıçaqla bir neçə dəfə qarın nahiyəsinə zərbə endirərək özünə nəzərəçarpmayan xəsarətlər almamışdır. Daha sonra İlkin mobil telefonu ilə AR Daxili işlər Nazirliyinin “102” zəng mərkəzinə zəng edərək intihara cəhd etməsi barədə məlumat vermişdir. Təxminən 10 dəqiqə keçəndən sonra polis əməkdaşları gəlmiş və onları rayon polis şöbəsinə aparmışlar. Yaşadığı evin qapındakı kilidinin qırılması nəticəsində ona 5,0 manat məbləğində maddi zərər dəymişdir; 07 avqust 2021-ci ildə saat 23-00 radələrində qızları, Aynurə, Elmira və Tünzalə ilə birlikdə yaşadığı evdə olarkən qapı döyülmş, həmin vaxt onlarla profilaktik söhbət aparmağa gəlmiş polis əməkdaşı qapını açmış və İlkin içəri daxil olaraq Aynurədən onunla getməsini tələb etmişdir. Aynurə getmək istəmədiyini bildirdikdə İlkin onun qolundan tutaraq həyətə çıxarmış və piyada mübahisə edə-edə A.Şadlinski küçəsi istiqamətində aparmışdır. Həmin vaxt o, qışqıraraq qonşulardan kömək istəmiş və səsə çıxan adamlarla birlikdə onların arxasınca getmişdir. "Şəhidlər Xiyabanı"nın qarşısığından keçən yola çatanda İlkin taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsini saxladaraq Aynurədən həmin nəqliyyat vasitəsinə minməsini tələb etmiş və Aynurənin getmək istəmədiyini görərək təxminən 50 sm uzunluqda olan bel sapını yerdən götürərək onun bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. Həmin vaxt o, çataraq Aynurəni kənara çəkmək istəyərkən İlkin əlindəki dəyənəklə onun da ayaq nahiyəsindən vuraraq xəsarət yetirmiş və taxta parçasını kənara atmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və İlkini polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs Səfərova Tünzalə İdris qızı ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, Melarator qəsəbəsi, bina 2, mənzil 16-da anası Zərərçəkmiş şəxs1, bacıları, Zərərçəkmiş şəxs2 və Elmira Səfərova ilə birlikdə yaşayır. Anurə Səfərova 2018-ci ildə Təqsirləndirilən şəxs ilə evlənmiş, onların Adışirin Gülalıyev və Adəm Gülalıyev adlı iki övladı olmuş və Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək tez-tez evdə münaqişə yaratması səbəbindən 2021-ci ilin iyul ayında ayrılaraq onların yaşadığı evə köçmüşdür. 27 iyul 2021-ci il tarixdə, saat 23-00 radələrində Qızpəri, Aynurə və Elmira ilə birlikdə yaşadığı evdə olarkən qapının döyüldüyünü eşitmiş və səsindən qapını döyən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilərək ona qapını açmamışlar. . Təqsirləndirilən şəxs qapıya bir neçə dəfə yumruqla vuraraq Aynurədən qapını açmağını tələb etmiş, sonra nalayiq ifadələr işlədərək qapıya yumruq və təpik zərbələri endirməyə başlamış və bir neçə zərbədən sonra qapının kilidini qıraraq içəri daxil olmuşdur. İlkin sağ əlində dəstəyi qara rəngli bıçaq tutaraq Aynurəni yataq otağına aparmş və saçından yapışıb stulda əyləşdirərək ondan nə üçün ayrıldığını soruşmuşdur. Aynurə onun hərəkətlərindən bezdiyini və artıq onunla yaşaya bilmədiyini dedikdə İlkin əsəbləşərək nalayiq söyüşlər söyə-söyə Aynurənin sifətinə bir neçə dəfə sillə ilə və sol ayağına bir neçə dəfə təpiklə zərbə endirmiş, sonra üzərinə gələrək əlindəki bıçaqla onu öldürəcəyi ilə hədələməyə başlamışdır. O, anası Qızpəri Səfərova və bacısı Elmira Səfərova ilə birlikdə İlkini sakitləşdirmək istəmiş, lakin İlkin Aynurəni öldürəcəyini bildirərək onlardan yaxın gəlməmələrini tələb etmişdir. Elmira İlkinin sərxoş olmasından istifadə edərək digər otağa keçib istifadəsində olan mobil telefonla çəkiliş edərək Təqsirləndirilən şəxs Aynurəni vuraraq ölümlə hədələməsinin videoörüntülərini qeydə almışdır. İlkin bir neçə dəfə yumruq və təpik zərbələri ilə Aynurəyə xəsarət yetirdikdən sonra Qızpəriyə tərəf gedərək onunla mübahisə etməyə başlamış, Aynurə də fürsətdən istifadə edərək otaqdan çıxıb evin giriş qapısına tərəf qaçmışdır. Təqsirləndirilən şəxs onun arxasınca qaçaraq binanın pilləkənləri tərəfdə saçından tutub söyə-söyə mənzilə tərəf sürüməyə başlamış, Aynurə İlkinin sərxoş olmasından istifadə edərək onun əlindən çıxıb qaçmışdır. Aynurə qaçdıqdan sonra İlkin əlindəki bıçaqla onları hədələyərək evə girmələrini tələb etmiş və polis şöbəsinə şikayət edəcəkləri təqdirdə özünü öldürəcəyini bildirərək əlindəki bıçaqla bir neçə dəfə qarın nahiyəsinə zərbə endirərək özünə nəzərəçarpmayan xəsarətlər almamışdır. Daha sonra İlkin mobil telefonu ilə AR Daxili işlər Nazirliyinin “102” zəng mərkəzinə zəng edərək intihara cəhd etməsi barədə məlumat vermişdir. Təxminən 10 dəqiqə keçəndən sonra polis əməkdaşları gəlmiş və onları rayon polis şöbəsinə aparmışlar; 07 avqust 2021-ci ildə saat 23- 00 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən qapı döyülmş, həmin vaxt onlarla profilaktik söhbət aparmağa gəlmiş polis əməkdaşı qapını açmış və İlkin içəri daxil olaraq Aynurədən onunla getməsini tələb etmişdir. Aynurə getmək istəmədiyini bildirdikdə İlkin onun qolundan tutaraq həyətə çıxarmış və piyada mübahisə edə-edə A.Şadlinski küçəsi istiqamətində aparmışdır. Həmin vaxt Qızpəri qışqıraraq qonşulardan kömək istəmiş və səsə çıxan adamlarla birlikdə onların arxasınca getmişdir. Bir az keçəndən sonra o da evdən çıxaraq "Şəhidlər Xiyabanı"nı istiqamətində getmiş və yarıyolda Aynurənin Qızpəri ilə birlikdə gəlməsini görüb qayıtmışdır. Şəhidlər Xiyabanı"nı qarşısından keçən yolda lkinin Aynurə və Qızpərini taxta parçası ilə vurmasını onların özündən eşitmiş, lakin görməmişdir. Zərərçəkmiş şəxs Səfərova Tünzalə İdris qızı daha sonra ifadəsində göstərmişdir ki, o, baş verənlərdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə köçərək evlənmək məqsədi olmadan onunla ər-arvad kimi birlikdə yaşamış və uşaqlarının qayğısına qalmışdır. Hal-hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, Melarator qəsəbəsi, bina 2, mənzil 16-da anası Zərərçəkmiş şəxs1, bacıları, Zərərçəkmiş şəxs2 və Tünzalə Səfərova ilə birlikdə yaşayır. Anurə Səfərova 2018-ci ildə Təqsirləndirilən şəxs ilə evlənmiş, onların Adışirin Gülalıyev və Adəm Gülalıyev adlı iki övladı olmuş və Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək tez-tez evdə münaqişə yaratması səbəbindən 2021-ci ilin iyul ayında ayrılaraq onların yaşadığı evə köçmüşdür. 27 iyul 2021-ci il tarixdə, saat 23-00 radələrində Qızpəri, Aynurə və Tünzalə ilə birlikdə yaşadığı evdə olarkən qapının döyüldüyünü eşitmiş və səsindən qapını döyən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilərək ona qapını açmamışlar. Təqsirləndirilən şəxs qapıya bir neçə dəfə yumruqla vuraraq Aynurədən qapını açmağını tələb etmiş, sonra nalayiq ifadələr işlədərək qapıya yumruq və təpik zərbələri endirməyə başlamış və bir neçə zərbədən sonra qapının kilidini qıraraq içəri daxil olmuşdur. İlkin sağ əlində dəstəyi qara rəngli bıçaq tutaraq Aynurəni yataq otağına aparmş və saçından yapışıb stulda əyləşdirərək ondan nə üçün ayrıldığını soruşmuşdur. Aynurə onun hərəkətlərindən bezdiyini və artıq onunla yaşaya bilmədiyini dedikdə İlkin əsəbləşərək nalayiq söyüşlər söyə-söyə Aynurənin sifətinə bir neçə dəfə sillə ilə və sol ayağına bir neçə dəfə təpiklə zərbə endirmiş, sonra üzərinə gələrək əlindəki bıçaqla onu öldürəcəyi ilə hədələməyə başlamışdır. O, anası Qızpəri Səfərova və bacısı Tünzalə Səfərova ilə birlikdə İlkini sakitləşdirmək istəmiş, lakin İlkin Aynurəni öldürəcəyini bildirərək onlardan yaxın gəlməmələrini tələb etmişdir. O, İlkinin sərxoş olmasından istifadə edərək digər otağa keçib istifadəsində olan mobil telefonla çəkiliş edərək Təqsirləndirilən şəxs Aynurəni vuraraq ölümlə hədələməsinin videoörüntülərini qeydə almışdır. İlkin bir neçə dəfə yumruq və təpik zərbələri ilə Aynurəyə xəsarət yetirdikdən sonra Qızpəriyə tərəf gedərək onunla mübahisə etməyə başlamış, Aynurə də fürsətdən istifadə edərək otaqdan çıxıb evin giriş qapısına tərəf qaçmışdır. Təqsirləndirilən şəxs onun arxasınca qaçaraq binanın pilləkənləri tərəfdə saçından tutub söyə-söyə mənzilə tərəf sürüməyə başlamış, Aynurə İlkinin sərxoş olmasından istifadə edərək onun əlindən çıxıb qaçmışdır. Aynurə qaçdıqdan sonra İlkin əlindəki bıçaqla onları hədələyərək evə girmələrini tələb etmiş və polis şöbəsinə şikayət edəcəkləri təqdirdə özünü öldürəcəyini bildirərək əlindəki bıçaqla bir neçə dəfə qarın nahiyəsinə zərbə endirərək özünə nəzərəçarpmayan xəsarətlər almamışdır. Daha sonra İlkin mobil telefonu ilə AR Daxili işlər Nazirliyinin “102” zəng mərkəzinə zəng edərək intihara cəhd etməsi barədə məlumat vermişdir. Ttəxminən 10 dəqiqə keçəndən sonra polis əməkdaşları gəlmiş və onları rayon polis şöbəsinə aparmışlar; 07 avqust 2021-ci ildə saat 23- 00 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən qapı döyülmş, həmin vaxt onlarla profilaktik söhbət aparmağa gəlmiş polis əməkdaşı Şahid4 qapını açmış və İlkin içəri daxil olaraq Aynurədən onunla getməsini tələb etmişdir. Aynurə getmək istəmədiyini bildirdikdə İlkin onun qolundan tutaraq həyətə çıxarmış və piyada mübahisə edə-edə A.Şadlinski küçəsi istiqamətində aparmışdır. Həmin vaxt Qızpəri qışqıraraq qonşulardan kömək istəmiş və səsə çıxan adamlarla birlikdə onların arxasınca getmişdir. Polis əməkdaşı Nəbi Babaşov polis şöbəsinə zəng edərək kömək istəmiş, o isə tələsik polis şöbəsinə gedərək məlumat vermişdir. İş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ İTB-nin sahə polis rəisi vəzifəsində işləyir. İmişli şəhər sakini Zərərçəkmiş şəxs2 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs faktiki surətdə ayrılaraq anası Zərərçəkmiş şəxs1, bacıları, Səfərova Elmira İdris qızı və Zərərçəkmiş şəxs4 ilə birlikdə İmişli şəhəri Meliorator qəsəbəsi bina 2, mənzil 16-da yaşamasına baxmayaraq Təqsirləndirilən şəxs tez-tez onlara gələrək münaqişə etmiş və 27 iyul 2021-ci il tarixdə saat 23-00 radələrində evin giriş qapısını qırıb içəri daxil olaraq Zərərçəkmiş şəxs2 xəsarət yetirmiş, digər ailə üzvlərini isə təhqir etmişdir. Həmin hadisədən sonra o, mütəmadi olaraq Zərərçəkmiş şəxs1 və onun ailə üzvləri, o cümlədən Təqsirləndirilən şəxslə profilaktik söhbətlər aparmışdır. 07 avqust 2021-ci il tarixdə onlar arasında yenidən mübahisə olduğundan saat 23-00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evə gedərək onlarla yenidən profilaktik söhbət aparırmış, evdən çıxarkən qapının döyüldüyünü eşitmiş və qapını açmışdır. İlkin sərxoş vəziyyətdə içəri daxil olub Aynurədən onunla getməsini tələb etmiş, Aynurə onunla getməkdən imtina etdikdə İlkin onu təhqir edərək qolundan tutub mənzilin giriş qapısına tərəf aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 qışqıraraq qonşulardan kömək istəmiş, o, İlkindən qanunsuz hərəkətlərinə son qoymasını tələb etmiş, lakin İlkin onun tələblərinə tabe olmayaraq Aynurəni mənzildən çıxarmış və mübahisə edə-edə onu İmişli şəhəri ərazisindəki “Şəhidlər Xiyabanı” istiqamətə aparmışdır. Onların səs-küyə binanın qarşısına xeyli adam toplanmış və onlardan bəziləri “Şəhidlər Xiyabanı” istiqamətində getmişlər. Həmin adamların içərisində olan bir qadında uzunluğu 50-60 sm olan bel sapına oxşayan dəyənək olmuşdur. O, polis şöbəsinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, lakin “Şəhidlər Xiyabanı” istiqamətində getmədiyindən orda nə baş verdiyini, o cümlədən İlkinin Aynurəni təhqir edərək dəyənəklə vurub ona xəsarət yetirməsini görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. 07 avqust 2021-ci il tarixdə, saat 23-00 radələrində sahə polis rəisi Şahid4 sahə polis nəfəri Təbriz Əsədova zəng edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı evə gələrək münaqişə etməsi və Zərərçəkmiş şəxs2 döyə-döyə İmişli şəhəri ərazisindəki “Şəhidlər Xiyabanı” istiqamətə aparması barədə məlumat vermişdir. O, Təbriz Əsədovla birlikdə maşınla deyilən yerə getmiş, “Şəhidlər Xiyabanı” qarşısına çatanda Təqsirləndirilən şəxs əlində tutduğu diametri 1,0 sm ( insan barmağı qalınlığında ) və uzunluğu 50-55 sm olan fabrik üsulu ilə hazırlanmış çubuqla Zərərçəkmiş şəxs2 vurduğunu görmüş və onu zərərsizləşdirmişlər. O, İlkindən çubuğu alıb yerə atmış, onu bir nəfər qadın götürmüşdür. Sonra hadisə yerinə Zərərçəkmiş şəxs1 ilə birlikdə bir neçə nəfər gəlmiş, sahə polis rəisi Şahid4 isə orda olmamışdır. O, Təbriz Əsədovla birlikdə Təqsirləndirilən şəxs maşına mindirib İmişli rayon polis şöbəsinə gətirmiş və sahə polis rəisi Şahid4 növbətçi hissədə olduğunu görmüşdür. İş üzrə şahid X6 ifadəsində X1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə şahid Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli şəhəri, Melarator qəsəbəsi, bina 2, mənzil 09-da yaşayır. 27 iyul 2021-ci il tarixdə , saat 23-00-da evdə olarkən səs-küy eşitmiş, qonşu blokda yaşayan Şahid3 Sadiq qızının uzun müddətdən bəri xəstə olan anasının vəfat etməsini zənn edib tez onlara gedərək nə baş verdiyini soruşmuşdur. Şahid3 səs-küyün Zərərçəkmiş şəxs1 yaşadığı mənzildən gəldiyini və sonuncunun ailə üzvləri arasında münaqişə baş verdiyini öyrənərək evinə qayıtmışdır. Həmin vaxt o, Qəzpərnin evinə girən və çıxan heç kimi görməmiş və kiminsə nalayiq ifadələr işlətməsini eşitməmişdir; 07 avqust 2021-ci il tarixdə saat 23-00 radələrində o, Zərərçəkmiş şəxs1 evindən səs-küy eşitməmiş, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməsini və Zərərçəkmiş şəxs2 “Şəhidlər Xiyabanı” istiqamətində apararaq hər hansı bir predmetlə döyməsini görməmişdir. İş üzrə şahid Şahid2 Həsən oğlu ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli şəhəri, Melarator qəsəbəsi, bina 1, mənzil 19-da yaşayır. 27 iyul 2021-ci il tarixdə , saat 23-00-da evdən çıxıb mağazaya gedərkən Zərərçəkmiş şəxs1 evindən səs-küy eşitmiş və az sonra Zərərçəkmiş şəxs2 evdən çıxaraq İmişli şəhəri istiqamətində getdiyini görmüşdür.10-15 dəqiqə keçəndən sonra polis əməkdaşları gəlmiş və Qızpərinin kürəkəni Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar; 07 avqust 2021-ci il tarixdə saat 23-00 radələrində o, Zərərçəkmiş şəxs1 evindən səs-küy eşitməmiş, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməsini və Zərərçəkmiş şəxs2 “Şəhidlər Xiyabanı” istiqamətində apararaq hər hansı bir predmetlə döyməsini görməmişdir. İş üzrə Şahid3 Sadiq qızı ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli şəhəri, Melarator qəsəbəsi, bina 2, mənzil 13-də yaşayır. 27 iyul 2021-ci il tarixdə , saat 23-00-da evdə olarkən qonşu mənzildə yaşayan Zərərçəkmiş şəxs1 evindən səs-küy eşitmiş və uzun müddətdən bəri xəstə olan anası narahat olduğuna görə nə baş verdiyini öyrənmək üçün onlara getmişdir. Elmira Səfərovadan ailə üzvləri arasında mübahisə olduğunu öyrənmiş və ondan sakitliyə riayət etmələrini xahiş edərək evə qayıtmışdır. Bir az keçəndən sonra qonşuluqda yaşayan Şahid1 onlara gələrək anasının vəziyyətini soruşmuş və səs-küyün hardan gəldiyini öyrənərək çıxıb getmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs Qəzpərinin evində görməmiş və nalayiq ifadələr işlətməsini eşitməmişdir; 07 avqust 2021-ci il tarixdə saat 23-00 radələrində o, Zərərçəkmiş şəxs1 evindən səs-küy eşitməmiş, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməsini və Zərərçəkmiş şəxs2 “Şəhidlər Xiyabanı” istiqamətində apararaq hər hansı bir predmetlə döyməsini görməmişdir. İşdə olan 28 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolda göstərilmişdir ki, hadisə yeri hesab edilən İmişli şəhəri, Meliorator qəsəbəsi, bina 2-də yerləşən 16 saylı mənzilə baxış keçirilərkən 2 otaqlı mənzilin taxta giriş qapısının kilidini qırılmış vəziyyətdə olmuşdur.. Otaqlardan birindəki stolun üstündə tiyəsinin uzunluğu 125,0 mm olmaqla ümumi uzunluğu 245,0 mm olan mətbəx bıçağı aşkar edilmiş, ev sahibi Zərərçəkmiş şəxs1 İlkin Güləliyevin 27 iyul 2021-ci il tarixdə saat 23-00 radələrində təpik və yumruq zərbələri ilə qapının kilidini qıraraq həmin bıçaqla mənzilə daxil olub onları hədələdiyini və özünə xəsarətlər yetirdiyini bildirmiş ,bıçağ müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür.( c.i.1-ci cild, səh: 23-25; fotocədvəl, səh:26-29) İşdə olan 05 avqust 2021-ci il tarixli “ baxış keçirilməsi haqqında” protokolda göstərilmişdir ki, təqdim olunmuş üzərinə “PRİNCO” və “DVD-R” sözləri yazılmış aliminum rəngli diskə “DELL” markalı kompyuter vasitəsilə baxılarkən 20210728_002829 saylı faylda qeydə alınmış 49 saniyə davam edən videogörüntünün 01-08-ci saniyələrində Təqsirləndirilən şəxs sağ əlində bir ədəd bıçaq tutaraq orada olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 təhqir edir; 10-16cı saniyələrində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sakitləşdirərək nə üçün belə etdiyini soruşur, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 təhqir edib onu vuraraq Aynurənin ona xəyanət etdiyini deyir; 20-36-cı saniyələrində Zərərçəkmiş şəxs1 yenidən Təqsirləndirilən şəxs sakitləşdrmək istəyir, Təqsirləndirilən şəxs onu təhqir edərək yerinə oturmasını tələb edir və bir neçə dəfə ya onun, ya da ki, Aynurənin bu gün öləcəyini deyir;36-49-cu saniyələrində Aynurə İlkinə qonşuların şikayət etdiyini deyir, İlkin isə yenidən onu təhqir edərək əlindəki bıçaqla onun üzərinə gedərək ya özünün ya da ki, onun öləcəyini deyir. ( c.i. 1-ci cild, səh: 141-142) İşdə olan AR SN “MTE və PAB” PHŞ tərəfindən verilmiş 28.07.2021-ci il tarixli 523 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzrənidə aşkar edilmiş xəsarətlər qarnının ön divarında səthi yaralar iti kəsici xassəyə malik əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, 28.07.2021-ci il tarixli qərarın təsviri hissəsində göstərilmiş şəraitdə, yəni özü tərəfindən özünə yetirməklə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. ( c.i. 1-ci cild, səh: 86-87) İşdə olan AR SN “MTE və PAB” PHŞ tərəfindən verilmiş 28.07.2021-ci il tarixli 522 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol budun 1/3-nin ön səthində qançır, sol saidin yuxarı 1/3-nin arxa səthində sıyrıq küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, 28.07.2021-ci il tarixli qərarın təsviri hissəsində göstərilmiş şəraitdə əmələ gələ bilərdi. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. ( c.i. 1-ci cild, səh: 88-89) İşdə olan AR SN “MTE və PAB” PHŞ tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli, 585 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş sol baldırın orta 1/3-nin bayır səthində qançırdan ibarət xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, 07.08.2021-ci il tarixdə təsviri hissədə göstərilmiş şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. ( c.i.1-ci cild, səh:233-234) İşdə olan AR SN “MTE və PAB” PHŞ tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli, 584 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş sol budun orta 1/3-nin bayır səthində qançır xəsarəti bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən, 07.08.2021-ci il tarixdə təsviri hissədə göstərilmiş şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. ( c.i. 1-ci cild, səh: 231-232) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli, 3/14 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. ( c.i. 1-ci cild, səh: 205-207) İşdə olan İmişli Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli 3(036)-362/2021 nömrəli qərarının surətinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) ay müddətində inzibati qaydada həbs edilmişdir. AR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı bir halın sübut olunmasında istifadə oluna bilməz. Həmin Məcəllənin 128.3.2-ci maddəsinə əsasən əşyanın maddi sübut əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki, şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, 27 iyul 2021-ci il tarixdə saat 23-00 radələrində Təqsirləndirilən şəxs oğlu sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs1 qızı, Səfərova Elmira İdris qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 yaşadığı İmişli şəhəri, Meliorator qəsəbəsi, bina 2, mənzil 16-ya gələrək mənzilin giriş qapısının kilidini zor tətbiq edərək qırıb orda yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuş, əlində tutduğu mətbəx bıçağı ilə arvadı Zərərçəkmiş şəxs2 öldürməklə hədələmiş və sonra Zərərçəkmiş şəxs2 arxacınca qaçaraq mənzildən çoxmənzilli yaşayış evinin pilləkənlərinə çıxışda ucadan nalayiq ifadələr işlədərək onun saçından tutub sürüməklə sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir; 07 avqust 2021-ci il tarixdə, saat 23-00 radələrində Təqsirləndirilən şəxs oğlu İmişli şəhəri, Meliorator qəsəbəsi, bina 2, mənzil 16-ya gələrək arvadı Zərərçəkmiş şəxs2 öz evlərinə aparmaq məqsədilə mənzildən çıxarıb İmişli şəhəri ərazisindəki "Şəhidlər Xiyabanı"nın qarşısığından keçən yola tərəf aparmış və orada yerdən götürdüyü diametri təxminən 1,0 sm və uzunluğu 50-55 sm olan fabrik üsulu ilə hazırlanmış çubuqla onu vuraraq sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Həmin çubuq hadisə yerindən götürülməyərək tanınmaya təqdim edilmədiyindən və maddi sübut kimi qəbul edilmədiyindən parametrlərinə görə silah qismində istifadəyə uyğun olub olmadığını (məhvetmə xüsusiyyətinə malik olub olmadığını) müəyyən etmək mümkün olmamışdır. Hadisə baş verərkən orda heç kəs olmamış, ictimai mənafelər zərər çəkməmiş və cəmiyyətə qarşı hörmətsizlik ifadə edən hər hansı bir hərəkət edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu polis tərəfindən zərərsizləşdiriləndən sonra hadisə yerinə Zərərçəkmiş şəxs1 çağırışı ilə bir neçə nəfər gəlmiş, ictimai mənafeyi təmsil edən həmin adamlardan heç kəs dindirilməmiş və zərərçəkmiş şəxs qismində tanınmamışdır. İmişli şəhəri ərazisindəki "Şəhidlər Xiyabanı"nın qarşısığından keçən yola Təqsirləndirilən şəxs yerdən götürdüyü bel sapı ilə onları vurub xəsarətlər yetirməsi barədə zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs1 qızı və Zərərçəkmiş şəxs2 ifadələrində qeyd olunanlar isə qərəzli olmaları səbəbindən mötəbər sayılmadığına və hadisədə bilavasitə iştirak etmiş şahidlərin ( X6 və X1) ifadələri ilə inkar olunduğuna görə həqiqiliyi şübhə doğurduğundan iş üzrə sübut kimi qəbul edilmir. AR CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür; İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir; Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Qərara əsasən CM-in 221.3-cü maddəsində qeyd olunan “silah qismində istifadə olunan əşyalara” istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir; Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 01 saylı Qərarının 3-cü bəndində göstərilir ki, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin .... məsuliyyət nəzərdə tutan maddələri ilə tövsüf olunur. Məhkəmə hesab edir ki, 27 iyul 2021-ci il tarixdə saat 23-00 radələrində Təqsirləndirilən şəxs oğlu sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs1 qızı, Səfərova Elmira İdris qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 yaşadığı İmişli şəhəri, Meliorator qəsəbəsi, bina 2, mənzil 16-ya gələrək mənzilin giriş qapısının kilidini zor tətbiq edərək qırıb maddi zərər vuraraq orda yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuş, əlində tutduğu mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs2 ölümlə hədələmiş və mənzildən çoxmənzilli yaşayış evinin pilləkənlərinə çıxışda ucadan nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs2 saçından tutub sürüyərək ona qarşı zor tətbiq etməklə həmin yaşayış binasının digər mənzillərində yaşayanları narahat edib onların mənafelərinə toxunan ictimai qaydanı kobud şəkildə pozan qərəzli hərəkətlərə yol vermişdir; 07 avqust 2021-ci il tarixdə saat 23-00 radələrində Təqsirləndirilən şəxs oğlunun İmişli şəhəri, Meliorator qəsəbəsi, bina 2, mənzil 16-ya gələrək arvadı Zərərçəkmiş şəxs2 evinə apararaq məqsədilə mənzildən çıxararaq İmişli şəhəri ərazisindəki "Şəhidlər Xiyabanı"nın qarşısığında aralarında baş verən mübahisə gedişində onu əlində tutduğu fabrik üsulu ilə hazırlanmış nazik çubuqla vurub sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi isə inzibati xəta tərkibi ilə əhatə olunduğuna görə ictimai təhlükəli sayılmır. Ona görə də, Təqsirləndirilən şəxs AR CM-nın 134,157.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. İşdə olan ACDİÜ AR Məhkəməsinin 28.11.2006-cı il tarixliA-1028 saylı hökmünün surətinə əsasən Təqsirləndirilən şəxs oğlu AR CM-nin 126.3¸221.2.1; 66.3-cü maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ( c.i, 1-ci cild, səh:165-174) İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş məlumata əsasən Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06.06.2014-cü il tarixli hökmü ilə AR CM-nın 327-2.1; 67.1-ci maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( c.i, 1-ci cild, səh:158-160) “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilir ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cıbəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarılır. ( bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 28-ci bəndində göstərilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda AR CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda AR CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. AR CM-nın 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. AR CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci. maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs oğlunun böyük ictimai təhlükə törətməyən əməllər törətməsini, barəsində amnistiya tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsi barədə xahişini və amnistiyanın tətbiqinə məhdudiyyətlərin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək o, AR CM-nın 134, 157.1 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsini rəhbər tutaraq QƏRAR VERDİ: Təqsirləndirilən şəxs AR CM-nın 134, 157.1 və 221.1-ci maddəsi ilə təqsirli bilinib barəsində “8 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək AR CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və işin icraatına xitam verilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan İmişli rayon prokurorluğunun maddi sübutların müvəqqəti saxlanc yerində saxlanılan tiyəsinin uzunluğu 125,0 mm, ümumi uzunluğu 245,0 mm olan 1 ədəd mətbəx bıçağı məhv edilsin, maddi sübut olan 01 ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edəm 64,0 manat Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinə keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar