Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-9/2024 24.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə İmişli rayonunda anadan olmuş, AR vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli şəhəri, R.Məmmədov küç. Ev 8-də qeydiyyatda olub Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küç. Ev 50-də də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, cavabdeh kimi ondan, 64000,00 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) və 30,00 manat ödənilmiş dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair İmişli Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(036)-217/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(036)-530/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə cəzası tətbiq olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 64000,00 ABŞ dolları məbləğində borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsi, ev 50-də kirayədə yaşayır və “Nial” taksi şirkətinə məxsus olan “Kia Rio” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili gələcəkdə mülkiyyətə keçirtmək şərtilə götürərək sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. 2014-cü ilin əvvəllərində o, Bakı Şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində icarəyə götürərək işlətdiyi “Avto-Yuma” məntəqəsində olarkən orada yuyucu kimi işləyən Nicat adlı şəxs onu xarici ölkələrdən gətirdiyi qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs ilə tanış etmişdir. Zərərçəkmiş şəxs ilə tanış olandan sonra Aytənə təklif etmişdir ki, Aytən ona qızıl-zinət əşyaları versə satıb tez bir zamanda Aytənin pulunu qaytara bilər, Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşaraq ilkin olaraq ona 600,00 manat dəyərində qızıl-zinət əşyalarını vermiş və o, həmin qızıl-zinət əşyalarını sataraq pulu artıqlaması ilə Aytən Mahmudaovaya qaytarmış və beləcə onların münasibətləri yaranmışdır. Bundan sonra bir neçə dəfə Zərərçəkmiş şəxs ona xarici ölkələrdən gətirdiyi qızıl-zinət əşyalarını vermiş və o, həmin qızıl-zinət əşyalarını sataraq Zərərçəkmiş şəxs çatmalı olan pulu ödəyərək və özüdə bunun nəticəsində kifayət qədər qazanc əldə etmişdir. Bir müddət bu qaydada işlədikdən sonra o, Zərərçəkmiş şəxs avtomobil alqı-satqısından yaxşı qazanc qaldığını bildirmiş, Zərərçəkmiş şəxs yanında etibar qazandığına görə Aytən ona bildirmişdir ki, qızıl-zinət əşyalarının satışından gələn pullar ilə avtomobil alıb satsın. İlkin olaraq tam xatırlamasa da təxminən 2015-ci ilin yaz aylarında 8000,00 manat dəyərində avtomobil almış və avtomobilin bəzi xərclərini həll edəndən sonra avtomobili satmış və nəticədə 1000,00 manat qazanc əldə edərək Zərərçəkmiş şəxs ilə həmin qalan qazancı şərikli bölmüşlər. Belə ki, təxminən 6-7 arası avtomobil alıb-sataraq yaxşı qazanc əldə etmişlər. 2015-ci ilin qış aylarında o, yenidən avtomobil alıb satmaq və birlikdə qazanc əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs təklif etmişdir ki, Aytən ona 64000,00 ABŞ dollar məbləğində pul vəsaiti versin, və Zərərçəkmiş şəxs onun ilə razılaşaraq onun istədiyi məbləğdə pul vəsaitini ona verəcəyini bildirmiş və o, məbləğin çox olduğunu Zərərçəkmiş şəxs bildirərək notariat kontorunda aralarında borc müqaviləsi bağlamağı Aytənə təklif etmişdir. xx.xx.2015-ci il tarixdə tam xatırlamadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən notariat kontorunda borc müqaviləsi bağlayaraq xx.xx.2016-cı il tarixə kimi 64000,00 ABŞ dollar pul vəsaitini Zərərçəkmiş şəxs qaytarmağı öz öhdəsinə götürmüş, lakin o, xx.xx.2016-cı il tarixədək üzərinə düşən öhdəliyi tam yerinə yetirməsə də Zərərçəkmiş şəxs 5000,00 pul əvəzində aldığı təxminən 1994-cü il buraxılışlı “Mersedes-Benz” C- 220 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı və həmin avtomobil nasaz vəziyyətdə olduğundan öz cibindən 4000,00 manat xərclədiyi üçün 9000,00 manat kimi hesablayaraq qardaşı X2 tərəfindən Zərərçəkmiş şəxs verilmiş, lakin bunu təsdiq edən hər hansısa bir sənəd almamışdır, əlavə olaraq göstərmişdir ki, həmin avtomobili öz adına sənədləşdirməmiş və bildiyinə görə həmin avtomobil Zərərçəkmiş şəxs bacısna məxsus imiş. Müqavilə bağladıqdan sonra təxminən o, ümumilikdə 28000,00-30000,00 ABŞ dolları arası pul vəsaitini Zərərçəkmiş şəxs qaytarsa da, bunun qarşılığında Zərərçəkmiş şəxs bunu təsdiq edən hər hansısa bir sənəd almamış, 2016-cı ilin qış aylarında o, Rusiya Federasiyasının, Moskva şəhərinə gedərək 2018-ci ilin yay aylarına kimi taksi fəaliyyəti ilə məşğul olmuş və oradan Azərbaycan Respublikasına qayıdan zaman bilmişdir ki, Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırıb və İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-217/2018 saylı qətnaməsinə əsasən ondan 64000,00 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) və 30,00 manat ödənilmiş dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-217/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqasədi ilə İmişli rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə pulun Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli, 3(036)-530/2020 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra icra məmuru tərəfindən ona borcunu ödəməkdən ötrü yeni müddətlər verilərək, cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilsə də, Zərərçəkmiş şəxs olan 64000,00 ABŞ dolları borcunu ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində artıq borcunu ödəməyə başlayaraq Zərərçəkmiş şəxs hissə-hissə cəmi 28020,0 manat ödədiyini və qalan məbləği hər ay 1000,0 manatdan az olmayan məbləğdə ödəniş etməklə hissə-hissə qaytarması barədə onunla razılaşmdığını bildirərək əməlindən peşman olduğunu ifadə etmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2014-cü ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək xarici ölkələrdən qızıl-zinət əşyaları gətirərək öz şəxsi evində satışı ilə məşğul olmuş, 2015-ci ilin qış aylarında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, Şərifzadə küçəsində yerləşən “Avtoyuma” məntəqəsində daima avtomobilini yuyan Nicat adlı şəxsdin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və həmin vaxt bilmişdir ki, sözügedən “Avtoyuma” məntəqəsini Təqsirləndirilən şəxs işlədir. Nicat onun qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildiyi üçün Təqsirləndirilən şəxsda qızıl-zinət əşyalarını almaq istədiyini ona bildirərək Təqsirləndirilən şəxs ilə onu tanış etmiş, həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ondan qızıl-zinət əşyalarını götürərək başqa tanımadığı şəxslərə satdığını ona bildirərək söz verdiyi vaxtlarda ona olan borcunu ödəmişdir. Beləliklə Təqsirləndirilən şəxs onun yanında etibar qazandıqdan sonra avtomobil alqı-satqısından yaxşı qazanc olduğunu ona bildirərək bir neçə dəfə ondan borc pul götürərək avtomobil alqı-satqısı ilə məşğul olmağa başlamış və ondan müxtəlif vaxtlarda təxminən beş-altı dəfə borc pul götürərək avtomobil alaraq satmış və Şöhrət ondan borc kimi götürdüyü pulun üstündə onun verdiyi puldan artıq 500,00-600,00 manat artıq qazanc kimi ona ödəmişdir. O, 2015-ci qış aylarında sonuncu dəfə Təqsirləndirilən şəxs ilə görüşmüş, Şöhrət ona bildirmişdir ki, Bakı şəhərində yerləşən hər hansısa özəl bir şirkət bağlandığı üçün şirkətin istifadəsində olan yük avtomobillərini şirkət dəyərindən aşağı qiymətə satışa çıxarıb və Şöhrət həmin avtomobilləri alaraq təmir edəndən sonra sataraq qazanc əldə edəcəklərini ona demişdir, o, isə Şöhrətin bu fikiri ilə razılaşaraq Təqsirləndirilən şəxs ona etdiyi təklif ilə notarial qaydada olmaqla 64000,00 ABŞ dolları pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ondan götürdüyü 64000,00 ABŞ dollarını 15 (on beş) gün ərzində ona qaytaracağını desə də o, 64000,00 ABŞ dolları qaytarması üçün Şöhrətə 1 (bir) ay müddət verərək aralarında olan müqaviləni notariat kontorunda təsdiq elətdirmişlər. 1 (bir) ay keçəndən sonra o, Təqsirləndirilən şəxs zəng edərək aldığı avtomobili satmasını soruşanda Şöhrət onun yanına gedərək özünü döyərək başına iş gəldiyini və ona narahat olmamağını hər zaman ondan pul alıb ona vaxtında qaytardağını və bu son aldığı pulu da tez bir zamanda qaytaracağını bildirmişdir. Bir müddətd keçəndən sonra Təqsirləndirilən şəxs ona zəng edib aldığı pulu qaytara bilməyəcəyini bildirərək əvəzində özünə məxsus Bakı şəhəri, Sabunçu rayonunda dəmiryolunun yanında yerləşən evi təklif etmişdir. Həmin evin sənədləri olmadığı və pis şəraitdə olduğu üçün o, Təqsirləndirilən şəxs təklifini qəbul etməyərək ondan 64000,00 ABŞ dolları Təqsirləndirilən şəxs tələb etmiş, Şöhrət ona hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırtmışdır. Bundan sonra o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-217/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 64000,00 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) və 30,00 manat ödənilmiş dövlət rüsumu alınaraq ona verilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-217/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqasədi ilə İmişli rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə pulun ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs borcunu ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500,00 manat məbləğində cərimə edilmiş və ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra borcunu ödənəkdən ötrü Təqsirləndirilən şəxs yeni müddətlər verilib ona cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilsə də, Təqsirləndirilən şəxs heç bir məbləğ ödəməmişdir.Təqsirləndirilən şəxs bəhs etdiyi 1994-cü il buraxılışlı “Mersedes-Benz” C-220 markalı avtomobil isə onun şəxsən öz istifadəsində olan avtomobil olmuş və arxa örtük hissəsində yüngül zədəsi olduğu üçün təmir olunmaqdan ötrü Şöhrətə Şirinova verilmişdir. Şöhrət avtomobili təmir etdirərək onun özünə qaytarmışdır. Təqsirləndirilən şəxs 2016-cı ilin qış aylarında Rusiya Federasiyasına gedərək gizlənmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs artıq borcunu ödəməyə başlayaraq ona qızına hissə-hissə cəmi 28020,0 manat ödəmiş və qalan məbləğin hər ay 1000,0 manatdan az olmayan məbləğdə ödəniş etməklə hissə-hissə qaytarması barədə onunla razılaşmışdır. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs isə qardaşı Təqsirləndirilən şəxs görə tanımışdır. Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs uzun müddət ərzində bəzi ticarət işləri görmüş və arasında problemlərin yarandığına görə birgə fəaliyyəti dayandırmışlar. Aytən Təqsirləndirilən şəxs məhkəməyə verərək ondan pul tələb etmiş, Təqsirləndirilən şəxs Aytən Mahmudaovaya nə qədər pul borclu olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olan borcundan 20000,00 manat qaytardığını onun özündən eşitmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul qaytarmasının şahidi olmamışdır. İş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2008-ci ildə dayısı oğlu Bəhruz Kərimovun vasitəsilə tanımış və həmin vaxtan etibarən onun Təqsirləndirilən şəxs ilə dostluq münasibəti yaranmışdır. O, 2014-cü ildə soyadını bilmədiyi Şaiq adlı şəxsə məxsus Bakı şəhəri, Yasamal rayonu, 53 nömrəli məktəbin arxasında yerləşən avtoyuma məntəqəsində avto yuyucu kimi fəaliyyət göstərən zaman və Şaiq ona avtoyuma məntəqəsini icarəyə vermək istədiyini bildirmiş, o, isə Şaiqə pulunun olmadığını, lakin yaxın dost olduğu həmin vaxtlar taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq Şaiqin ona etdiyi təklifi Şöhrətə bildirmiş və Şöhrət onun təklifi ilə razılaşaraq sözügedən avtoyuma məntəqəsini icarəyə götürərək qazncın 60 faizi Təqsirləndirilən şəxs 40 faizi isə ona çatmaqla avtoyuma məntəqəsini işlətməyə başlamışlar. Həmin vaxtlar yəni avtoyuma məntəqəsində o, avtoyuyucu işləyən zaman avtoyuma məntəqəsində tez-tez avtomobilini təmizlətməyə gələn soyadını bilmədiyi Aytən adlı xanımı Təqsirləndirilən şəxs ilə tanış etmiş və Aytənin ticarətlə məşğul olduğunu Şöhrətə bildirmişdir. Aytənin həmin vaxtlar pal-paltar və qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildiyi üçün Təqsirləndirilən şəxs isə qazanc ələ etmək üçün bir çox işlə məşğul olduğunu bildiyi üçün Şöhrət ilə Aytəni tanış edərək birlikdə işləyə biləcəklərini hər ikisinə məsləhət görmüşdür. Təqsirləndirilən şəxs ilə Aytən həmin vaxtdan, yəni 2015-ci ilin ilk aylarından etibarən birlikdə öz aralarında ticarət işləri görərək pul qazandıqlarını bilmiş, həmin vaxtdan yəni 2015-ci ilin ilk aylarından o, 5-6 ay avtoyuma məntəqəsində işləyərkən müştəriyə məxsus avtomobil ilə yol qəzası keçirtmiş və qəza törətdiyi digər avtomobildə 2 nəfərin xəsarət aldığına görə Yasamal Rayon Məhkəməsinin qərarı ilə o, 2 (iki) il 6 (altı) ay həbs olunmuş və həmin vaxtdan da Şöhrət və Aytən ilə əlaqəsi kəsildiyi üçün onların aralarında yaranmış olan problemlərdən xəbərsiz olmuşdur. İş üzrə Şahid5 ifadəsində göstərmişdir ki, o, hal hazırda Bakı şəhərində özünə məxsus **-KR-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs da Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur və işlədiyi yerdə özünə hörmət qazanmışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə borcu olmasından onun xəbəri olmamışdır. İş üzrə şahid İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-217/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 64000,00 (altmış dörd min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) və 30,00 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməlidir. İmişli rayon icra və probasiya şöbəsində xx.xx.2018-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclunun tələbin yönəldilə biləcəyi əmlakı və rəsmi gəlirləri aşkar edilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə İmişli Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə ilə tənbeh edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi, borcları və cəriməni təmin etməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borcunu və cəriməni ödəməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yenidən xəbərdarlıq göndərilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, borcunu, cəriməni ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə tələbkara ödəməli olduğu 64000,00 (altmış dörd min) ABŞ dolları puldan, 500,00 manat cərimədən ödəniş etməmiş, 64000,00 (altmış dörd min) ABŞ dolları borcu və 500,00 manat ödənilməmiş cərimə qalmışdır.İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs əməlində qərəzlilik elementləri olduğundan onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimat vermişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin 2(036)-217/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin surətinə əsasən Təqsirləndirilən şəxs 64000,00 (altmış dörd min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) və 30,00 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməlidir. ( c.i.səh: 11). İmişli Rayon Məhkəməsinin 2(036)-217/2018 saylı,xx.xx.2018-ci il tarixli qətnaməsinin surətinə əsasən Təqsirləndirilən şəxs 64000,00 (altmış dörd min) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) və 30,00 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməlidir.( c.i.səh:12-13) İşdə olan İmişli rayon İPŞ-nin icra məmuru Şahid1 xx.xx.2018-ci il tarixli qərarının surətinə əsasən həmin tarixdə İmişli Rayon Məhkəməsinin 2(036)-217/2018 saylı, xx.xx.2018-ci il tarixli icra üzrə icraat başlanmış və icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi təklif edilmişdir. ( c.i. səh: 15) İşdə olan İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(036)530/2020 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-217/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbi üzürsüz səbəbdən ödəmədiyinə görə görə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,0 manat məbləğində cərimə edilmişdir. ( c.i. səh:31-32). İşdə olan İmişli Rayon Məhkəməsinin 8(036)-022/2020 saylı,xx.xx.2020-ci il tarixli qərardadının surətinə əsasən ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. ( c.i.səh:37-38) İşdə olan xx.xx.2022-ci il tarixli 88316/4 saylı xəbərdarlığa əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-217/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh:41) İşdə olan xx.xx.2022-ci il tarixli 88316/5 saylı xəbərdarlığa əsasən Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-217/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh:54) АR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CM-nın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. ( c.i. səh :86) Zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəyərək onunla barışıq əldə etməsi və əməlindən peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. ( c.i.səh:50) İşdə olan xx.xx.2023-cü il tarixli protokola əsasən AR CM-nın 306.1-ci maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs həmin gün saat 18-00-da tutularaq Bakı şəhəri, Nərimanov RPŞ MSY-ə təhvil verilmişdir. ( c.i. səh: 139) İşdə olan AR ƏN İmişli Regional Ədliyyə İdarəsinin xx.xx.2023-cü il tarixli 250 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri seçilərək Bakı şəhəri, Nərimanov RPŞ MSY-dən aad edilmişdir. ( c.i. səh: 165) «Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, AR CM-nın 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixədək həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalıdır. Qeyd olunanlara əsasın Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsində tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6( altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2 (iki) il 5 (beş) ay 26 ( iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07-00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Bakı Baş Probasiya idarəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-9/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-9/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver