Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-9/2025 04.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Universal Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxsin hüquqi varisi X3 iştirakı ilə, xx.xx.1964-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 10,25 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən fərdi yaşayış evində saxlamış, 06 may 2024cü il tarixdə saat 21 radələrində yaşadığı evin darvazasının qarşısında 6 ədəd sarımtıl rəngli kağız bükümdə, hər biri ayrılıqda 0,52 qram, 0,92 qram, 1,26 qram, 1,27 qram, 1,33 qram və 1,64 qram olmaqla, ümumilikdə 6,94 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı tanışı Şahid5 60 (altmış) manat pul müqabilində qanunsuz olaraq satmış, həmin gün saat 23:55-də İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evə baxış keçirilərkən mətbəx otağındakı stolun altında olan sellofan torbadakı qara rəngli qutunun içindən 2 ədəd sellofan kəsiyi bükümündə hər biri ayrılıqda 1,49 qram və 1,82 qram olmaqla, ümumilikdə 3,31 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il tarixli hökmü ilə 04 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ayağında nəzarət qolbağı olmuşdur. Cəzanın icrası yaşadığı Bakı şəhəri, Buzovna qəsəbəsi üzrə İcra probasiya xidmətinə həvalə edilsə də sonradan İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə köçməyi ilə bağlı İmişli rayonu İcra Probasiya Xidmətinə həvalə edilmişdir. O, 1990-cı ilin əvvəllərindən təbii narkotik vasitə olan marixuana istifadə etmişdir. Başqa heç bir növ narkotik vasitə istifadə etməmişdir. Özünə lazım olan narkotik vasitə marixuananı isə Bakı şəhərindən tanımadığı şəxslərdən almışdır. Yaşadığı evdən aşkar edilən narkotik vasitə marixuana kütlələrini isə qəsəbə ərazisindən tapmışdır. Tutulmazdan bir həftə əvvəl Bəhrəmtəpə qəsəbəsi ərazisində olan avtobus dayanacağının arxasında olan ayaqyoluna gedən zaman orada yerdə sellofan torba görüb təpiklə vurmuşdur. İçində bərk kütlə olduğunu görüb içini açıb marixuana olmasını bilmişdir. Özü də istifadə etdiyi üçün götürüb evə gətirmişdir. İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbə sakini Şahid5 isə tanıyır, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Firəddin İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi ərazisində metal qəbulu məntəqəsində işləmiş, onun narkotik vasitə istifadə etməyini bilmişdir. O da Fiəddinin marixuana istifadə etməsini bilir. Çünki, bu barədə söhbətləri olmuşdur. 06 may 2024-cü il tarixdə, saat 19 radələrində Firəddin ona zəng edib marixuana istədiyini bildirmiş, o da düzələr demişdir. Bir qədər sonra Firəddin gəlmiş və qabaqcadan aralarında olan razılaşmaya görə həyət qapısının qarşısında ona 6 ədəd büküm vermişdir. Hər bükümü 10 manata satmaqla 60 manat pul almışdır. Pullar bir ədəd 20 AZN, qalanı isə 5 manatlıq manatlıq əskinaslardan ibarət olmuşdur. Həmin 60 manat pulu təqdim etmişdir. Sonra Firəddin çıxıb getmişdir. Bundan bir neçə saat sonra, təxmini saat 23 radələrində polis əməkdaşları onun yaşadığı ünvana gəlib qapını döymüşdür. O, qapını açmış, polis əməkdaşları ona yaşadığı evdə narkotik vasitə saxlamağı barədə şübhələr olmasını, buna görə də evinə və həyətinə baxış keçirməyin vacib olmasını demiş, o da razılaşmışdır. Bu barədə polislərə yazılı ərizə də təqdim etmişdir. Həmçinin yaşadığı evdə narkotik vasitə saxlamaqla bağlı şübhələr olduğu üçün ona dövlət hesabına müdafiəçi də təqdim edilmişdir. O da müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Bundan başqa ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Sonra polis əməkdaşları evinə və yardımçı otaqlara baxış keçirmişdir. Yaşadığı evin mətbəx otağında olan stolun altındakı sellofan torbaya qoyduğu qara rəngli qutunu aşkar etmişdir. Həmin qutunun içində saxladığı iki büküm narkotik vasitə marixuana aşkar edilmişdir. O, həmin bükümlərdə olan marixuanaları özünün şəxsi istifadəsi üçün olduğunu demişdir. Sonra evin digər hissələrində, həmçinin nəqliyyat vasitəsinə də baxış keçirilmiş, lakin oradan heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonra İmişli rayon polis şöbəsinə gəldiklərini və orada da müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Marixuana kütləsi aşkar etdiyi zaman topa, açıq şəkildə olmuş, evə gətirib özü bükümləmişdir. Marixuana üçün elektron tərəziyə ehtiyac olmadığını, gözəyarı şəkildə bükümlərə yığdığını bildirmişdir. O, bükümləri Firəddin zəng etdikdən sonra hazırlamış, ondan altı büküm istədiyi üçün belə etmişdir. Firəddindən aşkar edilən marixuana bükümlərini satdığı üçün evində aşkar edilən kağız parçasına bükmüşdür. Həmin kağızdandır. O, kağızdan xırda kəsib marixuananı kəsiyin arasına yığmışdır. Bundan əvvəl heç kimə narkotik vasitə satmamış, ancaq 06 may 2024-cü il tarixdə Firəddinə satmışdır. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. İzahatında Şahid5 siqaret pulu olaraq 10 manat pul aldığını, verdiyi narkotik vasitə marixuana kütlələri üçün pul almadığını bildirsə də bunu məsuliyyətdən qorxduğu üçün demiş, sonradan isə səmimi olaraq əməlini etiraf etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və İmişli rayon polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq olmamış və ya bədənində xəsarət, yaxud xəsarətin izləri olmamışdır. Əvvəl istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində ifadəsində Şahid5 sizə bir ədəd 20 AZN, qalanı isə 5 AZN əskinaslardan ibarət 60 manat pul verdiyini bildirmiş, lakin həmin 60 manat pul olaraq istintaqa təqdim etdiyi əskinasların hamısı 5 AZN olmuş, eləcə də istintaq zamanı sonuncu ifadəsini təsdiq etməsi ilə bağlı bildirmişdir ki, əvvəl o, cür ifadə versə də səhv etmiş, Firəddin ona 12 ədəd 5 AZN əskinaslardan ibarət 60 manat pul vermişdir. Əvvəl istintaq zamanı ifadəsində Şahid5 satdığı 6 ədəd narkotik vasitə marixuana bükümlərinin hər biri üçün 10 manata razılaşdığını, lakin üzləşmə zamanı isə əvvəlcədən bu cür razılığın olmadığını, onun 6 ədəd büküm verdiyini Şahid5 isə qarşılığında 60 manat pul verdiyini bildirməsi ilə bağlı qeyd etmişdir ki, sonuncu ifadəsini təsdiq edir və Firəddinin ondan marixuana istədiyini, o da sonuncuya 6 ədəd büküm verdiyini, qarşılığında 60 manat pul almasını bir daha qeyd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, özünü qismən təqsirli hesab edir. Axşam vaxtları idi qapı döyülmüş, o da qapını açmış və görmüşdür ki, polis əməkdaşları və vəkil olmuşdur. Heç bir sənəd təqdim etmədən evə və həyətə baxış keçirilməsi ondan tələb edilmişdir. O da etiraz etməmişdir. Evdə özü istifadə etmək üçün saxladığı iki büküm narkotik vasitə polis əməkdaşları tərəfindən götürülmüşdür. O, Firəddin adlı şəxsə narkotik vasitə satmamış və sadəcə olaraq onunla birlikdə istifadə etmişdir. Ona polis əməkdaşları tərəfindən təzyiqlər və hədə-qorxu göstərilmişdir. O, heç bir orqana şikayət etməmişdir. O, Firəddinə zəng etməmişdir. Həmin narkotik vasitəni dayancaqdan tapmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 ittihamla razı olduğunu bildirərək, cinayət işinə icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi X5 təqsirləndirilən şəxsin onun həyat yoldaşı olmasını, onun narkotik vasitələrdənn istifadə etməsini bildirərək, cinayət işinə icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 izahatında bildirmişdir ki, rəsmi olaraq İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsi sakini Şahid5 və İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi sakini Təqsirləndirilən şəxs xidmət etdiyi İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi sakinləri kimi tanımış, heç biri ilə münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. 06 may 2024-cü il tarixdə icraatına dəqiq, etimad doğuran və qərəzsiz mənbədən Şahid5 və Təqsirləndirilən şəxs İmişli rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması haqqında məlumat daxil olmuşdur. Həmin məlumat müvafiq qaydada İmişli RPŞnin rəhbərliyinə məruzə edildikdən sonra aparılmış yoxlama tədbirləri nəticəsində məlumatda göstərilən şəxslərin xx.xx.1964-cü il ildə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, məhkum olunmuş və məkumluğu ödənilməmiş, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1971-ci il ildə Fizuli rayonu Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fəhlə işləyən, məhkum olunmamış, İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsi ev 182 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid5 olması müəyyən edilmişdir. Daxil olmuş əməliyyat məlumatının realizə edilməsi ilə bağlı Şahid5 saxlanılıb İmişli rayon polis şöbəsinə gətirildikdən sonra üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmin məlumatın realizə edilməsi məqsədilə o, İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid6, İmişli RPŞ-nin CABın əməliyyat müvəkkili, polis leytenantı Şahid3, İmişli RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili Əliəddin Miriyev və İmişli RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Şahid8, həmçinin Şahid8 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanındığı üçün İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi1 ilə birlikdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi sakini Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvan Şahid5 saxlandığı yerdən təxmini iki yüz metr aralıda olması müəyyən edilmişdir. Həmin ünvana çatıb qapıdan Təqsirləndirilən şəxs səslədiklərini, sonuncunun bayıra çıxıb qarşıladığını bildirmişdir. Təqsirləndirilən şəxs İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsi sakini olan Şahid5 saxlanılıb İmişli rayon polis şöbəsinə gətirilməsini və üzərində şəxsi axtarış zamanı altı ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilməsini, həmin bükümləri Təqsirləndirilən şəxs almasını qeyd etməsini, buna görə yaşadığı evə baxış keçirilməsinin zəruriliyi izah edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs da heç bir etirazının olmadığını bildirib onları həyətinə dəvət etmiş və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirməklə bu barədə yazılı ərizə də təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə bitişik olan yardımçı tikilidən başlayıb evinin yataq otağında sonra isə mətbəx otağına baxış keçirilmişdir. Baxış zamanı həm anbar kimi istifadə edilən yardımçı tikilidən, həm də yataq otağından qanunsuz predmet aşkar edilməmişdir. Sonra baxışı həyata keçirən Şahid6 mətbəx hissədə olan əşyalara baxmışdır. Orada üzərində məişət əşyaları yığılmış stolun altında olan sellofan torbanı götürmüşdür. Həmin torbanın içində bir ədəd qara qutu olmuş, açılmış və içərisindən iki ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Əvvəlcə evində qanunsuz predmet olmadığını deyən Təqsirləndirilən şəxs həmin bükümlər aşkar ediləndən sonra bükümləri özü istifadə etdiyini bildirmişdir. Həmin qara qutuda bundan əlavə yarısı kəsilmiş formada olan sarı rəngli kağız parçası da aşkar edilmişdir. Sonra baxış davam etdirilmiş və Təqsirləndirilən şəxs daha qanunsuz heç nə olmadığını deyəndə, o, sonuncuya bir qədər əvvəl heç nə olmadığını deməsini, amma marixuanaya bənzər kütlələrin aşkar edildiyini xatırlatmışdır. Buna görə də baxışın davam etdirilməsi zəruridir. Sonra evdən bayıra çıxdıqlarını və evin dam hissəsinə, daha sonra Təqsirləndirilən şəxs həyətində olan nəqliyyat vasitəsinə baxış keçirilsə də qanunsuz predmet aşkar edilmədiyini bildirmişdir. Aşkar edilmiş kütlələr ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılıb götürülmüş, birlikdə İmişli rayon polis şöbəsinə gəlmişlər. İmişli rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunsuz əşya aşkar edilməmişdir. İcraatında daxil olan məlumat qeyri-aşkar, etimad doğuran və qərəzsiz mənbədən daxil olmuşdur. Məlumatın realizə edilməsi zamanı Şahid5 özü də üzərindən aşkar edilən narkotik vasitə marixuana kütlələrini tanışı Təqsirləndirilən şəxs almasını etiraf etmişdir. Həmçinin diqqət çəkən məqam odur ki, Şahid5 üzərindən aşkar edilən marixuana kütlələrinin büküldüyü kağız parçası Təqsirləndirilən şəxs evində aşkar edilən narkotik vasitə marixuana bükümlərinin olduğu qara qutudakı kağız parçası ilə eyni olmuş, deməli Təqsirləndirilən şəxs həmin narkotik vasitə marixuananı həmin kağıza büküm Şahid5 vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması ilə bağlı icraatına bundan əvvəl də qeyri-aşkar mənbələrdən məlumatlar daxil olmuşdur. Lakin həmin məlumatlardan ən mötəbəri 06 may 2024-cü il tarixli məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 izahatında bildirmişdir ki, o, əvvəllər Rusiya Federasiyasında narkotik vasitə istifadəsinə görə məhkum edilmişdir. 2003-cü ildə Rusiya Federasiyası Volqoqrad məhkəməsinin qərarı ilə 9 il 06 ay müddətinə məhkum olunmuş və 2014-cü ildə azadlığa çıxmışdır. Azadalığa çıxdıqdan dərhal sonra məcburi çıxarış edilmişdir. Həmin vaxtdan bəri İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsi 1782 nömrəli evdə məskunlaşıb orada yaşamışdır. Qəsəbə ərazisində metal qəbulu məntəqəsində fəhlə işləmişdir. Son dörd aydır Fizulu rayonu Horadiz qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində fəhlə işləyir. Ayda bir dəfə evə gəlir. Sonuncu dəfə 17 aprel 2024-cü il tarixdə evə gəlmiş, 18 apreldə isə qayıtmışdır. Son iki olar ki, yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Ancaq təbii narkotik vasitə marixuana istifadə edir. Narkotik vasitəni isə tanımadığı şəxslərdən, İmişli rayonu ərazisində pul qarşılığında əldə etmişdir. 06 may 2024-cü il tarixdə saat 19 radələrində Horadiz qəsəbəsindən evə qayıtmış, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazi dairəsində düşmüşdür. Əlavə olaraq bildirdi ki, Əlirza ilə narkotik vasitə çəkmişdir. Ondan pul müqabilində narkotik vasitə almamışdır. Narkotik vasitəni altı olar ki, istifadə edir. Özündə olanda Əlirza ilə birlikdə çəkmişdir. İstintaqda qorxusundan o, cür ifadə vermişdir. Məhkəmə iclasında Şahid8 izahatında bildirmişdir ki, o, Əlirzanı tanımır. Əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qurupu yaradılaraq şübhəli şəxs qismində Firəddin adlı şəxsi polis şöbəsinə gətirmişlər. Onun üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Firəddin adlı şəxs bildirdi ki, İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini Əlirza adlı şəxsdən almışdır. Bundan sonra əməliyyat qurupu və müdafiəçi ilə birlikdə Əlirza adlı şəxsin yaşadığı evə getmişlər. Onun yaşadığı evə və həyətinə baxış keçirilməsi üçün icazə verməsini bildirmişlər. Təqsirləndirilən şəxs da heç bir etirazının olmadığını bildirib onları həyətinə dəvət etmiş və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirməklə bu barədə yazılı ərizə də təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə bitişik olan yardımçı tikilidən başlayıb evinin yataq otağında sonra isə mətbəx otağına baxış keçirilmişdir. Baxış zamanı həm anbar kimi istifadə edilən yardımçı tikilidən, həm də yataq otağından qanunsuz predmet aşkar edilməmişdir. Sonra baxışı həyata keçirən Şahid6 mətbəx hissədə olan əşyalara baxmışdır. Orada üzərində məişət əşyaları yığılmış stolun altında olan sellofan torbanı götürmüşdür. Həmin torbanın içində bir ədəd qara qutu olmuş, açılmış və içərisindən iki ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Əvvəlcə evində qanunsuz predmet olmadığını deyən Təqsirləndirilən şəxs həmin bükümlər aşkar ediləndən sonra bükümləri özü istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi sakinləri Firəddin və Əlirza adlı şəxsləri şəxsən də olmasa tanıyır. Əlirza Bəhrəmtəpə qəsəbəsində yaşayır, Firəddin isə İmişli rayonu Yeni Bəhrəmtəpə qəsəbəsində yaşayır. Firəddin əvvəllər həmin qəsəbədə yerləşən metal qəbulu məntəqəsində, indi isə işğaldan azad edilmiş Fizuli rayonunda işləyir. İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini Şahid7 Salamət oğlunu da tanıyır, həmkəndlisi və qonşusudur. Dağıstanla 06 may 2024-cü il tarixdə 20 radələrində onun idarə etdiyi “Mercedec Benz” markalı, 90- -351 dövlət qeydiyyat nişanlı, metallik rəngli avtomobil ilə yaşadıqları kənddən ümumi yola, “Dostlar” marketin qarşısından qəsəbənin mərkəzinə “plastion” oynamağa getdiklərini, yolda olarkən Firəddinin istifadəsində olan ***-***-**-** saylı nömrə ilə ona zəng edib Yeni Bəhrəmtəpə qəsəbəsinə aparmasını bildirmişdir. Bəhrəmtəpə qəsəbəsinin mərkəzinə, dairəvi yola gəldiyini, oradan Firəddini maşına götürdüyünü, Dağıstanın ön sərnişin oturacağında əyləşməsini, sonra düşüb Firəddinə yol verdiyini və arxa oturacaqda əyləşdiyini bildirmişdir. Ümumi yolda, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində “Səxavət” market adlı mağazanın qarşısına çatanda Firəddin ona maşını həmin yerdə saxlamasını, ara yola salmasını, işi olmasını demişdir. Dağıstan hələ Firəddinə bir az tez olmasını, işləri olduğunu demişdir. Həmin ara yola düşdüklərini və təxmini iki yüz metr gedəndən sonra maşını saxladıqlarını, Firəddinin maşını Əlirza adlı şəxsin evinin qarşısında saxlamağı deməsini, maşından düşdüyünü, o da gedib irəlidən dönüb qayıtdığnı bildirmişdir. Qayıdanda Firəddin yenidən maşına minmiş və ümumi yola çıxan zaman polis əməkdaşları maşını saxlatdırmışdır. Bundan sonra Firəddinin üzərində narkotik vasitə olmasını öyrənmiş, İmişli rayon polis şöbəsində isə Firəddinin maşını həmin ara yola sürdürüb Əlirzadan narkotik vasitə almasını öyrənmişdir. Əlirzanı küçədə görmədiklərini, maşını irəlidən döndərib qayıdana kimi Firəddinin də qapının qarşısında gözlədiyini, maşına götürdüyünü və ümumi yola çıxan kimi polis əməkdaşlarının onları saxladıqlarını, həmin narkotik vasitənin ona heç bir aidyyatı olmadığını, sadəcə plastion oynamağa getdiklərini, Firəddinin ona olan zəngindən sonra maşına götürdüyünü bildirmişdir. Firəddinin getdiyi və Əlirzanın yaşadığı ev həmin döngənin başlanğıcından iki yüz metr aralıda yerləşir. O, Firəddinin işini tez bitirməsi üçün maşını ara yola salmışdır. Əlirzanı tanımır. Firəddinin isə belə əməli olması haqqında heç vaxt məlumatı olmamışdır. İmişli rayon polis şöbəsinə gətirilən zaman və orada olan zaman fiziki zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid7 elan edilmiş ifadəsindən görünür ki, oxşar məzmunda ifadə verib Şahid4 ifadəsində göstərdiyi xüsusatları analoji olaraq təsdiq etmişdir. Cinayət işinin 6-cı vərəqəsində olan 07 may 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmiş və ibtidai istintaq aparılmışdır. Cinayət işinin 64-65-ci vərəqəsində olan 07 may 2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-68-ci vərəqəsində olan şəxsi axtarış və götürülmə aparılması barədə 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 60 AZN məbləğində pul əskinasları götürülərək baxış keçirilmiş, həmin pul əskinasları on iki ədəd 5 AZN nominallı pul əskinaslarıdır. Təqsirləndirilən şəxs həmin əskinasları üzərində olan pul qabından çıxarıb təqdim etmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən edilmişdir. Cinayət işinin 85-86-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli 3-16-16-2-18/474 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri-1,49 qram, 1,82 qram, ümumi təmiz çəkisi -3,31 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitələr qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Cinayət işinin 215-ci vərəqələrində olan xasiyyətnamədən görünür ki, 1964-cü il təvəllüdlü İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı dövrdə özünü nümunəvi bir vətəndaş kimi göstərmiş elin obanın xeyir və şər işlərində yaxından iştirak etmişdir. O, özündən yaşca böyüklərə və kiçiklərə daim hörmətlə yanaşmış, öz yaşıdları arasında nüfuz sahibi olmuşdur. O, öz elinin-obasının sevincinə və kədərinə şərik olan Təqsirləndirilən şəxs haqqında bu vaxta qədər Bəhrəmtəpə qəsəbə izibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və yaxud şifahi müraciət daxil olmamışdır. Nümayəndəlik tərəfindən ona verilən bütün tapşırıqları vaxtında və layiqincə yerinə yetirmişdir. Cinayət işinin 268-269-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 24 may 2024cü il tarixli 3677 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydalarının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydalarının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 272-281-ci vərəqələrində olan 11 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi şahid ifadəsi qismində qəbul edilsin; Qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 06 may 2024-cü il tarixli, üzləşdirmə keçirilməsi haqqında protokollar, baxış keçirilməsi haqqında 15 iyun 2024-cü il tarixli protokol, məhkəmə-bioloji ekspertizasının 07 iyun 2024-cü il tarixli 18/473 nömrəli, əlavə məhkəmə-bioloji ekspertizasının 07 iyun 2024-cü il tarixli 7/828 nömrəli və təkbaşına məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2024-cü il tarixli 4318 nömrəli rəyləri, şəxsi axtarış və götürmə protokoluna, baxış keçirilməsi haqqında protokola əlavə edilmiş CD disklər, "xxxx" MMCdən daxil olmuş CD disk sübut növü kimi qiymətləndirilsin, Şahid5 aşkar edilmiş 6,94 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 6,82 qram təmiz çəkisi maddi sübut kimi tanınsın və İmişli RPŞ-nin “Maddi sübutların saxlanması otağına” təhvil verilsin. Cinayət işinin 222-223-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 may 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3, 237.1, 66.3 və 69.3-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 153-155-ci vərəqəsində olan İmişli Rayon Məhkəməsinin 1(036)- 34/2024 saylı, 08 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-17/42/2-213/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasında ölmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş təqsirləndirlən şəxs və şahidlərin ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-ci maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanan cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuş, ittiham aktı tərtib olunmuş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında ölmüşdür və bu xx.xx.2025-ci il tarixli 3-16-17/42/2-213/2025 nömrəli məktub ilə təsdiq olunmuşdur. Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, İmişli Rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 3.27 qram narkotik vasitə marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 101 (bir yüz bir) manat 95 (doxsan beş) qəpik dövlət vəsaiti hesabına ödənilsin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə öldüyündən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. İmişli Rayon Polis Şöbəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 3.27 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 101 (bir yüz bir) manat 95 (doxsan beş) qəpik dövlət vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-9/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-9/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver