Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-90/2020 25.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 11:15 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə İmişli rayonu, Otuziki kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, İmişli Otuziki kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 03:00 radələrində Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi X10 Orta Məktəbinin saxlanc yeri hesab olunan məktəb direktorunun otağına qanunsuz daxil olaraq, məktəbə məxsus hər birinin ayrı-ayrılıqda dəyəri 846.88 (səkkiz yüz qırx altı, səksən səkkiz) AZN məbləği olmaqla, ümumilikdə 5081.28 (beş min səksən bir, iyirmi səkkiz) AZN məbləği dəyərində 06 (altı) ədəd “CHAO RUİ T45” markalı noutbuku və məktəbin direktoru Zərərçəkmiş şəxs1 məxsus 120 (yüz iyirmi) AZN məbləği dəyərində 01 (bir) ədəd “JVC” markalı rəqəmsal televizoru gizli yolla talayaraq, zərərçəkmiş şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi X10 Orta Məktəbinə 5081.28 (beş min səksən bir, iyirmi səkkiz) AZN məbləğində və Zərərçəkmiş şəxs1120 (yüz iyirmi) AZN məbləği ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, valideynləri ilə birlikdə İmişli rayonu, Otuziki kəndində yaşayır. Bir müddət İmişli şəhəri, M.Əsədov küçəsində kirayədə yaşamışdır. xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə, təxminən saat 03:00 radələrində yaşadığı İmişli rayonu, Otuziki kəndində yerləşən Azərbaycan Respublikasi Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsinin İmişli Rayon Otuziki kənd Orta Məktəbindən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 03:00 radələrində orta məktəbin giriş qapısından məktəbin inzibati binasına daxil olmuşdur. Həmin vaxt məktəbin işıqları sönülü vəziyyətdə olmuşdur. Məktəbin divara bərkidilmiş yanğın lövhəsindən külüngü götürüb, direktorun xidməti otağının qapısının aşağı hissəsini külüng ilə qırıb çıxarmış, qapının aşağı hissəsini sındırdıqdan sonra otağa daxil olmuşdur. O, otağın sağ tərəfində üst-üstə qutularda yığılmış vəziyyətdə olan 06 (altı) noutbuku və stolun üzərində 01 (bir) ədəd qara rəngli “JVC” markalı televizoru görüb, onları direktorun xidməti otağına girdiyi qapının açdığı hissəsindən koridora ötürmüş və oradan da, məktəbin həyətinə daşımışdır. Məktəbin arxa hissəsində yerdən tapdığı kəndir ilə oğurladığı qutularda olan noutbukları üst-üstə qoyaraq bağlayıb, çiyninə keçirmiş, televizoru isə qoltuğuna alıb məktəbin həyətindən gəldiyi istiqamət üzrə çıxıb getmişdir. O, oğurladığı həmin əşyaları yaşadığı evin arxa hissəsində, yola tərəf olan yerdə böyürtkən kollarının arasında gizlətmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən 08:00 radələrində oğurladığı əşyaları gizlətdiyi yerə gəlmiş, oradan “JVC” markalı televizoru götürmüş və yolda tanımadığı şəxsin idarə etdiyi “TAXİ” ilə İmişli rayonunun mərkəzinə gəlmişdir. Həmin televizoru satmaq üçün İmişli şəhərində yerləşən “Emin market” ərzaq mağazasının sahibi Şahid4 yanına gələrək, ona televizoru satmaq istədiyini demişdir. O, Şahid4 oğurladığı “JVC” markalı televizoru 30 (otuz) AZN məbləğinə satmışdır. Daha sonra, o, həmin gün yaşadığı kəndə qayıtmış, noutbukları gizlətdiyi yerdən 1 (bir) ədəd noutbuku qutusundan çıxarıb, mağazadan aldığı sellofan torbaya qoyaraq, yenə də tanımadığı şəxsin idarə etdiyi “TAXİ” ilə təxminən saat 11:00 radələrində tanışı Şahid1 İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən əvvəllər kirayədə yaşadığı məhəlləyə gəlmişdir. O, Ruslana həmin məhəllədə olan və avtomobil saxlanması üçün nəzərdə tutulmuş qarajda ət olduğu üçün götürmək istədiyini və həmin torbanın içərisində paltarlarının olduğunu demişdir. Ruslan ona qarajın açarını vermiş, o, qarajdan əti götürüb, özü ilə gətirdiyi sellofan torbanı qarajda qoymuşdur. O, qarajın qapısını bağladıqdan sonra açarı Ruslana qaytarmışdır. Həmin gün, təxminən saat 23:00 radələrində Ruslan onu idarə etdiyi avtomobil ilə yaşadığı kəndə aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində Ruslan və onun dostu Mehdi ilə birlikdə İmişli rayonu, Məmmədli kəndi ərazisinə balıq tutmağa getmişdir. Orada yemək yeyib, spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə olmuşdur. Həmin gün, təxminən saat 23:00-24:00 radələrində Ruslan onu idarə etdiyi avtomobil ilə İmişli Rayon Polis Şöbəsinin qarşısında düşürmüşdür. Rayonda gəzdikdən sonra o, həmin məhəlləyə qayıtmış, qarajın üzərinə çıxıb, orada olan şiferi qaldıraraq, qarajın içərisinə keçmiş və gecəni orada qalmışdır. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 15:00-16:00 radələrində o, Ruslana zəng edərək ondan gəlib qarajın qapısını açmağını istəsə də, lakin telefona cavab verməmişdir. Təxminən 1 (bir) saat sonra tanışı Rəfaelə zəng etmiş və ona qarajda olduğunu, Ruslandan qarajın açarını götürməyini və qarajdan çıxarmağını demişdir. Bir neçə dəqiqə sonra Rəfael və İmişli Rayon Polis Şöbəsinin əməkdaşları qaraja gələrək, onu oradan çıxarmış və İmişli Rayon Polis Şöbəsinə dəvət etmişlər. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi X10 Orta Məktəbinə və Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və pula ehtiyacı olduğu üçün, eləcə də, özünün düşüncəsizliyi ucbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, “həbs”də saxlanıldığı müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır, subaydır, gələcəkdə ailə qurmaq fikri vardır və ümumiyyətlə, gələcəyə nikbin planları vardır. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikasi Təhsil Nazirliyi İmişli Raypn Təhsil Şöbəsinin İmişli Rayon Otuziki kənd Orta Məktəbinin direktoru vəzifəsində işləyir və Azərbaycan Respublikasının əməkdar müəllimidir. 2019-cu il tarixdən etibarən orta məktəbdə kompüter informatika fənninin tədrisi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbə 13 (on üç) ədəd “Chao Rui T45” markalı noutbuk verilmişdir. Həmin noutbuklar tədris prosesində istifadə olunur. Hər gün saat 09:00-da işdə olur və təxminən 17:00-18:00 radələrində işdən çıxıb, yaşadığı evə gedir. Məktəbin gecə növbətçisi mühafizəçi X6 və gündüz növbətçisi isə mühafizəçi X3r. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 08:00 radələrində məktəbin gecə növbətçisi mühafizəçi X6 ona zəng edərək, məktəbdə oğurluq hadisəsi olduğunu, direktoun xidməti otağından noutbukların və televizorun oğurlanması barədə məlumat vermişdir. O, dərhal məktəbə getmiş, direktorun xidməti otağından məktəbə məxsus 06 (altı) ədəd “Chao Rui T45” markalı noutbukun və özünə məxsus 01 (bir) ədəd “JVC” markalı televizorun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi barədə İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng mərkəzinə məlumat verilmişdir. Daha sonra məlum olmuşdur ki, orta məktəbdən 06 (altı) ədəd “Chao Rui T45” markalı noutbuk və 01 (bir) ədəd “JVC” markalı televizor İmişli rayonu, Otuziki kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 06 (altı) ədəd “Chao Rui T45” markalı noutbuk orta məktəbə və 01 (bir) ədəd “JVC” markalı televizor özünə təhvil verilmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində həm özünə, həm də digər zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi X10 Orta Məktəbinə dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikasi Təhsil Nazirliyi İmişli Raypn Təhsil Şöbəsinin İmişli Rayon Otuziki kənd Orta Məktəbinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə işə gəldikdən sonra məktəbin gecə növbətçisi mühafizəçi X6 ona məktəbdə oğurluq hadisəsi olduğunu, direktorun xidməti otağından noutbukların və televizorun oğurlanması barədə məlumat vermişdir. Belə ki, orta məktəbin direktoru Zərərçəkmiş şəxs1 xidməti otağından məktəbə məxsus 06 (altı) ədəd “Chao Rui T45” markalı noutbuk və direktora məxsus 01 (bir) ədəd “JVC” markalı televizor oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi barədə İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilmiş və eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Zəng mərkəzinə məlumat verilmişdir. Daha sonra məlum olmuşdur ki, orta məktəbdən 06 (altı) ədəd “Chao Rui T45” markalı noutbuk və 01 (bir) ədəd “JVC” markalı televizor İmişli rayonu, Otuziki kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 06 (altı) ədəd “Chao Rui T45” markalı noutbuk orta məktəbə və 01 (bir) ədəd “JVC” markalı televizor Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində həm zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi X10 Orta Məktəbinə, həm də Zərərçəkmiş şəxs1 dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onun ilə heç bir qohumluq münasibəti və ədavəti yoxdur. Belə ki, Təqsirləndirilən şəxs bir müddət onun yaşadığı məhəllədə kirayədə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə Musa kirayədə yaşadığı evdən çıxdığı üçün ondan müvəqqəti olaraq yaşamağa ev tapmağını xahiş etmişdir. O, Musanın ev tapa bilmədiyini görüb, məhəllədə olan qarajda müvəqqəti olaraq gecələmək üçün qarajın açarını ona vermişdir. Musa həmin gecə qarajda gecələmişdir. Dayısı Rasim qarajın qapısını bağlamışdır. Səhəri gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 11:00 radələrində Musa onun mobil telefonuna zəng edərək, ondan qarajın qapısını açmağını istəmiş, o da, qarajın qapısını açmışdır. Daha sonra, dayısı Rasim ilə Musa İmişli şəhərində yerləşən “Komfort” restoranına yeyib-içməyə getmişlər. Təxminən 30 (otuz) dəqiqə sonra o da, onların yanına getmiş və yeyib-içdikdən sonra restoranı tərk etmişlər. O, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində Musa və dostu Mehdi ilə birlikdə İmişli rayonu, Məmmədli kəndi ərazisinə balıq tutmağa getmişdir. O, həmin gün, təxminən saat 23:00 radələrində idarə etdiyi avtomobil ilə Musanı İmişli Rayon Polis Şöbəsinin qarşısında düşürmüş və daha sonra isə onu görməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs İmişli Rayon Polis Şöbəsinə dəvət edildiyini və onun Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi X10 Orta Məktəbindən 06 (altı) ədəd “Chao Rui T45” markalı noutbuk və 01 (bir) ədəd “JVC” markalı televizor oğurladığını eşitmişdir. Onu da qeyd edir ki, onun tanışı Təqsirləndirilən şəxs oğurluq hadisəsi barədə heç bir xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli Rayon Şöbəsində məsləhətçi vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 13:30 radələrində qonşuluqda yaşadığı X1 yaşadığı fərdi yaşayış evinin qarşısında, yolun kənarında olan böyürtkən kolundan böyürtkən yığan zaman həmin kolluq ərazidə bir neçə ədəd noutbuk qutularını və ona aid olan kitabçaları görmüşdür. Onu da qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı İmişli rayonu, Otuziki kəndində yerləşən orta məktəbdən bir neçə noutbukun oğurlanması barədə məlumatı olduğu üçün həmin noutbuk qutularının da oğurluq olmasını ehtimal etmişdir. Bu barədə məktəbin direktoru Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Daha sonra məlum olmuşdur ki, orta məktəbdən 06 (altı) ədəd “Chao Rui T45” markalı noutbuk və 01 (bir) ədəd “JVC” markalı televizor İmişli rayonu, Otuziki kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Cinayət işində olan mişli Rayon Məhkəməsinin 4(036)-069/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4160 saylı, xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədiqaqat təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti aşağıdakı kimidir: 1. 1 (bir) ədəd “JVC” markalı, “LE24BP700” model televizorun qiyməti 120 (yüz iyirmi) AZN məbləği; 2. 6 (altı) ədəd Çin istehsalı olan “Chao Rui T45” markalı noutbukun qiyməti 1500 (min beş yüz) AZN məbləği təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 (əlli) AZN məbləği təşkil edir. Cinayət işində olan 031860 saylı, xx xxxxxxx 2019-cu il tarixli qaimə-fakturadan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi X10 Orta Məktəbinə verilmiş 1 (bir) ədəd “Chao Rui T45” markalı noutbukun dəyəri 846.88 (səkkiz yüz qırx altı, səksək səkkiz) AZN məbləği təşkil edir. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 6 (altı) ədəd “Chao Rui T45” markalı noutbuku zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 təhvil almışdır. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 (bir) ədəd “JVC” markalı, “LE24BP700” model televizoru Zərərçəkmiş şəxs1 təhvil almışdır. Cinayət işində olan zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi X10 Orta Məktəbinə dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan, yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Muradalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 335 saylı, xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Otuziki kəndində qeydiyyatdadır və valideynləri ilə birlikdə İmişli rayonu, Otuziki kəndində yaşayır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətinin olmamasını, “həbs”də saxlanıldığı müddət ərzində öz səhvini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz verməsini və eləcə də, gələcəyə nikbin baxışlarını və planlarını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsini və dərhal məhkəmə iclası zalından azad edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət nəfinə ödənilməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı baş vermiş cinayət hadisəsi nəticəsində oğurlanmış 06 (altı) ədəd “Chao Rui T45” markalı noutbukun zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi X10 Orta Məktəbinə və 01 (bir) ədəd “JVC” markalı televizorun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək “həbs”də saxlanıldığı 3 (üç) ay, 22 (iyirmi iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 7 (yeddi) ay, 14 (on dörd) gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il, 4 (dörd) ay, 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi İmişli Rayon Təhsil Şöbəsi X10 Orta Məktəbinə və Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərin ödənilməsi nəzərə alınsın. Hökmün icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-90/2020
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-90/2020
25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver